Ana səhifə

Yerləşdiyi yer: Bakı Məqsəd: Təşkilatın fəaliyyətini işıqlandırmaq üçün (Video-Audio) Studiyaların seçilməsi Vakansiya


Yüklə 13.66 Kb.
tarix06.05.2016
ölçüsü13.66 Kb.
Təşkilatın adı: Counterpart İnternational/Vətəndaş Cəmiyyəti Layihəsi

Yerləşdiyi yer: Bakı

Məqsəd:Təşkilatın fəaliyyətini işıqlandırmaq üçün (Video-Audio) Studiyaların seçilməsi

Vakansiya: Müvəqqəti xidmət müqaviləsi
Qısa Xülasə:
Vətəndaş Cəmiyyəti Layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin 5 il davam edəcək vətəndaş cəmiyyətinin inkişafı proqramıdır. Bu proqram Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz, Urban İnstitutu ilə tərəfdaşlıq edərək Counterpart İnternational təşkilatı tərəfindən icra olunur. Proqramın məqsədi təmsilçilik əsasında qurulmuş və yaxşı fəaliyyət göstərən demokratiyanın yaranması istiqamətində çalışaraq Azərbaycan hökuməti ilə vətəndaşlar arasında olan dialoqu inkişaf etdirməyə yardım etməkdir.

Vətəndaş Cəmiyyəti Layihəsinin apardığı fəaliyyətin media vasitəsilə işıqlandırılması məqsədilə, layihə ictimai əlaqələr sahəsində istifadə etmək üçün keçirdiyi tədbirləri sənədli film şəklinə salınmasını planlaşdırır. Vətəndaş Cəmiyyəti Layihəsi aşağıda göstərilmiş vəzifələri və öhdəlikləri həyata keçirmək üçün və ehtiyac olduğu halda video-audio studiyası və ya kompaniya ilə uzun müddətli əməkdaşlıq əlaqələri qurmaq fikrindədir:


Vəzifə və Öhdəliklər:


  • Vətəndaş Cəmiyyəti Layihəsinin aidiyyatı olan bütün tədbirlərinin çəkilişini aparmalı

  • Lazım gəldiyi halda ssenarilərin yazılmasına yardım etməli

  • Lazım gəldiyi halda sənədli filmləri hazırlamalı

  • Lazım gəldiyi halda tok-şouların təşkil olunmasına yardım etməli

  • Bütün kassetlərin və aidiyyati olan hazır və natamam materiallar daxil olmaqlla sistemləşdirilmiş arxivini yaratmalı

  • Texniki standartlara cavab verilməsi və işin qənaətbəxş olması üçün media üzrə məsləhətçi, layihə rəhbərinin müavini, layihə rəhbəri və informasiya texnologiyalari üzrə meneceri ilə yaxından işləməli


Tələb olunan bilik, vərdişlər və bacarıqlar:


  • Vətəndaş Cəmiyyəti Layihəsinin bütün tədbirlərini işıqlandırmaq üçün studiya (kompaniya) operatorlar, montaj üzrə direktorlar, rejisyorlar, müxbirlər və prodüsserlər qrupuna malik olmalı;

  • Studiya (kompaniya) tələb olunan fəaliyyətləri icra etmək üçün peşəkar DVCAM/BETACAM kameraları, BETACAM/DVCAM montaj masaları, peşəkar səs avadanlığı və səs studiyası kimi lazım olunan bütün avadanlıq və qurğulara malik olmalı;

  • Studiya (kompaniya) beynəlxalq və yerli QHT-lərlə iş təcrübəsinə malik olmalıdır. Yaradıcı qrup Azərbaycanda vətəndaş cəmiyyətinin aspektləri və QHT inkişafı ilə tanış olmalıdır;

  • Yaradıcı qrup müstəqil şəkildə və qrup üzvü kimi işləmək iqtidarında olmalıdır;

  • Müsahibələrin dublyajını təşkil etmək məqsədilə studiyanın (kompaniyanın) yaradıcı qrup üzvləri arasında ən azından biri ingilis dilini bilən şəxs olmalıdır (lazım gəldiyi halda);

  • Studiya (kompaniya) hesabatları tərtib və analiz etmək bacarığına malik olmalıdır.


Ərizənizin nəzərdən keçirilməsi üçün Ayten@counterpart.az ünvanına aşağıdakı sənədləri göndərin:


  • Yaradıcı qrup üzvlərinin CV-ləri (operator, montajçı və rejisyor, jurnalist/müxbir, prodüser)

  • Studiyanın təsviri və keçmişdə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, QHT-lər və vətandaş cəmiyyəti sahəsində fəaliyyət göstərən təşkilatların siyahısı

  • Xidmətlərin dəyəri; Ssenarilərin yazılması, sənədli filmin çəkilişi, 1-2 saat davam edən tədbirin çəkilişi (kameranın icarə haqqı və xidmət haqqı), 1 saatlıq montaj haqqı (montaj masasının icarə haqqı və xidmət haqqı), dublyaj (subtitrlərin istifadə olunduğu halda saat hesabı ya da səhifə hesabına əsasən)

  • Son istesal etdiyiniz məhsulunuzun bir VCD/DVD formatında olan nüsxəsi (Sənədli film, tok-şou və televiziya verilişi).

Yalnız səriştəli namizədlərlə əlaqə saxlanacaqdır. Xahiş olunur zəng etməyəsiniz.


Ərizənin son təqdim olunma tarixi 10 iyun 2006-cı ildir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət