Ana səhifə

Xromosomlardan hər biri 6 gendən 3-nü hər cütdən 1 gen daşıyır


Yüklə 9.88 Kb.
tarix01.05.2016
ölçüsü9.88 Kb.
Rezus-amil

1940-cı ildə Avstriya bakterioloqu K. Landşteyner və amerikalı immunoloq A.S. Viner insan eritrositlərində yeni bir antigen tapdılar və onu rezsu-amil adlandırdılar.

Bu antigen Macacus rhesus meymununun eritrositləri ilə immunizə olunmuş dovşanların zərdabının köməyi ilə açılmışdır. Zərdab həmin meymunların və qrup mənsubiyyətindən asılı olmayaraq əksər insanların eritrositlərini aqqlütinasiya edir. Aydınlaşdırılmışdır ki, immunizə olunmuş dovşanların zərdabında meymun eritrositlərinə qarşı əks-cisimlət antirezus aqqlütininlər yaranıt. Bu aqlütininlərin insan eritrositlərini aqqlütinasiyaya uğratması eritrositlərdə xüsusi antigenin rezus amilin olması ilə əlaqədardır.

Rezus əleyhinə zərdabın köməyi ilə insanların 85%-nin eritrositlərində rezus amil tapılmış və(Rh+) müsbət, 15%-nin eritrositlərində isə rezus amil olmadığı üçün (Rh-) qəbul edilmişdir.

Rezus amil mənsubiyyəti embrional inkişafın 3-4ayında yetkinləşir və yeni doğulmuşlarda aydın seçilir, ömür boyu dəyişmir.

Rezus amilin antigen sistemi 6 antigenlə təzahür edir. Rezus antigenlərin əmələ gəlməsi 2 xromosomda yerləşmiş 3 cüt allel Dd, Cc, Ee genlərlə tənzimlənir.

Xromosomlardan hər biri 6 gendən 3-nü hər cütdən 1 gen daşıyır.

Antigenlərin daha aktivi RH0 sayılır. Bu antigenin olub olmamasından asılı olaraq insanlar Rh+ və Rh- qruplara ayrılır.

Rezus antigenlər lipoproteidlərə aiddir. Onlar çox aktiv olub immun əks cisimlər əmələ gəlməsinə yardım edir. Rezus əks cisimlər immun mahiyyətli olub rezus müsbət eritositlərlə birləşir, ancaq onları bir birinə bağlamırn yalnız proteolitik fermentlərin iştirakı ilə əks cisimlər eritrositləri aqqlütinasiyay uğradırlar.

Rezus amilin təyin edilmə qaydası

Qanköçürmə təcrübəsində rezus amilin təyin edilməsi xüsusi əhəmiyyətə malik olduğu üçün onu klinikada: qəbul şöbəsində, əməliyyat otağından cərrahi şöbədə və laboratoriya şəraitində təyin etmək mümkündür.

1) Rh amilin universal standart zərdabla mixbər şüşəsi ilə isidilmədən təyini

2) Rezus amilin yasrı səthdə isidilmədən təyini

3) Rezus amiıin laboratpriya şəraitində təyini

Rezus amilin təyini zaçanı səhvlər

Rezus amiıin təyini zamanı bəzi texniki səbəblərdən: tədqiq olunan qanla rezus əleyhinə zərdab qarışığının qeyri mütənasibliyi, sona çatmamış reaksiyanın erkən yanlış nəticəsi, tədqiq olunan qanın yararsızlığı və yararsız rezus əleyhinə zərdabdan istifadə olunduqda qeyri dəqiqliyə yol verilə bilər.

Rezus amilin təyinində səhv olarsa, şübhə meyfana çıxarsa, təzə anti rezus zərdabın iştirakı ilə qan yenidən tədqiq olunmalıdır.

Qan qruplarının və rezus amilinin təyinin

klinik əhəmiyyəti

1. Ümumi immunoloji aspektlər- insnaın qan qrupunun müvafiq antigen və atitellərə malik olması bədənin fizioloji fəaliyyətinin tənzimlənməsində və bəzi oatoloji vəziyyətin yaranmasında böyük əhəmiyyət kəsb edir. İnsan qanında olan antigenlər fərdi genotip markerləridir. Bu amil mayalanma, hamiləliyin gedişi və yeni doğulmuşun sağlamlığı üçün əsas şərtlərdən biridir. Qan qruplarına müvafiq antigenlər olduğu kimi günotipə uyğun cinsi hüceyrələr də müvafiq antigenlərə malikdirlər.

Müxtəif qan qrupuna və rezus amilə mənsub ərlə arvadın cinsi hüceyrələrinin görüşməsindən başlanan hamiləlik immun uyğunsuzluğa düçar olur, mayalanmış yumurta məhv olur, rüşeymdə geridönməz dəyişikliklər törənir və haçiləlik pozulurn embrion qüsurla, eybəcərliklə inkişaf edir, yeni doğulmuşda hemolitik xəstəliklər yaranır.

Elmi dəlillərlə sübut olunmuşdur ki, bəzi xəstəliklərin inkişatının qan qrupları ilə əlaqəsi vardır. Məsələn, mədə və onikibarmaq bağırsağın xorası daha çox A(ll) qan qrupuna malik insanlarda əmələ gəlir.



Donorun və resipiyentin qanının antigen sistemlərinin öyrənilməsinin və uyğunluğunun aşkarlanmasının toxuma və üzvlərin köçürülməsində xüsusi əhəmiyyəti vardır


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət