Ana səhifə

Ulduzlar hamiləlikdən sonra necə arıqlayıblar?


Yüklə 11.32 Kb.
tarix04.05.2016
ölçüsü11.32 Kb.
Ulduzlar hamiləlikdən sonra necə arıqlayıblar?
Əksər məşhurlar doğuşdan 3 ay sonra artıq əvvəlki çəkilərinə qayıdırlar. Bəs onlar necə arıqlayırlar?

Ailəm.az məşhurların arıqlama sirlərini təqdim edir:

İki uşaq anası 32 yaşlı Cessika Alba doğuşdan sonra 3 ay günün bütün vaxtlarında korset taxıb. “Çox cansıxıcıdır, amma nəticəyə görə dəyərdi” deyən Alba bu üsulun hamı üçün keçərli olmadığını da vurğulayıb.

Ancelina Coli qızı Şilonu dünyaya gətirəndən sonra yoqa ilə arıqlayıb. Deyilənə görə, Coli həm də əzilmiş sarımsaqla rəndələnmiş zəncəfil kökünü ac qarnına dəmləyib içirmiş.

Ketrin Zeta-Cons doğuşdan sonra “Atkins” pəhrizi saxlayıb. Balıq və tərəvəz kimi az kalorili yeməklər yeyərək təxminən 22 kiloqram arıqlayıb.

Qvinet Peltrou analara uşaq otağında da olsa, sadə idman hərəkətləri etməyi tövsiyyə edir.

Helli Berri bir çox Hollivud ulduzları kimi idmana üstünlük verib. Şəxsi idman müəllimi Ramona Braqanza ilə həftənin 5 günü qaçış, yoqa və kikboksinlə məşğul olub.

Hilari Daff hamiləlik vaxt aldığı 30 kiloqramı hər gün xüsusi rejimli boks və qaçışla nə az, nə çox düz 9 aya ata bilib.

Keyt Hadson 4 ay boyu gündə 2-3 saat və həftədə 6 gün idman edərək 30 kiloqram arıqlayıb. Porsları kiçildən və proteini zəngin qidalardan istifadə edən Hadson əsasən taxıl və meyvə yeyib.

Kortni Kardaşyan isə arıqlamağın ən yaxşı yolunun əmizdirmək olduğunu bildirib. Hər əmizirmədə 600 kalori itirdiyini deyən Kardaşyan sağlam qidalanmanın və bol su içməyin də çox xeyrini görüb.

Əkiz uşaqları olan Meray Keri hamiləlik vaxt çox kökələnlərdəndir. Onun arıqlama sirri gündə 1500 kalorilik pəhriz proqramına sadiq qalmaq və idman etməkdədir.
İki uşaq anası Meqan Foks isə doğuşdan sonrakı çəkisinə az qala bir neçə gün sonra qovuşub! Hamiləliyi boyu qidalanmağına diqqət göstərən və idmanı axsatmayan Foksun xüsusi pəhriz proqramına heç ehtiyacı qalmayıb.

Məşhur model Miranda Kerr doğuşdan 3 ay sonra artıq rahatlıqla Makibudakı foto-çəkilişə qatılıb. Bunu da yoqaya, bol balıq və meyvə yeməyə borclu olduğunu deyib.

Penelopa Kruzun sirri isə çox rəqs etməyindədir. İdman zallarına getməyi sevməyən Kruz balet və rəqslə arıqlamağın daha maraqlı olduğunu dilə gətirir.

Pink ətdən imtina edib, tərəvəz yeyərək arıqlayıb.

Riz Uizerspun doğuşdan 8 həftə sonra çəkilişlərə başlayıb. Sağlam qidalanma, yoqa və tez-tez gəzintiyə çıxmaqla artıq çəkidən azad olub.

Şakira həm hamiləlik dövründə, həm də doğuşdan sonra “Zumba” rəqsi edirmiş.



4 uşaq anası Viktoriya Bekhem qızı Harperi dünyaya gətirəndən sonra fərdi idman müəllimi ilə idman dərsləri aldığını vurğulayıb. Bekhem idmanla yanaşı “5 ovuc pəhrizi”ni də saxlayıb. Bu isə gündə 5 dəfə bir ovuc proteinli qida deməkdir. Bu üsulla təxminən 10 kiloqram arıqlayıb.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət