Ana səhifə

Təməl Sual Mövzu Sualı


Yüklə 118.49 Kb.
tarix08.05.2016
ölçüsü118.49 Kb.
Nümunə Əsas Suallar

 

Aşağıdakı suallar üç ümumi sinif səviyyəsinə görə bölünməyə baxmayaraq bu sualların çoxunu demək olar ki, istənilən sinifdə istifadə etmək olar.


İbtidai məktəb üçün nümunələr

Orta məktəb üçün nümunələr

Tam orta məktəb üçün nümunələr


İbtidai məktəb üçün Əsas Suallar

Təməl Sual


Mövzu Sualı

Məzmun Sualı

Mən necə fərqlilik yarada bilərəm?

Bir işi təqdirəlayiq edən nədir?



Nəsli tükənməkdə olan növlərin xilas olunmasına kömək etmək üçün məktəbimiz nə edə bilər?

Bir növün nəslinin tükənməsini müəyyən edən nədir?

Bəzi nəsli tükənməkdə olan növlər hansılardır?



Biz beş hissiyatımızdan necə istifadə edirik?

Heyvanlar hissiyyatlarından necə istifadə edirlər?



Səs nə üçün mühümdür?

Səs mənim üçün yoxsa yarasa üçün, hansımız üçün daha mühümdür?



Səs nədir?

Səs necə baş verir?



Bəzi növlər ətraf mühitlərinə necə uyğunlaşıb?

Nə üçün bütün deyil yalnız bəzi orqanizmlər yaşamağa davam edir?



Qurbağaların yaşamasına kömək edən xüsusiyyət nədir?

Qurbağaları məndən fərqləndirən nədir?



Qurbağaların əsas strukturları hansılardır?

Müəyyən bir mühitdə heyvanların yaşamasına imkan verən uyğunlaşmalar hansılardır?

Qurbağanın həyat dövrü nə qədərdir?


Bizə başqaları nə üçün lazımdır?

İcma nədir?



İcmamızda yardımçılarımızdan ən mühümü hansıdır?

Siz özünüz ən çox hansı icma yardımçısına oxşamaq istərdiniz?



İcma yardımçılarından bəzilərini sadalaya bilərsiniz?

Onlar nə iş görürlər?



Biz hamılıqla birlikdə necə yola gedə bilərik?

Ədəb-əxlaq bizə nə üçün lazımdır?


Ədəb-əxlaq nədir?
Oyun meydançasında yaxud sinifdə yola getmək üçün bizə kömək edəcək bəzi ədəb-əxlaq qaydaları hansılardır?
Hacı uşaqlarına öyrədilən ədəb-əxlaqla bizim öyrəndiyimiz ədəb-əxlaq bir-birindən necə fərqlənir?

İngilis dilində hansı qəliblərə rast gəlmək olar?

Qafiyə nədir?

Qafiyəyə harada rast gəlmək olar?



Qafiyə nədir?

Bəzi xalq laylaları hansılardır?

Məzəli şer nədir?


Həyatın qiyməti neçədir?


Heyvanların hamısınımı qorumağa dəyər?

Əgər siz Afrikada bir heyvan olsaydınız ən çox hansına və nə üçün oxşamaq istərdiniz?



Afrikada heyvanlar ətraf mühitlərinə necə uyğunlaşırlar?

Yaşamaq üçün heyvanlara nə lazımdır?

Afrikadakı heyvanların səciyyəvi xüsusiyyətləri hansılardır?


Sizin hekayəniz nədən bəhs edir?

Müəllifin yazı üslubu hekayəni nə dərəcədə maraqlı edir?


Hekayənin elementləri hansılardır?

Yazıda altı+1 xüsusiyyətlər hansılardır?

Müəllif hansı yazı xüsusiyyətlərini işlədir?


Dəqiqlik həqiqətənmi bu qədər əhəmiyyət daşıyır?

İşdə kəsrlərdən necə istifadə olunur və işi düzgün yerinə yetirmək üçün bunlara ehtiyac varmı?

Kəsrləri başa düşmək həyatınızı necə asanlaşdıra bilər?



Kəsr nədir?

Kəsrləri necə toplayır, çıxır, vurur və bölürük?

Surət və bölən nədir?

Qarışıq ədədi düzgün olmayan kəsrə necə dəyişirik?



Bir yerdən o birisniə necə gedirik?

Hansı yol marşrutu ilə gedəcəyimə necə qərar verirəm?

İnsanlar, yerlər və ətraf mühit ilə bağlı xəritələr bizə nə məlumat verə bilər?



Xəritədə hansı işarələr və yer göstəricilərə rast gəlinir və onların mənası nədir?

Xəritədən istifadə edərək necə ölçürük?



Biz necə fərqlilik yarada bilərik?

Nəsli tükənməkdə olan növlərin xilas olunmasına kömək etmək üçün məktəbimiz nə edə bilər?

İnsanlar və nəsli tükənməkdə olan növlər bir bölgədə birgə necə yaşaya bilər?



Bir heyvanı nəsli tükənməkdə olan növə daxil edən nədir?

Növlərinizin yaşayış mühiti üçün nə lazımdır?



Siz hazırsınızmı?

Bu gün çölə çıxıb oynaya bilərəmmi?

Bu günün havasına özümü necə hazırlamalıyam?



Yağış haradan yağır?

İlin fəsillərinin yaranmasına səbəb nədir?

Müxtəlif hava şərtlərinə hazırlaşmaq üçün insanların etdiyi bəzi işlər hansılardır?


Nizam-intizam və qanunauyğunluğa harada rast gəlmək olar?

İndi qafiyə söyləmək vaxtıdırmı?

Qafiyə nədir?



Qafiyə nədir?

Hansı sözlər eyni cür səslənir?

Qafiyələnən sözləri deyə bilərsiniz?


Nə üçün dəyişiklik lazımdır?

Həyətimizdə vulkan püskürə bilərmi?

Dağın hansı yerləri inşaat sahəsi üçün ən yaxşıdır və nə üçün?



Yerin hansı müxtəlif təbəqələri var?

Vulkanların üç müxtəlif növü hansıdır?

Dağlar nədən yaranıb?

Vulkanın yatan olduğunu necə bilirik?



Ömrünün sonuna kimi xoşbəxt yaşayan insan deyə bir şey var?

Nə üçün Sinderella dünyanın hər bir yerində sevilən hekayətdir?

Hekayəti fərqli obraz nəql etsəydi Sinderela məsəli necə dəyişərdi?



Məsəlin elementləri hansılardır?

Nöqteyi-nəzər nədir?

Dünyanın hər bir yerində bütün Sinderella hekayətlərini birləşdirən oxşar cəhətlər hansılardır?


Siz nə cür dəyişiklik görürsünüz?

Kölgə bizim üçün nə deməkdir?

Kölgəyə səbəb nədir?

Öz kölgənizi necə ölçürsünüz?

Kölgənizin dəyişməsinə səbəb nədir?



Ümumi Orta Məktəb üçün Əsas Suallar

Təməl Sual


Mövzu Sualları

Məzmun Sualları

Dünyanı dəyişmək üçün nə etmək lazımdır?


Erkən tədqiqatçıların Amerikanın və doğma ölkələrinin inkişafında nə kimi təsiri olmuşdur?

Erkən tədqiqatçılar dünyanı necə dəyişmişlər?



Erkən tədqiqatçılardan kimləri tanıyırsınız?

Bu tədqiqatçılar hara getmişdirlər?

Onlar nə tapmışdırlar?


Ekosistem nədir və nə üçün bunun qayğısına qalmalıyam?

Ətraf mühiti nə üçün qorumalıyıq?

Biz hamılıqla birlikdə necə yola gedə bilərik?


Sizcə tropik meşələri qorumağa dəyər?

İnsanlar və heyvanlar tropik meşələrdə necə yaşayırlar, onlar ən yaxşı necə birlikdə yaşaya bilərlər?



Tropik meşə nədir?

Tropik meşədə nələr yaşayır?

Tropik meşələr harada yerləşir?


Enerjinin mənbəyi nədir?

Enerji yaratmaq üçün təbii resurslardan necə istifadə edə bilərik?

Təbii resurslar hansılardır?

Təbii resurslar nə üçün isifadə edilir?

Bərpaolunanla bərpaolunmayan resurslar arasında fərq nədir? Bunlardan hər birinə aid misallar verə bilərsiniz?


Su nə üçün mühümdür?


Dünyadakı süni göllər təmizdirmi?

Süni gölü təmiz edən nədir?



Süni gölün komponentləri nədir?

Süni göldə su orqanizmlərinə kömək edən optimal turşuluq səviyyəsi nə qədərdir?



Mən sağlamam?

Sağlamlıqla bağlı riskləri azaltmaq üçün nə edə bilərəm?

Mənim sağlamlığımı qorumaq üçün bədəndəki bütöv sistem birlikdə necə çalışır?



Bəzi sağlamlıq riskləri hansılardır?

Bunlar nə üçün sağlamlıq üçün risk hesab edilir?



İnsanlar nə üçün daim hərəkətdədirlər?

Yaşamaq üçün ən yaxşı yer haradır?

Nə üçün immiqrantlar yad ölkəyə gedərkən hər şeylərindən əl çəkirlər?



İmmiqrant nədir?

Nə üçün ___________tərk etdi?

Amerika nə üçün çoxsaylı mədəniyyət və insanların qaynaşdığı yer adlanır?


Həyatın struktur elementləri hansılardır?

Bir şeyi "canlı" edən nədir?



Hüceyrəni xüsusi edən nədir?

Hüceyrələr bizə digər sistemlərin strukturu barədə nə deyə bilər?



Hüceyrənin səciyyəvi xüsusiyyətləri hansılardır?

İnsan hüceyrəsində hüceyrə tənəffüsünün mərhələləri hansılardır?

İnsan və bitki hüceyrəsi arasında fərqlər hansılardır?


Keçmiş gələcəyə necə təsir edir?

Qədim Misir bu gün bizim nəzərimizə görə hələ də necədir?

Qədim Misirin siyasi sturkturu necə idi?

Qədim Misirdə hansı bəzi adət-ənənələr olub?



İnsan əcəlindən çox yaşaya bilərmi?

Leonardo Da Vinçinin hansı sahədəki bilik və təcrübəsi bu gün ən çox təsir yaradıb?

Leonardo Da Vinçi gələcək üçün necə ilham mənbəyi olub?



Leonardo Da Vinçi nə ilə məşhurlaşıb?

Leonardo Da Vinçinin dəstəkçiləri kim olub?



Hökumət sistemləri fərdə necə təsir edir?

Orta Əsrlərdə feodalizm sistemi insanların ümumi həyat keyfiyyətinə necə təsir etmişdir?

Orta Əslərdə olsaydınız siz hansı feodal obrazına oxşamaq istərdiniz?



Orta Əsrlərdə feodalizm sistemi nədən ibarət olmuşdur?

Feodalizm sistemində mühüm əhəmiyyət daşıyan bəzi şəxslər kimlər olmuşdur?



Münaqişə dəyişikliyi necə hasil edir?

Bu gün bizim həyatımız______münaqişəsi səbəbindən necə dəyişmişdir?

____müharibəsinin səbəbləri və nəticəsi nə olmuşdur?

Hekayələrin mənbəyi nədir?

Yunan və Roma mifologiyası ədəbiyyat və gündəlik həyatımıza nə dərəcədə təsir edir?

Yunan və Roma mifologiyasında hansı ilahilər olub və onların keyfiyyətləri nə idi?

İcma nədən formalaşır?

İcmanın tarixi günümüzdəki icmanın dəyərlərinə necə təsir edir?

Bizim icma nə vaxt və kim tərəfindən təsis olunub?

İcmamızda hansı qayda-qanunlar var?

İcmamızda hansı problemlər var?


Musiqi tarix, cəmiyyət və mədəniyyəti nə dərəcədə əks etdirir?

Bəstəkarın fəaliyyət göstərdiyi zaman onun musiqisinə necə təsir edir?

Müxtəlif dövrlərin bəstəkarlarını necə müqayisə etmək olar?



Müxtəlif zaman kəsimi və ölkələrdə hansı məşhur bəstəkarlar olub?

Bəzi fərqli musiqi növləri hansılardır?



Nə üçün kəşf etməliyik?

Erkən tədqiqatçılardan müasir dövrümüzdə faydalı olacaq hansı təcrübələri öyrənə bilərik?

İspaniya və Portuqaliyanın kəşf olunmasına təkan verən nə olub?

14-15-cı əsrdə tədqiqat məqsədli dəniz səyahətlərində hansı mühüm şəxslər iştirak etmiş və hadisələr baş vermişdir?



Vəziyyət doğrudanmı iddia edildiyi qədər dəyişdi?

Bizim həyatımızla Qədim Misirlilərin həyatı arasında nə kimi oxşarlıq var?

Nil çayı qədim Misir sivilizasiyası üçün nəyə görə bu qədər mühüm idi?

Qədim Misirlilər tərəfindən hansı dini ənənələr, mədəni və elmi töhfələr yaradılıb?



Keçmişimizdən dərs almaq nə üçün mühümdür?

Biz Yer Kürəsindən başqa bir yerdə yaşaya bilərdik?

Planetimizin təbii resurslarını necə qoruya və saxlaya bilərik?



Turşu yağışı suyun dövrəsi ilə necə hərəkət edir və nə kimi təhlükələri var?

Turşululuğun suyumuzun keyfiyyətinə və su orqanizmlərinə nə kimi təsiri var?

Ozon nədir? Yer kürəsinin ozon qatının dağılmasına nə səbəb olur?


Hal-hazırda etdiyimiz seçimlərin gələcəkdə bizə təsiri necə olur?

Xəstəlik qaçılmazdırmı?

Xəstəliyin profilaktikası sizcə ən yaxşı əlacdırmı?

Diaqnoz nədir? Bunun doğru olduğuna necə əmin ola bilərsiniz?


Bədən sistemlərinin hər birinin funksiyası və zəif cəhətləri nədir?

Xəstəliyin tərifi necədir?

İdmanın bizə nə kimi faydaları var?


Riyaziyyat dünyamı başa düşməkdə mənə necə kömək edə bilər?

Düym yaxud santimetrdən istifadə nə kimi fərq edir?

Metrik sistemdən nə üçün istifadə edilir?



Əşyaları ölçmək üçün metrik sistemdən necə istifadə edirsiniz?

Müxtəlif metrik ölçü vahidləri hansılardır?




Siz nə cür dəyişiklik görürsünüz?

Süxur və minerallar nə üçün mühümdür?

Nə üçün ayağımızı yorğanımıza görə uzatmamalıyıq?



Vulkanik, çökmə və metamorfik süxurlar hansılardır?

Müxtəlif süxurlar necə formalaşır?

Süxur dövrü nədir?



Tam Orta Təhsil Məktəbləri üçün Əsas Suallar

Təməl Sual


Mövzu Sualı

Məzmun Sualı

Musiqidən nə öyrənə bilərik?


Günümüzün musiqisi bizə nə deyir?

Bəstəkarın həyatı onun musiqisinə necə təsir edir?

60-cı illərin musiqisi özünün zamanı və mədəniyyəti barədə nə deyir?


60-cı illərin bəstəkarlarından kimləri tanıyırsınız?

Keçmişdə və hal-hazırda hansı məşhur bəstəkarları tanıyırsınız?



Dünyanı dəyişmək üçün nə etmək lazımdır?

Abraham Linkolinin siyasi fəaliyyəti 1860-cı illərdə Amerikaya necə təsir etmişdir?

Abraham Linkolinin siyasi fəaliyyəti bu gün sizin həyatınıza necə təsir edir?



Abraham Linkolinin hansı siyasi fəaliyyəti yaşadığı dövrdə mühüm əhəmiyyət kəsb etmişdir?

İnsanların çətinliklərini onların ləyaqətinə hörmət hissini aşılamaqla necə aradan qaldıra bilərik?*

Cəmiyyətin xəstəlikləri müalicə etmək öhdəliyi varmı? Xəstəliklərin profilaktikası, qarşısının alınması və müalicəsində fərd olaraq bizim rolumuz nədən ibarətdir?

Bu gün dünyada geniş yayılmış hansı xəstəliklər var?

Xəstəliklər necə müalicə olunur?



Yeni xüsusiyyətləri və münasibətləri aşkar etmək üçün məntiqdən necə istifadə etmək olar?

Ətraf aləmi başa düşməkdə həndəsənin mənə köməyi necə ola bilər?

Xalçanın ölçüsünü düzgün hesablayıb almaq üçün verilmiş otağın kvadrat metrini necə hesablamaq olar?
Qolf oynayarkən düşmə və əksetmə bucağını bilmək bir yerdə dəlik açmağa necə kömək edə bilər?
GPS bloku ilə koordinatları necə tapırıq?

Qardaşımın qayğısına qalan mənəm?


Ehtiyac içində olanlara necə kömək edə bilərik?

Aclığın qarşısını almaq mümkündür?



______aclığın səbəbləri hansılardır?

_____hal-hazırda hansı yardım işləri görülür?



İstədiyimi necə əldə edə bilərəm?

Ev almağa qərar verdikdə özünüz üçün uyğun olan evi necə seçirsiniz?

Ev almaq və arzuladığınız həyat tərzini sürməyə imkanınız olmaq üçün gələcəyinizi necə planlaşdıra bilərsiniz?



Maliyyələşdirmə müəyyən bir ev üçün faktiki edilən ödənişə necə təsir edir?

Bir insanın hansı evi almağa gücü çatdığını müəyyən edən amillər hansıdır?

Regional amillər evlərin qiymətinə necə təsir edir?

Borcun işləyiş mexanizmi necədir?



Bir insan fərq yarada bilərmi?


Fərdlərin tariximizə təsiri necə olub?

Amerikanın ən dahi prezidenti kim olub?



______hansı nailiyyətləri olub?

Yerin enerjisindən necə yararlana bilərik?

İşığı daha haradan əldə etmək olar?

İşıq nədir?

İşığın iş mexanizmi necədir?



Kainat nə üçün belə davam edir?

Ulduzların fiziki izahı nədir?

Qalaksiyanı tədqiq etməklə özümüz barədə nə öyrənə bilərik?



Qalaksiya nədən formalaşıb?

Ulduzlar nədir?

Bir ulduzun yerdən uzaqlığını necə bilirik?


Hekayələrin mənbəyi nədir?

Hekayə ədəbiyyata nə dərəcədə təsir edir?

____öz hekayələrini haradan götürüb?

Metafizik şairlərin vaxtında hansı siyasi və ictimai şərtlər mövcud idi?



Sadəcə bacara bilmək bunu yerinə yetirməli olduğumuz mənasına gəlirmi?

Təbiət elmləri, kəşf və ixtira nə qədər dərinliyə gedə bilər?

Biz təbiət elmlərinə məhdudiyyət qoymalyıqmı?



Ötən 20 ilin mühüm elmi kəşflərindən hansılarını tanıyırsınız?

Qanunlar nə üçün dəyişir?

Qanunlar nə vaxt dəyişməlidir?



200 illik qanunlar bu günün tələblərinə cavab verirmi?

Gələcəkdə hansı milli yaxud yerli qanunlar problem yarada bilər?



Bizim ölkəmiz hansı qanunlara görə qurulub?

Münaqişə dəyişikliyi necə hasil edir?

İnsanlar nə üçün çox vaxt münaqişəyə güc işlətməklə reaksiya verirlər?

Lord of Flies əsərində obrazların münaqişəyə reaksiyası necədir?

Münaqişənin və hekayənin zirvə nöqtəsi nədir?



İncəsənət cəmiyyəti necə əks etdirir yaxud onu dəyişdirir?

1800-ci illərin axırlarında impressionist incəsənət həyatı necə əks etdirir?

1800-ci illərin axırlarında impressionist incəsənət cəmiyyəti necə dəyişir?

Sizin öz incəsənətiniz həyatınızı necə əks etdirir?


İmpressionist dövrün məşhur rəssamları kim olub?

Tarix gələcəyi necə proqnozlaşdıra bilər?


Müharibələr necə başlayır və onların qarşısını almaq olar yaxud almaq lazımdırmı?

Müharibdən kim faydalanır?



İkinci dünya müharibəsində hansı ölkələr iştirak etmişdir? Hansı ölkələr bir cəbhədən çıxış etmşlər?

İkinci dünya müharibəsində baş vermiş mühüm hadisələr hansılardır?

Versal Sazişinin başlıca müddəaları hansılar olub?


Demokratiya sizcə effektiv, təmsiledici və humanist idarəçiliyə səbəb olurmu?

Xalq mürəkkəb siyasi məsələlərə səs verməlidirmi?

Sərvətlə siyasi güc arasında nə kimi əlaqələr var?*



Demokratiya ilə monarxiya arasında başlıca fərqlər hansılardır?

1787-ci ildə siyasi partiyaların formalaşmasına

Birləşmiş Ştatların Konstitusiya Yığıncağının əksər nümayəndələrinin

münasibəti necə olmuşdur?



Dahiliklə dəlilik arasında fərq nədir?

Musiqi, incəsənət və şer necə yaxşı ola bilər?

Vinsent Van Gox və Vasili Kandinskinin incəsənət əsəri nə üçün yaşadıqları dövrdə xalq tərəfindən, incənət tənqidçiləri və onların çağdaşları tərəfindən ziddiyyətli yaxud "pis" deyə qiymətləndirilib?

Zaman ötdükcə Vinsent Van Goxun incəsənətinə ictimai rəy necə dəyişmişdir?



Fərdi azadlıq mövcuddurmu?

Demokratiya özünü doğrudanmı doğruldur?



Konstitusiya həqiqətənmi bizim hüquqlarımızı qoruyur?

Konstitusiya ilk başladığından indiyə kimi necə dəyişib?

Nə üçün siz olduğunuz kimisiniz?

Mühit yoxsa DNT, şəxsiyyətimizə hansı təsir edir?

"DNT"açıqlaması nədir?

DNT-ni formalaşdıran dörd kimyəvi əsas hansılardır?

Nə üçün heç bir iki insan bir-birinə oxşamır (əkizlərdən başqa)?


Tarix boyunca hekayələr nə üçün həmişə mühüm olub?

Nə üçün hələ də Şekspiri oxuyuruq?

Şekspirin poema və tamaşaları müasir həyatımıza necə təsir edir və bunu nə dərəcədə dəqiq əks etdirir?

Şekspirin əsəri ilə mənim həyatım arasında nə kimi əlaqə var?


Müəllif Hamlet obrazını auditoriyaya necə açıqlayır?

Hamletin xarici və daxili ziddiyyətləri nədir?

Hamlet özünü nə üçün dəliliyə qoyur?


Siyasətin elmə təsiri varmı?

Bizim ətrafımızda əslində nə baş verir?

Bu gün ölkəmizdə baş verən hansı ekoloji problemlər mövcuddur?

Sizcə davam etdirilməməsi məsləhət olan elmi kəşflər varmı?

Klonlaşdırma ilə bağlı ən böyük məsələ nədir?

Klonlaşdırma nədir?

Klonlaşdırma necə baş verir?



Sizin rəyiniz də dərəcədə önəmlidir?

Səsvermə bizə nə verir və ictimai rəydəki tendensiyaları müəyyən etməkdə bizə necə kömək edə bilər?

Nə üçün səsvermə bir çox fərqli yollarla şərh olunur?



Demoqrafik göstəricilər nədir və namizədlər seçiciləri hədəfə almaqda bundan necə istifadə edirlər?

Səsverməni hazırlamaqda və keçirməkdə hansı addımlar izlənilir?



Hər hansı bir şəkil min sözü əvəz edirmi?

Şəkillər bizə keçmişi təfsir etməkdə necə kömək edə bilər?

Fotojurnalistika ictimai rəyə necə təsir edir?



İnşanın qaydaları nədir və fotoqrafiyada bundan necə istifadə olunur?

Bir lideri dahiləşdirən nədir?

Qədim dünyada fəthin təsiri nə olub?

Qədim dünyada imperiyaların gündəlik həyata nə kimi təsiri olub?



Sizin tarixi şəxsiyyətinizin hansı nailiyyətləri olub?


Yer kürəsinin enerjisindən necə yararlana bilərik?

İşıq nə üçün mühümdür?

İşdə elektrikdən necə istifadə olunur?



Elektrik nədir?

Elektrik dövrəsinin hissələri hansılardır?



Om qanunu nədir?

"Bəzi suallar Katerin G.Simonsun "The Blue Blood is Bad, Right?" məqaləsindən götürülüb.

Müəllif hüququ@2007 İntel Korporasiyası Bütün hüquqları qorunur Page of


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət