Ana səhifə

Suriyada qarşıdurmalar davam edir. Belə bir vaxtda dövlət başçısı Bəşər Əsədin ölkəni tərk etmək üçün bəzi ölkə başçıları ilə görüşdüyü də məlum olub. Əsma Əsədin isə artıq ölkəni tərk etdiyi iddia edilir. Bu məlumatın T


Yüklə 5.81 Kb.
tarix09.05.2016
ölçüsü5.81 Kb.
Suriyada qarşıdurmalar davam edir. Belə bir vaxtda dövlət başçısı Bəşər Əsədin ölkəni tərk etmək üçün bəzi ölkə başçıları ilə görüşdüyü də məlum olub. Əsma Əsədin isə artıq ölkəni tərk etdiyi iddia edilir.

Bu məlumatın Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın NBC telekanalına açıqlamasında bu məlumatın öz əksini tapması diqqəti Ankaraya qədər gəlib çıxan kəşfiyyat məlumatlarına yönəldib.

Ərdoğana verilən məlumatlar arasında Əsma Əsədin ölkədən ayrıldığı iddiaları ilə birgə, Suriyadakı son vəziyyət və Bəşər Əsədlə bağlı məlumatlar da yer alıb. Məlumat üçün bildirək ki, Əsəd ailəsinin vəziyyəti ilə bağlı məlumatlar Ərdoğana on beş gün əvvəl təqdim edilib. Burada Əsədin həyat yoldaşı Əsma Əsədin öz üşaqları ilə birgə Suriyanı tərk etdiyi bildirlir.


Baş nazirliyə Əsəd ailəsi ilə bağlı verilən digər kritik məlumat isə Əsədin də ölkəni tərk etmək üçün digər ölkə rəhbərlər ilə apardığı danışıqlar olub. Hazırda Şamda sığınan Əsədin əgər müxalif qüvvələr daha böyük qarşıdurmalar yaradarsa, son çarə olaraq üçüncü bir ölkəyə qaçmağı planlaşdırdığı bildirilir.


Əsədin bununla bağlı artıq dörd ölkə başçısı ilə ilə danışıqlar apardığı sübuta yetirilib. Ancaq mənbələr Əsədin danışıqlar apardığı bu ölkələrin adlarını açıqlamırlar. Qeyd edək ki, artıq Əsədin tərəfdarları qarşıdurmalarda kimyəvi silahlarından istifadə etdikləri 90 faiz öz təsdiqini tapıb. Türkiyənin Baş nazirliyinin əldə etdiyi məlumatlarda onların risin qazından istifadə etdikləri barədə faktlar da əldə edilib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət