Ana səhifə

Sərbəst iş n-4 Əhali gəlirlərinin və istehlakının qiymətləndirilməsi və proqnozlaşdırılması


Yüklə 16.78 Kb.
tarix12.05.2016
ölçüsü16.78 Kb.
Sərbəst iş N-4

Əhali gəlirlərinin və istehlakının qiymətləndirilməsi və

proqnozlaşdırılması

Əhali gəlirləri bölgü və yenidən bölgü sistemi ilə, onun səmərəsi ilə hər bir ailənin , nəfərin əldə etdiyi və onun mövcüd qiymətlərdə istehlak üçün xərclədiyi pul vəsaitləri ilə ölçülür. Əhalinin gəlirləri dövlət gəlirləri, sahibkarlıq və fərdi fəaliyyətdən əldə olunan gəlirlər olub, bu gəlirlərin bölgüsü və yenidən bölgüsü ilə formalaşır. Formaca natural, pul gəlirləri və uyğun olaraq natural istehlak və pul xərcləri ilə ifadə olunur. Əhali gəlirlərinin statistik təhlili onun bütövlükdə əhali üzrə ümumi həcmi , adambaşına düşən səviyyəsi , ailə , sosial qruplar üzrə bölünməklə həyat səviyyəsinin diferensiasiyasını ( qütbləşmə) formalaçdırır.

Əhali gəlirlərinin təhlili onun struktur dəyişməsi ilə müəyyənləşir. Struktur təhlil gəlirlərin mənbələri , normaları və sosial demoqrafik qrup əhalisi üzrə dəyişmə dinamikası ilə müəyyənləşir. Aşağıdakı mənbələr hesabına gəlirlərin əsas həcmi və strukturu formalaşır.

Gəlirlərin formalaşması İllər





  1. Əmək haqqı gəlirləri x11 x12 ............x1n

  2. Sahibkarlıq gəlirləri x21 x22...........x2n

  3. Transferlər .........................

  4. Sair gəlirlər xn1 xn2.........xnn

Məcmu y1 y2...............yn

Δy = (yn / yn-1) x 100 %

Əhali gəlirlərinin balans sxemi tədqiqat sferasından asılı olaraq hər bir sosial qrup üçün də tərtib oluna bilər, o cümlədən ayrı-ayrı sahələrdə işləyən ailələrin kənd, qəsəbə, bələdiyyələr üzrə dəyişmə dinamikası təyin olunur. Gəlirlərin nominal, real, məcmu, mobil və sair formaları vardır.

Əhali gəlirlərinin dinamikası göstərir ki, sahibkarlıq inkişaf etdikcə sahibkarlıq gəlirləri artır, onun xüsusi çəkisi 30-40% təşkil edir. Transfer gəlirləri isə pensiyaların, müavinatların artırılması ilə artır. Transferlərin maliyyə mənbəyi dövlət büdcəsidir və müəssisələrin hüquqi və fiziki şəxslərin sosial müdafiə fonduna məcburi sosial sığorta ödəmələridir: 22% + 3% ( 22% sosial sığorta fonduna, 3% isə hər nəfərə ) .

Əhali istehlakı il ərzində pul xərcləri hesabına və natural formada istehlak olunan maddi və mənəvi nemətlərin məcmusuna deyilir. Əhali istehlakını formalaşması mənbələri və bazarın təşkili səmərəliliyi ilə bağlıdır. Eləcə də istehsalın formaları, iqtisadiyyatın quruluşu, əhalinin təminat səviyyəsi, sosial demoqrafik tərkib, məşğuliyyət quruluşu ilə bağlıdır. Adambaşına düşən istehlakın səviyyəsinə görə əhalinin dinamikası və paylanması qanunauyğunluqları mövcuddur.

Əhalinin istehlakının mənbələrinə daxildir:


  1. Pul xərcləri hesabına əldə olunan maddi və mənəvi nemətlər.

  2. Natural və fərdi təsərrüfatdan əldə olunan ərzaq və qeyri-ərzaq istehsal təyinatlı əşyalar, nemətlər.

  3. Kollektiv mülkiyyətdən pulsuz və ya dövlətin xərcləri hesabına fəaliyyət göstərən xidmət və ya natural istifadə üçün yaradılan obyektlər.

Əhali istehlakının məzmunu həmin əmtəələrin faydalılığı ilə ölçülür. Faydalılıq meyarı nisbi əhəmiyyət kəsb edir və sosial demoqrafik, həyat səviyyəsi meyarlarından aslılıdır. İstehlakın tipinə görə dünya ölkələrini təsnifatlaşdırmaq olar və hər bir amil, faktor istehlakın formalaşmasına müxtəlif intensivlikdə təsir edir:

  1. Gəlirlərin istehlaka təsiri Δy / Δys = σ (y ; Js )

Burada Δy – gəlirlərin dəyişməsi

Δys – adambaşına düşən istehlakdır.

σ – nın miqdarına görə şkala düzəltsək

0-0.1 çörək σ1

0.1-0.2 geyim əşyaları σ2

0.2-0.3 meyvə, tərəvəz σ3

0.3-0.5 maşın, soyuducu və s. σ4

0.5-0.7 baha maşınlar, soyuducular σ5

0.7-1 ən bahalı əşyalar σ6


  1. İstehlak əhalinin demoqrafik tərkibinə görə, ailə üzvlərinə görə dəyişir:

β = Δİ / N

Burada, İ- istehlak, N- ailədə uşaqların sayıdır.



Sonrakı mərhələdə bu əmtəələrin bütün istehlakda xüsusi çəkisi hesablanır. σ- nın dəyişməsinə görə istehlak əyrisi qurulur.

y


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət