Ana səhifə

SƏdaqəTLİ canavarlar


Yüklə 11.51 Kb.
tarix10.05.2016
ölçüsü11.51 Kb.
SƏDAQƏTLİ CANAVARLAR

İnsanlar canavarlar haqqında nə bilir? Hər kəs onları qəddar, xain, təhlükəli, məkrli bilir və fikirləşir ki, onları məhv etmək lazımdır. Bunu onları tanımayanlar belə düşünür. Əslində, canavarlar çox nadir hallarda insanlara hücum edirlər. Onlar yalnız ac qalmamaq üçün ov edirlər və qətiyyən insanlarla işləri yoxdur. Təklif edirəm ki, canavarların bu zəngin və əslində məsum olan dünyasına birgə səyahət edək.

Canavarlar artıq milyon ildən artıqdır ki dünyada yaşayırlar.
Canavar cinsinə daxildir: kayut, çaqqal, bütün növ itlər, canavarlar. İtlər kimi canavarlar da çox yola gedən və tez əhlilləşən heyvanlardır. Hər canavar özünəməxsus keyfiyyətə malikdir, bəzirləri ehtiyatlı, bəziləri cəsarətli, özünəgüvənəndir, onlar canavar sürüsündə sərbəst yaşayır, heç kimin təsirinə düşmürlər.
Canavarlar Şimal yarımkürəsində dağlarda, meşələrdə, düzlərdə yaşayırlar. Hər bir canlı kimi onlar da təbətin qoynunda öz yuvalarına qururlar. Yaşadıqları yerlərdə canavarlar iri məməliləri ov edən iri qrupları təşkil edirlər.
Canavar böyükdürmü? — Canavar üçün «böyük» düzgün ölçü meyarı deyil. Adətən erkək canavarlar 50 kq, dişilər isə ondan 5 kq az olur. Hündürlüyü 75 sm, uznluğu isə 1,5 — 2 m olur.
Canavarlar ictimai heyvanlardır, onlar ailə şəklində yaşayırlar. Hər sürüdə hərənin öz rütbəsi var, hər kəs öz yerini yaxşı tanıyır. Cəsur və güclü canavarlar sürüyə rəhbərlik edir, güclü dayağa ehtiyacı olan zəiflər isə onlara tabe olur. Canavar ailəsinə adətən bir erkək və bir dişi canavar liderlik edir, canavar ailəsində 6-dan 15-ə qədər üzv ola bilər. Canavarın başçılıq etdiyi ailədə adətən üzvlər bir-biri ilə dalaşmır, yalnız kənardan gələn və ya ailə sərhədlərini pozub tabe olmaq istəməyən “canavar –yalquzaqlarla” tez-tez mübahisələr düşür.
Hər canavar sürüsü yalnız öz ərazisində ov edir, qonşularını da bu barədə xəbərdar edir, əgər kimsə əraziyə daxil olmaq istəsə cəzalanır. Bəzən elə olur ki, dəstə üzvlərindən biri dəstədən qovulur, yaxud özü tabe olmaq qistəmir, sıranı tərk edir və tək yaşamağa başlayır. Yəqin ki, «Odinokiy volk» sozunu eşitmisiniz, insanlardan qaçan adamları adətən belə çağırırlar. Yalnız canavarlar əgər tək dişi canavara rast gəlsə öz sürüsünü yarada bilər.

Başçılıq edən canavarların quyruğu daim yuxarı, tabe olanların quyruğu aşağı, ən zəiflərinki isə bədənlərinə sıxlmış formada olur.


Canavarlar çox sədaqətli heyvanlardır. Onlar sürüdəki yoldaşlarına çox tez öyrəşirlər. Öz hisslərini onlar mimika və bədən hərəkətləri ilə gostərirlər. Ən zərif hisslərini göstərmək üçün olar bir-birini yalayır və ya çənəsini bir-birinə sürtür.
Canavarlar əsl ov üçün yaranmış heyvanlardır. Qışda canavarın qarın ustündə qoyduğu iz düz xətt kimidir. O arxa ayağını eynilə qabaqkının yerinə qoyur, ona görə də lap qalın qar örtüyü belə olsa, onlar çox rahatlıqla qaçıb gizlənə bilirlər. Canavarların silahı onların dişləridir. Onların 42 dişi var.
Canavarlar heç də həmişə vəhşi ovlar etmirlər, onlar öz ailəsində çox mehriban olub müxtəlif oyunlar da oynaya bilirlər.
Canavar sürüsünün bütün üzvləri balaları qorumağa yardım edirlər. Bəzən sürüdəki dişilərdən biri "dayəlik etmək üçün" bütün gecəni yuvada qalır. Beləliklə, balaların anası sürü ilə birlikdə ov etmək imkanı qazanır. Canavarların sahib olduqları bu xüsusiyyət üstün bir Yaradıcının varlığını açıq şəkildə göstərir. Bu Yaradıcı üstün şəfqət və mərhəmət sahibi olan Allahdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət