Ana səhifə

Riyad” Mühafizə Xidmətinin rəisi jurnalistdən üzr istədi. Girovluqda saxlanılan şəxsiyyət vəsiqəsi qaytarıldı


Yüklə 9.81 Kb.
tarix12.05.2016
ölçüsü9.81 Kb.
Riyad” Mühafizə Xidmətinin rəisi jurnalistdən üzr istədi. Girovluqda saxlanılan şəxsiyyət vəsiqəsi qaytarıldı


Şəkildə: hərbi jurnalist Cəsur Sümərinli Şəkildə: “Riyad”ın rəhbəri Etibar Qasımov

Sentyabrın 15-də axşam radələrində “Riyad” Mühafizə Xidmətinin rəisi Etibar Qasımov “MilAz” İnformasiya Agentliyinin baş direktoru, hərbi jurnalist Cəsur Sümərinliyə telefon açaraq baş vermiş hadisəyə görə təəssüfləndiyini və jurnalistə qarşı onun rəhbəri olduğu şirkətin nümayəndəsi tərəfindən edilmiş hədələrə görə üzr istədiyini bildirib. Bu barədə C.Sümərinli məlumat verib.
Mənimlə söhbətində E.Qasımov dönə-dönə üzr istədi və bildirdi ki, hansısa yanlışlıq baş verib. Söz verdi ki, dayım oğlunun sənədi təcili olaraq mənə çatdırılacaq”, - deyən C.Sümərinli bildirdi ki, bu gün (sentyabrın 16-da) saat 17.00 radələrində dayısı oğlu Elnur Tağiyevin şəxsiyyət vəsiqəsi ona çatdırılıb.
Xatırladaq ki, “Riyad” Mühafizə Xidmətinin İlqar Rzayev adlı rəis müavini “MilAz” İnformasiya Agentliyinin baş direktoru, “Ayna” və “Zerkalo” qəzetlərinin əməkdaşı Cəsur Sümərinlini hədələyib. C.Sümərinlinin sözlərinə görə, telefon danışığında İ.Rzayev C.Sümərinlini “Bakmil”in binasında yerləşən ofisə dəvət edib və gələcəyi təqdirdə ona qarşı kobudluq göstəriləcəyini bildirib. C.Sümərinli bildirdi ki, hər şey onun dayısı oğlu Elnur Tağıyevin adına olan şəxsiyyət vəziqəsinin “Riyad” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən faktiki girovluqda qalması səbəbindən başlayib. Belə ki, E.Tağıyev mühafizəçi işinə düzəlmək məqsədilə 2010-cu ilin aprelində firmanın ofisinə üz tutub və işə düzəlmək arzusunda olduğunu bildirib. İ.Rzayev ondan şəxsiyyət vəsiqəsini istəyib və bildirib ki “yer boşalanda” xəbər verəcək. Bu minvalla hadisənin üstündən 2 aydan artıq vaxt keçib və qurumdan cavab gəlmədiyini görən E.Tağiyev başqa işə düzəlib və sənədini geri almaq üçün maraqlananda “Riyad” firmasında onu get-gələ salıblar. Sonuncu dəfə 2 həftə bundan öncə E.Tağiyev yenidən qurumun ofisinə gedib. Oradan isə ona sənədini göstərərək İ.Rzayevin orda olmadığını əsas gətirərək sənədi verə bilməyəcəklərini deyiblər. E.Tağıyev İ.Rzayevlə əlaqə saxlayanda sonuncu telefonu bir neçə dəfə söndürüb. E.Tağiyev səbəbi ilə maraqlananda rəis müavini “yaxşı elədiyni” bildirib.
Məsələ ilə əlaqədar C.Sümərinli E.Tağıyevin hüquqlarını qorumaq və vəziyyəti araşdırmaq məqsədilə sentyabrın 13-də saat 17.00 radələrində “Riyad” Mühafizə Xidmətinin ofisinə baş çəkib. Növbətçi bildirib ki, rəhbərlikdən heç kim yoxdur. C.Sümərinli İ.Rzayevin telefon nömrəsini əldə edərək ona zəng edərək E.Tağiyevin sənədinin niyə “girovlüqda” saxlanıldığını soruşub. Rəis müavini bu məsələyə heç bir izahat verə bilməyib və bildirib ki, baş verən hadisə faktik olaraq şəxsiyyət vəsiqəsini girovluqda saxlamaqdır və sənəd təcili olaraq verilməlidir, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Qarşı tərəf C.Sümərinlidən sentyabrın 14-də səhər saat 10.00-da ofisə gəlməyini istəyib. C.Sümərinli işi ilə əlaqədar gələ bilməyəcəyini söyləyib.
C.Sümərinli sentyabrın 14-də İ.Rzayevə zəng edərək E.Tağıyevin sənədini şəhərin mərkəzində təyin olunmuş yerə gətirməsini istəyib. İ.Rzayevsə yalnız sənədi ofisdə verə biləcəyini bildirib. C.Sümərinli İ.Rzayevə E.Tağıyevin onun tərəfindən dəfələrlə get-gələ salınmasını xatırladıb. Bunun ardınca rəis müavini C.Sümərinli ilə kobud, mədəniyyətdən kənar danışmağa başlayıb. O, C.Sümərinlini hədələyib və qeyd edib ki, bundan sonra ofisə gəlsə onunla kobud davranılacaq. C.Sümərinli aşkar hədəsinə görə məsuliyyət daşıdığını və məsələyə görə Daxili İşlər Nazirliyinə müraciət edəcəyini bildirdikdə İ.Rzayev heç kimdən qorxmadığını bəyan edib.
C.Sümərinli məsələ ilə əlaqədar ölkə prezidenti İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət etmişdi.
C.Sümərinli baş vermiş hadisədə ona dəstək göztərdiklərinə görə bütün jurnalist həmkarlarına xüsusi təşəkkürünü bildirib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət