Ana səhifə

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti Женская Ассоциация за Рациональное Развитие


Yüklə 71.45 Kb.
tarix01.05.2016
ölçüsü71.45 Kb.


Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti

Женская Ассоциация за Рациональное Развитие

Women’s Association for Rational Development









VƏZİFƏ ŞƏRTLƏRİ (VŞ)

İcraçı təşkilat: Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)

Maliyyələşdirən təşkilat: BMT-nin Demokratiya Fondu

Layihə: Azərbaycanda Qadın Parlamentinin Yaradılması

Müddət: 24 ay

Vakant vəzifə: Qadın Parlamentinin Üzvü (QPÜ)


İ. Təşkilat haqqında:

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (bundan sonra RİQC) 2002-ci ildə qadınların imkanlarını gücləndirmək və bərabər iştirakını təmin etmək vasitəsilə Azərbaycanın inkişafına öz töhfəsini vermək MƏQSƏDiLƏ birləşən bir qrup fəal qadınlar tərəfindən yaradılmışdır. Qeyri-hökumət, qeyri-siyasi və qeyri-kommersiya QADIN təşkilatı olan RİQC 2005-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.

Cinsiyyət, yaş, din və irq mənsubiyyətinə görə ayrıseçkilik olduğu təqdirdə demokratiya, ədalət və inkişafın mümkünsüzlüyü – RİQC-in missiyasının əsasını təşkil edir. RİQC hər növ ayrıseçkilik və zorakılığa qarşı mübarizə aparır. RİQC-in 2009-2011-ci illər üçün qəbul olunan Fəaliyyət Planı Sağlamlıq Proqramı, Gender Bərabərliyi Proqramı və Bacarıqların Gücləndirilməsi Proqramını önə çəkir.

II. Layihə haqqında:

Layihənin məqsədi Azərbaycanda qadın hüquqları və gender bərabərliyi mövzusunda işləyəcək rəmzi Parlament - ilk Qadın Parlamentini yaratmaqdır. Qadın Parlamentinin rəsmi mandatı və ya statusu yoxdur. O, alternativ xarakter daşıyan bir qeyri-partiya formatıdır.

Qadın Parlamentinin yaradılması qadınların ölkədə olan qadın məsələlərində iştirak etməsində, gündəlikdə olan qadın problemlərinin və gender əsaslı zorakılığın işıqlandırılmasında, stereotiplərin qırılmasında, ölkədə yerli və beynəlxalq təşkilatların qadın məsələlərinə cəlb edilməsində, konkret problemlərin həlli üçün araşdırmalar və məsləhət paketini təqdim edilməsində unikal bir vasitə kimi nəzərdə tutulur. Layihə ölkədə gender təbliğatı ilə məşğul olan insanlar arasında demokratik müzakirələrə və birgə əməkdaşlığa şərait yaradacaq, idarəetmədə qadınların iştirakının və müxtəlif sektorlar arasında ünsiyyətin artırılmasına imkan yaradacaq, qadın həmrəyliyinin və birliyinin təməlini qoyacaqdır.

Nəticə etibarilə, layihə Azərbaycanda gender bərabərliyinin tənzimlənməsinə və qadın hüquqlarının yaxşıladırılmasına yardım edəcəkdir.



III. Qadın ParLAMENTİNİN ÜZVÜ HAQQINDA
1. Vəzifənin təsviri

Qadın Parlamentinin üzvləri qadın hüquqları və/və ya gender bərabərliyi məsələlərində, spesifik qadın problemlərində iş təcrübəsi olan qadınlar olmalıdırlar. QP-nin üzvləri QHT, kütləvi informasiya vasitələri, hökumət, biznes, təhsil ocaqları, beynəlxalq təşkilatlar və digər müxtəlif sektorların nümayəndələri ola bilərlər. Əgər eyni təşkilatdan bir neçə namizəd müraciət edərsə, yalnız bir nümayəndə seçiləcəkdir.

Milli Məclisin keçmiş və indiki üzvləri də müraciət edə bilərlər. Həssas və təcrid olunmuş qruplarla (tənha analar, əlil qadınlar, köçkün/ qaçqın/miqrant qadınlar və s.) çalışan qadınların müraciət etmələri xüsusilə alqışlanır.

Müxtəlif sektor, region və təşkilatlarlarda çalışan nümayəndələrin müraciəti qadın problemlərinin fərqli bucaqlardan QP-nin gündəliyində işıqlandırılmasına çox böyük imkan verəcəkdir.



2. Coğrafi əhatə dairəsi
Qadın Parlamenti 25 nəfər qadından ibarət olacaq, onlardan 15 nəfəri Bakı və onun ətraf kəndlərini, 2 nəfəri Sumqayıtı və 8 nəfəri Azərbaycanın 8 bölgəsini əhatə edəcəkdir :

  • Dağlıq və Yuxarı Qarabağ bölgəsi (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xankəndi, Şuşa, Ağdam, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl);

  • Quba-Xaçmaz bölgəsi (Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən);

  • Daglıq Şirvan bölgəsi (Şamaxı, Ismayıllı, Ağsu, Qobustan);

  • Şəki-Zagatala bölgəsi (Şəki, Balakan, Zagatala, Qax, Oğuz, Qəbələ);

  • Aran bölgəsi (Mingəçevir, Əli-Bayramlı, Yevlax, Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Zərdab, Bərdə, Ağcəbədi, Beylaqan, Imişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan);

  • Gənca-Qazax bölgəsi (Gəncə, Naftalan, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göy-göl, Samux, Goranboy);

  • Lənkəran-Astara bölgəsi (Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı);

  • Naxçıvan bölgəsi (Naxçıvan, Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şərur, Şahbuz).

QP-nin üzvləri ümumilikdə qadın hüquqlarına dair vəziyyəti yaxşı bilməli və spesifik bölgələrdə (namizədliklərini verdikləri bölgədə) qadın problemlərindən xəbərdar olmalıdırlar.


3. Tematik əhatə dairəsi:
Qadın Parlamentinin funksional və tematik rolunu icra edəcək daxili strukturu olacaqdır, məsələn, Daimi və Tematik Komitələr.

  • Daimi Komitə

  • Huquq Siyasəti Komitəsi

  • Insan Huquqlari Komitəsi

  • Təhlukəsizlik ve Müdafiə Komitəsi

  • Iqtisadiyyat Komitəsi

  • Ekologiya Komitəsi

  • Sosial Məsələlər üzrə Komitə

  • Elm ve Tehsil Komitəsi

  • Mədəniyyət ve Incəsənət Komitəsi

  • Beynəlxalq Münasibətlər Komitəsi

Komitələrinin tərkibi QP-nin daxili müzakirələri əsasında seçimdən sonra formalaşacaqdır. Komitələrin səlahiyyətləri QP-nin planlı görüşlərinə əsasən müəyyən olunacaqdır. “Marağın İfadəsi” adlı müraciət sənədi (qoşmada) namizədin hansı tematik komitəyə aid olma istəyi ilə bağlı sualını özündə əks etdirir. Əlavə olaraq, esse (tələblər qoşmada təsvir olunub) də bu istək barədə yetərli izahat verməlidir.


4. Qadın Parlamenti Üzvlərinin Öhdəlikləri:

Qadın Parlamenti Üzvlərinin seçimi Vəzifə Şərtləri əsasında aparılacaqdır. Qadın Parlamentinin Üzvləri 2 il ərzində ciddi, ancaq aydın öhdəliklər yerinə yetirməli olacaqlar. Aşağıdakı siyahı ilə məhdudlaşmayan öhdəliklərə bunlar daxildir: gündəlikdə duran qadın məsələlərinin müzakirəsi; tematik məlumatın Qadın Parlamentinə təqdim edilməsi; yerli səviyyədə qadın/qadın təşkilatları ilə

müntəzəm əlaqələrin qurulması; yerlərdə müəyyən tematik məsələlərlə bağlı məlumatın toplanması və müvafiq araşdırmaların aparılması; münasib tematik qurumlarla (müxtəlif sektorlar) əməkdaşlığın (lobbiçilik daxil olmaqla) edilməsi; qadın hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün sənədlər paketinin (qadın hüquqları vəziyyətilə bağlı yazılı hesabatlar da daxil olmaqla) işləyib hazırlanması; layihə çərçivəsində başlanılan birgə aksiya və kampaniyalarda iştirak edilməsi.
Qadın Parlamentinə seçiləcək üzvlərin hamısı ilə 2 sənəd imzalanacaqır: Anlaşma Memorandumu və Davranış Kodeksi. Daha sonra, Qadın Parlamentinin daxili struktur və funksiyalara görə formalaşması baş verəcək, Bakıda keçiriləcək 10 plenar və 15 tematik sessiya təşkil olunacaqdır. Beləliklə, bacarıqların artırılması və növbəti birgə addımların lazımi əlaqələndirilməsi və sinxronlaşdırılması təmin olunacaqdır. Formalaşma, oriyentasiya və bacarıqların gücləndirilməsi mərhələlərindən sonra, Qadın Parlamenti gender əsaslı bərabərsizliyə dair vəziyyəti yaxşılaşdırmaq üçün CEDAW1 Komitəsinə alternativ hesabatın yazılmasını, Milli Məclisə təkliflərin hazırlanmasını və digər birgə işlər həyata keçirəcəkdir.

Fəal qadınların əksəriyyəti çox məşğul olduğundan bizim Parlamentin seçilmiş üzvləri üçün natamam iş cədvəli təşkil olunacaqdır, lakin bununla bərabər götürüləcək öhdəliklərə qarşı tələblərimiz yüksək və ciddidir. Beləliklə, 1 ay əvvəlcədən xəbərdar etmək şərtilə, Qadın Parlamentinin üzvlərinin 2 il ərzində ayda 2-4 gün olmaqla bu layihədə məşğul olmaları gözlənilir.




5. Ödəniş:
Qadın Parlamenti fəaliyyət və birlik üçün unikal platforma hesab edilir. Bu parlament qadınların səslərinin gücləndirilməsi və qadın hüquqları ilə bağlı səylərimizi birləşdirmək üçün yaradılır.
Ona görə də, bu fəaliyyət qadın hüquqları hərəkatına Qadın Parlamenti Üzvlərinin könüllü töhfəsi kimi hesab edilir və ödənişli deyil. Buna baxmayaraq, Qadın Parlamentinin bütün üzvləri nəqliyyat və kommunikasiya xərclərini qismən qarşılamaq üçün kiçik ödəniş alacaqlar AZ manatla ödəniləcək məbləğ hər adama 1 il üçün 400$-a bərabər olacaqdır. Bundan əlavə, rayonlardan olan Parlament Üzvlərinə Bakıdakı sessiyalarda iştirak etmək üçün yol və yaşayış xərclərinin əvəzi veriləcəkdir.

6. Kim namizəd ola bilər?
Bu vəzifə Azərbaycanda bütün qadınlara bərabər imkanları təmin etmək, qadınların səlahiyyətlərini artırmaq naminə işləməyə marağı, biliyi, vaxtı, bacarığı və təcrübəsi olan fəal qadınlar üçündür.
Ümumi şərtlər:

  • Qadın olmalı;

  • 25 və yuxarı yaş həddində olmalı;

  • Azərbaycan vətəndaşı olmalı.


Təhsil və iş təcrübəsi:

  • Müraciət edilən müvafiq tematik komitəyə uyğun akademik təhsili olmalı;

  • Müraciət edilən müvafiq tematik komitəyə uyğun minimum 3 il iş təcrübəsi olmal;

  • Rəsmi hesabatların və təkliflərin yazılmasında təcrübə üstünlük təşkil edir. (məsələn, CEDAW hesabatına dair təcrübə)


Dil bilikləri:

  • Azərbaycan dili məcburidir;

  • İngilis və Rus dili arzuolunandır.


Şəxsi qabiliyyətlər və bacarıqlar:

  • Kommunikasiya və insanlararası güclü ünsiyyət qabiliyyəti, qarşılıqlı təsir etmə bacarığı, bütün səviyyələrdə effektli müzakirə aparmaq, lobbiçilik etmək və danışıqlar aparmaq (müxtəlif maraqlı tərəflərlə) qabiliyyəti;

  • Yüksək inkişaf etmiş konseptual, analitik və innovativ problem həlletmə qabiliyyəti;

  • Punktuallıq və layihə ilə əlaqədar məlumatı vaxtı-vaxtında və effektiv tərzdə təmin etmək bacarığı;

  • Nitq söyləmək və təqdimat etmək qabiliyyəti;

  • Hesabat yazmaq qabiliyyəti;

  • Şəxsi dəyərlər: analitik yanaşma, strateji planlaşdırma, yaradıcılıq, kollektiv iş bacarığı, korporativ etikaya sadiqlik, məsuliyyət, peşəkarlıq, özünə inam.



Necə müraciət etməli:
Zəhmət olmasa “Marağın İfadəsi” adlı sənədi doldurun (qısa Esse daxil olmaq şərtilə) və tam sənədi (Marağın İfadəsi və Esse) ward.azerbaijan@gmail.com email ünvanına göndərin.
Ərizənin SON qəbuletmə tarixi 18:00,

04 Oktyabr 2010 (bazar ertəsi).
Gecikmiş müraciətlərə baxılmayacaq.

BİZ YALNIZ İLKİN SEÇİLMİŞ NAMİZƏDLƏRLƏ ƏLAQƏ SAXLAYACAYIQ VƏ ONLARI MÜSAHİBƏYƏ DƏVƏT EDƏCƏYİK.
ZƏHMƏT OLMASA, SORĞULARLA MÜRACİƏT ETMƏYİN.
MARAĞIN İFADƏSİ
(Vakansiya: Qadın Parlamentinin üzvü)
Zəhmət olmasa bu formanın bütün hissələrini doldurun və ward.azerbaijan@gmail.com email ünvanına göndərin. Mümkün qədər əhatəli yazın. Tamamlanmamış sənədə baxılmayacaq.
HİSSƏ 1. SUALLAR
I. ŞƏXSİ MƏLUMAT:
1. Adı və Soyadı: _______________________________________________________

2. Doğum tarixi: _______________________________________________________
3. Milliyyəti: _______________________________________________________
4. Əlaqələr:
- Ev ünvanı: _______________________________________________________
- Şəhər, ölkə, poçt kodu: _______________________________________________________
- Ev telefon nömrəsi: _______________________________________________________
- İş telefon nömrəsi: _______________________________________________________
- Mobil telefon nömrəsi: _______________________________________________________
- Email: _______________________________________________________

5. Son 5 il ərzində ittiham və ya hər hansı bir cinayət törətməklə məhkum olunmusunuz?
Bəli_______ Xeyr_______
Əgər cavab müsbətdirsə, zəhmət olmasa, izah edin:

______________________________________________________________________________


______________________________________________________________________________
II. TƏHSİL: (bitirdiyiniz təhsil ocaqlarını sadalayın)
6. Bitirdiyiniz təhsil müəssisəsinin adı və yerləşdiyi yer (şəhər, ölkə):

_______________________________________________________________________________


7. Bitirmə tarixi: _______________________________________________________
8. Əldə edilmiş dərəcə: _______________________________________________________
9. Fakultə/ixtisas: _______________________________________________________


III. İŞ TƏCRÜBƏSİ:
10. Siz nə vaxtsa qeyri-hökumət təşkilatında işləmisiniz?
Bəli_______ Xeyr_______
Əgər cavab müsbətdirsə, zəhmət olmasa ətraflı məlumat verin (təşkilatın adı, vəzifəniz, öhdəliklərinizin qısa təsviri) ______________________________________________________________________________
______________________________________________________________________________
11. Hal-hazırda işləyirsiniz? Bəli_______ Xeyr_______
Əgər cavab müsbətdirsə, harada və vəzifəniz:__________________________________________
______________________________________________________________________________
12. Sizin qadın hüquqları və gender bərabərliyi sahəsində hər hansı iş təcrübəniz var?
Bəli_______ Xeyr_______
Əgər cavab müsbətdirsə, zəhmət olmasa, ətraflı məlumat verin : ______________________________________________________________________________
______________________________________________________________________________

13. Siz nə vaxtsa Milli Məclisin üzvü (millət vəkili) olmusunuz?
Bəli_______ Xeyr_______
Əgər cavab müsbətdirsə, zəhmət olmasa, Milli Məclisdə olan dövrü (illəri) qeyd edin: ______________________________________________________________________________


14. Hansı sektora mənsub olduğunuzu fikirləşirsiniz?


  1. QHT

  2. Media

  3. Biznes

  4. Akademik sektor

  5. Dövlət

  6. Beynəlxalq təşkilat

  7. Donor təşkilatı

  8. Digəri____________________________________________________________________


15. Qadın Parlamentində hansı Komitədə olmağınızı və uyğun olduğunuzu fikirləşirsiniz?




  1. Daimi Komitə

  2. Hüquq Siyasəti Komitəsi

  3. İnsan Hüquqarı Komitəsi

  4. Təhlükəsizlik və Müdafiə Komitəsi

  5. İqtisadiyyat Komitəsi

  6. Ekologiya Komitəsi

  7. Sosial Məsələlər üzrə Komitə

  8. Elm və Təhsil Komitəsi

  9. Mədəniyyət və İncəsənət Komitəsi

  10. Beynəlxalq Münasibətlər Komitəsi


16. Qadın Parlamentində hansı regional bölgəni təmsil etmək istərdiniz?


  1. Bakı və onun ətraf kəndləri

  2. Sumqayıt

  3. Dağlıq və Yuxarı Qarabağ bölgəsi (Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Xankəndi, Şuşa, Ağdam, Tərtər, Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl);

  4. Quba-Xaçmaz bölgəsi (Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən);

  5. Daglıq Şirvan bölgəsi (Şamaxı, Ismayıllı, Ağsu, Qobustan);

  6. Şəki-Zagatala bölgəsi (Şəki, Balakan, Zagatala, Qax, Oğuz, Qəbələ);

  7. Aran ərazisi (Mingəçevir, Əli-Bayramlı, Yevlax, Ağdaş, Ucar, Göyçay, Kürdəmir, Hacıqabul, Zərdab, Bərdə, Ağcəbədi, Beylaqan, Imişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Salyan);

  8. Gənca-Qazax bölgəsi (Gəncə, Naftalan, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göy-göl, Samux, Goranboy);

  9. Lənkəran-Astara bölgəsi (Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik, Yardımlı);

  10. Naxçıvan bölgəsi (Naxçıvan, Culfa, Ordubad, Babək, Kəngərli, Sədərək, Şərur, Şahbuz).


17. Zəhmət olmasa, malik olduğunuz bütün uyğun bacarıq və xüsusiyyətlərinizi göstərin (VŞ tələblərinə uyğun gələn):


  1. Hesabat yazmaq qabiliyyəti

  2. Nitq söyləmək və təqdimat etmək qabiliyyəti

  3. İnsanlar üçün açıq/əlçatan olmağınız

  4. Analitik yanaşma qabiliyyəti

  5. Ünsiyyət qabiliyyəti

  6. Yaradıcılıq

  7. Tənqidi düşünmə qabiliyyəti

  8. Danışıqlar aparma bacarığınız

  9. Obyektivlik

  10. Səbr

  11. Müsbət yanaşma (pozitivizm) qabiliyyəti

  12. Dəqiqlik

  13. Məsuliyyət

  14. Həmrəylik

  15. Strateji planlaşdırma qabiliyyəti

  16. Komandada işləmək bacarığı

  17. Müdriklik

  18. Hamısı

  19. Heç biri

  20. Digərləri (dəqiqləşdirin)____________________________________________________


18. Növbəti 2 il ərzində Azərbaycanda işləmək imkanınız olacaq?
Bəli________ Xeyr__________
19. Bizim təşkilata iş üçün nə vaxtsa müraciət etmisiniz?
Bəli ________ Xeyr__________
20. Təşkilatımız haqqında necə öyrənmisiniz? _______________________________________
HİSSƏ 2. ESSE
Esse «Marağın İfadəsi» sənədinin ən vacib bir hissəsidir. Esse Azərbaycan dilində olmalı və maksimum 500 sözdən ibarət olmalıdır. Esse Qadın Parlamentinə üzv olmaq istəyinizi əsaslandırmalıdır. Esseyi aşağıdakı suallar əsasında yaza bilərsiniz: «Niyə Qadın Parlamentinin üzvü olmaq istəyirəm?», «Qadın Parlamentinin üzvü olsam hansı işləri görəcəyəm?», «Niyə Qadın Parlamentinin ……. Komitəsinə üzv olmaq istəyirəm?», «Fikrimcə, Qadın Parlamentinin fəaliyyəti və təsiri .... (bunlardan) ibarət olmalıdır?» və sair. Esse olmadan «Maraq ifadəsi» sənədinə baxılmayacaq.

HİSSƏ 3. BƏYANNAMƏ



        1. Mən «Maraq ifadəsi» sənədində qeyd etdiyim məlumatın düzgün və tam olduğunu bəyan edirəm. Başa düşürəm ki, hətta seçilsəm belə, yalnış məlumata görə əməkdaşlıq istənilən vaxt dərhal dayandırıla bilər. Yuxarıda göstərilən bütün məlumatların yoxlanılmasına icazə verirəm.




        1. Mən akademik dərəcə və iş təcrübəmin həqiqi olduğunu və işimlə bağlı bütün bacarıq, təcrübə və biliyimin tam və düzgün olduğunu bəyan edirəm. «Maraq ifadəsi» sənədində sadaladığım akademik dərəcə və çalışdığım müəssisələrdə vəzifələrimin yoxlanılmasına RİQC-ə icazə verirəm.




        1. Mən «Maraq ifadəsi» sənədində (Esse daxil olmaqla) qeyd olunan məlumatların özümə məxsus olduğunu bəyan edirəm. Mən başqalarının işinin üzünü nə onların icazəsilə, nə də icazəsi olmadan köçürməmişəm.



        1. Başa düşürəm ki, yalnış məlumat ciddi qəbahətdir. Seçilsəm belə, yalnış məlumat əməkdaşlığın bitməsinə səbəb ola bilər.

İmza __________________________________________________________


Tarix: __________________________________________________________



1 CEDAW - Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Konvensiya





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət