Ana səhifə

QƏdir-Xum hadisƏsi


Yüklə 33.97 Kb.
tarix09.05.2016
ölçüsü33.97 Kb.

QƏdir-Xum hadisƏsi


Qədir-Xum hadisəsi

Hicrətin onuncu ilində Peyğəmbər (səlləllahu əleyhi və alih) Həcc mərasimini icra etmək üçün Məkkəyə yola düşdü. Bu dəfə belə bir vacib əməlin yerinə yetirilməsi əziz Peyğəmbərin ömrünün axırıncı ilinə təsadüf edirdi. Buna görə də onu "Həccətül-vida" (vida Həcci) adlandırırlar. Həcc mərasiminin qayda-qanunlarını dəqiq öyrənmək və Peyğəmbərlə həmsəfər olmaq həvəsi ilə onunla yoldaş olanların sayı təxminən 120 min nəfərə çatdı. Həcc mərasimi sona çatdı. Əzəmətli bir cəmiyyət o həzrəti müşayiət edən bir halda Mədinəyə tərəf yola düşdü. Məkkədə ona qoşulan şəxslərdən başqa hamı onun yanında idi. Karvan Qədir-Xum adlı susuz bir səhraya (Cöhfədən üç millik məsafədədir) çatanda vəhy mələyi nazil oldu, Allah tərəfindən Peyğəmbərə dayanmaq əmri verdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) də əmr etdi ki, hamı dayansın, arxadakılar da gəlib çatsınlar. Karvandakılar Peyğəmbərin susuz bir məntəqədə, özü də günün hərarətinin yandırıcı və yerin qızmar olduğu günorta çağı, gözlənilməz və zahirdə yersiz görünən bu dayanmasından heyrətləndilər. Camaat öz-özünə deyirdi: "Allah tərəfindən böyük bir əmr gəlmişdir. Fərmanın böyük olması barədə elə bu kifayətdir ki, Peyğəmbərə əmr olunub ki, münasib olmayan bu şəraitdə hamını saxlayıb Allahın fərmanını çatdırsın."

Allahın əmri aşağıdakı ayədə Peyğəmbərə nazil oldu: "Ey Peyğəmbər, Rəbbinin tərəfindən sənə nazil olanı camaata çatdır. Əgər bu işi etməsən, Allahın risalətini yerinə yetirmiş olazsan. Allah səni camaatdan (onların şərrindən) qoruyacaq."1

Ayənin məzmununa diqqət yetirdikdə, aşağıdakı məsələlər aydın olar: Əvvəla, Peyğəmbərə təbliğ etmək əmr olunan fərman elə böyük və əzəmətlidir ki, əgər (qeyri-mümkün olan fərzlə) onu çatdırmaqda o həzrət qorxu hiss etsəydi və çatdırmasaydı, onda öz ilahi risalətini yerinə yetirməmiş, natamam qoymuş sayılardı. Onun risaləti məhz bu mə`muriyyəti yerinə yetirməklə tamamlanacaqdı. Başqa sözlə desək, "ma unzilə iləykə" sözündən məqsəd heç də Qur`an ayələrinin və islam qayda-qanunlarının məcmusu deyildir. Çünki mə`lumdur ki, əgər Peyğəmbər (səlləllahu əleyhi və alih) ilahi qayda-qanunların məcmusunu təbliğ etməsəydi, öz risalətini yerinə yetirməmiş olacaqdı. Bu halda bu məsələ tam aşkardır və ayə nazil olmasına heç bir ehtiyac yoxdur.

Deməli, məqsəd xüsusi bir əmrdir ki, onun təbliğ olunması risalətin təkmil olunması sayılır ki, bu təbliğ olunmayınca mühüm vəzifə olan risalət özünün kamillik dərəcəsinə çatmaz. Buna görə də, bu əmr islamın mühüm pirinsiplərindən biri olmalıdır. Bu üsul digər islami əsl və qaynaqlarla qarşılıqlı əlaqədə olmalı, Allahın birliyi və Peyğəmbərin risalətindən sonra ən mühüm məsələ sayılmalıdır.

Ikincisi, Peyğəmbər (səlləllahu əleyhi və alih) ictimai şəraitin tələbi ilə ehtimal verirdi ki, bu mə`muriyyətin yerinə yetirilməsi yolunda camaatdan ona bir zərər deyə bilər. Allah da onun iradəsini qüvvətləndirmək üçün buyurur: "Allah səni camaatın şərindən qoruyar."

Indi isə islam təfsirçilərinin əmr olunan mövzunu tə`yin etməkdə verdikləri ehtimallardan hansının ayənin məzmununa daha yaxın olduğunu araşdıraq. Şiə hədisçiləri, eləcə də böyük sünnü hədisçilərindən otuz nəfəri bu fikirdədir ki, yuxarıdakı ayə Qədir-Xumda nazil olmuşdur və bu ayədə Allah Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə əmr etmişdir ki, Əli (əleyhissalam)-ı "mö`minlərin mövlası" və ixtiyar sahibi kimi tanıtdırıb xalqa təqdim etsin.

Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra İmam (əleyhissalam)-ın canişinliyi, vilayəti və rəhbərliyi çox böyük və mühüm əhəmiyyət kəsb edən bir məsələ idi. Məhz buna görə də, onun çatdırılması risalətin təkmilləşdirilməsi və onun bəyan olunmasından çəkinmək risalət işində nöqsan idi. Həmçinin Peyğəmbər (səlləllahu əleyhi və alih) ictimai və siyasi şərait baxımından qorxuya yol verməyə haqlı idi, çünki yaşı otuz üçü keçməyən Əli (əleyhissalam) kimi bir şəxsin canişin və vəsi olması yaşca ondan çox böyük olanlara çox ağır gəlirdi.

Bundan əlavə, Peyğəmbərin ətrafında olanlardan çoxunun yaxın adamlarının (kafirlərin) qanı döyüşlərdə Əli (əleyhissalam)-ın vasitəsilə tökülmüşdü. Ona görə də belə bir fərdin camaata rəhbər tə`yin edilməsi onlara çox ağır gələcəkdi. Üstəlik Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əmioğlusu və kürəkəni olduğundan onun xilafətə tə`yin olunması dardüşüncəli adamların nəzərində bir növ qohumluq təəssübü kimi qiymətləndiriləcəkdi. Amma bu kimi qeyri-münasib şəraitlərə baxmayaraq, Allahın hikmətli iradəsi bu oldu ki, islamın davam etməsinə təzminat versin, Öz Peyğəmbərinin cahanşümul risalətini ondan sonra bir rəhbər və yol göstərən tə`yin etməklə kamilləşdirsin. Indi "Qədir" hadisəsini şərh edirik:

Zil-hiccənin on yeddisində günortanın qızmar günəşi Qədir-Xum diyarına saçırdı. Tarixdə sayı 70 mindən 120 minə qədər qeyd edilən izdihamlı bir dəstə Peyğəmbərin əmri ilə o yerdə mənzil salıb o gündəki böyük tarixi hadisənin intizarını çəkirdilər. Isti şiddətli olduğundan əbalarının bir hissəsini başlarına, bir hissəsini isə ayaqlarının altına salmışdılar. O həssas anlarda azan səsi çölü bürüdü, müəzzinin təkbir səsi ucaldı. Hamı zöhr namazı qılmaq üçün hazırlaşdı. Peyğəmbər zöhr namazını o əzəmətli cəmiyyətlə birgə qıldı. Qədir diyarında o günə kimi belə əzəmətli bir cəmiyyət görünməmişdi. Sonra camaatın arasına gəlib dəvələrin yüklərindən düzəldilmiş bir minbərə çıxdı və uca səslə belə bir xütbə oxudu:

"Sitayiş yalnız Allaha məxsusdur. Ondan kömək istəyirik, Ona iman gətirmişik, Ona təvəkkül edirik və öz nəfslərimizin şərindən, əməllərimizin pisliyindən o Allaha pənah aparırıq ki, yolunu azanlar üçün Ondan başqa heç bir hidayətçi və yolgöstərən yoxdur və Onun hidayət etdiyi şəxsi heç kəs azdıra bilməz. Şəhadət veririk ki, Ondan başqa heç bir mə`bud yoxdur və Məhəmməd Allahın bəndəsi və elçisidir. Ey camaat! Yaxın vaxtlarda mən haqqın də`vətinə "ləbbeyk" deyib sizin aranızdan gedəcəyəm. Mən də məs`ulam, siz də məs`ulsunuz. Mənim barəmdə nə fikirləşirsiniz?

Peyğəmbərin səhabələri dedilər:–Şəhadət veririk ki, sən Allah dinini təbliğ etdin, bizə qarşı xeyirxah olub nəsihət verdin, bu yolda çox çalışdın. Allah sənə gözəl mükafat versin!

Camaat sakitləşəndən sonra Peyğəmbər yenidən buyurdu:–Siz şəhadət vermirsinizmi ki, Allahdan başqa bir mə`bud yoxdur və Məhəmməd Allahın bəndəsi və Onun Peyğəmbəridir, (eləcə də şəhadət vermirsinizmi ki,) cənnət, cəhənnəm, ölüm haqdır və qiyamət günü şəksiz gəlib çatacaq, Allah bütün insanları dirildəcək?!

Dedilər:–Bəli! Bəli! Şəhadət veririk.

Peyğəmbər yenə buyurdu:–Mən sizin aranızda iki qiymətli əmanət yadigar qoyuram, görüm onlarla necə rəftar edəcəksiniz?!

Bir nəfər soruşdu:–Bu iki qiymətli şeydən məqsəd nədir?

Peyğəmbər buyurdu:–Siqli-əkbər (böyük əmanət) Allahın Kitabıdır. Onun bir tərəfi Allahın əlində, o biri tərəfi isə sizin əlinizdədir. Onun kitabına sarılın ki, yolunuzu azmayasınız. Siqli-əsğər isə mənim Əhli-beytimdir. Allahım mənə xəbər vermişdir ki, bu iki əmanət qiyamət gününə kimi bir-birindən ayrılmayacaq. Ey camaat, Allahın Kitabından və mənim Əhli-beytimdən qabağa keçməyin və o ikisindən geri qalmayın ki, məhv olarsınız.

Bu vaxt Peyğəmbər Əli (əleyhissalam)-ın əlindən tutub yuxarı qaldırdı, o qədər qaldırdı ki, onun qolunun altı hamıya göründü. Hamı Əli (əleyhissalam)-ı Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanında görüb tanıdı. Onlar dərk etdilər ki, bu yığıncaq Əli (əleyhissalam)-a aid olan bir məsələ barəsindədir. Hamı xüsusi bir maraqla Peyğəmbər (səlləllahu əleyhi və alih)-in sözlərinə qulaq asmağa hazırlaşdı. Peyğəmbər buyurdu:–Ey camaat! Mö`minlərə qarşı onların özlərindən də artıq ixtiyar sahibi olan kimdir?

Peyğəmbər (səlləllahu əleyhi və alih)-in səhabələri dedilər:–Allah və Onun Peyğəmbəri daha yaxşı bilir.

Peyğəmbər buyurdu:–Allah mənim mövlam, mən də mö`minlərin mövlasıyam və onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm. Ey camaat, mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.

Peyğəmbər axırıncı bu cümləni üç dəfə təkrar edib sonra belə dua etdi: "Pərvərdigara, Əlini sevən hər kəsi sev, Əli ilə düşmənçilik edən hər kəsə düşmən ol! Ilahi, Əlinin dostlarına kömək, düşmənlərini xar və zəlil et. Pərvərdigara, Əlini haqqın mehvəri qərar ver!

Sonra əlavə etdi:–Gərək burada olanlar burada olmayanlara xəbər verib başqalarını bu işdən xəbərdar etsinlər.

Hələ əzəmətli yığıncaq sona çatmamışdı ki, vəhy mələyi nazil olub Allahın bu gün Öz dinini kamilləşdirib, Öz ne`mətini bütün mö`minlərə bol etməsini Peyğəmbərə müjdə verdi. Bu vaxt Peyğəmbər (səlləllahu əleyhi və alih)-in təkbir səsi ucaldı və buyurdu:–Allaha şükür edirəm ki, Öz dinini kamil etdi və Öz ne`mətini sona çatdırdı, mənim risalətimdən və məndən sonra Əlinin vilayətindən (rəhbərliyindən) razı oldu.

Peyğəmbər öz yerindən aşağı endi, səhabələr dəstə-dəstə gəlib Əli (əleyhissalam)-ı təbrik edir, onu "özlərinin və hər bir mö`min kişi və qadının mövlası" - deyə çağırırdılar. Bu vaxt Peyğəmbərin şairi Həssan ibni Sabit ayağa qalxdı, bu böyük tarixi hadisəni gözəl bir şe`r şəklinə salaraq ona əbədilik rəngi verdi. Onun məşhur qəsidəsinin yalnız iki beytinin tərcüməsini veririk:



"Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni özümdən sonra camaatın rəhbəri və yol göstərəni seçirəm.

Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır. Camaat, sizə vacibdir ki, Əlinin həqiqi dostları və düzgün ardıcılları (havadarları) olasınız."

Qeyd edilənlər sünnülərin tarixi mənbələrindən gəlib çatanların xülasəsidir. Bu hadisə şiə kitablarında daha geniş şəkildə bəyan olunmuşdur. Mərhum Təbərsi "Ehticac" kitabında Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən geniş bir xütbə nəql edir ki, maraqlananlar o kitaba müraciət edə bilərlər.


QƏdir hadisƏsi heÇ vaxt unudulmayaCaq


Allahın hikmətli iradəsi bu olmuşdur ki, bütün əsrlərdə Qədir hadisəsi qəlblərdə və tarix səhifələrində canlı şəkildə həkk olunub qalsın, hər bir əsr və zamanda islam yazıçıları təfsir, hədis, kəlam və tarix kitablarında ondan söz açsınlar, dini təbliğatçılar moizə və xitabə məclislərində onun barəsində söhbət açıb bu hadisəni İmam (əleyhissalam)-ın inkarolunmaz fəzilətləri sırasında qeyd etsinlər. Təkcə xətiblər və natiqlər deyil, həm də şairlərin çoxu bu hadisədən ilham alaraq, vilayət sahibinə olan ixlası şö`lələndirib, ən gözəl hissələri müxtəlif surətlərdə və müxtəlif dillərdə yadigar qoymuşlar. Buna görə də Qədir hadisəsi kimi alimlərin, hədisçilərin, təfsirçilərin, mütəkəllimlərin, filosofların, xətiblərin, şairlərin, tarixçilərin və siyrə yazanların diqqət mərkəzində olan, onun barəsində bu qədər diqqət yetirilən çox az hadisə tapmaq olar.

Qədir hədisinin əbədi olmasının səbəblərindən biri də məhz bu hadisə ilə əlaqədar Qur`anda iki ayənin nazil olmasıdır. Nə qədər ki, Qur`an var, bu tarixi hadisə də əbədi qalacaq və xatirələrdən silinməyəcəkdir. Qədim dörlərdə bütün islam cəmiyyəti onu dini bayramlardan hesab edirdi. Şiələr indi də həmin günü bayram edir, başqa islam bayramlarında keçirilən mərasimləri elə həmin gün də keçirirlər. Tarix səhifələrinin araşdırılmasından gözəl şəkildə mə`lum olur ki, zil-hiccənin on yeddinci günü müsəlmanlar arasında "Qədir bayramı" adı ilə məşhur olmuşdur. Hətta ibni Xulləkan Müstə`la ibni Müstənsərin barəsində yazır: "487-ci hicri ilində Qədir bayramı günü (zil-hiccənin on yeddisi) camaat onunla bey`ət etdi." Əl-Übeydi, Əl-Müstənsəru Billah barəsində yazır: "O, 487-ci hicri ilində zilhiccə ayının axırına 12 gecə qalmış vəfat etdi. Bu gecə (zil-hiccənin on yeddisi) Qədir bayramı gecəsi idi." Təkcə ibni Xulləkan deyil, həmçinin, Məs`udi və Süaləbi də bu gecəni islam ümməti arasında məşhur olan gecələrdən saymışlar. Bu islam bayramının kökü Qədir gününə gedib çatır. Çünki o gündə Peyğəmbər (səlləllahu əleyhi və alih) mühacirə, ənsara və öz həyat yoldaşlarına göstəriş verdi ki, Əli (əleyhissalam)-ın yanına gedib, onun belə bir fəzilət və məqama layiq olmasını təbrik etsinlər. Zeyd ibni Ərqəm deyir: "Ənsardan Əli ilə (bey`ət etmək) üçün əl verən ilk şəxslər Əbu Bəkr, Ömər, Osman, Təlhə və Zübeyr oldu. Təbrik və bey`ət mərasimi günbatana kimi davam etdi."



Bu tarixi hadisənin əhəmiyyəti barədə bunu qeyd etmək kifayətdir ki, Qədir hədisini 110 nəfər hədisçi nəql etmişdir. Əlbəttə, bu, hədisçilərdən yalnız 110 nəfərin bu hadisəni nəql etməsi demək deyil. Təkcə sünnü mənbələrində 110 nəfərin adı gözə dəyir. Peyğəmbər (səlləllahu əleyhi və alih) bu sözləri yüz min nəfərlik bir yığıncaqda demişdi, amma onların çoxu Hicazın ucqar yerlərindən gəlmişdi və oralarda heç bir hədis nəql olunmamışdır. Onların bə`ziləri də bu hadisəni nəql etmişlər, amma tarixdə yazılıb saxlanmağa müvəffəq olmamışdır. Əgər tarixdə yazılmış olsaydı belə, bizə gəlib çatmamışdır. Ikinci hicri əsrində (bu, "Tabein" əsridir) onlardan 89 nəfəri bu hədisi nəql etmişlər. Sonrakı əsrlərdəki mühəddislərin hamısı sünnü alimləri olmuş və onlardan 360 nəfəri bu hədisi öz kitablarında nəql etmiş, çoxları da o hədisin səhih və mə`təbər olmasını e`tiraf etmişlər. Üçüncü hicri əsrində 92 nəfər, dördüncü əsrdə 43 nəfər, beşinci əsrdə 24 nəfər, altıncı əsrdə 20 nəfər, yeddinci əsrdə 21 nəfər, səkkizinci əsrdə 18 nəfər, doqquzuncu əsrdə 16 nəfər, onuncu əsrdə 14 nəfər, on birinci əsrdə 12 nəfər, on ikinci əsrdə 13 nəfər, on üçüncü əsrdə 12 nəfər və on dördüncü əsrdə 20 nəfər alim bu hədisi nəql etmişdir. Bə`ziləri də təkcə hədisi nəql etməklə kifayətlənməmiş, onun sənəd və məfhumu barəsində ayrıca kitablar yazmışlar. Böyük islam tarixçisi Təbəri "Əl-vilayətü fi-təriqi hədisil-Ğədir" adlı bir kitab yazmış və qeyd olunan hədisi yetmişdən artıq yolla Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir. Ibni Əqdə Kufi özünün "Vilayət" risaləsində bu hədisi 105 nəfərdən nəql etmişdir. Əbu Bəkr Məhəmməd ibni Ömər Bağdadi (Cüani adı ilə məşhurdur) bu hədisi 21 yolla nəql etmişdir. Bu tarixi hadisə barəsində ayrıca kitab yazanların sayı iyirmi altı nəfərdir. Şiə alimləri bu böyük tarixi hadisə barəsində çoxlu qiymətli kitablar yazmışlar. Onların hamısından üstünü tarixi kitab olan "Əl-Ğədir"dir. Bu kitab məşhur islam alimi Əllamə Mücahid Ayətullah Əmininin gözəl və iqtidarlı qələmi ilə yazılmışdır. İmam (əleyhissalam)-ın həyatının bu dövrünün yazılmasında o şərif kitabdan geniş şəkildə istifadə olunmuşdur.


1 "Maidə" surəsi, ayə: 67


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət