Ana səhifə

Qədim şərqdə fəlsəfi fikirlərin meydana gəlməsi Plan


Yüklə 64.93 Kb.
tarix02.05.2016
ölçüsü64.93 Kb.
Qədim şərqdə fəlsəfi fikirlərin meydana gəlməsi

Plan:



  • Qədim Misirdə fəlsəfi fikrin təşəkkülü




  • Qədim Babilistanda fəlsəfə




  • Qədim Hind fəlsəfəsi




  • Qədim Çində fəlsəfi fikir

Qədim şərq ölkələrinin fəlsəfəsi fəlsəfəyə qədərki şüurdan aydın şəkildə fərqlənmirdi, şox hallarda adi əxlaqi şüurdan (Çində) və dini mifoloji şüurun qarışığından (Hindistan) ibarət olurdu. Lakin həmin ölkələrdə, dünyaya bu və ya digər münasibətdə az və ya şox dərəcədə fəlsəfi şüur elementləri mövcud olmuşdur. Eramızdan əvvəl IV minilliyin sonu və III mininilliyin əvvəllərində qədim Misirdə və babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxıçlar bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomiya və astrologiyaya əsaslanırdı.

Qədim Babilistanda da danışılan dövrdə dünya haqqında sadəlövh baxışlar «Ağa ilə qulun söhbəti», «Çarəsizin öz ruhu ilə söhbəti» adlı abidələrdə irəli sürülmüşdür. Orada maddi və axirət dünyasından söhbət salınır. Bütün bu fikirlər dini-mifoloji dünyagörüşünün böhranını ifadə etsə də fəlsəfi dünyagörüşü yüksəldə bilmirdi.

E.ə. I minillikdən başlayaraq qədim Hindistan və Çində bir sıra fəlsəfə məktəbləri, cərəyanları meydana gəlib formalaşmışdır. Hindistanda fəlsəfi firkin yaranması və inkişafı vedlərlə, yəni qədim Hindistanın mifoloji dünyagörüşündən fəlsəfəyə qədərki və fəlsəfi dünyagörüşünə keçidi əks etdirən yazılarla əlaqədardır. Bütövlükdə Vedlər şrut adlandırılan müqəddəs yazı mətnlərindən ibarət olmuş, əvvəlcə brahmanizmin, sonralar isə induizmin ideoloji əsasını təşkil etmişdir. Bu təlimlər Hindistanda fəlsəfi firkin inkişafında mühüm rol oynamışdır. Brahmanizmə görə varlığın yeganə yaradıcısı fövhqəlhissi olan Brahma allahıdır. O, əbədi,dəyişməz və mütləqdir. Qədim Hind dünyagörüşü budizmin yaranmasına dair rəvayətə görə Qanq vadisinin işmel sərhədlərində meydana gəlmişdir (e.ə. 563 — 483 il). Budda fəaliyyətə başladıqdan sonra qədim Hindistana xas olan öz təlimində «dord xeyirxah həqiqəti» irəli sürür. 1.Əzab şəkmək insane həyatının universal xassəsidir. O, insana ömrünün bütün dövrlərini əhatə edir.

2.İnsan iztirablarının səbəbləri vardır. Onlar dxarmaların sonsuz hərəkətlərindən asılı olaraq insane həyatı oksanının coşması və aşağı düşməsindən ibarətdir.

3.İztirablardan indiki zamanda yaxa qurtarmaq mümkündür. Bunun üçün insan öz daxili aləmini təkmilləşdirməlidir.

4.İztirablardan qurtarmaq üçün düzgün inam, axmaq məqsədlərdən, düşmənçilikdən, böhtan atmaqdan, düzgün həyat yolunu seşməkdən ibarətdir.

Qədim Çində fəlsəfi fakir ənənəvi icma-tayfa münasibətlərinin pozulması bir vaxta təsadüf edir. Çin fəlsəfə məktəblərinin ümumi mənşəyi Dao mədəniyyətindən ibarətdir. Burada daosizm və Konfutsiçilik cərəyanları əsas yer tutur.




1.Qədim misirdə fəlsəfi fikrin təşəkkülü. Bizim e.ə. IV minillikdə Qədim Misir ərazisində mövcud olan quldarlıq quruluşu, özünün ən yüksək inkişaf mərhələsinə çatmışdı. Burada ilk təsərrüfat formaları, əkinçilik və heyvandarlıqla yanaşı, inşaat incəsənəti, daş və ağac emalı, dəri aşılanması, toxuculuq sənəti, papiruslar üzərində yazı və s. yaranmağa başlamışdı. Qullarm əməyi ilə, dünya mədəniyyətinin inciləri sayılan nəhəng ehramlar, məbədlər, saraylar inşa edilirdi. Belə bir istehsal fəaliyyəti insanlarda təbiət və ətraf aləm haqqında müəyyən biliklər əldə etməyə imkan yaradırdı. Odur ki, burada bir sıra təbiət elmləri – mexanika, fizika, biologiya, astronomiya, kosmologiya, təbabət və s. eləcə də fəlsəfə sahəsində ilk addımlar atılırdı. Bu dövrdə Günəş təqvimi və su saatı düzəldılmişdır. Nil çayının daşıb çəkilməsinə uyğun olaraq əhali əkinçilikdə toxumun səpilmə vaxtmı və məhsul yığımı dövrünü müəyyən edirdi. Nil çayının daşmasmm və çəkilməsinin səbəbini öyrənmək cəhdi Qədim Misir astronomi- yasının yaranması və inkişafma güclü təkan verdi. Qeyd edək ki, Nil çayı bir növ misirlilər üçün həyat demək idi, istər bədii yaradıcılıqda, istərsə də digər sahələr də, xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur.
Nil çayı daşan zaman Misir səmasmda ən parlaq ulduz Sirus görünürdü. Min beş yüz il ərzində misirli astronomlar 373 Günəş və 832 Ay tutulmasmı qeydə almışlar. Səmanm seyri əsasmda yaranan ilk təqvimə görə bir il hər biri 30 gündən ibarət olan 12 aya bölünürdü. Hər ilin əvvəlində ona 5 müqəddəs gün də əlavə edilirdi. Bu da ilin 365 günə bərabər olmasmı göstərirdi. Onlar gündüz və gecəni 12 saata bölürdülər. Burada elm, xüsusən də dəqiq elmlər tətbiqi xarakter daşıyırdı. Dünya mədəniyyətinin nadir incilərindən sayılan və bir sıra sirləri hələ də açılmamış qalan, hər biri 2,5 tondan 54 tona qədər ağırlığmda olan, daş süxurlarmdan və qranitdən tikilmiş məşhur Misir ehramları, piramidaları, həndəsə, cəbr, mexanika elmlərinin sayəsində inşa edilmişdir. Ri- yaziyyat sahəsində təqribi kvadrat kök alma, oturacağı kvadrat olan kəsik piramidanm həcminin hesablanması, çevrə uzunluğunun diametrə nisbəti və s. onlarm nailiyyəti idi. Təbabət sahəsində isə Misir həkimləri meyitləri yarmaqla, insanm anatomiyasma və qan dövranma dair bir sıra məlumatlar əldə etmişlər. Buradan aydm olur ki, onlar xəstələrin müalicəsini ovsun- lamaqla deyil, elmi əsaslarla həyata keçirmişlər.
Qədim Misirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən təbiət elmlərinin inkişafı ilə, digər tərəfdən isə dünyaya mifoloji baxışla bağlı olmuşdur. Burada fəlsəfi fikirlər öz mənbəyini miflərdən, əfsanələrdən, nağıllardan, dastanlardan götürmüşdür.
Bizə gəlib çatan məşhur miflərdən biri “İsida və Osiris” haqqında əsatirdir. Osiris səhraların təcəssümü olan qardaşı Set ilə mübarizə aparır. İsida isə həm onların bacısı, həm də Osirisin arvadıdır. (O zaman Misirdə fironlar öz bacıları ilə evlənirdilər.) Set Osirisi aldadıb onu öldürür və bədənini kiçik hissəciklərə doğrayaraq ətrafa səpələyir. Bundan xəbər tutan yenicə Qor adlı oğul doğmuş İsida ərinin bədən hissələrini bir yerə yığır. Yeraltı səltənətlərin allahlarrndan biri olan Anubisin köməyi ilə Osirisə həyat verirlər, o dirilir və Setlə vuruşaraq ona qalib gəlir. Bu daimi mübarizə Misirdə ilin fəsillərini özündə əks etdirir. Belə ki, Nilin daşması, səpin dövrü, yetişmə və məhsul yığımı dövrüdür. Aprel- iyun aylarındakı quraqlıq dövrü Osirislə Set arasında mübarizə, Nil çayının suyunun çirklənməsi, ətrafda kiçik gölməçələrin və bataqlıqların yaranması Osirisin ətrafa səpələnmiş bədəni, dirilməsi və Set üzərindəki qələbəsi isə yeni daşqınları və həyatı əks etdirir. Osiris həm də ölümün təcəssümü olduğundan bütün ölənlərin ruhu onun qarşısında cavab verməlidir. O zaman tərəzinin bir gözünə ruh, digər gözünə isə haqq – ədalət qoyulur. Əgər ruh günahsız olardısa o, cəhənnəm odundan azad olur və İala düzənliyinə göndərilirdi. İala düzənliyində heç vaxt quraqlıq olmurdu. Qədim Misirdə axirət dünyasma inam mühüm yer tutduğundan, onlar belə hesab edirdilər ki, ölümdən sonra bədənin saxlanması şəraitində ruh yaşaya bilər. Mumiyalama, ölülər şəhərlərinin salmması, daş tabutlarm, nəhəng ehramlarm, piramidalarm yara- dılması məhz bu məqsədə xidmət edirdi. Lakin miflərə dini məzmun verilməsi, tezliklə fəlsəfi baxışla əvəz olunmağa başladı. Bu əsasən Qədim Misirdə yaranmış “Arfaçının mahnısı” və “Ölümün tərənnümü” kimi ədəbi əsərlərdə öz əksini tapmışdır. Arfaçmm mahmsmda “axirət dünyası” anlayışı şübhə altma almrnaqla, əsərdə göstərilir ki, hələ o dünyadan heç kim qayıtmamışdır ki, onun haqqmda məlumat versin, insan yalnız öz əməllərinin sayəsində əbədi yaşaya bilər. “Ölümün tərənnümü” əsərində isə bunun əksinə olaraq axirət dünyasmm mövcudluğu haqqmda fikir irəli sürülürdü. Bütün bunlar göstərir ki, mifoloji dini dünyagörüş tədricən tarix səhnəsindən düşür, onu həyata, ətraf aləmə yeni fəlsəfi baxışlar əvəz etməyə başlayır.
Bizim e.ə. IV minillikdə Qədim Misir ərazisində mövcud olan quldarlıq quruluşu, özünün ən yüksək inkişaf mərhələsinə çatmışdı. Burada ilk təsərrüfat formaları, əkinçilik və heyvandarlıqla yanaşı, inşaat incəsənəti, daş və ağac emalı, dəri aşılanması, toxuculuq sənəti, papiruslar üzərində yazı və s. yaranmağa başlamışdı. Qullarm əməyi ilə, dünya mədəniyyətinin inciləri sayılan nəhəng ehramlar, məbədlər, saraylar inşa edilirdi. Belə bir istehsal fəaliyyəti insanlarda təbiət və ətraf aləm haqqında müəyyən biliklər əldə etməyə imkan yaradırdı. Odur ki, burada bir sıra təbiət elmləri – mexanika, fizika, biologiya, astronomiya, kosmologiya, təbabət və s. eləcə də fəlsəfə sahəsində ilk addımlar atılırdı. Bu dövrdə Günəş təqvimi və su saatı düzəldılmişdır. Nil çayının daşıb çəkilməsinə uyğun olaraq əhali əkinçilikdə toxumun səpilmə vaxtmı və məhsul yığımı dövrünü müəyyən edirdi. Nil çayının daşmasmm və çəkilməsinin səbəbini öyrənmək cəhdi Qədim Misir astronomi- yasının yaranması və inkişafma güclü təkan verdi. Qeyd edək ki, Nil çayı bir növ misirlilər üçün həyat demək idi, istər bədii yaradıcılıqda, istərsə də digər sahələr də, xüsusilə poeziya və mifologiyada Nilin tərənnümü mühüm yer tutur.
Nil çayı daşan zaman Misir səmasmda ən parlaq ulduz Sirus görünürdü. Min beş yüz il ərzində misirli astronomlar 373 Günəş və 832 Ay tutulmasmı qeydə almışlar. Səmanm seyri əsasmda yaranan ilk təqvimə görə bir il hər biri 30 gündən ibarət olan 12 aya bölünürdü. Hər ilin əvvəlində ona 5 müqəddəs gün də əlavə edilirdi. Bu da ilin 365 günə bərabər olmasmı göstərirdi. Onlar gündüz və gecəni 12 saata bölürdülər. Burada elm, xüsusən də dəqiq elmlər tətbiqi xarakter daşıyırdı. Dünya mədəniyyətinin nadir incilərindən sayılan və bir sıra sirləri hələ də açılmamış qalan, hər biri 2,5 tondan 54 tona qədər ağırlığmda olan, daş süxurlarmdan və qranitdən tikilmiş məşhur Misir ehramları, piramidaları, həndəsə, cəbr, mexanika elmlərinin sayəsində inşa edilmişdir. Riyaziyyat sahəsində təqribi kvadrat kök alma, oturacağı kvadrat olan kəsik piramidanm həcminin hesablanması, çevrə uzunluğunun diametrə nisbəti və s. onlarm nailiyyəti idi. Təbabət sahəsində isə Misir həkimləri meyitləri yarmaqla, insanm anatomiyasma və qan dövranma dair bir sıra məlumatlar əldə etmişlər. Buradan aydm olur ki, onlar xəstələrin müalicəsini ovsun- lamaqla deyil, elmi əsaslarla həyata keçirmişlər.
Qədim Misirdə fəlsəfi fikrin meydana gəlməsi bir tərəfdən təbiət elmlərinin inkişafı ilə, digər tərəfdən isə dünyaya mifoloji baxışla bağlı olmuşdur. Burada fəlsəfi fikirlər öz mənbəyini miflərdən, əfsanələrdən, nağıllardan, dastanlardan götürmüşdür.
Bizə gəlib çatan məşhur miflərdən biri “İsida və Osiris” haqqında əsatirdir. Osiris səhraların təcəssümü olan qardaşı Set ilə mübarizə aparır. İsida isə həm onların bacısı, həm də Osirisin arvadıdır. (O zaman Misirdə fironlar öz bacıları ilə evlənirdilər.) Set Osirisi aldadıb onu öldürür və bədənini kiçik hissəciklərə doğrayaraq ətrafa səpələyir. Bundan xəbər tutan yenicə Qor adlı oğul doğmuş İsida ərinin bədən hissələrini bir yerə yığır. Yeraltı səltənətlərin allahlarrndan biri olan Anubisin köməyi ilə Osirisə həyat verirlər, o dirilir və Setlə vuruşaraq ona qalib gəlir. Bu daimi mübarizə Misirdə ilin fəsillərini özündə əks etdirir. Belə ki, Nilin daşması, səpin dövrü, yetişmə və məhsul yığımı dövrüdür. Aprel- iyun aylarındakı quraqlıq dövrü Osirislə Set arasında mübarizə, Nil çayının suyunun çirklənməsi, ətrafda kiçik gölməçələrin və bataqlıqların yaranması Osirisin ətrafa səpələnmiş bədəni, dirilməsi və Set üzərindəki qələbəsi isə yeni daşqınları və həyatı əks etdirir. Osiris həm də ölümün təcəssümü olduğundan bütün ölənlərin ruhu onun qarşısında cavab verməlidir. O zaman tərəzinin bir gözünə ruh, digər gözünə isə haqq – ədalət qoyulur. Əgər ruh günahsız olardısa o, cəhənnəm odundan azad olur və İala düzənliyinə göndərilirdi. İala düzənliyində heç vaxt quraqlıq olmurdu. Qədim Misirdə axirət dünyasma inam mühüm yer tutduğundan, onlar belə hesab edirdilər ki, ölümdən sonra bədənin saxlanması şəraitində ruh yaşaya bilər. Mumiyalama, ölülər şəhərlərinin salmması, daş tabutlarm, nəhəng ehramlarm, piramidalarm yara- dılması məhz bu məqsədə xidmət edirdi. Lakin miflərə dini məzmun verilməsi, tezliklə fəlsəfi baxışla əvəz olunmağa başladı. Bu əsasən Qədim Misirdə yaranmış “Arfaçının mahnısı” və “Ölümün tərənnümü” kimi ədəbi əsərlərdə öz əksini tapmışdır. Arfaçmm mahmsmda “axirət dünyası” anlayışı şübhə altma almrnaqla, əsərdə göstərilir ki, hələ o dünyadan heç kim qayıtmamışdır ki, onun haqqmda məlumat versin, insan yalnız öz əməllərinin sayəsində əbədi yaşaya bilər. “Ölümün tərənnümü” əsərində isə bunun əksinə olaraq axirət dünyasmm mövcudluğu haqqmda fikir irəli sürülürdü. Bütün bunlar göstərir ki, mifoloji dini dünyagörüş tədricən tarix səhnəsindən düşür, onu həyata, ətraf aləmə yeni fəlsəfi baxışlar əvəz etməyə başlayır.

2. Qədim Babilistanda fəlsəfə. Qədim sivilizasiya. eyni zamanda, Şumer-akkad mədəniyyətini də əhatə edir. Bu mədəniyyət b.e.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən Mesopotamiya (yunanca, ikiçayarası deməkdir) adlanan ərazidə yaranmışdır. Bu ərazidə b.e.ə. III minillikdə şimal hissədə akkadlar, cənubda isə şumerlər öz dövlətlərini yaratmağa başlamışlar. Lakin bir müddətdən sonra bu səltənət əmmarilər tərəfindən dağıdılaraq, onun yerində yeni dövlət yara- dıldı və Babilistan bu dövlətin paytaxtı elan edildi. Beləliklə, şumerləri, ak- kadları, əmmariləri, elariləri və bu ərazidə yaşayan digər xalqları birləşdirən qədim Babilistan səltənəti yarandı. Hamrnurapinin hökmranlığı dövründə (e.ə. 1792-1750) bu dövlət özünün ən yüksək inkişaf zirvəsinə çatmışdı. Bu dövlətin ikinci çiçəklənmə dövrü Aassurinin hakimiyyətə gəldiyi dövrə (e.ə. 612-538) təsadüf edir. Bu dövlət sivilizasiya tarixdə yeni Babilistan adlanır. Bizim dövrümüzədək gəlib çatan gil lövhələr sübut edir ki, Qədim Babilistanda elm daha çox inkişaf etmişdi. Şumerlər cəbr və həndəsənin əsasmı qoymuşlar, sonralar isə “Pifaqor teoremi” bunun əsasmda yaradılmışdır. İlk dəfə olaraq şumerlər onluq və altı onluq say sistemini yaratmışlar. Bu günədək, bütün bəşəriyyət, ondan istifadə edir: 1 saat = 60 dəqiqə, 1 dəqiqə = 60 saniyə.


Digər tərəfdən səma cisimlərini öyrənmək cəhdi, Babilistanda astrono- miyanm yaranmasma və inkişafma səbəb oldu. Bəşəri fikir tarixində dünyada birinci olaraq ulduzlu səmanın ilk xəritəsini tərtib edən Babilistan astronomu Seleveka (b.e.ə.II əsr) dünyanm heliosentrik sistemi haqqmda məlumat vermişdir. Burada təbiət və göy cisimləri üzərində aparılan daimi müşahidələr bir sıra təqvimlərin yaranmasma səbəb olmuşdur. Belə təqvimlərdən biri olan Qəməri təqviminə görə, bir ay 29 və ya 30 günə, il 12 aya və 354 günə bərabərdir. Yaxud başqa Günəş təqviminə (Şəms) görə 1 il 365, 24 sutkaya bərabərdir. Bunlarla yanaşı, təbabət sahəsində Qədim Babilistanda yetişən peşəkar həkimlər, bir sıra xəstəlikləri müalicə etməklə, onlarm əlamətlərini də, müəyyən etmişlər. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək gəlib çatmışdır. Bunlarla bərabər, şumer və akkad dillərində humanitar elmlərin (tarix, coğrafiya, hüquq və s.) inkişafına dair çoxlu məlumatlar var.
Elmlərin yaranması və inkişafı nəticəsində ətraf aləmə dini-mifoloji baxış məntiqi olaraq fəlsəfi baxışla əvəz olunmuşdur. Dünya mədəniyyətinə həddən ziyadə elmi biliklər bəxş edən qoca Şərq ətraf aləmin dərkində, dünyanın fəlsəfi izahında xüsusi yer tutur. Şumer dastan və hekayələrində cəmiyyət, siyasət, əx- laq normaları və s. haqqında dəyərli fəlsəfi fikirlərə rast gəlmək olur.
Qədim Babilistanda fəlsəfi məktəb və cərəyanlar olmasa da, dünyanm dini- mifoloji və təbii-elmi mənzərəsini tam fərqləndirə bilməyən dünyagörüşü, fəlsəfi düşüncə tərzi mövcud olmuşdur. Bu cəhətdən «Ağanın qul ilə söhbəti», «Bilqamış haqqında dastan» və s. abidələri nəzərə almaq kifayətdir.
«Ağanm qul ilə söhbəti» adlı hekayədə əsas söhbət insan həyatmm mənası ətrafmda gedir: burada hökmdarm qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə, həyatm mənasızlığı haqqmda söhbət edir: həyatda hər şey – hökmdarm səxavətinə ümiddə, kef məclisində, qadma məhəbbət də, alicənablıq da və nəhayət, ölümdən sonra həyatm özü də, boş, mənasız bir şey olduğu qeyd olunur.
Qədim Şərqin nadir incilərindən sayılan və dünya ədəbiyyatmm qızıl fonduna daxil olan “Bilqamıs haqqmda dastan” və yaxud hər şeyi bilən adamm dastanı Yaxm Şərqin dörd dilində: şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində yazılmış və dövrümüzə qədər gəlib çatmışdır. Dastanm qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmaqla, b.e.ə. 27-ci əsrin sonu, 26-cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edən sü- lalənin beşinci hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlikdən gedir. Bilqamısdan qorxan allahlar onu məhv etmək üçün gücdə ona bərabər olan Enkidunu yaradıb ona qarşı çıxmağa məcbur edirlər. Enkidu təbiətdə vəhşi heyvanlar arasmda yaşadığı üçün bütün heyvanlarm dilini bilirdi. Allahlarm məqsəd və niyyətini başa düşən Bilqamıs saraymm ən gözəl qadmlarmdan birini Enkidunun yanma göndərir, qadm onu yoldan çıxarır, o, təbiətlə əlaqəni kəsir və bütün heyvanlar ondan üz döndərir. Bu zaman Bilqamıs onunla vuruşur, ona qalib gəlir, lakin onu öldürmür. Onların bu mübarizəsi demək olar ki, dostluqla başa çatır. Bu hadisədən qəzəblənən allahlar plan qurub Enkidunu öldürürlər. Dostunun ölümünü görən Bilqamıs ilk dəfə olaraq özünün də əvvəl-axır ölümə düçar olacağını dərk edir və ölməzlik, əbədi həyat sorağında, vaxtilə Allahlardan ölməzlik alan Utnapiştinin yanına gəlir. Utnapişti ona izah edir ki, əbədi həyat mümkün deyil. Nəhayət, uzun söhbətlərdən sonra Utnapişti Bilqamısa dənizin dibindəki “ölməzlik otu”nun yerini deyir. Bilqamıs böyük çətinliklə bu otu əldə edir və öz ölkəsinə qayıdır. Yorğunluqdan yolda kiçik bir gölün kənarında yatır, bu za- man ilan ondan otu oğurlayıb yeyir, o saat əbədi həyat qazanır.
Bütün bunlardan sonra Bilqamısa aydın olur ki, əbədi həyat mümkün deyil, insan ölməzliyə yalnız öz fəaliyyəti, yaxşı əməlləri ilə nail ola bilər. Ümumiyyətlə, dastanda həyat və ölüm mövzusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, allahların və dünyanın əbədiliyini dərk edir.
3. Qədim hind fəlsəfəsi. Hindistanda fəlsəfənin formalaşması demək olar ki, b.e.ə. I minilliyin ortalarına təsadüf edir. O dövrdə Qədim Hind cəmiyyəti dörd qrupa bölünürdü: brahmanlar (rahiblər), kşatrilər (hərbi aristokratiya), vayşilər (sənətkarlar, istehsalçılar, tacirlər) və şudralar (brahmanlara, kşatrilərə, vayşilərə tabe olan aşağı təbəqə).

Bu dövrdə varlıq, materiya, həyat, insan, kainat və s. haqqmda əsasən dini- mifoloci, idalist səciyyə daşıyan fəlsəfi baxışlar və materialist fəlsəfi sezmələr meydana gəlmişdi. Dünya, insan və əxlaq haqqmda bir sıra fəlsəfi fikirlər Qədim Hind ədəbiyyatı abidəsi olan Vedalarda toplanmışdır ki, bu da əsasən dini dünya baxışı əks etdirirdi. Vedalar 4 hissədən ibarətdir, onlardan ən qə- dimi Samhitlərdir (Riqveda, Brahmanlar, Zahidlər, Arnyaklar).

Qədim Hind fəlsəfəsi əsasən iki istiqamətdə ortodoksal (Vedaları qəbul edən) və qeyri-ortodoksal (Vedaları qəbul etməyən) inkişaf etmişdir. Burada ortodoksal dini-idealist məktəblər 1) vedanta, 2) mimansa, 3) sankhya, 4) yoqa, 5) nyaya, 6) vayşeşika hesab olunurdu. Qeyri-ortodoksal məktəblərin dini-etik formalarında kortəbii materializm ideyaları təzahür edirdi. Bunlar, 1)caynizm, 2) buddizm, 3) çarvaka-lokayatlar məktəbi idi.

İdealist Vedanta təlimi Badarayanın adı ilə bağlı olmaqla, bu təlimdə məqsəd Allah və ruh arasındakı münasibət anlayışının fərqləndirilməsi idi. Vedantaya görə, öz bədəni ilə əlaqədar olan ruh azad deyil. Allah və ruhun tamamilə fərqli anlayış olmasını Madhva, onların vəhdətdə olmasını isə Şankara müdafiə edirdi.

Mimansada əsas məqsəd idrak və məntiq məsələlərinin, Veda ayinlərinin öyrənilməsi idi. Bu tə’limə görə bilik əldə etməyin əsas mənbəyi hissi qav- rayışdır. Qavrayışların mənbəyi isə real obyektlərin əlamətləridir.

Hindistanda ən qədim təlim olan Sankhyanın banisi Kapilanın b.e.ə. 600-cü ildə yaşaması güman edilir. Bu təlimə görə dünyada iki başlanğıc mövcuddur: biri maddi, digəri isə mə’nəvi başlanğıcdır. Bu təlimdə başlıca məqsəd insanı əzablardan və bədbəxtlikdən azad etməkdir.

Yoqa dini fəlsəfi təlim olmaqla, burada başlıca məqsəd Allaha inam, məhəbbət, daima onun haqqında fikirləşmək əsas vəzifədir. Onun banisi Patancal (b.e.ə 1 əsr) hesab olunur.

Vayşeşika təliminin banisi Kanada olmuşdur. E.ə. VI-V əsrlərdə meydana gəlmiş bu təlimə görə, Allah obyektiv aləmin yaradıcısı olmaqla, onu heçlikdən deyil, əbədi mövcud olan anudan (məkan, zaman, efir, ağıl və ruh) yaratmışdır.

Banisi Hotoma olan Nyaya fəlsəfəsinin əsasını məntiq və idrak məsələləri təşkil edir. Bu təlimə görə, həqiqi biliyə qavrayış və ya məntiqi nəticənin köməyilə nail olmaq olar. Qavrayış duyğu orqanlarından asılı olub, bilavasitə bilik əldə etməyə xidmət edir.

Caynizm təlimi isə, əsasən dualist xarakter daşıyırdı. Burada canlı və cansız aləm haqqında danışılır. Cansız aləm isə, atomlardan ibarət olan materiyadır.

Caynistlərə görə, hətta torpaq da nəfəs alır. Onların nəzərincə, hava, su, torpaq, od yalnız lamisə hissiyyatına aiddirsə, quşlar, heyvanlar və insanlar isə beş hissetmə üzvlərinə malikdirlər. Caynistlərə görə, ruhun əsas əlaməti şüur olub, o, bədənlə birləşməyə meyllidir. Əsas məqsədi «qurtuluş» olan Çaynistlər, ruhun bədəndən ayrılmasma yalnız asketizm yolu ilə çatmaq mümkün olduğunu qeyd edirdilər.

Lokayata-çarvaka təlimi əsasən “Manu qanunları” (e.ə.IV-III) adlı əsərdə toplanmışdır. Çarvak tə’liminin tərəfdarları dünyanm maddiliyini qəbul edib, onun dörd elementdən od, hava, su, torpaqdan ibarət olduğunu söyləyirdilər. Onlar, insan da daxil olmaqla, bütün canlı aləmin bu ünsürlərdən yarandığmı iddia edirdilər. İnsan ruhu isə yalnız bədəndə mövcud ola bilər.

Materiya – şüur münasibətləri məsələlərində çarvaklar qeyd edirdilər ki, şüur bədənin əlamətlərindən biridir, insan öldükdə onun bədəni ilə birlikdə şüur da yoxa çıxır. İnsan “Mən”inin mövcudluğu bədənsiz mümkün deyil. Onlara görə həqiqətin dərk edilməsinin yeganə mənbəyi duyğu və qavrayışdır. Hiss olun- mayan, qavranılmayan mövcud ola bilməz. Məntiqi nəticə həqiqətin dərk olunmasmm mənbəyi ola bilməz, çünki o özündə yalnız ümumi münasibətləri cəmləyir ki, o da hissi qavrayışm predmeti ola bilməz.

E.ə VI-V əsrlərdə dini-fəlsəfi təlim olan buddizmin meydana gəlməsi, Hindistanda böyük dövlətlərin yaranması dövrünə təsadüf edir. Xristianlıq və islamla bir sırada duran buddizm dünyada mövcud olan üç böyük dindən biri- dir. Əfsanəyə görə bu dinin yaradıcı Hind çarınm oğlu Hautamadır. O, anadan olanda atasma xəbər verilmişdir ki, əgər o, xəstə, qoca və ya ölü adam görsə, monax-asket olacaq. Bunu bilən atası ona elə bir şərait yaratmışdır ki, oğlu həyatm qaranlıq tərəfi haqqmda heç nə bilməsin. Lakin Hautama təsadüfən xəstə, sonra qoca, sonra ölü, daha sonra isə monax – asket görür. Həyatm əzabmı görən Hautamam bu hadisələr sarsıdır. Gecələrin birində o, evdən qaçır və asket həyatı keçirməyə başlayır. Nəhayət, bir dəfə o, bir ağacm altmda oturur və özünə söz verir ki, həyat haqqmda əsil həqiqəti bilməyincə oradan durrnayacaq. Dördüncü gün ona aydmlıq gəlir və o, “budda” olur (budda-işıqlanmış, nurlanmış deməkdir). Tezliklə onun ətrafmda çoxlu tərəfdarları toplaşır və beləliklə də budda icması yaranmağa başlayır. O, 40 il peyğəmbərlik edir. Buddizm təlimi 4 əsas hissədən ibarətdir: həyat iztirabdır, həqiqət iztirabın yaranmasınrn səbəbidir, insanlar təkrar-təkrar iztiraba qayıdırlar, həqiqət bu iztirabdan azad olmaq yoludur. Buddizmin müdriklərinə görə, idrakın məqsədi-insanın iztirabdan azad olunmasıdır. Buddizm etikasının əsası bundan ibarətdir ki, əzabdan, iztibardan o dünyada deyil, yalnız bu dünyada azad olmaq olar.


2. Qədim Çində fəlsəfi fikir. Qədim Çində fəlsəfi fikir e.ə. VI-V əsrlərdə meydana gəlmişdir. Həmin dövrdə bir sıra təbiət elmləri: mexanika, astronomiya, təbabət, biologiya və di- gər bilik sahələri yaranmağa və inkişaf etməyə başlamışdır. Çində Günəş-ay təqvimi yaranmış və e.ə. IV əsrdə Çin astronomu Şi-Şen dünyada ilk ulduz kataloqunu tərtib etmişdir.


Qədim Çində fəlsəfi fikir kortəbii materializm və idealizm istiqamətində formalaşmışdır. E.ə. I əsrdə ilk başlanğıc metal, ağac, su, od və torpaq kimi beş ilk element haqqmda, əks başlanğıclar (yan, in), təbii yol (dao) və s. haqqmda ideyalar yayılmağa başlamışdır. Qədim Çində 6 əsas məktəb fəaliy- yət göstərmişdir: 1) konfutsilik, 2)moizm, 3) qanun, 4) daosizm, 5) naturfəlsəfə, 6) adlar məktəbi.
Qədim Çin fəlsəfəsinin meydana gəlməsi və inkişafı əsasən beş kitabla: “Mahnılar kitabı”, “Tarix kitabı”, “Adətlər kitabı”, “Dəyişikliklər kitabı” və “Çun-çyu” salnaməsi ilə bağlı olmuşdur.
Konfutsilik məktəbinin banisi Kun Konfutsi (e.ə. 551-479) hesab olunur. Konfutsilik təliminin əsası “qarşılıqlı məhəbbət” və “insana sevgi”dir. Bunlar birlikdə isə «doğru yol»u təşkil edirlər. Bu tə’limə görə, hər bir şəxs, insanları sevməli və valideynlərinə hörmət etməlidir. Dövlət başmda isə yalnız müdrik adam olmalı və tabelikdə olanları tərbiyə etməlidir. Demək olar ki, bu tə’limin əsasmı tərbiyə məsələləri təşkil edir.
Konfutsinin davamçısı Men-Tszı (e.ə. 372-289) belə bir nəzəriyyə irəli sürürdü ki, insanm həyatı ilahi iradəyə tabedir, bilik isə insanda anadangəlmə- dir. İnsan anadan olanda bilik ilahi, “Hüdudsuz ruh” tərəfindən ona verilir. İnsan bu biliklərin köməyi ilə həyatın bütün suallarına cavab verməlidir. O, insanları bütün müvəffəqiyyətsizliklərin və bədbəxtliklərin səbəbini müəy- yənləşdirməyə, dözümlü və mərhəmətli olmağa çağırırdı.
Konfutsiliyin digər nümayəndəsi Syun-Tszının (e.ə. 298-238) təlimində isə mərkəzi xətt cəmiyyət və insan problemidir. O, iddia edirdi ki, göy, səma, təbiətin ayrılmaz bir hissəsi olan, materiyadır. Təbiətdə bütün hadisə və proseslər onun öz qanunları əsasında baş verir və dəyişir. Onun nəzərincə, insan taleyi ilahidən deyil, onun özündən asılıdır. Bundan əlavə insan aləmi dərk etmək və ondan öz xeyrinə istifadə etmək qabiliyyətinə rnalikdir. Cə- miyyət isə idarə edənlərdən və idarə olunanlardan təşkil olunmalı, cəmiyyət üzvlərinin bir hissəsi fiziki, digər hissəsi zehni əməklə məşğul olmalıdır. Gö- ründüyü kimi Konfutsi fəlsəfəsi iki istiqamətdə; idealizm və materializm istiqamətlərində inkişaf etmişdir.
Qədim Çində nüfuzlu məktəblərdən biri də əsası Mo-Tszı (e.ə. 479-400) tərəfindən qoyulmuş moizmdir. Bu məktəb iki əsr davam etmişdir. Bu təlim konfutsiliyə xas olan tale, alın yazısı anlayışlarını rədd edir və belə hesab edir ki, insanın taleyi yalnız onun ilahi iradədə təzahür edən “ümumi məhəbbət” prinsiplərini necə həyata keçirməsindən asılıdır. Moizm məktəbin nümayəndə- ləri idrak nəzəriyyəsinin bə’zi məsələlərini materialist nöqteyi-nəzərdən izah edirdilər. Onlarm fikrincə, idrakm 3 şərti var; 1)İnsanm hiss üzvləri; 2) Hiss üzvləri üçün obyekt olan xarici predmetlər; 3) Hiss üzvləri ilə xarici predmetlərin kontaktı. Hiss üzvləri xarici aləmin predmetləri ilə təmasda olduqda duyğu meydana gəlir. İdrak prosesinin başlanğıcı olan duyğu yalnız düşüncə ilə dərk edilə bilər. Ancaq bu yolla predmetin nə olduğunu dərindən dərk etmək olar.
Qədim Çin fəlsəfəsində özünəməxsus yer tutan digər fəlsəfi təlim daosizmdir. Bu məktəbin banisi Lao-Tszı (e.ə. VI-V) hesab edilir. Daosizmin əsas kitabı “Daodesizm” adlamr. Konfusiçiliyin tam əksinə olaraq bu məktəbin nümayəndələri iddia edirdilər ki, təbiət və insanlarm həyatı “səmanın idarəsi” ilə deyil, dao tərəfindən müəyyən edilmiş təbii yolla inkişaf edir. Dao predmetlərin özlərinin təbii qanunu olub, hava (çi) ilə birlikdə dünyanm əsa-
sını təşkil edir. Bu təlimə görə, dünyada bütün predmetlər hərəkətdə və dəyiş- mədədir.
Daosizmin digər nümayəndəsi Yan Çcu (e.ə VI əsr) fövqəltəbii qüvvələrin mövcudluğunu rədd edir. O, iddia edirdi ki, hadisə və predmetlərin hamısı öz qanunları əsasmda idarə olunurlar və daima dəyişilməkdədirlər. Yan Çcunun fikrincə, insan digər canlılardan yalnız öz ağlı ilə fərqlənir. İnsanm ruhu onun bədənindən ayrı mövcud ola bilməz, ölümdən sonra ruh da yox olur.
Daosizmin davamçılarmdan olan Çcuan-Tszının (e.ə. IV-III əsr) nəzərincə, predmetlər aləmində yalnız daosizm təbii qanunu mövcuddur. O, iddia edirdi ki, suda mövcud olan kiçik hissəciklərdən (tszi) əvvəl heyvanlar, heyvanlardan isə insanlar əmələ gəlmişdir. Təbiətdə mövcud olan bütün cisim və predmetlər isə çi adlanan ilk başlanğıcdan əmələ gəlmişdir. Onun təlimində subyektiv dia- lektika özünəməxsus yer tutur. Onun fikrincə, nə qədər ki, cisimlər, predmetlər dəyişmə və inkişaf vəziyyətindədirlər, insanlar heç vaxt onlarm haqqmda dəqiq təsəvvürə malik ola bilməzlər, çünki, obyektiv həqiqət yoxdur.

Ədəbiyyat siyahısı:

  • R. Mehdiyevin “Fəlsəfə”




  • A. Şükürov “Fəlsəfə”




  • M. Fərhadoğlu “Fəlsəfə əsasları”


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət