Ana səhifə

Qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin işlərinizdən bizi agah etmişdir


Yüklə 381.33 Kb.
tarix09.05.2016
ölçüsü381.33 Kb.




Surə 9

Cüz 11




الجزء 11

سورة التوبة 9


94. Döyüşdən qayıtdığınız za­man siz­dən üzr diləyəcəklər. De: “Üzr dilə­mə­yin. Sizə əsla inanma­yacağıq. Allah si­zin işlərinizdən bizi agah etmişdir. Son­rakı əməl­lərinizi Allah da görəcək, Onun Elçisi də”. Sonra isə qeybi və aş­karı Bi­lənin dər­gahına qaytarıla­caq­sı­nız, O da sizə nə etdikləri­nizi xəbər verə­cəkdir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

95. Yanlarına qayıtdığınız za­man on­lardan əl çəkəsiniz deyə qarşınızda Alla­ha and içə­cəklər. Siz onlardan üz dön­də­rin. Çünki onlar murdardırlar. Qa­zandıqları günahların cəzası olaraq sı­ğı­na­­caqları yer Cəhən­nəm olacaqdır.

ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ

96. Qarşınızda and içəcək­lər ki, onlar­dan razı qalasınız. Siz on­lar­dan razı ol­sa­nız da, Allah fasiq camaatdan razı qal­maz.

ﮈ ﮉ ﮊ ﮋﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ

97. Bədəvilər kafirlik və mü­nafiqlik ba­xımından daha betər, Allahın Öz El­çi­sinə nazil et­diyi qanunları bilməməyə daha meyl­li­dirlər. Allah Biləndir, Müd­rikdir.

ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ

98. Bədəvilərdən eləsi də var ki, Allah yolunda xərclədi­yini itki sayır və sizə bir bəd­bəxtlik üz verməsini gözləyir. Bədbəxt­lik on­ların öz başlarına gələ­cək. Allah Eşidəndir, Bi­ləndir.

ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ

99. Bədəvilərdən eləsi də var­dır ki, Alla­ha və Axirət gününə inanır, xərc­lə­diyini Allah dər­ga­hında yaxınlıq və Pey­ğəm­bərin dualarına nail olmaq üçün va­sitə sayır. Həqiqətən də, bu, on­lar üçün yaxınlaşmağa bir vasi­tədir. Allah onları Öz mər­hə­mətinə qovuşdu­ra­caq­dır. Hə­qi­qətən, Allah Bağış­layandır, Rəhm­lidir.

ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

100. Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə və ənsar­lara, həm­çinin yax­şı işlər gör­məkdə onların ardınca ge­dən­lərə gəlincə, Allah onlardan ra­zı­dır, onlar da Ondan razıdır­lar. Allah on­lar üçün ağac­ları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağ­ları hazırlamışdır. Bu, böyük uğur­dur.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ

101. Çevrənizdəki bədəvi­lər­dən və Mə­dinə əhalisi ara­sında münafiqlər var. Onlar ikiüzlülük­də inadkarlıq gös­tə­rir, sən isə on­ları tanımırsan. Biz ki on­ları tanı­yırıq. Biz on­lara iki dəfə işgən­cə verəcəyik. Sonra isə böyük bir əzaba qay­tarılacaqlar.

ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽﭾ ﭿﮀﮁ ﮂﮃ ﮄ ﮅﮆ

102. Digərləri isə günahla­rını etiraf et­dilər. Onlar yaxşı bir əməllə başqa bir pis əməli qarışdırdılar. Ola bilsin ki, Allah onların töv­bələrini qəbul etsin. Hə­qiqətən, Allah Bağış­layandır, Rəhm­li­dir.

ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ

103. Onların mallarından sə­də­qə götür ki, bununla onları pak edib tə­mi­zə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlik­dir. Allah Eşidən­dir, Biləndir.

ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫ ﮬ

104. Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edən­dir, Rəhm­lidir?

ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ

105. De: “İşinizdə olun! Allah, Onun El­çisi və möminlər əməl­lə­rinizi görə­cək­lər. Sonra qeybi və aşkarı Bilənin ya­nı­na qay­tarıla­caqsınız, O da sizə nə et­dikləri­nizi xəbər verəcəkdir”.

ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

106. Döyüşə getməyənlər­dən baş­qaları da vardır ki, onlar Alla­hın ixtiyarına bu­ra­xılmış­lar. O, ya onlara əzab verəcək, ya da tövbə­lərini qəbul edəcək. Allah Bilən­dir, Müdrikdir.

ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ

107. Müsəlmanlara zərər vur­maq, küfr etmək, möminlərin ara­sına təfriqə sal­maq məqsə­di­lə, əv­vəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kim­səni göz­ləmək üçün məscid tikənlər, əl­bəttə: “Biz yaxşılıq­dan başqa bir şey is­tə­mədik”deyə and içə­cəklər. Allah şahiddir ki, onlar yalan­çıdırlar.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ

108. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzə­rində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiq­dir. Orada pak ol­mağı sevən kişi­lər vardır. Allah da pak olan­la­rı sevir.

ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄ ﮅ ﮆ

109. Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yax­şı­dır, yoxsa bina­sını da­ğılmaqda olan uçu­ru­mun lap kə­narında quran və onunla birlikdə Cəhənnəm oduna yu­var­lanan kəs? Allah zalım qövmü doğru yola yö­nəlt­məz.

ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

110. Onların ürəkləri parça-parça ola­na qədər tikdiyi bina qəlb­lərində bir şübhə olaraq qa­la­caq­dır. Allah Biləndir, Müd­rikdir.

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ

111. Doğrudan da, Allah mö­minlər­dən, Cənnət müqabilində onların can­la­rını və mallarını sa­tın almışdır. Çünki on­lar Allah yolunda vuruşub öldürür və öldü­rülürlər. Bu, Allahın Töv­ratda, İncildə və Quranda Öz öhdəsinə gö­tür­düyü bir vəddir. Allahdan daha yaxşı əhdini ye­rinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ

112. Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan (yaxud cihad edən), rüku və səcdə edən, yaxşı işlər görməyi buyu­rub pis əməllərə qadağan edən və Allahın hüdudlarını qoruyan o mö­min­ləri müjdələ.

ﭑﭒﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞﭟ ﭠ ﭡ ﭢ

113. Müşriklərin Cəhənnəm sa­kin­lə­ri olduqları onlara bəlli ol­duq­dan son­ra, qohum olsalar belə, Peyğəmbərə və mömin­lərə onlar üçün bağışlanma di­lə­mək yaraşmaz.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ

114. İbrahimin öz atası üçün bağış­lan­ma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Ata­sı­nın Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə on­dan uzaqlaşdı. Həqiqətən, İbra­him Alla­ha çox yalvaran həlim bir kimsə idi.

ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ

115. Allah bir camaatı doğru yola yö­nəltdikdən sonra uzaq­laş­maları zəruri olan şeylərdən on­ları xəbərdar etmə­yincə onları həmin yoldan azdırmaz. Həqiqə­tən, Allah hər şe­yi bilir.

ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

116. Həqiqətən, göylərin və yerin mül­kü Allaha məxsus­dur. O həm di­ril­dir, həm də öldürür. Si­zin Allahdan baş­qa nə bir hima­yədarınız, nə də bir kö­məkçiniz vardır.

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ

117. Allah, müsəlmanlar­dan bəzi­ləri­nin qəlbi cihaddan ya­yın­maq üzrə olduqdan sonra, Pey­ğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacir­lə­rin və ən­­sarların da əvvəlcə töv­bəsini qə­bul et­di, sonra da on­ları bağışladı. Çünki Allah on­lara müsəlmanlara qarşı Şəfqət­li­dir, Rəhmlidir.

ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ

118. Geri qalmış üç nəfəri də bağışla­dı. Hətta yer üzü öz geniş­liyinə baxma­yaraq onlara dar gəl­miş, ürəkləri kədər­dən sıxılmış və yəqin bilmişdilər ki, Allah­dan (Onun əzabın­dan), ancaq Onun Özünə sığınmaq­dan başqa çarə­ləri yoxdur. Sonra Allah peşman olsunlar de­yə on­ların tövbəsini qəbul etdi. Həqi­qətən, Allah töv­bə­ləri qəbul Edəndir, Rəhmlidir.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ

119. Ey iman gətirənlər! Allah­dan qorxun və düz danı­şanlarla birlikdə olun.

ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ

120. Mədinə əhalisinə və on­la­rın ətra­fındakı bədəvilərə dö­yüşdə Allahın El­çi­sindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq ya­raşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuz­luq, yorğunluq və aclıq, ka­fir­ləri qəzəbləndirən elə bir atıl­mış ad­dım, düşmən üzərində qa­zanılan elə bir uğur yoxdur ki, bunların müqa­bi­lin­də onlara yaxşı bir əməl yazılmasın. Hə­­qiqətən, Allah yaxşı iş görən­lərin mü­ka­­fa­tını puç etməz.

ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ

121. Allah onları, etdikləri əməl­lərin ən gözəli ilə müka­fatlandır­sın deyə xərc­lədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yox­dur ki, buna görə onlara savab yazılmasın.

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

122. Möminlərin hamısı eyni vaxtda döyüşə çıxmamalıdır. Hər qəbilədən bir dəstə qalma­lıdır ki, dini dərindən öy­rən­sinlər və öz camaatı döyüşdən ge­ri qayıtdıq­ları zaman onları xəbərdar et­sin­lər. Bəlkə, onlar pis işlərdən çəki­nə­lər.

ﯦﯧﯨ ﯩ ﯪ ﯫﯬ ﯭ ﯮ ﯯﯰ ﯱﯲﯳﯴﯵﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ

123. Ey iman gətirənlər! Ya­­xınlı­ğı­nız­da­kı kafirlərlə vuru­şun. Qoy onlar siz­də sərtlik gör­sünlər. Bilin ki, Allah müt­­­təqilər­lədir.

ﭑﭒﭓﭔﭕﭖﭗ ﭘ ﭙﭚ ﭛﭜﭝﭞﭟﭠﭡﭢ

124. Bir surə nazil edildiyi za­man on­lardan istehza ilə: “Bu, hansınızın ima­nı­nı artırdı?”– de­yənlər də var. İman gə­ti­rən­lərə gəldikdə isə, o surə onla­rın ima­nını artırır və onlar bir-birlərini müj­də­lə­yirlər.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ

125. Qəlbində xəstəlik olan­lara gə­lin­cə, o surə onların mur­darlığı üstünə bir murdarlıq da artırır və onlar kafir qa­la­raq ölürlər.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ

126. Onlar ildə bir və ya iki dəfə fə­la­kətə uğradıqlarını gör­mür­lərmi? Ye­nə də tövbə et­mir, ibrət almırlar.

ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉﮊ ﮋ ﮌ ﮍﮎ ﮏﮐﮑﮒﮓﮔ

127. Bir surə nazil edildiyi za­man on­­lar: “Sizi kimsə gö­rür­mü?” deyə bir-bir­lərinə ba­xır, sonra da üz çevirib ge­dir­lər. An­lamayan adamlar olduq­larına görə Allah onların qəl­bini imandan məh­­rum etmişdir.

ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ

128. Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­məyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhmlidir.

ﮬﮭﮮﮯﮰﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

129. Əgər onlar üz döndər­sə­lər, de: “Mənə Allah yetər. Ondan başqa ilah yoxdur. Mən Ona təvəkkül etdim. O, bö­yük Ərşin Rəbbidir!”

ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ




\f



Mərhəmətli və Rəhmli

Allahın adı ilə!



ﭑ ﭒ ﭓ ﭔ

1. Əlif. Ləm. Ra. Bu, hik­mətli Kitab­ın ayələridir.

ﭑﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ

2. İçərilərindən bir adama: “İn­sanla­rı qorxut və iman gəti­rənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yax­şılıqların mükafatı var­dır!”– deyə vəhy etməyimiz insanlara qəribə­mi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– de­di­lər.

ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

3. Şübhəsiz ki, Rəbbiniz göy­ləri və ye­ri altı gündə yaradan, sonra da Ərşə uca­lan Allahdır. İşləri yoluna qoyan Odur. Yal­nız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbi­niz Allah. Ona ibadət edin. Məgər dü­şü­nüb ibrət al­mırsınız?

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ

4. Allahın həqiqi vədi kimi ha­mı­nı­zın dönüşü Onadır. O, məx­luqu ilk də­fə yaradır, sonra onu Qiyamət günü ye­ni­­dən dirildir ki, saleh əməllər edən­ləri əda­lətlə mükafatlandırsın. Kafirlərə gə­lin­cə, küfr etdiklə­rinə görə onlar üçün qaynar içki və üzücü bir əzab hazır­lan­mışdır.

ﮖ ﮗ ﮘﮙ ﮚ ﮛ ﮜﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ

5. Günəşi işıqlı, ayı nurlu edən, il­lə­rin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəy­yən edən Odur. Allah bunları yal­nız haqq na­mi­nə yaratmışdır. O, ayələri bilən adam­lara belə izah edir.

ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

6. Doğrudan da, gecə ilə gün­düzün bir-birini əvəz etməsin­də, Allahın göylərdə və yerdə yarat­dıqlarında Allahdan qor­xan adam­lar üçün dəlillər vardır.

ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ

7. Şübhəsiz ki, Bizimlə qar­şı­laşa­caq­la­rına ümid etməyən­lər, dünya həya­tın­dan razı qa­lıb onun­la rahatlıq tapan­lar və ayələrimiz­dən xəbərsiz olan­ların –

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ

8. məhz onların qazandıq­ları günah­la­ra görə sığınacaq­ları yer Oddur.

ﭡﭢ ﭣﭤﭥﭦﭧ

9. İman gətirib saleh əməllər işlə­dən­ləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim bağ­larında onların ayaqları al­tından çaylar axar.

ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ

10. Onların oradakı duası: “Alla­hım! Sən pak və müqəd­dəssən!”, orada bir-birlərini salamlaması: “Salam!” sözü və dualarının sonu: “Həmd olsun aləm­lə­rin Rəbbi Allaha!” söz­ləri olacaq.

ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁﮂﮃﮄﮅ ﮆﮇﮈ

11. Əgər Allah insanlara is­tə­­dikləri xeyri tez verdiyi kimi, şəri də tez ver­səydi, əlbəttə, on­ların əcəli çatmış olar­dı. Bi­zimlə qarşı­laşacaqlarına ümid et­mə­yənləri isə azğınlıqları içində sər­gər­dan dolaşan vəziy­yətdə tərk edərik.

ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ

12. İnsana bəla üz verdikdə uza­nan­da da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuş­dur­duqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb ge­dər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.

ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ

13. Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətir­dikləri hal­da onlara inan­ma­­dıqlarına görə məhv etdik. Biz gü­nahkar adam­ları belə cəza­landırırıq.

ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮﯯ

14. Sonra onların ardınca sizi yer üzün­də xələflər etdik ki, gö­rək necə davranacaqsınız.

ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ

15. Açıq-aydın ayələrimiz on­lara oxun­duğu zaman Bizimlə qar­şılaşacaqlarına ümid etmə­yənlər deyərlər: “Bizə bun­dan başqa bir Quran gətir və ya onu də­yişdir!” De: “Mən onu öz istəyimlə də­yiş­dirə bilmə­rəm. Mən yalnız mənə vəhy olu­nana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük gü­nün əzabından qorxa­ram”.

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ

16. De: “Əgər Allah istə­səydi, mən onu sizə oxumaz­dım, O da onu sizə bildir­məzdi. Mən axı bundan öncə də si­zin aranızda ya­şamışam. Məgər bil­mirsiniz?”

ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ

17. Allaha qarşı yalan uydu­randan və ya Onun ayələrini ya­lan hesab edən­dən daha za­lım kim ola bilər? Doğ­ru­dan da, günah­karlar nicat tapmaz­lar.

ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛﮜﮝ ﮞﮟﮠﮡ

18. Onlar Allahı qoyub öz­lə­­ri­nə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərga­hın­da bizim şəfaətçilərimizdir!”– de­yir­lər. De: “Yoxsa Allaha göy­lərdə və yer­də bilmədiyi bir şeyimi xəbər verir­si­niz?” Allah onların qoşduqları şərik­lər­dən uzaqdır və ucadır.

ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ

19. İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tə­rəfindən əzəl­dən bir Söz verilməsəydi, ixti­lafa düş­dükləri şey barəsində ara­la­rında dərhal hökm veri­lərdi.

ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ

20. Onlar deyirlər: “Niyə ona Rəb­bin­dən bir möcüzə endi­rilməyib?” De: “Qeyb ancaq Allaha aiddir. Gözləyin, şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­dənəm”.

ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ

21. İnsanlara üz verən bəla­dan sonra onlara bir mərhəmət daddır­dığımız za­man ayələri­mizə qarşı hiyləgərlik et­mə­yə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şüb­həsiz ki, elçi­lərimiz (mələk­lər) qurduğunuz hiylələri ya­zır­lar.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ

22. Sizi quruda və dənizdə hərə­kət etdirən Odur. Siz gə­mi­lərdə oldu­ğu­nuz, gəmilər də içində­ki­ləri xoş bir küləklə apar­­dığı və onlar buna sevin­dikləri za­man bir­dən fırtına qo­par və dalğalar hər yandan onların üstünə gələr. Dal­ğala­rın onları bürüyəcəyini yəqin et­dikdə isə Allaha dini məhz Ona aid edərək yalvarıb deyər­lər: “Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edən­lər­dən olarıq”.

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ

23. Allah onları xilas etdik­də isə dər­hal haqsız olaraq yer üzün­də azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yal­nız sizin öz əley­hinizədir. Bunlar dünya həyatının keçici zövqlə­ridir. Sonra isə dö­nü­şünüz Bizə olacaq, Biz də nə etdik­ləriniz barədə sizə xəbər verəcəyik.

ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥﮦ ﮧ ﮨ ﮩﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ

24. Dünya həyatının məsəli göy­dən endirdiyimiz suyun mə­sə­linə bənzəyir ki, onun sa­yə­sində insanların və hey­van­ların yediyi yer bitkiləri bir-birinə qatışır. Nə­hayət, yer öz bərbə­zəyinə bürü­nüb rövnəq­ləndiyi və onun sakin­ləri ona (onun məh­sulunu yığma­ğa) qa­dir ol­duqlarını güman et­dikləri za­man gecə yaxud gündüz əm­rimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məh­­sulu olmamışdı. Biz ayələri düşü­nən adamlar üçün belə­cə izah edirik.

ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ

25. Allah əmin-amanlıq yur­duna (Cən­nətə) çağırır və istə­di­yini doğru yola yönəldir.

ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ

26. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) var­dır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridir­lər və orada əbədi qa­lacaqlar.

ﭑ ﭒ ﭓ ﭔ ﭕﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤﭥ

27. Pis işlər görənlərə isə pis­­liyin cə­zası onun misli qədər ve­rilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üz­ləri sanki zülmət gecənin parçalarına bü­­rünmüş­dür. On­lar Od sakinləridir­ və orada əbədi qalacaqlar.

ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ

28. O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşrik­lərə: “Siz də, şərik­ləriniz də yeri­nizdə qalın!”– de­yə­cəyik. Biz on­ları ayıraca­ğıq. Onların şə­rikləri deyəcək­lər: “Siz bizə ibadət et­mirdiniz.

ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ

29. Bizimlə sizin aranızda Alla­hın şa­hid olması yetər. Doğ­rudan da biz si­zin ibadəti­nizdən xəbər­siz idik”.

ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ

30. Orada hər bir nəfər keç­mişdə tö­rətdiklərinin acısını çəkə­cəkdir. Onlar Allaha – öz­lərinin həqiqi Hima­yəda­rı­na qaytarılacaq­ və uydur­duqları bütlər on­lardan uzaqlaşıb qeyb olacaqlar.

ﮦ ﮧﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ

31. De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaq­lara və gözlərə ha­kim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar de­yəcək­lər: “Allah!” De: “Bəs belə olduğu halda Allah­dan qorxmursunuz?”

ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ

32. O sizin Haqq Rəbbiniz olan Allah­dır. Haqdan sonra zəlalətdən baş­qa nə ola bilər? Siz necə də haqdan dön­dəri­lirsiniz!

ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄ ﰅ

33. Beləliklə fasiqlərin iman gətir­mə­yəcəyinə dair Rəbbinin Sözü doğru çıx­dı.

ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ

34. De: “Allaha qoşduğunuz şə­rik­lər­dən eləsi varmı ki, hər hansı bir məx­lu­qu ilk dəfə yaratsın, öldükdən sonra onu yenidən di­riltsin?” De: “Məx­luqu ilk də­fə Allah yaradır, sonra onu Qiyamət günü yeni­dən dirildir. Siz necə də haq­dan döndərilirsiniz!”

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ

35. De: “Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəl­dən bir kimsə var­mı?” De: “Allah Öz qullarını haqqa yö­nəldir. Elə isə deyin görək haqqa yö­nəl­dən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol gös­tə­rilməyincə onu tapa bilmə­yən kəs? Sizə nə olub? Necə mü­hakimə edir­si­niz?”

ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬﭭ ﭮ ﭯ ﭰ ﭱﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ

36. Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bil­məz. Allah onların nə etdiklə­rini bilir.

ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ

37. Bu Quran Allahdandır, On­dan başqası tərəfindən uy­durula bilməz. Lakin o, özün­dən əvvəl­kiləri təs­diq­lə­yən və aləmlərin Rəbbi tərəfindən na­zil edilmiş, içində də heç bir şəkk-şübhə ol­mayan kitabları müfəssəl izah edəndir.

ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ

38. Yoxsa: “Muhəmməd onu özündən uydurdu!”– deyirlər. De: “Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gə­tirin və Allahdan başqa, kimi ba­carırsı­nızsa, köməyə çağırın!”

ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ

39. Xeyr! Onlar elmini qav­raya bil­mədikləri və hələ yo­zumu on­lara gəl­məmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əv­vəlkilər də yalan hesab etmişdi­lər. Bir gör zalım­ların aqi­bəti necə oldu.

ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ

40. İçərilərində ona (Qurana) ina­nan­lar da var, ona inanma­yan­lar da. Rəb­bin fitnə-fəsad törə­dənləri daha yaxşı ta­nıyır.

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂﰃ ﰄ ﰅ ﰆ ﰇ

41. Əgər səni yalançı hesab et­sələr, de: “Mənim əməlim mənə, sizin əmə­li­niz isə sizə aiddir. Siz mənim etdiyim əməl­­dən uzaqsı­nız, mən də sizin et­di­yi­niz əməl­lərdən uzağ­am”.

ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎﰏ ﰐ ﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ ﰘ

42. Onlardan səni dinləyən­lər də var­dır. Məgər karlara – əgər an­lamır­lar­sa, sənmi eşit­di­rəcəksən?

ﰙ ﰚ ﰛ ﰜﰝ ﰞ ﰟ ﰠ ﰡ ﰢ ﰣ ﰤ ﰥ

43. Onlardan sənə baxanlar da var­dır. Məgər korları – əgər gör­mürlərsə, sənmi doğru yola yö­nəl­dəcəksən?

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ

44. Həqiqətən, Allah insan­lara əsla zülm etməz, lakin insanlar özləri öz­lə­rinə zülm edərlər.

ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ

45. Allah onları bir yerə top­la­yacağı gün, sanki dünyada yaxud qəbirdə gün­düzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qar­şı­laşacaqlarını yalan sayan­lar mütləq zi­yana uğrayacaq­lar. On­lar doğru yola yönələn deyillər.

ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ

46. Onlara vəd etdiyimiz əza­bın bə­zisini sənə göstərsək və yaxud da gös­tərmədən öncə səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir.

ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ

47. Hər ümmətin bir elçisi var­dır. El­çiləri gəldikdə onla­rın ara­sında əda­lət­lə hökm ve­rilər və onlara zülm edil­məz.

ﮏ ﮐ ﮑﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ

48. Kafirlər deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt olacaq?”

ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ

49. De: “Allahın istədiyin­dən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qa­di­rəm. Hər ümmətin bir əcə­li var­dır. Onların əcəli gəldiyi za­man bircə saat belə nə yu­banar, nə də qa­ba­ğa keçə bilərlər”.

ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ

50. Müşriklərə de: “Söylə­yin görüm, əgər Onun əzabı sizə gecə yaxud gün­düz gələ­cəksə, onda günahkarlar bun­lardan hansını tə­ləsik istəyə­cəklər?

ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ

51. Əzab başınızın üstünü al­dıqdan sonramı ona iman gə­tirə­cəksiniz? Yox­sa indimi? Siz ki, onun tez gəlməsini is­tə­yirdiniz!”

ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ

52. Sonra zalımlara deyilə­cək­dir: “Da­dın əbədi əzabı! Məgər siz ancaq qazandığınız günahlara görə cəzalan­dı­rıl­mır­sınızmı?”

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ

53. Səndən: “O əzab doğru­durmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqi­qətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bil­mə­yə­cək­siniz”.

ﰈ ﰉ ﰊ ﰋﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑﰒ ﰓ ﰔ ﰕ ﰖ

54. Əgər zalım olan hər kəs yer üzün­də olanların hamısına sahib olsaydı, müt­ləq onu əzab­dan qur­tarmaq üçün fid­yə ve­rərdi. Onlar əzabı gördükdə də­rin­dən peşman olarlar. Onla­rın arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤﭥ ﭦ ﭧ ﭨ ﭩ

55. Bilin ki, göylərdə və yerdə olan­ların hamısı Allahın­dır. Bilin ki, Alla­hın vədi haq­dır, lakin onların çoxu bu­nu bilmir.

ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ ﭻ

56. O, həm dirildir, həm də öl­dürür. Siz yalnız Ona qayta­rıla­caqsınız.

ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ

57. Ey insanlar! Rəbbiniz­dən sizə bir öyüd-nəsihət, köks­lər­də olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir.

ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ

58. De: “Bunlar Allahın lütfü və mər­hə­məti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, on­ların yığ­dıq­la­rın­dan daha xeyir­lidir.

ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ

59. De: “Allahın sizə nazil et­diyi ru­zi barədə söyləyin gö­rüm, onun bir qis­mini haram, bir qis­mini isə halal say­dı­nız”. De: “Allahmı sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”

ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ

60. Allaha qarşı yalan uydu­ranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütf­kardır, lakin onların çoxu şükür etmir.

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ

61. Sən hansı bir işdə olsan, Quran­dan nə oxusan, siz nə iş görsəniz, ba­şı­nız ona qarışar­kən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan da­ha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) ol­masın.

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻﯼ ﯽ ﯾﯿﰀﰁﰂﰃ ﰄﰅﰆﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐ ﰑ ﰒ ﰓ

62. Şübhəsiz ki, Allahın dost­larının heç bir qorxusu yoxdur və onlar kədər­lən­məyəcəklər.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ

63. Onlar iman gətirmiş və Allah­dan qorxmuşlar.

ﭜ ﭝ ﭞ ﭟ ﭠ

64. Dünya həyatında da, axi­rətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişil­məz. Bu, böyük uğurdur.

ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪﭫﭬﭭ ﭮﭯﭰﭱ ﭲ

65. Onların sözləri səni kə­dər­­lən­dir­məsin. Çünki qüdrət bütün­lüklə Allaha məxsusdur. O, Eşidən­dir, Biləndir.

ﭳ ﭴ ﭵﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ

66. Bilin ki, göylərdə və yerdə olan­ların hamısı Allahın­dır. Allahı qoyub başqa şərik­lərə yalvaranlar nəyin ar­dın­ca gedirlər! Onlar yal­nız zənnə uyur və ancaq yalan uydu­rurlar.

ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈﮉ ﮊﮋﮌ ﮍﮎﮏﮐ ﮑﮒ ﮓﮔﮕ ﮖﮗﮘﮙﮚﮛ

67. Gecəni rahatlanmanız üçün yara­dan, gündüzü də ruzi qazan­manız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşi­dən adamlar üçün dəlillər vardır.

ﮜﮝﮞﮟﮠﮡﮢﮣ ﮤﮥﮦﮧﮨ ﮩﮪﮫﮬ

68. Onlar: “Allah Özünə övlad gö­tür­müşdü!”– dedilər. O pakdır, mü­qəd­dəsdir! O, heç nəyə möhtac deyildir. Göy­lərdə və yerdə nə varsa, Onun­dur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bil­mədiklərinizi söy­ləyir­siniz?

ﮭ ﮮ ﮯ ﮰﮱ ﯓﯔ ﯕ ﯖﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ

69. De: “Şübhəsiz ki, Allaha qarşı ya­lan uyduranlar nicat tap­mazlar”.

ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ

70. Onlar bir müddət dün­yada fay­da­lanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklə­rinə görə onlara şiddətli əzab daddırarıq.

ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ

71. Onlara Nuhun əh­vala­tını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər ara­nızda qalmağım və Allahın ayə­lərini xatırlatmağım sizə ağır gə­lirsə, mən Allaha təvək­kül edi­rəm. Allaha qoşduğu­nuz şəriklər­lə bir­ləşib sözü bir yerə qoyun, sonra da işi­nizi aşkarda görün. Bundan sonra mə­nə qarşı bacar­dığınızı edin və mənə möh­lət ver­məyin.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ

72. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istə­mirəm. Mə­nim mükafatım ancaq Allaha aiddir. Mənə mü­səlman­lardan olmaq əmr edil­­mişdir”.

ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ

73. Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla bir­lik­də gəmidə olanları xilas etdik, onları yer üzünə xə­ləflər təyin etdik. Ayələrimizi yalan he­sab edənləri isə suda batır­dıq. Bir gör qorxudulanların aqibəti necə oldu!

ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ

74. Sonra onun arxasınca el­çi­ləri öz ümmətlərinə göndər­dik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gə­tirmədi­lər. Biz həddi aşanla­rın qəlb­lə­ri­ni beləcə mö­hürlə­yirik.

ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ

75. Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyan­larına açıq-aydın də­lilləri­mizlə elçi gön­dər­dik, la­kin onlar təkəbbürlük göstər­dilər. On­lar günahkar bir tayfa idilər.

ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ

76. Onlara Bizim tərəfimiz­dən haqq gəldikdə: “Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!”– dedilər.

ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ

77. Musa dedi: “Əcəba, sizə haqq gəl­dikdə: “Bu sehr­dir­mi?” deyirsiniz? Hal­buki sehr­bazlar uğur qazan­maz­lar”.

ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ

78. Onlar dedilər: “Gəlmisi­niz ki, bi­zi atalarımızın tut­duğu yol­dan döndə­rə­siniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən de­yilik”.

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ

79. Firon dedi: “Bütün bi­likli sehr­baz­ları yanıma gətirin!”

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ

80. Sehrbazlar gəldikdə Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”

ﭘ ﭙﭚﭛﭜﭝﭞﭟﭠﭡﭢ

81. Onlar əllərindəki ipləri və dəyə­nək­ləri atdıqda Musa dedi: “Sizin gör­dü­yünüz iş sehrdir. Hə­qiqətən, Allah onu boşa çıxara­caq. Çünki Allah fitnə-fəsad törə­dənlərin işini düzəltməz”.

ﭣ ﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪﭫ ﭬ ﭭ ﭮﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ

82. Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bər­qərar edəcək.

ﭷ ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ

83. Firon və onun əyan­ları tə­rə­fin­dən özlərinə işgəncə ve­rilə­cəyindən qor­xa­raq Musaya öz qövmündən yalnız az­saylı bir nəsil iman gətirdi. Həqiqə­tən də, Firon yer üzündə qəd­dar hakim və həddi aşanlardan idi.

ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ

84. Musa dedi: “Ey qöv­müm! Əgər Allaha iman gətirmiş­si­nizsə və mü­səl­man olmuşsu­nuzsa, Ona təvəkkül edin!”

ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ

85. Onlar dedilər: “Biz an­caq Allaha təvəkkül edirik. Ey Rəbbi­miz! Bizi za­lım camaatın əlində sınağa çəkmə!

ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ

86. Və bizi Öz mərhəmə­tinlə kafir ca­maatın əlindən qurtar”.

ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ

87. Biz Musaya və onun qar­­daşına: “Camaatınız üçün Mi­sir­də evlər tikin, evlərinizi na­mazgah edin və namaz qı­lın. Möminləri müjdələ!”– deyə vəhy et­dik.

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣﯤ ﯥ ﯦ ﯧ

88. Musa dedi: “Ey Rəbbi­miz! Sən Firona və onun əyan­larına dünya hə­ya­tında zinət və mal-dövlət bəxş etdin. Ey Rəb­bimiz! Onlar insanları Sənin yolun­dan sapdırırlar. Ey Rəb­bimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərt­ləş­dir ki, üzücü əzabı görmə­yincə iman gətirməsinlər”.

ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ

89. Allah dedi: “Hər ikini­zin duası qə­bul olundu. Dəvəti­nizdə möhkəm olun və nadan­ların yo­luna uymayın!”

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ

90. Biz İsrail oğullarını də­niz­dən ke­çirtdik. Firon və onun qo­şunu zülm və düşmənçilik məqsə­dilə onları təqib et­dilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdik­lərindən başqa ilah olmadığına inan­dım. Mən də müsəlman­lar­danam!”

ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺ

91. Firona deyildi: “İndimi? Sən ki əv­vəllər asilik etmiş və fəsad törə­dən­lər­dən olmuşdun.

ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ

92. Bu gün sənin bədənini xilas edə­cə­yik (sahilə çıxara­cağıq) ki, səndən son­ra gələn­lərə ibrət ola­san”. Hə­qi­qə­tən də, insanların çoxu ayələrimiz­dən xə­bər­sizdir.

ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ

93. Biz İsrail oğullarını gö­zəl bir yur­da sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlə­rinə elm gələnə qə­dər ixtilafa düşmədilər. Şübhə­siz ki, Rəbbin, ixtilafa düşdük­ləri şey barə­sin­də Qiyamət günü onların arasında hökm verəcəkdir.

ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝﮞﮟ ﮠﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ

94. Əgər sənə nazil etdiyi­mizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxu­yan­lardan so­ruş. Rəb­bindən sənə haqq gəl­mişdir. Odur ki, şübhə edən­lərdən ol­ma.

ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ

95. Allahın ayələrini yalan sa­yan­lar­dan da olma, yoxsa ziyana uğra­yan­lar­dan olarsan.

ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

96. Həqiqətən, sənin Rəbbi­nin Sözü özlərinin əleyhinə doğru çıxmış kim­sə­lər iman gətirməzlər.

ﯱﯲﯳﯴﯵﯶﯷﯸﯹ

97. Onlara ayələrin hamısı gəl­sə be­lə, üzücü əzabı görmə­yincə iman gətir­məzlər.

ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ

98. Əzab gəldiyi an, Yunu­sun qöv­mün­dən başqa, iman gətirib imanı özü­nə fayda verən bir məm­ləkət əhli olub­mu? Yu­nusun qövmü iman gətirəndə on­lardan dünya həyatında rüs­vayçılıq əza­bını so­vuşdurduq və onlara müəy­yən vaxta qədər fani nemətlərdən fay­da­lanmaq imkanı verdik.

ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ

99. Əgər Rəbbin istəsəydi, yer üzün­də olanların hamısı iman gətirərdi. İn­sanları mömin olmağa sənmi məcbur edə­cəksən?

ﭧ ﭨ ﭩ ﭪ ﭫ ﭬ ﭭ ﭮ ﭯﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ

100. Allahın icazəsi olma­dan heç kəs iman gətirə bil­məz. Allah an­lama­yan­la­rı qə­zəbə uğradar.

ﭸ ﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ

101. De: “Görün göylərdə və yerdə nə­lər var”. Lakin iman gə­tirməyən adam­lara dəlillər və xə­bərdarlıqlar heç bir fayda vermir.

ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ

102. Yoxsa onlar özlərindən əvvəl gə­lib-gedənlərə üz ver­miş əzablı gün­lə­rin bənzəri­nimi göz­ləyirlər? De: “Göz­lə­­yin! Şübhəsiz mən də sizinlə birlikdə gözləyən­lərdənəm”.

ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠﮡ ﮢﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ

103. Sonra elçilərimizi və mö­min­ləri xilas edərik. Mömin­ləri xilas etmək Bizə vacibdir.

ﮩ ﮪ ﮫ ﮬ ﮭﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ

104. De: “Ey insanlar! Di­nimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan baş­qa tapındıq­larınıza deyil, canınızı ala­caq Allaha iba­dət edirəm. Mənə mö­minlərdən olmaq əmr edil­mişdir”.

ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ

105. Sən hənif olaraq üzünü dinə tə­rəf çevir və müşrik­lər­dən olma.

ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ

106. Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilmə­yən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.

ﯼ ﯽ ﯾ ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ

107. Əgər Allah sənə bir zərər to­xun­dursa, bunu Ondan başqa heç kəs ara­dan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qulların­dan is­tədiyinə nəsib edər. O, Bağış­layandır, Rəhm­lidir.

ﭑ ﭒ ﭓ ﭔﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠﭡ ﭢ ﭣ ﭤ ﭥ ﭦ ﭧﭨ ﭩ ﭪ ﭫ ﭬ

108. De: “Ey insanlar! Rəb­binizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim az­ğın­lığa düşsə, ziyanı da onun öz əley­hinə olar. Mən sizi qoru­yan deyiləm”.

ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ ﭺﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ

109. Sənə nazil edilən vəhy­lərə tabe ol və Allah Öz hök­münü ve­rənə qədər səbir et. O, hökmran­ların ən yaxşısıdır.

ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌ ﮍ ﮎﮏ ﮐ ﮑ ﮒ ﮓ


\g



Mərhəmətli və Rəhmli

Allahın adı ilə!



ﭑ ﭒ ﭓ ﭔ

1. Əlif. Ləm. Ra. Bu, Müd­rik, hər şey­dən Xəbər­dar olan Allah tərəfindən, ayə­ləri mü­kəmməlləşdirilmiş, sonra da ət­raflı izah edilmiş bir Kitab­dır.

ﮔﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ

2. Bu ona görədir ki, Allah­dan baş­qa­sına ibadət etməyə­siniz. Hə­qi­qətən, mən Onun tə­rəfindən sizi xəbərdar edən və müjdələ­yənəm.

ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ

3. Həm də Rəbbinizdən ba­ğış­lanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəy­yən olun­muş vaxtadək gö­zəl gün-güzəran nəsib etsin və hər fə­zi­lət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsə­niz, bilin ki, mən sizə üz ve­rəcək əzəmətli günün əza­bın­dan qorxuram.

ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ ﯛ ﯜﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ

4. Siz Allahın dərgahına qa­yı­­da­caq­sı­nız. O, hər şeyə qa­dirdir.

ﯧ ﯨ ﯩﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ

5. Baxın, onlar ürəklərini qı­sır­lar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğ­rusu, onlar libaslarına bürün­dükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çı­xartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olan­ları bilir.

ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət