Ana səhifə

Press reliz itm balıqçılıq təsərrüfatlarının iqtisadi səmərəliliyi ilə bağlı araşdırmalarını təqdim edir


Yüklə 8.9 Kb.
tarix07.05.2016
ölçüsü8.9 Kb.




PRESS RELIZ
İTM balıqçılıq təsərrüfatlarının iqtisadi səmərəliliyi ilə bağlı araşdırmalarını təqdim edir
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Aqro-biznes Mərkəzi (ABM) ilə birlikdə Azərbaycanın balıqçılıq təsərrüfatlarında vəziyyəti əks etdirən layihəni başa çatdırıb. Layihənin icrasına ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda Rəqabətlilik və Ticarət (ART) Layihəsi çərçivəsində 2011-ci ilin aprel ayından başlanılıb. Layihə üzrə aparılmış tədqiqatın əsas vəzifəsi Azərbaycanın balıqçılıq təsərrüfatlarının əsas inkişaf tendensiyalarını və çətinliklərini müəyyənləşdirməklə bu sektorun vacibliyi, imkanları, mənfəətliliyi və rəqabətliyinə dair müzakirələr aparmaqdır.

Layihə 3 başlıca fazada həyata keçirilmişdir ki, onun da birinci həlqəsini Daxili Resurs Xərcləri (DRX) metodologiyası əsasında təhlilin aparılması təşkil edir.

Layihənin ikinci fazasına sorğular və digər mənbələr vasitəsilə məlumatların toplanması daxildir. Bu faza uyğun təşkilatlardan müxtəlif məlumatların əldə edilməsini təmin etmişdir. Bununla yanaşı, təhlilin başlıca informasiya mənbələrini əsasən karp və qızılxallı balıq (forel) balıq növlərini yetişdirən Salyan-Neftçala və Şəki-Zaqatala regionlarının fermerləri və ticarətçiləri arasında keçirilmiş sorğu materialları təşkil etmişdir.

Sonuncu fazada Daxili Resurs Xərci (DRX) təhlili metodologiyası əsasında təhlil aparılıb. Beləliklə də tədqiqat nəticəsində aşağıdakı tapıntılar əldə olunub:



  • Maliyyə mənfəətliliyinə baxmayaraq, iqtisadi nöqteyi nəzərdən bu sektor, xüsusilə də karp təsərrüfatları rəqabətliliyin yüksək səviyyəsini özündə əks etdirmir. Belə ki, bu sektorun ixrac yönümü inkişaf etməyib. Lakin tədqiqatlar göstərir ki, sektorda idarəçilik və xarici bazara yönümlü inkişaf strategiyası ilə onun ixrac potensialını yüksəltmək mümkündür;

  • Tədqiqat nəticəsində dövlət siyasəti və texniki istiqamətlərdə çoxsaylı çətinliklər aşkarlanmışdır ki, bu da balıqçılıq təsərrüfatlarında nəinki istehsalın həcminə, həmçinin də istehsal olunmuş məhsulun keyfiyyətinə mənfi təsir göstərir;

  • Balıqçılıq təsərrüfatlarındakı mövcud vəziyyət hökumətin bu sektorda saglam rəqabətin dəstəklənməsi istiqamətində səylərinin artırılmasını tələb edir;

  • Hökumət balıq yeminin və onun komponentlərinin ölkəyə gətirilməsi istiqamətində mövcud baryerlərin aradan qaldırılması və bu prosesin sadələşdirilməsi yolu ilə balıqçılıq sektorunda daha yaxçı nəticələrin əldə olunmasına nail ola bilər;

  • Forel istehsalı sahəsində nəticələr göstərmişdir ki, bu sahədə daha yaxşı idarəçilik və balıq yeminin səmərəliliyinin yüksəldilməsinə investisiya qoyulması yolu ilə əhəmiyyətli dərəcədə mənfəət əldə edilə bilər;

  • Ölkədə kiçik ölçülü balıq istehsalı imkanlarının öyrənilməsinə ehtiyac var;

  • Balıq məhsullarının daşınması və onun soyuducularda saxlanılması ilə əlaqədar olan xərclərin aşağı salınması imkanları yüksəkdir.


Əlavə suallarla bağlı layihənin tədqiqat qrupunun üzvü Vahid Məhərrəmovla (012) 465 1841 saylı telefonla əlaqə saxlamaq lazımdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət