Ana səhifə

Plan Standartlaşdırma üzrə işlərin planlaşdırılmasında məqsəd


Yüklə 43.97 Kb.
tarix01.05.2016
ölçüsü43.97 Kb.

M Ü H A Z İ R Ə 6



Standartlaşdırma üzrə işlәrin planlaşdırılması
Plan
1. Standartlaşdırma üzrə işlərin planlaşdırılmasında məqsəd.

2. Planlaşdırmanın növləri.

3. Planlaşdırma üzrə işlərin ardıcıllığı.


Standartlaşdırma üzrә işlәrin planlaşdırılması dövlәt planlaşdırma sisteminin tәrkib hissәsidir vә o, elmi-tәdqiqat, tәcrübi-konstruktor vә eksperimental işlәrin aparılması planlarına uyğun olmalıdır. Standartlaşdırma işlərinin planlaşdırılması ölkәnin standartlaşdırma məsələlәri ilә mәşğul olan bütün tәşkilatlarının fәaliyyətini koordinasiya etmәk üçün, hәmçinin standartlaşdırmanın kompleksliliyini vә yüksәk sәmәrəliliyini hәyata keçirmәk üçün vacib iqtisadi amildir.

Standartlaşdırma üzrә perspektiv (10... 15 ilə) və illik planları işlәyib hazırlayır vә tәsdiq edirlər. Planlara adətәn o obyektlәr daxil edilir ki, onların standartlaşdırılmasının mәqsәdәuyğunluğu tәdqiqatlar nәticәsindә müәy-
yənlәşdirilmişdir. Bu tәdqiqatlar adәtәn obyektlәrin işlәnib hazırlanması, istehsalı vә istismarı prosesindә aparılır. Burada hәmcinin maraqlı tәşkilatların tәkliflәri də nəzərə alınır.
Standartlaşdırma üzrә perspektiv vә illik
planların işlәnmә qaydalarını
QOST 1.0 -85 müәyyәn edir.

Elmi-tәdqiqat vә tәcrübi-konsturktor işləri, həmcinin dövlәt vә sahә stan-dartlaşdırılmasının perspektiv və illik planlarının hәyata keçirilmәsi ilә әlaqәdar digər işlər nazirliklәr vә şirkətlər tәrәfindәn ölkәnin xalq təsərrüfatının inkişaf planlarının müvafiq bölmәlərinə daxil edilmәlidir. Standartlaşdırma planlarının işlənib hazırlanmasına metodiki rәhbәrliyi Azәrdövlətstandart həyata keçirir. Sahә standartlaşdırılması uzrә illik planların və müәssisә standartlaşdırılması planlarının işlənməsinin təşkilini, qaydalarını vә müddәtlәrini standartlaşdırılan mәhsul üzrə müvafiq nazirlik, şirkət, müəssisə və təşkilatlar müəyyən edirlər.

Dövlət vә sahə perspektiv standartlaşdırma planlarını, hәmçinin müәssisә standartlaşdırması üzrə işlərin planlarını ölkәnin xalq tәsәrrüfatının əsas inkişaf istiqamәtlәri әsasında işlәyib hazırlayırlar. Vacib məhsul növləri üçün dövlәt standartlaşdırılmasının perspektiv planları aşağıdakıları özündə birlәşdirir:

-sahәlərarası xarakterli .ümumtexniki vә təşkilati- metodik standartların işlәnib hazırlanması üçün tapşırıqlar;

-vacib mәhsul növlәrinin standartlaşdırılması üzrə tapşırıqlar;

-maşınqayırma, çihazqayırma vә xalq tәsәrrüfatının digәr sahәlәrinin məmulatlarının unifikasiyası və ümumi maşınqayırmada tәtbiq olunan aqreqatların, qovşaqların və detalların standartlaşdırılması üzrә tapşırıqlar

-xalq tәsәrrüfatının metroloji təminatı üzrə tapşırıqlar;

Dövlәt standartlaşdırmasının perspektiv planları nazirliklәrin, şirkәtlәrin və standartlaşdırma üzrə texniki komitələrin (TK) təklifləri әsasında Azәrdövlәtstandart tərәfindən hazırlanır. Bu planların işlәnmәsi zamanı hәmkarlar təşkilatlarının, elmi-texniki cәmiyyәtlәrin vә digәr ictimai təşkilatların tәkliflәri nәzәrә alınır. Bu planlar Azərbaycan Respublikası Nazirlәr Kabinetinin qərarı ilə təsdiq edilir.

Sahә standartlaşdırmasının perspektiv planları Azərdövlәtstandartın razılığı ilә nazirlik tәrәfindәn təsdiq edilir.

Müəssisə standartlaşdırmasının perspektiv planları müvafiq nazirliyin müəssisəyə verdiyi standartlaşdırma planı əsasında işlәnib hazırlanır. Bu planlar müәssisә tәrәfindən təsdiq edilir.

Müəssisələr, elmi-tәdqiqat vә layihә-konstruktor tәşkilatları standartlaşdırma üzrә tapşırıqlara әsasәn illik dövlət standartlaşdırma planlarına tәkliflər işlәyib hazırlayir vә onları standartlaşdırma üzrә baza tәşkilatlarına təqdim edirlәr. Bu baza tәşkilatları onlara tәhkim olunmuş mәhsul növlәri üzrә illik dövlәt standartlaşdırma planına ümumilәşmiş təkliflәr hazırlayır vә onları muvafiq nazirliyə tәqdim etmәk üçün standartlaşdırma üzrә baş təşkilata göndәrir. Baş tәşkilat olmadıqda dövlәt standartlaşdırma planının layihəsinə ümumilәşdirilmiş təklifləri nazirliyә baza tәşkilatları birbaşa tәqdim edirlәr.

Dövlәt standartlaşdırılması uzrә illik planlar Azərdövlətstandart tәrәfindən tәsdiq edilir. Bu planlarda aşağıdakılar nәzәrdә tutulur:

1.Yeni dövlәt standartlarının işlәnib hazırlanması, qüvvədə olan dövlәt standartlarının yenidәn baxılması, vacib məhsul növlәrinin texniki sәviyyəsinin və əsas keyfiyyәt göstəricilərinin yüksәldilmәsi.

2. Maşınqayırma, cihazqayırma vә xalq tәsәrrüfatının digər sahəlәrinin məmulatlarının unifikasiya sәviyyәsinin yüksəldilmәsi üzrә tapşırıqlar, ümumi maşınqayırmada tәtbiq olunan aqreqatların, qovşaqların vә detalların stan-dartlaşdırılması.

3. Sәnaye mәhsullarının dövlәt attestasiyası.

4. Standartların vә texniki şәrtlәrin tәtbiqinә vә onların tәlәblәrinә riayәt olunmasına, ölçmә vasitәlәrinin tətbiqinə dövlәt nәzarәti.

5. Xalq tәsәrrüfatının metroloji təminatı üzrә tapşırıqlar.

Azәrdövlәtstandart tәsdiq olunmuş standartlaşdırma planlarını müvafiq qaydada nazirliklәrә, şirkәtlərә vә idarəlәrә göndәrir, onlar isә hәmin planları vaxtında özlərinin tabeçiliyindә olan müәssisә vә tәşkilatların, standartlaşdırma üzrə texniki komitələrin planlarına daxil edirlər.

Sahə standartlaşdırılmasının illik planlarına xalq təsərrüfatının perspektiv planlarında nəzərdə tutulmuş məsələlər və həmin sahənin illik dövlət standartlaşdırma planlarında nəzərdə tutulmuş tapşırıqlar daxil edilir.Buraya həmçinin sahənin normativ-texniki sənədlərinin işlənib hazırlanması və yenidən baxılması üzrə tapşırıqlar daxil edilir.

Sahə standartlaşdırılması üzrә planların layihələrini verilmiş məhsul növünün istehsalı üzrә aparıci nazirliklər vә idarәlәr tәrtib edirlәr.

Dövlәt, sahә vә müәssisә standartlaşdırma planlarının yerinә yetirilmәsinə nәzarәti Azәrdövlәtstandart, nazirliklər vә idarәlәr hәyata keçirirlәr. Azәrdövlәtstandart nazirliklər vә idarәlәr tәrәfindәn tәqdim edilmiş məlumatlara əsasən illik dövlət standartlaşdırma planlarının yerinə yetirilməsi haqqında Azәrbaycan Respublikası Nazirlər Kabinetinə məruzə edir. Sahə vә müәssisә standartlaşdırma planlarının yerinә yetirilmәsi haqqında tәqdim edilən məruzələrin dövriliyini vә qaydasını müvafiq olaraq nazirliklər (idarәlәr),habelə müәssisə vә tәşkilatlar təyin edirlər.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət