Ana səhifə

Nadanl ı ğ ı n t ə z a h ü r ü ————————————————


Yüklə 105.16 Kb.
tarix01.05.2016
ölçüsü105.16 Kb.

N a d a n l ı ğ ı n    t ə z a h ü r ü

————————————————–


Akif  ƏLİ,

filoloci elmlər namizədi, yazıçı-publisist



———————————-

«Ədalə qəzetinin 9 noyabr 2002-ci il tarixli sayında «Azərbaycan Yazıçılar Birliyinin katibliyi» imzası ilə dərc olunmuş «Düşmə ocaq başında» adlı yazı ilə tanışlıqdan sonra rəyimi geniş şəkildə bildirmək istədim. Çünki gənc yazarlar qrupu olan AYO-çuların tənqidinə həsr olunmuş o yazını oxuyarkən AYO-nun yeniləşdirmə missiyası ilə çıxışlarını, ədəbi-bədii düşüncədə zəruri islahatların aparılması ideyasını kütləviləşdirən bir qüvvə kimi onların amallarını mətbuatda təqdir edənlərdən biri kimi (bax: «Ədalə qəzeti, 11.X.2002) bu xüsusda mənim də öz fərqli mülahizələrim var. Ancaq təəssüf ki, hələlik arxivi qaldırmağa sadəcə vaxtım yoxdur. Odur ki, düşündüklərimi yalnız tezis şəklində yazmağı qərara aldım. Beləliklə:

  1. Oxumuş  adamlar üçün, xüsusən yazıçı üçün və lap xüsusən də Yazıçılar Birliyinin rəhbərliyi üçün ayıblı sayılacaq dərəcədə çoxlu kobud sözlər və qrammatik səhvlərlə dolu bu yazının baş məqsədi təbii ki aydındır: Ədəbiyyatın yox, ədəbiyyatdakı ayrı-ayrı adamların mənafeyini qorumaq (özləri demişkən – korporativ maraqlar). Lap açığına qalsa, yazının gözünə bir-neçə ədibin adının da qatılmasına baxmayaraq əsas məqsəd bir nəfərin mənafeyini güdməkdir!

  2.  Hamı bilir ki«Azərbaycan Yazıçılar Birliyinin katibliyi» imzası mətbuatda heç də sıx-sıx görünmür. Yəni son on-on beş ildə respublikamızda bir çox ciddi proseslər baş versə də, bu imzanın hansısa taleyüklü məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirməsini, yaxud çağdaş ədəbi proses və ədəbi əsərlərin təhlilini aparmasını, hansısa ictimai-siyasi olayla ilgili açıq rəy bildirməsini, yaxud bu Vətəni və bu xalqı məlum düşmənlərdən müdafiə etməsini, bir sözlə, aktual əhəmiyyət kəsb edən hansısa məqamda ortaya çıxıb söz deməsini görən olmayıb. Bu imza yalnız o zamanlar üzə çıxıb ki, AYB-nin Sədrini qorumaq lazım gəlib. «AYB-nin katibliyi» imzası ilə kiminsə naminə metodikcəsinə belə «prinsipial mövqe» göstərmək əslində o imzanın ictimai əhəmiyyətsizliyini göstərir.

  3. «Düşmə hesab etdiyi gənc, istedadlı ədəbiyyatçıların  düz və ya əyri addımları haqqında öz statusuna uyğun müdriklik, doğrunu təsdiqləyən böyüklük fövqündən söz demək, yol göstərmək, heç olmasa sivil dialoqa çağırmaq və mövcud problemləri danışıqlar müstəvisində çözmək əvəzinə, cılız dedi-qoduçuluq, söyüş, atmaca səviyyəsində bu qədər kin, küdurət, hikkə, qəzəb və hətta nifrət saçan “AYB katibliyi”təəssüf ki oxşar qəzəbi heç vaxt əsil düşmənlərimizə qarşı yönəltməyib. Əksinə, hələ 1988-də Qərbi Azərbaycandan qovulmağa başlamış soydaşlarımızın ilk üz tutduqları bu nicat yeri – Yazıçılar Birliyi o zamandan öz qapılarını  həqiqətin üzünə qapalı saxlamaqdadır. Halbuki bütün keçmiş SSRİ məkanında ən ağrılı problelmərin həlli zamanı müttəfiq respublikaların anoloci birlikləri öndə gedirdi. Bizdə isə ümid yeri, nicat yeri, haqlı sözün deyiləcəyi ən müqəddəs bir yer bilərək üstünə getdiyi AYB  rəhbərliyi o vaxt biçarə qaçqınları «bura sizin üçün nədir, gedin Mərkəzi Komitəyə» deyə qapıdan qovmuşdu. Eynən bu gün də AYB gənc yazarları acılayaraq lap elə haqsız yazıları barədə tutarlı, arqumentli, inandırıcı ziyalı sözü deyə bilmir. Deyə bilmədiyi üçün də AYB-nin sözü artıq əvvəllər olduğu kimi nüfuzlu söz sayılmır. Və onun keçmiş direktiv orqanlar sayağı ərklə“Kifayətdir!” deməsi yalnız istehza doğurur.

  4. AYO qrupunun «Ədaləin səhifələrində yazdıqları ilə yüzdə-yüz razılaşmasam da və düşündüklərimi mətbuatda açıq bildirsəm də (çünki onları şəxsən tanımıram), hər halda bu gənclərdəki istedadı, savadı, böyük Ədəbiyyat naminə işləmək həvəsini, yeniləşdirmə və  saflaşdırma arzularını görməmək – görməmişlik olardı. Düşünürəm ki bütün istedadlı və təmənnasız sənət adamları Ədəbiyyat naminə tək AYO-çuların yox, elə hər bir AYB üzvünün dediyi həqiqətələri layiqincə qiymətləndirməlidir.  Lakin təəssüf ki, «AYB katibliyinin» hikkə ilə «əcəb eləyirəm, sən elədin mən də eləyəcəm, nə qədər ki siz belə edəcəksiniz biz də elə edəcəyik» və sair bu tipli bəyanları  əzəmətli  imzalarına heç  yaraşmır.

  5. AYB-çiləri ən çox rəncidə edən məqamlardan biri də «Ədaləin səhifələrində AYO-çulara geniş meydan verilməsidir. Görünür onların arasında mətbuatın belə plüralistik iş üslubunu qəbul edə bilməyənlər var. Və belə ədiblər hələ ötən əsrdən mətbuata çıxış imkanlarının yalnız «seçilmişlərə» məxsus olduğuna  alışıblar. Bu ölkədə hansı quruluş, hansı iqtidar, hansı ictimai-siyasi düzən olmasından asılı olmayaraq onların hər zaman çap imkanları və növbədənkənarlıq imtiyazları olub. Təbii, ona görə yox ki, hər biri bir dahidir. Ona görə ki… bunun qırx doqquz səbəbi var, ən birincisi – «barıt» məsələsidir… Ancaq görünür dünyanın və həyatın dəyişdiyinin fərqində olmamaq da bir ayrı xoşbəxtlikdir. Ən ağır günlərdə bu xalqın yanında olmayan, imperiya ilə dirəşəndə, kompartiyanı ləğv edəndə, qaçqınları ovudanda, Qarabağ naminə çarpışanda kənarda duran, demokratikləşdirmə proseslərində iştirak etməyən, daxildə hakimiyyət böhranı yarananda qorxudan xaricə uzunmüddətli  «yaradıcılıq ezamiyyələrinə» qaçıb feşenebel hotellərdə heç kimə gərək olmayan romanlar qoşan, ara sakitləşəndə isə qayıdıb növbəti rəhbərliyə difiramblar oxuyan konyukturaçılar demokratik mətbuatın, azad söz, fikir və rəy müxtəlifliyinin nə olduğunu hardan bilsinlər?

  6. «Ədaləin içində oturub gənclərə çap imkanı verdiyi üçün «Ədaləin Baş redaktoru ilə dava edən  «AYB katibliyinin» Aqil Abbasa iradları lap müsibətdir. Açığı, mən«Ədaləin baş yazarını tanıyanda o hələ məşhur adam deyildi. Sadəcə hamı kimi rayondan Bakıya gələrək ali təhsil almış, paytaxtın uzaqdan cəlbedici görünən ziyalı mühitinə daxil olmaq, ədəbi-mədəni  sferasında özünə yer tapmaq arzusu ilə yaşayıb-yaradan ağdamlı gənc Abbasov Aqil idi. Və mənim AzTV-də Baş redaktor olaraq tanımaza-bilməzə təbliğ etdiyim istedadlı, perspektivli sənətsevərlərdən biri idi. Bu günsə artıq Aqil Abbas mənim üçün gözəl qələm sahibi, tanınmış yazıçı-curnalist, gözəl ziyalı, gözəl dost olmaqla yanaşı, həm də gözəl qohumdur. Ancaq mən həmişə insanları yalnız mənəvi-intellektual dəyərlərinə görə fərqləndirdiyimdən, Aqil Abbas haqqında da hər şeydən öncə məhz istedadlı bir Azərbaycanlı oğlu kimi söz deməyi zəruri bilirəm. (Bəlkə də  Aqil bu yazını oxuyub bir məğrur insan olaraq mənim müdafiəmdən imtina edəcək. Ancaq heç nəyə baxmayaraq o sözü ki mən deməliyəm, mən onu həmişə demişəm.) Bəli, məqalədə nəzərdə tutulduğu kimi, Aqil Abbas da həqiqətən bir kişinin çörəyini yeyib. Ancaq «AYB katibliyinin» eyham vurduğu kimi – İbrahimov Məmməd kişinin yox, Abbasov Məhəmməd kişinin çörəyini yeyib Aqil Abbas. Başqa heç kimin yox. Əksinə, indiyəcən əli də ürəyi kimi açıq olan Aqilin həm də çörəyini çox adamlar yeyiblər. O cümlədən «Düşmə  ocaq başında» paskvilinə qol qoymuş AYB rəhbərliyində olanlar da. Və onlar  bu çörəkdən dünyanın düz vaxtı Aqilin füsunkar Qarabağdakı ata-baba ocağının başında əyləşib iştahla çox yeyiblər… O ki qaldı «katibliyin» öz arşını ilə ölçərək dediyi digər bir irada, – məncə Aqil “mərdlikdən, kişilikdən, qeyrətdən”  təkcə yazı yazmır, həm də bunlar onun qanındadır. Xasiyyətinin, mental şüurunun əlamətləridir ki əməlində də özünü göstərir. Kiminsə haqqında bir yazının çapına imkan verməsi ilə guya onun «Azərbaycan mənəviyyatına, əxlaqına ermənidən betər zərbə vurması»barədə mücərrəd fikirləri isə – tək Aqilin yox, həmin o mənəviyyatın və həmin o əxlaqın barəsində də yalnız  mücərrəd təsəvvürə malik olanlar deyə bilər. Nəhayət, “AYB katibliyinin” AYO-çuların yazısına Aqil Abbasın necə yol verdiyindən qeyzlənərək patetikcəsinə   – “Demək sabah hər hansı alçaq yazıya da öz səhifələrində yer verəcəkdir…” – harayına isə məncə “Ədalət” qəzetinin redaksiyası məhz bu yazını çap etməklə ən yaxşı  cavabı veribdir.

  7. AYO-çuların sırf ədəbiyyata dair bir çox məsələlərdə sərt və kəskin mövqeləri ilə razılaşsam da, bəzi məqamlara, o cümlədən Rəsul Rzaya münasibətləri ilə mən də razı deyiləm. Çünki şəxsən mən Rəsul Rzanı Azərbaycanın dəyərli ziyalısı kimi qəbul etmişəm və fikrimdə qətiyəm. Mənim nəzərimdə  o, nəhəng bir mütəfəkkir, Sfinks qədər əzəmətli bir insan olub.  Və o, şer yazmayıb, fəlsəfi düşüncələrini nəzmə çəkib. Nizami kimi, Nəsimi kimi, Sabir kimi… Bunu AYO-çuların özlərinə də yazmışam. Ancaq başa düşmək lazımdır ki, Rəsul Rzanı kimsə sevməyə də bilər və hamı kimi o da tənqidə məruz qala bilər. Yaradıcılıq zövq, dünyagörüşü, düşüncə, duyum, qavram məsələsidir, Quran ayəsi deyil! Birinin təbii saydığı əsəri başqası süni adlandıra bilər. Bunu faciə etmək lazım deyil. Cəmiyytətdə rəylər insanların özü kimi çox müxtəlifdir. Xüsusən totalitar sovet recimindən fərqli olaraq demokratik düzəndə tənqiddən kənar zonalar çox qalmır. Hətta bu günkü şəraitdə Azərbaycan xalqının son yüz ildə yetirdiyi ən nadir insanlarından biri olan çox qüdrətli və müdrik dövlət xadimi Heydər Əliyev haqqında da müxaliflər tənqid yazırlar. Amma bu vaxta qədər o böyük şəxsiyyətin dilindən opponentlərinə qarşı bir kəlmə etikadan kənar söz çıxmayıb! Çünki kimin kim olduğunu bu xalq onsuz da yaxşı bilir… Başqa bir məqam: kimsə Rəsul Rzanı tənqid edib deyə bundan qısqanıb, qovrulub, paxıllanıb, heç mətləbə dəxli olmadığı halda iblisanə bir sinizmlə - «bəs Məmməd Arazı tənqid eləsəydilər yaxşı olar?» – kimi köntöy  fikirlər söyləmək  bütün məqalənin bütün postulatları kimi yalnız və yalnız (yumşaq yazıram) nadanlığın təzahürüdür. Məmməd Araz mənim nəzərimdə canlı klassikdirsə, Rəsul Rza da var olan bir dahidir. Və mən hər yazımda Rəsul Rzanı sovetlərin kommunist-bolşevik bataqlığından uzaqlaşdırmağa, onu bütün şəraitlərdə öz xalqına, vətəninə sədaqətli, gərəkli olmuş bir sənətkar kimi qələmə verməyə çalışmışam. Amma nə yazıq ki, son vaxtlar həm də “AYB katibliyinin” iştirakı ilə bəzi ambisiyalı yazarlar hikkə nümayiş etdirərək Rəsul Rzanı tarixdə perspektivsiz bir imicdə saxlmağa çalışırlar. Belə ki onun qatı kommunist, vətən xaini, Türkiyəni və türklüyü Moskvaya satmış, böyük Atatürkə daim həqarət etmiş, yalançı bir adama – Nazim Hikmətə əbədilik calanması ilk növbədə Rəsul Rzanın  diskreditasiyası deməkdir.

——————————-

14 oktyabr 2002


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət