Ana səhifə

Muzeylər səyyar sərgilər təşkil edəcək


Yüklə 22.94 Kb.
tarix06.05.2016
ölçüsü22.94 Kb.
Muzeylər səyyar sərgilər təşkil edəcək
Bədii mədəniyyətin, milli təfəkkürün inkişafında rol oynayan muzeylər tarix boyu insan tərəfindən yaradılmış bütün sərvətlərin qoruyucusudur. Cəmiyyət inkişaf etdikcə insanların dünyagörüşündəki, o cümlədən elmi, fəlsəfi və siyasi görüşlərindəki inkişaf və dəyişikliklər muzeylərin də rolunu ön plana çəkir. Muzey elmi-tədqiqat və mədəni-maarif müəssisəsi kimi öz sosial funksiyalarına uyğun olaraq tarix-mədəniyyət obyektlərinin abidələrini komplektləşdirir, qoruyur, öyrənir, geniş yayır və xalqa tanıdır. Bu istiqamətdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən bir çox layihələrə imza atılmışdır.
Məlumat üçün bildiririk ki, 2010-cu il ərzində muzeylərin tabelikdə olan mədəniyyət müəssisələrinə, habelə orta təhsil müəssisələrinə səyyar sərgiləri təşkil olunmuşdur. 2012-ci ilin sentyabr-dekabr aylarında Bakı şəhərinin müxtəlif müəssisələri üzrə təşkil olunacaq səyyar sərgilər insanların muzeylərə marağını artırmaqla bərabər, eyni zamanda asudə vaxtın səmərəli təşkil olunmasında da mühüm əhəmiyyət kəsb edəcək. Muzeylərin il boyu həyata keçirdikləri mədəni-kütləvi tədbirlər arasında səyyar sərgilərə xüsusilə önəm verilir. Muzeylərin cari ilin sonundək 3 gün müddətində həyata keçiriləcək səyyar sərgilərinin qrafikini diqqətinizə təqdim edirik:




Muzeyin adı

Sentyabr

Oktyabr

Noyabr

Dekabr

Məsul şəxs

Qeyd

1

N.Nərimanovun xatirə muzeyi

46 saylı orta məktəb

53 saylı orta məktəb

Bilgəh qəsəbəsi, Kardioloji sanatoriya

Asiya Universiteti

K.Hüseynova




2

M.S.Ordubadinin xatirə muzeyi

Azərbaycan Respublikasının Dağlıq Ərazilərdəki heyvandarlığın inkişafı ictimai birliyi

Elmi-Tədqiqat Botanika İnstitutu

İngilis-dilli təmayüllü 16 saylı lisey

Dənizçilərin mədəniyyət evi

L.Abas-zadə




3

Azərbaycan Dövlət Din Tarixi muzeyi

Zağulba qəsəbəsi, Uşaq sümük-vərəm sanatoriyası

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Uşaq kaloniyası

Mərdəkan qəsəbəsi, 2 saylı uşaq evi

Mərdəkan qəsəbəsi, oğlanlar üçün xüsusi məktəb

M.Babayeva




4

C.Məmmədquluzadənin ev muzeyi

Sahil qəsəbəsi 14 saylı internat məktəbi

21 saylı orta məktəb

Milli Elmlər Akademiyasının Kitabxanası

Əlyazmalar İnstitutu

P.Mahmudova




5

C.Cabbarlının ev muzeyi

F.Köçərli adına Respublika Uşaq kitabxanası

İncəsənət Gimnazsiyası

ST MED tibb mərkəzi

K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu

Q.Bağırova




6

Ə.Əzimzadənin ev muzeyi

6 saylı orta məktəb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Azərbaycan Dövlət İqtisad Universiteti

Bakı Biznes Kooperasiya Kolleci

İ.Əzimzadə





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət