Ana səhifə

Müqəddəslərə pərəstiş və türbə ziyarətinin sosioloji təhlili


Yüklə 8.57 Kb.
tarix05.05.2016
ölçüsü8.57 Kb.
Mustafa Kadir oğlu Tuncerin “Müqəddəslərə pərəstiş və türbə ziyarətinin sosioloji təhlili (Əyyub Sultan türbəsi nümunəsində)” mövzusunda müdafiəyə təqdim olunmuş dissertasiyanın avtoreferatıva verilmiş
RƏY
Mustafa Kadir oğlu Tuncerin dissertasiyası çox aktual mövzuya həsr olunmuşdur. Məsələ burasındadır ki, dini ritualların tərkib hissəsi olan türbə ziyarətləri bütün zamanlarda çeşidli mədəniyyətdə olmuşdur. Türkiyə və Azərbaycanda bu ənənə çox böyük önəm daşımaqdadır. Buna görə də bu fenomenin kütləviliyini nəzərə alaraq, onun sosioloji, psixoloji, dinşünaslıq və başqa aspektlərinin tədqiqi olduqca vacibdir. Həmdə bu kimi ziyarətlər toplumların və ölkələrin sosial, iqtisadi və siyasi həyatına da təsir edir.

Azərbaycanda bu problemin bir çox aspektləri öncəki illərdə bəzi araşdırmaçılar tərəfindən tədqiq edilmişdir. Mustafa Kadir oğlu Tuncerin dissertasiyası bu yöndə atılmış daha bir addım kimi dəyərləndirilə bilər. Onun işinin özəlliyi Türkiyədə yerləşən dini ocaqlarının problemlərinin araşdırılması və Azərbaycanla müqayisəli təhlilin aparılmasıdır. Eyni zamanda işdə olduqca önəmli sosioloji problemlər çözülmüş, sorğuların nəticələri göstərilmişdir.

Müdafiəyə təqdim edilən avtoreferatda da bütün yuxarıda göstərilər özəlliklər ən qısa və konkret şəkildə öz əksini tapmışdır. Giriş hissəsində tədqiqatın aktuallığı, işlənmə dərəcəsi, obyekti və predmeti, məqsəd və vəzifələri, yeniliyi, nəzəri-metodoloji əsasları, elmi-nəzəri və praktik əhəmiyyəti, aprobasiyası kimi mühüm bölmələr verilmişdir.

Daha sonra dissertasiyanın əsas məzmunu ən qısa və anlaşıqlı tərzdə açıqlanmışdır. İşin strukturunda göstərilən bütün fəsillərin və yarımfəsillərin məzmunu qısa şəkildə avtoreferatda yer almışdır. Müəllif burada qoyduğu problemlərin mahiyyətini aça bilmişdir.

Avtoreferatın sonunda müıəllifin yayımladığı əsərlərin siyahısı verilmişdir. Onların hamısı dissertasiyanın məzmununa uyğundur.

Avtoreferatın heç bir ciddi nöqsanları yoxdur. Ancaq əsas məzmuna xələl gətirməyən təkcə bir tövsiyyəmi bildirmək istərdim. Avtoreferatında bəzi fəsillərin və yarımfəsillərin ümümi həcmi başqalarından daha çoxdur. Yəni bəziləri çox qısa, bəziləri çox uzundur. Yaxşı olardı ki, bu məsələdə nisbi uyğunluq olaydı.

Ümumilikdə hesab edirəm ki, avtoreferat yüksək elmi səviyyədə yazılmışdır və bütün elmi meyarlara cavab verir. Müəllif müdafiəyə buraxılmağı layiqdir.

Aydın Əlizadə

Fəlsəfə elmləri doktoru

AMEA, Dinşünaslıq

və mədəniyyətin fəlsəfi problemləri

şöbəsinin baş elmi işçisi



tel: 050 354 96 33

1 апреля 2013


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət