Ana səhifə

Mühazirə otağı/ cədvəl 11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 201; Məsləhət saatları


Yüklə 77.86 Kb.
tarix09.05.2016
ölçüsü77.86 Kb.

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

CHEM, Colloidal chemistry, 3 credits

Departament

Kimya

Proqram

Bakalavr

Tədris semestri

Yaz 2016

Fənni tədris edən müəllim(lər)

Ph.D. Rəvan Rəhimov

E-mail

revan_chem@mail.ru

Telefon

(+99412)4217916, 4211093

Mühazirə otağı/ cədvəl

11, Məhsəti küç.(Neftçilər Kampusu). Otaq 201;

Məsləhət saatları

Çərşənbə saat 1400-1800

Prerekvizitlər

CHEM 208 General and Inorganic Chemistry; Organic Chemistry; CHEM 311, Physical chemistry

Tədris dili

Azərbaycan dili

Fənnin növü (məcburi seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər

1. E.İ.Əhmədov. Kolloid kimya. Bakı-2007. 274 səh.

2. B.D.Summ. Osnovı kolloidnoy ximii, M., Akademiya, 2009. 240 s.

3. S.S.Voyuckiy Kurs kolloidnoy ximii, M., 1984. 512 s.

4. V.V. Belik, Fiziçeskaya i kolloidnaya ximiya. M., Akademiya. 2005. 228 s.

Əlavə ədəbiyyat

1. İ.N.Putilova. Kolloid kimyadan praktiki məşğələlər. Bakı, Azərtədrisnəşr, 1964.

2. Gilbert W. Castellan. Physical chemistry, third ed. Addison-Wesley Publishing Company, 1983. 1038 p.

3. A.W. Adamson, A.P. Gast. Physical chemistry of surfaces, sixth ed., 1997. 804 p.



Kursun veb saytı

www.chemistry.coach.com / high.htm; www.chem.web.com

Tədris metodları

Mühazirə




x

Praktiki məşğələlər




x

Laboratoriya işləri




x

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı (yazılı)




30

Praktiki məsələ




10

Fəallıq




10

Tapşırıq və testlər




-

Kurs işi (Layihə, Referat)




10

Prezentasiya/Qrup müzakirə




-

Final imtahanı (yazılı)




40

Digər




0

Yekun




100

Kursun təsviri

Kolloid kimya səth hadisələri və dispers sistemlər haqqında elmdir. Kolloid kimya cisimlərin təbiətdə ən geniş yayılmış halını-dispers halını və onun çevrilmələrini öyrənir.

Kursun məqsədi

Kursun əsas məqsədi təhsil fakültəsinin tədris proqramının tələblərinə uyğun olaraq kolloid kimyanın əsaslarının tələbələrə çatdırılmasıdır.

Kursun spesifik məqsədləri

  • Tələbələrə akademik yardım göstərmək, onların potensialının reallaşdırılması imkanlarını artırmaq

  • Tələbələrin fəallığına dəstək vermək

  • Kolloid kimya fənninin əsaslarının anlaşılmasını inkişaf etdirmək

Tədrisin (öyrənmənin) nəticələri

Tələbələrdə inkişaf etdirilən qabiliyyət:

Qaydalar (tədris siyasəti və davranış)

Ümumi qaydalar

Davamiyyət tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Yalnız üzürlü səbəb olduqda dekanlığa və müəllimə xəbərdarlıq etməklə dərs buraxıla bilər.




Gecikmə Tələbə dərsə 10 dəqiqədən artıq gecikmişdirsə, onun dərs otağına daxil olması və dərsə maneçilik törətməsinə icazə verilmir.

İmtahanlar İmtahanda iştirak etməmə yalnız dekanlığın icazəsi ilə mümkündür. İctimai fəaliyyətlə əlaqədar imtahanlardan yayınma hallarına yol verilmir . İmtahanlar kumulyativ xarakterli olmalıdır. Son imtahanda sualların əksəriyyəti aralıq imtahandan sonra keçirilmiş materialların əsasında tərtib olunur.

Tələbənin kursu başa vurması 60% və daha artıq bal toplamış tələbə kursu bitirmiş hesab olunur. Əks halda tələbə bu kursu yenidən keçməlidir. Tələbələr praktiki məşğələlərdən ən az 60% yerinə yetirilməlidir. Əks halda imtahana buraxılmır.

Pozuntu halları Aralıq və son imtahanlarda mövcud qayadaların pozulması (köçürmə cəhdləri və digər qanunsuz hərəkətlər) hallarında tələbənin imtahan işi ləğv olunur .

Dərslərdə davranış Tələbə dərs zamanı müvafiq akademik şəraitin yaradılması üçün mümkün olan hər şeyi etməlidir. İcazəsiz danışığa, lüzumsuz hərəkətlərə və s. qeyri – etik davranışa qətiyyən yol verilmir. Tələbə dərsdə ən fəal şəkildə iştirak etməli, lazım olduqda suallar verməli və müzakirələrdən kənarda qalmamalıdır.

Həftə

Gün

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar

1

2

3

4

1

10.02.2016

Kolloid kimya, predmeti, obyektlərinin əlamətləri.

[1]s. 3-7

10.02.2016

Dispers sistemlərin miqdari xarakteristikası. Dispers sistemlərin təsnifatı

[1]s. 7-13

2

17.02.2016

Səthi hadisələrinin termodinamikası. Səthi gərilmə, onun təyini metodları və ona təsir edən faktorlar.

[1]s. 18-30

17.02.2016

Seminar. Kolloid kimya, predmeti, obyektlərinin əlamətləri. Dispers sistemlərin miqdari xarakteristikası. Dispers sistemlərin təsnifatı. Səthi hadisələrinin termodinamikası. Səthi gərilmə, onun təyini metodları və ona təsir edən faktorlar. Məsələlər həlli.

[1]s. 3-7; 7-13; 18-30

3

24.02.2016

Səthin tam enerjisi. Koageziya. Adgeziya. İslatma. Flotasiya. Mayelərin yayılması. Mayelərin kapilyara qalxması

[1]s. 31-46

24.02.2016

Adsorbsiya. Gibbsin fundamantal adsorbsiya nəzəriyyəsi. Maye-qaz sərhədində adsorbsiya. Səthi aktivlik. Səthi-aktiv və səthi-inaktiv maddələr. Şişkovski tənliyi. Şişkovski tənliyindən Lənqmür tənliyinə keçid.

[1]s. 51-63

4

02.03.2016

Monomolekulyar təbəqələr. Bərk cisim-qaz sərhədində adsorbsiya.

[1]s. 63-71

02.03.2016

Seminar. Səthin tam enerjisi. Koageziya. Adgeziya. İslatma. Flotasiya. Mayelərin yayılması. Mayelərin kapilyara qalxması. Adsorbsiya. Gibbsin fundamantal adsorbsiya nəzəriyyəsi. Maye-qaz sərhədində adsorbsiya. Səthi aktivlik. Səthi-aktiv və səthi-inaktiv maddələr. Şişkovski tənliyi. Monomolekulyar təbəqələr. Bərk cisim-qaz sərhədində adsorbsiya. Laboratoriya işi. Bitki yağı (qarğıdalı, zeytun, günəbaxan, kokos) əsasında turşu fraksiyasının alınması

[1]s. 31-46; 51-63; 63-71

5

09.03.2016

Lənqmürün monomolekulyar adsorbsiya nəzəriyyəsi. Polimolekulyar adsorbsiyanın BET nəzəriyyəsi.

[1]s. 72-84

09.03.2016

Qazların və buxarların məsaməli cisimlərdə adsorbsiyası. Polyaninin potensial nəzəriyyəsi. Mikroməsamələrin həcmi dolma nəzəriyyəsi.

[1]s. 93-99


6

16.03.2016

Kapilyar kondensləşmə. Məsamələrin ölçülərinə görə paylanması.

[1]s. 99-104

16.03.2016

Seminar. Lənqmürün monomolekulyar adsorbsiya nəzəriyyəsi. Polimolekulyar adsorbsiyanın BET nəzəriyyəsi. Polyaninin potensial nəzəriyyəsi. Mikroməsamələrin həcmi dolma nəzəriyyəsi. Kapilyar kondensləşmə. Məsamələrin ölçülərinə görə paylanması. Laboratoriya işi. Bitki yağından ayrılmış turşu fraksiyası əsasında səthi-aktiv maddənin sintezi

[1]s. 72-84; 93-99; 99-104

7

30.03.2016

Sərbəst dispers sistemlərin molekulyar kinetik xassələri. Broun hərəkəti. Diffuziya. Osmos təzyiqi. Dispers sistemlərdə sedimentasiya. Dispersion-sedimentasiyon tarazlıq. Sedimentasiyanın davamlılığı

[1]s. 138-157

30.03.2016

Dispers sistemlərin alınması və təmizlənməsi metodları. Kolloid məhlulların təmizlənməsi metodları. Membranların bəzi xassələri

[1]s. 128-137

8

06.04.2016

Dispers sistemlərin optiki xassələri. İşığın səpələnməsi. İşığın adsorbsiyası (udulması) və kolloid məhlulların rəngi. Optiki anizatropluq.

[1]s. 158-163

06.04.2016

Seminar. Sərbəst dispers sistemlərin molekulyar kinetik xassələri. Broun hərəkəti. Diffuziya. Osmos təzyiqi. Sedimentasiyanın davamlılığı. Dispers sistemlərin alınması və təmizlənməsi metodları. Kolloid məhlulların təmizlənməsi metodları. Membranların bəzi xassələri. Dispers sistemlərin optiki xassələri. İşığın səpələnməsi. Laboratoriya işi. Səthi-aktiv maddələrin köpükəmələ gətirmək qabiliyyətinin tədqiqi

[1]s. 138-157; 128-137; 158-163

9

13.04.2016

Aralıq imtahanı




13.04.2016

Dispersliyin optiki analiz metodları.

[1]s. 163-168

10

20.04.2016

Bərk cisim-məhlul sərhədində adsorbsiya. Məhlullardan molekulyar adsorbsiya. Məhlullardan adsorbsiyanın seçiciliyi.

[1]s. 105-114


20.04.2016

Elektrolitlərin adsorbsiyası. İonların seçici adsorbsiyası. İon mübadiləsi adsorbsiyası.

[1]s. 114-122


11

27.04.2016

Seminar. Dispersliyin optiki analiz metodları. Məhlullardan molekulyar adsorbsiya. Məhlullardan adsorbsiyanın seçiciliyi. Elektrolitlərin adsorbsiyası. İonların seçici adsorbsiyası. İon mübadiləsi adsorbsiyası. Laboratoriya işi. İonogen səthi-aktiv maddənin kritik misellaəmələgəlmə qatılığının konduktometrik metodla təyini

[1]s. 163-168; 105-114; 114-122

27.04.2016

İkiqat elektrik təbəqəsinin əmələ gəlmə mexanizmləri. İkiqat elektrik təbəqəsini quruluşu haqqında nəzəriyyələr. Müxtəlif faktorların elektrokinetik potensiala təsiri.

[1]s. 169-184

12

04.05.2016

Elektrokinetik hadisələr. Liofob zolların kolloid hissəciklərinin quruluşu.

[1]s. 184-194

04.05.2016

Dispers sistemlərdə aqreqativ davamlılıq və koaqulyasiya. Dispers sistemlərin davamlılığın növləri. Dispers sistemlərin davamlılıq faktorları. Davamlılıq və koaqulyasiya nəzəriyyələri.

[1]s. 195-204

13

11.05.2016

Seminar. İkiqat elektrik təbəqəsi və elektrokinetik hadisələr. İkiqat elektrik təbəqəsinin əmələ gəlmə mexanizmləri. İkiqat elektrik təbəqəsini quruluşu haqqında nəzəriyyələr. Müxtəlif faktorların elektrokinetik potensiala təsiri. Elektrokinetik hadisələr. Davamlılıq və koaqulyasiya nəzəriyyələri. Laboratoriya işi. Kationitin iondəyişmə tutumunun təyini

[1]s. 169-184; 184-194; 195-204

11.05.2016

Elektrolitlərin təsirilə hidrofob zolların koaqulyasıyası. Koaqulyasiyanın mexanizmləri.

[1]s. 204-214

14

18.05.2016

Elektrolitlərin qarşılıqlı təsiri ilə koaqulyasiya. Heterokoaqulyasiya. Kolloidlərin qarşılıqlı koaqulyasiyası. Zolların öyrəşməsi hadisəsi. Kolloid müdafiəsi.

[1]s. 215-217

18.05.2016

Peptidləşmə. Mikroheterogen sistemlər. Emulsiyalar. Köpüklər.

[1]s. 218-221

15

25.05.2016

Səthi-aktiv maddələrin təsnifatı və ümumi xarakteristikası. Mitselyar SAM məhlulları. Mitseləmələgəlmənin böhran qatılığına təsir edən faktorlar. Mitselaəmələgəlmənin böhran qatılığının təyini metodları

[1]s. 222-228

25.05.2016

Seminar. Elektrolitlərin təsirilə hidrofob zolların koaqulyasıyası. Koaqulyasiyanın mexanizmləri. Mikroheterogen sistemlər. Emulsiyalar. Köpüklər. Səthi-aktiv maddələrin təsnifatı və ümumi xarakteristikası. Mitselyar SAM məhlulları. Mitseləmələgəlmənin böhran qatılığına təsir edən faktorlar. Mitselaəmələgəlmənin böhran qatılığının təyini metodları. Laboratoriya işi. Kationitin Ca2+ və Mg2+ ionlarının mübadilə qabiliyyətinin tədqiqi

[1]s. 204-214; 215-217; 218-221; 222-228







Final imtahanı




Bu tədris proqramı fənn haqqında tam məlumatı özündə əks etdirir və hər hansı dəyişiklik barədə öncədən xəbər veriləcək.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət