Ana səhifə

Mühazirə Dünya üzrə sənaye iqtisadiyyatının inkişafı və onun quruluşu


Yüklə 42.28 Kb.
tarix12.05.2016
ölçüsü42.28 Kb.
MİLLİ AVİASİYA AKADEMİYASI

ƏHMƏDOV ELŞƏN 318A
Dünya iqtisadiyyatı – 2 .

Mühazirə 1.



Dünya üzrə sənaye iqtisadiyyatının inkişafı və onun quruluşu.


  1. Sənaye iqtisadiyyatının ümumi xarakteristikası.

  2. Maşınqayırma sənayesinin inkişafı. ( Metallurgiya kompleksləri)

  3. Neft və Qaz sənayesinin inkişafı.

  4. Kömür sənayesinin inkişafı.

  5. Dünya üzrə elektrik enerjisi istehsalı.

  6. Kimya sənayesinin inkişafı.


1.Sənaye sahəsi maddi istehsalın əsas sahələrindən biridir. Ölkənin sənayeləşmə səviyyəsini nəzərdən keçirməli: Sənayeləşmə təkcə iqtisadiyyatda deyil ictimai həyatın bütün digər tərəflərində təsir göstərir. Sənayeləşmə - insanların inkişaf səviyyəsini göstərir. Sənayeləşmənin ərazi quruluşu bütün dünya təsərrüfatının ərazi quruluşunu müəyyən edir. Sənayeni iqtisadi inkişafın mühərriki adlandırırlar.

Son vaxtlar sənayenin artım sürətinin azalmasına baxmayaraq ( 1960-cı ildə 6% əvəzinə 1,5% təşkil edir ) yenədə ÜDM – də öz yüksək çəkisini saxlayır. 2000 – ci ilin məlumatlarına görə dünya üzrə cəmi sənaye məhsulu 10 trln. dollar qiymətləndirilir.

ÜDMdə onun xüsusi çəkisi 30%-dən artıqdır. Sənaye sahəsində 500 mln. nəfər adam çalışır. Bu göstərici 1960-cı ildə 180 mln. nəfər olmuşdur.

Dünya ticarətinin 80- 90 % - i sənaye məhsulundan ibarətdir.

Sənaye sahəsini ilkin istehsal baxımından ümumi şəkildə 2 böyük bölməyə ayırmaq olar:


  1. Hasilat sənayesi.

  2. Emal sənayesi.

Hasilat sənayesinin özü də bir çox sahələrdən və yarım sahələrdən ibarətdir. Dağmədən, meşəemalı sənayesi, dəniz mədənləri, su təchizatı, ovçuluq- mədən təsərrüfatı və s. Ümumiləşdirsək xammal və yanacaq çıxarılması da bura aid edilir.

Bu sahənin məhsulunun 75%-i yarımsahə hesab edilən dağmədən sənayesinin payına düşür. Bu yarımsahədə isə əsas yeri neft-qaz sənayesi (60%) tutur. Qalan hissə isə kömür və filiz çıxarılması sahəsinin payına düşür.



Emal sənayesi , mürəkkəb bir kompleks olub özündə 300-dən artıq sahə və yarımsahəni birləşdirir. Emal sənayesini qruplaşdırsaq 4 bölməyə ayıra bilərik.

  1. Konstruksiya materialları və kimyəvi məhsullar istehsalı.

  2. Maşınqayırma və metalemalı.

  3. Yüngül sənaye.

  4. Yeyinti sənayesi.

Emal sənayesinin quruluşunda ağır və yüngül sənaye sahələri kimi də bölgü aparılır:

1960 – cı illərdə bu sahələrin nisbəti 60-ın 40-a, 1990-cı illərdə isə 70-in 30-a olmuşdur.

Dünya emal sənayesinin quruluşunda maşınqayırma sənayesi 40%, kimya sənayesi 15%, yeyinti sənayesi 14%, yüngül sənaye sahələri 9%, metallurgiya 7% təşkil edir. Bu sahələr arasında az-çox dəyişiklik olsada nisbi sabitlik nəzərə çarpır.

Maşınqayırma sənayesində daha dinamik dəyişiklik mövcuddur.

Maşınqayırma sənayesinin tərkibində elektrotexnika və elektron sənayesi daha sürətlə artmaqdadır. Ümumi emal sənayesi sahəsində bu sahənin xüsusi çəkisi 10%-ə bərabərdir.

Ümumi maşınqayırmada da dinamik artım xarakterikdir. Kənd təsərrüfatı maşınları. Toxuculuq sənayesi maşınları və avadanlıqları azalır, yol-nəqliyyat maşınları, robotlar, idarə avadanlıqları istehsalı artır. Həmin sahənin ərazi nizbətində də dəyişikliklər baş verir.

Son dövrlərdə inkişaf etmiş ölkələrlə (İEÖ) inkişaf etməkdə olan ölkələr (İEOÖ) arasında da ciddi nisbət dəyişikliyi müşahidə olunur.

Cənub ölkələrdə sənayenin sürətlə artması sənaye sahəsində də onların xüsusi çəkisini artırmışdır. Beləki, 1950-ci ildəki (Çin istisna olmaqla) 4%-dən artaraq 1975-ci ildə 11%, 1995-ci ildə 19%-ə çatmışdır. (Hazırda Çin də daxil olmaqla bu ölkələrin xüsusi çəkisi 35-40% təşkil edir.)

Cənub ölkələri sənaye istehsalının quruluşuna görə də Şimal ölkələrinə çatmaqdadır. Həmin ölkələrin əsl siması dağmədən sənayesinə görə deyil , emal sənayesinə görə müəyyən edilir.

1950-2000-ci illərdə Şimal ölkələrində emal sənayesi 5 dəfə artdığı halda Cənub ölkələrində emal sənayesi 16-17 dəfə artmışdır.

1990-cı illərdə İEOÖ yüngül sənaye məhsulları istehsalına görə İEÖ-ri ötüb keçmiş, hazırda isə ağır sənaye məhsulları istehsalına görə həmin ölkələrə yaxınlaşırlar.

Şimal ölkələri elmtutumlu məhsullar istehsalına görə həddən artıq irəlidədirlər.

2000-ci ilin əvvəllərinə cəmi elmtutumlu məhsul istehsalı 2,5 – 3 trln. dollar təşkil etmişdir.

Böyük “yeddilər” həmin sahənin 80%-nə, bütün İEÖ isə 90%-nə nəzarət edirlər.

ABŞ, Yaponiya, Almaniya və Böyük Britaniyada sənayenin tərkibində elmtutumlu məhsullar 20-25%, ixracda isə 30-35% təşkil edir.

İEOÖ-də sənaye istehsalındakı üstünlüklər onların hamısında deyil Çin, Hindistan, Braziliya, Meksika və yeni sənaye ölkələrinin hesabına əldə edilmişdir.



2.Maşınqayırma sənayesi ilkin olaraq XIX əsrin birinci yarısında İngiltərədə yaranmışdır.

Sonralar isə ETT-nin sürətli inkişafı ilə bu sahə digər inkişaf etmiş ölkələrdə də tərəqqi tapmışdır. Maşınqayırma sənayesi məhsulunun 90%-i İEÖ-də istehsal edilir.

Müasir dövrdə dünya üzrə maşınqayırma sənayesinin inkişafında əsasən 4 mərkəz fərqləndirilir:


  1. Şimali Amerika – maşınqayırma məhsullarının bütün çeşidləri istehsal olunur.

  2. Qərbi Avropa – kütləvi maşınqayırma məhsulları istehsalı ilə yanaşı yeni sahələr də meydana gəlmişdir.

  3. Cənubi-Şərqi Asiya (Yaponiya lider ölkə kimi) – kütləvi maşınqayırma məhsulları istehsalı yüksək texnoloji məmulatlarla qarşılıqlı inkişaf etdirilir.

  4. MDB ölkələri – maşınqayırma sənayesi kifayət qədər tərəqqi tapmışdır. Ancaq elmtutumlu sahələrin zəif olması ilə nəzərə çarpır.

Maşınqayırma sənayesi metal emalı ilə birlikdə 200-ə qədər yarımsahələri əhatə edir. Bir neçə səpgidə qruplaşdırılır:

  1. Yaranma vaxtına görə.

  2. Təyinatına görə.

  3. Texnoloji xüsusiyyətinə görə.

Maşınqayırma 5 böyük qrupa bölünür.

  1. Metal məmulatları istehsalı və metalemalı.

  2. Ümumi maşınqayırma.

  3. Nəqliyyat maşınqayırması.

  4. Elektrotexnika və elektronika.

  5. Cihazqayırma.

Ümumi maşınqayırmada - əsas yeri dəzgahqayırma sahəsi tutur. Bu sahə maşınqayırma sənayesinin ən qabaqcıl sahəsindən biridir. Son dövrlər bu sahənin cəmi məhsulu 30 mlrd. dollara bərabərdir. İxrac isə 17 mlrd. dollar təşkil edir.

Şimali Amerikanın, Qərbi Avropanın , Yaponiya və Çinin payı 80% təşkil edir.

2002-ci ildə cəmi dəzgahqayırmada Almaniyanın payı - 6,7; Yaponiyanın – 6,4; İtaliyanın – 3,8; Çin – 3,02; ABŞ – 1,9 mlrd. dollar olmuşdur. Dünya üzrə maşınqayırma kompleksində kənd təsərrüfatı maşınqayırmanın xüsusi çəkisi çox aşağıdır.

Nəqliyyat maşınqayırma sənayesi.

Avtomobilqayırma, gəmiquraşdırma, aviasiya və raket-kosmik sənayesi sahələrini özündə birləşdirir. Avtomobilqayırma sənayesi aparıcı rola malik olduğuna görə, bu sahə lokomativ , iqtisadiyyatın barometri adlandırılır. (İEÖ – 5 – 10 %)

XX əsrin bütün mərhələlərində dünya üzrə avtomobil istehsalı ardıcıl olaraq artırılır.

İkinci dünya müharibəsindən əvvəl dünya üzrə ildə 52 mln. ədəd olmuşdur. 2002-ci ildə cəmi məhsulun dəyəri 1,5 trln. dollara bərabərdir.

500 mlrd. dollar ABŞ-ın, 342 mlrd. Yaponiyanın, 172 mlrd. dolları Almaniyanın payına düşür. Avtomobil sənayesi daha çox inhisarlaşmış sahələrdən biridir. Beş qabaqcıl ölkənin 10 avtomobil kompaniyası istehsalın 80%-nə nəzarət edir. 2003-cü ildə Qərbi Avropa ərazisi üzrə 19,1 mln. ədəd, ABŞ, Kanada və Meksikada isə 15,8 mln. ədəd avtomobil istehsal edilmişdir.

Yaponiya və Cənubi Koreyada – 12,3 mln. ədəd olmuşdur. Rusiyada – 1,1 mln. , Braziliya və Argentinada 1,7 mln. ədəd avtomobil istehsal olunmuşdur. Avtomobilqayırma məhsullarının 40%-i ixrac edilir.



Gəmiqayırma. Son 30 ildə dünya üzrə gəmiqayırma sənayesi öz coğrafiyasını əsaslı sürətdə dəyişmişdi. Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya, Finlandiya , İspaniya, Niderland, Polşa və Çin fərqlənirlər. Bu sahədə Yaponiya və Cənubi Koreya liderlik edir. Dünya bazarının 60%-i bu ölkələrin payına düşür.

Yaponiyanın gəmiqayırma sahəsində məhsuldarlıq Avropa ölkələrindən 20 – 30 % artıqdır. Cənubi Koreyada gəmiqayırma birliyinə daxil olan 10 tərsanə həmin ölkənin bütün gəmiqayırma məhsulunun 95%-ni istehsal edir. Aİ-nın bu sahədə payı 20% təşkil edir. (yükdaşıma baxımından).

ABŞ-da gəmiçiliyə lizinq xidməti üçün xüsusi fond yaradılıb. Burada 20 illiyə kredit verilir.

Aviasiya və raket-kosmik sənayesi.

Bu sahə daha yeni sahə hesab edilir. Fərqləndirici cəhəti – yüksək elmtutumlu olub ETTKİ – yə ayrılan xərclərin daha çox hissəsini əhatə edir. Yüksək ixtisaslı kadrlar, mühəndis-texniki heyət, ali təhsilli ixtisaslı fəhlələr çalışır. Həm də kapitaltutumlu sahədir.

Bu sahənin ümumi məhsulunun həcmi 150 mlrd. dollardan artıqdır. Dünya üzrə ən böyük istehsalçılar:


  • ABŞ – (Xyusten, Sitle, Atlant, Nyu-York)

  • Rusiya – (Mosxos şəhəri və vilayəti, Voroney Ulyanovsk, Novosibirsk)

  • Fransa – (Paris, Tuluza)

  • Almaniya – (Ştutqart, Münhen)

  • Böyük Britaniya – (London)

  • İtaliya – (Turin)

Hazırda dünyada ildə orta hesabla 1000 ədəd avialayner, 600 – 1000 ədəd vertolyot istehsal edilir. Təqribən 20 ölkə təyyarə və vertolyot buraxır.

Dünya elektron sənayesi.

Bu sahə ən dinamik inkişaf edən sahə hesab edilir. Maşınqayırma sənayesinin digər sahələri ilə müqayisədə 1980-cı ildən sürətinə görə birinci yerə çıxmışdır.

Elektron sənayesinin xüsusi çəkisi 30-32% təşkil edir.

1990-cı illərin ortalarına bu sahənin məhsulu 1,6 trln. dollara bərabər olmuşdur. Bu göstəriciyə görə neft sahəsini, avtomobilqayırmanı və kimya sənayesini qabaqlayır. Elektron sənayesi yarandığı vaxtdan ciddi böhranlara məruz qalmayan çox az sahələrdən biridir.

Əhəmiyyəti – onlar ETT-in maddi əsasının inkişafına zəmin yaratmışdır. Əmək alətlərinin təkmilləşməsinə zəmin yaradır, əmək məhsuldarlığının intensiv artımına səbəb olur.

Burada ənənəvi sənaye elektrotexnikası, avtomobil elektrik avadanlıqları, rabitə vasitələri və s. istehsalına görə Almaniya fərqlənir. Danimarka – kiçik (əl) radiotelefon aparatları, gəmi mühərriklərinin elektron idarəetmə sistemi, eşitmə aparatları üzrə, Finlandiya mobil rabitə vasitələri üzrə ixtisaslaşmışlar.

Son dövrlərdə Yaponiya, Cənubi Koreya, Honqkok, Syanqan. Malayziya, Sinqapur, Tayvan ənənəvi elektrotexnika və elektron sənayesi müəssisələrinin təmərküzləşməsi mərkəzinə çevrilmişdir.

Cənubi-Şərqi Asiya ölkələrində istehsal olunan elektron məhsullarının 80-90%-i ixrac edilir.

Kompüter texnikasının istehsalına görə ABŞ birincidir.

Sahəvi quruluşuna görə elektron sənayesini 4 qrupa ayırmaq olar:



  1. İnformasiyaları arasında (işləyən) elektron vasitələri istehsalı.

  2. Rabitə vasitələri istehsalı.

  3. Məişət aparatları istehsalı.

  4. Elektron komponentləri istehsalı.

Elektron Hesablama Maşınları bu sahədə əsas yer tutur. ABŞ liderdir. Yaponiya ikinci yeri tutur. (60 mlrd. dollar). İBM firması ABŞ-da qabaqcıl mövqeyə malikdir.

Yaponiya dünya kompüter bazarına 1970-ci illərdən sonra gəlmişdir. Hazırda Yaponiyanın “Fuüziüu” şirkəti kompüter satışına görə ancaq İBM-dən geri qalır.

Üçüncü yerdə Qərbi Avropa dayanır – 25 mlrd. dollar. Son dövrlərdə şəxsi istifadə üçün olan kompüter istehsalı daha sürətlə artır. Hazırda 100 mln. ədəd belə maşınlar buraxılır.

Rabitə vasitələri istehsalı. Telefon və telefon rabitəsi, videorabitə, elektronpoçtları, sputnikdən istifadə və s. sahələr nəzərdə tutulur. Bu sahənin məhsullarının təqribən 75%-i inkişaf etmiş 10 ölkədə cəmləşdirilir. (ABŞ, Yaponiya, Almaniya fərqlənir).

2000-ci ildə dünya üzrə telefon aparatlarının sayı təqribən 1 mlrd. ədəddir. (350 mln. Avropa, 300 mln. Amerika, 300 mln. ədəd Asiyanın, 13 mln. Avstraliya və Okeaniyanın payına düşür).



Metallurgiya kompleksi.

Qara və əlvan metallurgiya sahələrini özündə birləşdirir, kompleks sahə adlanır. Hasilat sənayesi ilə istehlak arasında bağlayıcı bir vəziyyəti təşkil edir. İqtisadi mənafe baxımından tamamilə istehlak bölməsinə tabe edilmişdir.

Qara metallurgiya dedikdə əsasən polad və çuğun nəzərdə tutulur. Polad prokat hələ də sənaye üçün əsas konstruksiya materialı olaraq qalır. Bu sahənin təqribən 4000 il ərzində 11 mlrd. ton qara metal istehsal edilmişdir. Bunun 80%-i XX əsrin 70 ili ərzində istehsal edilmişdir.

1950 – 70 illərdə dünya üzrə polad əridilməsi 3 dəfə artmışdır.

Orta illik artım 5,9% olmuşdur. Hazırda polad əridilməsi sənayesində təqribən 7 mln. nəfər adam çalışır. 2005-ci ildə 830-850 mln. ton polad əridilir. Çində 127, Yaponiyada 108, ABŞ-da 101, Rusiyada 55, Almaniyada 46, Koreya Respublikasında 43, Ukraynada 31, Braziliyada 28 mln. ton polad əridilmişdir.

2000-ci ildə 1060 mln. dəmir filizi istehsal edilmişdir. Braziliya 195, Çinə 224, Avstraliya 168, Rusiya 87, Ukrayna 77, Hindistan 75, ABŞ 63, CAR 34 mln. ton istehsalı ilə fərqlənirlər.



Əlvan metallurgiya sənayesi.

Alüminium 24,5; mis 14,8; qurğuşun 6,7; sink 9,2; qalay 0,3; nikel 1,1 mln. ton olmuşdur. Bu sahənin inkişafını 3 mərhələyə ayırmaq olar:

I mərhələ XX əsrin birinci yarısını əhatə edir. Bu mərhələdə ağır əlvan metallar – mis, qurğuşun, sink, qalay və s. istehsalı üstünlük təşkil edir.

II mərhələ 1950 – 1970 illəri əhatə edir. Bu mərhələdə yüngül əlvan metalların əridilməsi (alüminium. Maqnezium, titan və s.) genişlənirdi. Alüminium sənayesi bütün digər sahələri qabaqlamışdır.

III mərhələ 1970-ci illərdən sonrakı dövrü əhatə edir. Ətraf mühitin mühafizəsi güclənmişdir

3.

Neft sənayesinin inkişafı.

Sənaye üsulu ilə neft çıxarılması XIX əsrin ortalarında demək olar ki, eyni vaxtda 3 ölkədə Rusiya, Ruminiya və ABŞ-da başlanıb. XX əsrin əvvəllərində neft artıq 20 ölkədə, 1940-cı ildə 40 ölkədə çıxarılırdı. (1970-ci ildə 60, 1990-cı ildə 95 ölkədə).

1950-ci ildə 525, 1970-ci ildə ildə 2270 mln. ton, 1990-ci ildə 3100 mln. ton, 2000-ci ildə 3590 mln. ton təşkil etmişdir.

2000-ci illərin sonuna dünyada təqribən 700 neft emalı zavodu fəaliyyət göstərir onların ilkin emal gücü 3,7 mlrd. tondur.

2002-ci ildə ayrı-ayrı ərazilər üzrə neft idxalı:

Avropa – 36,0%

Asiya – 32%

Şimali və Mərkəzi Amerika – 26,5 %

Cənubi Amerika – 2,3%

Afrika – 2,2%

Okeaniya – 1,1%

118-dən artıq ölkə və ərazi neft alır. Bunlardan 70 ölkənin hər biri 1 mln. ton neft idxal edir. 30 ölkə hər biri 10 mln. tondan artıq neft idxal edir.



Şimali Amerika ildə təqribən 600 mln. ton, Qərbi Avropa təqribən 600 mln. ton neft və neft məhsulu idxal edir. Yaxın və Orta Şərq ölkələri 1 mlrd. ton neft satır.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət