Ana səhifə

Mövzu: Qeydiyyat yazılarının idarə olunması Yeni dərsin planı: Qeydiyyat yazısının yaradılması Qeydiyyat yazısının sazlanması və redaktəsi


Yüklə 23.92 Kb.
tarix13.05.2016
ölçüsü23.92 Kb.


Mövzu:Qeydiyyat yazılarının idarə olunması

Yeni dərsin planı:

1.Qeydiyyat yazısının yaradılması

2.Qeydiyyat yazısının sazlanması və redaktəsi

3.Sistemə giriş parametrlərinin sazlanması

1.Qeydiyyat yazısının yaradılması

Əvvəlki versiyalardanfərqli olaraq Windows XP sistemində təhlükəsizlik baxımından bir sıra yeniliklər edilmişdir.Sistemin adminstratoru bir qayda olaraq həmişə komputerdə işləyənlərin hər biri üçün qeydiyyat yazısı yaradır.İstifadəçinin qeydiyyat yazısı onun adı ləvə ola bilər ki, həm də sistemə daxil olarkən istifadə etdiyi parolla təyin olunur.

Eyni zamanda hər bir qeydiyyat yazısının adminstrator tərəfindən təyin olunmuş “hüquqları” var. Odur ki, Windows XP əməliyyat sistemi bu hüquqlara əsaslanaraq bir sıra əməliyyatların aparılmasına nəzarət edir və eləcədə onlara müəyyən qaydalar qoyur.

Qeydiyyat yazısının yaratmaq üçün baş menyudan idarəetmə paneli(Панель управления) qovluğunu açmaq və qeydiyyat yazıları(Учетные записи пользователей) işarəsi üzərində sol düyməni basmaq lazımdır. Bu halda eyni adlı dialoq pəncərəsi ekranda əks olunur. Açılmış dialoq pəncərəsindən istifadə edərək yeni qeydiyyat yazısı yaratmaq və artıq mövcud olan qeydiyyat yazıları üzərində müxtəlif əməliyyatlar aparmaq olar.

Dialoq pəncərəsinin yuxarısında qeydiyyat yazısından düzəlişlər etəmək(Изменение учетной записи) yeni qeydiyyat yazısı (Создание учетной записи) yaratmaq və istifadəçinin sistemə giriş (Изменение входа пользователей в систему) qaydasını dəyişdirmək üçün nəzərdə tutulan müvafiq tapşırıqlar verir.Bu tapşırıqlar hiper əlaqələr şəklində olduğundan hər hansı birini icra etmək üçün sadəcə olaraq onun üzərində mausun sol düyməsi bir dəfə basılır.

Yeni qeydiyyat yazısı yaratmaq üçün pəncərədə hiper əlaqə şəklində verilmiş tapşırıqlardan biri- Yeni qeydiyyat yazısı(Создание учетной записи) yaratmaq variantı üzərində sol düymə basılır.Bu zaman açılan pəncərənin Введите имя для новой учетной записи –sətrində qeydiyyat yazısı üçün adın daxil olması təklif olunur. Ad daxil edildikdən sonra (Ad maksimum 20işarədən ibarət olur) Dale düyməsi basılır.

İstifadəçinin qeydiyyat yazısının adı komputeri işə salarkən ekranda açılan ilk səhifədən eləcədə baş menyunu yuxarısında əks olunur. Komputerdə işləmək istəyənlər sistemə daxil olmaq üçün qeydiyyat yazısından istifadə edirlər.Qeydiyyat yazısının tipini təyin etmək üçün 2 -variantdan istifadə olunur.

1.Komputer adminstratoru (Админстратор компьютера)

Məhdud imkanlı qeydiyyat yazısı (Ограниченная запись)

Birinci variantda istifadəçi adminstrator hüquqlarına malik olur.Belə ki,adminstrator statusu almış istifadəçi bütün sistemə nəzarət, sazlama-quraşdırma işləri və digər bütün mümkün əməliyyatları apara bilər. O, cümlədən adminstrator istifadəçilərin qeydiyyat yazılarını yaratmaq, dayişdirmək, ləğv etmək, özünə və digər istifadəçilərə hüquqlar vermək və s. əməliyyatları yerinə yetirmək səlahiyyətlərinə malikdir.

Məhdud imkanlı qeydiyyat yazısı olan istifadəçilərin hüquqları xеyli dərəcədə məhdudlaşdırılır. Belə ki, bu cür istifadəçilər öz qeydiyyat yazılarının parolunu, adını və işarəsini dəyişmək, komputerdə quraşdırılmış proqramlarda istifadə etmək, öz qovluqlarında fayllarla bağlı müxtəlif əməliyyatlar aparmaq, ümumi qovluqlarda ki, fayllara baxmaq imkanlarına malikdirlər. Bununla yanaşı istifadəçilər sistemdə əsas sazlama əməliyyatlarını aparmıralar və bəzi proqramlardan istifadə edə bilmirlər. Qeydiyyat yazısının tipini seçmək üçün təklif olunan variantlardan biri seçilib qeydiyyat yazısı yaratmaq düyməsi basılır.

Yeni yaradılan qeydiyyat yazısı üçün başqa məlumatlar daxil etmək lazım gələrsə belə əməliyyatları yazı yaradıldaıqdan sonra onun üzərində dəyişiklik edərək aparmaq olar.

3.Qeydiyyat yazısının sazlanması və redaktəsi: Qeydiyyat yazısının sazlanması üçün istifadəçilərin qeydiyyat yazıları (Учетные записи пользователей) dialoq pəncərəsində, yaratdığımız yazı üzərində sol düymə basılır. Bu zaman qeydiyyat yazısı üzərində nəzərdə tutulan mümkün dəyişiklik və düzəlişlərin edilməsi üçün müvafiq dialoq pəncərə ekrana çıxır. Bu pəncərədə qeydiyyat yazısı ilə bağlı əməliyyatlar tapşırıqlar menyusu şəklində əks olunur:

1.Adı dəyişmək (Изменение имени)

2.Parol qoymaq (Создание пароля)

3.Şəkli dəyişmək (Изменение изображения)

4.Qeydiyyat yazısının tipini dəyişmək (Изменение типа учетной записи)

5.Qeydiyyat yazısını ləğv etmək (Удаление учетной записи )

Qeydiyyat yazısının tipindən asılı olaraq bu pəncərədə əks olunan əməliyyatlar siyahısı müxtəlif olur. Əgər qeydiyyat yazısına parol qoymaq istəyiriksə onda parol yaratmaq rejimi seçilir. Bu zaman ekrana açılan pəncərədə müvafiq sətrlərdə parol 2 dəfə daxil edilir. Üçüncü sətrdə isə unudulmuş parolu yada salmaqa kömək edə biləcək söz və ya söz birləşməsi yazıla bilər.Bu sətri boş bıraqmaqda olar.Sonra parol yaratmaq düyməsi basılır.Parol maksimim 128, minumum 8 işarədən ibarət ola bilər.

Qeydiyyat yazısının şəklini dəyişmək üçün siyahıdan şəklin dəyişdirilməsi rejimi seçilir. Nəticədə qeydiyyat yazıları üçün nəzərdə tutulan standar şəkillər ekrana çıxır. Bu şəkillərdən istənilən biri seçilir və şəklin dəyişdirilməsi düyməsi basılır. Əgər bu şəkillər bizi qane etməzsə başqa şəkillərin axtarışı(Поиск других рисунков) rejimini seçirik. Bu halda açılan pəncərədə istifadəçi lazım olan şəklin harada yerləşdiyini göstərməlidir.

Qeydiyyat yazısıni ləğv etmək üçün qeydiyyat yazısının ləğv etməк rejimi seçilir. Bu zaman ekrana ləğv olunan qeydiyyat yazısı ilə işləmiş istifadəçiyə məxsus şəxsi faylların saxlanılması və ləğvi üçün dialoq pəncərisi ekrana çıxır. Bu dialoq pəncərəsində faylların saxlanılması(Сохранить эти файлы) və ya fəylların ləğvi(Удалить эти файлы) düymələrindən istifadə edərək həmin fəylları saxlamaq və ləğv etmək olar. Faylların ləğvi düyməsi bu qeyydiyyat yazısı ilə işləmiş istifadə

çinin işlətdiyi mənim sənədlərim, mənim şəkillərim qovluqlarını və bu qovluqlarda saxlanılan bütün faylları ləğv edir.

Analoji qayda ilə əməliyyatlar siyahısına daxil olan adın dəyişdirilməsi rejimində qeydiyyat yazısının adını və eləcədə qeydiyyat yazısının rejimində qeydiyyat yazısının tipinin dəyişmək olar.

4. Sistemə giriş parametrlərinin sazlanması: Qeydiyyat yazısının idarə olunması üçün nəzərdə tutulan tapşırıqlar menyusu qeydiyyat yazısını yaratmaq, sazlamaq və dəyişdirməklə yanaşı həm də sistemə giriş qaydasının sazlanmasına imkan verir. Bunun üçün istifadəçilərin qeydiyyat yazısıları dialoq pəncərəsində istifadəçinin sistemə giriş qaydasını dəyişdirmək tapşırığı seçilir. Bu zaman açılan dialoq pəncərəsində istifadəçilər üçün 2 iş rejimi təklif olunur. Bunlardan birincisi salamlaşma səhifəsindən istifadə etmək rejimi sistem yüklənərkən ekranda görünən salamlaşma səhifəsini tənzimləmək üçün nəzərdə tutulur. Bu rejimi aktivləşdirməklə həmin səhifənin ekranda görünməsini təmin etmək olar. Əks halda həmin səhifə ekrana çıxarılmazsa onda sistem yüklənərkən ekranda kiçik bir pəncərə əks olunur və həmin pəncərədə istifadəçi öz adı və parolunu daxil etməlidir. Bu isə sistemə daxil olmanın klassik variantıdı. Təklif olunan ikinci rejim- istifadəçilərin tez qoşulmasından istifadə etmək rejimi isə istifadəçilərin bir-birini tez əvəz etməsini təmin etmək üçündür. Bu rejimdə müxtəlif qeydiyyat yazıları olan istifadəçilər öz aralarında vaxt itirmədən öz iş seanslarını dəyişdirə bilirlər (icra olunan proqramları bağlamadan) yəni digər şəxslər işini qurtarandan sonra istifadəçi öz qeydiyyat yazısına qayıda bilər.Bunun üçün baş menyudaki, sistemdən çıxış əmrini icrası ilə açılan dialoq pəncərəsində istifadəçilərin növbəsi variantını seçmək kifayətdir.
Dərsin möhkəmləndirilməsi üçün suallar:
1.İstifadəçinin qeydiyyat yazısı necə təyin olunur?

2. Qeydiyyat yazısı necə yaradılır?

3.Yeni qeydiyyat yazısı yaratmaq və mövcud olan qeydiyyat yazıları üzərində müxtəlif əməliyyatlar aparmaq üçün hansı dialoq pəncərəsindən istifadə olunur?

4.Qeydiyyat yazısının tipini təyin etmək üçün hansı variantlardan istifadə olunur?

5.Administrator statusu almış istifadəçi hansı əməliyyatları yerinə yetirir?

6.Məhdud imkanlı qeydiyyat yazısı olan istifadəçilər hansı əməliyyatları yerinə yetirir?

7. Qeydiyyat yazısının sazlanması üçün hansı dialoq pəncərədən istifadə olunur?

8. Qeydiyyat yazısı ilə bağlı olan əməliyyatlar hansılardır?

9. Qeydiyyat yazısının şəklini dəyişmək üçün hansı əmrdən istifadə olunur?

10. Sistemə giriş parametrlərini sazlamaq üçün neçə variantdan istifadə olunur?


Ədəbiyyat: Fərman Məmmədov “Microsoft Üindoüs XP sistemi.

II hissə. Səhifə 13-21







Quliyeva Səlimə


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət