Ana səhifə

Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağının


Yüklə 21.15 Kb.
tarix09.05.2016
ölçüsü21.15 Kb.

Mingəçevir Bələdiyyəsinin

ümumi yığıncağının


05 saylı PROTOKOLU

Mingəçevir şəhəri. « 18 » mart 2015-ci il




İştirak etməlidir: 19 nəfər

İştirak edir: 18 nəfər

Üzürlü səbəbdən iştirak etmir: 00 nəfər

Üzürsüz səbəbdən iştirak etmir: 01 nəfər


İclasın sədri: C.Ə.Abdullayev

İclasın katibi: S.T.Hüseynov


GÜNDƏLİK:


  1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 03.02.2015-ci il tarixli, 12-02-inM №-li məktubunun müzakirəsi barədə.

DİNLƏNİLDİ:

C.ABDULLAYEV – bələdiyyənin sədri. Bu günkü iclasımızda 1 nəfər bələdiyyə üzvü X.İsmayılov üzürsüz səbəbdən iştirak etmir. İclasın başlanması və gündəliyin təsdiq edilməsi üçün nə kimi təklif var?
MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
N.N.ƏSGƏROVA – bələdiyyə üzvü. Gündəlik olduğu kimi təsdiq edilsin.
Səsvermədən sonra gündəlik yekdilliklə təsdiq edildi.

1) DİNLƏNİLDİ:



C.ABDULLAYEV - bələdiyyənin sədri. Gündəlikdəki məsələ ilə əlaqədar bildrmək istəyirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 03.02.2015-ci il tarixli, 12-02-inM №-li məktubu Mingəçevir Bələdiyyəsinə daxil olmuşdur. Bərdə Regional Ədliyyə Şöbəsi tərəfindən 03.02.2015-ci il tarixli, 12-02-inM №-li Mingəçevir Bələdiyyəsinə daxil olmuş müraciətdə göstərilir ki, Mingəçevir Bələdiyyəsinin 16.01.2015-ci il tarixli, 01 nömrəli iclas protokolunda göstərilən bələdiyyə aktına (qərarına) inzibabi nəzarət qaydasında baxılmış və müəyyən edilmişdir ki, 1-ci məsələ üzrə bələdiyyənin 2014-cü ilin büdcəsinin icra vəziyyətinə dair hesabatın təsdiq olunmasına dair qərar qəbul edilmiş, lakin qərara əlavə edilmiş hesabatda ötən il ərzində bələdiyyə büdcəsindən 440934 manat xərcləndiyi halda, 2014-cü ildə inzibati nəzarət qaydasında şöbəyə təqdim edilmiş bələdiyyə qərarları ilə cəmi 290028 manat xərclənmişdir. Beləliklə də «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə zidd olaraq bələdiyyə büdcəsindən 150906 manat pul vəsaiti iclas qərarı olmadan xərclənmişdir. Bildirilir ki, «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə əsasən bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, Bərdə Regional Ədliyyə Şöbəsi tərəfindən hazırkı məktubun bələdiyyə iclasının müzakirəsinə çıxarılaraq, qanunverciliyin göstərilən tələbləri nəzərə alınmaqla, qəbul edilmiş qərarın bir nüsxəsini Bərdə Regional Ədliyyə Şöbəsinə təqdim olunması tövsiyyə olunmuşdur. Bu məsələ «Yerli büdcə məsələləri» daimi komissiyasında müzakirə olunmuşdur və bununla əlaqədar «Yerli büdcə məsələləri» daimi komissiyasının sədri M.N.Hacıyev məlumat verəcək.

ÇIXIŞ ETDİ:

M.HACIYEV - bələdiyyə üzvü, komissiyanın sədri. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə şöbəsinin Mingəçevir Bələdiyyəsinin aktlarına inzibati nəzarət qaydasında baxılmasının nəticələri barədə tövsiyyə xarakterli məktubu «Yerli büdcə məsələləri» daimi komissiyasında müzakirə olunmuşdur. Məlumat üçün bildirmək istəiyrəm ki, Bələdiyyənin 2014-cü il xərcləri məktubda göstərildiyi kimi 440936 manat yox, 406933 manat, uyğun olaraq iclasın qərarı olmadan xərclənən vəsait 150906 manat yox, 116905 manat olmuşdur. Bu xərclər əsasən müdafiə olunan əmək haqqı və əməyin ödənilməsi ilə bağlı digər ödəmələr olduğunu nəzərə alaraq, iclasın qərarı olmadan xərclənmiş və beləliklə də «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə riayət olunmamışdır. «Yerli büdcə məsələləri» daimi komissiyası yuxarıda deyilənləri nəzərə alaraq, «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinin yerinə yetirilməsinə nəzarəti gücləndirəcək və gələcəkdə bir daha belə nöqsanlara yol verilməyəcək. (Qərar layihəsi və arayış 02 (iki) vərəqədə protokola əlavə olunur).

MÜZAKİRƏLƏRDƏ ÇIXIŞ ETDİLƏR:
Bələdiyyə üzvlərindən Z.Qasımlı, N.Nəbiyev və A.Hüseynov çıxış edərək, «Yerli büdcə məsələləri» daimi komissiyasnıın arayışını nəzərə alaraq, göstərilən iradlar nəzərə alınmaqla, ümumi yığıncağın müzakirəsinə verilən qərar layihəsinin səsə qoyulmasını təklif etdilər.

Səsvermədən sonra Mingəçevir Bələdiyyəsinin ümumi iclası


1) QƏRARA ALIR:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 03.02.2015-ci il tarixli, 12-02-inM №-li məktubunu müzakirə edərək




  1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə Şöbəsinin 03.02.2015-ci il tarixli, 12-02-inM №-li məktubu nəzərə alınsın.

  2. «Yerli büdcə məsələləri» daimi komissiyasına tapşırılsın ki, bələdiyyə büdcəsindən maliyyə vəsaiti ayrılarkən, «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinin yerinə yetirilməsinə nəzarəti gücləndirsin və gələcəkdə bir daha belə nöqsanlara yol verilməsin.

  3. Qərarın icrasına nəzarət bələdiyyənin sədri C.Ə.Abdullayevə həvalə edilsin.


Səsvermənin nəticəsi:
18- lehinə; 0 – əlehinə; 0- bitərəf.
line 28

SƏDR: ______________________ C.Ə.ABDULLAYEV


KATİB: ______________________ S.T.HÜSEYNOV





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət