Ana səhifə

Milli Aviasiya Akademiyası İctimai fənlər kafedrası


Yüklə 19.11 Kb.
tarix05.05.2016
ölçüsü19.11 Kb.
Milli Aviasiya Akademiyası

İctimai fənlər kafedrası

Azərbaycan tarixi

Sərbəst iş No 1


Mövzu: Azərbaycan Eneolit dövründə

Qrup No: 1155A

Tələbə: Hüseynzadə Qalib

Bakı – 2015



Eneolit dövrü

E.ə VI minillikdən başlayaraq Azərbaycanda Neolit dövrü Eneolit dövrü ilə əvəz olunmağa başladı.

Eneolit dövrü istehsal təsərrüfatının əsaslı surətdə formalaşması və onun dövrü-nə görə sürətli inkişafı ilə xarakterizə olunur. Eneolit dövrünü tarixin əvvəlki inki-şaf mərhələlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri bu dövrdə məişətdə daş məmulatı ilə yanaşı, metaldan istifadə olunmasına başlanmasıdır. Görünür, metalla ilkin tanışlıq əmək alətləri hazırlanması üçün daha davamlı və sərfəli xammal axta-rışı ilə bağlı olmuşdur. İlk vaxtlar mis külçələrdən soyuq döymə üsulu ilə müxtəlif əşyalar hazırlanırdı. Zaman keçdikcə əmək vərdişlərinin təkmilləşməsi və müxtəlif texniki qaydalara yiyələnmə sayəsində mis külçələrdən əvvəlcə ocaqda qızdırma yolu ilə, sonralar isə xüsusi qablarda əritməklə ibtidai metalişləmənin sirlərinə bə-ləd olan insanlar təsərrüfat həyatında mühüm dəyişikliklərin təməlini qoymuşlar.

Məhsuldar qüvvələrin sonrakı inkişafı ilə əlaqədar olaraq Eneolit dövründə Azərbaycan ərazisində əhali artımı yüksək idi. Azərbaycan ərazisində bu dövr abi-dələrinə Gəncə-Qazax, Mil-Qarabağ, Muğan,Naxçıvan zonalarında Kür və Araz çayları hövzəsində daha çox rast gəlinir. Son illər Eneolit abidələri Qobustan, Qu-ba-Xaçmaz və Şəki-Zaqatala zonalarında da qeydə alınmışdır.

Azərbaycanda Eneolit dövrü e.ə VI – IV minillikləri əhatə edir. Eneolit yaşayış məskənləri oturaq həyat keçirən əkinçi maldar tayfalara məxsus olmuşdur. Yaşayış məskənləri bir qayda olaraq çay kənarı, yeraltı qaynamalara və kiçik bulaqlara ya-xın sahələr seçilirdi. Yaşayış məskənləri 0,5 – 2 ha sahəni əhatə edirdi. Möhrə və ya çiy kərpicdən hörülən evlər dairəvi (Eneolitin ilkin mərhələsində) və ya düzbucaqlı formada (son mərhələsində) planda tikilirdi. Çox vaxt mənzillər və onlara bitişik anbar-binalar başqa sahələrdən xüsusi divarla ayrılırdı. Görünür, ayrı-ayrı ev dəst-ləri (kompleksləri) qoşa nikaha əsaslanan ailələrə məxsus olmuşdur. İcma torpağın-da birgə çalışan və qəbilə-tayfa quruluşunun tərkib hissəsi olan bu ailələr ümumi mülkiyyət bölgüsündən aldıqları pay torpaqları hasabına dolanırdılar.

Əhalinin məşğuliyyəti. Eneolit dövrü əhalisi əkinçilik və maldarlıq, ev sənət-karlığının müxtəlif sahələri (dulusçuluq, daş və sümükişləmə, toxuculuq və s) ilə, həmçinin balıqçılıqla məşğul olurdu.

Əkinçilik, əsasən dəmyə xüsusiyyəti daşımış, qismən süni suvarma tətbiq edil-mişdi. Torpaq toxa ilə əkilir və becərilirdi. Taxıl ehtiyatı böyük ölçülü saxsı küp-lərdə və anbarlarda saxlanılırdı. Azərbaycanın Eneolit dövrü əhalisi bir neçə buğda növü, hətta arpa belə əkib becərirdi.

İstehsal təsərrüfatının mühüm sahələrindən olan maldarlıq da xeyli inkişaf etmiş-

Ev heyvanları içərisində aparıcı yeri xırdabuynuzlu heyvanlar tutmuşdu. Əlikö-məktəpə abidəsində tapılmış at sümüklərinin xeyli hissəsi əhliləşdirilmiş atlara məxsusdur. Həmin mərhələdə azı iki at tipinin olması müəyyənləşdirilmişdir.

Əkinçilik və maldarlıqla yanaşı, Eneolit dövrü əhalisi ərzağa olan tələbatın bir qismini ovçuluq və balıqçılıqla təmin edirdi. Lakin bu dövrdən başlayaraq ovçuluq və balıqçılıq köməkçi və ikinci dərəcəli təsərrüfat sahəsinə çevrilir.

Eneolit dövründə daş alətlərin hazırlanma texnologiyası daha da təkmilləşdiril-miş, ənənəvi əmək alətləri sırasına yeniləri əlavə olunmuşdu. Çaxmaqdaşı və dəvə-gözündən hazırlanmış əmək alətləri içərisində lövhəvari bıçaqlar, ərsin, qaşov, deşi-ci alətlər, oraq dişləri aparıcı yer tuturdu. Bunlarla yanaşı, sıyırğaclar, kəsicilər, bur-ğular və iskənəvari alətlər də işlədilirdi. Taxılın emalı ilə bağlı başqa alətlər sırasına dən daşları, həvəng dəstələr də daxil olmuşdu. Azərbaycan Eneolit yaşayış məskən-lərində bu alətlərin bir neçə növünə təsadüf olunmuşdur. Bununla bərabər üzəri cila-lanmış daş baltalardan təsərrüfatın müxtəlif sahələrində istifadə edirdilər.

Hələ Eneolit dövründə təşəkkül tapmış toxuculuq sənəti daha da inkişaf etmişdi. Azərbaycanın bir sıra Eneolit abidələrindən tapılmış saxsı qabın səthində qalmış to-xuma izi bunu sübut edir. Toxuculuğun inkişafı və yun istehsalının artması olmuş-dur. Bu dövrdə toxuculuq da texniki bitki lifindən, daha çox yundan istifadə olunur-du. Görünür, Eneolit sənətkarları toxuma işində artıq sadə quruluşlu toxuculuq dəz-gahını tətbiq etməyə başlamışdılar.

Dulusçular qabların davamlılığını təmin etmək məqsədilə gilin tərkibinə xırda doğranmış saman və başqa qatışıqlar əlavə etmişlər. Süfrə üçün hazırlanmış qabla-rın səthi səliqə ilə sığallanmış bəzi hallarda müxtəlif boyalarla naxışlanmışdı.

Eneolit dövründə metallurgiyanın meydana gəlməsi və inkişafı qədim tayfaların həyat tərzinə mühüm təsir göstərmişdir.

Azərbaycanın Eneolit dövrü əhalisi qonşu tayfalarla, həmçinin Ön Asiyanın qə-dim mədəniyyət mərkəzləri ilə ünsiyyətdə olmuşdur. Yaşayış və təsərrüfat binaları-nın quruluşunda, tikinti texnikasında, təsərrüfatda və məişətdə işlədilən avadanlıqla-rın oxşarlığı bu ünsiyyət və əlaqələr nəticəsində mümkünləşmişdir.



Əhalinin sosial-ictimai həyatı və dünya görünüşü. Eneolit dövründə sosial-ictimai həyat tərzi və dünya görünüşündə də mühüm dəyişikliklər baş vermişdi. İqtisadiyyatın müxtəlif sahələrinin, birinci növbədə maldarlıq və əkinçiliyin sürətli inkişafı ilə təsərrüfatda, həmçinin ictimai həyatda kişilərin mövqeyi möhkəmləndi. Bununla yanaşı, ilkin əkinçilik mədəniyyəti dövründə ana hüququ və ümumiyyətlə, qadınların mövqeyi hələ də möhkəm idi.

Qadına nəslin yaradıcısı, tayfa ocağını qoruyub saxlayan ilahi qüvvə, bərəkət, əmin-amanlıq və firavanlıq mənbəyi kimi baxılması təsadüfi deyil. Eneolit abidələrindən (Qarğalar təpəsi və Çalağantəpə) çoxlu qadın heykəllərinin tapılması da qadına sitayişlə bağlıdır. Qadın bərəkət, rifah rəmzi olmaqla yanaşı, həm də təmizlik, paklıq, müqəddəslik nümunəsi kimi yüksək qiymətləndirilirdi.

Eneolit dövründə icma ağsaqqalları şurası cəmiyyətin həyatında mühüm rol oy-nayırdı. İcmanın tərkibinə bir neçə yaşayış məskəninin sakinləri daxil idi. Azərbay-canda həmin mərhələni əks etdirən Polutəpə və Xınıtəpə yaşayış məskənlərində be-lə icmalar yaşamışdı.

Dəfn mərasiminə xüsusi diqqət verilmişdi. Həmin dövrdə meyitlər yaşayış məs-kənində, evin döşəməsi altında və ya tikililər arasında dəfn olunurdu. Bu adət təkcə Azərbaycan ərazisində yox, qədim Şərqin bir sıra ölkələrində də mövcud olmuşdur. Ölüləri qırmızı oxra (rəng) ilə boyayırdılar. Əliköməktəpə və Qarğalar təpəsi abi-dələrində hətta heyvan sümüklərinin də oxra ilə boyanması müşahidə olunmuşdur.



Göründüyü kimi, Eneolit dövründə Azərbaycanda həm ictimai-sosial, həm iqti-sadi, həm də mədəni həyatda mühüm dəyişikliklər və irəliləyiş baş vermişdi. Əhali-nin sayı artmış, yeni ərazilər mənimsənilmiş, yeni məskənlər salınmışdır. Eneolitin son mərhələsində metallurgiya sahəsində baş verən dəyişiklik yerli tayfaların həya-tında yeni, daha mütərəqqi mərhələnin – Tunc dövrünün başlanğıcını qoydu.
İstifadə olunmuş ədəbiyyatlar

Bünyadov Z.M. , Yusifov Y.B. Azərbaycan tarixi Bakı – 2007


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət