Ana səhifə

Kimyanin tədrisində ŞAĞirdlərin zehni fəaliyyəTLƏrinin inkişaf etdirilməsi ş. L. Quliyeva


Yüklə 31.4 Kb.
tarix03.05.2016
ölçüsü31.4 Kb.

Kimya məktəbdə




KIMYANIN TƏDRISINDƏ ŞAĞIRDLƏRIN ZEHNI FƏALIYYƏTLƏRININ INKIŞAF ETDIRILMƏSI
Ş.L. Quliyeva
Tovuz rayon Təhsil şöbəsi

Tədris prosesinin aktivləşdirilməsi şagirdlərin müstəqil fikirləşmələrinin yollarından biridir. Bunu həyata keçirmək üçün dərs prosesində müəllimin fəaliyyətinin təşkilinə deyil, şagirdin müstəqilliyinə və onun zehni fəaliyyətinə təkan verən təlim texnologiyalarına üstünlük verilməlidir.

Müəyyən edilmişdir ki, şagirdlərə hazır biliklər verdikdə onların zehni fəaliyyətləri demək olar ki, inkişaf etdirilmir. Əsas ağırlıq onun yaddaşının üzərinə düşür. Şagirdin səmərəli tədris fəaliyyətini təşkil etmək üçün analiz, sintez, mücərrədləşdirmə və ümumiləşdirmə aparmasini təmin edən problemli stiuasiyalar yaradılmalıdır.

Şagird problem qarşısında qaldıqda onda olan bilik ehtiyatından istifadə etməklə, fikirləşmə nəticəsində yeni bilik əldə edilir.

Müəllimin beynində şagirdin beyninə köçürülən bilik onun zehni fəaliyyətini inkişaf etdirmək əvəzinə ləngidir.

İnsanda dərk etməyən tələbat o vaxt yaranır ki, məqsədə çatmaq üçün onda olan bilik və bacarıqlar kifayət etmir. Bu zaman problem yaranır və o problemi həll etmək üçün çətinlik qarşısında qalır. Bu zaman şagirdin zehni fəaliyyəti daha gərgin vəziyyətdə olur və özü nəyisə kəşf edir yeni bilik əldə edir.

Müəllimin sözləri ilə yaradılan problemlər çox vaxt şagirdi özünə cəlb etmir. Tədris prosesində şagirdin müstəqil olaraq bilik əldə etməsi prosesində yaranan problem onun üçün daha maraqlı və cəlbedici olur.

Problemli təlim şagirdlərin zehni fəaliyyətlərinin inkişaf etdirilməsinin mənbəyidir.

Tədrisin asanlaşdırılmış formada və əksinə şagirdlərin hazırlıq səviyyəsində və dərk etmə imkanlarından yüksəkdə olan çətinlikdə təşkil edilməsi, onların zehni fəaliyyətlərini inkişaf etdirmir.

Şagirdlərin zehni fəaliyyətlərini aktivləşdirimək üçün onun qarşısına çıxdığı çətinliyi müstəqil olaraq aradan qaldirmasini hər vasitə ilə təqdir etmək lazımdır.

Problemi həll etmək üçün şagird çətinlik qarşısında qalır, fikirləşir və bu prosesdə nəyinsə çatışmadığını daxilən hiss edir. Nəhayət hipotez irəli sürür və onu doğruluğunu təsdiq edir. Yaxud birdən-birə problemin asan və səmərəli həllinə aparan yolu tapır. Bunların hər ikisi ona sevinc gətirir, zehni fəaliyyəti inkişaf etməkdən əlavə bu yolla əldə edilən bilik möhkəm olur, yəni uzun müddət unudulmur.

Orta məktəb kimya kursunda şagirdlərin zehni fəaliyyətlərini inkişaf etdirmək üçün geniş imkanlar var. Bunları reallaşdırmaq üçün fəndaxili və fənlər arası əlaqədən geniş istifadə edirik.

VIII sinifdə “Məhullar mözüsünün tədrisində məhlul anlayışı formalaşdırılır, həllolma və məhlulların qatılıqlarının ifadə edilməsi üsullarına aid biliklər verildikdən sonra şagirdlərə aşağdakı sual verilir.

Nömrələnmiş üç stəkanda A duzunun doymamış doymuş və ifraf doymuş məhlulları var. Yalnız həmin duzdan istifadə etməklə hansı stəkanda hansı məhlul olduğunu necə təyin etmək olar?

Şağirdlərə problemi həll etmək üçün doymamış, doymuş və ifraf doymuş məhlulda həll olan maddənin miqdarına diqqət yetirməyə tapşırırıq. Doymamış məhlulda həll olan maddənin miqdarı azdır, onda həmin maddə yenidən həll ola bilər. Doymuş məlulda həll olan maddənin əlavə miqdarı həll ola bilmir. İfrat doymuş məlulda həll olan madənin miqdarı həmin temperaturda həll olan biləcəyindən artıqdır. Şagirdlər bunları yenidən təkrar edirlər və məsələni həll etmək üçün ümumi nəticəyə gəlirlər ki, doymamış məhlula onun duzundan əlavə etdikə həll olmalıdır. Doymuş məhlulda heç bir dəyişiklik baş verməməlidir. Yeni əlavə edilən duz və məhlul olan stəkanın dibinə çökməlidir.

İfrat doymuş məhlulda isə duzun kiçik kristalını belə əlavə etdikdə o, kristallaşmanın başlanması üçün maya rolunu oynayır. Məhluldakı duzun artığı çökür. Şagirdlər bu nəticəyə müəllimin kiçik müdaxiləsi və köməyi ilə gəlirlər. Sonra söylənən hipotezin doğruluğunu sübut etmək üçün natrium-sulfatın əvvəlcədən hazırlanmış doymamış, doymuş və ifrat doymuş məhlullarınn hər birinə həmin duzun kiçik kristalları əlavə edilir.

Doymamış məhlulda duz həll olur. Doymuş məhlulda dəyişiklik baş vermir. İfrat doymuş məhlulda kristallaşma sürətlə davam edir, stəkanda məhlul əvəzinə duzun kristal hidratı alınır. Bundan sonra müəllim şagirdlərin cavabına əlavə edir ki, doymuş məhlula duz kristallarını əlavə etdikdə dibə çökən duz dəyişməmiş qalmır.

Məhlulla duz kristalları arasında dinamik tarazlıq yaranır. Yəni duzun bir hissəsi məhlula keçir və məhluldan həmin miqdarda duz kristalın üzərinə çökür və bu prosses fasiləsiz olaraq davam edir. Problemin həlli, onun təcrübədə doğruluğunun subut edilməsi şagirdlərdə müsbət emosiyaya səbəb olur və sonraki problemin həll edilməsinə təkan verir.

İkinci problem belədir. Çiy (bişirilməmiş) kartofdan eyni böyüklükdə, tərəflərini hər biri 1sm olan üç kub hazırlanır. Həmin kublardan biri distillə edilmiş suya, ikincisi xörək duzunun duru məhluluna, üçüncü isə qatı məhluluna salınmışdır. Müəyyən vaxtdan sonra kublardan hansında dəyişiklik baş vermişdir?

Sualın düzgün cavabını tapmaq üçün şagirdlərin osmosa aid bilikləri yenidən təkrar edilir. Müxtəlif qatılıqlı iki məhlul arasında yarım keçirici membran (yarım keçirici pərdə) qoyulduqda, məhlulların qatılıqları bərabərləşənə qədər su moleulları membrandan duru məhluldan qatı məhlula keçir. Distillə edilmiş su olan qabdakı kub bir qədər şişir. Duru duz məhluluna salınan kuda dəyişiklik baş vermir. Qatı duz məhlulundakı kubun həcmi kiçilir. Bu nətiçələrə gəlmək üçün şagirdlər bir- birilə məshətləşirlər, müxtəlif fikirlər söyləyirlər və nəhayət doğru nəticəni mühakimə yolu ilə tapırlar. Sonra müəllim bu hadisə ilə bitkilərin torpaqdan suyu və onda həll olan mineral duzları udması ilə əlaqənin nədən ibarət olduğunu tapşırır.

Şagirdlər problemi çətinlik çəkmədən həll edirlər. Belə nəticəyə gəlirlər ki, bitkilər suyu və onda həll olan duzları osmos təzyiqi vasitəsilə alırlar. Yuxarıdakı problemlərin həllində şagirdlər tam sərbəst olurlar və onlara bildirilir ki, hər hansı səhv cavaba görə heç kim məzəmmət edilməyəcək. Problemləri həll etmək üçün təkliflərinizi əsaslandırmağa çalışın.

Bu problemlərin həlli göstərir ki, fikirləşmək üçün problem şagirdi cəlb etməlidir, başqa sözlə motiv yaranmalıdır və o dərk etməlidir ki, onda olan biliklər problemin həllinə kifayət etsin. Bundan sonra mövcud olan biliklər əsasında yeni bilik yaranır, problem həll edilir. Şagird hər hansı yeni məsələnin həllinədə istər-istəməz əvvəllər mənimsədiyi biliklərdən istifadə edir. Yaxud onların vasitəsi ilə yeni bilik əldə edir. Yeni məsələnin həllində o, dərk edir ki, onda olan biliklər yaxud məlum olan üsullar problemi həll etməyə kifayət etmir. Bu zaman yeni əlaqə forması yaxud problemin həllinə aparan yeni ideya yaranır.

Problemli- yaradıcı məsələlərin həlli prosesində şagirdlərin zehini fəaliyyətləri inkişaf etdirilir. Eyni zamanda fənlərarası əlaqə yüksək səviyyədə reallaşdırılır.

VIII sinifdə məhlulların qatıqları standart məsələlərin həlli prosesində öyrədilir. Sonra şagirdlərin yaradıcı sürətdə düşünmələrini təmin etmək məqsədilə aşağıdakı məsalələri müstəqil sürətdə həll etdiririk



Məsələ. Rütubətliyi 99% olan 100kq göbələk toplanılır. Bir neçə gün göbələyi qurutdular və onun rütübetliyi 98% oldu. Göbələyin kütləsi neçə kq oldu.

Həlli.


Qurutmazdan əvvəl göbələkdə 1kq quru maddə var və onun miqdarı dəyişmir. Yalnız suyun bir hissesi buxarlanır. Fərz edə ki,x kq su buxarlanmışdır. Qurutduqdan sonra göbələyin (100-x) kq olur və bu miqdarda 1kq quru maddə var. Bunları əsasən aşağıdakı tənasüb tərtib edilir.

(100-x)---------------1

100------------2

200-2x=100

2x=100

x=50kq su buxarlanmışdır.



100-50=50kq olur.

Məsələ. Bitkinin yerüstü hissəsində 88%,yeraltı hissəsində isə 80% su var. Yerüstü hissəsi yeraltı hissəsindən 5 dəfə ağırdır. Bitkidə neçə faiz su var?

Həlli.

Fərz edək, ki yeraltı hissənin kütləsi m kq-dır. Onda olan suyun miqdarı 180m/100=0,8mkq-dır.

Yerüstü hissənin kütləsi 5m kq-dır

88x5m/100=4,4m kq (H2O)

Bütövlükdə bitkinin kütləsi m+5m= 6m kq. Onda olan suyun kütləsi 0,8m+4,4m=5,2m

6m kq-da--------5,2m (HO)

1000----------------w

W=100x5,2m/6m=86,7%(H2O)



Məsələ. 3% -li məhlul almaq üçün 900q suya nə qədər 7%-li məhlul əlavə etmək lazımdır?

Həlli

Fərz edək ki, 900q suya 7%-li məhluldan x qram əlavə edilib. Onda məhlulun kütləsi(900+x) q olar. 7%-li məhlulun x q-da olan duzun kütləsi

7x = 0, 07x qram

100


Məsələnin şərtinə əsasən aşağdakı tənasüb tərtib edilir:

(900+x) qram məhlulda 0, 07x q duz var.

100”____________3 “_______”
3(900+x)= 100.0,07x

2700+3x=7x

2700=4x

x=675qram 7%-li məhlul


İstifadə edilmiş ədəbiyyat:


1. V.M.Abbasov, M.M.Abbasov və başqaları. VIII sinif kimya dərsliyi. “Azpoliqraf “LTD MMC. 2009.

2. V.M.Abbasov, M.M.Abbasov və başqaları. IX sinif kimya dərsliyi. “Azpoliqraf “LTD MMC. 2013.



3. V.M. Abbasov, A.M.Məhərrəmov və başqaları. X sinif kimya dərsliyi. Azpoliqraf, 2013.




Ш.Л. Гулиева

Развитие умственных способностей учеников при изучении химии

АННОТАЦИЯ
Статья посвящена изучению темы растворов.


Sh.L. Guliyeva

The development of mental abilities of students in the study of chemistry
ANNOTATION
The article is devoted to the study of theme of solutions.
Açar sözlər: məhlul, faizlə qatılıq, molyar qatılıq, məsələ.

Ключевые слова: решение, концентрация в процентах, концентрации в моляра, задачи.

Key words: solution, concentration in percentage, concentration in molar, task.






Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət