Ana səhifə

İnsanin dünyada yaşadiği peşmançiliq 15 Dünyadakı peşmançılıqdan ibrət 22


Yüklə 302.32 Kb.
səhifə1/12
tarix12.05.2016
ölçüsü302.32 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   12

MÜNDƏRİCAT




MÜNDƏRİCAT 3

MÜƏLLİF 4

VƏ ƏSƏRLƏRİ HAQQINDA 4

OXUCUYA 9

GİRİŞ 12

İNSANIN DÜNYADA YAŞADIĞI PEŞMANÇILIQ 15

Dünyadakı peşmançılıqdan ibrət 22

götürmək lazımdır 22

İNKARÇILAR ÜÇÜN ƏBƏDİ PEŞMANÇILIĞIN BAŞLANĞICI: ÖLÜM 28

İnkar edənlərin ölüm anındakı peşmançılıqları 32

HESAB GÜNÜNÜN 38

PEŞMANÇILIĞI 38

CƏHƏNNƏMDƏKİ PEŞMANÇILIQ 47

İnkarçıların cəhənnəmi görəndə yaşadıqları peşmançılıq 47

İnkar edənlərin cəhənnəmdə qarşılaşacaqları əzab 52

İnkarçıların cəhənnəmdə əbədi olaraq yaşayacaqları peşmançılıq 60

BU PEŞMANÇILIĞI 70

YAŞAMAMAQ ÜÇÜN... 70

DARVİNİZMİN ÇÖKÜŞÜ 73

Darvinizmin ideoloji çöküşü 73

Darvinizm və türk düşmənçiliyi 76

Darvinizmin elmi süqutu 78

Aydın olmayan ilk pillə: 80

həyatın mənşəyi 80

“Həyat həyatdan gəlir” 81

20-ci əsrdəki nəticəsiz səylər 82

Həyatın kompleks quruluşu 84

Təkamülün xəyal mexanizmləri 85

Lamarkın təsiri 86

Neodarvinizm və mutasiyalar 87

Fosil qeydləri: ara formalardan əsər yoxdur 89

Darvinin puç olan ümidləri 90

Materialist inanc 92



MÜƏLLİF

VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya imzasından istifadə edən müəllif 1956-cı ildə Ankarada anadan olmuşdur. Orta məktəbi Ankarada oxumuşdur. Sonra İstanbulda Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində və İstanbul Universi­tetinin fəlsəfə bölümündə təhsil almışdır. 1980-ci illərdən bu günə qədər imani, elmi və siyasi mövzularda çoxlu əsər yazmışdır. Bunlarla yanaşı, müəllifin təkamülçülərin saxtakar­lıqlarını, iddialarının heç bir elmi həqiqətə əsaslan­madığını və darvinizmin qanlı ideolo­giyalarla qaranlıq əlaqələrini üzə çıxaran çox əhəmiyyətli əsərləri mövcuddur.

Müəllifin bu imzası inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xati­rə­si­nə hörmət əlaməti olaraq seçilmişdir: onları yad etmək məqsədilə Harun və Yəhya adlarından istifadə edilmişdir. Müəllif tərəfindən ki­tab­ların üz qabığına Rəsulullahın möhürünün vu­rul­masının simvolik mənası isə onların içindəkilərlə əlaqədardır. Bu möhür Qurani-Kə­rimin Allahın sonuncu kitabı və sonuncu sözü, peyğəmbərimizin də peyğəmbərlərin sonuncusu olduğunun rəmzidir. Müəllif də bütün yazilarında Quranı və Rəsulullahın sünnəsini rəhbər tutmuşdur.

Bununla da inkarçı düşüncə sistem­lərinin bütün əsas iddialaranı bir-bir puça çıxartmağı və dinə qarşı yönəldilən etirazları tam olaraq susduracaq “sonuncu söz”ü söyləməyi hədəf seçmişdir. Çox böyük hikmət və kamal sahi­bi olan Rəsulullahın möhürü bu sonuncu sözü söyləmək niyyətinə bir dua kimi istifadə edil­mişdir. Müəllifin əsərlərindəki əsas məqsəd Quranı bütün dünyada təbliğ etmək, bununla insan­ları Allahın varlığı, birliyi və axirət kimi əsas iman məsələlərini düşünməyə yönəltmək, inkarçı sistemlərin çürük əsaslarını və batil tətbiqatlarını hər kəsə göstərməkdir.

Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, Böyük Britaniyadan İndoneziyaya, Pol­şa­dan Bosniya-Hersoqavinaya, İspaniyadan Brazi­liyaya, Malayziyadana İtaliyaya, Fransadan Bolqa­rıstana və MDV ölkələrinə qədər dünyanın əksər öl­kə­lə­rində bəyənilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqaqal, urdu, ərəb, alban, rus, boşnak, uyğur, indoneziya, malay, benqol, bolqar, yapon, çin, azərbaycan kimi əksər dillərə tərcümə edilən əsərlər geniş oxucu kütləsi tərəfindən maraqla izlənir.

Dünyanın dörd bir tərəfində böyük diqqət çəkən bu əsərlər insanların çoxunun iman gətirməsinə, əksər adamların da imanını kamilləşdirməsinə səbəb olur. Bu kitabları oxuyan və incələyən hər insan onlardakı hikmətli, xülasəli, asan başa düşülən səmimi üslubun, məntiqəuyğun və elmi həqiqətlərin olduğunu dərk edir. Bu əsərlər sürətli təsir etmək, tam nəticə vermək, etiraza yer qoymamaq və dəlillərin elmiliyi kimi xüsusiyytlərə malikdir. Bu əsərləri oxuyan və üzərində ciddi düşünən adamların daha materialist fəlsəfəni, ateizmi, başqa batil fikir və fəlsəfələri müdafiə etmələri mümkün deyil. Bəziləri müdafiə etsələr belə, bunu ancaq inadkarlıq üzündən edəcəklər, çünki onların fikirlərinin əsasları çürüdülmüşdür.

Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhyanın külliyyatında elmi düşüncə sarıdan məğlub olmuşlar. Şübhə yoxdur ki, bu xüsusiyyətlər Quranın hikmət və ifadə etdiyi fikirlərin gözəlliklərindən qaynaqlanır. Müəl­li­fin özü bu əsərlərə görə qürurlanmır, əksinə, Allahın hidayətinə vasitəçi olmağa niyyət edir. Bundan başqa, bu əsərlərin çap və nəşr edilməsi işində qarşıya heç bir maddi qazanc məqsəd qoyulmamışdır.

Bu həqiqətlər nəzərə alınanda, insan­ların görmədiklərini görmələrinə kömək edən, hidayətə gəlmələrinə səbəb olan belə əsərlərin oxunmasına həvəsləndirməyin də çox mühüm xidmət olduğu məlum olur. Bu dəyərli əsərləri tanıtmağın əvəzinə insanların zehinlərini qarışdıran, fikirlərinin qarışmasına səbəb olan, şübhə və tərəddüdləri aradan qaldırmağa, imanı xilas etməyə güclü və qəti bir təsiri olmadığı təcrübələrdə müşahidə edilən kitabları yaymaq isə əmək və vaxtın itirilməsinə səbəb olacaq. İmanı xilas etməkdən daha çox müəllifin ədəbi gücünü göstərməyə yönəlmiş kitablarda bu təsirin olmayacağı aydındır. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin yeganə məqsədinin dinsizliyi aradan qaldırmaq və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin aydın şəkildə görsəndiyini oxucuların ümumi qənaətindən başa düşə bilərlər. Bilinməlidir ki, dünyadakı zülm və iğtişaşların, müsəl­manların çəkdikləri əziyyətlərin əsas səbəbi dinsizliyin ideya hakimiyyətidir.

Bunlardan qurtulmağın yolu isə dinsizliyin ideya cəhətdən məğlub edilməsi, imani həqiqətlərin ortaya çıxarılması və Quran əxlaqının insanların dərk edib yaşaya biləcək­ləri şəkildə çatdırılmasıdır. Dünyanı hər gün daha çox zülmə, fəsad və iğtişaşa məruz qoymaq istəyənləri nəzərə alsaq, bu xidmətin əlimizdən gəldiyi qədər sürətli və təsirli şəkildə yerinə yetirilməsinin vacibliyi aydın olar. Əks təqdirdə, çox gec ola bilər. Bu əhəmiyyətli xidmətdə çox böyük vəzifəni öz üzərinə götürmüş Harun Yəhya külliyatı Allahın icazəsi ilə 21-ci əsrdə insanları Quranda bildirilən əmin-amanlıq və barışa, doğruluq və ədalətə, gözəllik və xoşbəxtliyə aparmağa bir vasitə olacaqdır.

  1   2   3   4   5   6   7   8   9   ...   12


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət