Ana səhifə

Genderin təhlili metodları


Yüklə 127.02 Kb.
tarix06.05.2016
ölçüsü127.02 Kb.

Pənahova M.N.

Genderin təhlili metodları.

Deyildiyi kimi, Mərkəzi Asiya və Qafqaz Respublikasında gender təhlili layihəsinin proqramını tərtib edərkən regionun xüsusiyyətləri hökmən nəzərə alınmalıdır. (bax I hissə, II fəsil)

1997-ci ilin dekabr ayında Tbilisi şəhərində Mərkəzi Asiya və Qafqaz respublikalarında fəaliyyət göstərən “Qadınlar inkişafda” və “Gender inkişafda” bürolarının direktorlarının görüşündə konkret tövsiyyələr verilmişdir.
Prioritetlər və hədəflər.

Məsləhətləşmələr zamanı gender treninqlərinin hədəfi tərtib edilərək, yerli

resursları nəzərə almaqla, əhalinin şəxsi təşəbbüslərini inkişaf etdirmək, onlara yol göstərmək nəzərə alınıb ki, bu da yüksək standartlara uyğun təlimatlar keçmək üçün beynəlxalq təlimatcılar cəlb olunmuşdur. Bu təlimatcılar arasında iqtisadçı, hüqüqşunas, mədəniyyətşunaslar cəlb olunmaqdadır.

Sosial-gender təhlili – insan iştırakı üsulundan istifadə etməklə sosial-gender təhlili texnologiyalarını birləşdirmək cəhdidir. Burda cəmiyyətin nisbətən incidilmiş, zəif müdafiə olunan təbəqəsinin təhlili prosesinə, qərarların qəbul olunmasına, onların özlərini çəmiyyətin fəal subyekti kimi inamların gücləndirilməsi nəzərə alınmalıdır.

Gender təhlilin aşagıdaki qaydada izah etməyə calışaq.



  1. Problemli qrupların müəyyənləşdirilməsi.

  1. Qrupların daxilində problemə cəlb olunma dərəcəsinə görə hədd qoyulması.

  2. Müxtəlif sosial qrupların təcrübə kəşiyində problemli vəziyyətlərin idarə olunması amillərinin müəyyən edilməsi və təhlili.

  3. Hansı resusların oldugunun və problemlərin həlli üçün hansı dəyişikliklərin və strategiyaların müəyyənləşdirilməsi.

Başqa sözlə gender təhlili cəmiyyət və dövlətin bütün sahələrində mövcud və ya təklif olunan proqramlar, qanunvericilik, siyasi dövlət kursu vasitəsilə qadınlara və kişilərə göstərilən təsirin qiymətləndirilməsi prosesidir. Gender təhlilinin mahiyyəti- tərəflərinin birinin (qadın və kişi) mövqeyinin önəcəkilməsi və ya açılmasıdır. Yəni gender təhlili çinsindən asılı olmayaraq hər bir insanın siyası kursların, proqramların və qanunvericiliyin təsirinə eyni dərəcədə həssas olması fikrini şübhə altında qoyur. Gender təhlilin müxtəlif üsulları mövcuddur. Məsələn: Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Əmək Təşkilati (BƏT), Dünya Bankı vəsaitlər hazırlamış və bəyanat nəşr etdiriblər. Yeni Zellandiya, Norvec, Kanada və s. ölkələr gender təhlili üçün təlimatlar nəşr etmişlər.
Xəritə üsullu (Mapping) təhlil.

Bu üsulun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar yaşadıqları kəndin, şəhərin, qəsəbənin xəritəsini çəkirlər. Adətən iştirakçı üçün əhəmiyyət kəsb edən obyektlər xəritədə böyük, kiçik əhəmiyyət kəsb edənlər isə kiçik təsvir olunur. Kişilər adətən özlərinin yaşayış tərzlərinə uyğun olan (yəni cayxanalar, maşınla keçdikləri yolları, idman obyektləri) yerləri daha konkret və gözəl təsvir edirlər. Qadınlar isə xəritədə (magaza, bazar, uşaq bağcası, gözəllik salonu və s.) üstünlük verirlər. Bu xəritələrdə müqayisə araşdırması aparsaq, onda qadınlar və kişilərin iş yükü və həyat tərzindəki fərqləri alınan portretlərdən daha açıq görmək olar. Bu da öz növbəsində qadın və kişilər arasında yük fərqliliyini daha ­­­­net təsdiq edir.


Harvard təhlili üsulu.

Bu üsul 3 əsas elemendən ibarətdir.



  1. Əməyin gender bölgüsünə əsaslanan fəaliyyət növlərinin gözdən küçirilməsi. Bu kişi və qadınlar tərəfindən yerinə yetirilən işlərin siyahısıdır ki, bu da onların milli və sinfi mənsubiyyətinə, iş yerinə və ona sərf olunan vaxta görə bölgü aparmaga imkan verir. Bu fəaliyyətin özü də 3 qrupa bölünür:

  1. Produktiv- əmtəə istehali; ticarət və istehlak xidməti

  2. Reproduktiv (ailəli)

  3. Ictimai (siyasi) dini

  1. Bu işlərin görülməsi üçün zəruri olan resursların bir-bir hesablanması və onların faydasının qiymətləndirilməsi daxildir. Resurslar maddi, iqtisadi, siyasi və yaxud ictimai formada ola bilər.

  2. Yerli əmək bölgüsünə, imkan və nəzarətə təsir edən amillərin icmalı.

İnsan oriyentasiytalı planlaşdırma.

Mövcud üsul BMT-nin qacqınların işləri üzrə Ali Komissarın İdarəsi tərəfindən işlənib və geniş şəkildə istifadə olunur. Bu təhlildə köçdükdən əvvəl və köçkülükndən sonra “İmkan və nəzarət”lə bağlı hissə yazılarkən qacqınların təkcə nələrinin olduğu və ya olmadığı deyil, eyni zamanda kimin nə itirdiyi və ya nə əldə etdiyi qeyd olunur. Bu üsul imkan verir ki, qadın üçün son dərəcə əhəmiyyətli olan bir problem- onun müdafiəsinin zəruriliyi aşkar edilsin.



İmkanların və kövrək məqamların təhlili.

Bu üsulun əsas məqsədi fövqalədə vəziyyət şəraitində olan insanların carı ehtiyaclarını həll etmək işini planlaşdırmaqdan, uzunmüddətli inkişafı təmin etməkdən ibarətdir. Bu təhlildə kişi və uşaqların fövqəladə vəziyyətdə həyatlarında yaranmış kövrək məqamları aşkar etməyə və onların ağır şəraitdən xilas olmaları üçün imkanların müəyyənləşməsinə imkan verir. Bu zaman aşağıdakı kateqoriyalar nəzərdə tutulur.



Fiziki və maddi: məsələn, insanlara yaşamaq üçün lazım olan resurslar: torpaq, iqlim, sağlamlıq, vərdiş və texnologiyalar.

Sosial və təşkilatı: sosial əlaqələr, siyasi təşkilatlar, xidmət və ərzaq bölgüsü, sosial resurslar (təhsil, səhiyyə).

Psixologiya və yanaşma tərzi: insanların şəraitlə bağlı münasibətlərinin şərtlərindən kompleks inandırma, yanaşma tərzi, gözləmələr və ya asıllıqlar.
Lonqve tələbatlar ierarxiyası.

Bu üsul istənilən şəraitdə nəzərdə tutulan fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirməkdən ötrü tətbiq oluna bilər. Kişi və qadınların vəziyyəti aşagıdakı inkişaf indikatorlarına münasibətlə müəyyənləşdirir:



  1. resuslar üzərində nəzarət

  2. iştiraketmə və qərarların qəbul olunması

  3. kişi və qadınların bərabərliyi (haqlı tələbi)

  4. resurslara yiyələnmə imkanı.

Maddi rifah.

Bu movcud ardıcıllıq imkan verir ki, əldə edilmiş ugurları qiymətləndirək və görüləcək digər işləri müəyyənləşdirək.


Gender təhlili üçün matrisa.

Gender təhlili üçün matrisa iki məqsəd daşıyır.



  1. Yerlərdə gender fərqlərini müəyyənləşdirmək və təhlil etmək üçün lazım olan vasitələri təmin etmək.

  2. Kişi və qadınların inkişafı üzrə aparılan işin müxtəlif təsirini qiymətləndirmək.

Bu təhlil üsulu ənənəvi üsullardan fərqli olaraq cari vəziyyətin mütləq şəkildə qiymətləndirilməsini tələb etmir. Yəni bu üsul imkan verir ki, yerli əhali müəyyən layihə ilə bağlı öz fikirlərini olsun. Bu da zaman kecdikdə gender bərabərliyinin dəyişmə etimalının artmasına getirib çıxarır. Bu üsul üç təməl prinsipə əsaslanır:

  1. Həyatı araşdırılan insanlar gender təhlili ilə bağlı bütün biliklərə yiyələnmiş olurlar.

  2. Gender təhlili sakinlərin özləri tərəfindən aparılır, əks təqdirdə onun dəyişmə ehtimalı olmur.

  3. Təhlil yerli əhali tərəfindən uzun müddət ərzində bir neçə dəfə aparılır, yəni matris zaman ölçüsünə malik olur. Bununla da, tədqiqat öz foksunu alimlərin və ya sponsorların maraqlarından yerli icma üzvlərinin maraqlarına doğru dəyişir.

Mozer cədvəli.

Bu çədvəl qadınların üçqat vəzifəsi, strate və praktik gender tələbatları nəzərə alınmaqla tərtib edilir. Üçqat vəzifə dedikdə,



  1. Produktiv

  2. Reproduktiv ( uşaqı lətində gəzdirmək, dogmaq, tərbiyə etmək, xorək hazırlamaq, bazarlıq, ailə üzvinin sağlamlıq qayğına qalmaq və s.)

  3. Yerli icma – bura ictimai tədbirlər, mərasim və bayramlar ilə işin aparılması üzrə fəaliyyət nəzərdə tutulur. Məsələn, layihə planlaşdırılarkən uşaqların qayğısı ilə bağlı problemlər çətin ki, kişilər üçün prioritet təşkil etsin. Əslində belə bir tələbatın nəzərə alınması ümumilikdə həm qadınların, həm inkişaf proqramın xeyrinə olardı. Və yaxud təlabatın nəzərə alınmaması planlaşdırılmış müsbət nəticələrin elə başlanmamış məhvinə səbəb ola bilər.

Praktik tələbatlar qadınların həyat şəraiti və real iş yükü ilə əlaqədardır.

Strateji tələbatlar qadınların kişilərə tabe olduğunu təhlil edərkən üzə çıxır və qadınların vəziyyətini dəyişməklə əlaqədardır. Bu tələbatlar qərar qəbul etməkdə imkanları, əmək sahəsində ədalətsizliyin aradan qaldırılmasını, torpaq, bilik əldə etməni, kişilər tərəfindən qadınlara qarşı göstərilən zorakılığın ləğv edilməsi ilə bağlı ölçü götürülməsini, uşaqların tərbiyəsi məsələsində məsuliyyətin qadın və kişilər arasında bölüşdürməsini əhatə edir.


Yoxlama siyahıları.

İnkişaf layihələrinə müxtəlif nöqteyi-nəzərdən yanaşan bir sıra yoxlama siyahıları mövcudur. Harvard siyahısı, təbii fəlakətin nəticələrini aradan qaldırmaq və ya böhranlı vəziyyət anlarında yardım üzrə fəaliyyət siyahısı.

Nəticə olaraq deyə bilərik ki, gender təhlilləri aşağıda ki elementləri ehtiva edir;


  1. Qadınların ictimai həyatın bütün sahələrində verdikləri əsil töhvələrin aşkar edilməsi,

  2. Cinslər üzrə məlumatların toplanması,

  3. Əmək bölgüsündə gender problemlərinin mövcudluğunu etiraf edilməsi,

  4. Qadınların fikirlərinin qiymətləndirilməməsi probleminin etiraf edilməsi,

  5. İnkişafda qadınların paylarının etiraf edilməsi.

Gender təhlili kişi və qadın münasibətlərini müəyyən edən, proqram və layihələrin nəticəsinə təsir göstərən amillərin daimi uçotuna yanaşma tərzidir. Bütün bu vasitələrdən istifadə zamanı başlıca prinsip təkcə qadınların öz fikirlərini söyləyə bilmələrini təmin etmək deyil, həmçinin onların çətinliklərini, tələbatlarını öyrənmək, aşkar etmək, kişilərlə cəmiyyətdəki mövqelərinə uyğun olaraq şəxsi münasibətlərinin genişləndirilməsini təmin etməkdir. Bir sözlə gender təhlili icra, monitorinq və qiymətləndirmə mərhələlərində birləşdirilməlidir ki, qadınların tələb və tələbatlarının əks etdirən planlarda istənilən inkişaf fəaliyyətini dəyişdirmək mümkün olsun.


Səhiyyədə gender problemləri.
Səhiyyəyə və xüsusilədə reproduktiv səhiyyə münasibət bir cox ölkələrdə gender münasibətlərinin mühüm göstəricisi sayılır. Son dövrlərdə keçirilən beynəlxalq müzakirələr göstərir ki, reproduktiv hüquqların cinslər arasında bərabərliyin göstəricisi kimi dəyərləndirilməsi tendensiyası güclənməkdədir.

Azərbaycanda həyatın bir çox sahələrində olduğu kimi, səhiyyədə də köklü dəyişikliklər baş verir. Bazar iqtisadiyyatına, pullu tibbi xidmətə və tibbi sığorta keçid səhiyyənin təşkilində və səhiyyə problemlərinə yanaşmada köklü dəyişikliklər tələb edir. Əhali hələ də səhiyyəyə sovet dövrünün pulsuz tibbi xidmət prizmasından baxır.

Müstəqil Azərbaycanın Konstitusiyası cinsindən asılı olmayaraq, bütün vətəndaşların yaşamaq və səhiyyə xidmətlərindən yararlanmaq hüquqlarına təminat verir. “Əhalinin sağlamlığının qorunması haqqında” AR-nın Qanunu özəl və bələdiyyə tibb müəssisələrinin yaradılmasını nəzərdən tutmaqla yanaşı, bütün tibb müəssisələrinə ehtiyac olanlara hər cür pullu xidmət göstərmək hüququ verir. Qanunda ancaq doğumla bağlı səhiyyə xidmətlərinin pulsuz olduğu xüsusilə qeyd edilir. Qeyd etdik ki, Qanunvericilliyə əsasən, reproduktiv səhiyyə xidmətləri, ilk növbədə uşaq doğuşu ilə bağlı xidmətlər pulsuzdur, lakin respodentlərin 79,3 %-i belə hesab edir, ki “dövlət reproduktiv səhiyyə xidmətlərinin qiymətlərini adekvat şəkildə ödəmir”. Buda onu göstərir ki, rəsmi və ya qeyri-rəsmi olaraq, qinekoloji müalicə xidmətinin xərcləri ödənilir, doğumlarda daxil olmaqla, bütün reproduktiv səhiyyə xidmətlərindən ailə büdcəsi hesabına olur.

Araşdırma zamanı doğuma nəzarətin gender aspektlərinə də diqqət yetirilib. Beynəlxalq təcrübə göstərir ki, bu məsələnin həllində siyasi və mədəni fərqlər mövcuddur. Bir çox ölkələrdə növbəti uşagın olub-olmamasına kişi qərar verir- bu, patriarxal hakimiyyətdir. Azərbaycanda da bir qədər fərqli vəziyyət mövcuddur: növbəti uşağın olub-olmaması barədə qərar qəbulu məsələsində kişilər qadınları üstələyiblər.

Az uşaq istəyən ailələrdə bu və ya digər cinsdən olan uşağa üstünlük verilməsi xüsusilə nəzərə çarpır. Ailələrin oğlana üstünlük verilməsi bir çox cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da selektiv abortlara rəvac verir. Aparılan rəy sorguları zamanı iştirakçıların 45,2% belə bir praktikadan xəbərdar olduğunu bildirsə də, 54,8% bu barədə məlumatsızdır. Selektiv abortlardan xəbəri olanlar arasında ciddi gender fərqi var, kişilər arasında bu göstərici 27,6 % olsa da, qadınlar arasında bunda iki dəfədən də artıqdir -yəni 62,6% .

Erkən nigahlar, yetkinlik yaşına çatmayanların evləndirilməsi, qohum nigahı, qızlara qarşı zorakılıq, onların cinsi istismarı kimi sosial problemlər reproduktiv səhiyyənin qaranlıq tərəfidir.

Bu baxımdan ən zəif və diskriminasiyaya ən çox məruz qalan qruplar yoxsul konservativ ailələrin qızları, qaçqın və məcburi köçkün qızlar, eləcədə, əlil qızlardır.

AR-nın Dağlıq Qarabağ və ətraf regionlarındakı hərbi münaqişə insanlarda “dərin yaralar” açıb. Sorğu iştirakçılarının 90,8% müharibənin psixoloji təsirini “çox güclü”(75,3%) və “güclü”(15,5%) kimi qiymətləndirir, xüsusilə də, ona görə ki, münaqişə hələ başa şatmayıb.

Qeyd etmək lazımdır ki,vətəndaşlar sağlamlıqlarının vəziyyəti haqqında məlumat almaq hüququna malikdir.Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlarda daxil olmaqla sağlamlığının vəziyyəti barədə məlumat almaq hüququna malikdir.

Gender tədqiqatları.
İnsan doğulandan etibarən gender sisteminin təsir obyektinə çevrilir-uşağa cinsindən asılı olaraq müxtəlif rəngli pal-paltar, oyuncaqlar alınır. Tədqiqatlar göstərir ki,yeni doğulmuş oğlan uşağını daha çox yedizdirirlər. Qız uşaqları ilə isə daha çox danışırlar. Ailə tərbiyəsi prosesində,təhsil sistemində,ümumiyyətlə,mədəniyyət prosesində uşaqların inkişada olan şüuruna gender normaları yeridilir,müəyyən olunmuş davranış qaydaları formalaşdırılır,yəni “əsl kişi” kimdir, “əsl qadın” necə olmalıdır haqqında təsəvvür yaradılır.

Müasir elmdə sosial və mədəni proseslərdə,hadisələrin analizində gender yanaçmalarından geniş istifadə olunur. Gender yanaşmalarının bir neçə istiqaməti mövcuddur. Bugün sosial və humanitar elmlər tərəfindən qəbul olunmuş əsas gender nəzəriyyəsi genderin sosial təşkil olunması nəzəriyyəsidir. Genderin sosial təşkili nəzəriyyəsi iki potensiala əsaslanır.



  1. Gender-sosiologiya, əmək bölgüsü, gender rollar sistemi ailə və kütləvi informasiya vasitələrinin köməyi ilə yaradılır.

2) Gender həm də individlərin özləri vasitəsilə-onların şüur səviyyəsində (gender identifikasiyası) istifadə edir. Bu nəzəriyyə gender eyniyyəti, gender ideologiyası, gender rolları anlayışından geniş istifadə edir. Gender eyniyyəti: insanın öz mədəniyyəti, çərçivəsində mövcud olan “qadınlıq” və “kişilik” tərifini qəbul etməsidir.

Gender ideologiyasi: gender fərqləri və gender strasifikasiyasına sosial bəraət qazandıran ideyalar sistemidir. Gender differensiyası: qadın və kişilər arasındakı bioloji fərqlərin sosial mənada verilməsi və sosial təsnifat vasitəsi kimi tətbiq edilməsi prosesidir.

G.identik (eynilik)

G.disforiyası (eyniyyətin pozulması)
Gender identikliyi (eyniyyəti).
İnsanın kişi və qadın qrupuna mənsubiyyətini xarakterizə edən sosial eyniyyətin strukturudur. Bu zaman insanın özünü necə kateqorizə etməsi əhəmiyyətlidir. Eyniyyət anlayışı ilk dəfə E.Erikson tərəfindən müəyyənləşdirilib. Bu anlayış insanın zaman çərcivəsində öz varlığını dərk etməsini, mövcudluğunu, öz bütövlüyünü qavramasına şərait yaradır. İnsan nadir və təkrarsızlığını dərk edir və zamanla digər insanlarla bənzərlik dərəcəsini də müəyyənləşdirməyə çalışır. Gender eyniyyəti etnik,professional vətəndaş və digər strukturlarla yanaşı şəxsiyyətin sosial eyniyyəti strukturlarından biri kimi təsvir edilir. Oğlan və qızlarda eyniyyətin formalaşdırılması prosesinin analizinin ümümən qəbul etdiyi yanaşma-cins-rol sosializasiyası nəzəriyyəsidir. L.Kolberqin fikrincə,məktəbəqədər yaş dövründə gender stereotipləri formalaşdırılması uşağın ümumi intelektual inkişafından asılıdır. Məktəbəqədər yaşlı uşaq qadın və ya kişi olmaq haqqındakı təsəvvürləri mənimsəyir. Sonra özünün oğlan və ya qız olduğunu müəyyən edir. Bu zaman uşaq əvvəlvə öz cinsinə müvafiq davranış nümunələrini fərqləndirməyi daha sonra müvafiq qaydalara əməl etməyi öyrənir və nəhayət oyrəndiklərini öz “mən” obrazında birləşdirir. Gender eyniyyəti anlayışı cinsi rollar eyniyyəti anlayışından daha genişdir və seksual eyniyyət anlayışı ilə sinonim deyil.

Gender disforsiyası (gender eyniyyətinin pozulması). İnsanın öz qadın və kişi gender statusunu qəbul edə bilməməsi və kəskin narahatlıq vəziyyətidir. Gender disforsiyasının səbəbləri, zahiri təzahürü və müddəti müxtəlif ola bilər. Məs: oğlan və ya qızın fiziki siması ya da davranışı gender nomalara uyğun gəmədikdə bu hadisə çox vaxt gender uyuşmazlığı adlanır: insan gender sərhədlərini geyim formasını dəyişmədə (transvestizm) poza bilər. Gender disforsiyasının ən dərin forması transseksualizmdir. Bu zaman insan öz gender statusunu tamamilə qəbul etmir və müvafiq cərrahiyyə əməliyyatları və s. ilə onun dəyişdirilməsinə nail olur. Gender disforsiayası və homoseksualizmi fərqləndirmək lazımdır. Gender disforsiyası zamanı insanların böyük əksəriyyəti psixi cəhətdən normal olur. Homoseksuallarda isə ağır psixi pozuntular müşahidə olunur,bunun üçün də cinsiyyət dəyişdirmə əməliyyatlarındanəvvəl psixiatrik ekspertiza zəruridir. Transseksualların hüqüqları diqqət və sosial müdafiə tələb edir. Bu sahəni tənzim edən qanunvericilik kafayət qədər ziddiyyətlidir və demək olar ki, işləmir.

Gender statistikası.

Kişi və qadınların müxtəlif sferadakı vəziyyətinin statistikasıdır. Məs: ailə, təhsil, səhiyyə, insan hüquqları, siyasət və s. Qadınların bu və ya digər sahələrdə irəliləyişinin qiymətləndirilməsi yeni inkişafda olan sahədir. Bu da demoqrafik göstəricilərdən,sosial və iqdisadi amillərdən asılıdır. Qadınların vəziyyətinə dair IV Ümumdünya Konfransda (Pekin 1995) gender statistikasının gücləndirilməsi,onun qadın və kişilərin fəaliyyətinin müxtəlif sahələrinə inteqrasiyasına dair istiqamətlər müəyyən edilmişdir. 1996-cı ildən 1998-ci ilədək bəzi ölkələr “Qadınların vəziyyəti” və ya “Qadınlar və uşaqlar” adlı statik toplular nəşr etmişlər. BMT bütün dünya üzrə gender statistikasının toplanmasında və təhlilində unikal rol oynayır. BMT-nin statistik şöbələri “Dünya qadınları: tendensiya və statistika” ( 1991, 1995, 2000 ) hesabatında müxtəlif ölkələrdə qadınların kişilərə nisbətən uğurlarını dərk etməyə kömək edir. BMT-nin nəzdində regional prinsipə görə formalaşdırılmış bir sıra iqdisadi komissiyalar (İK) fəaliyyət göstərir. İK bütünlüklə Şimali Amerika,Avropa,Mərkəzi Asiya dövlətləri də daxil olmaqla MDB dövlətlərini də əhatə edir. İK-nın statistik şöbəsi “Avropa və Şimali Amerikada qadın və kişilər” hesabatını nəşr etdirir. 1999-cu ildən etibarən Azərbaycanda Dövlət Statistik Komitəsi tərəfindən “ Azərbaycan Respublikasında qadınlar və kişilər” adlı kitab da nəşr edilib.


Gender stereotipləri.

Qadın və kişilərin həyatda özlərini necə aparmalı olduqlarına dair cəmiyyətdə tərtib edilmiş,ümumiləşmiş təsəvvurlərdir. Tarixən cinsi fərqlərin qadın və kişi şəxsiyyət keyfiyyətlərinin fərqləndirilməsindən üstün hesab olunması əsasında formalaşmış gender münasibətləri modeli gender stereotiplərin meydana çıxmasına səbəb olmuşdur. Yunan filosofu Platon qadınların kişilərdən fərqləndirilməsini aşağıdakı kimi müəyyənləşdirmişdir: “öz təbiətinə görə həm qadın, həm də kişi istənilən işdə iştirak edə bilər,lakin qadınlar hər cəhətdən kişilərdən daha zəifdirlər.” Bir çox müəlliflər kişiləri təşəbbüskar,qadınları icraçı,digəri kişini fəal,qadını əzabkeş,kişini dinamik, qadını statuk (hərəkətsiz) kimi qiymətləndirmişlər. Qadın-kişi stereotipinə uyğyn olaraq aşağıdakı qarşıdurmaları ayırmaq olar:



  1. Məntiqilik-intuitivlik, mücərrədlik- konkretlik. Kişilik məntiqilik, qadınlıq isə intuitivliklə əlaqələndirilir. Kişi təfəkkürü mücərrədliyi, qadın təfəkkürü isə konkretliyi ilə səciyyələnir.

  2. İnstrumentallıq-ekspressivlik, şüurluluq-şüursuzluq. Qadın həssaslığının, empatiyasının, emosianal ekspressivliyinin onu instrumental müntəzəmlik, məqsədyönlülük və səriştəlilik keyfiyyətlərinə xas olan kişilərdən fərqləndirməsi haqqında stereotip fikir yaşadır. Belə hesab edirlər ki,bu keyfiyyətləri sayəsində qadınlar daha tez uyğunlaşan və xeyirxah, kişilər isə daha sərt və hökmrandırlar.

  3. Hökmranlır-tabeçilik. Fədakarlığı, səbri, itaətkarlığı, sədaqəti qadın keyfiyyətləri hesab edirlər. Kişiyə isə əks keyfiyyətlərə sahib olan kimi baxırlar.

  4. Nizamlıq-xaos

  5. Müstəqillik, fərdiyyət-yaxınlıq, kollektivçilik. Bu gender stereotipi ona əsaslanır ki, qadınlara məsələlərin həlli deyil ünsiyyət dairələrini təşkil edən insanların xoşbəxtliyini təqib etmək xüsusiyyəti xasdır. Kişilər isə bütün cəmiyyətlərdə müstəqil, avtoritar, mətanətli, hökmdar və dominant olurlar.

  6. “Mən” gücü - “ Mən zəifliyi”. Stereotip olaraq hesab olunur ki, qadın və kişi şəxsiyyəti güc təzahürünə görə fərqlənirlər. P.Florenski kişi əsaslarını şaquli xətlə,qadın əsaslarını üfüqi xətlə tutuşdurur.

  7. İmpulsivlik, aktivlik-sabitlik, passivlik. Aristotelin təsvirlərində güc, aktivlik, hərəkət, həyat kişi təbiətindən törəyir, qadın isə passiv verilir. Hippokrat bu doktrinanı bəyənərək zəif (qadın) və güclü (kişi) mənbələrə ayırır. Hegelə görə də passivlik qadınlara məxsusdur.

  8. Səbatsızlıq, etibarsızlıq, radikalizm- səbat, sədaqət, konservatizm. Bu yanaşmada isə qadınlar konservatik və sədaqətli, kişilər isə radikal və səbatsız göstərilir. Kişi və qadın anlayışları sosioloji mahiyyətini reallıqda mövcud olan kişi və qadın fərdləri üzərində aparılan müşahidələrdən götürür.


Sahibkarlıq.

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi,əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir.

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli hər bir vətəndaşı sahibkarlıq ilə məşğul ola bilər.

*hüquqi şəxs yaratmadan

*hüquqi şəxs yaradılmaqla

Fərdi sahibkarlıq-hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin şəxslərin mülkiyyətə əsaslanaraq risq və məhsuliyyəti öz boynuna götürməklə həyata keçirilir.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan şəxs qanunvericilikdə qadağan edilməyən istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bunun üçün şəxs yerli vergi orqanlarında qeydiyyatdan keçməli və qanunla müəyyən olunmuş həcmdə vergi ödəməlidir. Eyni zaman müəyyən fəaliyyət növləri ilə məşğul olmaq üçün şəxsin lisenziyası olmalıdır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeydiyyatdan öz ərizələrinə əsasən çıxa bilərlər. Lisenziya tələb olunan fəaliyyət növləri və onları verən icra orqanlarının siyahısı Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Hüquqi şəxs dövlət qeydiyyatından keçmiş ayrıca əmlaka malik olan, öz adından hüquqlar həyata keçirən və vəzifələr daşıyan bir qurumdur. Hüquqi şəxslər məqsədlərindən asılı olaraq kommersiya və qeyri-kommersiya hüquqi şəxslərə bölünür. Kommersiya hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir. Kommersiya hüquqi şəxslərin formaları:

*tam ortaqlıqlar

*kommandit ortaqlığı

*məhdud məsuliyyətli cəmiyyət

*səhmdar cəmiyyəti

*kooperativ

Komersiya hüquqi şəxslərdən fərqli olaraq, qeyri-kommersiya hüquqi şəxslərin məqsədi mənfəət götürmək deyil. Bu təşkilatlar sosial, xeyriyyə, mədəni, təhsil, elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən tərbiyyəsi və idmanin inkişafı,vətəndaşların mənəvi təlabatlarının ödənilmədi, insan hüquqlarının qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlərlə yaradılır.

Qadın sahibkarlığı-qadınların başçılıq etdikləri biznes deməkdir. Qadın sahibkarlığı problemi dünyada intensiv öyrənilir, xüsusən da iqdisadiyyatın inkişafı ilə əlaqədar. Qadın sahibkarlığına verilən dövlət dəstəyinin zəruri olması istiqamətində ABŞ-da Konqresin kiçik qadın biznesi haqqında AKT (1988) qəbul edildi. Sahibkarlıqda qadın və kişi liderliyinin spesifikasını şişirtmək lazım deyil. Qadın və kişilərin liderlik keyfiyyətləri ümumi mahiyyətə malikdir və cinsi fərqlərdən bilavasitə asılı deyil. Yaxşı sahibkarın cinsi yoxdur. Sahibkarların qarşılıqlı fəaliyyəti sübut edir ki, onların biznesdə uğur qazananları xüsusi şəxsi keyfiyyətlərlə fərqlənirlər.
Qadın və kariyera.

Müxtəlif dövlət və ictimai idarəetmə səviyyələrində qərarların hazırlanmasında və qəbul edilməsində qadınların iştirakı qadın liderliyidir. Dövlət gender və ya digər məcburi göstərişlərin köməyi ilə müəyyən edir. Qadın liderliyinin formaları: siyasi,iqdisadi,ictimaidir. Siyasi formaya qadınların dövlət hakimiyyətinin ali və yerli qanunverici və idarəedici orqanlarında aparıcı mövqe tutması,o cümlədən,qadın dövlət rəhbərləri, siyasi partiyaların, BMT və s. kimi beynəlxalq təşkilatların rəhbərliyində olması aid edilir. İqdisadi forma-qadınların iqdisadi məsələlərlə məşğul olan milli dövlət orqanlarında aparıcı mövqe tutması, idarə, müəssisə və təşkilatlarda rəhbər,yüksək idarəetmənişanına malik beynəlxalq və regional maliyyə müəssisələrində işçi olmasıdır. İctimai forma –qadınların vətəndaş cəmiyyəti sferalarında, QHT-nin ictimai hərəkatlarında KİV-də təmsil olunmasıdır. BMT-nin “Qadınların siyasi hüquqları haqqında” Konvensiya (1953) görə qadınlara kişilərlə bərabər şərtlərlə seçilə bilərlər. 1979-cu ildə BMT tərəfindən qəbul edilmiş “ Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiya bütüb dövlətlərin qarşısında qadınların kişilərlə bərabər şərtlərdə təmsil olunmasına nail olmaq,qadınların bərabər əmək haqqı imkanlarını təmin etmək öhdəliyi qoyur. Qadınların vəziyyətinə dair IV Ümumdünya Konfransının Fəaliyyət Platformasında ( Pekin 1995) göstərilir ki, qırarların hazırlanmasında qadın və kişilərin bərabərhüquqlu iştirakı deməkratiyanı möhkəmləndirir.


Gender və əmək.

Əmək bölgüsü anlayışı əmtəə istehsalına daxil olan vəzifələrin və qulluqların ayrılması və bu vəzifələrə bu və ya digər şəxslərin cəlb olunması ilə əlaqədardır. Texniki və sosial əmək bölgülərini fərqləndirmək lazımdır. Texniki əmək istehsal prosesində ixtisaslaşdırılmış vəzifələrə sosial əmək isə bütünlükdə cəmiyyətə aiddir. Hər bir cəmiyyət cinslər arasında vəzifə bölgüsünün müəyyən tipi ilə xarakterizə olunur.Cinslər arasında əmək bölgüsünü təşkil edən K.Levi-Stross belə nəticəyə gəlib ki, məsələ bioloji ixtisaslaşmada deyil, kişi və qadın arasında birliyin təmin olunmasındadır. Bu birlik elə şəkildə qurulmalıdır ki, minimum təsərrüfat vahidi, heç olmazsa, bir kişi və bir qadını əhatə etsin.



Əmək haqqında gender uyğunsuzluğu- yəni qadın və kişi əmək haqları arasındakı fərq. Əmək sahəsində diskriminasiya (ayrı-seçkilik) insanların cins, etnik, yaş, siyasi və dini seçimlər və digər mədəni fərqlər arasında uzumüddətli qeyri-bərabərliyidir. Bu, qeyri-bərabərlik məhsuldarlığına görə bərabər qrupların qeyri-bərabər mükafatlandırılmasında təzahür edir. Gender əmək sahəsində ən mühüm təşkiledici prinsipdir. Baxmayaraq ki, cins amilini yaş, sinfi,irq və etnik amillərdən ayırmaq çətindir, əmək sferasında cinsi əlamətlərə görə diskriminasiyanın dünyada daha geniş yayılmasını təsdiq etmək olar.
Gender və yoxsulluq.

Yoxsulluq- insanın və ya ailənin zəruri təlabatlarının onların ödənilməsi imkanlarını üstələdiyi vəziyyətidir. Zəruri təlabatların nə olduğu konkretləşdirmədiyi üçün bu tərif ümumi xarakter daşıyır. Bu mənada yoxsulluq mütləq (fiziki həyatın və sağlamlığın mühafizə edilməsi üçün zəruri vəsaitin çatışmaması) və nisbi (hər hansı cəmiyyətdə qəbul olunmuş həyat səviyyəsinin saxlanılması üçün lazım olan vəsaitin olmaması) və ölkə üçün hesablanmış orta gəlirin müəyyən olunmuş payından fərqli gəlir və ya xərclərin aşağı olması ola bilər. Mütləq yoxsulluq konsepsiyasının əsasında yaşamaq üçün zəruri olan minimum vəsait nəzərdə tutulurş İnsanın müəyyən ərazidə aktiv fiziki vəziyyətini saxlama şərtlərini təmin edən əsas maddi nemətlərin istehlakının strukturu və həcminin göstəricisidir. Yoxsul ev təsərrüfatı paylarının qiymətləndirilməsində üç yanaşma mövcuddur. Birinci-rəsmi(mütləq) yanaşma ev təsərrüfatının gündəlik və ya mədaxilin regional yanaşma minimum ilə qarşılaşdırılmasına əsaslanır. İkinci-subyektiv yanaşma, ailələrin yoxsul sayılıb-sayılmaması,orta təbəqəyə və ya yuxarı təbəqəyə aid olması haqqında təsəvvürlərə əsaslanır. Yoxsul yaşamamaq üçün ev təsərrüfatında ailəyə hansı vəsaitlərin lazım olduğu haqda təsəvvürlərlə ölçülür. Üçüncü- deprivasiya səviyyəsini nəzərə alan yanaşma ev təsərrüfatının, ailənin və ya şəxsiyyətin “məhrumiyyətləri”, daha doğrusu cəmiyyətdə qəbul olunmuş təlabat standartlarından sapması ilə ölçülür.

Azərbaycan Dövlət Statistika Komitəsi istər ev təsərrüfatının təftişindən nümunə götürülmüş materiallarda,istərsə də əhalinin gündəlik mədaxil və məxariclərin və ev təsərrüfatı sektorunun milli hesablar sistemilə balansında ev təsərrüfatının mədaxili ilə bağlı məlumatlar toplayır. Əhalinin inkişafına dair beynəlxalq sənədlərdə,məsələn, Pekin Fəaliyyət Platformasında (bax, Qadınların vəziyyətinə dair IV Ümumdünya Konfransı) Kopenhagen proqramında əhalinin inkişafının əsas məqsədlərindən biri kimi mütləq yoxsulluğun aradan qaldırılması və yoxsulluğun feminizasiyasına (yəni cəmiyyətdə qadınların kişilərə nisbətən daha az gəlirə malik olması) qarşı mübarizə təşkil edir. Vaxt büdcəsi də vəsaitlərin qadınlar və kişilər arasında bölgüsünə təsir göstərir.


Gender və mədəniyyət.

Genderin mədəni simvolu kimi qavranılması onunla əlaqədardır ki,insanın cinsi yalnız sosial deyil, həm də mədəni interpretasiyaya malikdir. Başqa sözlə,bioloji cinsin diffeensiasiyası mədəniyyətdə kişi və qadın mənşəli simvolika vasitəsilə təqdim edilib və möhkəmləndirilib.



Təhsildə gender problemləri.

Təhsil sosial institut(qurum) kimi sosiallaşmanın digər agentləri ilə birgə gender identikliyini və bununla əlaqədar, insanların malik olduğu şəxsi, vətəndaş və professional seçim imkanlarını müəyyən edir. Bu proses açıq və məqsədli olmasa da,təhsilmüəssisələri gender münasibətlərinin təsirli dərslərini nümayiş etdirir. “Gizli tədris planı” və ya gündəlikdə olan “gizli məsələ” çərçivəsində, birincisi iş yerində(məktəbdə) gender münasibətlərinin təsirli dərslərini nümayiş etdirir.Birincisi,müəllim peşəsinin gender stratifikasiyasına malik olması müəssisənin təşkilində özünü göstərir,ikincisi-fənlərin məzmunu, üçüncüsü-tədris üslubları. Bu cür tədris planı sosiallaşma prosesində gender stereotiplərini əks etdirir, həmçinin gender bərabərsizliyinin saxlanmasına kömək edir.



  1. Təhsil müəssisəsinin sosial quruluşu.

Təhsilmüəssisələri qadın və kişilərin qeyri-bərabər statusunu nümayiş etdirərək, bütövlükdə cəmiyyət və mədəniyyətə xas olan gender stratifikasiyasını əks etdirir. İbtidai və orta təhsil müəssisələrinin pedoqoji tərkibi 90% qadınlardan ibarətdir. Rəhbər işçiləri qadın olan təhsil müəssisələri gender identifikasiyasının çox vacib mənbəyini təşkil edir. Azərbaycanda da digər postsovet ölkələrində olduğu kimi,ali təhsil sistemlərində kişilər müəllimlərin ümumi sayının təxminən 2/3 hissəsini təşkil edir.

  1. Fənnlərin məzmunuş.

Dərsliklərdə və tədris materiallarda kişilər,bir qayda olaraq fəal qadınlar isə passiv, asılı insanlar kimi təsvir olunur. Kommunikasiya prosesləri. Tədris üslubları,tədris auditoriyasında münasibətlərin forması tələbələrin gender sosiallaşmasına güclü təsir göstərir. “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” konvensiyada deyilir: (bax III hissə, maddə 10). İştirakçı dövlətlər təhsil sahəsində qadınlarla kişilərə eyni hüquq prinsipləri əsasında,qadın hüquqlarının pozulması hallarını aradan qaldırmaq məqsədilə bütün müvafiq tədbirləri görür və aşağıdakılara təminat verirlər:

Bioloji və sosial cinslərin

fərlər sxemi
Bioloji cins Sosial cins

(dəyişə bilməz) (dəyişə bilər)

 


    1. Yalnız qadınlar doğa bilər 1. Qadınlar ənənəvi kişi işini kişilər

    2. Yalnız kişilər toxum (sperma) kimi yüksək səviyyədə yerinə

qoya bilər. yetirilə bilər.

2. Kişilər, qadınlar kimi, uşaqları

yaxşı tərbiyyə edə bilərlər.

Gender identikliyi (eyniyyəti)

İnsanın kişi və qadın qrupuna mənsubiyyətini xarakterizə edən sosial eynoyyətin strukturudur. Bu zamaan insanın özünü necə kateqorizə etməsi əhəmiyyətlidir. Eyniyyət anlayışı ilk dəfə E.Erikson tərəfindən müəyyən edilmişdir. Bu anlayış insanın zaman çərçivəsində öz varlığını dərk etməsini,müvcudluğunu,öz bütövlüyünü qorumasına şərait yaradır. İnsan nadir və təkrarsızlığını dərk edir və eyni zamanda digər insanlarla bənzərlik dərəcəsini də müəyyənləşdirməyə çalışır. Gender eyniyyəti etnik,professional,vətəndaş və digər strukturlarla yanaşı şəxsiyyətin sosial eyniyyəti strukturlarından biri kimi təsvir edilir. Oğlan və qızlarda eyniyyətin formalaşdırılması prosesininanalizinin ümumən qəbul etdiyi yanaşma- cins-rol sosializasiyası nəzəriyyəsidir. Kolberqin fikrincə,məktəbəqədər yaş dğvründə gender stereotiplərinin formalaşdırılması uşağın ümumi intellektual inkişafından asılıdır. Məktəbəqədər yaşlı uşaq qadın və ya kişi olmaq haqqındakı təsəvvürləri mənimsəyir,sonra özünün oğlan və ya qız olduğunu müəyyən edir. Bu zaman uşaq əvvəlcə öz cinsinə müvafiq davranış nümunələrini fərqləndirməyi,daha sonra müvafiq qaydalara əməl etməyi öyrənir və nəhayət öyrəndiklərini öz “mən” obrazında birləşdirir. Gender eyniyyəti anlayışı cinsi rollar eyniyyəti anlayışından daha genişdir və seksual eyniyyət anlayışı ilə sinonim deyil.

Gender disforsiyası (gender eyniyyətinin pozulması) İnsanın öz qadın və kişi gender statusunu qəbul edə bilməməsi və kəskin narahatlıq vəziyyətidir. Gender disforsiyasının səbəbləri,zahiri təzahürü və müddəti müxtəif ola bilər. Məs6 oğlan və ya qızın fiziki siması,ya da davranışı gender normalara uyğun gəlmədikdə,bu hadisə çox vaxt gender uyuşmazlığı adlanır: insan gender sərhədlərini gender formasını dəyişmədə (transvestizm) poza bilər. Gender disforsiyasının ən dərin forması transseksualizmdir. Bu zaman insan öz gender statusunu tamamilə qəbul etmir və müvafiq cərrahiyyə əməliyyatları və sş ilə onun dəyişdirilməsinə nail olur. Gender disforsiyası zamanı insanların böyük əksəriyyəti psixi cəhətdən normal olur. Homoseksuallarda isə ağır psixi pozuntular müşayiət olunur,bunun üçün də cinsiyyət dəyişdirmə əməliyyatından əvvəl psixiatrik ekspertiza zəruridir. Transseksualların hüquqları diqqət və sosial müdafiə tələb edir. Bu sahəni tənzim edən qanunvericilik kifayət qədər ziddiyyətlidir və demək olar ki,işləmir.

Gender stereotipləri

Qadın və kişilərin həyatda özlərini necə aparmalarına dair cəmiyyətdə tərtib edilmiş,ümumiləşmiş təsəvvürlərdir. Tarixən cinsi fərqlərin qadın və kişi şəxsiyyət keyfiyyətlərinin fərqləndirilməsindən üstün hesab olunması əsasında formalaşmış gender münasibətləri modeli gender stereotiplərinin meydana çıxmasına səbəb olmuşdur. Yunan filosofu Platon qadınların kişilərdən fərqləndirilməsini aşağıdakı kimi müəyyənləşdirmişdir: “ öz təbiətinə görə həm qadın,həm da kişi istənilən işdə iştirak edə bilər,lakinqadınlar hər cəhətdən kişilərdən daha zəifdirlər.” Bir şox müəlliflər kişiləri təşəbbüskar,qadınları icraçı,digəri kişini fəal,qadını əzabkeş,kişini dinamik,qadını statik (hərəkətsiz) kimi qiymətləndirmişlər. Qadin-kişi stereotipinə uyğun olaraq aşağıdakı qarşıdurmaları ayırmaq olar:



  1. Məntiqilik-intuitivlik,mücərrədlik-konktretlik. Kişilik məntiqilik,qadınlıq isə intuitivliklə əlaqələndirilir. Kişi təfəkkürü mücərrədliyi,qadın təfəkkürü isə konkretliyi ilə səciyyələnir.

  2. İnstrumentallıq-ekspressivlik,şüurluluq-şüursuzluq.Qadın həssaslığının,empatiyasının,emosianal ekspressivliyinin onu instrumental müntzəmlik,məqsədyönlülük və səriştəlilik keyfiyyətlərinə xas olan kişilərdən fərqləndirməsi haqqında stereotip fikir yaşadır. Belə hesab edirlər ki,bu keyfiyyətləri sayəsində qadınlar daha tez uyğunlaşan və xeyirxah,kişilər isə daha sərt və hökmrandırlar.

  3. Hökmranlıq-tabeçilik. Fədakarlığı,səbri,itaətkarlığı,sədaqəti qadın keyfiyyətləri hesab edirlər. Kişiyə isə əks keyfiyyətlərə sahib olan kimi baxırlar.

  4. Nizamlıq-xaos.

  5. Müstəqillik,fərdiyyət-yaxınlıq,kollektivçilik. Bu gender stereotipi ona əsaslanır ki, qadınlara məsələlərin həlli deyil,ünsiyyət dairələrini təşkil edən insanların xoşbəxtliyini təqib etmək xüsusiyyəti xasdır.Kişilər isə bütün cəmiyyətlərdə müstəqil,avtoritar,mətanıtli,hökmdar vı dominantdırlar.

  6. “Mən” gücü- “mən” zəifliyi. Stereotip olaraq hesab olunur ki, qadın və kişi şəxsiyyəti güc təzahürünə görə fərqlənirlər. P.Florenski kişi əsaslarını şaquli xətlə,qadın əsaslarını üfüqi xətlə tutuşdurur.

  7. İmpulsivlik,aktivlik-sabitlik,passivlik. Aristotelin təsvirlərində güc,aktivlik,hərəkət həyat kişi təbiətindən törəyir,qadın isə passiv verilir. Hippokrat bu doktrinanı bəyənərək zəif (qadın) ə güclü(kişi) mənbələrə ayırır. Hegelə görə də passivlik qadınlara məxsusdur.

  8. Səbatsızlıqetibarsızlıq,radikalizm-səbat,sədaqət,konservatizm. Bu yanaşmada isə qadınlar konservatik və sədaqətli,kişilər isə radikal və səbrsiz göstərilir.

Kişi və qadın anlayışları sosioloji mahiyyətini reallıqda mövcud olan kişi və qadın fərdləri üzərində aparılan müşahidələrdən götürür.


Gender statistikası

Kişi və qadınların müxtəlif sferadakı vəziyyətinin statistikasıdır. Məs:ailə,təhsil,səhiyyə,insan hüquqları,siyasət və s. Qadinların bu və ya digər sahələrdə irəliləyişinin qiymətləndirilməsi yeni inkişafda olan sahədir. Bu da demoqrafik göstəricilərdən,sosial və iqdisadi amillərdən asılıdır. Qadınların vəziyyətinə dair IV Ümumdünya Konfransında (Pekin 1995) gender statistikasının gücləndirilməsi,onun qadın və kişilərin fəaliyyətinin müxtəlif sahələrinə inteqrasiyasına dair istiqamətlər müəyyən edilmişdir. 1996-cı ildən 1998-ci ilədək bəzi ölkələr “ Qadınların vəziyyəti” və ya “ Qadınlar və uşaqlar”adlı statistik toplular nəşr etmişlər. BMT bütün dünya üzrə gender statistikasının toplanmasında və təhlilində unikal rol oynayır. BMT-nin statisyik şöbələri “Dünya qadınları:tendensiya və statistika” (1991, 1995, 2000) hesabatında müxtəlif ölkələrdə qadınların kişilərə nisbətən uğurlarını dərk etməyə kömək edir. BMT-nin nəzdində regional prinsipə görə formalaşdırılmış bir sıra iqdisadi komissiyalar (İK) fəaliyyət göstərir. İK bütünlüklə Şimali Amerika,Avropa,Mərkəzi Asiya dövlətləri də daxil olmaqla MDB dövlətlərini də əhatə edir. İK-nın statistik şöbəsi “Avropa və şimali Amerikada qadın və kişilər” hesabatını nəşr etdirir. 1999-cu ildən etibarən Azərbaycanda Dövlət Statistik Komitəsi tərəfindən “ Azərbaycan Respublikasında qadınlar və kişilər” adlı kitab da nəşr edilib.




Sahibkarlıq

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi,əsas məqsədi əmlak istifadəsindən,əmtəə satışından,işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməli olan fəaliyyətdir.

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli hər bir vətəndaşı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

* hüquqi şəxs yaratmadan (fərdi sahibkarlıq);

* hüquqi şəxs yaradılmaqla.

Fərdi sahibkarlıq-hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə yaratdıqları sahibkarlıq fəaliyyətinin bir növüdür. Bu növ fəaliyyət həmin şəxslərin mülkiyyətə əsaslanaraq risq və məhsuliyyəti öz boynuna götürməklə həyata keçirilir.

Hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan şəxs qanunvericilikdə qadağan edilməyən istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bunun üçün şəxs yerli vergi orqanlarında qeydiyyatdan keçməli və qanunla müəyyən olunmuş həcmdə vergi ödəməlidir. Eyni zamanda müəyyən fəaliyyət növləri ilə məşğul olmaq üçün şəxsin lisenziyası olmalıdır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qeydiyyatdan öz ərizələrinə əsasən çıxa bilərlər. Lisenziya tələb olunan fəaliyyət növləri və onları verən icra orqanlarının siyahısı Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir.

Hüquqi şəxs dövlət qeydiyyatından keçmiş ayrıca əmlaka malik olan,öz adından hüquqlar həyata keçirən və vəzifələr daşıyan bir qurumdur. Hüquqi şəxslər məqsədlərindən asılı olaraq kommersiya və qeyri-kommersiya hüquqi şəxslərə bölünür. Kommersiya hüquqi şəxslərin fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir. Kommersiya hüquqi şəxslərin formaları:

* tam ortaqlıqlar;

* kommandit ortaqlığı;

* məhdud məhsuliyyətli cəmiyyət;

* səhmdar cəmiyyəti;

* kooperativ.

Kommersiya hüquqi şəxslərdən fərqli olaraq, qeyri-kommersiya hüquqi şəxslərin məqsədi mənfəət götürmək deyil. Bu təşkilatlar sosial, xeyriyyə,mədəni,təhsil,elm və idarəetmə sahələrində müəyyən məqsədlərə nail olmaq, bədən tərbiyəsi və idmanın inkişafı,vətəndaşların mənəvi təlabatlarının ödənilməsi,insan hüquqlarının qorunması və ictimai mənafelərə yönəlmiş digər məqsədlərlə yaradılır.

Qadin sahibkarlığı-qadınların başçılıq erdikləri biznes deməkdir.Qadın sahibkarlığı problemi dünyada intensiv öyrənilir,xüsusən də iqdisadiyyatın inkişafı ilə əlaqədar. Qadın sahibkarlığına verilən dövlət dəstəyinin zəruri olması istiqamətində ABŞ-da Konqresin kiçik qadın biznesi haqqında AKT (1988) qəbul edildi. Sahibkarlıqda qadın və kişi liderliyinin spesifikasını şişirtmək lazım deyil. Qadın və kişilərin liderlik keyfiyyətləri ümumi mahiyyətə malikdir və cinsi fərqlərdən bilavasitə asılı deyil. Yaxşı sahibkarın cinsi yoxdur. Sahibkarların qarşılıqlı fəaliyyəti sübut edir ki,onların biznesdə uğur qazananları xüsusi şəxsi keyfiyyətlərlə fərqlənirlər.






19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət