Ana səhifə

Epilepsiyanın fokal formasında istifadə olunan dərman maddələrinin farmakologiysı


Yüklə 14.9 Kb.
tarix03.05.2016
ölçüsü14.9 Kb.
Epilepsiyanın fokal formasında istifadə olunan dərman maddələrinin farmakologiysı
Lokal (parsial) epilepsiya formaları fərqli əlamətlərlə keçsə də, müşa­hidə olunan dəyişikliklərin əsasını, hərəki pozğunluqlar və ya psixo- motor tutmalar təşkil edir. Parsial epilepsiyalar zamanı farmakoloji müalicə vasitəsi kimi, əsasən, fenobarbital, fenitoin, karbamazepin, lamotrijin və valproat turşusundan istifadə olunur.

Fenobarbital subhipnotik dozalarda təyin olunur. Müalicə kursu yetkin şəxslərdə, adətən, preparatın gündə iki dəfə hər dəfə 50 mq dozada təyinilə başlanır. Lazım gələrsə istifadə dozası tədricən artırıl­maqla, sutkada 600 mq-a qədər qaldınla bilər. Epüepsiya xəstəliyinin müalicəsində fenobarbital ilk dəfə XX əsrin əvvəllərində (1912-ci ildə) tətbiq olunsa da, son illərə qədər o öz praktik əhəmiyyətini itirməmiş və bu gün də ən effektiv epilepsiyaəleyhinə dərman maddələrindən biri hesab olunur. Preparatın təyini ”epileptogen ocaq” sahəsi neyronlannm oyanıqhğını aşağı salır, patoloji impulslarm ötürülməsinin qarşısım alır. Nəticədə epüepsiyaəleyhinə təsir meydana çıxır. Müasir təsəvvürlərə, görə, fenobarbital və bu qrupdan olan digər preparatların epilepsiya­əleyhinə təsir mexanizmi onların QAYT-mimetik təsiri, habelə oyan- dıncı aminturşulara (qlutamat və aspartat) qarşı antaqonizm göstər­mək xüsusiyyətilə izah olunur. Epilepsiya xəstəliyi zamanı fenobarbi­tal, adətən, uzunmüddətli (bəzən illərlə) təyin olunur. Unutmaq olmaz ki, preparatın qəbulu tədricən dayandırılmalıdır. Əks halda, yəni prepa­ratın qəbulunun birdən kəsilməsi, nəinki epileptik tutmaların təzədən meydana çıxmasına, hətta, epileptik status halının baş verməsinə səbəb ola bilər (barbitur turşusu törəmələri qrupunun benzonal, benzamil, primidon, mefobarbital və barbeksalon kimi nümayəndələri də farma­koloji xüsusiyyətlərinə görə fenobarbitala uyğun preparatlar hesab olunur).

Digər preparat- fenitoin epilepsiyaəleyhinə dərman maddəsi kimi praktik istifadəyə 1938-ci ildə Merritt və Putnam tərəfindən tövsiyə olunmuşdur. Preparatın qıcolmaəleyhino təsir mexanizmi onun sinir hüceyrələrindən Na* ionlarını çıxarması ilə izah olunur (repolyaritik effekt törədir). Nəticədə neyronların oyanıqlığı aşağı düşür və patoloji impulsların sinir liflərilə Ötürülməsi prosesi ləngiyir. Bundan başqa, fenobarbital kimi fenitoin də QAYT-mimetik təsirə malikdir. Çox güman ki, preparatın epilepsiyaəleyhinə təsir effektinin meydana çıxma­sında onun QAYT-aqonist xüsusiyyətləri də əhəmiyyətli rol oynayır. Fenobarbitaldan fərqli olaraq sakitləşdirici və yuxugətirici təsiri yoxdur. Fenitoin həzm traktından yaxşı sorulur. Onun parçalanma məhsulları, əsasən, böyrəklər vasitəsilə orqanizmdən xaric olur. Preparatın kumul- yativ və teratogen təsirləri, eləcə də qaraciyər mikrosomal fermentlərinin (CYP1A2, CYP2C9, CYP3A4) induksiyasım törətmək xüsusiyyəti vardır. Uzunmüddətli qəbulda hirsutizm (tüklənmə) halı törədə bilir. Fenitoinin təyini zamanı, həmçinin, öyümə, qusma, başgicəllənmə, atak- siya, tremor, nistaqm, diplopiya, D vitamin çatışmazlığı və hiperplastik gingivit kimi əlavə effektlər baş verə bilər (fosfenitoin məhlulu fenitoinin həll olan dərman formasıdır; ondan epileptik status və ya fenitoinin digər venadaxili inyeksiyasına zərurət yarandığı hallarda istifadə olunur).

Epileptik tutmaların bu formasında ən geniş istifadə olunan dərman maddələrindən biri də karbamazepindir. O, kimyəvi quruluşca dibenzazepin törəməsidir. Digər epilepsiyaəleyhinə maddələrdən fərqli və üstün cəhəti ondan ibarətdir ki, o təkrari qəbulda depressiv hal törətmir, əksinə preparatın epilepsiyaəleyhinə təsiri, əhval-ruhiyyənin yaxşılaşması ilə müşahidə olunan müsbət psixotrop effektin fonunda baş verir. Bu cəhətinə görədir ki, pediatriya praktikasında, uşaq orqanizminin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, əksər hallarda üstünlüyü bu preparata verirlər. Preparatın leykopeniya və trombosito- peniya törətmək kimi arzuolunmaz mənfi əlavə effektləri vardır.

Okskarbamazepin karbamazepinin 11-keto törəməsidir. Qaraciyərdə oksidləşmə yolu ilə biotransformasiyaya uğramadığına görə, P4S0 sitoxrom fermentləri sisteminin (bir tipindən başqa) induksiyasım törətmir. Odur ki, digər epilepsiyaəleyhinə maddələrlə, eləcə də karba­mazepinin əlaqəyə girdiyi dərmanlarla qarşılıqlı təsirə girmir. Qaraci­yərdə parçalandıqda aktiv metabolitə- 10,ll-dihidro-10-hidroksikarba- mazepinə çevrilir və böyrəklər vasitəsilə orqanizmdən xaric olur. Prepa­ratın antiepileptik və antimanik təsir gücü karbamazepinin təsirinə bəra­bərdir. Parsial epilepsiyada, eləcə də karbamazepinin istifadə olunduğu bütün digər epilepsiya formalarında ondan da istifadə olunur. Əlavə effektləri karbamazepinin effektlərinə bənzəyir. Ondan fərqli olaraq hiponatriemiya törətmə potensialı daha yüksəkdir.

Lamotrijin kimyəvi quruluşuna görə feniltriazin törəməsidir. Prepa­ratın epilepsiyaəleyhinə təsirini onun oyandıncı aminturşu mediatorları ifrazımn presinaptik ləngiməsini törətməsi və natrium kanallarını blokada etməsilə əlaqələndirirlər. Orqanizmdə metabolizmə uğrayaraq qlyukuronidlərə çevrilir. Bu maddələr də, əsasən, böyrəklər vasitəsilə xaric olur. Ataksiya, diplopiya, öyümə, qusma, başgicəllənmə və s. kimi arzuolunmaz əlavə effektlər törədə bilir.

Valproy turşusu (depakin) təkcə parsial epilepsiyalar zamanı deyil, epileptik status hab istisna olunmaqla, epilepsiyamn bütün digər növlərində də effektlidir. Bu preparatın epilepsiyaəleyhinə təsiri, onun QAYT-mimetik xüsusiyyətlərilə əlaqədardır. Valproy turşusunun bizim tərəfimizdən aparılan neyrokimyəvi tədqiqi göstərdi ki, o baş beyində tormozlayıcı media tor olan QAYT-m total miqdarım artırmır. Lakin müvafiq analizatorlann (bikukullin, tiosemikarbazid və s.) təyini fo­nunda apardığımız neyrofarmakoloji tədqiqatlar sübut etdi ki, depakin mediatorun total miqdarım artırmasa da, ümumilikdə, QAYT sistemin fəallığım yüksəltməklə, neyrotransmitterin baş beyinin funksional aktiv nöqtələrindəki miqdanm çoxaldır. Valproy turşusu, həmçinin, digər aminturşu mediatorlannm (qlutamat, aspartat, qlisin, taurin) metabo- Hyminda də dəyişikliklər törədir. Şübhəsiz ki, preparatın epilepsiya­əleyhinə təsirində onun QAYT sisteminə təsiri dominant olmaqla, digər aminturşu mediatorlan sistemində törətdiyi dəyişikliklər də əhəmiyyətli rol oynayır.

Parsial epilepsiya zamanı bəzi hallarda qabapentin, tiaqabin, viqabatrin və levetirasetam kimi preparatlardan da istifadə olunur.

Qabapentin, tiaqabin və viqabatrinin effektivliyi onlann QAYT sistemə göstərdikləri təsirlə əlaqədardır. Qabapentin bu sıranın digər nümayəndələrindən fərqli olaraq, anksiolitik və ağrıkəsici təsir xüsusiy­yətlərinə də malikdir. Onun epilepsiyaəleyhinə təsiri QAYT-m analoqu olması ilə əlaqədardır.

Tiaqabin QAYT-m intraneyronal udulmasım blokada etməklə, onun sinaptik boşluqdakı miqdanm artırır, tormozlayıcı təsirini qüvvətlən­dirir və təsir müddətini uzadır. Başgicəllənmə, əsəbilik, depressiya və yuxululuq kimi əlavə effektlər törədə bilir.



Viqabatrinin təsir mexanizmi QAYT-transaminaza fermentini gen- dönməz blokada etməsilə əlaqələndirilir. Bu fermentin blokadası QAYT-m parçalanması prosesinin qarşısım alır və onun tormozlayıcı təsirlərim gücləndirir. Preparat mədə-bağırsaq traktmdan yaxşı sorulur, orqanizmdə yamnparçalanma müddəti 6-8 saatdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət