Ana səhifə

Ekrem Hesenov Müğənilərə verdiyimiz dəyərdən elm əhlinə də verək


Yüklə 7.68 Kb.
tarix06.05.2016
ölçüsü7.68 Kb.
Ekrem Hesenov

Müğənilərə verdiyimiz dəyərdən elm əhlinə də verək

Bu gün saat 10:00 – da Azərbaycan radiosunda təxminən belə bir mövzu açmışdılar ki, bu gün bizim gənclərimizdə milli mahnılara, musiqilərə maraq çox azdır. Əsasən gənclərimiz xarici mahnılara üstünlük verirlər. Bir neçə milli mahnılarımızın həvəskarı olan gəncləri də verlişə dəvət etmişdilər.

Maraqlı burasıdır ki, diqqətlə nəzər saldıqda görürük ki, bu gün ictimaiyyətdə musiqiyə, mahnıya çox yüksək qiymət verilir. Başqa gənclərdən fərqli olaraq mən düşünürəm ki, bizim bu cür milli mahnılara, müğənnilərə verilən qiymətin ən çoxu elmimizə, alimlərimizə verilməlidir. Nəyə görə televizor kanallarında, radio dalğalarında yalnız müğənnilərə, musiqiçilərə, təlxəklərə söz verilir, onlar cəmiyyətin aparıcı qüvvəsi kimi təqdim olunur? Bizlər də oturub bu vəziyyətdə onlardan danışır və onların şəxsi və günahlarla dolu həyatlarından dəm vururuq. Amma elmə, elm əhlinə, alimlərə belə üstünlüklər verilmir. Sizcə bu vəziyyətdə bizlər və bizdən sonra gələcək nəsillər hara doğru gedirik? Qərbə doğru deyə bilərsiz, keçid dövrü deyə bilərsiz, inteqrasiya deyə bilərsiz, amma bütün bu sözlər yalnız özümüzü aldatmaqdır. Axı əxlaqdan, dindən, imandan, mənəviyyatdan uzaq bu insanları nəyə görə bu qədər şişirdirik? Nəyə görə onlardan yazırıq, onlardan danışırıq, onları bizə kim seçib ki, bizə dərs desinlər və ağalıq etsinlər. Onlar, cəmiyyətə, Azərbaycanın problemlərinə hansı töhfəni verirlər. Əksinə qadağan olunan günlərdə də öz ürəkbulandırıcı, çirkin hərəkətlərini davam etdirilər. Məsələn, bu yaxınlarda baş vermiş hadisəni hamınız bilirsiniz ki, 26 Fevral Xocalı soyqırımı günü bizim bu dırnaqarası dərs deyənlərimiz hansısa bir xarici ölkədə şənlənib mahnı oxumuşlar. Biz bunlardanmı ibrət almalıyıq? Onlar axı bizə nə verir ki, biz onları atribut kimi qəbul edirik. Məgər, bir az vicdan əzabı hiss etmirikmi? Ətrafa, təbiətə baxıb, hər gün torpağa tapşırdığımız insanlara, yaxınlarımıza baxıb ibrət almırıqmi? Yoxsa Allah təalanın kitabında bizə buyurduğu insanlardanıqmı biz? Allah təala buyurur ki, “Onları doğru yola səsləsəniz (dəvət etsəniz) eşitməzlər. Görərsən ki, sənə baxırlar, görmürlər” (əl-Əraf surəsi, 197-ci ayə). Allah təalanın belə ayələri çoxdur. Amma ibrət alan varmı?

Əziz və mehriban bacı qardaşlarımız! Allahı çox-çox yada salın. Siz bir neçə il bundan əvvəl yox idiniz. Allah təala sizi yaratdı. Sizi böyüdüb bu vəziyyətinizə gətirdi. Sonra sizi öldürəcək və Qiyamət günü yenə dirildəcək. Belə olduğu halda və bunu bilə-bilə niyə elmə və elm əhlinə qiymət vermirik. Sual verə bilərsiniz ki, hansı elm əhlinə? Məgər siz yer üzərində günahsız bir qul axtarırsınız? Xeyr, bu mümkün deyil. Hər bir insanın müəyyən qədər günahı vardır. Amma müğənnilərin günahı çox-çoxdur. Alimin günahı isə o vaxt çox olur ki, o elmi ilə əməl etməsin. Bunun üçün isə biz elmə və alimlərə hər şeyin üstündə qiymət verməliyik ki, alimlərimiz onlara olunan hörməti və izzəti bilsinlər ki, ürəklərində elmə olan həvəs güclənsin. Cəmiyyətimiz bəşər sivilzasiyasının ən yüksək mövqeyində dursunlar.



Mən çox suallar verdim. Əgər sizdə düşünən bir qəlb varsa və qəlb gözünüz kor deyilsə mənim bu yazıma fikir və rəylərinizi yazın. Allah xalqımıza hidayət bəxş etsin. Amin!


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət