Ana səhifə

Diplom işi Mövzu: “” Kurs : IV qrup: 168


Yüklə 200.12 Kb.
səhifə1/3
tarix07.05.2016
ölçüsü200.12 Kb.
  1   2   3
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN UNİVERSİTETİ


Kafedra: Iqtisadiyyat

Fakultə: İqtisadiyyat və idarəetmə

İxtisas: İqtisadiyyatın hüquqi tənzimlənməsi



Diplom işi

Mövzu: “”
Kurs : IV

Qrup: 168

Tələbə: Əliyeva Mehriban İlqar Qızı

Elmi rəhbər: Eldar Qəhrəmanov

Kafedra müdiri:


BAKI - 2010

Valyutanın Tənzimlənməsi

Plan

Giriş...............................................................



Fəsil 1 Valyuta tənzimlənməsinin nəzəri əsasları


    1. Beynəlxalq valyuta sistemləri ( Genuya, Paris, Bretton-Vuds, Yamayka sistemləri, Avropa Valyuta Sistemi (regional) ).....................................

    2. Valyuta məzənnəsi və ona təsir edən amillər.............................................

    3. Valyuta kurslarının tənzimlənməsinin Qərb nəzəriyyələri.....................................

Fəsil 2 Azərbaycan Valyuta bazarının tənzimlənməsi

2.1 Azərrbaycan Respublikasının valyuta və pul kredit siyasəti...................................................

2.2 Azərbaycanın valyuta bazarına təzyiq amilləri.................

2.3 Müasir qlobal maliyyə böhranı, əlamətləri və Azərbaycan özəllikləri...........................................................................

NƏTİCƏ

Ədəbiyyat siyahısı
Giriş
Bu gün azad kapital axını milli və regional iqtisadi həyatda əsas rol oynayır. İnkişaf etmiş dünyanın beynəlxalq maliyyə və kapital bazarı ilə bağlı manevr etməsi üçün üzən valyuta məzənnələrindən yaxa qurtarmasına baxmayaraq, valyuta məzənnə siyasəti bu bazarla əlaqəni saxlayır. Biz valyuta məzənnə siyasətinin istiqamətlərinə və funksiyalarına yeni bir aspektdə yanaşmalıyıq. Valyuta məzənnələri milli siyasətlərin əsas punktudur. Müasir pul iqtisadiyyatında heç kəs gündəlik artan-azalan maliyyə ölçülərindən təcrübələnməyə bilməz, əhali hər gün məzənnəyə fikir verir və gələcəkdə baş verə biləcək neqativ halların qarşısını almaq üçün əvvəlcədən tədbir görür.

Ölkənin maliyyə ehtiyatlarının qanunvericilik əsasında səfərbərliyə alınması, onların bölüşdürülməsi və istifadə edilməsi ilə əlaqədar olaraq dövlətin həyata keçirdiyi tədbirlərə maliyyə siyasəti deyilir.Bu siyasətin istiqamətləri ölkənin iqtisadi vəziyyətindən, həll olunan sosial-iqtisadi problemlərdən asılıdır.İqtisadiyyat böhranlı vəziyyətdə olduqda, dövlətin yeritdiyi maliyyə siyasəti bir tərəfdən, istehsalın azalmağa doğru meyl etməsinin qarşısının alınmasına və onun stimullaşmasına (məsələn, istehsalçılar üçün güzəştlərin edilməsi), digər tərəfdən isə sosial proqramların həyata keçirilməsinin dayandırılması və ölkənin müdafiəsinin təşkili ilə əlaqədar xərclərin azaldılmasına yönəldilən tədbirlərlə müəyyən edilir.Buna uyğun olaraq, cəmiyyət bir keyfiyyət halından başqa bir keyfiyyət halına keçdikdə dövlətin maliyyə siyasətinin istiqamətləri də dəyişir. Həm də qeyd etmək lazımdır ki, proqnozları və tövsiyələri işləyib hazırlayarkən ölkədəki mövcud iqtisadi durumu arzu olundugu kimi yox, əsl həqiqətdə oldugu kimi, tənqidi qiymətləndirmək lazımdır.Bu ona görə vacibdir ki, milli iqtisadiyyatın tənzimlənməsində məsələn, dövlətin sosial - təminat proqramının həyata keçirilməsi, gəlirlərin orta səviyyəsinin gözlənilməsi, səhiyyənin, təhsilin və s. maliyyələşdirilməsi və ya subsidiyaların verilməsi - dövlət məhz maliyyə siyasəti vasitəsilə iştirak edir.Dövlət həyata keçirilən maliyyə siyasətinin başlıca subyektidir. O, perspektiv üçün maliyyənin inkişafının əsas istiqamətlərinin strategiyasını, qarşıdakı dövrə dəaliyyət taktikasını,iqtisadi məsələlərə nail olmağın vasitə və yollarını müəyyən edir.

Maliyyə siyasəti təkcə regional deyil, həm də beynəlxalq sferanı əhatə etməlidir. Ölkədəki sabit iqtisadi inkişaf ( aşağı dərəcəli inflyasiya, elastik valyuta, real % dərəcələri və s.) maliyyə siyasətinin beynəlxalq maliyyədə yerini və rolunu müəyyənləşdirir. Bunun üçün önəmlidir ki, ölkədə düzgün valyuta siyasəti həyata keçirilsin. Valyuta siyasəti iqtisadi siyasətin mühüm tərkib hissəsidir və onun çoxtərəfli məqsədlərinin yerinə yetirilməsinə,yəni dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə,işsizlik və inflyasiyanın artımının dayandırılmasına,ödəniş balansı müvazinətinin dəstəklənməsinə yönəldilir.Valyuta siyasətinin əsasən bu formalarda həyata keçirilir: diskont, deviz siyasəti və onun növləri olanIvalyuta intervensiyası, valyuta ehtiyatlarının diversifikasiyası, valyuta məhdudlaşdırmaları, valyuta dönərliliyi dərəcəsinin tənzimlənməsi, valyuta məzənnəsi rejimi, devalvasiya, revalvasiya.

Beləliklə, bu kurs işinində maliyyə və valyuta kateqoriyalarının mahiyyəti,onların qarşılıqlı əlaqəsi; dövlət maliyyə sistemi, valyuta məzənnələri; müasir qlobal maliyyə böhranı, səbəbləri, əsas əlmaətləri, böhranın Azərbaycana təsir dərəcəsi, böhrandan çıxış yolları haqqında ətraflı tanış olacağıq.



1.1 Beynəlxalq valyuta sistemləri

Beynəlxalq valyuta sistemi əsası 19-cu əsrin əvvəllərində qoyulan qızıl standartlarına söykənir. Bu sistemə bəzən sabit valyuta məzənnəsi sistemi deyilir. Bu sistemdə milli valyutanın dəyəri qızılın çəki vahidi əsasında müəyyən edilirdi və möhkəm təstiq olunurdu. Onun yaradılması beynəlxalq sazişlərdə və dövlətlər arası müqavilələrdə təsdiqlənməmişdir. Qızıl standartının yaranması 19-cu əsrdə Avropa və Şimali Amerikanın iri ölkələri arasında ticarət hesablaşmalarını təmin etmək zərurətindən doğmuşdur. Qızıl standartı sistemi sadə qaydalara əsaslanaraq valyuta mərkəzlərinin sabitliyinə və beynəlxalq ödənişlərin tarazlı həyata keşirilməsinə təminat verir. Qızıl standartı Birinci Dünya Müharibəsinədək (1914) beynəlxalq ticarət əlaqələrində uğurla istifadə edilmişdir.

İlk dünya valyuta sistemi XIX əsrin sonu sənaye inqilabından sonra qızıl monometallizmi əsasında qızıl-pul standartı formasında kortəbii olaraq quruldu. Hüquqi şəkildə o, qızılı yeganə dünya pulu formasında qəbul edən dövlətlərarası razılaşmaya əsasən 1967-ci ildə Paris konfransında qanuniləşdirildi. Paris valyuta sistemi aşağıdakı struktur prinsipləri əsasında qurulmuşdur:

1. Onun əsasını qızıl pul standartı təşkil edirdi.

2. Hər bir valyuta onun tərkibindəki qızılın çəkisi ilə müəyyən edilirdi. Bu prinsip 1816-cı ildə İngiltərədə, 1837-ci ildə ABŞ-da, 1875-ci ildə Almaniyada və 1878-ci ildə Fransada tətbiq olunmuşdur. Tərkibindəki qızılın çəkisinə uyğun olaraq valyutanın qızıl pariteti qurulurdu.

3. Valyuta sərbəst şəkildə qızıla konvertasiya olunurdu. Bank biletlərinin qızıl sikkələrə dəyişdirilməsinə, qızıl külçələrdən sikkələr hazırlanmasına icazə verilirdi. Tökmə qızıl parçaları sikkələrə dəyişdirilir, qızıl sərbəst idxal və ixrac olunur və beynəlxalq bazarlarda satılırdı. Qızıl və valyuta bazarları əlaqəli şəkildə fəaliyyət göstərirdilər.

4. Qızıl nöqtələr hüdudları daxilində bazar tələb və təklifi nəzərə alınmaqla sərbəst üzən valyuta kursu rejiminin qurulması.

Valyuta dərəcələrinin və tədiyyə balansının sabitliyinin təmin olunmasında qızıl standartı sistemi mühüm rol oynamışdır. Belə ki, bazarda valyutaların məzənnəsi onun qızıl paritetindən kəskin fərqlənən hallarda iqtisadi agentlər hesablaşmalarını qızılla aparmağa meyl edirlər. Məsələn: funt sterlingin dollara nisbətən bazar qiyməti də onun qızıl pariteti arasındakı fərq qızılı ABŞ-dan İngiltərəyə göndərmək xərclərindən çox olduqda ödənişi funt sterlinqlə aparmalı olan amerikanlı bu əməliyyatın qızılla aparılmasına daha çox üstünlük verməlidir. Bu cür ixrac əməliyyatının səmərəli aparılmasına imkan verən valyuta məzənnəsi ixracın qızıl nöqtəsi adlanmışdı. Eynilə, idxalın qızıl nöqtəsi müəyyən edilir. Yəni, xarici valyutası olan və onu milli valyutaya çevirmək istəyənlər valyutanın məzənnəsinin aşağı olması üzündən itkiyə yol verməmək üçün həmin valyutanı xaricdə qızılla dəyişib qızıl şəklində ölkəyə idxal olunmasına üstünlük verirlər.

Beləliklə, ixracın və idxalın qızıl nöqtəsi qızılın maddi transferti ilə əlaqədar nəqliyyat və sığorta xərcləri əlavə edilməklə və ya çıxılmaqla alınan milli valyutanın paritetini əks etdirir.

Qızıl standartı eyni zamanda tədiyyə balansının uzun müddət tarazlığının saxlanmasına zəmanət verir. Doğrudan da, qızıl nöqtələrin hərəkəti nəticəsində mənfi xarici saldoya malik olan ölkə qızılın xaricə axını problemi ilə qarşılaşır. Bu da dövriyyədə milli valyutanın həcmini azaldır.

Qızıl standartının tətbiqi dünyada valyuta sabitliyinin təmin olunmasında mühüm rol oynamış, yüz il (1815-1914) ərzində dolların, funt sterlinqin və frankın öz qızıl tərkiblərini saxlamaq üçün əlverişli şərait yaratmışdır. Təkcə bir faktı göstərmək kifayətdir ki, qızıl standartının təsiri nəticəsində 1850-ci ildən 1914-cü ilə qədər beynəlxalq ticarətin həcmi 10 dəfə artmışdır. Birinci dünya müharibəsinin başlanması qızıl standartının yaratdığı sabitliyi pozdu. Müharibəni maliyyələşdirmək üçün Avropa dövlətləri iri həcmli kreditlər götürməklə yanaşı öz valyutalarının qızıla çevrilməsini dayandırmaq məcburiyyətində oldular. Qızıl ehtiyatları ABŞ-ın xeyrinə dəyişdi. Müharibədə iştirak edən hər bir Avropa ölkəsində pul kütləsi ilə qızıl ehtiyatları arasında nisbət kəskin surətdə dəyişir, hər yerdə inflyasiya sürətlə artır və Almaniyada bu proses 1923-cü ildə pul islahatına səbəb olur. Yaranmış ağır vəziyyətdən çıxış yolu kimi yenidən qızıl standartı sisteminə qayıtmaq təşəbbüsləri olundu.

Birinci dünya müharibəsinin yekunu, nəticəsi kimi əmələ gələn valyuta qarışıqlığı dövründən sonra qızıl deviz standartı yaradıldı. Beynəlxalq hesablaşmalar üçün təyin olunan, xarici valyutada olan ödəmə vəsaiti deviz adlanmağa başlandı. Ikinci dünya valyuta sistemi dövlətlərarası razılaşmaya əsasən beynəlxalq Genuya iqtisadi konfransında hüquqi şəkildə 1922-ci ildə təstiq edildi. Genuya valyuta sistemi aşağıdakı prinsiplər üzrə funksiyalaşdırılmışdır:

1. Onun əsasında qızıl və deviz–xarici valyuta dururdu. Pul sisteminin həmin dövrü üçün 30 ölkə qızıl-deviz standartına əsaslanırdı. Yerli kreditlər beynəlxalq ehtiyat ödəmə vəsaiti kimi istifadə olunmağa başlandı. Müharibələrarası dövrdə hec bir valyuta ehtiyat valyuta statusunda möhkəmləndirilməmişdi, ancaq bu sahədə liderlik funt sterlinq və ABŞ dollarında idi. (Beynəlxalq ödəmə və ehtiyat vasitəsi funksiyasını yerinə yetirən, başqa ölkələrin valyuta pariteti və valyuta məzənnəsini müəyyən edən valyuta rolunu oynayan ehtiyat valyuta dünya valyuta sisteminin iştirakçıları olan ölkələrdə valyuta məzənnəsinin tənzimlənməsi məqsədilə valyuta müdaxiləsi (intervensiyası) üçün geniş istifadə edilir).

2. Qızıl paritetinin qorunması. Valyutanın qızıla konversiyası təkcə bilavasitə həyata keçirilmirdi, həm də bilvasitə yəni, xarici valyuta vasitəsilə.

3. Sərbəst tərəddüd edən valyuta kurslarının yaradılması.

4. Valyuta tənzimlənməsi aktiv valyuta siyasəti, beynəlxalq konfranslar, iclaslar formasında həyata keçirilirdi.

Qızıl dönərli valyutalarla yanaşı beynəxalq əməliyyatlarda hesablaşma vasitəsi kimi istifadə olunmağa başlandı. Lakin 30-cu illərin Böyük depressiyası qızıl standartı sisteminin bərpasına imkan vermədi.

Bretton-Vuds sistemi (tənzimlənən valyuta məzənnəsi). Keyns və Vayt planları. Birinci və ikinci dünya müharibələri dövründə ABŞ və Avropa ölkələri arasında iqtisadi qüvvələr nisbətinin ABŞ-ın xeyrinə dəyişməsi, habelə ölkələrarası ticarət əlaqələrində yaranmış vəziyyət beynəlxalq maliyyə sisteminin tənzimlənməsi kimi çox vacib məsələni həll etmək zərurəti yaratdı. Bu məqsədlə ABŞ və Britaniya ekspertləri beynəlxalq valyuta qaydalarının hazırlanması təşəbbüsünü irəli sürdülər. Bu məsələ 1-22 iyul, 1944-cü ildə keçirilən Bretton Vuds konfransında əsas müzakirə obyekti oldu. Beynəlxalq valyuta maliyyə münasibətlərini tənzimləyən və işlək valyuta sistemi yaratmaq üçün konfransa iki plan təqdim olundu. Bu planlar ingilis lord Keyns və amerikalı Henri Vayt tərəfindən hazırlanmışdı. Təqdim olunan planların hər ikisində aşağıdakı əsas prinsiplər öz əksini tapmışdır:


  • dünyada sərbəst ticarət və maliyyə mübadiləsi aparılması qaydasının qəbul edilməsi,

  • beynəlxalq valyuta sabitliyinin əldə edilməsi və onun qaydalarının beynəlxalq sazişlərlə təstiq olunması,

  • qızıl standartının qızıl valyuta standartı ilə əvəz edilməsi,

  • valyuta sisteminə nəzarət və bu sahədə əməkdaşlıq etmək mexanizmini həyata keçirmək məqsədilə beynəlxalq valyuta təşkilatının yaradılması,

  • xarici ödənişlərdə kəsirin müəyyənləşdirilməsini təmin etmək üçün beynəlxalq klirinq mexanizminin yaradılması.

Bu ümumi prinsiplər istisna olmaqla Keyns və Vayt tərəfindən hazırlanmış planlar konseptual baxımdan bir-birindən kəskin fərqlənirdi. Keyn planının əsas məqsədlərindən biri hər bir ölkənin valyuta pul siyasətinin onun milli iqtisadiyyatının inkişafına xidmət etməsini təmin etmək üçün bu siyasətin həyata keçirilməsində ölkəyə geniş muxtariyyat verilməsini nəzərdə tuturdu. Eyni zamanda mənfi saldosu olan ölkələrə xarici valyuta məhdudiyyətlərini azaltmaq məqsədilə Keyns həmin ölkələrə geniş beynəlxalq yardımın göstərilməsini təklif edirdi.

Keyns planında ölkələrin iqtisadi və valyuta münasibətlərini tənzimləmək üçün yeni təşkilatların yaradılması təklifi irəli sürülür. Bu isə praktikada ölkələrin mərkəzi banklarının, Dünya Bankının yaradılması, beynəlxalq pul vahidinin dövriyyəyə buraxılması, ölkələrin tədiyyə balansında baş verən pozuntuların tənzimlənməsi kimi mühüm məsələlərin həllini nəzərdə tutur. Bu tənzimləmə mexanizminin əsasında Beynəlxalq Klirinq İttifaqı dururdu. Keyns, eyni zamanda Beynəlxalq Klirinq İttifaqının öz valyutasının olmasını və onun bütün kitablarında bütün debet və kredit hesablarının bu valyutada aparılmasını təklif edir. Keynsə görə Beynəlxalq Klirinq İttifaqı sülhü təmin edən təşkilatları maliyyələşdirməli, qiymətlərə və xammaldan istifadəyə nəzarət etməli, onun nəzdində Xüsusi Yardım və Yenidənqurma Agentliyi, Beynəlxalq İnvestisiya Bankı və konyukturanı tənzimləyən təşkilatları yaradılmalıdır.

Beləliklə yuxarıda deyilənlərdən məlum olduğu kimi Keynsin təklifinin mahiyyəti ayrı-ayrı ölkələrdə iqtisadiyyatın inkişafına təsir göstərmək, onu böhrandan çıxarmaq, ölkələrarası sıx iqtisadi əməkdaşlığı təmin etmək qabiliyyəti və güclü maliyyə imkanlarına malik olan beynəlxalq təşkilatların yaradılmasından və onların vasitəsilə dünyada maliyyə valyuta münasibətlərinin tənzimlənməsini təmin etməkdən ibarətdir. Təklif olunan təşkilatların mürəkkəb struktura malik olması və yaradılma çətinliyi layihənin qəbul olunmasında böyük maneəyə çevrildi.

Keynsin planı ilə müqayisədə Vaytın təqdim etdiyi plan zahirən sadə və işlək xarakter daşıyırdı. Bu plan çoxşaxəli beynəlxalq orqanın əvəzinə sabitləşdirmə fondunun yaradılmasını nəzərdə tuturdu. Ümumi bir kassanı xatırladan və fondun üzvü olan dövlətlərin depozitləri hesabına formalaşan sabitləşdirmə fondunun əsas vəzifəsi ayrı-ayrı ölkələrə müəyyən şərtlər daxilində xarici valyuta vermək funksiyasını yerinə yetirmək idi. Bu plan beynəlxalq valyutanın yaradılmasını nəzərdə tutmurdu. Vaytın fikrincə, əgər belə valyutanını yaradılmasına zərurət yaranardısa, o zaman bu valyuta çox ciddi formada və daimi olaraq qızıla bağlanmalı idi. Eyni zamanda, milli valyutaların məzənnələri bu beynəlxalq valyutaya, həm də qızıla nisbətən müəyyən olumuş valyuta pariteti əsasında təyin olunmalı idi.

Vaytın planına görə zəif valyutası olan ölkələrə xarici iqtisadi əlaqələrini sağlamlaşdırmaq məqsədi ilə valyuta nəzarətinə və ya diskriminasiya tədbirinə meyl etmək məsləhət görülmürdü. Lakin daxili iqtisadi siyasətdə qayda–qanun yaratmaq üçün müvafiq tənzimləmə işlərinin aparılması çox vacib hesab edilirdi.

Bretton-vuds konfransında Vayt planı əsas kimi qəbul edildi. Ingilis ekspertlərinin səyləri nəticəsində aparılan cüzi dəyişikliklər isə onun mahiyyətini dəyişdirmədi.



Qızıl valyuta standartı. 1944-cü il iyulun iyirmi ikisində qəbul edilmiş Bretton – Vuds müqavilələri beynəlxalq valyuta münasibətlərində qızıl valyuta standartına keçidin əsasını qaymuşdur. Qızıl valyuta standartı sisteminin əsasını qızıl təşkil edirdi. Bütün ölkələr özlərinin qızıl ehtiyatlarına malik olmaqla, istənilən zaman onu beynəlxalq hesablaşmalarda istifadə edə bilərlər. Qızıl valyuta standartının tətbiqi iqtisadi cəhətdən zəif inkişaf etmiş az qızıl ehtiyatları olan ölkələrə, onların valyutalarının məzənnəsini sabit saxlamaq və xarici valyutalara dönərliliyini təmin etmək üçün öz valyuta ehtiyatlarını xarici valyutada saxlamaq hüququ və imkanı yaratdı. Bu imkan verildikdən sonra bir çox ölkələrin mərkəzi bankları özlərinin ehtiyat fondlarını dollarda yaratmağa başladılar və dollar qızılın əsas rəqibinə çevrildi. Qızılın əlvan metal kimi məhdud olması dolların istifadə imkanını genişləndirdi. Beləliklə, Bretton – Vuds sistemi qızıl valyuta sisteminin təməlini qoydu. Yəni, dollar qızılla digər valyutalar arasında vasitəçi rolunu oynamağa başladı.

Beynəlxalq valyuta münasibətləri inkişaf etdikcə dolların qızıla nisbətən dönərliliyi praktiki əhəmiyyətini itirmiş və ümumiyyətlə maliyyə məsələlərinin həllində qızılın rolu xeyli zəifləmişdi. Dolların beynəlxalq rolunun ildən-ilə möhkəmlənməsi isə dövriyyədə onun həcminin sürətlə artmasına və qızılın sərbəst bazardan sıxışdırılmasına şərait yaratmışdır. Bu da öz növbəsində qızılın məzənnəsinin onun rəsmi paritet əsasında dollarla ifadə olunmuş dəyərindən kəskin surətdə fərqlənməsinə səbəb olmuşdur. Həmçinin, bu dövrdə dollar qızıla konvertasiya olunan yeganə valyuta idi. ABŞ dollarının mövqeyi beynəlxalq iqtisadiyyatda get-gedə güclənirdi. Lakin 60-cı illərin bir sıra iqtisadi prosesləri və Vyetnam müharibələri ilə əlaqədar dolların mövqeyi zəifləməyə nisbətən başladı.

Beynəlxalq valyuta bazarlarında yaranmış gərginlik nəticəsində bir sıra ölkələr milli valyutalarının qızıla və ya dollara nisbətən məzənnəsini təyin etmə yolu ilə müəyyən edilməsi praktikasından imtina edir və milli valyutaların məzənnələrinin bazar şərtləri əsasında sərbəst formalaşması üsuluna üstünlük verirdilər. Artıq 1971-ci ilin may ayında markanın, Kanada dollarının, avqust ayında isə ABŞ dollarının məzənnəsi sərbəst müəyyən olunmağa başlandı. Bütün bunlar Bretton-Vuds sisteminin dağılmasını sürətləndirirdi.

1944-cü ildə əsası qoyulan və 60-cı illərin sonu böhranı başlanan Bretton-Vuds valyuta sisteminin prinsipləri artıq istehsalat şərtlərinə, dünya ticarət şərtlərinə uyğun gəlmirdi. Bu səbəbləri bir-biri ilə qarşılıqlı şərtlənən faktlar zənciri formasında təqdim etmək olar:

1. qeyri sabit və ziddiyyətli iqtisadiyyat. 1967-ci il böhranın başlanğıcı iqtisadi inkişafın ləngidiyi bir vaxta təsadüf etdi. Dünya böhranı Qərb iqtisadiyyatını bürüdü; 1969-1970, 1974-1975, 1979-1983-cü illərdə.

2. inflyasiyanın sürətlənməsi dünya qiymətlərinə və rəqabət qabiliyyətli firmalara mənfi təsir göstərdi, spekulyativ olaraq “isti” pul kütləsinin yerdəyişməsini həvəsləndirdi. Inflyasiyanın müxtəlif ölkələrdə müxtəlif tempi valyuta kursunun dinamikasına təsir göstərdi.

3. ödəmə balansının qeyri stabilliyi bəzi ölkələrin (Böyük Britaniya, ABŞ) defisitli balansı, digərlərinin isə (Yaponiya) müsbət saldosu valyuta kurslarının müvafiq olaraq aşağı, yuxarı tərəddüdünü gücləndirirdi.

Beləliklə, 20 ildən artıq ömür sürən Bretton-Vuds sisteminin müqəddaratı həll olunmuş oldu.



Yamayka valyuta sistemi. Ölkələrarası valyuta münasibətlərində qızıl standartı və qızıl valyuta standartı sistemlərinin rolunun zəifləməsi beynəlxalq valyuta sistemində yeni mərhələyə keçidin başlanğıcı kimi qiymətləndirilməlidir. Bretton-Vuds valyuta sisteminin böhranı valyuta islahatı layihələri bolluğu doğurdu: kollektiv ehtiyat valyuta vahidi yaradılması, dünya valyuta buraxılışı, qızıl və əmtəələrlə təchizatdan tutmuş, qızıl standartlarına qayıdana qədər. Onların nəzəri əsasında neokeynsçi və neoklassik konsepsiyalar dururdu. 60-70-ci illərdə keynsçilikdə böhran meydana gəldi, hansı ki, əsasını Bretton-Vuds sistemi çərçivəsində valyuta tənzimlənməsi təşkil edirdi. Həmin vaxt neoklassiklər fəallaşdılar. Onların bəzisi beynəlxalq valyuta münasibətlərində qızılın rolunun qızıl standartına qədər qaldırılmasına yönəlmişlər.

Monetarizmin tərəfdarları bazarın tənzimlənməsində dövlət müdaxiləsinə qarşı çıxırdılar. Ödəmə balansının avtomatik özünütənzimləmə ideyasını yenidən ortaya atdılar, üzən valyuta kursları rejimini təklif etdilər. Neokeynsçilər Keynsin əvvəllər rədd edilmiş “bankor” tipli beynəlxalq valyutanın yaradılması ideyasına döndülər. ABŞ-da dolların mövqeyini qorumaq məqsədilə qızılın tam demonetizasiyası və beynəlxalq likvid vəsaitlərinin yaradılmasına istiqamət götürdülər. Qərbi Avropa, xüsusilə Fransa dolların hegemonluğunu məhdudlaşdırmağa və BVF-nun kreditlərini genişləndirməyə çalışırdı.

1976-cı ilin aprelində Yamayka müqaviləsi ilə müəyyən edilmiş valyuta paritetlərindən imtina etmək barədə Beynəlxalq Valyuta Fondunun nizamnaməsində dəyişiklik edildi. Bu təşkilatın nizamnaməsində ikinci dəyişiklik sayılan (birinci dəyişiklik 1968-ci ilin may ayında SDR-in yaradılması ilə bağlı edilmiş və o, 1969-cu ilin iyul ayında qüvvəyə minmişdir) və 1978-ci ilin aprelində qüvvəyə minən bu qərarla milli valyutaların məzənnələrinin bazar şərtlərinə uyğun olaraq sərbəst müəyyən olunmasının əsası qoyuldu. Bununla bütün ölkələr öz valyutalarının məzənnəsini (“sabit” və ya “dəyişkən” məzənnə sistemi) müəyyən etməkdə tam sərbəstlik əldə etdilər.

Lakin bu sərbəstlik heç də beynəlxalq valyuta sistemində özbaşınalığa yol verilməsi, hər bir ölkənin bu sahədə öz istədiyi kimi hərəkət etməsi demək deyildir. Yeni qaydalar BVF-nun üzvü olan ölkələr tərəfindən milli valyutanın sabitliyini təmin edən məzənnələr sistemi yaradılmasını, bu məsələnin həllində BVF-u ilə və onun üzvü olan digər ölkələrlə sıx əməkdaşlıq etməsini nəzərdə tuturdu. Bu məqsədlə hər bir ölkə iqtisadiyyatın səmərəli inkişafına yönəldilmiş qiymət siyasəti aparmalı, ölkənin tədiyyə balansının tənzimlənməsinə mane olan valyuta məzənnələri tətbiq etməməli və bütövlükdə maliyyə sistemi sahəsində düşünülmüş və ölçülüb-biçilmiş siyasət həyata keçirməlidir.

Kinqstondakı (Yamayka) BVF-nun ölkə üzvlərinin razılığı ilə BVF-nun nizamnaməsinə ikinci düzəliş dördüncü dünya valyuta sisteminin aşağıdakı prinsiplərini rəsmiləşdirmişdir:

1. Qızıl-deviz standartları əvəzinə SDR standartları yeridildi. Bu yeni beynəlxalq valyuta hesab vahidinin (O.Emminqerin latihəsi üzrə) yaradılması haqqında razılıq 1967- ci ildə BVF-nun ölkə üzvləri tərəfindən imzalanmışdır. SDR-in buraxılışı ilə əlaqədar BVF-nun nizamnaməsinə birinci dəyişiklik 28 iyul 1969-cu ildə qüvvəyə mindi.

2. Qızılın demonetizasiyasına hüquqi şəkildə son qoyuldu: onun rəsmi qiyməti, qızıl paritetləri ləğv olundu, dolların qızıla dəyişdirilməsi dayandırıldı. Yamayka razılaşmasına görə qızıl dəyər tədbiri və valyuta kurslarının hesablanma nöqtəsi olmalı deyil.

3. Ölkələrə istədikləri valyuta kursu seçmək imkanı verilmişdi.

4. BVF-dan isə dövlətlərarası valyuta tənzimlənməsini gücləndirmək tələb olunurdu.

Yamayka valyuta sisteminin aşağıdakı “üzən” valyuta rejimi mövcuddur:

ABŞ, Kanada, İngiltərə, Yaponiya və s. ölkələrin valyutaları valyuta məzənnəsinin tələb və təklifindən asılı olaraq sərbəstdir.

Avropa birliyi üzvlərinin əksər ölkələri (Almaniya, Fransa, İtaliya,Hollandiya, Belçika, Lüksemburq, İrlandiya, Danimarka) öz aralarında valyuta mübadiləsinin məzənnəsini müəyyən edirlər, özlərinin Avropa valyuta sistemini yaradırlar (EKYU); üçüncü bir valyutaya nisbətdə onlar birlikdə “üzürlər” (qalxıb-enirlər).

Həmişə olduğu kimi yeni dünya valyuta sistemi ilə köhnə sistem arasında varislik əlaqəsi saxlanılırdı. Bu qanunauyğunluq Yamayka və Bretton-Vuds valyuta sistemlərini tutuşduranda ortaya çıxır. SDR standartı arxasında dollar standartı gizlənir. Baxmayaraq ki, valyuta plüralizminə olan tendensiya güclənir, hələ ki, aparıcı beynəlxalq ödəmə və rezerv vasitəsi kimi dolların alternativi yoxdur, qızıl demonetizasiyalaşdırılmışdır, amma faktiki olaraq o, valyuta malı formasında öz modifikasiyalaşmış formasını saxlayır: Bretton-Vuds sistemindən miras olaraq BVF-u qalmışdır, hansı ki, dövlətlərarası valyuta tənzimlənməsini həyata keçirir. Mahiyyət etibarilə, Yamayka valyuta sistemi Bretton-Vuds sistemindən daha mütəhərrik olmalı idi, ödəmə balansları və valyuta kurslarının qeyri-stabilliyinə daha elastik surətdə alışmalı idi. Amma ki, Yamayka valyuta sistemi periodik olaraq böhran sarsıntıları keçirir, əsas valyuta problemlərinin həlli məqsədilə onun daha da müasirləşdirilməsi yolları axtarılırdı. Qızılın demonetizasiyasının, yəni onun pul funksiyasını itirməsi prosesinin Yamayka valyuta islahatı ilə başa çatması nəticəsində valyuta sisteminə SDR (xüsusi borclanma hüququ) və EKÜ-nün (indi EURO) tətbiq edilməsini zəruri etdi.

Beynəlxalq valyuta sistemində valyuta məzənnəsinin sərbəst müəyyən olunması praktikası Yamayka sisteminin bir sıra üstünlüklərini aşkar etdi:



  • məlum olduğu kimi məhsul və xidmətin dəyərinin bazar üsulları əsasında rəqabət şəraitində müəyyən olunması məqbul sayıla bilər. Bazara beynəlxalq müqavilələr və dövlət müdaxiləsi yolu ilə təsir göstərmək dəyəri düzgün qiymətləndirməyə imkan vermir, onu optimallıqdan uzaqlaşdırır. Ona görə valyuta məzənnəsinin sərbəst müəyyən olunması tələb və təklifdən asılı olaraq bazarda dəyərin daha obyektiv qiymətləndirilməsinə kömək edir;

  • valyuta bazarında valyuta məzənnəsinə edilən hər hansı uzunmüddətli təzyiq öz ifadəsini ölkənin tədiyyə balansının tarazlığının pozulmasında göstərir. Ona görə valyuta məzənnəsinin sərbəst müəyyən olunması tədiyyə balansının tənzimlənməsinə, ölkənin xarici ödəmələrinin yeni tarazlığa gətirilməsinə yardım edir;

  • sərbəst müəyyən olunan valyuta məzənnəsi rejiminin tətbiqi ölkənin müstəqil iqtisadi siyasət həyata keçirmək imkanlarını artırır. Xarici amillərin təsirindən azad olmaq ölkədə inflyasiyanın artması təhlükəsi yaratsa da, pul emissiyasının güclü nəzarət altında aparılması bu təhlükəni sovuşdurmaq imkanı verir.

Qeyd etmək lazımdır ki, göstərilən üstünlüklərlə yanaşı valyuta məzənnəsinin sərbəst müəyyən olunması rejiminin bir sıra nöqsanları da vardır ki, onlar aşağıdakılardır:

1. bazar heç də həmişə ölkənin iqtisadi və maliyyə vəziyyətinə adekvat olan valyuta məzənnəsinin müəyyən edilməsini təmin etmir.

2. bir çox ölkələrin təcrübəsi göstərir ki, sərbəst valyuta məzənnəsi rejimi heç də həmişə ölkənin xarici ödəmələrində tarazlığın saxlanmasına xidmət etmir.

3. xarici ticarət bir çox ölkələrin iqtisadiyyatında mühüm yer tutduğu üçün valyuta məzənnəsinin dəyişməsi bu ölkənin iqtisadi fəaliyyətinə, onun əsas ticarət partnyorları ilə münasibətlərinə ciddi təsir göstərir. Eyni zamanda iqtisadi baxımdan güclü olan və valyutası beynəlxalq aləmdə geniş istifadə olunan dövlətlərin həyata keçirdikləri pul-kredit siyasəti onunla bağlı digər valyutaların məzənnəsi vasitəsilə həmin ölkələrin iqtisadiyyatına təsir göstərir

4. nəhayət, valyuta məzənnəsinin müəyyən olunmasında verilən sərbəstlik dünya bazarlarında xammal və enerji resurslarının qiymətlərində qeyri sabitliyin yaranmasını, beynəlxalq ticarətdə bir sıra dəyişikliklərin baş verməsini sürətləndirir.

  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət