Ana səhifə

DaxiLİ ÜzvləRİn quruluşU, İNKİŞafi. HƏzm sistemi. Orqanlari, quruluşU, İNKİŞafi və topoqrafiyasi


Yüklə 90.17 Kb.
tarix06.05.2016
ölçüsü90.17 Kb.
DAXİLİ ÜZVLƏRİN QURULUŞU, İNKİŞAFI. HƏZM SİSTEMİ.

ORQANLARI, QURULUŞU, İNKİŞAFI VƏ

TOPOQRAFİYASI.

Daxili üzvlər həzm, tənəffüs və sidik-cinsiyyət üzvləri aiddir. Bunların çoxu bədən boşluqlarında (döş, qarın və çanaq boşluqlarında) yerləşdikləri üçün daxili üzvlər adlanır. Yalnız bəzi daxili üzvlər kəlləəsası və boyun nahiyyəsində yerləşir.

Daxili üzvləri üç aparat təşkil edir:

1) zm aparatı; 2) tənəffüs aparatı; 3) sidik-cinsiyyət aparatı. Bunlardan cinsiyyət üzvlərindən başqa, yerdə qalan bütün daxili üzvlər maddələr mübadiləsində iştirak edir. Cinsiyyət üzvləri isə nəsil saxlamaq vəzifəsini ifa edir.

Daxili üzvlər quruluşca iki yerə bölünür:



1) borulu üzvlər; 2) vəzilər.
BORULU ÜZVLƏRİN QURULUŞU.

Boru şəklində olan üzvlərə borulu üzvlər deyilir. Borulu üzvlərin divarları 3 qişadan təşkil olunur: 1) selikli qişa; 2) əzələ qişası; 3) seroz və ya xarici birləşdirici toxuma qişası.

Bəzi üzvlərdə selikli qişa ilə əzələ qişası arasında bir qata da təsadüf olunur ki, buna selikaltı qat deyilir.

Selikli qişa. Bu qişanın əsasını birləşdirici toxuma təşkil edir. Bu qişa çəhrayı və ya tünd qırmızı rəngdə olur və özü də borulu üzvlərin divarının daxili qişasını təşkil edir. Bu qişanın boşluğa baxan səthi tək və ya çoxqatlı yastı və ya silindirik epitellə örtülür. Bundan başqa selikli qişada saya əzələ toxumasından əmələ gəlmiş əzələ qatına da təsadüf olunur ki, bu da selikli qişanı selikaltı qatdan ayırır.

Selikaltı qat. Bu qat qan damarları, sinirlər, piy toxuması, vəzilər və limfoid törəmələrlə zəngin gövşək birləşdirici toxumadan ibarətdir. Selikaltı qat olan nahiyyələrdə selikli qişanın üzərində büküşlərinin olmasının vəzifə cəhətcə böyük əhəmiyyəti vardır. Belə ki, büküşlər bir tərəfdən sorulma səthini artırır, digər tərəfdən isə qidanın sürətini azaldaraq onun yaxşı sorulması üçün şərait yaradır.

Borulu üzvlərin əzələ qişası əsasən saya əzələ toxumasından (yalnız, udlaqda, qırtlaqda və qida borusunun yuxarı hissəsində eninəzolaqlı əzələ toxuması olur) əmələ gələrək iki qat təşkil edir: 1) daxili dairəvi; 2) xarici boylama. Dairəvi qat yığıldıqda üzv daralır, boylama qat yığıldıqda isə üzv qısalır. Beləliklə, bağırsaqlarda iki müxtəlif istiqamətdə meydana çıxan hərəkət nəticəsində bağırsağın pristaltikası ifa olunur.



Xarici qişa. Bu qişa lifli birləşdirici toxumadan əmələ gələrək borulu üzvün divarının xarici qatını təşkil edir.

Qarın boşluğunda yerləşən bəzi üzvlər xaricdən seroz qişa ilə əhatə olunur. Seroz qişa quruluşca lifli birləşdirici toxumadan ibarət olub üzəri təkqatlı yastı epitellə (mezotellə) örtülür. Lakin vəzifə cəhətcə seroz qişa birləşdirici toxumanın başqa növlərindən fərqlənir. Belə ki, seroz qişa özündən seroz maye ifraz etmək və sorucu xassəyə malik olması ilə xarakterizə olunur.



ZİLƏR.

Vəzi epitel toxumadan əmələ gəlmiş və özündən şirə ifraz edən üzvə deyilir. Vəzinin kütləsi əsas iki hissədən ibarərdir: 1) stroma; 2) parenxima.

Stroma birləşdirici toxumadan əmələ gələrək vəzinin skeletini, yaxud istinadını, parenxima isə epitel toxumadan (vəzi toxumasından) əmələ gələrək vəzinin şirə ifraz edən əsas hissəsini təşkil edir.

Vəzilər selikli qişanın epitel qatından inkişaf edərək 3 hissəyə bölünür: 1) dibi; 2) cismi; 3) boynu. Vəzinin boynu axacağı təşkil edir, dibi ilə cismi isə birlikdə uc kamara adlanır. Bir neçə uc kamera toplanaraq paycıqları, bunlar birləşərək payları və nəhayət paylar birləşərək vəzini əmələ gətirir. Vəzi xaricdən birləşdirici toxumadan əmələ gəlmiş kapsul ilə əhatə olunur.

Vəzilər morfoloji və fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür: 1) xarici sekresiya və ya ekzokrin vəzilər. 2) daxili sekresiya yaxud endokrin vəzilər.

Axacağı olan vəzilərə xarici sekresiya vəziləri deyilir. Bu vəzilər öz şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən üzvlərə tökür və ya xaricə çıxarır.

Xarici sekresiya vəzilərinin ifraz etdikləri məhsul iki növdür: 1) ifrazat- sekret; 2) ifrazat-eksekret. Bu vəzilərin bədənə lazım olan məhsuluna ifrazat, bədənə lazım olmayan məhsuluna isə ifrağat deyilir. Məsələn, öd, mədə şirəsi və s. ifrazat, sidik və tər isə ifrağatdır.

Xarici sekresiya vəziləri formaca borulu, alveollu və borulu-alveollu vəzilərə bölünür. Bunlar da hərəsi öz növbəsində sadə və mürəkkəb olur.

Xarici sekresiya vəziləri sekresiya-ifrazetmə mexanizminə görə üç qrupa bölünür: 1) merokrin vəzilər; 2) apokrin vəzilər; 3) holokrin vəzilər.

Merokrin vəzilərdə hüceyrələr sekresiya zamanı sökülmür, məsələn, tər vəziləri. Apokrin vəzilərdə vəzini təşkil edən hüceyrələrin protoplazmasının bir qismi sökülərək onun sekretində iştirak edir, məsələn, süd vəziləri. Holokrin vəzilərdə isə vəzinin hüceyrələri tamamilə sökülüb onun sekretini təşkil edir, məsələn, piy vəziləri.

Axacağı olmayıb öz şirəsini bilavasitə qana, yaxud limfaya buraxan vəzilərə daxili sekresiya və yaxud da endokrin vəzilər deyilir.

HƏZM APARATI.

Həzm aparatının vəzifəsi qəbul olunmuş qidanı müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradaraq həzm etmək, həzm olunmuş qidanı sormaq və qalıq hissəni bədəndən xaric etməkdir.

Həzm aparatına həzm kanalı və bir də həzm aparatı vəziləri aiddir. Həzm kanalı 8-10 m uzunluğunda olub aşağıdakı şöbələrə bölünür: ağız boşluğu, udlaq, qida borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaq.

Həzm aparatının böyük vəzilərinə qaraciyər və mədəaltı vəzi aiddir.

Ağız boşluğuna qoyulmuş qida müəyyən mexaniki və kimyəvi dəyişikliyə uğradıqdan sonra ağız boşluğundan ənsək vasitəsilə udlağa, oradan isə qida borusu ilə mədəyə keçir. Mədəyə daxil omuş qida həzm olunduqdan sonra nazik bağırsağa keçir ki, bu da onikibarmaq, acı və qalça bağırsaqlara bölünür. Nazik bağırsaqda qida həzm olunduqdan sonra lazımı maddələr qana sovruylur və qalıq hissə yoğun bağırsağa keçir. Yoğun bağırsaq isə kor, çənbər və düz bağırsaqlara bölünür. Nəhayət, qakıq hissə nəcis halında düz bağırsaqdan anus adlanan dəlik vasitəsilə xaric olunur.
ZM KANALININ İNKİŞAFI.

Həzm kanalı ilk bağırsaq borusundan inkişaf edir. İlk bağırsaq borusu entodermadan əmələ gəlmiş endoblastik qovuqcuğun rüşeymin daxilinə soxulan hissəsində hasil olur. Rüşeymin inkişafının ilk dövrlərində ilk bağırsaq borusu hər iki ucu qapalı boru şəklində olur: yalnız orta hissəsi yumurta sarısı - bağırsaq axacağı vasitəsilə yumurta sarısı kisəsi ilə rabitədə olur. Rüşeym böyüdükcə yumurta sarısı kisəsi və yumurta sarısı - bağırsaq axacağı reduksiya olunur.

İlk bağırsaq borusunun kranial ucu udlaq zarı vasitəsilə ağız boşluğundan ayrılır, kadual ucu isə kloaka zarı ilə qapalı olur. kloaka zarının ön hissəsindən sidik-cinsiyyət zarı, dal hissəsindən isə anus zarı hasil olunur. sonralar rüşeymi həyatın müəyyən dövründə də udlaq zarının dəlinməsi nəticəsində həzm kanalı ağız boşluğu ilə birləşir, anus zarının dəlinməsindən isə anus əmələ gəlir.

Bu zaman ektodermadan əmələ gəlmiş alın qabarı da üç çıxıntıya - yan və orta alın və yaxud burun çıxıntılarına bölünür. Eyni zamanda çənə qövsü də inkişaf edərək əng və çənə çıxıntılarına bölünür.

Orta alın çıxıntılarından burun arxası, burun ucu, burun arakəsməsi, yuxarı dodağın orta hissəsi və kəsici sümük hasil olur. Yan alın çıxıntılarından burun qanadları, xəlbir sümüyü labirintləri, burun və gözyaşı sümükləri əmələ gəlir.

Əng çıxıntılarından əng sümüyü, damaq sümüyü, almacıq sümüyü, yanaqlar, yuxarı dodağın yan hissələri inkişaf edir. Çənə çıxıntıları isə bir-birilə birləşərək çənə sümüyünü və aşağı dodağı təşkil edir.

Alın qabarının üzərində meydana çıxan burun çuxurları isə dərinləşərək ilk burun boşluğunu əmələ gətirir ki, bu da burun-damaq zarı vasitəsilə ilk ağız boşluğundan ayrılır. Rüşeymi həyatın altıncı həftəsində isə burun-damaq zarının dəlinməsindən ilk xoanalar əmələ gəlir.

Rüşeymi həyatın 5-ci həftəsində əng çıxıntılarının içəri səthlərində bir cüt damaq yastıqları əmələ gələrək orta xəttə doğru inkişaf edir və ilk ağız boşluğunu yuxarı və aşağı mərtəbəyə bölür. Aşağı mərtəbə son ağız boşluğu, yuxarı mərtəbə isə ilk burun boşluğu ilə birlikdə son burun boşluğunu təşkil edir.

Dişlər rüşeymi həyatın ikinci ayında ektoderma və mezenximdən inkişaf edir. Ektodermadan diş minası, mezenximdən isə dentin, sement və diş özəyi ya pulpası inkişaf edir. Dil isə ağız dibinin mazanximindən inkişaf edir.

Filogenetik nöqteyi-nəzərdən ilk bağırsaq ön, orta və arxa bağırsağa bölünür. İnsanda ön bağırsaqdan udlaq, qida borusu və mədə, orta bağırsaqdan nazik və arxa bağırsaqdan isə yoğun bağırsaqlar diferensiasiya edir.



İnkişaf prosesi düzgün getmədikdə üzdə bir sıra anamaliyalar meydana çıxır. Məsələn, əng çıxıntısı orta alın çıxıntısı ilə birləşmədikdə dovşandodaq, damaq yastıqları bir-birilə birləşmədikdə isə qurd ağzı meydana çıxır. Qurd ağzı olduqda burun boşluğu ağız boşluğu ilə yarıq vasitəsilə birləşir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət