Ana səhifə

Buraxili ş İ Ş İ Mövzu: "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətləri" Elmi rəhbər: b\m Nəcəfova Ş. C


Yüklə 0.66 Mb.
səhifə5/5
tarix06.05.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5

N Ə T İ C Ə

Yuxarıda deyilənləri nəzərə alaraq Buraxılış işinin hüdudunda aşağıdakı nəticələrə gəlmək olar.

Azərbaycan Gömrük Xidməti bu gün gömrük nəzarətini həyata keçirən və xarici ticarət yüklərinin sənədləşdirilməsini lazım olan dərəcədə təmin edən çoxfunksiyalı kompleksdir. Bütün bunlar sübut edir ki, Azərbaycan gömrük xidməti dövlətin ən mühüm iqtisadi institutlarından birinə çevrilmişdir və üzərinə düşən vəzifələri yerinə yetirmək üçün lazım olan bütün vastələrə malikdir.

Respublikanın rəhbərliyi dünyanın bütün ölkələri və beynəlxalq təşkilatları ilə əməkdaşlığı möhkəmləndirməyə böyük əhəmiyyət verir. Aparılan islahatların dərinləşdirilməsi və gömrük sisteminin təkminlləşməsi Gömrük komtəsinin beynəlxalq ələqələri keyyfiyyətcə yeni mərhələyə çıxır. Ümumdünya Gömrük Təşkilatının üzvü olmaqla Dövlət Gömrük Komitəsi gömrük sisteminin yenidən təşkilində və təkmilləşdirilməsində həmin təşkilatın tövsiyyələrindən və texniki yardımından istifadə edir, respublikanın gömrük sistemini beynəlxalq norma və qaydalara uyğunlaşdırmağa çalışır.

Ötən müddət ərzində Dövlət Gömrük Komitəsi, Ümumdünya gömrük təşkilatının sessiyalarında, onun ayrı-ayrı komitələrinin iclaslarında, habelə digər beynəlxalq tədbirlərdə yaxından iştirak etmiş, nəticədə onun beynəlxalq işini xeyli möhkəmlənmişdir. Bütün bunların nəticəsidir ki, gömrük təşkilatımız Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasına üzv seçilmişdir. DGK beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsi və möhkəmləndirilməsi, beynəlxalq inteqrasiyanın dərinləşdirilməsi məqsədi ilə bir çox beynəlxalq təşkilatlarla və dünya dövlətlərinin gömrük xidmətləri ilə yaxından əməkdaşlıq edir, eyni zamanda digər ölkələrin gömrük orqanları ilə gömrük işi sahəsində beynəlxalq normalara uyğun saziş, protokol və memorandumlar imzalayıb, bir sıra beynəlxalq konvensiyalara qoşulub. Üzv olduğu ÜGT, IƏT və digər beynəlxalq təşkilatlarda fəal mövqe nümayiş etdirən Azərbaycan gömrük təşkilatı beynəlxalq əməkdaşlığı durmadan genişləndirir. Elə Azərbaycan gömrük xidmətinin beynəlxalq aləmdə apardığı məqsədyönlü işin nəticəsidir ki, Ümumdünya Gömrük Təşkilatının siyasi komissiyasının 44-cü sessiyası müstəsna hal kimi Azərbaycanda keçirilmişdir. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan gömrük Komitəsinin beynəlxalq əməkdaşlıq sahəsində, həmçinin gömrük işinin təkmilləşdirilməsi və inkişaf istiqamətində atdığı addımlar respublikanın beynəlxalq iqtisadi inteqrasiyasında öz səmərəsini verir və gələcəkdə də verəcəkdir. Azərbaycan gömrük orqanları bu gün ən müasir yeni texniki avadanlıqlarla təchiz olunmuş, bu da mal və nəqliyyat vasitələri ölkəmizin gömrük sərhəddində keçrildiyi zaman gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin operativ və sadələşdirilmiş qaydada həyata keçirilməsinə köməklik göstərən mühüm amillərdən biridir.

Görülən işlər, əldə edilən nəticələrlə yanaşı gömrük xidmətinin müasir tələblər səviyyəsinə qaldırmaq üçün hələ çox iş görməli, Komitənin və onun yerli orqanlarının fəaliyyətində mövcud olan bir çox nöqsanların və çatışmazlıqların aradan qaldırılması yollarını dərindən araşdırmalı, daha ciddi və tə'sirli tədbirlər görülməlidir. Gömrük orqanlarının son illər ərzində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirməklə yanaşı, qeyd etmək lazımdır ki, gömrük orqanları diqqəti işdə olan nöqsanlara, xüsusən qaçaqmalçılıq hallarına qarşı mübarizəni gücləndirməyə, vergidən yayınma hallarının qarşısını qətiyyətlə almağa, gömrük xidməti mədəniyyətinin yüksəldilməsinə və gömrük proseduralarının sadələşdirilməsinə yönəltmiş siyasətin dolğunlaşdırılmalıdır. O, idxal-ixrac əməliyyatları üzrə dövlət büdcəsinə cəlb olunan gömrük vergi rüsumları həmçinin artırılması üçün mövcud ehtiyat mənbələrindən səmərəli və dolğun istifadə etməyin zəruri olduğunu ön plana çəkməlidir.

Keçid iqtisadiyyatlı bir ölkə olduğumuz üçün bu çətinliklərin olması labüddür. Bunula belə aparılan bir sıra tədqiqatlar göstərir ki, Azərbaycanda gömrük sisteminin bir vəhdət halında inkişaf etməsi özünü yaxın gələcəkdə göstərəcəkdir.

Azərbaycan gömrük xidməti respublika iqtisadiyyatının inkişaf etmiş dünya iqtisadi sisteminə inteqrasiya olunmasına öz töhfəsini verməyə çalışır. Ümummilli lider Heydər Əliyevin "Biz dünyada müstəqil Azərbaycanın nüfuzunun qaldırılmasına, iqtisadi inkişafına böyük yardım edən, xarici iqtisadi əlaqələrdə layiqli yer tuta bilən bir gömrük sistemi yaratmalıyıq" fikrini əldə tutan gömrük orqanları bunu əsas kimi qəbul edərək dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnirlər. Gömrük orqanları bütün ehtiyat mənbələrindən səmərəli istifadə etməyə çalışaraq Vətənimizin iqtisadi suverenliyinin və təhlükəsizliliyinin qorunması, ölkə iqtisadiyyatının dünya təsərrüfatı ilə inteqrasiyasının təmin olunması üçün bütün imkanlarını səfərbər etmişdir.

Azərbaycan Respublikasında aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində gömrük işinin inkişafında yeni mərhələnin təməli qoyulmuşdur. Ölkə başcısı İlham Əliyevin davam etdirdiyi inkişaf strategiyası gömrük orqanlarının fəaliyyətində hiss olunmaqdadır. İlham Əliyevin yürütdüyü siyasət "Heydər Əliyev kursu" kimi müəyyənləşdirilərək, Azərbaycan dövlətçiliyinin sabit inkişafının yeni mərhələsini təşkil edir.

ƏDƏBİYYAT SİYAHISI




  • Azərbaycan Respublikasının Yeni Gömrük Məcəlləsi. Bakı - 2011.

  • Heydərov K.F. "Gömrük işinin əsasları".

  • Heydərov K.F. "Gömrük işinin əsasları, gömrük işinin təşkili və texnalogiyası". I cild Azərbaycan Dövlət Nəşriyyatı. Bakı - 1999.

  • Heydərov K.F. "Gömrük işinin əsasları, gömrük işinin təşkili və texnalogiyası". II cild Azərbaycan Dövlət Nəşriyyatı. Bakı - 1999.

  • Heydərov K.F, A.Ə.Əliyev, C.Q.Nuriyev, S.M.Mehdiyev. "Gömrük Rəsmiləşdirilməsi" Bakı. Qanun - 2006.

  • A.Şəkərəliyev. C.Q.Nuriyev. A.Ə.Əliyev. "Gömrük işinin təşkili və idarə edilməsi". Bakı. Qanun - 2003.

  • A.Şəkərəliyev. M.Y.Həmidova "Gömrük işinin təşkili və idarə edilməsi". Azərbaycan Dövlət İqtisad Universiteti. Hüquq ədəbiyyatı. Bakı - 2006.

  • A.Ə.Əliyev. "Gömrük işi və dünya iqtisadiyyatının inkişafı Bakı - 2003.

  • "Gömrük xəbərləri" qəzeti. Bakı-2011.

  • www.az-customs.net - Dövlət Gömrük Komitəsi


1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət