Ana səhifə

Buraxili ş İ Ş İ Mövzu: "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətləri" Elmi rəhbər: b\m Nəcəfova Ş. C


Yüklə 0.66 Mb.
səhifə4/5
tarix06.05.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5

III Fəsil. Yük Gömrük Bəyannaməsinin tətbiqi xüsusiyyətləri:


  1. Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi, tətbiqi xüsusiyyətləri.

Bizm bu fəslimiz Yük Gömrük Bəyannaməsinin tətbiqi xüsusiyyətlərinə həsr olunub. Fəsilin birinci sualında Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi, tətbiqi xüsusiyyətləri; ikinci sualında Gömrük rəsmiləşdirilməsinin sahəsində beynəlxalq təcrübə və onun öyrənilməsinin əhəmiyyəti; üçüncü sualında isə Gömrük rəsmiləşdirilməsinin təkminləşdirilməsinin öyrənilməsini təhlil edirik.

2012-ci il yanvarın 30-u Dövlət Gömrük Komtəsinin yaradılmasının 20-ci ildönümü ölkəmiz üçün həqiqətən də əlamətdar bir hadisədir. Məlum olduğu kimi, 20 il bundan öncə, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarı 30-da Dövlət Gömrük Komtəsi yaradılmışdır. Müstəqil Azərbaycan Respublikası ilə həmyaşıd olan Dövlət Gömrük Komtəsi ötən müddət ərzində sürətli inkişaf yolu keçmiş, ölkəmizdə dünya standartlarına uyğun gömrük xidməti formalaşmışdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində xalqımızın ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şəraitlərə baxmayaraq, ölkənin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük naliyyətlər əldə olunmuşdur. Bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Azərbaycan prezdenti İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsi, yaradılmış əlverişli iqtisadi şərait davamlı və sürətli inkişafı təmin etmişdir.

Azərbaycan Respublikası gömrük xidməti xarici iqtisadi fəaliyyətin tənzimlənməsi və gömrük siyastinin həyata keçrilməsinin ən mühüm institutudur. Respublika icra hakimiyyəti sisteminə daxil olan gömrük xidməti Prezdent və hökümət tərəfindən gömrük orqanları qarşısında qoyulan məsələləri həll etməyə qabil olan hüquqi baza və gömrük infrastrukturuna malikdir. Gömrük xidmətinin dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılmasında rolu ildən-ilə artır və dövlətin iqtisadi təhlükəsizliyinin, eləcə də, xarici ticarət əlaqələrinin inkişaf etdirilməsinin təmin edilməsində mühüm faktora çevrilir.

Bununla belə, həm gömrük siyasəti, həm də onun həyata keçrilməsi metodları, eləcə də gömrük xidmətinin maddi-texniki, kadr, elmi-metodik, hüquqi informasiya təminatı sahəsində təkmilləşdirilməyə ehtiyac duyulur. Xarici iqtisadi fəaliyyətin tənzimlənmə mexanizmi mahiyyətcə fərmalaşma mərhələsindədir.

Gömrük orqanlarının informasiya təminatının köklü yaxşılaşdırılması təmin edilmdən, yeni informasiya texnologiyaları əsasında informasiya şəbəkələri yaratmadan, bütün dövlət orqanlarının malların sərhəddən keçrilməsinə nəzarət üzrə fəaliyyətini əlaqələndirmədən xarici iqtisadi fəaliyyətin gömrük metod və vastələri ilə tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi mümkün deyildir.

Belə ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici - iqtisadi fəliyyət və idxal - ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi olmuşdur. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətini yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıya qoyulmuş və buna nail olunmuşdur.

Gömrük xidməti həqiqətən də ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə müasir tələblərə cavab verən modern gömrük siyasətinin yaradılmışdır.

Gömrük xidmətini həyata keçirən kompleks tədbirlərdən biri də gömrük rəsmiləşdirilməsidir.

Azərbaycan Respublikasında Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası:



  • Gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsi və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır;

  • Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər;

  • Gömrük Məcəlləsinə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.

Gömrük Məcəlləsinə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir.

1). Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri

Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir:


  • gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;

  • gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;

  • malları keçirən şəxsə görə.

Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.

2). Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması

Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.

Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və mrük Məcəlləsində nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

3). Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt

Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır.

Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını Dövlət Gömrük Komitəsi müəyyən edir.

Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər.

Dövlət Gömrük Komitəsi malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər.

Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir.

4). Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri əməliyyatlar

Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir.

Daşıyıcının və onun nəqliyyat vasitələrinin bu Məcəllənin tələblərinə cavab verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların daşınması, həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə gətirildikdən sonra, gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) davam etdirilir.

Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün bu maddədə nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.

5). Yeni Gömrük məcəlləsini rəsmiləşdirilmənin aparıldığı dil Azərbaycan Respublikasının dövlət dilidir.

6). Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası

Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.

Bu Məcəllədə göstərilən hallarda gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir.

Gömrük rəsmiləşdirilməsi - mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun təsirinin (fəaliyyətinin) bitirilməsi əməliyyatlarının məcmusudur.

Gömrük rəsmiləşdirilməsi, həmçinin, mal və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət tənzimləmə vasitələrinin tətbiq edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu kimi də anlaşıla bilər.

Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəaları, həm də Azərbaycan Respublikası qanunvericiliyinin digər aktları ilə müəyyən edilə bilər. Qanunvericilik dedikdə təkcə qanunlar deyil, həm də Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, ilk növbədə Dövlət Gömrük Komitəsinin qanun qüvvəli aktları nəzərdə tutulur.

Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər.




  1. Gömrük rəsmiləşdirilməsinin sahəsində beynəlxalq təcrübə və onun öyrənilməsinin əhəmiyyəti.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi gömrük qanunvericiliyinə uyğun olaraq, ölkənin başqa dövlətlərlə beynəlxalq iqtisadi inteqrasiyasını möhkəmləndirmək məqsədilə, beynəlxalq hüquq normaları çərçivəsində protokolların, və sövdələşmələrin hazırlanmasında iştirak edir.

Gömrük ittifaqı dövlətlərin qarşılıqlı iqtisadi əməkdaşlığı genişləndirmək və birgə xarici iqtisadi siyasəti həyata keçirmək məqsədilə birləşmişdir. İki və daha artıq ölkə arasında müqavilə əsasında yaradılır və müqavilə iştirakçısı olan ölkələrin əmtəələri üçün gömrük rüsumlarının və başqa maneələrin aradan qaldırılmasını, vahid gömrük məkanının formalaşdırılmasını nəzərdə tutur. Keçən dövr ərzində DGK vahid gömrük siyasəti nəticəsində öz beynəlxalq əlaqələrini keyfiyyətli səviyyəyə qaldıraraq nəzərə çarpacaq dərəcədə genişləndirilmişdir.

Beynəlxalq inteqrasiyanın dərinləşməsini və beynəlxalq əməkdaşlığın genişləndirilməsini həyata keçirərək ikitərfli və çoxtərfli sövdələşmələrə üstünlüyün verilməsi artıq gömrük sisteminin təkmilləşdirilməsi sferasında öz bəhrəsini verdi. MDB-nin üzv ölkələrinin gömrük xidməti rəhbərlərinin şurası və Iqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində çoxtərəfli müqavilələr mövcuddur. DGK MDB-nin üzv ölkələrinin gömrük xidməti rəhbərlərinin Şuranın iclaslarında aktiv iştirak edir.

Gömrük sferasında beynəlxalq əməkdaşlıq sahəsində ən mühüm addımlardan biri Azərbaycan Respublikasının malların kodlaşdırılması və təsvirinin harmonizə edilmiş sistemi haqda Beynəlxalq Konvensiyaya qoşulması oldu. Bundan başqa Azərbaycan Respublikasının “Gömrükdə hüquq pozmalar və onların analizi üzrə qarşılıqlı administrativ kömək haqqında Beynəlxalq Konvensiyaya” qoşulması istiqamətində işlər görülür.

Azərbaycan Respublikası “BYD kitabçasının tətbiqi ilə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyası”na, 2000-ci ilin mayında “Malların təsviri və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistemə dair Beynəlxalq Konvensiya”ya, (“Nayrobi Konvensiyası”), 2003-cü ildə isə “Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya”ya (Kioto Konvensiyasına) qoşulmuşdur. Ümumdünya Gömrük Təşkilatının üzvü olan Azərbaycan Gömrük Komitəsi bu qurumun Siyasi Konvensiyasında və Maliyyə Komitəsində təmsil olunur. Dünyada genişlənən qloballaşma prosesi, nəticə etibarilə ideyaların, müasir texnologiyaların, mal və xidmətlərin qarşılıqlı yayılması ölkənin gömrük xidməti qarşısında da daim təkmilləşmə və modernləşmə vəzifələri qoyur.

Azərbaycanın tanınmış tərəfdaş olması respublikaya gömrük işində informasiya texnologiyalarının inkişafı və təkmilləşdirilməsi sahəsində göstərilən beynəlxalq yardım öz səmərəsini verdi. Bu gün əminliklə demək olar ki, Dövlət Gömrük Komitəsinin potensialının gücləndirilməsi və məlumat ötürülməsi şəbəkəsinin yaradılması üzrə texniki yardım layihəsinin bir neçə mərhələsi artıq müvəffəqiyyətlə sonlanmışdır.

BMT-nin İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi arasında imzalanmış layihəyə uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində bu sistemin köməyi ilə ilk dəfə idarəetmə proseslərinə müasir informasiya texnologiyalarının tətbiqi mümkün olmuşdur. 38 gömrük orqanında "ON LİNE" sisteminin tətbiqi ölkənin gömrük orqanları arasında sabit informasiya mübadiləsini təmin etməyə imkan vermişdir. Hazırda bütün yerli gömrük orqanları ilə “Modem” əlaqəsi qurulmuş, malların qısa müddət ərzində rəsmiləşdirilməklə gömrükdən çıxarılmasına nəzarət təmin olunmuşdur.

Gömrük orqanlarının vahid qlobal korporativ şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi, gömrük rəsmiləşdirməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin sənaye istismarının təmin edilməsi, müasir texniki qurğuların tətbiqi ilə gömrük sərhədini keçən mal və nəqliyyat vasitələrinə nəzarət avtomatlaşdırılmış sisteminin yaradılması, gömrük anbarlarında və terminallarında malların uçotu, saxlanması və hərəkəti prosesinin avtomatlaşdırılması, gömrük orqanları tərəfindən müəyyən olunmuş hüquqpozmaların uçotu və nəzarətinin avtomatlaşdırılmış sisteminin tətbiqi və İstifadədə olan informasiya-texniki və proqram təminatı vasitələrinin yeniləşdirilməsi(modernləşdirilməsi) məsələləri mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ şəbəkənin funksional sxemi aşağıakı kimidir (Sxem ):





Gömrük nəzarəti metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması və gömrük prosedurlarının avtomatlaşdırılması:

Malların idxalı və ixracı zamanı gömrük rəsmiləşdirilməsi əməliyyatlarının avtomatlaşdırılmış əsaslarda təşkil edilməsi gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin artırılmasını və bu işə sərf edilən vaxtın minimuma endirilməsini təmin etməklə, xarici ticarət iştirakçılarına xidmətin səviyyəsinin yaxşılaşmasına və bütövlükdə gömrük orqanlarında idarəetmənin təkmilləşməsinə imkan verəcəkdir.

Beynəlxalq təcrübədə müşahidə olunan gömrük sərhədlərində «vahid dayanacaq» prinsipi əsasında işin təşkil edilməsi sərhəd-keçid məntəqələrində nəzarət prosedurlarını sadələşdirir. Bu prinsipin tətbiqi nəticəsində nəqliyyat vasitələri bir dəfə dayanmaqla daşınan mallar üzərində bütün nəzarət növləri həyata keçirilir, gömrük sərhədindən keçirilən yüklər üzərində nəzarətin aparılması zamanı təkrarçılıq aradan qaldırılır və sərhəd keçid məntəqələrində nəqliyyat vasitələrinin dayanma müddətinin xeyli azalması təmin edilir.

Rəsmiləşdirmə prosesinin sürətini və keyfiyyətini artırmaq və yük gömrük bəyannamələrində olan məlumatlara proqram təminatı vasitəsilə elektron nəzarətin aparılması məqsədilə "Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi (GRNAS)" yaradılmışdır.

"Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sistemi" proqram kompleksi yük gömrük bəyannamələrinin(YGB) gömrük rəsmiləşdirilməsi prosesinin maksimum dərəcədə avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur. Avtomatlaşdırma prosesi iki mərhələdən ibarətdir:

- YGB-lərin elektron surətinin yaradılması;

- YGB-də olan məlumatlara nəzarətin keçirilməsi.

Nəzarətin birinci mərhələsi format-məntiqi yoxlama adlanır və tam şəkildə proqram təminatının köməyilə aparılır, gömrük brokeri və lokal şəbəkənin adminstratoru tərəfindən həyata keçirilir. Format-məntiqi yoxlama nəticəsində YGB-də istifadə olunan bütün kodlar yoxlanılır. YGB-nin yük və maliyyə aspektləri ekspert səviyyəsində yoxlanılır. Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin funksional sxemi aşağıdakı kimidir (Sxem)

        • Bəyannetmənin"elektron" surətinin yaradılması;

  • YGB-nin format-məntiqi yoxlama üsusl ilə yoylanması.










Gömrük Brokeri







S

E

R



V

E

R



        • Format-məntiqi yoxlamanın aparılması;

        • YGB-nin qeydiyyatdan keçirilməsi.










Məlumat inzibatcısı







        • Malın kodunun XİFƏN-lə düzgün təyini olunması;

        • Malın miqdarının yoxlanması;

        • Malın mənşə ölkəsinin yoxlanılması;

        • Qeyri-tarif tənzimlənmə tədbirlərinin yoxlanılması;

        • Göndərmə və köçürülmə şərtlərinin yoxlanılması;

        • Mala baxışının aparılması.




S

Ə

H



V

L

Ə



R
P

R

O



T

O

K



O

L

U






Yük şöbəsi













Sənədlərin yoxlanılması

İdarəetmə qərarlarının qəbulu:

        • Malın buraxılışı;

        • Əlavə sənədlərin tələb edilməsi;

        • Sənədlər"Qaçaqmalçılıq və GQP" bölməsinə göndərilir;

        • Rəsmiləşdirmə prosesi tam dayandırılır.










Maliyyə şöbəsi




        • Malın mənşə ölkəsinin yoxlanılması;

        • Göndərmə və köçürülmə şərtinin yoxlanılması;

        • Gömrük dəyərinin yoxlanılması.







Mərkəzi baza




GRNAS proqram təminatına yalnız gömrük orqanının gömrük serverində qeydə alınmış istifadəçi qoşula bilər. Əgər daxil edilmiş ad və şifrə sistemdə qeydə alınmış istifadəçilər cədvəlində iştirak edirsə və birbirinə uyğundursa, onda qeydə alınmış istifadəçiyə gömrük orqanının lokal şəbəkəsində GRNAS proqram təminatının onun sistemdə vəziyyətinə uyğun gələn modulları ilə işləmək imkanı verilir.

Bəyannamənin doldurulması üçün GRNAS Proqram təminatından istifadə edən və gömrük organının lokal şəbəkəsində işləyən gömrük Brokerləri "BROKER" modulundan istifadə edirlər.



GRNAS proqram təminatından istifadə etməklə gömrük orqanlarının "AİS və statistika" şöbələrinin əməkdaşları elektron gömrük bəyannamələrinin qəbulu və qeydiyyatı, bəyannamələrdən təşkill olunmuş verilənlər bazaları və sorğu bazası ilə məşğul olmaq imkanına malikdirlər. Eyni zamanda həm maliyyə şöbəsinin əməkdaşları, həm də yük şöbəsinin əməkdaşları GRNAS proqram təminatından istifadə etməklə müvafiq funksiyaları yerinə yetirirlər.

Gömrük rəsmiləşdirilməsi və nəzarətinin şəffaflığını təmin etmək, fiziki və hüquqi şəxslərin məlumatlandırılması üçün gömrük orqanlarında informasiya köşkləri fəaliyyət göstərir. İnformasiya köşklərində rəsmiləşdirilmədə istifadə olunan bütün normativ-hüquqi sənədlər, mal nomenklaturası və müvafiq tarif dərəcələri yerləşdirilib. Xarici-iqtisadi əlaqələr iştirakçısı informasiya köşkünə müraciət edərək şəffaf şəraitdə lazımi məlumatı və eyni zamanda gömrük rəsmiləşdirilməsi barədə GRNAS-dan müvafiq məlumatı əldə edə bilir. Məsələn, köşkdən malların idxal və ixracı zamanı çox vacib olan aşağıdakı məlumatları almaq olar.

Mal və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada seçilmiş gömrük proseduralarına uyğun olaraq həyata keçirilir.

Eyni zamanda informasiya köşkündən lisenziyalaşdırma qaydaları və lisenziya tələb olunan mallar, xarici ticarətdə istifadə olunan anlayışlar və bəzi terminlər, güzəştli mallar, mədəni sərvətlərin keçirilməsi zamanı tələb olunan qaydalar və bir çox digər qaydalar haqqında məlumatlar əldə etmək mümkündür.

DGK artıq TASIS proqramı çərçivəsində Avropa gömrüyü ilə əlaqələrimizin intensifikasiyası istiqamətində işlər görür. Azərbaycan Respublikası DGK-nin TASIS proqramı çərçivəsində Avropa gömrüyü ilə əməkdaşlığı nəticəsində narkotiklərin növ və tiplərinin müəyyənləşdirilməsi, risk səviyyəsinin müəyyənləşdirilməsi, yüklər üzərində nəzarət, gəmilərin yoxlanılması və s. təccrübə mübadiləsi aparılmışdır.

TASIS proqramı çərçivəsində, Azərbaycan Respublikasının milli və dövlətlərarası proqramı, Avropa Şurası Komissiyasının texniki kömək proqramı, eyni zamanda Azərbaycan Respublikası DGK-nin Avropa Gömrüyü və Ümumdünya Gömrük Təşkilatı ilə sıx əlaqələri nəticəsində müxtəlif Avropa dövlətlərinin ekspertləri gömrük işinin öyrənilməsi və analizi, mal və yüklərin mənşə ölkəsinin müəyyənləşdirilməsi, yüklərin qiymətləndirilməsi, malın təsvirinin və kodlaşdırılmasının harmonizə edilmiş sistemi istiqamətində müxtəlif işlər görülmüşdür.

Digər dövlətlərin gömrük orqanları ilə qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətini və Azərbaycan gömrüyünün beynəlxalq avtoritetinin yüksəlmiş, Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının Bakıda keçirmiş sesiyası təsdiq etdi. Sesiyanın gedişində gömrük əməkdaşlığı şurası tərəfindən elektron ticarət haqqında Bakı deklorasiyasının proyekti qəbul edildi. Bakı şəhəri ÜGT-nın tarixində yeni bir səhifə açdı. Siyasi komissiyanın sessiyasının müstəsna hal kimi Bakı şəhərində keçirilməsi hər şeydən əvvəl respublikamızın gömrük orqanlarının beynəlxalq aləmdə ilbəil artan nüfuzunun parlaq nümunəsidir. Dünyanın 153 ölkəsinin üzv olduğu ÜGT-nın Siyasi komissiyasında 17 ölkə arasında Azərbaycanın təmsil olunması və beynəlxalq təşkilatın işində, yaxından iştirakı, iqtisadi təhlükəsizliyi, suverenliyi qorumaq, dünya təsərrüfatında iqtisadi əlaqələri genişləndirmək, gömrük sahəsində götürülən öhdəliklərə əməl etmək və s. kimi qarşıda dayanan vəzifələrin əməli həllinə nail olur. Bu fakt da maraqlıdır ki, Siyasi komissiya ÜGT-nin ali orqanı kimi siyasi, strateji vəzifələrə dair məsələlərlə məşğul olur, təkliflər hazırlayır.

Beynəlxalq əməkdaşlıq: Xarici təsirlər əsasən ikivektorlu səciyyə daşıyır: Rusiya yönümlü və qərbpərəst yönümlü beynəlxalq birlik. Rusiya vektorlu MDB çərçivəsində iqtisadi inteqrasiya proseslərinin gücləndirilməsinə yönəlmişdir və ən cəlbedici ideya kimi Gömrük İtifaqı modeli irəli sürülür. İkinci vektora gəldikdə isə, əslində bu istiqamətdə bütün konstruktiv ideyalar TRASEKA layihəsində mərkəzləşmişdir.

Qeyd edilmiş modelləri müfəssəl nəzərdən keçirək. Azərbaycan Gömrük Təşkilatının özündə institusional təkamül prosesləri, Azərbaycan Respublikasının onlarda iştirakından aslıdır.

Gömrük İttifaqı ümumi gömrük sərhədi və üçüncü ölkələrlə xarici iqtisadi əlaqələrin tənzimlənməsi mexanizmi kimi sərbəst ticarət zonasıdır. Ekspertləri hesablamalarına görə, dünyanın əsas ölkələri Ümumdünya Ticarət Təşkilatına daxil olub (ÜTT) ümumdünya sərbəst ticarət zonası təşkil etdikləri vaxt-2015-2020-ci illərdə belə ittifaqlara daha ehtiyac qalmayacaqdır. Lakin nə Avropa İttifaqı (Aİ), nə də regional ittifaqlar belə birləşmə formasından imtina etmək niyyətində deyillər. Nəzərə alınmalıdır ki, Aİ-də sərbəst ticarət zonası yaradıldığı vaxtdan 90-cı illərin ortalarında gömrük sədlərinin tam ləğvinədək 20 il keçmişdir. Bu dövr ərzində vahid rəqabət və valyuta əməliyyatları qaydası, ümumi biznes etikası bərqərar olmuşdur.

Ekspertlərin fikrincə, müasir mərhələdə MDB ölkələri üçün vacib məsələlərdən biri də aşağıdakı problemlərin həllidir:



  • MDB çərçivəsində qarşılıqlı ticarətdə məhdudiyyətlər və onların aradan qaldırılması;

  • MDB çərçivəsində iqtisadi təhlükəsizlik amilləri.

Beləliklə Azərbaycan Respublikası DGK-nin beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi və gömrük işinin təkmilləşdirilməsi sahəsində gördüyü işlər beynəlxalq iqtisadi inteqrasiya istiqamətində inkişafa tə’sir göstərəcəkdir.



  1. Gömrük rəsmiləşdirilməsinin təkminləşdirilməsinin öyrənilməsi.

Azərbaycan Respublikasında yeni iqtisadi münasibətlərin təkamülü, onun beynəlxalq əmək bölgüsündə və dünya təsərrüfat sisteminə qoşulması, Beynəlxalq Ticarət Təşkilatına üzv olmağa hazırlıq xarici fəaliyyətin liberallaşdırılması şəraitində gömrük sisteminin inkişafı və daha da təkmilləşdirilməsini tələb edir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsindən və müstəqil Azərbaycan Gömrük Xidmətinin yaranmasından ötən 20 il ərzində  Azərbaycan Respublikasının gömrük sistemi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində inkişaf edən gömrük sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülmüş, onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmlənmiş və gömrük işini nizama salan mükəmməl hüquqi baza yaradılmışdır.

Keçən dövr ərzində Azərbaycan Respublikası özünün müvafiq Qanunları ilə  yeddi beynəlxalq gömrük konvensiyasına, o cümlədən 9 dekabr 2003-cu il tarixdə “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyaya və həmin Konvensiyanın dəyişdirilməsi haqqında Protokola (Kioto Konvensiyası, 1973-cu il), 11 fevral 2000-ci il tarixdə “Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında” Beynəlxalq Konvensiyaya (Cenevrə Konvensiyası, 1982-ci il) qoşulmuşdur.

Bu gün Azərbaycanda müşahidə olunan dinamik sosial-iqtisadi inkişaf və beynəlxalq iqtisadi sistemə inteqrasiya gömrük sisteminin təkmilləşdirilməsini, onun maddi-texniki bazasının moderinləşdirilməsini, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara tam uyğun aparılmasını və bütövlükdə gömrük sisteminin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun daha da artırılmasını zəruri etmişdir.

Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük işi sahəsində qanunvericiliyin və gömrük əməliyyatlarını tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən yeni Gömrük Məcəlləsinin  qəbul  edilməsini  zəruri etmişdir.

Respublikanın ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla bütövlükdə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən, bu sırada mühüm yer tutan yeni Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri edib. Artıq Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, eləcə də gömrük işi sahəsində beynəlxalq standartların öyrənilməsi və onların tətbiq edilməsi işinin davam etdirilməsi, Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti" çərçivəsində 2006-cı ildə qəbul edilmiş "Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı"nın "Azərbaycan gömrük xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı müddəalarının yerinə yetirilməsi, həmçinin "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın müddəalarının (Kioto Konvensiyası) və Ümumdünya Gömrük Təşkilatının "Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə Çərçivə Standartları"nın milli gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlanıb.

Bununla əlaqədar olaraq yuxarıda qeyd olunan Dövlət Proqramına və Planlarına uyğun olaraq Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, eləcə də gömrük işi sahəsində beynəlxalq standartların öyrənilməsi və onların tətbiq edilməsi işinin davam etdirilməsi, həmçinin “Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın müddəalarının (Kioto Konvensiyası) və Ümumdünya Gömrük Təşkilatının “Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə Çərçivə Standartları”nın milli gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və  Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanmış, cari ilin 24 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş və 2012-ci ilin yanvar ayının 1-dən isə Məcəllə qüvvəyə minəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən qeyd olunan  Məcəllənin tətbiqi ilə bağlı 15 sentyabr 2011-ci il tarixdə müvafiq Fərman imzalanmışdır və həmin Fərmanda Dövlət Gömrük Komitəsinin yeni Əsasnaməsinin, gömrük orqanlarının bayrağının və tanınma nişanının, gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin, gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirinin, beynəlxalq təcrübəyə, norma və prinsiplərə uyğun Azərbaycan Respublikasının yeni Gömrük Tarifi haqında Qanununun və eləcə də Məcəllənin normalarının tətbiqi ilə bağlı əllidən artıq qaydaların layihəsinin işlənib hazırlanması tapşırılmışdır.

Azərbaycan Respublikasının gömrük ərazisində yük gömrük və tranzit bəyannamələrinin doldurulmasının qayda və formasının Avropa İttifaqında istifadə olunan Vahid İnzibati Sənədin tələblərinə uyğunlaşdırılması məqsədilə hazırlıq işləri aparılmış və yaxın vaxtlarda onun tətbiq olunur.

Eyni zamanda Azərbaycan  Respublikasının dövlət sərhədinin  buraxılış məntəqələrindən keçirilən malların və  nəqliyyat vasitələrinin yoxlanılmasında “Bir pəncərə” prinsipinin tədbiqi ilə əlaqədar Azərbaycan  Respublikasının dörd qanununa, Azərbaycan  Respublikası Prezidentinin altı fərmanına və Azərbaycan  Respublikası Nazirlər Kabinetinin on beş qərarına əlavə və dəyişikliklər edilməsi barədə Komitə tərəfindən sənəd layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim olunmuş və qəbul edilmişdir.

Bundan əlavə cari ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasına idxal edilən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin “Bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini, bütün gömrük ödənişlərinin yalnız plastik kartlar vasitəsi ilə alınmasını və “Elektron növbə” sisteminin tətbiqini nizama salan müvafiq Fərman imzalanmışdır.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə ticarətin liberallaşdırılması, iş adamlarına daha əlverişli iş şəraitinin yaradılması istiqamətində mühüm addımlar həyata keçirilməkdədir. Bu sahədə ticarət əməliyyatlarını tənzimləyən müxtəlif qanunvericilik sənədlərinin beynəlxalq aləmdə qəbul olunan müasir standartlara və beynəlxalq konvensiyalara uyğunlaşdırılmasına əsas diqqət verilir.

Əgər nəzərə alsaq ki, xarici ticarətin aparılmasının əsas mərhələlərindən biri malların və nəqliyyat vasitələrinin dövlət sərhəd buraxılış məntəqələrindən keçməsindən ibarətdir, onda burada "bir pəncərə" prinsipinin tətbiq olunması çox vacib mövqedə dayanır. Belə ki, ölkə sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi zamanı müxtəlif dövlət qurumlarının müvafiq nəzarət növlərindən keçmək, icazə və digər sənədlərin təqdim olunması tələb olunur. Bu proseslərin bir orqan tərəfindən həyata keçirilməsi və əməliyyatların aparılması zamanı sənədlərin qəbulu və yoxlanılması fərmanın tələblərinə uyğunlaşdırılaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi ilə əlaqələndirilmiş şəkildə yerinə yetirilir. Yuxarıda qeyd olunanlarla əlaqədar operativ məlumat mübadiləsinin təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb.

"Bir pəncərə" prinsipinin tətbiqi nəticəsində resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaranıb. Bundan başqa, iqtisadi operatorlar və sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinə daha ciddi riayət edilməsi, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi də təmin edilir. Yük daşımaları imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də deyilən üstünlüklərə aiddir.

Bu sistemin tətbiqi nəticəsində xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini minimum vaxt sərf etməklə həyata keçirmək imkanı əldə etmişlər.

Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsini təkmilləşdirməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi prosedurlarını sadələşdirmək, gömrük məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, habelə Azərbaycan Respublikasının gömrük işi üzrə digər qanunvericilik aktları əsasında Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ikikanallı buraxılış sistemindən istifadəsi zamanı ("Yaşıl kanal" və "Qırmızı kanal") bəyan edilmənin sadələşdirilmiş Qaydaları" işlənib hazırlanıb.

Bu Qaydaların müddəalarına uyğun olaraq fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının sərhəd gömrük məntəqələrində ikikanallı buraxılış sistemi tətbiq edilir: "Yaşıl kanal" və "Qırmızı kanal". Fiziki şəxslər sərhədi "Yaşıl kanal"dan keçdikdə yazılı formada gömrük bəyannaməsi doldurmurlar, "Qırmızı kanal"dan keçdikdə isə malları yazılı formada bəyan etməlidirlər.

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasının ("Yaşıl kanal" və "Qırmızı kanal") həyata keçirilməsi ilə bağlı müddəalar yeni Gömrük Məcəlləsi layihəsində öz əksini geniş surətdə tapmışdır.

"Elektron Gömrük" (e-Gömrük) layihəsi "e-Azərbaycan" proqramının bir komponenti olaraq "Azərbaycan Respublikasının gömrük sisteminin inkişafı üzrə dövlət proqramının (2007-2011)" əsas istiqamətlərindən birini əhatə edir. Bu səbəbdən, "e-Azərbaycan" proqramının həyata keçirilməsi ilə bağlı yaradılan hüquqi və normativ sənədlər əsasında "e-Gömrük" layihəsi formalaşır və icra edilir. Bu səbəbdən "e-Gömrük" layihəsinin başa çatması "e-Azərbaycan" proqramının həyata keçirilməsi ilə sıx bağlıdır.

"e-Gömrük" sisteminin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə İnkişaf Strategiyasının əsas məqsədlərindən birini təşkil edir və əsasən üç altsistemdən ibarətdir:

1. Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi.

2. İnternet informasiya resurslarının idarəetmə sistemi.

3. Gömrük Komitəsinin daxili portalı - İntranet sistemi.

"e-Gömrük" əsasən DGK-da həyata keçirilən "Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" (VAİS) layihəsi üzərində qurulur. VAİS aşagıdakı modullardan ibarətdir:

- Gömrük nəzarəti sistemlərinin elektronlaşdırılması;

- Gömrük rəsmiləşdirilmə prosedurlarının avtomatlaşdırılması;

- Qaçaqmalçılıq və hüquqpozmalara qarşı mübarizə üzrə avtomatlaşdırılmış idarəetmə sistemləri və kompüterləşdirilmiş əməliyyat mərkəzi;

- Maliyyə fəaliyyətinin avtomatlaşdırılması;

- Valyuta sərvətlərinin avtomatlaşdırılmış qeydiyyat sistemi;

- Resursların idarəetmə sistemi;

- Sənəd dövriyyəsinin avtomatlaşdırılması;

- Risklərin idarə olunması sistemi;

- Texniki təchizat üzrə "Elektron sifariş" sistemi;

- Dövlət sərhədinin avtomobil buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" avtomatlaşdırılmış idarəetmə sistemi.

Hazırda VAİS-in yuxarıda göstərilən modulları mərhələlərlə həyata keçirilir və ölkənin digər dövlət orqanlarının informasiya resurslarına inteqrasiya olunması istiqamətində layihələr həyata keçirilir və "e-Azərbaycan" proqramı çərçivəsində başa çatacaqdır.

Azərbaycan Respublikasının coğrafi baxımdan Şərqlə Qərbi və Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi və bununla əlaqədar mümkün mal və nəqliyyat vasitələrinin axınlarının artması daha mükəmməl infrastrukturun yaradılmasına zəruri şərait yaradır. Bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş bir sıra dövlət proqramlarının icrasının davamı kimi Dövlət Gömrük Komitəsi tərəfindən ölkənin əsas strateji dövlət sərhədinin buraxılış məntəqələrində beynəlxalq aləmdə müasir standartlara uyğun, yüksəkkeçiricilik qabiliyyəti potensialı olan infrastruktur obyektləri tikilməkdədir. Daxili gömrük orqanlarında isə bir neçə müasir inzibati bina artıq tikilib istifadəyə verilib. Bundan əlavə, sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə boşaltma, yoxlama əməliyyatlarını operativ həyata keçirmək üçün əlverişli şəraitin yaradılması məqsədilə müasir standartlara uyğun terminallar və gömrük anabarları yaradılır.

Ümumdünya Gömrük Təşkilatı gömrük sahəsində beynəlxalq əməkdaşlığı əhatə edir. Hər iki təşkilat öz fəaliyyətini qəbul edilmiş beynəlxalq Konvensiyalara və digər normativ-hüquqi sənədlərə uyğun olaraq həyata keçirir. Bu təşkilatlar tərəfindən verilən tövsiyyələr arasında fikir ayrılığı müşahidə olunmur. Azərbaycan Respublikasının ÜTT-yə üzv olması istiqamətində mövcud komissiyanın iş qrafikinə uyğun olaraq bu təşkilata üzv olan ölkələrlə iki tərəfli danışıqlar aparılır. ÜTT-yə üzv olma prosedurlarına əsasən mərhələli müzakirələr dövrü olaraq həyata keçirilir.

Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının fəal üzvlərindən biridir. Son illər ərzində respublikamız ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə ev sahibliyi etmiş, eləcə də 176 ölkənin gömrük xidmətini özündə birləşdirən bu mötəbər təşkilatın 2003-cü ildə Bakı şəhərində Regional Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin açılması təklifi, əvvəlcə ötən il Norveç Krallığının Bergen şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında irəli sürülüb, bu məsələ ilə bağlı Azərbaycan nümayəndə heyəti iki hissəli təqdimatla çıxış edib. 2009-cu il iyunun 25-dən 27-dək Belçika Kralığının Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 113-114-cü sessiyası zamanı yeganə regional ofisin Azərbaycanda açılması təklifi dəstəklənmiş və ofisin Bakı şəhərində təsis edilməsi qərara alınmışdır. Nəhayət, yola saldığımız ilin noyabrında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu" imzalanmışdır.

Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasında mal mövqeləri üzrə mövcud tarif dərəcələrinin (0; 0.5; 1; 3; 5; 10 və 15%) dəyişdirilərək azpilləli sistemə (0; 5 və 15%) keçidi ilə əlaqədar mövcud normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin ediləcəyini nəzərdə tutan aidiyyəti prosedurlar həyata keçirilib və üç pilləli tarif sisteminə keçidlə əlaqədar normativ sənəd layihəsi hökumətə təqdim olunub.

Vergi ödəyicisi olmayan xarici iqtisadi fəaliyyət iştirakçılarına (XİFİ) statistik kodun verilməsi qaydalarının yeni proseduru tətbiq edilməsi XİF iştirakçıları ilə DGK arasındakı işgüzar mansibətlərin yeni texnologiyalar əsasında qurulmasına, XİF iştirakçıları üçün imkanların daha da genişləndirilməsi və şəffaflığın təmin edilməsinə xidmət edir.

XİF iştirakçılarına statistik kodun İnternet vasitəsilə verilməsi e-Gömrük sisteminin "Elektron Bəyannamə" layihəsinin başlanğıc mərhələsidir.

Əgər hər bir XİF iştirakçısı tələb olunan sənədləri toplamaqla müvafiq gömrük orqanına müraciət edərək Statistik Kod alandan sonra gömrük rəsmiləşdirməsi həyata keçirə bilirdisə, yeni qaydalara əsasən istənilən XİF iştirakçısı Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən (www.dgk.gov.az) istifadə etməklə statistik kod ala bilər. Gələcəkdə "Elektron Bəyannamə" sisteminin tətbiqi zamanı XİF iştirakçıları üçün tam şərait yaranır ki, gömrük rəsmiləşdirilməsi tələb olunan mallarını gömrük orqanına getmədən İnternet vasitəsilə bəyan etsin.

Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə Dövlət Gömrük Komitəsinin strukturu daha da təkmilləşdirilmişdir.

Belə ki, Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinə Dövlət Gömrük Komitəsi statusu və Sumqayıt Gömrük İdarəsinə isə Baş Gömrük İdarəsi statusu verilmiş və eləcə də bir sıra yeni struktur bölmələri - Audit və Risk Analizləri İdarəsi, Tibbi Xidmət İdarəsi, Kinoloji Mərkəz, Şahtaxtı və Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi, Lənkəran Hava Limanı Gömrük Postu yaradılmışdır.

Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi sahəsində görülmüş məqsədyönlü işlər gərək ki, bundan sonra davam etdirilsin.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət