Ana səhifə

Buraxili ş İ Ş İ Mövzu: "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətləri" Elmi rəhbər: b\m Nəcəfova Ş. C


Yüklə 0.66 Mb.
səhifə3/5
tarix06.05.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5

II Fəsil. Bəyanetmə və onun formaları:


  1. Bəyanetmənin gömrük rəsmiləşdirilməsində rolu.

Bizm bu fəslimiz Yük Gömrük Bəyannaməsinin əsaslarında biri olan Bəyanetmə və onun formalarıdır. Fəsilin birinci sualında Bəyanetmən in gömrük rəsmiləşdirilməsində rolu; ikinci sualında Yük Gömrük Bəyannaməsinin doldurulması qaydasını; üçüncü sualında isə Müxtəlif nəqliyyat vastələri üzrə malların dəyərləndirilməsi qaydasını təhlil edirik. Yeni qəbul edilmiş Gömrük Məcəlləsinin 23 fəsili bütövlükdə gömrük Bəyanetmə və Gömrük Bəyannaməsinin təşkil edilməsinə həsr olunub.

Gömrük Məcəlləsinin qanunvericiliyində bəyanetmə dedikdə, gömrük rəsmiləşdirilməsi icraatı və gömrük nəzarətinin həyata keçirilməsi məqsədləri ilə mal və nəqliyyat vasitələri barədə səhih məlumatların müəyyən edilmiş (şifahi, yazılı, digər) formada gömrük orqanlarına elan edilməsi başa düşülür.

Bir qayda olaraq bəyanetmə aşağıdakı əsas hallarda tələb olunur:


  • mal və nəqliyyat vasitələri - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə;

  • malların yerləşdirildiyi gömrük proseduru bu və ya digər səbəbdən Gömrük Məcəlləsinə müvafiq olaraq dəyişdirildikdə;

  • Azərbaycan Respublikası Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda (məsələn: sərbəst anbar proseduru altında yerləşdirilmiş mallar) verilmiş icazə geri alındıqda, yaxud ləğv edildikdə yenidən bəyan edilməlidir.

Mal və nəqliyyat vasitələrinin bəyan edilməsinin nəticələri gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

  • hüquq-mühafizə (qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına qarşı mübarizə);

  • vergi;

  • xarici iqtisadi fəaliyyətin inzibati tənzimlənməsi (kvotalaşdırma, lisenziyalaşdırma);

  • gömrük sərhəddində digər dövlət nəzarəti növlərinin təşkili;

  • xarici ticarət statistikasının aparılması və s.

Bəyanetmə gömrük-tarif tənzimləməsi mexanizmi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. İlkin gömrük - tarif münasibətlərində (mal və nəqliyyat vasitələri bilavasitə gömrük sərhəddindən keçirilərkən) vergilərin və gömrük rüsumlarının ödənilməsi ilə bağlı öhdəliklər gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük bəyannaməsinin qəbul edilməsi ilə bağlıdır.

Gömrük bəyanetməsi prinsipini açıqlarkən qeyd etmək lazımdır ki, gömrük qanunvericiliyi gömrük rüsum və vergilərinin ödənilməsi öhdəliyini gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətindən keçirilən mal və nəqliyyat vasitələri barədə məlumatı özündə cəmləşdirən hər hansı sənədin deyil, yalnız xarici ticarət göndərişi barədə son məlumatları özündə əks etdirən gömrük bəyannaməsinin təqdim edilməsidir. Çünki bəyannaməçi bəyannamədə göstərilən məlumatların dəqiqliyinə görə mövcud qanunvericiliklə məsuliyyət daşıyır.

Gömrük bəyanetmə prinsipi o deməkdir ki, ödənilməsi lazım olan gömrük ödənişlərinin hesablanması üçün lazım olan məlumatları və malları gömrük sərhədindən keçirən şəxsin özü və ya gömrük brokeri verməlidir.

Bəyanetmədən istifadə gömrük orqanlarına mal və nəqliyyat vasitələrinə seçmə nəzarət tətbiq etməyə imkan verir və çox mürəkkəb rəsmiləşdirilmə və nəzarət prosesini sadələşdirir. Əks halda mallar gömrükxanalarda yığılıb qalmış olar və iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən xarici ticarət mübadiləsinə ləngedici, neqativ təsir göstərilmiş olardı.

Gömrük bəyanetmə prinsipinə alternativ kimi gömrük rüsumları miqdarının, mal və nəqliyyat vasitələrinin keyfiyyət və kəmiyyət xarakteristikalarının müəyyən edilməsinin inzibati üsulundan da istifadə edilə bilər. Lakin bu zaman gömrük orqanları bəyannaməçinin bəyan etdiyi məlumatları gömrük nəzarətinin nəticələri ilə müqayisə etmək imkanından məhrum olar, bu da gömrük nəzarətinin səmərəliliyinin azalmasına gətirib çıxarardı. Bundan başqa gömrük bəyannaməsindən istifadə edilməməsi meydana çıxan mübahisəli məsələlərin həllini çətinləşdirər, məhkəmə və inzibati araşdırma hallarının çoxalmasına səbəb olardı. Məhkəmədə əsas sübut rolunu oynayan yazılı bəyannamə olmadan belə mübahisələrin həlli çox çətin, hətta qeyri-mümkün olardı.

Bəyanetmə formaları: Bəyanetmənin forma və qaydaları Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir. Əsas bəyanetmə formaları yazılı və şifahi formalar olaraq qəbul edilir. Qanunvericilik digər bəyanetmə formalarına da yol verir - bunlar məlumatların elektron ötürülməsi və konklydent hərəkətlər (konklydent hərəkət - şəxsin nə etmək istədiyini bildirən səssiz hərəkətlərə deyilir) hesab olunur. Müasir gömrük təcrübəsi konklydent hərəkətlər vasitəsi ilə bəyanetmədən beyənxalq hava limanlarında “yaşıl” və “qırmızı” dəhlizlər metodu tətbiq edilməklə istifadə olunmasını məqbul sayır.

Sərnişin yazılı bəyannamə təqdim etmədən, “yaşıl dəhliz” seçmə faktının özü ilə gətirilməsi, yaxud aparılması qadağan edilmiş, həmçinin, vergitutma obyekti olan mallara bu anda sahib olmadığını elan etmiş olur.

Bir qayda olaraq sərnişinin əl yükü və şəxsi baqajının gömrük rəsmiləşdirilməsi zamanı bəyannamə tətbiq edilir.

Gömrük bəyannaməsinin təqdim edilməsi: Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər.

Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər.

Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.

Bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.

Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.

Malları daşıyan nəqliyyat vasitələri bu Məcəllədə göstərilən hal istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilməlidir. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanında bəyan edilməlidir. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri isə gömrük sərhədindən keçərkən bəyan edilməlidir.



Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər: Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.

Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir.

Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.

Ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı formada öhdəlik təqdim edir.



Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi: Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.

Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.

Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilir.

Dövlət Gömrük Komitəsi gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir. Daxili malların bəyan edilməsi sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.



Gömrük bəyannaməsinin yoxlanılması: Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır:

  • malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını;

  • gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;

  • gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;

  • gömrük bəyannaməsinin Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi tələblərə uyğunluğunu;

  • gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini.

Gömrük bəyannaməsi bu Məcəllə ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır.

Gömrük bəyannaməsinin təsdiqi: Gömrük bəyannaməsi bu Məcəllə ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.

Gömrük bəyannaməsi Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.

Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər.

Bəyannamə malların təqdim olunduğu gömrük orqanından fərqli gömrük orqanında təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə həmin bəyannamə təsdiq edilir. Bəyannamə gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur.



Gömrük bəyannaməsinin ləğvi: Gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər:

  • mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;

  • fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda.

Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük bəyannaməsinin ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra baxılır.

Bəyannamə malların buraxılışından sonra ləğv edilə bilməz.

Eyni zamanda Bəyannamənin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini istisna etmir.

Sadələşdirilmiş bəyannamələr: Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş qaydalarını müəyyən edir. Aşağıdakı hallarda gömrük orqanlarına sadələşdirilmiş bəyannamələr təqdim edilir:


  • səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük proseduru altında yerləşdirərkən;

  • bu Məcəllədə nəzərdə tutulan yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı;

  • fiziki şəxslər istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən keçirərkən.

Sadələşdirilmiş bəyannamələr gömrük orqanlarının bəyannaməçinin elektron məlumat sistemindən məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə mübadiləsi üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.

Səlahiyyətli iqtisadi operatorlara, istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirən fiziki şəxslərə münasibətdə və yardım yükləri üçün sadələşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını Dövlət Gömrük Komitəsi müəyyən edir.



Əlavə, dövri və natamam bəyannamələr: Bu Məcəllədə nəzərdə tutulmuş hallarda sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamə təqdim etməlidir.

Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər.

Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər.

Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir.

Əlavə, dövri və natamam bəyannamələrin formasını, təqdim olunması qaydalarını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir.


  1. Yük Gömrük Bəyannaməsinin doldurulması qaydası.

Yük Gömrük Bəyannaməsinin doldurulması qaydası Dövlət Gömrük Komitəsinin 027 saylı əmri ilə təsdiq edilmişdir əsasnamə əsasında həyata keçrilir. Mövzunun sonunda Yük Gömrük Bəyannaməsinin qrafiki tərtib olunmuşdur.

I.Ümumi müddəalar: Bildiyimiz kimi YGB dəsti dörd əsas vərəq, bu qaydalarda nəzərdə tutulan hallarda isə əlavə vərəqlərdən (1 saylı Əlavə) ibarətdir. Barter əməliyyatlarının rəsmiləşdirilməsi zamanı YGB dəsti beş nüsxədən ibarət olmalıdır.

YGB-nin əsas vərəqi eyni bir gömrük proseduru tətbiq olunan eyni adlı mallar haqqında məlumatları göstərmək üçün istifadə olunur. Bir neçə adda olan malların bəyan olunması zamanı əsas YGB-nin ayrılmaz hissəsi olan əlavə vərəqlərdən istifadə olunur. Əlavə vərəqlərin hər biri üç adda malı bəyan etməyə imkan verir. YGB-də 100-ə qədər adda olan mallar barəsində məlumat bəyan oluna bilər. Əlavə vərəqlərin doldurma qaydaları, əlavə vərəqdə bəyannaməçi tərəfindən doldurulmayan A qrafası istisna olunmaqla, YGB-nin əsas vərəqlərinin uyğun qrafalarının doldurulması qaydaları kimidir.

YGB-də pozub-düzəltmə və qaralama olmamalıdır. Düzəlişlər yanlış məlumatların üzərindən xətt çəkilməklə, düzgün məlumatları yazı makinası və ya əl ilə yazmaqla edilir. Hər bir düzəliş səlahiyyətli şəxsin imzası və bəyannaməçinin möhürü ilə təsdiq edilir. Keyfiyyətsiz şəkildə doldurulmuş YGB-lərə gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi baxılmır.

Bəyannaməçilərə bu qaydalarda nəzərdə tutulmayan məlumatların YGB blanklarında istifadəsinə icazə verilmir.

YGB-nin vərəqləri aşağıdakı qaydada bölüşdürülür:



  1. birinci vərəq - gömrük orqanında və xüsusi arxivdə saxlanılır;

  2. ikinci vərəq (statistik) - gömrük statistikası şöbəsində (bölməsində) qalır;

  3. üçüncü vərəq - bəyannaməçiyə qaytarılır;

  4. dördüncü vərəq:

  1. malların ixracı zamanı bəyannaməçiyə - yük göndərənə qaytarılaraq, mal müşayiət sənədlərinə əlavə olunur və mallarla birlikdə sərhəd gömrük buraxılış məntəqəsinin fəaliyyət bölgəsində yerləşən gömrük orqanına göndərilir;

  2. malların idxalı zamanı - gömrük rəsmiləşdirilməsini həyata keçirən bəyannaməçidə - malı alanda qalır.

Burada istifadə olunan əsas anlayışlar aşağıdakıları bildirir:

  1. «nəqliyyat sənədi» - gömrük sərhədinə qədər (malların ixracı zamanı), gömrük sərhəddindən təyinat yerinə (malların idxalı zamanı), daşımalar üzrə müşayiət sənədləri də daxil olmaqla malların beynəlxalq daşımalarını həyata keçirmək üçün uyğun sənəddir;

  2. «malı göndərən» - gömrük bəyannaməsinə təqdim olunmuş malları nəqliyyat sənədində göstərilən, alana çatdırılması üçün daşıma müqaviləsinə uyğun olaraq daşıyıcıya verən və ya vermək istəyən, habelə daşıyıcının xidmətlərindən istifadə etməyərək, alıcıya çatdıran hüquqi və ya fiziki şəxsdir;

  3. «malı alan» - nəqliyyat sənədinə müvafiq daşıyıcı tərəfindən və ya göndərənin göstərişi əsasında gömrük sərhəddindən keçdikdən sonra, malların sərəncamına verildiyi nəqliyyat sənədində göstərilən huquqi və ya fiziki şəxsdir;

  4. «maliyyə tənzimlənməsi üzrə məsul şəxs» - ödənişli əsasda xarici-ticarət əməliyyatları üzrə müqavilələr (alqı-satqı, konsiqnasiya müqavilələri, lizinq sazişləri və s.) bağlayan və onlar üzrə hesabatlara məsul olan vətəndaşlardır;

  5. «faktura dəyəri»- ödənişli əsasda xarici-ticarət əməliyyatı şərtlərinə müvafiq olaraq malların faktiki ödənilmiş və ya ödəniləcək, habelə qarşılıqlı mal göndərişi ilə kompensasiya olunan qiymətdir;

  6. «gömrük dəyəri»:

    1. idxal olunan mallar üçün malların mövcud qanunvericiliyə uyğun olaraq müəyyən olunan dəyəridir;

    2. ixrac olunan mallar üçün:

    3. ödənişli əsasda sövdələşmələr üçün - gömrük ərazisindən malların ixrac yerinə çatdırılması (daşınma, yükləmə, boşalma, sığorta) üçün xərclər, habelə digər lazımi korrektirovkalar da nəzərə alınmaqla, ixrac olunan malların ödənilməsi və ya ödənilməli olan qiyməti əsasında təyin olunan dəyərdir;

    4. ödənişsiz əsasda digər sövdələşmələr üçün - gömrük ərazisindən ixrac yerinə çatdırılması xərcləri nəzərə alınmaqla qiymətləndirilən və ya eyniləşdirilmiş olan bircinsli malların dəyəri haqqında məlumat - kommersiya, nəqliyyat, bank, mühasibat və digər təsdiqedici sənədlə təyin olunan qiymətlər əsasında müəyyən olunan dəyərdir;

  7. «ticarət edən ölkə» - digər bir ölkənin vətəndaşı ilə milli mənsubiyyətindən asılı olmayaraq müqavilə bağlayan şəxsin qeydiyyatda olduğu (yaşadığı) ərazinin olduğu ölkədir.

II. İxrac gömrük proseduru altında olan mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları: Bu gömrük proseduru altında olan mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydası iki hissəyə bölünür: I. Bəyannaməçi tərəfindən;

II. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən.

I. Bəyannaməçi tərəfindən YGB-nin aşağıdakı qrafaları doldurulur:



  1. rəqəmlə göstərilən: {Qrafa1,2,3,4...........və.s}

  2. hərflə göstərilən: { Qrafa "A B"}

1."Bəyannamənin tipi" - Birincisi malların keçirilmə istiqaməti göstərilməlidir. İkincisi malların iki rəqəmli kodu göstərilməlidir. Üçüncüsü isə ixracatçının özü istehsal etdiyi və ya özü istehsal etmədiyi məhsulun növü yazılmalıdır.

2. "Göndərən" -Malları göndərən haqqında aşağıdakı məlumatlar olmalıdır:



  • hüquqi şəxslərə Dövlət Statistika Komitəsi, fiziki şəxslər isə gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları göstərilməlidir.

  • hüquqi şəxsin və fiziki şəxsin haqqında məlumat və ünvan göstərilməlidir.

  • hüquqi şəxslər üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən alınmış şəhadətnamə, fiziki şəxslər üçün isə Vergi Müfəttişliyindən alınmış lisenziyanın nömrəsi və verilmə tarixi göstərilməlidir.

3. "Əlavə vərəqlər" - Əlavə vərəqlər istifadə olunduqda doldurulur. Birinci yarımbölməsində vərəqin sıra nömrəsi, ikincidə isə əlavə vərəqlər daxil olmaqla, təqdim olunmuş YGB vərəqlərinin ümumi sayı göstərilməlidir.

4. "Yükləmə spesifikasiyası" - Əlavə vərəqlər istifadə olunarsa, doldurulur. Yuxarıda qeyd etdiyimiz kimi əlavə vərəqlərin ümumi sayı göstərilməlidir.

5. "Malların ümumi sayı" - YGB-nin əsas vərəqlərinin və əlavə vərəqlərində göstərilən, malların ümumi sayı göstərilməlidir.

6. "Yerlərin sayı" - Bəyan olunan mallar partiyasında yerlərin ümumi sayı göstərilir.

8. "Malı alan" - Malları alan haqqında bu məlumat göstərilməlidir: (xarici müəssisənin adı, ünvanı, ya da fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı).

9. "Maliyyə məsələlərinin tənzimlənməsində məsul şəxs" - Ödənişsiz əsasda həyata keçirilən sövdələşmələr üzrə malların keçirilməsi hallarında heç bir məlumat bildirilmir. Ödəniş əsasında xarici ticarət sövdələşməsi bağlamış məsul şəxs haqqında isə aşağıdakı məlumatlar bildirilməlidir:



  • hüquqi şəxslərə Dövlət Statistika Komitəsi tərəfindən verilmiş, fiziki şəxslər isə gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları;

  • hüquqi şəxsin və fiziki şəxsin haqqında məlumat;

  • Baş Dövlət Vergi Müfəttişliyi tərəfindən vergi ödəyicisinə verilmiş uçot nömrəsi.

11. "Ticarət edən ölkə" - Ticarət edən ölkər göstərilməlidir.

12. "Ümumi gömrük dəyəri" - Əsas və əlavə vərəqlərin göstərilən malların dəyəri üzrə alınmış ümumi məbləğ bəyan olunmuş malların ümumi gömrük dəyəri kimi göstərilməlidir.

14. "Bəyannaməçi" - Malları bəyan edən - bəyannaməçi haqqında aşağıdakı məlumat göstərilməlidir:


  • hüquqi şəxslər üçün Dövlət Statistika Komitəsi və fiziki şəxslər üçün gömrük orqanları tərəfindən verilmiş identifikasiya kodları;

  • bəyannaməçinin adı və ünvanı.

15. "Göndərən ölkə" - Göndərən ölkənin qısa adı göstərilməlidir.

16. "Mənşə ölkəsi" - Malın mənşə ölkəsinin qısa adı göstərilməlidir.

17. "Təyinat ölkəsi" - Təyinat ölkəsinin qısa adı göstərilməlidir.

18. "Göndərmə zamanı nəqliyyat vasitəsi" - Nəqliyyat vasitəsinin sayı, malın yükləndiyi nəqliyyat vasitəsi haqqında məlumat göstərilməlidir. Eyni zamanda nəqliyyat vasitəsinin mənsub olduğu ölkə də göstərilməlidir.

19. "Konteyner" - Mall konteyner keçrilmə növünə görə aşağıdakı növlərə bölünür:


  • mallar konteynerdə keçirilmə;

  • mallar konteynerdə keçirilməmə.

20. "Göndərmə şərtləri" - Birincisi göndərmə şərtlərinin iki rəqəmli kodu göstərilməlidir. İkincisi coğrafi məntəqə göstərilməlidir. Üçüncüsü isə aşağıdakılar göstərilməlidir:

  • qarşılıqlı hesablaşma vəsaitin ilə;

  • akkreditiv açılması yolu ilə;

  • malın dəyəri ödənilmədikdə.

21. "Sərhəddə nəqliyyat vasitəsi" - Nəqliyyat vasitələrinin sayı, gömrük ərazisindən kənara aparacaq nəqliyyat vasitəsi haqqında (dəniz və ya çay gəmisinin adı, hava gəmisinin reys və bort nömrəsi, dəmiryolu vaqonunun nömrəsi, yol nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və s.) məlumatlar göstərilməlidir. Eyni zamanda nəqliyyat vasitəsinin mənsub olduğu ölkə də göstərilməlidir.

22. "Valyuta və malların ümumi faktura dəyəri" - Malların faktura dəyərini ifadə edən valyutanın rəqəmli kodu valyutaların Təsnifatına uyğun olaraq göstərilməlidir. Faktura dəyəri bəyan olunan valyuta, milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

23. "Valyuta məzənnəsi" - YGB gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu tarixə Mərkəzi bank tərəfindən müəyyən olunan valyuta məzənnəsi üzrə bəyan olunan faktura dəyəri göstərilməlidir.

24. "Sövdələşmənin xarakteri" - Sövdələşmənin xarakteri göstərilir. Sövdələşmə xarakterinin göndərişlərin xüsusi şərtini xarakterizə edən əlavə üçüncü işarə göstərilməlidir:



  • xarici kreditlər hesabına göndərişlər;

  • dövlət kreditləri hesabına göndərişlər;

  • kommersiya kreditləri hesabına göndərişlər;

  • birgə müəssisələrin, beynəlxalq birlik və təşkilatların nizamnamə fondunun vəsaiti hesabına həyata keçirilən mal göndərişləri;

  • yeni texnika və texnologiya nümunələrinin göndərişləri.

25. "Sərhəddə nəqliyyat növü"

26."Ölkə daxilində nəqliyyat növü" - Nəqliyyat vasitəsi növü göstərilməlidir.

27. "Yükləmə/boşaltma yerləri" - Malların yükləmə yerləri konkret (şəhər, rayon) göstərilməlidir.

28. "Maliyyə və bank məlumatı" - Hüquqi və fiziki şəxs haqqında bank və maliyyə məlumatları göstərilməlidir:



  • valyuta nəzarəti sənədinin nömrəsi;

  • bankın adı;

  • hüquqi və ya fiziki şəxsin milli valyuta hesabının nömrəsi;

  • hüquqi və ya fiziki şəxsin xarici valyuta hesabının nömrəsi;

  • Baş Dövlət Vergi Müfəttişliyi tərəfindən verilmiş uçot nömrəsi.

29. "Sərhəddəki gömrükxana" - Gömrük sərhəddi buraxılış məntəqəsində yerləşən gömrük orqanı (gömrükxana) göstərilməlidir.

30. "Mallara baxış yeri" - Malların gömrük rəsmiləşdirilməsi dövründə onların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi zamanı tətbiq olunur.

31. "Yük yerləri və malların təsviri" - Malların ticarətdə istifadə olunan adları və onların modelləri, tipləri, ölçüləri, parametrləri və s. daxil olmaqla onların texniki xarakteristikaları göstərilir ki, onlar da bəyan olunan malları XİF MN üzrə təsnifat qaydalarına uyğun olmalıdır.

32. "Mal №-si" - Malın sıra nömrəsi göstərilməlidir.

33. "Malın kodu" - Malların XİF MN üzrə kodları göstərilməlidir.

34. "Mənşə ölkəsinin kodu" - Bəyan olunan malların mənşə ölkəsinin rəqəmli kodu göstərilməlidir.

35. "Brutto çəki (kq)" - Malların qablaşdırma vasitəsilə birlikdə ümumi çəkisi kiloqramla göstərilir.

36. "Preferensiya" "İmtiyaz" - Gömrük tədiyyələrinin ödənişi üzrə xüsusiyyətlər, ya da güzəştlərə əsas verən milli Təsnifata uyğun olaraq tətbiq edilməlidir.

37. "Prosedura" "Üsul" - Bəyan olunmuş gömrük proseduruna uyğun malların keçirilmə proseduralarının kodu göstərilməlidir.

38. "Netto (kq)" "Xalis çəki" - Malların qablaşdırılma vasitəsi nəzərə alınmadan onların xalis çəkisi kiloqramla göstərilməlidir.

39. "Kvota" - Miqdarına məhdudiyyət müəyyən olunmuş mallar üçün doldurulur. Alınmış lisenziyaya əsasən ayrılmış kvotanın qalığı ölçü vahidi ilə göstərilməlidir.

40. "Ümumi bəyannamə" - Bəyan olunan gömrük prosedurundan əvvəl digər gömrük prosedurunun olduğu hallarda ümumi bəyannamələrin təqdim olunması zamanı doldururlar.

41. "Əlavə ölçü vahidləri" - XİF MN üzrə olan malın miqdarının əlavə ölçü vahidinin kodu göstərilir.

42. "Malın faktura dəyəri" - Mövcud qanunvericiliyə uyğun olaraq, bəyan olunmuş malların faktura dəyəri göstərilir.

44. "Əlavə məlumat/təqdim olunan sənədlər" - Mövcud qanunvericiliyə uyğun olaraq, aşağıdakı sənədlərdə göstərilə bilər:


  • lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;

  • nəqliyyat sənədinin nömrəsi;

  • müqavilənin nömrəsi və tarixi;

Mövcud qanunvericiliyə uyğun olaraq, milli valyuta ilə beynəlxalq hesablaşmalar aparmaq üçün aşağıdakı sənədlərdə göstərilə bilər:

  • əsas kontrakt, müqavilə, saziş və s. olan əlavələrin nömrəsi və verildiyi tarix;

  • digər dövlət orqanlarının, bu orqanların mallara nəzarəti lazım olan hallarda verdiyi icazənin tarixi və nömrəsi;

  • malların gömrük ərazisindən xaricdə emalına verilən lisenziyanın nömrəsi və verildiyi tarix, habelə onun fəaliyyət müddəti;

  • malların mənşə sertifikatları haqqında məlumat;

  • gömrük ödənişlərinin alınmasından azad olmaq haqqında hökumət, dövlət qərarlarının adı, nömrəsi və verildiyi tarix də daxil olmaqla, verilən lisenziyaların, digər icazələrin nömrələri və verildiyi tarix.

45. "Gömrük dəyəri" - Bəyan olunan malların gömrük dəyəri göstərilir. Gömrük dəyəri göstərilən valyuta milli qanunvericiliyə uyğun olaraq müəyyən olunur.

46. "Statistik dəyər" - Bəyan olunan malların statistik dəyəri ABŞ dolları ilə göstərilir.

47."Gömrük rüsumları və yığımlarının hesablanması" - Qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq, heç bir gömrük ödəniş növünə cəlb olunmayan, bəyan olunan mallar istisna olunmaqla, qalan bütün hallarda YGB-nin rəsmiləşdirilməsi zamanı 47-ci qrafa doldurulurmalıdır.

48. "Ödənişlərə möhlət" - Gömrük ödənişlərinin ödənilməsinin uzadılması və ödənilməyə verilmiş möhlətin son müddəti göstərilməlidir.

50. "Vəkalət verən" - YGB və onun əlavə vərəqlərində göstərilən məlumatları təsdiq edib, bəyannaməçinin (yük göndərənin) imzası və möhürü ilə təsdiq olunmalıdır.

54. "Yer və tarix" - YGB-nin doldurulduğu yer və tarix göstərilməlidir.



II. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən.

7. "Sorğu nömrəsi" - Aşağıdakı sxem üzrə gömrük rəsmiləşdirilməsinə qəbul edilən YGB-nin qeydiyyat nömrəsi göstərilir: 99999 / 9 / 99 / 9999, burada:



  • saylı element, gömrük orqanları və onların struktur bölmələrinin milli Təsnifatına uyğun olaraq, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının kodunu;

  • saylı element, YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu ilin son rəqəmini;

  • saylı element, cari ayın sıra nömrəsini;

  • saylı element isə müvafiq gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş YGB-nin sıra nömrəsini bildirirlər.

Əlavə vərəqlər tətbiq olunan hallarda «A» qrafasının aşağı hissəsində 33-cü qrafanın üzərində əsas YGB vərəqinin qeydiyyat nömrəsi göstərilir.

Qrafa D - Qrafaya gömrük orqanının ştamp və möhürü vurulur. Lazım olan hallarda isə gömrük nəzarəti nəticələrini əks etdirən başqa qeydlər olunur. YGB-nin arxa tərəfində əlavə məlumatlar yazılarkən məsuliyyətli şəxs tərəfindən ştamp və ya möhür vurulması zəruridir.

Qrafa S - YGB-nin bu qrafası gömrük orqanı tərəfindən texnoloji qeydlər üçün istifadə oluna bilər.

Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən mallar üçün yük gömrük bəyannaməsinin doldurulması qaydaları

43. "Gömrük dəyəri səhvlərinin düzəldilməsi əlaməti" - birincisi:



  • əgər göstərilən gömrük dəyərində düzəliş olmamışsa;

  • əgər göstərilən gömrük dəyərində düzəliş olmuşdursa.

İkincisi:

  • gömrük dəyərinin təyini Təsnifatına uyğun olaraq təyinat metodunun nömrəsi göstərilməlidir.

Yük Gömmrük Bəyannaməsinin qrafiki (sxemi) aşağıdakı kimidir :

Qrafik 1 Əlavə8



YÜK GÖMRÜK BƏYANNAMƏSİ YGB 1

A.




1

2 Göndərən\İxracatçı №

Qeydiyyat №-si Qeydiyyat tarixi



1 Bəyannamənin tipi













GÖMRÜK ÜÇÜN - NÜSXƏ

3 Əlavə vərəq

4 Yükləmə spes







5 Mall adlarının ümumi sayı

6 yerlərin sayı

7 Sorğu nömrəsi

8 Alan\ İdxalçı №

Qeydiyyat №-si Qeydiyyat tarixi



9 Maliyyə tənzimlənməsinə məsul şəxs




10 1-ci təyinat ölkəsi

11 Ticarət edən oökə

12 Ümumi gömrük dəyəri

13

14 Bəyannaməçi №

Qeydiyyat №-si Qeydiyyat tarixi



15 Göndərən ölkə

15.a Göndərən ölkənin kodu

17.a Təyinat ölkəsinin kodu

16 Mənşə ölkəsi

17. Təyinat ölkəsi

18 Göndərən zaman nəqliyyat vastəsi




19 Konteyner

20 Göndərmə şərtləri










21 Sərhəddə nəqliyyat vastəsi




22 Valyuta və malların ümumi faktura dəyəri

23 Valyuta məzənnəsi

24 Sövdələşmənin xüsusiyyəti

25 Sərhəddə nəqliyyatın kodu

26 Ölkə daxilində Nəqliyyatın kodu

27 Yükləmə\ boşaltma yerləri

28 Maliyyə və bank məlumatı

1

29 Sərhəd gömrük orqanı

30 Mala baxış yeri

31 Yülərin və malların təsviri

Markalama və miqdar-kor. nömrəsi və malların təsviri

32 Malın №-si

33 Malın kodu




34 Mənşə ölkəsinin kodu

35 Brutto çəkisi(kq)

36 İmtiyazlar

37 Üsul

38 Neto çəkisi(kq)

39 Kvota







40 Ümumi bəyannamə\ əvvəlki

44 Əlavə məlumat təqdim olunan sənədlər




41 Əlavə ölçü vahidinin kodu

42 Faktura dəyəri

43







45 Gömrük dəyəri

46 Statistik dəyər

47 Gömrük ödənişlərinin hesablanması

Növ

Hesablama üçün əsas

Tarif dərəcəsi

Məbləğ

ÖÜ

48 Ödənişlərə möhlət

49 Anbarın adı
















B.Hesablamanın təfsilatı

Cəmi










50 Vəkalət verən İmza:
Təqdim olunmuş yer və tarix

C.

51 Gömrük orqanı və tranzit ölkə.















52 Zəmanət üçün- etibarlı deyil




53 Gömrük orqanı və təyinat ölkəsi

D.Gömrük nəzarəti

Nəticə


Gömrük təyinatı və onların növləri

Uyğunluq


Rəsmiləşdirmə tarixi

İmza


54 Yer və tarix, Mütəxəsizin imzası və möhürü



ƏLAVƏ VƏRƏQ YGB 2

A.







2 Göndərən\İxracatçı № 8 Alan\ İdxalçı №

Qeydiyyat №-si



1 Bəyannamənin tipi












3 Əlavə vərəq

1







31 Yülərin və malların təsviri

Markalama və miqdar-kor. nömrəsi və malların təsviri

32 Malın №-si

33 Malın kodu




34 Mənşə ölkəsinin kodu

35 Brutto çəkisi(kq)

36 İmtiyazlar

37 Üsul

38 Neto çəkisi(kq)

39 Kvota







40 Ümumi bəyannamə\ əvvəlki

44 Əlavə məlumat təqdim olunan sənədlər




41 Əlavə ölçü vahidinin kodu

42 Faktura dəyəri

43







45 Gömrük dəyəri

46 Statistik dəyər

31 Yülərin və malların təsviri

Markalama və miqdar-kor. nömrəsi və malların təsviri

32 Malın №-si

33 Malın kodu




34 Mənşə ölkəsinin kodu

35 Brutto çəkisi(kq)

36 İmtiyazlar

37 Üsul

38 Neto çəkisi(kq)

39 Kvota







40 Ümumi bəyannamə\ əvvəlki

44 Əlavə məlumat təqdim olunan sənədlər




41 Əlavə ölçü vahidinin kodu

42 Faktura dəyəri

43







45 Gömrük dəyəri

46 Statistik dəyər

47 Gömrük ödənişlərinin hesablanması

Növ

46 Statistik dəyər

Tarif dərəcəsi

Məbləğ

ÖÜ

Növ

Hesablama üçün əsas

Tarif dərəcəsi

Məbləğ

ÖÜ































Cəmi




Cəmi




Növ

Hesablama üçün əsas

Tarif dərəcəsi

Məbləğ

ÖÜ

Növ

Məbləğ

ÖÜ




  • Ümumi məbləğ

GÖMRÜK ÜÇÜN - NÜSXƏ

Yer və tarix, Mütəxəsizin imzası və möhürü


























1

Cəmi

Yekun



Qrafik 2 Əlavə9
Qeyd: Bundan başqa Yük gömrük bəyannamələrinin doldurulması (qrafiklər) qaydalarına (2 saylı Əlavə - Gömrük sərhədindən malların keçirilmə üsullarının təsnifatı; 3 saylı Əlavə - Dünya ölkələrinin təsnifatı; 4 saylı Əlavə - Göndəriş şərtlərinin təsnifatı; 5 saylı Əlavə - Valyutaların təsnifatı; 6 saylı Əlavə - Sövdələşmə xarakterinin Təsnifatı; 7 saylı Əlavə - Nəqliyyat növlərinin Təsnifatı; 8 saylı Əlavə - Gömrük ödənişlərinin Təsnifatı; 9 saylı Əlavə - Gömrük ödənişlərinin ödənilməsinə təminat növlərinin Təsnifatı; 10 saylı Əlavə - Ödəniş növlərinin Təsnifatı; 11 saylı Əlavə - Gömrük müəssisələrinin Təsnifatı; 13 saylı əlavə - Nəqliyyat vasitələrinin və malların gömrük dəyərinin təyini metodlarının Təsnifatı) aiddir.


  1. Müxtəlif nəqliyyat vastələri üzrə malların dəyərləndirilməsi qaydalası.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və oradan aparılan bütün mallar gömrük rəsmiləşdirilməsindən keçməlidirlər. Yeni qəbul edilmiş Gömrük Məcəlləsinin VIII- ci Bölməsi bütövlükdə malların Gömrük ərazisinə gəririlməsi və bu ərazidən aparılmasına həsr olunub.

Mövcud Gömrük Məcəlləsi müəyyən edir ki, nəqliyyat vastələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçrilməsi gömrük bəyannaməsində göstərilən konkret gömrek proseduruna uyğun olaraq reallaşdırılır.

Gömrük dəyəri anlayışı: Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin təyin edilməsinin “Gömrük tarifi haqqında” qanun müəyyən edir. Gömrük dəyərinin müəyyən edilməsi sisteminə aşağıdakı sənədlər daxildir:

1) ÜTT / QATT-ın Gömrük qiymətləndirilməsi üzrə məcəlləsi

2) Ticarət və Tarif üzrə Baş Sazişin (QATT) VII maddəsinin yerinə yetirilməsi haqqında saziş.

QATT-ın VII maddəsi gömrük rüsumlarının yığılması məqsədi üçün malların qimətləndirilməsinə aiddir. O, malın gömrük dəyərinin bütün dövlətlər üçün ümumi prinsiplərini müəyyənləşdirir və orada göstərilir ki, malın dəyəri onun idxal qiymətinə əsaslanmalıdır, saxta qiymətlərə, yaxud da milli mənşəli malların qiyməti əsasında müəyyən edilə bilməz.

Azərbaycan Respublikası yaxın gələcəkdə ÜTT daxil olmaq istədiyi üçün (hələlik Azərbaycan ÜTT-nin məşvərətçi üzvüdür) gömrük dəyərinin təyini üzrə beynəlxalq normativ sənədləri gömrük orqanlarının fəaliyyətində tətbiq olunmasına maksimum dərəcədə nail olmalıdır.

Bir qayda olaraq, gömrük rəsmiləşdirilməsi mərhələsində yüklər nəqliyyat vasitələri ilə daşınmalıdır. Belə hallarda gömrük orqanı bu malların dəyişdirilməsinə imkan verməmək üçün lazımi tədbirlər görməlidir.

Gömrük qanunvericiliyi malların gömrük təminatları altında daşındığı nəqliyyat vasitələrinə bir tələb irəli sürür - texniki təchizat normalarına uyğun gəlmək. Bu Qaydalarda nəqliyyat vasitələrinin konstruksiyalarına texniki tələblər ifadə olunur:

a) nəqliyyat vasitələrinin yük bölmələri;

b) brezentlə örtülmüş nəqliyyat vasitələrinin yük bölmələri;

c) konteynerlər (brezentlə örtülmüş konteynerlər də daxil olmaqla).

Müəyyən olunmuş qaydada təchiz edilmiş nəqliyyat vasitəsi dedikdə elə nəqliyyat vasitələri başa düşülür ki, onların yük bölmələri aşağıda göstərilən kimi olsun:

a) malların möhürlənmiş yük bölmələrindən götürülməsi, yaxud oraya yığılması, gömrük təminatlarının gözlə görünən qırılması və ya zədələnməsi olmadan mümkün olmasın;

b) gömrük təminatları asan və etibarlı vurula bilsin;

c) orada malların gizlədilməsi üçün naməlum yerlər olmasın;

ç) malların yerləşə biləcəyi yerlər gömrük baxışı üçün asan olsun.

Nəqliyyat vasitələrinin yük bölmələrinin konstruksiyası (konteynerlərin konstruksiyası) bu Qaydalarla müəyyən edilmiş texniki tələblərə müvafiq olmalıdır:

a) yük bölməsinin tərkib elementləri (divarları, döşəməsi, qapıları, damı, dayaqları, çərçivəsi, köndələn elementləri və s.) elə bir mexanizmin vasitəsilə birləşdirilməlidir ki, onları gözlə görünən izlərə yol vermədən bayır tərəfdən açıb çıxarmaq və yenə də yerinə qoymaq mümkün olmasın, ya da elə üsullarla birlşdirilməlidir ki, həmin konstruksiyada zahiri izlərə yol vermədən dəyişikliklər etmək mümkün olmasın. Divarlar, döşəmə, qapılar və dam müxtəlif elementlərdən hazırlandığı hallarda da onlar həmin tələblərə cavab verməli və lazımi qədər möhkəm olmalıdırlar;

b) qapıların və digər qapama sistemlərinin (bağlayıcı kranları, baca qapaqları, flanslar və s. daxil olmaqla) elə mexanizmi olmalıdır ki, onların üzərinə gömrük möhürləri və plomblarını vurmaq mümkün olsun. Həmin mexanizm elə olmalıdır ki, onu zahiri izlərə yol vermədən bayır tərəfdən açıb çıxarmaq və yenə də yerinə qoymaq, gömrük möhürlərinin və plomblarının zədələnməsinə yol vermədən qapıları və qapayıcı qurğuları açmaq mümkün olmasın. Gömrük möhürləri və plombları müvafiq tərzdə mühafizə olunmalıdır. Açılan qapaqların (lyukların) düzəldilməsinə icazə verilir;

c) ventilyasiya və drenaj deşikləri yük bölməsinə daxil olmağa imkan verməyən qurğularla təchiz edilməlidir. Həmin qurğunun elə konstruksiyası olmalıdır ki, onu gözlə görünən izlərə yol vermədən bayır tərəfdən çıxarmaq və yenə də yerinə qoymaq mümkün olmasın.

Yük bölməsinin tərkib elementlərinə praktik baxımdan içərisi boş sahələrin (məsələn, divarın tərkib hissələri arasında) daxil edilməsinə icazə verilir. Həmin sahələrdən malların gizlədilməsi məqsədi ilə istifadə etməyin mümkün olmamasından ötrü:

- daxili örtük yük bölməsinin bütün hündürlüyü boyunca, döşəmədən tavana qədər bürüdüyü hallarda, yaxud örtük ilə zahiri divar arasındakı sahə bütünlüklə bağlı olduğu hallarda, daxili örtük elə bərkidilməlidir ki, gözlə aşkar görünən izlərə yol vermədən onu sökmək və yenə də yerinə bərkitmək mümkün olmasın;

- örtük yük bölməsini bütün hündürlüyü boyunca, bürümədiyi və örtük ilə zahiri divar aarsındakı sahə bütünlüklə bağlı olmadığı hallarda, yük bölməsinin konstruksiyasında içiboş sahələrin olduğu bütün digər hallarda, göstərilən sahələrin miqdarı mümkün qədər az və həmin sahələr gömrük nəzarətindən ötrü çox asan olsun.

Pəncərələrin qurulmasına bu şərtlə icazə verilir ki, onlar möhkəm materiallardan düzəldilmiş olsun və aşkar görünən izlərə yol vermədən onları bayır tərəfdən çıxarmaq və yenidən yerinə bərpa etmək mümkün olmasın. Şüşə salmağa yol verilə bilər, lakin bu zaman pəncərənin bayır tərəfdən çıxarılması mümkün olmayan möhkəm metaldan hazırlanmış qəfəsi olmalıdır; qəfəsin dəliklərinin ölçüləri 10 mm-dənq çox olmamalıdır.

Döşəmədə yağlama, xidmət göstərmək, qumqabını doldurmaq kimi texniki məqsədlər üçün düzəldilən dəliklərə, elə şərtlə yol verilər bilər ki, onların qapaqları olsun və bu qapaqlar elə düzəldilsin ki, bayır tərəfdən yük bölməsinə daxil olmaq mümkün olmasın.

Nəqliyyat vasitələri aşağıdakı tələblərə də cavab verməlidir.

Brezent ya möhkəm qalın kətandan, ya da üzünə plastik kütlə çəkilmiş, yaxud rezinləşdirilmiş, dartıldıqda uzanmayan, çox möhkəm parçadan (qumaşdan) hazırlanmalıdır. Brezent saz vəziyyətdə olmalıdır və elə hazırlanmalıdır ki, qapayıcı mexanizmlə bərkidildikdən sonra gözə görünən izlərə yol vermədən, yük

bölməsinə keçmək mümkün olmasın.

Brezent bir neçə parçadan ibarət olduqda, həmin parçaların ucları bir-birinin üstünə qatlanır və ən azı bir-birindən 15 mm aralı olan cüt tikişlə bir-birinə sırınır. Həmin tikişlərdən birisi yalnız isəridən görünməlidir və bu tikiş üçün seçilən sapın rəngi həm brezentin, həm də digər tikiş üçün seçilən sapın rəngindən fərqlənməlidir. Bütün tikişlər mexaniki üsulla sırınmalıdır.

Əgər brezent plastik kütlə ilə örtülmüş bir neçə parça qumaşdan tərtib edilmişsə, həmin parçalar lehimləmə üsulu ilə bir-birinə birləşdirilməlidir. Hər parçanın kənarları digər parçanın kənarlarının üstünü ən azı 15 mm örtməlidir. Parçaların birləşdirilməsi həmin enlikdə bütünlüklə aparılmalıdır. Birləşmənin bayır tərəfdəki kənarı elə həmin lehim üsulu ilə ən azı 7 mm enlikdə plastik kütlə zolağı ilə örtülməlidir. Həmin zolağın üzərinə, habelə onun hər tərəfinə ən azı 3 mm enlikdə dəqiq birtipli relyef vurulmalıdır. Lehimləmə elə yerin yetirilir ki, gözlə görünən izləri yol vermədən həmin parçaları bir-birindən ayırmaq və yenə də bir-birinə birləşdirmək mümkün olmasın.

Gömrük möhürləri və plombları altında beynəlxalq yük daşınmasına yalnız aşağıdakı şəkildə hazırlanmış və təchiz edilmiş konteynerlər buraxıla bilər:

a) yükləri konteynerlərin möhürlənmiş hissəsindən çəkib çıxarmaq mümkün olmasın və ya qırılmasın, gömrük möhürlərinin, plomblarının zədələnməsinin zahiri izi qalmadan oraya yükləmə mümkün olmasın;

b) gömrük möhürləri və plomblarını adi və möhkəm vurmaq mümkün olsun;

c) onlarda yük gizlətmək üçün gizli yerlər olmasın;

ç) yüklər gömrük nəzarətini həyata keçirməyə imkan verən yerlərdə yerləşdirilsin.

Konteynerlərin tərkib hissələri (divarlar, döşəmə, qapılar, dam, dayaqlar, çərçivələr, göndələn elementlər və s.) ya xaricdən çıxartmaq mümkün olmayan qurğu vasitəsilə, yaxud da zahiri izlər qoyulmadan dəyişdirilməsi mümkün olmayan konstruksiyanı təmin edən üsulların köməyi ilə birləşdirilməlidir.

Qapılar və başqa bağlanan sistemlərdə gömrük möhürü və plombları vurmaq mümkün olan qurtular olmalıdır:

Ventilyasiya və drenaj deşikləri konteynerlərə daxil olmağa mane olan qurğu ilə təmin olunmalıdır. Bu qurğu elə olmalıdır ki, onu xaricdən zahiri iz qoymadan çıxartmaq, sonra isə yerinə qoymaq mümkün olmasın.

Qatlanan və sökülən konteynerlər bu qaydalarda göstərilən tələblərə cavab verməlidir.

Yığılmış konteynerlərin bayır tərəfində olan cəmləşdirici qurğular elə konstruksiyaya malik olmalıdır ki, onların üzərinə gömrük plombu və möhürü vurmaq mümkün olsun.

Nəqliyyat vasitələri texniki normativlərin tələblərinə uyğun olduqda, onlar malların gömrük təminatları altında daşınmasına buraxıla bilər.

Buraxılma prosedurası DGK-nin “Nəqliyyat vasitələrinin (konteynerlərin) gömrük möhürləri və plombları ilə yük daşımalarına buraxılması qaydaları haqqında” Təlimatı ilə müəyyənləşdirilir.

Nəqliyyat vasitəsinin buraxılışı haqqında şəhadətnamə almaqdan ötrü onun ülkiyyətçisi, yaxud sahibi nəqliyyat vasitəsinin növünü, cinsi və fərdi əlamətlərini, dövlət qeydiyyat nömrələrini, buraxılış haqqında qərarın qəbul edilməsindən ötrü istifadə oluna bilən digər məlumatları göstərməklə müəyyənləşdirilmiş regional gömrük orqanlarına yazılı surətdə ərizə təqdim edir. Ərizə sərbəst formada tərtib olunur.

Ərizəyə nəqliyyat vasitəsinin foto-şəkilləri, habelə nəqliyyat vasitəsinə dair mülkiyyətçilik, tam təsərrüfat idarəetməsi, operativ idarəetmə, yaxud sahibkarlıq hüququnu təsdiq edən sənədlər də əlavə olunur.

Ərizə verildiyi gündən 10 gün müddətində gömrük orqanları tərəfindən baxılmalıdır. Bu müddət ərzində gömrük xidməti nəqliyyat vasitəsinin təchizat qaydaları ilə nəzərdə tutulan texniki tələblərə müvafiqliyini yoxlayır.

Əgər nəqliyyat vasitəsi nəzərdə tutulan texniki tələblərə müvafiqdirsə, gömrükxana tərəfindən buraxılış barədə şəhadətnamə verilir.



Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi qaydaları: Yük dedikdə - marşrutla, vaqonla, konteynerlərlə və kiçik həcmlərdə dəmir yolu ilə daşınan və ya daşınması nəzərdə tutulan mallar nəzərdə tutulur.

Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və oradan aparılan bütün yüklər gömrük rəsmiləşdirilməsindən keçməlidirlər.

Gömrük rəsmiləşdirilməsi qaydası DGK-nın normativ sənədləri ilə müəyyən olunur.

Yüklərin gömrük rəsmiləşdirilməsi Gömrük Məcəlləsində nəzərdə tutulmuş müddətlərdə icra olunur. Yüklərin gömrük rəsmiləşdirilməsi gömrük orqanlarının razılığı ilə yüklərin müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi və ya faktiki yerləşdirilməsi (müəssisələrin keçid yollarında yerləşdirilməsi) ilə Dəmir yolu şöbələri tərəfindən təsis edilmiş müvəqqəti saxlanc anbarları DGK-nın tələblərinə müvafiq təchiz olunmalıdırlar.

Dəmir yolu müəssisələri tərəfindən təsis edilən müvəqqəti saxlanc anbarlarında gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlanc haqqında Əsasnamədə (müvəqqəti saxlanc anbarlarında) nəzərdə tutulan qeydiyyat (uçot) sistemindən yayınmalara yol verilə bilər. Dəmir yolu ilə yük daşımalarının təkmilləşdirilməsi məqsədilə DGK və Nəqliyyat Nazirliyinin Dəmir Yolu İdarəsi ilə DYİ birgə avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemləri tətbiq edə bilərlər.

Gömrük rəsmiləşdirilməsi başa çatmamış yüklərin iki gömrük orqanı arasında daşınması gömrük nəzarəti altında, daşınmanı icra edən dəmir yollarının məsuliyyəti ilə həyata keçirilir. Gömrük nəzarəti altında daşınan yüklər haqqında gömrük orqanlarının vəzifəli şəxslərinin öz səlahiyyətləri daxilində verdikləri qərarın icrası dəmir yolunun işçiləri üçün vacibdir.

Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarəti altında daşınması yüklərin daşınması qaydalarına, beynəlxalq yük daşımaları haqqında müvafiq razılaşmalara uyğun olaraq Gömrük Məcəlləsinə riayət olunmaqla həyata keçirilir. Dəmir yolu tərəfindən yüklərin gömrük nəzarəti altında nəqli texniki vəziyyəti yüklərin saxlanmasını təmin edən vaqonlarda və konteynerlərdə (bundan sonra daşıma vasitələri) həyata keçirilir.

Göndərən gömrük orqanı adi daşıma müddətlərinə əsaslanaraq, dəmir yolunun nəzərdə tutulan marşrut imkanlarını və başqa şərtləri nəzərə alaraq, yükün təyinat gömrük orqanına çatma müddətini təyin edir. Dəmir yolu normal daşınma və saxlanma şəraitində təbii aşınma və ya azalma istisna olunmaqla, qablaşdırma materiallarını və malları dəyişməmiş vəziyyətdə təyinat stansiyasına çatdırmağa və yükün çatdırılması haqqında müvafiq gömrük orqanına məlumat verməyə borcludur.

Dəmir yolu ilə yüklərin gömrük nəzarəti altında daşınması zamanı gömrük ödənişlərinin ödənilməsinin təmin olunması tələb olunmur. Ancaq dəmir yolu işçiləri gömrük nəzarəti altında daşınan yüklərin gömrük orqanlarının razılığı olmadan sahiblərinə vermə hüququ yoxdur. Bu halda dəmir yolu Gömrük Məcəlləsinə müvafiq olaraq məsuliyyət daşıyır.

Azərbaycan Respublikası gömrük Sərhədindən boru kəməri nəqliyyatı və elektrik ötürücü xətləri üzrə Keçirilən malların gömrük Rəsmiləşdirilməsi qaydaları: Boru kəməri nəqliyyatı və elektrik ötürücü xətləri ilə malların Azərbaycan Respublikası gömrük sərhədindən müvafiq gömrük proseduruna uyğun keçirilməsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və gömrük işinə dair digər normativ-hüquqi sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Boru kəməri nəqliyyatı və elektrik ötürücü xətləri ilə Azərbaycan Respublikası gömrük sərhədindən keçirilən mallar mövcud təlimata və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin digər normativ aktlarına uyğun olaraq gömrük nəzarətindən və gömrük rəsmiləşdirilməsindən keçməlidirlər. Gömrük orqanlarının icazəsi olmadan malların keçirilməsinə yol verilmir. Gömrük orqanlarının icazəsi olmadan malları keçirən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Malları keçirən şəxslər gömrük və valyuta nəzarəti üçün zəruri olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etməlidirlər. Tələb olunan sənədlər və məlumatlar, onların gömrük orqanlarına təqdimat qaydası, Gömrük Məcəlləsinə, valyuta qanunvericiliyinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin digər normativ aktlarına əsasən müəyyən edilir.

Malların gömrük rəsmiləşdirilməsi, ixracatçının və ya idxalatçının yerləşdiyi yeri əhatə edən ərazi gömrükxanasında həyata keçirilir. Malların keçirilməsi zamanı bir neçə nəqliyyat növü (boru kəməri, dəmir yolu, boru kəməri - avtomobil və s.) istifadə olunursa, ixracatçı onun yerləşdiyi yeri əhatə edən ərazi gömrükxanasında müvafiq qaydada rəsmiləşdirilmiş və təsdiq edilmiş yük gömrük bəyannaməsinin kserosurətini, malların yüklənib-boşaldılması yerini əhatə edən ərazi gömrükxanasına təqdim etməlidir.

Kserosurət rəsmiləşdirmə aparmış gömrük orqanının rəisi və onun müavinin imzası ilə imzalanmalı və möhürlə təsdiqlənməlidir. Mallar, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanında bəyan edilməlidir. Həcmindən asılı olmayaraq mallar bir təqvim ayı ərzində, elektrik enerjisi isə bir rüb ərzində bir müqavilə üzrə göndərilirsə, bir mal partiyası kimi bəyan edilə bilər.

Tam yük gömrük bəyannaməsi (bundan sonra YGB) 4 nüsxədən ibarət olaraq doldurulur və gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra aşağıdakı qaydada paylanılır:

1. Birinci vərəq - gömrükxananın statistika bölməsində qalır;

2. İkinci vərəq - gömrükxananın maliyyə-tarif şöbəsinə verilir;

3. Üçüncü vərəq - deklaranta qaytarılır və malın nəql edilməsi üçün icazə kimi istifadə edilir;

4. Dördüncü vərəq - Dövlət Gömrük Komitəsinə göndərilir.

Müxtəlif nəqliyyat növlərindən istifadə edilməklə, malların Azərbaycan Respublikası gömrük ərazisindən aparılması üçün, daşınma sənədlərində gömrük orqanının “buraxılsın” ştampının basqısı və YGBnin nömrəsi, gömrük orqanının vəzifəli şəxsinin şəxsi möhürü ilə təsdiqlənməlidir.

Bu müqavilə üzrə göndərilən mallar bir mal partiyası kimi bəyan edilərkən, YGB-nin 31 qrafasında bəyannaməçi tərəfindən əlavə olaraq təqvim ayının və ilin və ya rübün və ilin adı göstərilməklə “_____________göndərilir” qeydiyyatı aparılır. Məsələn, 2006-cı il ərzində göndərilir”. Mallar Azərbaycan Respublikasının gömrük sərhədindən daşıyıcı tərəfindən yalnız YGB-də göstərilən dövr ərzində keçirilməlidir.



Malların Beynəlxalq Poçt Göndərişləri (BPG) ilə daşınması: Beynəlxalq Poçt Göndərişləri (BPG) Azərbaycan Respublikasının gömrük sərhədini keçən digər mallar kimi gömrük qeydiyyatına və gömrük nəzarətinə alınmalıdırlar. Poçt rabitəsi xidmətindən istifadə ilə malların göndərilməsi xüsusiyyətlərindən asılı olaraq onların sənədləşməsi və vergi haqqının ödənilməsi qaydası ümumi qaydadan fərqlidir. BPG ilə malların daşınmasına beynəlxalq poçt mübadiləsi yerlərində yerləşmiş gömrük orqanları tərəfindən nəzarət edilir. Hazırda bu o deməkdir ki, BPG-nin gömrük sənədləşməsini və nəzarətini gömrük orqanları həyata keçirir.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət