Ana səhifə

Buraxili ş İ Ş İ Mövzu: "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətləri" Elmi rəhbər: b\m Nəcəfova Ş. C


Yüklə 0.66 Mb.
səhifə2/5
tarix06.05.2016
ölçüsü0.66 Mb.
1   2   3   4   5

1. Ticarət sənədləri. Bu sənədlərə müqavilə, hesab, faktura, spesifikasiya, invoys (qiymətlərin siyahısı), qablaşdırılma sənədləri və s. aiddir. Gömrük nəzarətinin həyata keçirilməsi üçün müqavilələrin hər hansı, o cümlədən faksimil surəti və həmçinin, belə müqavilələrdən çıxarışlar da qəbul edilə bilər. Lakin müqavilələrin surətləri və onlardan çıxarışlar müqaviləni bağlayan təşkilatın rəhbərliyinin imzası və bu təşkilatın möhürü ilə təsdiqlənməlidir. Bununla belə təqdim edilən sənədlərdə məlumatların dəqiq olmadığını güman etməyə kifayət qədər əsas olarsa, gömrük orqanının vəzifəli şəxsləri müqavilələrin orijinal nüsxələrini tələb edə bilərlər. Müqavilə tərəfləri barədə məlumatların təsdiqi üçün, qeydiyyat və bank rekvizitləri göstərilmiş təşkilatın rəhbəri və baş mühasibi tərəfindən imzalanmış, möhürlə təsdiq edilmiş məktub-ərizə qəbul edilə bilər.

2. Nəqliyyat sənədləri. Sadalanan nəqliyyat sənədlərinə əsasən mallar gömrük sərhədindən keçirilir: konosament (beynəlxalq gəmiçilikdə yüklərin daşınması prosesində daşıyıcı və yük sahibi arasındakı münasibətləri müəyyən edən sənəddir), qaimə, dəmiryol nəqliyyatı üçün - yol-daşınma cədvəlləri, vaqon vərəqi, təhvil cədvəlləri, baqaj qəbzləri.

3. Gömrük sənədləri. Belə sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən verilir və şəhadətləndirilir. Gömrük bəyannamələri, təyinat gömrükxanasına təqdim edilməsi tələb olunan digər sənədlər (çatdırılmaya nəzarət sənədləri), gömrük təminatları altında daşınmaya buraxılmış nəqliyyat vasitələrinin

şəhadətnaməsi, gömrük orqanları tərəfindən verilən müxtəlif icazələr, ixtisas attestatları və s. gömrük sənədləridir.



4. Gömrük nəzarəti üçün tələb olunan digər sənədlər. Belə sənədlərə xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququ verən təsisat sənədləri; uyğunluq və keyfiyyət sertifikatları; digər dövlət nəzarət orqanları tərəfindən verilən karantin, icazə sənədləri; sərhəd buraxılış vərəqələri və s. aid edilə bilər.

Sadalanan sənədlər mal və nəqliyyat vasitələrinin seçilmiş prosedurunun tələblərinə uyğun olaraq buraxılması və istifadə olunmasına qədər gömrük orqanının vəzifəli şəxsləri tərəfindən diqqətlə yoxlanılır. Sənədlərin yoxlanılmasının məqsədi, onların mövcud qanunvericilik qaydalarına uyğun olması və sənədləşməni tam əhatə etməsinə əmin olmaqdır.

Gömrük orqanının vəzifəli şəxsinin bəyannaməçidən gömrük məqsədləri üçün əlavə sənədlər tələb etmək hüququ var. Belə sənədlərin siyahısı gömrük orqanları tərəfindən gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin məqsədlərindən asılı olaraq müəyyən edilir, bəyannaməçilər və digər maraqlı şəxslərin nəzərinə çatdırılır.

Gömrük nəzarəti üçün lazım olan məlumatların mənbələri kimi vergi və digər nəzarət orqanları öz təşəbbüsləri ilə və gömrük orqanlarının sorğusu əsasında çıxış edə bilərlər. Gömrük nəzarəti üçün istifadə olunan sənədlər üç ildən az olmayaraq saxlanılmalıdır.



Gömrük nəzarəti zonaları: Gömrük sərhədinə bitişik ərazi gömrük nəzarəti zonası adlanır. Gömrük nəzarəti zonaları Gömrük sərhədlərində, gömrük sərhəddi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonaalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vastələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanlarını tərəfindən gömrük nəzarəti zonaları yaradılır və prosedur qaydaları müəyyən edilir. Gömrük nəzarəti zonaları həmçinin Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi digər yerlərdə yaradılır.

Gömrük nəzarəti zonasının proseduru yüklərin yerinin dəyişdirilməsi və onlarla davranışda qaydaların daha ciddi reqlamentasiyası ilə fərqlənir. Bu zonalarda istehsal və kommersiya fəaliyyəti, həmçinin malların, nəqliyyat vasitələrinin, digər dövlət orqanlarının vəzifəli şəxsləri də daxil olmaqla bütün şəxslərin hərəkəti yalnız gömrük orqanlarının icazəsi və onların nəzarəti altında həyata keçirilə bilər. Gömrük nəzarəti zonası prosedurunun pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza tətbiq edilir.

Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, rüsumsuz ticarət mağazalarının əraziləri və xüsusi gömrük rejimlərinin təsir göstərdiyi digər ərazilər də gömrük zonası hesab edilir.

Gömrük zonasında tikilən və qurulan anbar və digər funksional sahələrə nəzərdə tutulan əsas tələb - müəyyən gömrük proseduru altında yerləşdirilmiş malların gömrük nəzarətindən kənar götürülməsi və ya gətirilməsini istisna etməkdir. Belə sahələrin quruluşu və təchizatı kənar şəxslərin daxil olmasına imkan verməməlidir. Gömrük nəzarəti gedişində gömrük nəzarəti zonasındakı operativ şəraitə vizual müşahidə mühüm əhəmiyyət kəsb edir.



Vizual müşahidə - gömrük zonalarının konkret şəraitində müəyyən və qeyri-müəyyən şəxslərin davranışı barədə qərarı sərnişin özü qəbul edir. Belə seçim bəyanetmə aktı mənasını daşıyır və əgər gömrük nəzarəti həyata keçirilərkən, “yaşıl” dəhlizin seçilməsinin qeyri-qanuni olduğu aşkara çıxarsa, sərnişin hüquqi məsuliyyətə cəlb edilə bilər.

«Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ikikanallı buraxılış sistemindən istifadəsi zamanı («Yaşıl kanal» və «Qırmızı kanal») bəyan edilmənin sadələşdirilmiş Qaydaları»nın (DGK sədrinin 22.04.2002-ci il tarixli 35 saylı əmri ilə təsdiq edilmişdir) 2-ci maddəsində göstərilir ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının gömrük sərhəd məntəqələrində ikikanallı buraxılış sistemi tətbiq edilir: «Yaşıl kanal» və «Qırmızı kanal».

«Yaşıl kanal» fiziki şəxslər tərəfindən malların (müşaiyət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) konklyudent formada bəyan edilməsi üçün nəzərdə tutulur.

«Qırmızı kanal» malların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur. Mütləq yazılı surətdə bəyan edilməli olan malların siyahısı qüvvədə olan normativ-hüquqi sənəd əsasında müəyyən edilir.

Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəsiqə əsasında istənilən əraziyə və istənilən bağlı sahəyə - əgər bu yerlərdə gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələri, gömrük nəzarəti üçün lazım olan sənədlər yerləşirsə, yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyət göstərilirsə, - daxil olmaq hüququna malikdirlər.

Gömrük nəzarəti bitdikdən sonra gömrük orqanının vəzifəli şəxsləri gömrük, nəqliyyat və mal-müşayiət sənədlərinə müvafiq imza, ştamp, möhür qoymaqla, mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilərək yoluna davam etməsinə icazə vermiş olurlar.



Gömrük müşayiəti dedikdə mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mərhələsində elə daşınma üsulu başa düşülür ki, bilavasitə gömrük əməkdaşları tərəfindən müşayiət olunur. Gömrük müşayiəti daşınılan yüklərin yüksək qorunma dərəcəsinə və gömrük qanunvericiliyinə riayət olunmasına zəmanət verir. Bu tədbirin istifadə edilməsi nəqliyyat xərclərinin artmasına, gömrük kadrlarının digər işlərdən ayrılması və bu səbəbdən çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən, digər tədbirlər gömrük nəzarətini təmin etmək üçün yetərli olmadıqda istifadə edilir.

Adətən gömrük müşayiəti barədə qərarı gömrük orqanları aşağıdakı hallarda verirlər:

1) gömrük nəzarəti altındakı malların daşınması gömrük daşıyıcısı tərəfindən həyata keçirilə bilmədikdə;

2) əgər gömrük orqanı tərəfindən sərhəd müvəqqəti saxlanc anbarlarında mallara baxış keçirilməsi barədə qərar qəbul edilmişsə;

3) gömrük qanunvericiliyinə riayət edilməsinin təmin edilməsi digər üsullarla mümkün olmursa.

Gömrük müşayiəti, malların gömrük nəzarəti altında daşınması qaydaları nəzərə alınmaqla həyata keçirilməlidir.



Gömrük nəzarəti üçün istifadə olunan sənədlər üç ildən az olmayaraq saxlanılmalıdır.

Gömrük rəsmiləşdirilməsi və nəzarətinin sahəsində beynəlxalq təcrübə: Beynəlxalq ticarətin inkişaf etdirilməsində, mal dövriyyəsinin sürətlənməsində, yüknəqliyyat daşımalarının həcminin artırılmasında, tranzit sisteminin səmərəli fəaliyyət göstərməsində, gömrük işi sahəsində hüquqpozmalarla mübarizədə, əqli mülkiyyət hüquqlarının qorunmasında və nəqliyyat daşımalarında təhlükəsizlik məsələlərinin təmin olunmasında gömrük nəzarətinin müstəsna rolu vardır.

Gömrük nəzarəti bir tərəfdən xarici ticarətin sərbəstliyinə şərait yaratmalı, digər tərəfdən isə beynəlxalq ticarətdə və gömrük sərhədindən malların keçirilməsində mənfi halların qarşısının alınmasını təmin etməlidir.

Gömrük nəzarətinin səmərəliliyini təmin etmək üçün nəzarət metodları təkmilləşdirilməli, gömrük nəzarəti prosesində elmi-texniki nailiyyətlərdən daha geniş istifadə edilməli, gömrük baxışı zamanı müasir texniki nəzarət vasitələri tətbiq edilməli, iri qabaritli nəqliyyat vasitələrinin keyfiyyətli yoxlanışını təmin etmək üçün sərhəd-keçid məntəqələri stasionar yoxlama qurğuları ilə təchiz olunmalı və bu sahədə elektron nəzarət üsulları tətbiq olunmalıdır.



  1. Gömrük rəsmiləşdirilməsinin həyata keçrilməsinin qaydaları.

Gömrük rəsmiləşdirilməsi - mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun təsirinin (fəaliyyətinin) bitirilməsi əməliyyatlarının məcmusudur. Belə ki, Gömrük rəsmiləşdirilməsi Yeni Gömrük Məcəlləsi və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydalarda aparılır.

Gömrük rəsmiləşdirilməsi, həmçinin, mal və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük sərhədindən keçirilməsinə gömrük nəzarətinin təmin edilməsi və belə keçirilməyə dövlət tənzimləmə vasitələrinin tətbiq edilməsi məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu kimi də anlaşıla bilər.

Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri:

1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir:


  • gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;

  • gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;

  • malları keçirən şəxsə görə.

2. Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.

Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəaları, həm də Azərbaycan Respublikası qanunvericiliyinin digər aktları ilə müəyyən edilə bilər. Qanunvericilik dedikdə təkcə qanunlar deyil, həm də Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının, ilk növbədə Dövlət Gömrük Komitəsinin qanun qüvvəli aktları nəzərdə tutulur.

Məsələn, "Azərbaycan Respublikasının gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilməsi qaydaları üzrə təlimat".

Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq konvensiyalarla nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər. BYD kitabçaları tətbiq edilməklə Beynəlxalq yük daşımaları konvensiyası avtonəqliyyat vasitələri və konteynerlərlə daşınan yüklərin gömrük rəsmiləşdirilməsinin qayda və şərtlərini tənzimləməklə ümumilikdə qəbul edilmiş normalar kimi mühüm əhəmiyyət kəsb edir.

Dövlət Gömrük Komitəsi ayrı-ayrı kateqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər.

Məsələn, DGK-nın 20 fevral 1998-ci il tarixli 002 saylı əmri ilə idxal edilən aksizli malların mərkəzləşdirilmiş qaydada gömrük rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nəzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası bütövlükdə Azərbaycan Respublikasının gömrük ərazisi olan yeni struktur vahidi - Aksiz gömrük postu yaradılmışdır.

Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal olunan və gömrük ərazisindən keçirilən etil (yeyinti) spirtinin, alkohollu içkilərin və tütün məmulatlarının gömrük rəsmiləşdirilməsini bu post həyata keçirir.

Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt: Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını Dövlət Gömrük Komitəsi müəyyən edir. Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər. Dövlət Gömrük Komitəsi malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər. Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq olunmuşdur.

Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən edilməsi bir sıra faktorlardan asılıdır:

1) keçirilən malın xarakter və xassələri (məsələn, aksizli malların gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri və s);

2) malların daşındığı nəqliyyat növü (gəmi, qatar (vaqon), avtomobil);

3) keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;

4) keçirilən malların mənşə ölkəsi;

5) malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer.

Gömrük rəsmiləşdirilməsi yerləri müvafiq gömrük prosedurları üzrə hazırlanan təlimatlarla da müəyyən edilə bilər.

Əgər mallar gömrük sərhədindən keçənədək birdən artıq nəqliyyat növündən istifadə edilirsə (boru kəməri - dəmiryol, gəmi-dəmiryol və s.), ixracatçı yükləmə-boşaltma əməliyyatlarının yerinə yetirildiyi zonaya nəzarət edən gömrük orqanına, gömrük nəzarəti həyata keçirən gömrük orqanı tərəfindən rəsmiləşdirilmiş gömrük bəyannaməsinin bu orqanı tərəfindən təsdiq edilmiş surətini təqdim etməlidir.

Əgər mallar gömrük sərhədindən keçənədək iki və daha çox nəqliyyat növündən istifadə edilirsə, gömrük rəsmiləşdirilməsi malların doldurulub-boşaldıldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük orqanı tərəfindən həyata keçirilir.

Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə həyata keçirilirsə, gömrük rəsmiləşdirilməsi dəniz nəqliyyatının yükləndiyi əraziyə nəzarət edən gömrük orqanı tərəfindən həyata keçirilməlidir.

Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslər, daşıyıcı, anbar sahibi, eləcə də mal və nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil olmaq hüququna malikdirlər. Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüquq vəzifəyə çevrilir, belə ki, bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli şəxslərinə kömək etməlidirlər. Belə kömək dedikdə Gömrük Məcəlləsinə göstərilən əməliyyatlar, prob və nümunələrin götürülməsi nəzərdə tutulur.

Yeni qəbul edilmiş Gömrük Məcəlləsinin 109-cu maddəsinə görə Gömrük rəsmiləşdirilməsi Azərbaycan dilində aparılır. Bununla belə Gömrük Məcəlləsinin müddəalarına əsasən Dövlət Gömrük Komitəsinin icazəsi ilə rəsmiləşdirməni aparan gömrük orqanına bu orqanın vəzifəli şəxslərinin bildiyi xarici dildə tərtib edilmiş sənədlər təqdim oluna bilər.

Bir dövlətin ərazisində verilmiş və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, beynəlxalq müqavilə və sazişlərdə başqa hal nəzərdə tutulmamışsa, yalnız müəyyən edilmiş qaydada təsdiq edildikdən (şəhadətləndirildikdən) sonra istifadə oluna bilər. Məsələn Mülki, ailə-cinayət işləri üzrə hüquqi münasibətlər və hüquqi yardım barədə 22 yanvar 1993-cü ildə qəbul edilmiş Beynəlxalq Konvensiyaya görə, bu konvensiyanın üzvü olan ölkələrin birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən edilmiş formada xüsusi səlahiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış, yaxud şəhadətləndirilmişsə (təsdiq edilmişsə), digər ölkənin ərazsində təsdiq edilməsi, yaxud şəhadətləndirilməsi (leqallaşdırılması) tələb olunmur. Belə sənədlərə təkcə notarius təsdiqi yetərli olur.

Təcrübədə xarici sənədlərin şəhadətləndirilməsinin daha çox iki üsulundan istifadə edilir: konsul leqallaşdırılması, apostil qoyulması.

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və baytarlıq, fitosanitar, ekoloji və digər dövlət nəzarəti növlərinə cəlb edilməsi lazım olan mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, yalnız belə keçirilməyə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş icazənin gömrük orqanlarına təqdim edilməsindən sonra həyata keçirilə və bitirilə bilər.

Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olmalıdır.

“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” Azərbaycan Respublikası prezidenti H.Ə.Əliyevin 24 iyun 1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq olunmuş, 30 mart 1998-ci il tarixli 691 saylı Fərmanla onun bəzi müddəaları dəqiqləşdirilmişdir.

İxrac-idxal əməliyyatlarının bu Qaydalarda nəzərdə tutulmayan digər formaları bütün rezidentlər tərəfindən sərbəst surətdə həyata keçirilir.

Gömrük qanunvericiliyində nəzərdə ttulmuş hallar istisna olunmaqla, gömrük rəsmiləşdirilməsi tamamlanmamış mal və nəqliyyat vasitələrindən istifadə edilməsi və onların üzərində sərəncam verilməsi qadağan edilir.

Gömrük Məcəlləsinə görə, gömrük orqanlarının icazəsi ilə belə mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar aparıla bilər.

Bu qadağanın yerinə yetirilməsi üçün gömrük rəsmiləşdirilməsi mərhələsində, bir qayda olaraq, yüklərin daşınması bağlı nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirilir. Ağırçəkili, irihəcmli mallar, həmçinin qum, çınqıl və s. açıq nəqliyyat vasitələrində (məsələn, dəmiryol platformalarında daşına bilər).

Bu halda belə malların dəyişdirilməsinə yol verməmək üçün gömrük orqanları bütün tədbirləri görməlidirlər (yol-nəqliyyat sənədlərində müfəssəl məlumat olmalıdır, mallara tanınma nişanları və digər eyniləşdirilmə vasitələri vurulmalıdır).

Barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamış mal və nəqliyyat vasitələrindən istifadə olunması və onlar üzərində sərəncam verilməsi üzrə şərtlər müəyyən edilməsi və məhdudiyyətlər qoyulması hüququ Dövlət Gömrük Komitəsinə məxsusdur.



Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası: Yeni Gömrük Məcəlləsinə görə gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını Dövlət Gömrük Komitəsi müəyyən edir.

I. Azərbaycanın gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada aparıla bilər. Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada həyata keçirilir.

II. Sadələşdirilmiş gömrük rəsmiləşdirilməsi qaydalarının tətbiqinin hal və şərtlərini Dövlət Gömrük Komitəsi müəyyən edir.

Bu cür gömrük rəsmiləşdirilməsinin xüsusiyyətlərini açıqlamağa çalışaq. Belə malların rəsmiləşdirilməsinin sadələşdirilməyi gömrük orqanlarına təqdim edildikdən sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsi deməkdir.

Sadələşdirilmiş qayda – müşayiət, nəqliyyat və digər sənədlərin - (əgər bu sənədlərdə daşıyıcının, mal göndərən və alan şəxslərin barəsində və həmçinin malların özünün adı, mənşəyi, miqdarı və dəyəri barədə məlumatlar varsa), gömrük orqanlarına təqdim edilməsi ilə malların bəyan edilməsinə yol verir.

Əgər gömrük orqanlarında malların başqa adla, saxta sənədlərlə keçirilməsini, təqdim edilən sənədlərin lazım olan məlumatları əks etdirmədiyini güman etməyə kifayət qədər əsas varsa, onlar bəyannaməçidən çatışmayan məlumatları əks etdirən əlavə sənədlər tələb edə bilərlər (bəzi hallarda qoyulan tələbləri özündə əks etdirən sərbəst formada yazılmış ərizə də kifayət edə bilər).

Rəsmiləşmənin sadələşdirilmiş qaydaslnda bəyannaməçi vaxta qənaət etməsi imkanları: Sadələşmiş qaydada mal müşaiət, nəqliyyat və digər sənədlər vardırsa yuxarıda qeyd olunan əməliyyatların aparılmasına yol verilmədən, sadəcə bu sənədlər gömrük orqanlarına təqdim olunmaqla mallar bəyan olunur və rəsmilədirilir.

Sadələmiş qaydad tələb olunana sənədlər: Sadələşmiş qaydad əsas mal müşaiət və gömrük sənədləri, nəqliyyat və digər sənədlər tləb olunur.



  1. Mal müşaiət sənədində daşıyıcının, mal göndərənin və alıcının adı, soyadı, ünvanı, doğulduğu yer, yaşı, cinsiyiəti göstərilir.Həmçinin malın adı, mənşəi, miqdarı, dyəri bardə məlumatlar qeyd olunmalıdır.Burada hüquqi şəxs Dövlət Statistika Komitəsi tərəfindən müıyyın olunmuş kodu, xarici şəxslərlə bağlanmış müqavilələr; Malların haqının ödənilməsi və ya akreditiv barədə müvəkkil bankın sənədi, Nazirlər Kabinetinin sərəncamı, İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi və YGB-si.

  2. Nəqliyyat sənədi – konsament, qaimə dəmiryol nəqliyyatında – yol daşınma cədvəli, vaqon vərəqi, təhvil cədvəli, baqaj qəbzləri.

  3. Digər sənədlər – Xarici iqtisadi fəaliyyətlə məşğul olmağa dair hüquqi status verən təsisat sənədləri, uyğunluq və keyfiyət sertifikatları, karantin, sərhəd buraxılış vərəqələri, icarə snədləri və s.

Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.

Gömrük rəsmiləşdirilməsi üçün yük və digər əməliyyatların aparılması, yalnız gömrük orqanının müvafiq tələbi olduqda məcburi hesab edilir.

Əgər bu mal və nəqliyyat vasitələri barəsində gömrük rəsmiləşdirilməsi tamamlanmamışsa, yük və digər əməliyyatlar, yalnız gömrük orqanının icazəsi ilə aparıla bilər.

Belə əməliyyatlar gömrük orqanları üçün heç bir əlavə xərcə səbəb olmamalıdır.

Mallar və nəqliyyat vasitələri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar dedikdə malların daşınması, çəkilməsi və ya miqdarının digər üsulla təyini, malların yüklənməsi, boşaldılması, başqa nəqliyyat vahidinə keçirilməsi, zədələnmiş qablamaların düzəldilməsi, taranın açılması, qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, mal və nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur.



Prob və nümunələr onların tədqiqatı (ekspertizası) üçün götürülür. Prob və nümunələrin götürülməsi gömrük orqanları tərəfindən, yaxud onların icazəsi ilə mallara münasibətdə səlahiyyətə malik şəxslər, bu şəxslərin nümayəndələri və digər dövlət orqanları (məsələn, ekoloji, baytarlıq nəzarəti orqanları) tərəfindən nəzarətin həyata keçirilməsi məqsədilə tətbiq edilir.

Yeni qəbul edilmiş Gömrük Məcəlləsinə görə Gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələrin götürülməsi müəyyən edilir:



  • Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsəd ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasına aparmaq hüquna malikdir.

  • Gömrük rəsmiləşdirilməsi məqsəd ilə mallardan prob və nümunələrin götürülməsi ilə bağlı məsələlər.

Onlar tədqiqata imkan verən minimal miqdarlarda götürülür. Prob (nümunə) bütün malın (partiyanın) təcəssümü hesab edilir, buna görə də laboratoriya təcrübəsi üçün onun elə minimal hissəsi götürülməlidir ki, malın gömrük sərhədini keçdiyi halında bütün keyfiyyət xarakteristikasını müəyyən etmək mümkün olsun. Təhlil nəticəsində nümunə götürüldüyü malın tərkibi və xassələri barədə laboratoriya tədqiqatlarının dəqiqliyi hüdudlarında fikir söyləmək mümkündür.

İlkin əməliyyatlar: İlkin əməliyyatlar mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması və sürətləndirilməsi məqsədi ilə aparılır. Onlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq mərhələsi hesab edilir.

İlkin əməliyyatlar gömrük sərhədinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilmiş mal və nəqliyyat vasitələrinin keçirilməsindən müdafiə edilməsini təmin edir.

Bu mərhələdə mallar gömrük məqsədləri üçün identifikasiya edilir.

İlkin əməliyyatlara aşağıdakılar aiddir:

- Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya malların, nəqliyyat vasitələrinin gömrük ərazisindən kənara aparılması niyyəti barədə Azərbaycan Respublikası gömrük orqanlarına məlumat verilməsi;

- malların, nəqliyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılması;

- malların və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə gömrük nəzarətinə təqdim edilməsi;


  1. Müxtəlif gömrük proseduru şəraitində gömrük rəsmiləşdirilməsi.

Gömrük proseduru Azərbaycan Respublikasının gömrük məqsədləri üçün Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə gömrük sərhədindən daşınan malların və nəqliyyat vasitələrinin hüquqi statusunu müəyyənləşdirən müddəalar məcmusudur.

Gömrük proseduru - xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirinin həyata keçirildiyi gömrük tənzimlənməsi vasitələrinin kompleks şəkildə kömək edən xüsusi tədbirlər sistemi və metodlarının məcmusudur. Deməli, gömrük proseduru gömrük məqsədləri üçün gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin statusunu təyin edən qaydaların məcmusudur.

Yeni Gömrük Məcəlləsinə görə, gömrük tənzimlənməsi aşağıdakı gömrük prosedurlarına bölünür:

Xüsusi xarakterli gömrük prosedur:

I. Sərbəst dövriyyə üçün buraxılış;

II.Təkrar idxal;

Xüsusi gömrük prosedurlarının əhatə dairəsi:

III. Tranzit (beynəlxalq və daxili tranzit);

IV. Saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);

V. Sərbəst zona;

VI. Xüsusi istifadə (müvəqqəti idxal və son istifadə);

VII. Emal (daxildə və xaricdə emal);



Digər gömrük prosedurları: 1).İxrac; 2).Təkrar ixrac; 3).Müvəqqəti ixrac.

Ümumi təsərrüfat fəaliyyətində gömrük prosedurunun roluna və yerinə görə, şərti olaraq onları iki əsas qrupa bölmək olar:

1. Ümumi xarakterli prosedur

2. Xüsusi xarakterli gömrük prosedur.

Birinci qrupa daxil olan prosedurlar (sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal).

İkinci qrupa daxil olan gömrük proseduru (Tranzit (beynəlxalq və daxili tranzit, Saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc), Sərbəst zona, Xüsusi istifadə (müvəqqəti idxal və son istifadə), Emal (daxildə və xaricdə emal)).

3. Eyni zamanda digər gömrük prosedurları: İxrac; Təkrar ixrac; Müvəqqəti ixrac.

Qanunvericilikdə Gömrük prosedurunun istifadəsinin hüquqi mexanizmi gömrük orqanlarına obyektiv olaraq kifayət qədər səlahiyyət verilmişdir. Yəni gömrük orqanı hər bir konkret halda xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin ümumi konsepsiyası baxımından bu əməliyyatın mümkünlüyü və məqsədəuyğunluğu nəzərə alınmaqla arzu edilən gömrük proseduruna icazə verilməsinə və ya icazə verilməsindən imtina edilməsinə qərar verir.

Gömrük prosedurunun belə təsnifatf ilk öncə gömrük tənzimlənmə mexanizmində və onların hüquqi reqlamentləşdirilməsindəki müxtəlif aspektlərində - gömrük prosedurunun seçilməsi və dəyişdirilməsi, gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin xüsusiyyətləri, mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilmə yeri və vaxtı, gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi aspektlərində rolunun aydınlaşdırılması üçün təcrübi əhəmiyyət daşıyır.

Xüsusi xarakterli gömrük prosedur:

I. Sərbəst dövriyyə üçün buraxılış: Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:


  • qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;

  • ticarət siyasəti tədbirlərinin tətbiqini;

  • malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.

Sərbəst dövriyyə üçün buraxılış prosedurunun hüquqi normaları Yeni Gömrük Məcəlləsi ilə barəbər “Gömrük tarifi haqqında” Qaydada da öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, AR-ın gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılmış xarici mallara da Azərbaycan malları kimi baxılır.

Sərbəst dövriyyə üçün buraxılış proseduru digər gömrük prosedurları kimi bu prosedurdan istifadə edilməsi barədə maraqlı şəxsin qabaqcadan bu barədə ərizə verməsini nəzərdə tutur. Bu əməliyyat malların yerdəyişməsi üçün məqsədin elan edilməsi və bəyanetmə yolu ilə, gömrük orqanı tərəfindən gömrük rəsmiləşdirilməsinin və sərbəst dövriyyəyə buraxılmasına icazə verilməsi və ya bundan imtina edilməsi ilə həyata keçirilir.

Malların sərbəst dövriyyə üçün buraxılış prosedurunda gömrük rəsmiləşdirilməsi üçün (kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallardan başqa) gömrük yığımı tutulur. Yığımın miqdarı AR-ın qanunvericiliyinə uyğun olaraq AR-ın Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir. Hal-hazırda AR NK-nın 12 aprel 2001-ci ildə qəbul edilmiş ”AR-də idxal-ixrac əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında” 80 saylı qərarı qüvvədədir. Gömrük yığımlarının həcmi və onların ödənmə qaydası, ödəniş valyutası, müxtəlif hüquqi əsaslara görə şəxsin kateqoriyasından, prosedur altında yerləşdirilən malların təyinatından və digər məqsədlərdən asılı olaraq, müvafiq qanunvericilik aktları dəyişdirilə bilər.

Malların sərbəst dövriyyə üçün burxılış gömrük proseduru altında yerləşdirilməsi şərtləri bu prosedurda malların AR ərazisinə gətirilməsinin tənzimlənmə vasitələrindən istifadə etmə sisteminin mürəkkəb mexanizmini nəzərdə tutur. Bu vasitələrdən istifadə edilməsi nəinki təkcə gömrük qanunvericiliyi normalarına, həmçinin qanunvericiliyin digər sahələrinə aid normalara əsaslanır.

Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

II. Təkrar idxal : Təkrar idxal - ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

Təkrar idxal prosedurunda yerləşdirilən mallar həmçinin aşağıdakı tələblərə cavab verməlidir:

1) bu mallar onların ixrac müddətinə qədər mənşəyinə görə Azərbaycan malları və ya gömrük ərazisində bütün gömrük ödənişləri ödəməklə sərbəst dövriyyəyə buraxılmış xarici mallar olmalıdır;

2) çıxarıldığı müddətdən 10 il ərzində Azərbaycan gömrük ərazisinə qaytarılan mallar olmalıdır. Bu zaman malların Azərbaycan gömrük ərazisindən çıxarılması gunu gömrük bəyannaməsinin qəbul edildiyi gün (bunu müəyyən etmək mümkün olmadıqda gömrük sərhədinin keçildiyi gün) hesab edilir, malların Azərbaycan gömrük ərazisinə gətirilməsi günü isə, gömrük orqanı tərəfindən gömrük məqsədləri üçün zəruri olan axırıncı sənədin qəbul edildiyi gün hesab edilir;

3) bu mallar Azərbaycan gömrük ərazisindən aparıldığı anda olan halda olmalıdır, yəni mövcudluq vəziyyəti dəyişdirlməməlidir. Təkrar idxal edilən malların vəziyyəti (halı) yalnız təbii aşınma və ya normal daşınma şəraitində təbii itkilər hesabına, həmçinin malların qorunub saxlanılması, kiçik təmiri və s. nəticəsində, lakin bu zaman həmin malların qiymətinin çıxarılma anına nisbətən artmaması şərti ilə dəyişmiş ola bilər. İtkinin təbii olması, daşınma şəraitinə tələblər qüvvədə olan normativ aktlarla müəyyən edilir, aparılma və gətirilmə zamanı malların gömrük dəyərinin müqayisəsi üçün onların ABŞ dolları ilə ifadəsi əsas götürülür.

Qəza və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində zədələnmiş və ya digər xassələri pisləşmiş mallar da, təkrar idxal prosedurunda yerləşdirilə bilər. Amma bu zaman gömrük orqanının vəzifəli şəxsində həqiqiliyi və dəqiqliyi şübhə doğurmayan üsullarla faktı təsdiq edəcək sənədlərin təqdim edilməsi vacibdir. Eyni üsulla əvvəllər ixrac proseduru şərtləri ilə çıxarılmış və təkrar idxal gömrük proseduru altında yerləşdirilən malların eyniliyi və onların Azərbaycan malları olduğu müəyyən edilməli, yəni təsdiqlənməlidir.

Bu şərtlərin təsdiqlənməsinin sübutu maraqlı şəxslər tərəfindən təqdim edilməlidir.

Təkrar idxal gömrük proseduru altında yerləşdirilən mallar gömrük rəsmiləşdirilməsindən keçməlidir. Bu əməliyyatı malın alıcısının və ya onun struktur bölməsinin fəaliyyət zonasında yerləşdiyi gömrük orqanı həyata keçirir.

Əgər mallar Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşdiyi zaman onların mövcudluq halı dəyişilirsə, bəyannaməçi müvafiq sənəd təqdim etməlidir ki, bu da təkrar idxal olunan malların gömrük rəsmiləşdirilməsi aparılan gömrük yük bəyannaməsinin ayrılmaz tərkib hissəsi və əlavəsi olur. Bu sənəddə bəyannaməçi tərəfindən mallar və onlara aid olan sənədlər haqqında bütün əsas məlumatlar göstərilir, gömrük orqanının vəzifəli şəxsi bu malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə icazə verilməsi barədə qeydlər edir.

Təkrar idxal gömrük proseduru altında gömrük rəsmiləşdirilməsinə görə ümumi qaydada gömrük yığımı tutulur.

Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına bu Məcəllədə nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq icazə verilir. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

Təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Dövlət Gömrük Komitəsi müəyyən edir.

Xüsusi gömrük prosedurları:

III. Tranzit (beynəlxalq və daxili tranzit):

Gömrük Məcələsinə görə, malların tranziti - malların gömrük nəzarəti altında ölkənin o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları, vergilər alınmadan və malların keçirilməsindən ibarət gömrük prosedurudur.

Tranzit beynəlxalq mal mübadiləsinin obyektiv zərurətindən doğan və ölkələrin coğrafi mövqeyi, geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat əlaqə kateqoriyası olub, beynəlxalq ticarət qədər qədim tarixə malikdir.

Tranzit-gömrük prosedurunun nizamlanma qaydaları, həmçinin Azərbaycan Respublikasının beynəlxalq sazişləri, Nazirlər Kabinetinin qərarları, DGK-nın normativ aktları ilə də müəyyən edilə bilər.

Malların kateqoriyasından asılı olaraq və müəyyən daşınma üsullarından istifadə zamanı YGB-dən istifadə edilməklə aparılan gömrük rəsmiləşdirilməsinin ümumi qaydası tətbiq edilməyə bilər. Bəzi hallarda YGB əvəzinə digər sənəd formalarından istifadə edilməsinə yol verilir. Beynəlxalq Yük Daşımaları Konvensiyasının müddəaları əsasında daşınan mallar üzrə bu konvensiya ilə müəyyən edilmiş beynəlxalq gömrük sənədləri formaları - BYD kitabları (TİR karnetləri) istifadə olunur.

Tranzit prosedurda daşınan mallar aşağıdakı tələblərə cavab verməlidir:

1) mallar dəyişilməz halda qalmalıdır (təbii aşınma və təbii itgilərdən başqa);

2) tranzitdən başqa, digər məqsədlər üçün istifadə olunmamalıdır;

3) gömrük orqanının daşınmanın şərtlərindən asılı olaraq müəyyən etdiyi müddət ərzində göndərən malları təyinat gömrükxanasına çatdırmalıdır (hazırda bu müddət DGK-ın Təlimatı ilə Azərbaycan ərazisində iki gün müəyyən edilmişdir). Malların tranziti üçün “daşıyıcı” - faktiki olaraq malları keçirən şəxs və ya nəqliyyat vasitələrinin istifadəsi üçün məsul olan şəxsdir.

Mallar tranzit daşınmasının bütün müddəti ərzində gömrük nəzarəti altında olur. Ümumi qaydaya görə tranzit gömrük proseduru altında yerləşdirilmiş mallara gömrük nəzarəti:

a) mallar Azərbaycan Respublikasına gətirildiyi zaman onların Azərbaycanın gömrük sərhədini keçdiyi andan;

b) mallar Azərbaycan Respublikasından aparıldığı zaman gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qəbul edildiyi andan başlayır.

Tranzit-gömrük proseduru malların və nəqliyyat vasitələrinin (və onların sənədlərinin) müəyyən edilmiş müddətdə təyinat gömrükxanasına çatdırıldıqdan və müvafiq gömrük əməliyyatları aparıldıqdan sonra başa çatmış hesab edilir. Tranzit proseduru bitdikdən sonra mallar öz ilkin məqsədlərindən asılı olaraq ya Azərbaycan Respublikasının gömrük ərazisindən kənara çıxarılmalı, yaxud da digər gömrük proseduru altında yerləşdirilməlidir.

Tranzitin hüquq mexanizmində beynəlxalq tranzit və taxili tranzitində meydana gələn iki növ münasibət nəzərdə tutulur.

Hüquqi-tənzimləmə mənbələrinin və gömrük-tranzit prosedurunun tətbiqi sahəsinin xarakterindən asılı olaraq onun aşağıdakı formaları seçilir:

a) beynəlxalq konvensiyaların müddəaları ilə və ya beynəlxalq sazişlərin ayrı-ayrı müddəaları ilə istifadəsi reqlamentləşdirilən beynəlxalq tranzit;

b) milli qanunvericilik əsasında həyata keçirilən daxili tranzit.

Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:


  • malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;

  • malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.

Yeni Gömrük Məcəlləsinə görə qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:

  • beynəlxalq tranzit xüsusi gömrük proseduru;

  • beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;

  • beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.

Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi hallarını və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.

Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.

Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə daşınmasıdır. Yeni Gömrük Məcəlləsinə görə qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil edilir. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını Dövlət Gömrük Komitəsi müəyyən edir.



IV. Saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc): Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Dövlət Gömrük Komitəsi müəyyən edir.

Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və şərtləri Dövlət Gömrük Komitəsi müəyyən edir. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.

Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir:


  • sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;

  • sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;

  • barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.

Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir.

Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir. Müvəqqəti saxlanc Yeni Gömrük Məcəlləsinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçirilir. Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.

Gömrük orqanları Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:


  • daxili malların saxlancına;

  • malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.

Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 il müddətində saxlanıla bilər. Dövlət Gömrük Komitəsi bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər.

Gömrük anbarı proseduru: Gömrük anbarı gətirilən malların saxlanc dövründə gömrük rüsumları, vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların gömrük nəzarəti altında saxlancından, ixrac gömrük proseduruna uyğunlaşdırılması nəzərdə tutulan malların isə bu məcəllədə nəzərdə tutulan güzəştlər verilməklə gömrük nəzarəti altında saxlanılmasından ibarət gömrük prosedurudur.

İstənilən mallar gömrük anbarı proseduru altında yerləşdirilə bilər. Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması qadağan olunmuş mallar, həmçinin siyahısı Azərbaycan Respublikasının gömrük işini aparan Dövlət Gömrük Komitəsi tərəfindən müəyyənləşdirilən mallar istisna edilir.

Anbarın təsisçisindən və təsis məqsədindən asılı olaraq gömrük anbarları açıq və qapalı tipli ola bilərlər.

Açıq tipli gömrük anbarı istənilən şəxslərin istifadəsi üçün imkan yaradır.

Qapalı tipli gömrük anbarları yalnız müəyyən şəxslərin mallarının saxlanılması üçün nəzərdə tutulur.

Gömrük anbarının ərazisi gömrük nəzarət zonasıdır və bu prosedurun da pozulmasına görə qüvvədə olan gömrük qanunvericiliyi ilə müəyyən edilmiş cəza tədbirləri nəzərdə tutulur.



Sərbəst anbar proseduru: Sərbəst anbar gömrük prosedurunun əsas məqsədi, xarici malları müəyyən edilmiş ərazi sərhədləri daxilində və ya binalarda gömrük rüsum və vergiləri alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən yerləşdirilməsindən ibarətdir.

Sərbəst anbar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən icazə alındıqdan sonra təsis edilə bilər.

Azərbaycan Respublikasıın Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarla Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sərbəst anbar təsis etmək üçün icazə verir və onun fəaliyyət müddətini müəyyən edir.

V. Sərbəst zona: - xarici mallardan gömrük rüsumları və vergilər alınmadan, həmçinin göstərilən mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən onların müvafiq ərazi sərhədlərində və ya binalarda (yerlərdə) yerləşdirilməsi və istifadəsindən, Azərbaycan mallarının isə bu məcəllə ilə müəyyən edilən qaydada ixrac- gömrük proseduruna müvafiq olaraq malların aparılmasına tətbiq edilən şərtlərlə yerləşdirilməsi və istifadə olunmasından ibarət gömrük prosedurudur.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi gömrük ərazisində sərbəst zona yarada və ləğv edə bilər. Azərbaycan Respublikası ərazisində sərbəst gömrük zonaları yerləşə bilər. Bu Məcəllədə və gömrük işi üzrə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında müəyyən edilən hallar istisna edilməklə, sərbəst gömrük zonalarının əraziləri Azərbaycan Respublikasının gömrük ərazisindən kənarda yerləşən ərazidir. Dövlət Gömrük Komitəsi orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış məntəqələrini müəyyənləşdirir. Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri gömrük orqanlarının nəzarəti altında olur. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçməlidirlər. Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər.

Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:


  • gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;

  • digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;

  • idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

Sərbəst zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir:

  • mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük proseduru altında yerləşdirilməyibsə;

  • tranzit proseduru başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük proseduru altında yerləşdirilməyibsə.

Gömrük-tarif tənzimlənmələri tədbirləri baxımından sərbəst gömrük zonası xarici mənşəli malların gömrük rüsum və vergiləri ödənilmədən saxlanılması, satılması və alınması mümkün olan rüsumsuz ticarət və anbar ərazisi kimi qəbul edilir. Gömrük anbarı prosedurundan fərqli olaraq sərbəst gömrük zonası proseduru malların saxlanılma müddətini məhdudlaşdırmır.

Göründüyü kimi, sərbəst gömrük zonalarının və sərbəst anbarların perimetri gömrük sərhədidir. Öz inzibati-hüquqi statusuna görə daxili sərhədlər xarici sərhədlərə bərabər tutulur: sərbəst zonanın ərazisi sərhəd zonası kimi baxılır və oraya giriş-çıxış xüsusi nəzarət buraxılış məntəqələrindən buraxılış vərəqləri əsasında həyata keçirilir. Daxili sərhədlərin qorunması gömrükçülərlə sərbəst zona rəhbərliyinin birgə səyləri ilə təmin edilir. Sərbəst gömrük zonası prosedurunun cəlbediciliyi ondadır ki, bu fəaliyyət sərbəst iqtisadi zonaların yaradılmasında ilk mərhələ kimi təqdirəlayiqdir. Sərbəst gömrük zonalarının fəaliyyəti imkan verir ki, sərbəst iqtisadi zonaların idarə edilməsi məsələsi üçün təcrübə toplansın və eyni zamanda xarici investorlar bu məsələlərdə hökumətin iqtisadi siyasətinin əsas prinsipləri ilə tanış olub ölkəyə kapital qoyuluşunun təminatı aspektlərini dəqiqləşdirsinlər.

Hər hansı sərbəst zona üçün əlverişli coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir. Adətən sərbəst gömrük zonaları xarici ticarət fəaliyyəti ilə bağlı xidmətlərin ixracı üzrə ixtisaslaşırlar. Sərbəst gömrük zonalarının yaradılması yerli istehsalçıların xarici iqtisadi fəaliyyətə cəlb edilməsinə imkan verir.

Sərbəst gömrük zonası gömrük prosedurunun əsas qayəsi ondan ibarətdir ki, bu prosedurda xarici mallar müəyyən edilmiş ərazi sərhədləri daxilində və ya binalarda (yerlərdə) gömrük rüsum və vergiləri alınmadan, həmçinin bu mallara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən, Azərbaycan malları isə ixrac gömrük proseduru ilə müəyyən edilən şərtlər daxilində yerləşdirilir və istifadə edilir.

Bu gömrük prosedurları altında Azərbaycan Respublikası ərazisinə gətirilməsi və aparılması qadağan olunmamış mallar yerləşdirilə bilər.

Prosedurların təyinatından göründüyü kimi, xarici və Azərbycan mallarının yerləşdirilməsi üçün gömrük rüsum və vergiləri tutulmur. Əgər mallar sərbəst gömrük zonasından Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənara aparılırsa nəzərdə tutulmuş rüsum və yığımlar ödənilməlidir.



VI. Xüsusi istifadə (müvəqqəti idxal və son istifadə): Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan Yeni Gömrük Məcəlləsinə görə nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:

  • müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

  • müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;

  • gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.

Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Dövlət Gömrük Komitəsi müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır.

Müvəqqəti idxalın müstəqil gömrük proseduru kimi əhəmiyyəti beynəlxalq əməkdaşlığın ticarət və digər formalarının inkişafına olan tələblərlə müəyyən edilir.

Bu gömrük proseduru altında yerləşdirilmiş malların statusu və eləcə də prosedurun məzmunu, malların gömrük ərazisində və kənarda yerləşməsi və istifadəsinin müvəqqəti xarakteri ilə müəyyən edilir. Həmçinin müvəqqəti idxal edilən malların gömrük rüsum və vergilərindən tamamilə və ya qismən azad edilməsi də mühüm əhəmiyyət kəsb edir.

Gömrük orqanlarının icazəsi olmadan bu mallar ödənc və özgələşdirmə predmeti ola bilməz. Mallar bu prosedur altında yalnız müəyyən edilmiş müddətdə qala bilər. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 ay təşkil edir.

Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır.

Bu Məcəlləyə görə nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

Proseduru bitməsinin rəsmiləşdirilməsini, bir qayda olaraq, müvəqqəti idxala icazə vermiş gömrük orqanı həyata keçirir.

Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.

Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır:



  • mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;

  • mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda;

  • mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;

  • mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.

Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

VII. Emal (daxildə və xaricdə emal): Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların normasını Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.

Mallar, beynəlxalq mübadilə obyekti olduğundan, bəzən xarici ticarət əməliyyatının bitməsindən əvvəl, ya da sonra müəyyən işlənmə (emal) tələb edir. Bu zaman bir sıra səbəblər üzündən (iqtisadi, texnoloji və s.) istehsal və ya sənaye xarakterli belə əməliyyatlar bir dövlətin gömrük ərazisində həyata keçirilə bilmir. Məhz bu məqsədlər üçün “emal prosedurları” nəzərdə tutulur. Bu prosedurlar çərçivəsində xüsusi hüquqi mexanizmin tətbiq edilməsi aşağıdakılara imkan verir:

- gömrük tənzimlənməsinin adi vasitə və tədbirləri tətbiq edilmədən xarici mallar gətirilsin və emal edilsin;

- Azərbaycan malları respublikanın gömrük ərazisindən emal məqsədi ilə çıxarılsın və dəyişilmiş (emal edilmiş) halda geriyə gətirilsin;

- xarici mallar Azərbaycanın gömrük ərazisinə gətirilsin, emal (yenidən emal) edilsin və emal məhsulları geriyə qaytarılsın və ya Azərbaycan ərazisində istifadə edilmək üçün saxlanılsın.

Gömrük Məcəlləsi malların emalı üzrə əməliyyatların keçirilmə qaydalarına xarici iqtisadi fəaliyyətin gömrük-hüquqi tənzimləmə sisteminin nisbətən müstəqil elementi kimi baxır. Məcəllə bunun üçün iki növ gömrük proseduru müəyyən edir:

1) daxildə emal xüsusi gömrük proseduru;


  • daxildə emal etmək məqsədi ilə müvəqqəti təkrar ixrac

2) xaricdə emal xüsusi gömrük proseduru;

1) Daxildə emal xüsusi gömrük proseduru: AR Gömrük Məcəlləsinə görə, daxildə emal xüsusi gömrük proseduru - ixrac gömrük proseduruna uyğun olaraq emal məhsullarının Azərbaycan Respublikası gömrük ərazisinin hüdudlarından kənara aparılması şərtilə, iqtisadi siyasət tədbirləri tətbiq edilmədən və idxal gömrük rüsumları və vergilər qaytarılmaqla, xarici malların Azərbaycan Respublikası gömrük ərazisində müəyyən qaydada emal üçün istifadə edilməsindən ibarət gömrük prosedurudur.

Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:



  • idxal gömrük rüsumları;

  • malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;

  • ticarət siyasəti tədbirləri.

Bu Məcəlləyə görə daxildə emalına edilməsi mümkün olmayan malların hər hansı siyahısı yoxdur. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun.

Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:



  • sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;

  • bu Məcəlləyə görə qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.

Ümumi qaydaya görə, daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qadağan edilən mallara, digər gömrük prosedurların da olduğu kimi, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qadağan olunan mallar aid edilir.

Daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi prosedurasında şərti olaraq üç mərhələni ayırmaq olar - prosedura icazə verilməsi, bilavasitə istifadəsi və onun fəaliyyətinin bitməsi. Malların baxılan proseduru altında yerləşdirilməsi zamanı bir sıra şərt və tələblər yerinə yetirilməlidir. Bununla bağlı olaraq hər bir konkret situasiyada prosedura icazə verilməsinin mümkünlüyü məsələsi həll edilir.

Gömrük orqanı bu Məcəlləyə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 ildən artıq olmamalıdır.

Dövlət Gömrük Komitəsi malların emalı üçün müddətin təyini qaydalarını, gətirilən xarici malların və onların emalından sonra alınan məhsulların identifikasiyası tələb olunmayan halları, Azərbaycan qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə Gömrük Məcəlləsində əks olunmamış digər əlavə tələbləri müəyyən edir. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Dövlət Gömrük Komitəsi müəyyən edir.



  • Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.

Müvəqqəti ixrac edilmiş mallar emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir.

Bunlara nəzarət isə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçrilir.



2. Xaricdə emal xüsusi gömrük proseduru: Xaricdə emal xüsusi gömrük prosedurunun digər emal prosedurlarından fərqli olaraq passiv tipə aid edilir. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.

Bu halda da ödənişlərin təxirə salınması prinsipi tətbiq edilir: mallar emal üçün xaricə kənara aparılarkən ödənilmiş gömrük rüsum və vergiləri, kompensasiya mallarının gömrük ərazisində sərbəst dövriyyə üçün buraxılması ilə prosedurunun fəaliyyəti bitdikdən sonra geri qaytarılmalıdır. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar.

Xaricdə emal xüsusi gömrük prosedurunun tətbiqini müəyyən edən Gömrük Məcəlləsi, digər emal prosedurunda olduğu kimi bu prosedurda da onun hüquqi reqlamentasiyasının ümumi əsasını müəyyən edir. Bu müddəaların detallaşdırılması və konkretləşdirilməsi Nazirlər Kabinetinin, Dövlət Gömrük Komitəsi ilə digər dövlət orqanlarının birgə normativ aktları və DGK-nin öz aktları ilə həyata keçirilir.

Aşağıdakı hallarda daxili malların xaricdə emalına icazə verilmir:



  • ixracı idxal gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;

  • təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;

  • ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən mallar.

Bu Məcəlləyə görə xaricdə emalına edilməsi mümkün olmayan malların hər hansı siyahısı yoxdur.

Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını Dövlət Gömrük Komitəsi müəyyən edir.



Digər gömrük prosedurları: {1).İxrac; 2).Təkrar ixrac; 3). Müvəqqəti ixrac}

1. İxrac proseduru: Malların ixracı Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən olunan tələblərə uyğun olaraq həyata keçirilir. Digər gömrük prosedurlarından fərqli olaraq ixrac prosedurunda malların “prosedur altında yerləşdirilməsi şərtləri” deyil, “prosedura irəli sürülən tələblər” məfhumu tətbiq edilməsi, bilavasitə ixrac prosedurunun hüquqi reqlamentasiyasından irəli gəlir.

Gömrük Məcəlləsi ilə müəyyən edilən bu tələblər aşağıdakılardır:

a) ixrac gömrük rüsumlarının və digər gömrük ödənclərinin ödənilməsi;

b) iqtisadi siyasət tədbirlərinə riayət edilməsi;

c) ixrac proseduru altında buraxılmış malların, gömrük bəyannaməsinin qəbul edildiyi günə olan vəziyyətində, normal saxlama və daşıma şəraitində onların məruz qaldığı aşınma və təbii itkisi nəzərə alınmaqla, Azərbaycan Respublikasının gömrük ərazisindən kənara çıxarılması;

ç) Gömrük Məcəlləsi və Azərbaycan gömrük qanunvericiliyinin digər aktları ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi.

İxrac gömrük proseduru altında yerləşdirilən mallar, bu prosedurun xüsusiyyətləri nəzərə alınmaqla, ümumi qaydada bəyan edilməli və gömrük rəsmiləşdirilməsindən keçməlidir.

Gömrük ərazisindən kənarda aparılan daxili mallar ixrac gömrük proseduru altında yerləşdirilir. Yeni Gömrük Məcəlləsinə görə aşağıdakı mallara tətbiq edilmir:



  • son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara;

  • daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəlləyə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara.

2. Təkrar ixrac proseduru: Təkrar ixracı gömrük prosedurunda xarici mallar Azərbaycanın gömrük ərazisindən gömrük rüsum və vergiləri alınmadan və ya alınmış rüsum və vergilər qaytarılmaqla, iqtisadi siyasət tədbirləri tətbiq etmədən Gömrük Məcəlləsinə və Azərbaycan gömrük qanunvericiliyinin digər aktlarına uyğun olaraq çıxarılır. Bu gömrük proseduru iqtisadi baxımından təkrar idxal prosedurunun geri əks olunmasıdır”.

Təkrar ixrac prosedurunun reqlamentasiyası, təkrar ixrac edilən malların Azərbaycan gömrük ərazisində olması faktına əsaslanır ki, bu da gömrük nəzarətinin həyata keçirməyə, prosedurun şərtlərinə riayət olunmasını təmin etməyə yönəlmiş əlavə tədbirlər görməyə imkan verir. Əvvəllər qeyd edildiyi kimi, təkrar idxalın hüquqi reqlamentasiyasında prosedura məsələləri mühüm yer tutur və əsas fikir nəzarətin sənədli formalarına yönəldilir.

Mallar gömrük ərazisindən aparıldıqda, gömrük orqanları onların ixrac rəsmiləşdirilməsini həyata keçirir və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək üçün təkrar ixrac bildirişi verirlər.

Bu Məcəllə ilə aşağıdakı mallara tətbiq edilmir:



  • gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;

  • sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;

  • müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

Sərbəst dövriyyəyə buraxılışından 1 il ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır. Malların təkrar ixracına Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada yol verilir. Azərbaycan Respublikasının qanunvericilik aktları, Azərbaycan hökumətinin aktları və Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində müəyyən edilmiş hallarda isə malların təkrar ixracına İqtisadi İnkişaf Nazirliyinin razılığı ilə icazə verilir.

Təcrübədə malların təkrar ixracı gömrük prosedurunun iki tipindən istifadə edilir:

- bəyan edilmiş təkrar ixrac;

- faktiki təkrar ixrac.

Bəyan edilmiş təkrar ixracda mallar ilk dəfə Azərbaycanın gömrük ərazisinə gətirilərkən, gömrük orqanlarına bilavasitə və yalnız ixrac üçün gətirildiyi bəyan edilir. Bu halda idxal rüsum və vergiləri tutulmur, iqtisadi siyasət tədbirləri tətbiq edilmir.

Faktiki təkrar ixrac tipindən Azərbaycanın gömrük ərazisinə gətirilən malların bilavasitə tərar ixrac üçün gətirilmiş olması bəyan edilmir. Onlar xarici mallar olmaq şərtilə digər gömrük prosedurları altında yerləşdirilə bilər.

Təkrar ixrac məqsədi ilə gətirilməsi bəyan edilmiş mallar onların təcili aparılması mümkün olmayan hallarda yalnız gömrük anbarlarında və gömrük anbarı prosedurunun tələbləri yerinə yetirilməklə saxlanıla bilər.

Təkrar ixrac məqsədilə gətirilmiş malların gömrük rəsmiləşdirilməsi zamanı malı gətirən şəxs müvafiq gömrük orqanına müraciət etməlidir.

Azərbaycan Respublikasının gömrük ərazisinə təkrar ixrac üçün gətirilmiş malların bu ərazinin hüdudlarından kənara aparılması DGK tərəfindən “icazə vərəqəsi” verildikdən sonra rəsmiləşdirilir.

3. Müvəqqəti ixrac proseduru: Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllədə nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur.

Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla Dövlət Gömrük Komitəsi müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilir.



1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət