Ana səhifə

Buraxili ş İ Ş İ Mövzu: "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətləri" Elmi rəhbər: b\m Nəcəfova Ş. C


Yüklə 0.66 Mb.
səhifə1/5
tarix06.05.2016
ölçüsü0.66 Mb.
  1   2   3   4   5


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

“İqtisadiyyat və idarəetmə” fakültəsinin "gömrük işinin təşkili" ixtisasının qiyabi şöbəsinin V kurs, 207-1 qrup tələbəsi Qarayev Naib Valeh oğlu



B U R A X I L I Ş İ Ş İ

Mövzu: "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətləri"
Elmi rəhbər: b\m Nəcəfova Ş.C

(Elmi dərəcəsi və elmi adı) (soyadı, adı, atasının adı)


Kafedra müdiri: i.e.n. dosent Mahmudova L. F

(Elmi dərəcəsi və elmi adı) (soyadı, adı, atasının adı)



BAKI – 2012

R E F E R A T
Buraxılış işinin mövzusu "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətləri"-dir. Buraxılış işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdırılmışdır. Buraxılış işi giriş, plan, üç fəsil, hər fəsildə üç sual, referat, nəticə və ədəbiyyat siyahısı daxil olmaqla " 70 " səhifədən ibarətdir.

Buraxılış işinin giriş hissəsində mövzu haqqında qısa məlumat verilmişdir. Buraxılış işinin birinci fəsili "Gömrük rəsmiləşdirilməsi və onun əsas xüsusiyyətləri". Burada 1).Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri; 2).Gömrük rəsmiləşdirilməsinin həyata keçrilməsinin qaydalrı; 3).Müxtəlif gömrük proseduraları şəraitində gömrük rəsmiləşdirilməsi göstərilir.

İkinci fəsili "Bəyanetmə və onun formaları". Burada 1).Bəyanetmənin gömrük rəsmiləşdirilməsində rolu; 2).Yük Gömrük Bəyannaməsinin doldurulması qaydası; 3).Müxtəlif nəqliyyat vastələri üzrə malların dəyərləndirilməsi qaydalası göstərilir.

Üçüncü fəsili "Yük Gömrük Bəyannaməsinin tətbiqi xüsusiyyətləri". Burada 1).Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi, tətbiqi xüsusiyyətləri; 2).Gömrük rəsmiləşdirilməsinin sahəsində beynəlxalq təcrübə və onun öyrənilməsinin əhəmiyyəti; 3).Gömrük rəsmiləşdirilməsinin təkminləşdirilməsinin öyrənilməsi təhlil olunmuşdur.

Buraxılış işinin nəticə hissəsində mövzu ilə bağlı nəticəvi fikirlər göstərilmişdir. Ədəbiyyat siyahısında isə buraxılış işinin yazılmasında istifadə olunan materiallar göstərilmişdir.

MÜNDƏRİCAT

Giriş………………………...……………......…….......………………...3



I Fəsil Gömrük rəsmiləşdirilməsi və onun əsas xüsusiyyətləri:

  1. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri.

  2. Gömrük rəsmiləşdirilməsinin həyata keçrilməsinin qaydaları.

  3. Müxtəlif gömrük proseduraları şəraitində gömrük rəsmiləşdirilməsi.

II Fəsil Bəyanetmə və onun formaları:

  1. Bəyanetmənin gömrük rəsmiləşdirilməsində rolu.

  2. Yük Gömrük Bəyannaməsinin doldurulması qaydası.

  3. Müxtəlif nəqliyyat vastələri üzrə malların dəyərləndirilməsi qaydalası.

III Fəsil Yük Gömrük Bəyannaməsinin tətbiqi xüsusiyyətləri:

  1. Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi, tətbiqi xüsusiyyətləri.

  2. Gömrük rəsmiləşdirilməsinin sahəsində beynəlxalq təcrübə və onun öyrənilməsinin əhəmiyyəti.

  3. Gömrük rəsmiləşdirilməsinin təkminləşdirilməsinin öyrənilməsi.

Nəticə ………………………………….......……………………..……....68

Ədəbiyyat siyahısı ……………..........…………………….….…………70



G İ R İ Ş

Millli gömrük sisteminin yaradılması və fəaliyyəti ilk növbədə Azərbaycanın müstəqillik əldə etməsi ilə bağlıdır və heç şübhəsiz ki, dövlət suverenliyinin qazanılması Ümummilli Lideri Heydər Əliyevin gərgin əməyinin nəticəsi kimi qiymətləndirilməlidir.

Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyimiz kimi respublikamızın milli iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkilinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini görmək mümkündür. Sizlərə gömrük işinin əhəmiyyətini xalqımızın Ümummilli Lideri, Ulu Öndərimiz, müstəqil Azərbaycan Respublikasını banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin dahiyanə fikiri ilə açırıq:

"Həqiqi gömrük işinin təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işcisi gərək bilikli olsun, öz peşəsini yaxşı məninsəmiş olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, maddi texniki bazası, müasir texnikası, ləvazımatları olsun. Bunları yaratmaq lazımdır.

Azərbaycan Respublikası dövlət müstəqilliyimizi əldə etdikdən sonrakı iyirmi il ərzində ölkəmizdə bazar iqtisadiyatının formalaşması prosesini uğurla həyata keçirir. Bu prosesin çoxçalarlığı, həmçinin, Azərbaycan iqtisadiyyatının müstəqil şəkildə xüsusi mülkiyyətçilik, iqtisadi təhlükəsizlik və özünün real potensialından səmərəli istifadə əsasında sosial ədalətə yönəlik iqtisadi sistem yaratma imkanlarının qiymətləndirilməsi, ölkənin daxili bazarının formalaşması və xarici əlaqələrinin intensivləşdirilməsi zərurətə çevrilmişdir.

Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyətlə məşğul olan istənilən hüquqi və fiziki şəxs mütləq gömrük rəsmiləşdirilməsi proseduru ilə qarşılaşır.

Ixrac-idxal əməliyyatları iştirakçılarına tə'sir prosesində gömrük sistemi, gömrük siyasəti, gömrük xidməti kimi anlayışlardan istifadə edilməsi zəruriyyəti meydana çıxır. Belə ki, xarici ticarət fəaliyyəti təcrübəsində əsas beş qrup vasitələrə nəzər salsaq görərik ki, burada gömrük əməliyyatlarının yeri əvəzsizdir. Azərbaycan DGK-nin qarşısında qoyulmuş vəzifələri uğurla yerinə yetirilməsi Ümumdünya Gömrük Təşkilatının (ÜGT) də bəyəndiyi taktiki və strateji tədbirlərin ardıcıl həyata keçirilməsindən çox asılıdır.

Bütün yuxarıda qeyd edilənlər, onu göstərir ki, dövlət orqanları içərisində gömrük sisteminin öz çəkisi var və bu sistemin öyrənilməsi müasir dövrdə xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslər üçün çox əhəmiyyətli və aktualdır.

Məlumdur ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra müstəqil gömrük siyasəti formalaşdırılmağa başlandı və lazım olan gömrük qanunvericiliyi aktları qəbul olundu. Eyni zamanda gömrük işinin daha səmərəli təşkil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən lazım olan təlimat və əsasnamələr işlənib hazırlandı. Bütün sənədlərin əsasını Azərbaycan Respublikasının suverenliyinin və iqtisadi təhlükəsizliyinin təmin edilməsi təşkil edir. Həmin sənədlərdə ölkəmizin strateji inkişaf istiqamətlərinə uyğun olaraq yürüdüləcək vahid gömrük siyasəti öz əksini tapmışdır.

Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsi onun beynəlxalq əlaqələrini gücləndirirdi. Dünyanın ayrı-ayrı ölkələri arasında iqtisadi münasibətlərin tənzimlənməsində gömrük xidmətinin müstəsna rolu təkzib edilməzdir. Gömrük xidmətinin düzgün təşkili konkiret ölkələrin iqtisadiyyatlarının inkişafına birbaşa təsir göstərməklə, dövlətlərarası inteqrasiyanıda gücləndirir.

Azərbaycanda gömrük işi bilavastə həyata keçirən Dövlət Gömrük Komitəsinə hüquq mühafizə orqanları, gömrük orqanları, komitə və gömrük idarələri, gömrük postları daxildir. Azərbaycan Respublikasının gömrük ərazisindən gömrük nəzarəti və mal dövrüyyəsinin daha səmərəli tənzimlənməsi, daxili bazarın qorunması, milli iqtisadiyyatın inkişafının stimullaşdırılmasının dövləti iqtisadi siyasətindən irəli gələn vəzifələrin həyata keçrilməsi habelə beynəlxalq normalara uyğun gömrük işinin aparılmasında gömrük siyasətinin böyük rolu vardır.

Müasir mərhələdə gömrük siyasəti Azərbaycanın milli xüsusiyyətləri nəzərə alınmaqla gömrük işinin metod və normalarını şərtləndirir. Dövlət gömrük siyasətinin həyata keçrilməsi tarazlaşdırılmış iqtisadi siyasıtindən və gömrük xidmətinin moderləşdirilməsi səviyyəsindən aslı olmaqla, dövlətin prespektiv inkişaf yollarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir.

Bu mövzuda "Yük gömrük bəyannaməsi və onun tətbiqi xüsusiyyətlərinin" aspektləri təhlil olunur.

I Fəsil. Gömrük rəsmiləşdirilməsi və onun əsas xüsusiyyətləri:


  1. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri.

Bizm bu fəslimiz Yük Gömrük Bəyannaməsinin əsaslarında biri olan Gömrük rəsmiləşdirilməsi və onun əsas xüsusiyyətləridir. Fəsilin birinci sualında Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin əsas xüsusiyyətləri; ikinci sualında Gömrük rəsmiləşdirilməsinin həyata keçrilməsinin qaydaları; üçüncü sualında isə Müxtəlif gömrük proseduraları şəraitində gömrük rəsmiləşdirilməsini təhlil edirik.

Müasir şəraitdə dövlətlər gömrük rəsmiləşdirilməsi ilə gömrük nəzarətinin səmərəliyinin artırılmasına çalışırlar. Bu baxımdan son zamanlar qəbul olunmuş qanunlar, fərmanlar, sərancamlar, normativ - hüquqi aktlar və Yeni qəbul edilmiş Gömrük Məcəlləsi buna misal ola bilər. Gömrük nəzarəti gömrük hüququnun ən mühüm institutlarından biridir.

Yeni qəbul edilmiş Gömrük Məcəlləsinin VI-cı bölməsi (13-14-fəsilləri) bütövlükdə gömrük nəzarətinin təşkil edilməsinə həsr olunub. Gömrük Məcəlləsininə görə gömrük nəzarəti - gömrük işi üzrə malların və nəqliyyat vastələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən Azərbaycan Respublikası Qanunvericiliyinə, həmçinin İcrasına nəzarətin Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunduğu Azərbaycan Respublikasının digər qanunvericiliyinə və beynəlxalq müqavilələrinə riayət olunmasını təmin etmək məqsədi ilə həyatə keçirilən tədbirləri məcmusudur.

Gömrük nəzarətini gömrük orqanlarının vəzifəli şəxsləri həyata keçirir. Gömrük Məcəlləsinə görə gömrük nəzarətinin formaları aşağıdakılardır:



  1. gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması;

  2. gömrük müayinəsi (yoxlanması) (mal və nəqliyyat vasitələrinin müayinəsi, şəxsi müayinə - gömrük nəzarətinin xüsusi forması);

  3. mal və nəqliyyat vasitələrinin uçotu;

  4. fiziki və vəzifəli şəxslərin şifahi sorğusu;

  5. uçot və hesabat sisteminin yoxlanılması;

  6. müvəqqəti saxlanc anbarlarına, gömrük anbarlarına, sərbəst anbarlara, sərbəst gömrük zonalarına, rüsumsuz ticarət mağazalarına, mal və nəqliyyat vasitələri yerləşən digər ərazilərə, tikililərə gömrük baxışı.

Gömrük nəzarətinin həyata keçirilmə formalarına görə aşağıdakı növləri var:

1) mal və nəqliyyat vasitələrinin sənədlərinin yoxlanılması;

2) mal və nəqliyyat vasitələrinə gömrük baxışı;

3) mal və nəqliyyat vasitələrinin gömrük müayinəsi.

Gömrük nəzarətinin birinci forması sənədli, ikinci və üçüncü formaları faktiki nəzarət kimi xarakterizə edilir.

Gömrük nəzarəti, onun həyata keçirilməsinin qayda və metodlarının məcmusudur. Bu metodlardan aşağıdakıları göstərmək olar:

- mal və nəqliyyat vasitələri gömrük məntəqəsinə gətirilərkən həyata keçirilən adi gömrük nəzarəti;

- nəqliyyat vasitəsinin hərəkəti zamanı həyata keçirilən gömrük nəzarəti;

- gömrük nəzarətinin müəyyən formalarından azad etmə halları istisna olmaqla, nəzarətin bütün formalarının istifadə olunduğu tam nəzarət;

- seçmə gömrük nəzarəti .

Gömrük nəzarətinin növ, forma və metodları onların praktiki tətbiqində bir-biri ilə sıxı bağlıdır.

Gömrük nəzarətinin bütün mərhələləri bitdikdən sonra yük sənədinə “Buraxılışa icazə verilir” ştampı vurulur. Bu ştamp və YGB-nin nömrəsi (yük sənədinin yuxarı sağ küncündə) şəxsi nömrəli möhürlə təsdiqlənir.

Gömrük nəzarətinin həyata keçirilməsinin əsası yük gömrük bəyannaməsidir (YGB). Gömrük nəzarətinin həyata keçirilmə prosedurası bütövlükdə şərti olaraq beş mərhələyə bölünür.

Birinci mərhələdə YGB-də göstərilən məlumatlara formal-məntiqi nəzarət həyata keçirilir. Bunun üçün yük şöbəsi tərəfində bəyannamənin bütün qrafalarının doldurulmasının düzgünlüyü yoxlanılır, bəyan edilmiş gömrük rejimi və malların adına müvafiq olaraq gömrük nəzarəti üçün tələb olunan sənədlərin mövcudluğu müəyyən edilir. YGB yoxlanıldıqdan sonra ona nömrə verilir və aşkar edilmiş səhvlərin düzəldilməsi üçün deklaranta qaytarılır.

İkinci mərhələdə YGB-də göstərilən xarici valyutada ödənc-hesablaşma əməliyyatları nəzarət predmeti olur. Eyni zamanda xarici-iqtisadi fəaliyyət iştirakçısı tərəfindən valyuta nəzarəti qanunvericiliyinə riayət olunması yoxlanılır.

Üçüncü mərhələdə gömrük ödənclərinin hesablanma dəqiqliyi, gömrük güzəştləri verilməsinin qanunamüvafiqliyi yoxlanılır, ödənclərin gömrük orqanlarının hesabına daxil olmasına nəzarət edilir.

Dördüncü mərhələdə statistika şöbəsi gömrük statistikası üçün mühüm olan qrafaların doldurulmasını yoxlayır.

Beşinci mərhələdə yük şöbəsinin səlahiyyətli vəzifəli şəxsi malın gömrük müayinəsi (yoxlaması) barədə qərar qəbul edir.

Azərbaycan Respublikasının gömrük orqanları lazım olduqda bu Məcəllədə nəzərdə tutulan gömrük nəzarətinin bütün formalarından istifadə edə bilərlər.

Bu Məcəllə gömrük orqanlarının gömrük nəzarəti formalarının verilmiş hal üçün daha məqsədəuyğun olanını seçmək və istifadə etmək hüququnu müəyyən edir.

Gömrük nəzarəti formasının seçilməsi, gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin müvəffəqiyyətlə həyata keçirilməsinin yetərliliyi (kifayət etməsi) prinsipi ilə aparılır.

Ayrı-ayrı formaların kifayət edib-etməməsi qanunvericiliklə və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutula bilər.

Konkret hal üçün kifayət etmə prinsipi normativ aktlarda öz əksini tapmırsa, yetərli gömrük nəzarəti forması gömrük orqanının vəzifəli şəxsləri tərəfindən seçilir. Gömrük orqanları əməkdaşlarına belə səlahiyyətlərin verilməsi Dövlət Gömrük Komitəsinin normativ aktları ilə reallaşdırılır. Gömrük nəzarəti formalarının seçilməsinə dövlət təhlükəsizliyinə və ictimaiyyətin maraqlarına zərər vurmadan yol verilə bilər. Bununla əlaqədar, gömrük orqanlarının səlahiyyətli şəxsləri gömrük sərhədindən silah, narkotik maddə, əntiq əşyalar və.s-nin qanunsuz keçirilməsi cəhdlərinin qarşısının alınması üçün tədbirlər görülməsinə xüsusi diqqət yetirməlidirlər.

Digər tərəfdən gömrük nəzarətinin kifayət etmə prinsipi insan hüquq və azadlığı normalarını pozmamalıdır. Elə buna görə də şəxsi müayinə qanunvericilikdə “Gömrük nəzarətinin müstəsna forması” kimi nəzərdə tutulur.

Amma bununla belə, gömrük nəzarətinin digər formalarının tətbiq edilməməsi və ya onlardan azad etmə heç də şəxsləri Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müddəalarına, digər qanunvericilik aktlarına və beynəlxalq müqavilələrinə riayət etmək vəzifəsindən azad etmir. Gömrük Məcəlləsinin bu müddəası vəzifəli şəxsin gömrük nəzarətinin bu və ya digər formasının tətbiqinin yetərli olub-olmayacağı məsələsini həll etdiyi zaman gömrük sahəsində qanunilik prinsipinin reallaşdırılmasının hüquqi təminatıdır.

Qeyd edildiyi kimi, gömrük xidmətinin vəzifə və funksiyalarının yerinə yetirilməsini təmin edərkən gömrük orqanları, lazım gəldikdə gömrük nəzarətinin bütün formalarından istifadə edə bilərlər.

Gömrük orqanları gömrük məqsədləri üçün təkrar gömrük baxışı keçirə, sənədlərdə göstərilən məlumatları yenidən yoxlaya bilərlər.

Şəxsi əşyaları gömrük baxışından azad edilən şəxslərin gömrük sərhədindən buraxılması zamanı gömrük nəzarəti sadəcə olaraq belə güzəşt verilmiş şəxslərin sənədlərinin yoxlanılmasından ibarət olur.

Bəzi hallarda gömrük nəzarəti mal və nəqliyyat vasitələrinin sərhəddən keçirilməsinin qanuniliyini müəyyən etmək üçün gömrük təminatları pozulmadan həyata keçirilən gömrük baxışından ibarət ola bilər.

Gömrük baxışından fərqli olaraq, gömrük müayinəsi tikililərin, nəqliyyat vasitələrinin, tara və qablaşdırılmaların açılması ilə müşayiət olunur. Gömrük müayinəsi zamanı malların adı və keyfiyyəti, həmçinin miqdarı müəyyən edilir. Malların gizli keçirilməsinin müəyyən olunması üçün də gömrük müayinəsindən istifadə edilir.

Baxış mərhələsində gömrük müayinəsinin tətbiq edilməsinin məqsədəmüvafiqliyi - mal və nəqliyyat vasitələrinin yük bölmələrinin, malın tarası və qablamalarının açılıb-açılmaması məsələsi həll edilir.

Qanun və ya beynəlxalq müqavilələrlə mal və nəqliyyat vasitələrinin ayrı-ayrı növlərinin gömrük nəzarəti sferasından çıxarılmasının konkret halları müəyyən edilə bilər. Məsələn, Azərbaycan Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajı, xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Milli Məclis deputatlarının və Nazirlər Kabineti üzvlərinin şəxsi baqajları gömrük yoxlamasından azaddır (yəni azad etmə şərtləndirilir).

Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi və hərbi nəqliyyat hava gəmilərinin, eləcə də hərbi texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası müqavilələrlə tənzimlənir.

Şəxsi yoxlama (müayinə) barədə qərar gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən qəbul olunur. Müayinədən əvvəl gömrük orqanının vəzifəli şəxsi qəbul edilmiş qərarı fiziki şəxsə elan edir, ona hüquq və vəzifələrini başa salır və həmçinin gizlədilmiş malların könüllü olaraq verilməsini təklif edir. Şəxsi müayinənin aparılması barədə protokol tərtib edilir.

Gömrük nəzarətinin predmeti gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin (qanunvericilikdə nəzərdə tutulmuş digər hallardan başqa) istənilən növü ola bilər.

Gömrük Məcəlləsinə görə, mallar - istənilən daşınan əmlak, o cümlədən valyuta, valyuta sərvətləri, elektrik və digər enerji növləri və s. ola bilər.

Sərnişin və malların beynəlxalq daşımalarından istifadə olunan, konteyner və digər nəqliyyat avadanlığı da daxil olmaqla bütün vasitələr - nəqliyyat vasitəsi kimi gömrük nəzarətinin obyekti olur.

Digər məqsədlər üçün gömrük sərhədindən keçirilən nəqliyyat vasitələri əmtəə kimi gömrük nəzarətinə cəlb edilir.

Gömrük orqanlarının vəzifəsi gömrük sərhədindən keçirilən bütün mallara gömrük nəzarəti təşkil etməkdir. Gömrük nəzarəti predmetinin spesifikası bəzi hallarda gömrük nəzarətinin özünün təşkilində mühüm əhəmiyyətli xüsusiyyətləri şərtləndirir. Belə ki, valyuta və valyuta qiymətlilərinin gömrük sərhədindən keçirilməsinə nəzarət edərkən, gömrük orqanları qanunvericilikdə nəzərdə tutulmuş digər orqanlarla birlikdə dövlət valyuta nəzarətinin həyata keçirilməsində iştirak edir.

Xarici ticarət obyekti olan bəzi spesifik malların gömrük nəzarətinə cəlb edilməsi əlahiddə yanaşılma tərzi tələb edir. Məsələn, xam neft, qaz, neft və qaz məhsulları, enerji və s. Belə hallarda gömrük nəzarəti mexanizmi nəinki malların xüsusiyyətlərini, həmçinin nəqletmə üsullarını da nəzərə almalıdır.

Bunun üçün gömrük orqanları qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki qüvvə, müxtəlif texniki vasitələr, odlu silah və digər vasitələr tətbiq edə bilər.

Mövcud qanunvericiliyə görə mallar və nəqliyyat vasitələri bəyan ediləndən, gömrük proseduru altında yerləşdirilənə qədər gömrük nəzarəti altında olurlar.



Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 11 noyabr 2008-ci il tarixli «Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi haqqında» olan 12 Saylı Fərmanı ilə dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması zamanı süni maneələrin aradan qaldırılması, idxal-ixrac əməliyyatlarının müasir tələblərə uyğun aparılması üçün münbit şəraitin yaradılması üçün Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi 2009-cu il yanvarın 1-dən tətbiq edilmişdir.

Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə həvalə olunmuşdur.

Mal və nəqliyyat vasitələrinin gətirilməsi zamanı gömrük nəzarətinin başlanğıcı onların Azərbaycan Respublikasının gömrük sərhəddini keçdiyi an hesab edilir. Mal və nəqliyyat vasitələrinin ölkədən çıxarılması zamanı gömrük nəzarəti – gömrük bəyannaməsinin təqdim edildiyi andan başlanır.

Gömrük nəzarətinin bitmə vaxtını Gömrük Məcəlləsinin müvafiq bəndləri müəyən edir. Bu məcəllədə nəzərdə tutulan hallar istisna edilməklə, mallar və nəqliyyat vasitələri buraxıldığı andan gömrük nəzarəti başa çatır. Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılan mallar və nəqliyyat vasitələri buraxılarkən, onlar Azərbaycan Respublikasının gömrük sərhədini keçdiyi andan gömrük nəzarəti başa çatır.

Mal və nəqliyyat vasitələrinə gömrük nəzarəti bir-birindən seçilir. Mallara gömrük nəzarəti dedikdə, idxal (gətirilən), ixrac (aparılan) və tranzit mallarına gömrük nəzarəti növləri nəzərdə tutulur.

Gömrük nəzarətinin həyata keçirilməsində malların ayrı-ayrı mühüm xassələri böyük əhəmiyyət kəsb etdiyindən gömrük nəzarətinin yarımnövləri kimi əl yükünə, müşaiyət olunan və olunmayan baqaja gömrük nəzarətini göstərmək olar.

Nəqliyyat vasitələrinə gömrük nəzarəti onların növündən asılı olaraq aşağıdakı kimi təsnifatlandırılır:

a) dəniz gəmilərinə gömrük nəzarəti;

b) çay gəmilərinə gömrük nəzarəti;

c) dəmiryol qatarlarına gömrük nəzarəti;

ç) hava gəmilərinə gömrük nəzarəti;

d) avtonəqliyyat vasitələrinə gömrük nəzarəti.

Əməkdaşlıq edən ölkələrin gömrük orqanlarının gömrük nəzarətində iştirakının xarakterindən asılı olaraq aşağıdakı nəzarət növləri seçilə bilər:

1) ikitərəfli gömrük nəzarəti (hər ölkənin gömrük orqanı ayrılıqda gömrük müayinəsi həyata keçirir);

2) birtərəfli gömrük nəzarəti (ölkələrdən birinin gömrük orqanı gömrük nəzarəti (müayinəsi) həyata keçirir);

3) birgə gömrük nəzarəti (hər iki dövlətin gömrük orqanlarının birgə gömrük nəzarəti (müayinəsi) həyata keçirilir).

Gömrük nəzarəti birdəfəlik və təkrar ola bilər.

Birdəfəlik gömrük nəzarəti o vaxt nəzərdə tutulur ki, gömrük sərhəddi ancaq bir istiqamətdə keçilir və gömrük nəzarəti (müayinəsi) bir dəfə keçirilir. Əgər mal və nəqliyyat vasitələri nisbətən qısa müddət ərzində gömrük sərhəddini iki dəfə keçirsə, onlar təkrar gömrük nəzarəti altına düşür.

Təkrar gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhəddinin bir neçə dəfə keçilməsi həmişə tələb olunmur. Belə ki, xaricə üzən dəniz gəmisi təyinat limanına gələndə gömrük məntəqəsini keçərkən gömrük müayinəsinə cəlb edilmişsə, bir qayda olaraq təkrar gömrük nəzarəti həyata keçirilmir. Lakin qaçaqmalçılıq barədə məlumat olduqda gömrük orqanlarının gəmini liman suları hüdudunda və limanda dayanarkən təkrar gömrük müayinəsini təşkil etmək hüququ vardır. Analoji qaydalar digər nəqliyyat vasitələrinə də şamil edilir.

Bir qayda olaraq, mal və nəqliyyat vasitələri gömrük nəzarətinin başlandığı andan onun seçilmiş gömrük proseduruna uyğun olaraq bitməsinə qədər gömrük nəzarəti altında yerləşir. Başqa sözlə mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında yerləşməsi müddəti bilavasitə seçilmiş gömrük prosedurundan asılıdır.



Gömrük nəzarətindən azadetmə həm daxili qanunvericiliyə, həm də beynəlxalq konvensiyalara uyğun olaraq həyata keçirilir.

Gömrük Məcəlləsiə görə aşağıdakı şəxslər gömrük yoxlamasından azaddırlar:

1) Azərbaycan Respublikasının prezidenti və onun ailə üzvlərinin şəxsi baqajı;

2) öz deputat və xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhəddini keçən Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının şəxsi baqajları;

3) Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin şəxsi baqajları.

Xarici hərbi gəmilər hərbi və hərbi - nəqliyyat hava gəmiləri, hərbi texnika ancaq dövlətlərarası müqavilə əsasında gömrük yoxlamasından azad edilə bilər. Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşlarına, habelə digər xarici şəxslərə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin müddəalarına uyğun olaraq gömrük güzəştləri nəzərdə tutulmüşdür.

İkitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrlə gömrük güzəştləri əsasən aşağıdakı təşkilatların və onların təmsilçiliklərinin heyəti, həmçinin onların ailə üzvləri üçün nəzərdə tutulur:

- Birləşmiş Millətlər Təşkilatı

- Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESCO)

- Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Məsələləri Təşkilatı (UNIDO)

- Beynəlxalq Valyuta Fondu

- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı

- Beynəlxalq Maliyyə Korporasiyası

- Beynəlxalq İnkişaf Assosiasiyası

- Avropa Cəmiyyətləri Komissiyası

- Avropa Yenidənqurma və İnkişaf Bankı

- Beynəlxalq Elmi-Texniki Mərkəz

- Beynəlxalq Miqrasiya Təşkilatı

- Beynəlxalq Qırmızı Xaç Komitəsi

- Elmi-Texniki İnformasiya Beynəlxalq Mərkəzi

- Beynəlxalq İnvestisiya Bankı

- Beynəlxalq İqtisadi Əməkdaşlıq Bankı

- digər beynəlxalq təşkilatlar.

Qeyd etmək lazımdır ki, gömrük güzəştləri şamil olunan digər beynəlxalq təşkilatları Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyən edir.



Gömrük nəzarəti üçün tələb olunan sənədlər və onun həyata keçirilməsi prosesində gömrük orqanlarının rolu:

Mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən, yaxud gömrük orqanlarının nəzarət sahəsinə aid fəaliyyətlə məşğul olan şəxslər gömrük nəzarəti üçün tələb olunan sənəd və məlumatları təqdim etməlidirlər.

Gömrük nəzarəti üçün tələb olunan məlumatları gömrük orqanları vergi və digər nəzarət orqanlarından da ala bilərlər. Qanunvericilik gömrük orqanlarına bank və digər kredit idarələrindən mal və nəqliyyat vasitələrini gömrük sərhədindən keçirən şəxslərin, gömrük brokerlərinin, yaxud nəzarəti gömrük orqanlarına həvalə edilmiş sahələrdə fəaliyyət göstərən digər şəxslərin apardığı əməliyyatlar, hesablarının vəziyyəti barədə arayış və məlumatlar almaq hüququ verir.

Gömrük nəzarəti üçün tələb olunan sənədlər təyinatına görə aşağıdakı qruplar üzrə təsnifatlandırılır:


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət