Ana səhifə

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu


Yüklə 21.69 Kb.
tarix07.05.2016
ölçüsü21.69 Kb.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu

BMT-nin Əhali Fondu (UNFPA): hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşdığı dünyaya doğru.

1990-cı ildən başlayaraq hər il, BMT-nin Əhali Fondu bütün dünyada əhali və inkişaf məsələləri haqqında məlumatlandırmanı artırmaq məqsədilə yaradıcı yanaşmalardan istifadə edərək, Dünya Əhali Gününü qeyd edir.



2014-cü il Dünya Əhali Gününün mövzusu gənclərin inkişafına edilən yatırımlara aiddir. Bu gün, gənclər arasında sağlam həyat tərzini təşviqi, təhsil və əmək fəaliyyəti imkanlarını təmin edilməsi, səhiyyə xidmətlərinin göstərilməsi və bütün işçilər üçün sosial müdafiə məsələlərinin həlli istiqamətində aparılan iş gələcək nəsillərin həyatını yaxşılaşdırmaq istiqamətində edilən ən münasib yatırımlardandır.
2014-cü ildə Dünya Əhali Gününü qeyd etmək məqsədilə BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi informasiya və xidmətlərdən yararlanmaq hüquqları mövzusunda gənclər arasında yazı müsabiqəsini elan edir.


Göstəriləcək xidmətin adı 

Gənclərin məlumat almaq və xidmətlərdən yararlanmaq hüququ mövzusunda gənclər arasında yazı müsabiqəsi

Texniki Mükəlləfiyyətlər

Strateji məqsəd: Azərbaycan ictimaiyyətinin əsas əhali məsələləri haqqında məlumatlarını artırmaq və əhalini bu sahədə daha da fəallaşdırmaq.
Nəzərdə tutulan işlər:
Müsabiqədə kim iştirak edə bilər?
15 – 24 yaşında olan gənclər

Əsas təlimatlar





  • Yeniyetmə dövründən yetkinliyə təhlükəsiz, uğurlu və sağlam keçid hər bir uşağın hüququdur. Bu hüquq yalnız ailələr və cəmiyyətlərin sağlam və produktiv həyat üçün zəruri olan bilik, bacarıq və müvafiq dəyərlərin gənclər arasında tədricən inkişaf etdirilməsi nəticəsində reallaşa bilər.

  • Yeniyetmə və gənclər gələcəyə istiqamətlənmiş inkişaf proqramlarında əsas yer tuturlar. Onların hüquqlarının müdafiəsi, eyni zamanda, keyfiyyətli təhsil, müvafiq iş şəraiti, qazanc əldə etmək bacarıqları, o cümlədən gender və güc münasibətlərinə dair məlumatı özündə əks etdirən və müyəssər cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışı təmin edən təlim vasitəsilə gənclərin gələcəyinə edilən yatırımlar, həm onların özlərinin, həm də ailələrinin, icmaların və ölkələrinin inkişafı üçün çox vacibdir.

  • Bir çox gənc qız ibtidai sinfləri bitirsə də, dəyişən iqtisadi mühitdə tələb olunan bilik və bacarıqların mühüm mənbəyi olan orta və ali təhsili almaqda çətinliklərlə üzləşirlər.



  • Yeniyetmələrin böyük əksəriyyəti cinsi və reproduktiv həyata qədəm qoyurlar. Bununla belə, yeniyetmə yaşında olan hamiləliklərin, təhlükəli abortların, ana ölümünün, cinsi yolla keçən infeksiyalar və HİV virusuna yoluxma hallarının qarşısının alınmasında irəliləyiş o qədər də ürəkaçan deyil. Eyni zamanda, gənclər üçün hərtərəfli cinsi təhsil və xidmətlərin olması, müyəssərliyi (əlçatan olması) və keyfiyyətində gözəçarpan boşluqlar mövcuddur.

  • Qızlar yeniyetmə və yetkinlik mərhələsinə daxil olduqda, onların cinsi və reproduktiv sağlamlıq xidmətlərinə olan ehtiyacı kəskin şəkildə artır. Cinsi və reproduktiv sağlamlıq xidmətlərinə çıxışın məhdud olması qızların sağlamlığı və həyat imkanlarına uzun müddətli mənfi təsir göstərir.




  • Gənclər hələ də bir çox hallarda, həyatlarına birbaşa təsir edən qərarların qəbul edilməsi prosesindən kənarda qalır. Dünya ölkələrinin təxminən 76%-də yeniyetmə və gənclərin onlara təsir göstərən qərarların qəbul edilməsində iştirakına aid konkret prosedur və mexanizmlər mövcud deyil.




Şərtlər:


  • Məqalələr yuxarıda təsvir olunmuş əsas mövzulara əsaslanaraq Azərbaycanda mövcud durum haqqında olmalıdır;

  • Hər müsabiqə iştirakçısı sözügedən mövzulardan yalnız birini seçə bilər və müvafiq olaraq Seçki Komitəsinə yalnız bir məqalə göndərə bilər;

  • Məqalələr Azərbaycan yaxud Ingilis dilində olmalıdır;

  • Məqalələr iştirakçıların öz yazısı olmalıdır və onların öz fikirlərini əks etdirməlidir. Seçim Komitəsi plagiat aşkar etdikdə, həmin məqalə müsabiqə iştirak hüququndan məhrum ediləcək;

  • Məqalələr maksimum üç səhifədən ibarət olmalıdır (şrift - Times New Roman, ölçü - 12)

  • Hər məqalə aşağıdakı formatda yazılmalıdır:

    • Məqalənin başlığı

    • Müəllifin adı

    • Məktəb/Universitetin adı

    • Əlaqə/telefon nömrəsi

    • Məqalənin mətni (giriş hissəsi, əsas arqumentlər, nəticə)

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:



  • Məqalə

  • Müəllifin şəxsiyyət vəsiqəsinin sürəti

  • Müəllifin qısa tərcümeyi-halı

Tələb olunan sənədlər Yeganə İsmayılovaya aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:



yegana.ismailova@unfpa.az
Müddət:
Yazı müsabiqəsi 11-27 iyun 2014-cü il tarixlərinə elan olunur. Yazının təqdim olunması üçün son müddət 27 iyun 2014-cü il tarixidir. Göstərilən müddətə uyğun olmayan ərizələr müsabiqədə iştirak üçün buraxılmayacaq.
Qaliblər müsabiqə məqsədilə yaradılmış Seçim Komitəsi tərəfindən BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyində seçiləcəkdir. 1-ci, 2-ci və 3-cü yer qaliblərinə portativ kompüter, videokamera və fotokamera müvafiq olaraq hədiyyə ediləcəkdir.

Ofis/layihə

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (BMT ƏF)

Tender şərtləri

Tender təklifləri aşağıdakı poçt ünvanına göndərilməlidir:

Təkliflərin təqdim edilməsi üçün son tarix

27 iyun 2014-cü il

Əlaqə saxlamaq üçün şəxs

Yeganə İsmayılova

Telefon/Faks

Telefon nömrəsi: (+994 12) 492 24 70

Faks: (+994 12) 492 23 79






3, UN 50th Anniversary str., Baku, Azerbaijan, AZ 1001

Telephone: (994-12) 498 98 88 Fax: (994-12) 492 24 91

E-mail: office@un-az.org www.un-az.org/unfpa


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət