Ana səhifə

“Bələdiyyə qanunvericiliyi və onun təkmilləşdirilməsi imkanları”


Yüklə 14.94 Kb.
tarix01.05.2016
ölçüsü14.94 Kb.
Press-Reliz
Mayın 12-də “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının təşkilatçılığı ilə Bələdiyyə qanunvericiliyi və onun təkmilləşdirilməsi imkanlarımövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada dövlət orqanlarının, bələdiyyələrin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının koordinatoru Abil Bayramov Alyansın əsas missiyasının Azərbaycanda bələdiyyələrin real yerli özünüidarə institutu kimi inkişafı istiqamətində səyləri birləşdirməklə əksmərkəzləşmənin və demokratik proseslərin surətlənməsinə təkan vermək olduğunu bildirdi. A. Bayramov qeyd etdi ki, “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı (BİNA) son illər ərzində mövcud yerli özünüidarə sisteminin təkmilləşdirilməsinə yönəlik bir sıra siyasət sənədləri və tövsiyələr hazırlayıb. Həmin tövsiyələrin nəzərə alınması qanunvericilik islahatlarının aparılmasını zəruri edir. Bunu nəzərə alaraq BİNA bir sıra qanunvericilik aktlarının ekspertizasını aparıb. Ekspertizalar BİNA-nın Böyük Britaniyanın Oksfam təşkilatının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Alyansa daxil olan təşkilatlar tərəfindən aparılıb. Ekspertizanın aparılmasında əsas məqsəd qanunvericilik aktlarında mövcud olan boşluqları, ziddiyyətli və qeyri-müəyyən normaları aşkara çıxarmaq və onların aradan qaldırılması üçün uyğun təkliflər verməkdir. BİNA ekspertizanın nəticələrini ictimai müzakirəyə çıxarmaq və müzakirələr zamanı səsləndirilmiş təkliflər əsasında onları təkmilləşdirmək niyyətindədir. Bugünkü dəyirmi masa da bu məqsədlə təşkil olunub.

Sonra İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən AğayevBələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunların ekspertizasının nəticələrini təqdim etdi. R. Ağayev ekspertizanın nəticələri ilə bağlı aşağıdakıları qeyd etdi: “Nə konstitusiyada, nə də bələdiyyə qanunveirciliyində yerli özünüidarənin statusu və ölkənin ümumi idarəetmə sistemində bu qurumların yeri səhih şəkildə aydınlaşdırılmayıb (qeyri-müəyyənlik problemi). Qanunvericilikdə «yerli idarəetmə», «yerli idarəetmənin əhatə dairəsi», «yerli idarəetmənin subyektləri» kimi hüquqi normalar əks etdirilməib. De-fakto bələdiyyələr və yerli icrahakimiyyəti orqanları yerli idarəetmənin müxtəlif xarakterə və statusa malik iki fərqli subyektidir. Amma de-yure onlardan 1-cinin hakimiyyət statusu yoxdur, 2-ci isə fəaliyyət göstərdiyi ərazi çərçivəsində yerli idarəetmə ilə bağlı bütün həlledici qərarları qəbul edən, hər cür rıçaqlara malik real hakimiyyət subyektidir. Dövlət idarəetmə sisteminə aid edilməsindən asılı olmayaraq bələdiyyələr ictimai idarəetmənin bir elementidir və inkişaf etmiş ölkələrdə onlar yerli idarəetmənin həlledici subyekti kimi hakimiyyət statusu daşıyırlar. Bələdiyyələrin kostitusion statusu aydınlaşdırılmalı, bu qurumların ümumi idarəetmə sistemində dəqiq yeri və rolu müəyyənləşdirilməli, onların yerli hakimiyyət statusu təsbit olunmalıdır. Avropa Xartiyasının tələblərinə uyğun olaraq subsidiarlıq prinsipinin qanunvericilikdə effektiv və tam həcmdə tətbiqi təmin olunmalıdır. Müstəsnalıqla bağlı problemlərin aradan qaldırılması üçün dövlət hakimiyyət orqanları ilə bələdyiyələr arasında dəqiq səlahiyyət bölgüsünü özündə əks etdirən qanunvericilik aktları hazırlanmalıdır. Qanunvericilikdə «yerli əhəmiyyətli məsələlər» anlayışının dəqiq hüquqi çərçivələri müəyyən olunmalıdır.

Bələdiyyələrin maliyyəsinin əsaslarından danışan R. Ağayev qeyd etdi ki, bələdiyyələrə onların səlahiyyətlərinin həyata keçirilməsini təmin edə biləcək dayanıqlı maliyyə mənbələri verilməlidir. Bələdiyyələrin mövcud vergi mənbələrindən səmərəli istifadə etmələrini təmin etmək üçün vergitutma mexanizmləri təkmilləşdirilməlidir. Bələdiyyələrin maliyyə imkanlarının artırılması məqsədilə müvafiq vergi qanunvericiliyinə dəyişiklik etməklə paylı vergi sistemi tətbiq edilməlidir. Bələdiyyələrə dövlət büdcəsindən transfertlərin verilməsinin mövcud mexanizmləri təkmilləşdirilməli, bələdiyyələrə məqsədsiz transfertlərlə yanaşı məqsədli transfertlərin də verilməsi təmin edilməli və transfertlərin həcmi əhəmiyyətli dərəcədə artırılmalıdır. Bələdiyyələrin əlverişli şərtlərlə kreditləşməsi üçün uyğun mexanizmlər işlənib hazırlanmalıdır”.

Sonrakı məruzə “Bələdiyyə qulluğu haqqında” qanunun ekspertizasına nəticələri ilə bağlı oldu.

Bu mövzuda çıxış edən Abil Bayramov qeyd etdi ki, Azərbaycanda bələdiyyələrin mövcud statusu və səlahiyyətlərinin həcmi bələdiyyə qulluğu ilə bağlı qanunvericiliyə əhəmiyyətli dərəcədə təsir edib. Bələdiyyələrin dövlət hakimiyyəti sisteminin tərkib hissəsi kimi nəzərdə tutulmaması və onların yerli hakimiyyət orqanları kimi tanınmasını təmin edən zəruri hüquq normalarının olmaması bələdiyyə qulluqçularının statusunun dövlət qulluqçularının statusundan fərqli şəkildə nizamlanmasına gətirib çıxarıb. Halbuki inkişaf etmiş yerli özünüidarə sisteminə malik ölkələrdə (Almaniya, Niderland, Polşa, Çexiya və s.) bütövlükdə məmur kateqoriyasına daxil olan şəxslərin statusuna yanaşma eynidir. A. Bayramov «Bələdiyyə qulluğu haqqında» Qanunun ekspertizasının aşağıdakı təklifləri irəli sürməyə imkan yaratdığını dedi: qanunda “bələdiyyə qulluğu” anlayışı dəqiqləşdirilməlidir; qanunda bələdiyyə qulluğunun əsas prinsipləri öz əksini tapmalıdır; bələdiyyə qulluqçularının təsnifatı verilməlidir; bələdiyyə qulluğuna qəbul olunmanın şərtləri göstərilməli və bələdiyyə qulluqçusu statusunu əldə etmə anı müəyyənləşdirilməlidir; bələdiyyə qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi, həvəsləndirmə tədbirlərinin tətbiqinin prinsipləri və meyarları öz əksini tapmalıdır; qulluqla bağlı qadağalara aid olan boşluqlar aradan qaldırılmalıdır; bələdiyyə qulluqçularının öz gəlir və əmlakı barəsində məlumat vermək öhdəliyi göstərilməlidir; bələdiyyə qulluqçularının hüquqi məsuliyyətinin əsasları və reallaşdırılması mexanizmləri müəyyənləşdirilməlidir.

Sonra Aran Humanitar Regional İnkişaf İctimai Birliyinin eksperti Rasim Zeynalov “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında” Əasnamənin, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Rəcəb İmanov isə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunların ekspertizasının nəticələrini təqdim etdilər Hər iki natiq təqdim olunan sənədlərdə kifayət qədər boşluqların olduğunu qeyd etdilər.

Təqdimatlar ətrafında müzakirələr zamanı iştirakçılar qanunvericiliyin ekspertizasının vacibliyini vurğulayaraq təqdimatlarla bağlı öz fikir və mülahizələrini bildirdilər.


Bələdiyyələrin inkişafı naminə” QHT



Alyansının mətbuat xidməti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət