Ana səhifə

Bazar riskləRİ Bazar riski – faiz dərəcəsi,xarici valyuta məzənnəsi və kapitalın


Yüklə 23.57 Kb.
tarix07.05.2016
ölçüsü23.57 Kb.


BAZAR RISKLƏRİ
Bazar riski – faiz dərəcəsi,xarici valyuta məzənnəsi və kapitalın (həmçinin bazar qiymətli kağızların) qiymətlərindəki enib-qalxmaların nəticəsində əldə edilən itgidir.

Bazar risklərinin növləri:

  • Valyuta

  • Faiz

  • Kapital

  • Qiymət

  • Portfel

Valyuta riski – bir valyutanın dıgər valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində bankın ehtimal olunan itgiləridir.

Valyuta risklərinin yaranma mənbəsi bazardakı dəyişiklərin nəzərə alınmaması,bir valyutada cəmləşmə,aktiv və passivlərin düzgün idarə edilməməsi nəticəsində baş verir.



Faiz riski – aktivlərdə və passivlərdə faiz dərəcələri dəyişiklərindən əmələ gələn itgilərdir.

Faiz risklərinin yaranması mənbəsi dəyişkən və sabit faiz dərəcələri üzrə aktivlərlə passivlər arasında olan uyğunsuzluq,bazarda baş verən dəyişiklərə vaxtında reaksiya verilməməsinin,hüquqi risklərin düzgün idarə edilməməsinin nəticəsidir.



Kapital riski – Kapitalın və digər bazar qiymətli kağızların qiymətlərindəki dəyişiklərə görə yaranan itgilərdir. Yaranma mənbələri bazrdakı dəyişiklərə vaxtında reaksiya verilməməsi,aktiv və passivlərin düzgün idarə edilməməsidir.

Qiymət riski – bankın portfelində saxlanılan bazar alətlərinin likvidlik müddətində qiymətlərin dəyişiklərindən əmələ gələn riskdir.Bazardakı dəyişiklərə vaxtında reaksiya verilməməsi nəticəsində yarana bilən bir riskdir.

Portfel riski – portfelin bir sahədə və ya bir qrupda cəmləşməsinndən əldə edilə biləcək itgilərdir.Bu səhv kredit siyasətinin,likvidliyin düzgün idarə edilməməsinin,sektor üzrə cəmləşmə,region üzrə cəmləşmə,bazar aləti üzrə cəmləşmə,təminat növü üzrə cəmləşmədən yaranır.

Xəzinədarlıq iki növ bazar riskinə məruz qala bilər: məzənnə riski və faiz dərəcəsi riski. Hər hansı bir valyutanın spot və forvard açıq dərəcələrindəki dəyişikliklərin açıq mövqeyin həcminə birbaşa təsiri vardır. Məzənnələrdəki mənfi dəyişkliklər riskinə xalis valyuta mövqelərinin (artıq məbləğdə alınmış və ya satılmış) həcmi vasitəsi ilə nəzarət oluna bilər.

Hər bir valyutadakı həm bir günlük, həm də overnayt mövqelər üzrə limitlərin təyin olunmasını müəyyənləşdirməlidirlər.Overnayt limitlər yerli bazar bağlandıqdan sonra baş verən iqtisadi və ya siyasi hadisələr nəticəsində yaranan mənfi təsirlərdən qorunmaqda yardımçı rolunda çıxış edirlər. Bir günlük limitlər isə, adətən, daha böyük olur, çünki bu əməliyyatlardakı bazar iştirakçılarının sayı daha yüksəkdir. Bu limitlər bank müştərilərinin adi xarici valyuta tələbatlarının ödənilməsi üçün kifayət qədər yüksək olmalıdır.

Xarici valyuta yerləşdirmə və borc götürülməsinə məxsus olan xarici valyuta riski xarici valyuta svopları vasitəsilə aradan götürülə bilər. Məsələn, xarici valyutadakı kredit üzrə hecinq əməliyyatını icra etmək üçün diler kreditin başlanğıc tarixinə uyğun olan xarici valyutanı alıb, həmin valyutanı kreditin ödəniş tarixində satacaq. Bu svoplar kreditin xalis faiz dəyərinə təsir göstərəcək premiya və ya diskontla icra oluna bilər.

Faiz dərəcələrindəki dəyişikliklər borcların və investisiyaların ödəniş müddətləri eyni olmadıqda pul bazarları mövqelərinin mənfəətliliyini, yaxud valyutanın alışı və satışının pul ödənilməsi tarixləri fərqli olduqda svop məzənnə mövqelərini müəyyənləşdirir. Bu risklərə nəzarət etmək üçün rəhbərlik müəyyən dövrlər üçün xalis müsbət və ya mənfi nağd pul mövqeləri üzrə limitlər təyin etməlidir.

Bankın bazar/faiz dərəcəsi riskinin dəqiq ölçülməsi mövqelərin dəyərinin cari bazar dərəcələri ilə müqayisəsi vasitəsilə aparılır. Mütəxəssisin təhlilində xəzinədarlığın müvafiq yenidən qiymətləndirmə siyasətləri və prosedurlarının tələblərinə nə dərəcədə riayət etməsini nəzərdən keçirilməlidir. Yenidən qiymətləndirmə dilinq otağından asılı olmadan müəyyən edilmiş son tarixdən sonra əldə edilmiş məlumat əsasında həyata keçirilməlidir. Yoxlama çərçivəsində aparılan qiymətləndirməyə, həmçinin, xüsusuilə forvard müqavilələri və qeyri-likvid valyutalar və alətlər üçün yenidən qiymətləndirmədə istifadə edilən qiymətlərin mənbələrinin müstəqillik və keyfiyyətinin araşdırılması da daxil olmalıdır. Bank bazar riski üzrə özünün proqnozlarını faktiki bazar nəticələri ilə müqayisə etməlidir. Proqnoz və faktiki nəticələr arasındakı fərq böyük olduğu halda mütəxəssis proqnozlaşdırma metodlarının təkmilləşdirilməsini tövsiyə etməlidir.

Faiz dərəcəsi riski faiz dərəcələrində baş verən dəyişikliklərdən yaranıb mənfəətə və ya kapitala təsir edən riskdir. Faiz dərəcəsi riski faiz dərəcələrində dəyişikliklərin vaxtının müəyyən edilməsi və bankın aktiv və öhdəliklərinin zaman nöqteyi-nəzərindən yenidən qiymətləndirilməsi arasındakı fərqdən yaranır. Hər bir bankın xalis faiz gəliri onun aktivlər üzrə əldə etdiyi gəlirdən, habelə depozit və borclar üzrə ödədiyi faiz dərəcəsindən asılıdır. Gələcəkdə xalis faiz bazar faiz gəliri dərəcələrində baş verən dəyişikliklərə müxtəlif reaksiya verir Yəni, faiz dərəcələri dəyişdikcə mənfəət riskə məruz qalır.

Dərəcələr dəyişdikdə faiz daşıyan bütün maliyyə alətlərinin dəyəri də dəyişir. Məsələn, faiz dərəcələri qalxdıqda bir illik sabit dərəcəsi olan istiqrazın dəyəri aşağı düşəcək. Daha uzun ödəniş müddətinə malik istiqrazın dəyəri həmin dərəcə dəyişməsi ilə daha çox aşağı düşəcəkdir. Faiz dərəcələrində baş verən dəyişikliklər nəticəsində bankın digər maliyyə alətlərinin dəyəri də dəyişir. Beləliklə, faiz dərəcələrində baş vermiş dəyişilkliklər kapitalın riskə məruz qalmasına səbəb olur.

Mənfəət üzrə riskə adətən bankın aktiv və öhdəliklərinin (qiymətli kağızlar portfeli) və bazar dəyəri üzrə riskə iqtisadi təsirə məruz qalan risk aiddir. Bu təsirlərin hər ikisi vacibdir və onlar faiz dərəcəsi riskinin qiymətləndirilməsində nəzərə alınmalıdır. Mənfəəti azaltmış likvidlik və kapital adekvatlığının yaradacağı nəticələrə görə təsir mühüm əhəmiyyət daşıyır. Bazar dəyərinə təsir çox mühümdür, çünki bu, bankın həqiqi ödəmə qabiliyyətini və likvidasiya və ya məcburi satış zamanı bankın xalis dəyərini əks etdirmək üçün ölçüdür. Bu perspektiv nəzarət orqanları üçün xüsusilə məqsədəuyğundur, çünki bankın qiymətli kağızlar portfelinin bazar dəyərində baş verən mənfi dəyişikliklər mənfəətlə bağlı gələcək problemlərin əsas göstəricisi ola bilər. Bunlarla yanaşı, bazar dəyəri də bankın aktivlərinin həqiqi likvidliyini əks etdirir, baxmayaraq ki, likvidliyi təmin etmək üçün qiymətdən düşmüş aktivlərin satış dəyəri qadağan edilmiş ola bilər.

Bankın faiz dərəcəsi riskinə məruz qalmasını qiymətləndirərkən, inspektorlar həm riskin səviyyəsini, həm də risklərin idarə olunmasının keyfiyyətini nəzərə almalıdır. İnspektorlar qiymətləndirməni bankın siyasət və fəaliyyət limitlərinin, idarəetmə strukturu və təcrübəsinin, riskləri qiymətləndirmə sistemlərinin və mövcud risklərinin təhlili əsasında həyata keçirməlidirlər.



Risk limitləri

Dərəcəyə həssaslıq mövcud bazar faiz dərəcələrində baş verən dəyişikliklərin bankın aktiv və öhdəliklərinin yenidən qiymətləndirilməsinə təsirindən ibarəıtdir. Faiz dərəcəsinə həssas aktiv və öhdəliklərin faiz dərəcələrinin və ya ödəniş müddətinin dəyişməsi müəyyən zaman müddəti üçün yenidən qiymətləndirilə bilən aktiv və öhdəliklər kimi müəyyən edilir.

Yenidən qiymətləndirmə ilə bağlı uyğunsuzluqlar xalis faiz gəlirini müxtəlif risklərə məruz qoyur. Faiz dərəcəsinə həssas aktivlərə (DHA) nisbətən daha çox faiz dərəcəsinə həssas öhdəliklərə (DHÖ) malik olan bank öhdəliklər üzrə həssas hesab edilir. Faiz dərəcələrinin artması öhdəliklər üzrə həssas bank üçün sərfəli deyil, çünki bu halda öhdəliklərin maliyyələşdirilməsi daha çox xərc tələb edəcək. Biznes fəaliyyətində itkiyə yol vermədən tarazlaşdırılmış səviyyənin əldə edilməsi üçün öhdəliyə həssas mövqedə dəyişikliklərin edilməsi çətin olur. Bank özünün sabit dərəcəli öhdəliklərinin həcmi üzərində tam nəzarətə malik deyil. Buna görə də, tarazlaşdırılmış faiz dərəcəsinə həssas mövqeyin təmin edilməsi üçün faiz dərəcəsinə həssas öhdəlikləri, müəyyənləşdirilmiş faiz dərəcəsinə malik uzunmüddətli kreditləri və ya həmin öhdəliklərlə ifadə edilən qiymətli kağızları azaltmaq (satmaq) lazımdır. Lakin nəzərə almaq lazımdır ki, faiz dərəcələrinin artması nəticəsində müəyyənləşdirilmiş faiz dərəcəsinə malik aktivlərin satışı zamanı kapital itkisi yarana bilər.

Faiz dərəcəsinə həssas aktivlər və öhdəliklər arasında müvafiq tarazlıq faiz dərəcələrində baş vermiş mənfi dəyişikliklər nəticəsində əldə edilən mənfəətə təsirin minimuma endirilməsinə kömək etməlidir. Bu tarazlıq pozulduqca bank daha çox riskə məruz qalacaq və faiz dərəcələrində baş verən mənfi dəyişiklərin təsiri daha çox olacaq. Riskə nəzarət etmək üçün aktiv və öhdəliklərin yenidən qiymətləndirilməsi uyğunsuzluqlardan yaranan mənfəət itkisi üzrə limitlər müəyyən edilməlidir. Bu fərqlər xalis faiz gəlirini riskə məruz qoyduğuna görə, boşluqlar üzrə limitlər risk altında olan xalis faiz gəliri baxımından ən yaxşı formada ifadə olunur.



Mənfəət riski üzrə limitlərdə gözlənilən dərəcə dəyişikliklərindənsə daha çox faiz dərəcəlrində potensial mənfi dəyişikliklər nəzərə alınmalıdır. Çoxları dərəcələrdə gözlənilən dəyişmələri rəhbərliyin baş verəcəyini ehtimal etdiyi hadisə kimi göstərir. Risk limitləri nəticələrin gözlənildiyi kimi olmadığı təqdirdə baş verə biləcək hadisəyə nəzarət etmək məqsədilə müəyyən olunur.


--


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət