Ana səhifə

BAĞIŞlayan və mehriban allahin adi iLƏ ŞİƏ VƏ ƏHLİ SÜNNƏ arasindaki iXTİlafli fiqh məSƏLƏLƏRİ


Yüklə 8.67 Kb.
tarix07.05.2016
ölçüsü8.67 Kb.
BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
ŞİƏ VƏ ƏHLİ SÜNNƏ ARASINDAKI İXTİLAFLI FİQH MƏSƏLƏLƏRİ
1-AZAN

Əhli sünnə «Müsnəde Hənbəl», «sünəne Tirməzi», «Sünəne Əbi Davud» və «Sünəne Beyhəqi»-də nəql olunmuş rəvayətlərə əsaslanaraq mötəqiddirlər ki, azan bir nəfərin röyada gördüyünə görə şəriətə daxil olunub. Amma şiələr Əhli beyt tərəfindən nəql olunmuş rəvayətlərə əsasən mötəqiddirlər ki, azan ilahi vəhyin nəticəsində şəriətə daxil edilib. Əhli sünnətin mənbələrində (Kənzul-ummal və Mustədrəkul-Hakim kimi) şiənin nəzəriyyəsini təsdiq edən rəvayətlər mövcuddur. Azanın bir ibadət kimi əhəmiyyətini dərk edərək və onun namazın müqəddiməsi və islamın şüarı olduğunu başa düşəndən sonra bu nəticəyə gəlirik ki, belə mühüm bir hökm şəriətə yuxu əsasında deyil yalniz vəhy yolu ilə daxil edilə bilər.Əhli sünnətin azanın yuxu səbəbinə şəriətə daxil olmasını nəql edən rəvayətlərin sənədləri zəif, mətnləri fərqlidir və iztirablıdır (yəni aydın şəkildə müddəaya dəlalət etmir). Əslində bu rəvayətlər bir birinə ziddirlər. Əhli sünnətin istifadə etdikləri rəvayətləri nəql edən raviləri tanımaq üçün Zəhəbinin «Mizanul-İ`itidal» və İbni Həcərin «Təhzibut-təhzib» kitabına müraciət olunsun. Digər tərəfdən əhli sünnətin bu iddiası nübuvvət məqamına ziddir. Çünki əgər bu rəvayətləri qəbul etsək nəticədə Rəsulullahın gətirdiyi dinin kimlərinsə yuxusu vasitəsilə formalaşdığını etiraf etməli oluruq. Onda bu din hökmlərinin heç bir ilahi əsası olmadığı üçün etibarı da əldən getmiş olur. Əhli sünnətin əksinə olaraq şiə rəsulullahın gətirdiyi bütün şəri hökümlərin yalnız Allah-təala tərəfindən Peyğəmbərinə vəhy edilməsini və heç bir hökmün qiyamətin gününə qədər dəyişməz olaraq qalacağını iddia edir. İlahi hökmlər şəriət adından bəyan olunandan sonra heç kimin hətta rəsulullahın özünün risalət məqamına malik olduğuna baxmayaraq dəyişməyə ixtiyarı yoxdur. Bu hökmün ləğv edilməsi və ya dəyişdirilməsi yalnız Allahın əmri ilə mümkündür. Çünki şəriətin əsl hakimi cəlal və əzəmət sahibi olan Allahdır. Belə əqidəyə malik olandan sonra hansı ağılla iddia etmək olar ki, həmin şəriətin şəri hökümlərdən biri olan azan kiminsə röyası ilə islam dinində yerini tapıb?

Əhli sünnət «əs-səlatu xəyrun minən-novm» azanın bir fəqərəsi olduğunu iddia edirlər və bəzən onu rəsulullaha və bəzən də Ömər ibni Xəttaba nisbət verirlər. Bununla belə bir dəstə əhli sünnət alimləri bunu bidət sayırlar (Kənzul-ummal, Sünəne Əbi davud, «Neylul- ovtar» Şovkani)

«Həyyə əla xəyril əməli» (yaxşı işə tərəf tələsin). Bu cümlənin ikinci xəlifə tərəfindən azandan çıxarılmasına səbəb onun cihadın şiddətli və yeni fəthlərin baş verdiyi bir zamanda namaza əhəmiyyət verib çağırış olduğu üçündür. Əlauddin Quşci (əşəri) «Şərhu təcridil-əqaid» kitabında «Həyyə əla xəyril əməli» cümləsinin ikinci xəlifə tərəfindən çıxarıldığını qəbul edib, amma bunu xəlifə tərəfindən Peyğəmbər (s)-n ictihadının müqabilində bir ictihadi əməl kimi qəbul edib. Əlauddin Quşcının bu sözü ilə rəsulullah pisalət sahibi kimi yox, bir müctəhid və din alimi kimi qələmə verilir.

Əbul Fərəc İsfəhani «Məqatilut-talibin» Burhanuddin Hələbi «Sirətul-Hələbiyyə» kitablarında nəql edirlər ki, Əbdullah ibni Ömər, imam Səccad və Həsəne Əbtəh azanda «Həyyə əla xəyril əməl» deyirdilər.



Hacı Elman İbadov kerrar@mail.ru


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət