Ana səhifə

Азярбайжан респиратор жямиййяти азярбайжан пулмонологларын вя фтизиатрларын жямиййяти ağ CİYƏRLƏRİn хроники obstruktiv xəSTƏLİYİ


Yüklə 236.44 Kb.
tarix06.05.2016
ölçüsü236.44 Kb.
АЗЯРБАЙЖАН РЕСПИРАТОР ЖЯМИЙЙЯТИ

АЗЯРБАЙЖАН ПУЛМОНОЛОГЛАРЫН ВЯ ФТИЗИАТРЛАРЫН ЖЯМИЙЙЯТИ
AĞ CİYƏRLƏRİN ХРОНИКИ OBSTRUKTİV XƏSTƏLİYİ

Методик вясаит

БАКЫ 2010


Klinik protokolun redaktoru: Я.Й.АБДУЛЛАЙЕВ

Klinik protokolun tərtibçilər heyəti: ЯЛИЕВА Э.Р.

МЯММЯДОВ Ъ.Й.


Resezentlər:
Е.Н.Мяммядбяйов – т.е.д., профессор, ЕТАХИ директору
К,М. ЩАЪЫЙЕВ – т.е.д., Тибб Университетинин профессору
İxtisarların siyahısı:
ACXOX - ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi

XBT-10 - Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış)

FEV1 - Сцрятляндирилмиш няфяс вермянин 1-жи санийядя щяжми

FVC - Аь жийярлярин сцрятляндирилмиш щяйат тутуму

л.к. - лазыми кямиййят

TÇ - Tənəffüs Çatışmazlığı

BA - Bronxial Astma

AÇF - Angiotenzin Çevirən Ferment

TS - Tənəffüsün Sayı

DÜÇ - Durğunluq Ürək Çatışmazlığı

AB - Antibakterial preparatlar

KT - Kompüter Tomoqrafiyası

QKS - Qlükokortikosteroidlər

İQKS - Иnhalyasion Qlükokortikosteroidlər

SQKS - Sistem Qlükokortikosteroidlər

NVZS - Nəfəs vermənin zirvə sürəti


Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası

Tövsiyənin etibarlılıq səviyyəsi

Tövsiyənin əsaslandığı sübutların etibarlılıq dərəcəsi

A

Иrimiqyaslı Rандомизасийа олунмуш клиник тядгигатлар

Чох сайлы мялуматлар



B

Rандомизасийа олунмуш клиник тядгигатлар

Мящдуд мялуматлар



C

Рandomizasiya olunmamış tədqiqatлар

Обсервасион тядгигатлар



D

Klinik hallar seriyasının təsviri, yaxud

Nəzarət edilməyən tədqiqat, yaxud

Ekspertlərin rəyi.

Yüksək səviyyəli sübutların mövcud olmamasının göstəricisidir.


Тювсийяляр terapevtlər, pulmonoloqlar, ailə вя сащя həkimləri, тялябяляр üçün nəzərdə tutulub.


ЭИРИШ
Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX) – dünya üzrə sağlamlıqla yaranan problemlərin və ölüm hallarının ən vacib səbəblərindən biridir. ACXOX ölüm hallarının aparıcı səbəbləri arasında dünya üzrə 6-cı, inkişaf etmiş Avropa ölkələri üzrə - 5-ci, ABŞ-da 4-cü yer tutur. Son 20 il ərzində ölüm halları kişilər arasında hər 100 000 əhaliyə 73.0-dan 82.6-ya, qadınlar arasında hər 100 000 əhaliyə 20.1-dən 56.7-yə qədər artmışdır. Ehtimal olunur ki, dünya üzrə siqaret çəkmə hallarının вя еколоъи проблемлярин artması davam edəcək və nəticədə 2030-cü ilə ACXOX-dan ölüm hallarının sayı iki dəfə artacaqdır.

Мəqsəd:

  • Практики щякимлярин АЪХОХ-йи щагда мялуматыны артырмаг

  • Сцбутлара ясасланмыш ACXOX-un мüasir diaqnostika və müalicə metodlarını təгдим etmək

  • ACXOX-la xəstələnmə və ölüm hallarının azaldılması

  • ACXOX-lu xəstəlярin həyatının keyfiyyətinin yaxşılaşdırılması

.
ЦМУМИ МЯЛУМАТ

Ağ Ciyərlərin Xroniki Obstruktiv Xəstəliyi (ACXOX) ашаьы няфяс йолларынын обструксийасы иля характеризя олунур. Няфяс йолларынын обструксийасы адятян прогрессивляшир, там эери дюнмцр вя айларла ящямиййятли дяйишикликляря уьрамыр. Яксяр щалларда хястялик siqaret çəkmənin təsiri nəticəsində əmələ gəlir.


  • Няфяс йолларынын обструксийасы FEV1 вя FEV1\FVC спирометрик эюстярижилярин енмяси иля мцшаият олунур. Беля ки, FEV1 80%л.к.-дян ашаьы, FEV1\FVC нисбяти ися 0,7-дян ашаьы олур.

  • Обструксийа щям няфяс йолларынын, щям дя ağ ciyər parenximasının zədələnməsi нятижясиндя йараныр.

  • Зядялянмянин сябяби няфяс йолларынын хроники илтищаби просесдир, бу просес бронхиал астманы тюрядян илтищаби реаксийадан фярглянир вя адятян тцтцн чякмядян ямяля эялир.

  • Няфяс йолларынын ящямиййятли обструксийасы хястялийин клиники тязащцрляриндян яввял дя мцшащидя олуна биляр.

  • АЖХОХун симптомлары, о жцмлядян ямяк габилиййятинин вя щяйат кейфиййятинин ашаьы енмяси, фармаколоъи вя диэяр мцалижя цсулларына табе олур вя бунунля хясятялярин вязиййятини хейли йахшылашдырмаг мцмкцндцр.

  • АЖХОХ диагнозу яввялляр няфяс йолларынын обструксийасы иля мцшадя едилян хроники бронхит вя емфизема диагнозлары истифадя олунан хястяляр цчцн даща ялверишлидир, чцнки патолоъи просеси тамамиля якс етдирир.

Xəstəlik meyilliyi olan şəxslərdə inkişaf edir və öskürək, bəlğəmin ifrazı və təngnəfəsliyin artması ilə müşayiət olunur, xroniki tənəffüs çatışmazlığın və xroniki ağ ciyərin formalaşması ilə nəticələnir.




RİSK FAKTORLARI


    • Genetik meyllik

    • İnqalyasion təsirlər

      • Tütün tüstüsü

      • Peşə tozları (orqanik və qeyri-orqanik)

      • Pis ventilyasiya olunan yerlərdə isitmə və yemək bişirmək məqsədilə bioorganik yanacağın istifadəsi nəticəsində havanın çirklənməsi

      • Atmosfer havanın çirklənməsi

    • Ağ ciyərlərin böyüməsi və inkişaf etməsi

    • Oksidləşdirici stress

    • Cins

    • Yaş

    • Respirator infeksiyalar

    • Sosial –iqtisadi status

    • Qidalanma

    • Yanaşı gedən xəstəliklər



ACXOX-un TƏSNİFATI
XBT-10 üzrə Təsnifatı
J 44.0 Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması
J 44.1 Ağciyərin xroniki obstruktiv xəstəliyinə dəqiqləşdirilməmiş kəskinləşmə ilə rast gəlinmə
J 44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi
J 44.9 Ağciyərin dəqiqləşdirilməmiş xroniki obstruktiv xəstəliyi

Ağırlıq dərəcəsinə görə ACXOX-un təsnifatı
Xarici tənəffüs funksiyasının yoxlanması mümkün olmadığı halda xəstəliyin mərhələsi klinik simptomların təhlili vasitəsilə müəyyən oluna bilər.



Ağırlıq dərəcəsi

Xüsusiyyətləri

I (yüngül)

FEV1\FVC < 70%

FEV1 80% (normal göstəricidən)


Bu mərhələdə pasiyent ağ ciyərlərinin funksiyasının pozulmasını hiss etməyə bilər.

Adətən xroniki öskürək və bəlğəm olur, lakin bу şərt mütləq deyil


II (orta ağır)

FEV1\FVC < 70%

50% л.к. FEV1< 80% л.к.


Bu mərhələdə pasiyentlər onları narahat edən təngnəfəslik və xəstəliyin kəskinləşməsi səbəbindən tibb yardımına görə müraciət edirlər.

Fiziki aktivlik zamanı əmələ gələn təngnəfəsliklə müşayiət olunan simptomlar güclənir



III (ağır)

FEV1\FVC < 70%

30% л.к. FEV1< 50% л.к.


Təngnəfəslik ağırlaşır və kəskinləşmələr tezləşir


IV (çox ağır)

FEV1\FVC < 70%

FEV1 < 30% л.к. və ya FEV1 < 50% л.к. xroniki tənəffüs çatışmazlığı ilə


Bu mərhələdə həyatın keyfiyyəti əhəmiyyətli dərəcədə pisləşir, kəskinləşmələr isə həyat üçün təhlükə daşıyır. Xəstəlik əlilliyə gətirib çıxarır.


Xəstəliyin gedişində iki dövr ayırd edilir: stabil və kəskinləşmə


Stabil dövr (ремиссийа) müddətində xəstəliyin inkişaf etməsi xəstənin yalnız uzunmüddətli dinamik müşahidəsindən sonra aşkar olunur, simptomların intensivliyi isə bir neçə həftə, və hətta bir neçə ay ərzində dəyişilmir.
Kəskinləşmə dövrü 24 saatdan az davam etməyən, simptomların və funksional pozulmaların güclənməsi ilə müşayiət olunan vəziyyətin pisləşməsi ilə səciyyələnir. Kəskinləşmələr tədricən inkişaf edə bilər və ya xəstənin vəziyyəti sürətlə dəyişilib, tənəffüs və sağ mədəcik çatışmazlığı ilə nəticələnə bilər.

Diaqnoz nümunələri:

ACXOX, orta ağır gedişli, remissiya fazası, TÇ ΙΙ, xroniki ağ ciyər ürəyi, qan-damar çatışmazlığının dərəcəsi


ACXOX, orta ağır gedişli, kəskinləşmə fazası, TÇ ΙΙ, ağ ciyərin aşağı payının ocaqlı pnevmosklerozu
ACXOX, orta ağır gedişli, kəskinləşmə fazası. Bronxial astma, orta ağır dərəcə, ağır dərəcəli kəskinləşmə (BA protokolu ilə uyğunluq), TÇ ΙΙ, diffuz pnevmoskleroz, xroniki ağ ciyər ürəyi
СИМПТОМЛАР
Anamnezində risk faktorlarının (ясасян тцтцнчякмя) və/və ya aşağıda göstərilən əlamətlərdən hər hansı birinin olmasından şikayətlənən 35 yaşından yuxarı şəxslərdə ACXOX nəzərdən keçirilməli (Д) və spirometriya aparılmalıdır. Bu əlamətlər diaqnostik əhəmiyyət daşımır, lakin onlardan bir neçəsinin olması ACXOX diaqnozunun ehtimalını artırır.


  • Təngnəfəslik

  • Xroniki öskürək

  • Bəlğəmin xroniki ifraz olunması

  • Anamnezdə risk faktorlarının olması

  • Тез-тез «гыш бронхити»



Təngnəfəslik ACXOX-un ən əsas əlaməti olub, əksər pasiyentlərin yardım almaq məqsədilə tibb müəssisinə müraciət etmələrinin və əlilliyin əsas səbəbidir.

  • Təngnəfəslik proqressivləşən xarakter daşıyır

  • Adətən fiziki gərginlik zamanı artır

  • Persistəedici xarakter daşıyır (hər gün müşahidə olunur)

  • Pasiyent tərəfindən “hava çatışmazlığı”, “boğulma”, “tənəffüs hərəkətlərinin çətinləşməsi” kimi təsvir olunur

Təngnəfəsliyin xəstəliyin vəziyyətinə təsirini Britaniyanın tibbi tədqiqatları şurasının (MRC) sorğu vəsaiti vasitəsilə qiymətləndirmək olar.



Təngnəfəsliyin qiymətləndirilməsi şkalası
Britaniyanın tibbi tədqiqatları şurasının (MRC) sorğu vəsaiti

Ağırlıq дərəcəси


Fiziki aktivliyin növündən asılı olaraq təngnəfəsliyin dərəcəsi


1.Təngnəfəslik yoxdur

Təngnəfəslik yalnız gərgin fiziki aktivlil zamanı əmələ gəlir



2. Yüngül

Təngnəfəslik tələsik hərəkətlər və çox hündür olmayan yüksəkliklərə qalxma zamanı müşahidə olunur


3. Orta ağır

Təngnəfəslik səbəbindən üfüqi səthlərdə həmyaşıdlarına nisbətən daha yavaş yeriməli olur və ya normal sürətlə gedirsə, nəfəs almaq üçün müvəqqəti dayanmalı olur


4. Ağır

100 m yeridikdən və ya üfüqi səthlə bir neçə dəqiqə getdikdən sonra nəfəs almaq üçün dayanır


5. Cox ağır

Təngnəfəslik şiddətli olduğundan evini tərk edə bilmir, təngnəfəslik geyinəndə və soyunanda olur




Xroniki öskürək əksər hallarda ACXOX-un ilk simptomu olub, siqaret çəkmə və ətraf mühit faktorların nəticəsi kimi qiymətləndirildiyindən, pasiyentlər tərəfindən kifayət qədər ciddi qəbul olunmur.

  • Epizodik yarana bilər və produktiv olmaya bilər

  • Əvvəllər növbələnən xarakter daşıyır, sonralar hər gün müşahidə olunur

  • Bəzi hallarda hava axınının əhəmiyyətli dərəcədə məhdudlaşması öskürək müşahidə olunmadan baş verir.


Bəlğəm ifrazı

  • ACXOX-lu xəstələr adətən az miqdarda qatı bəlğəm ifraz edirlər

  • İki ardıcıl il ərzində 3 ay müddətində bəlğəmin müntəzəm ifraz olunması (digər səbəblər yoxdursa) xroniki bronxitin epidemioloji təyini hesab olunur.

  • Çox miqdarda bəlğəmin ifrazı bronxoektazların olmasından xəbər verir. Bəlğəmin irinli olması iltihab mediatorlarının əmələ gəlməsini əks etdirir və xəstəliyin kəskinləşməsinin əlaməti ola bilər.



Nəfəsin fışıltılı olması və sinədə sıxılma hissinin olmasıACXOX üçün əlamətdar deyil, gцndən günə və gün ərzində dəyişilə bilər.
Ağır gedişli ACXOX zamanı rast gələn simptomlar:

  • Çəkinin azalması və anoreksiya proqnostik xarakter daşıyır və həmçinin digər xəstəliyin əlaməti ola bilər (vərəm, ağ ciyərlərin şişləri)

  • Öskürək bayılmaları (sinkope) və öskürək tutmaları zamanı döş qəfəsində təzyiqin sürətlə artması nəticəsində əmələ gələ bilər

  • Öskürək o qədər şiddətli olur ki, qabırğaların sınığı ilə nəticələnə bilər. Sınıqlar bəzən asimptomatik olur.

  • Aşıq-baldır oynağının ödemi ağ ciyər ürəyinin inkişaf etməsinin yeganə əlaməti ola bilər.


FİZİKAL MÜAYİNƏ

Baxış

  • Bəzən xəstələrdə mərkəzi sianoz və selikli qişaların sianotik rəng alması müşahidə olunur

  • Ağ ciyər hiperinflyasiya əlamətləri: qabırğaların nisbətən üfüqi istiqamət alması, çəlləkvarı döş qəfəsi, qarnın irəli yönəlməsi

  • TS sakit vəziyyətdə dəqiqədə 20-dən artıq вя səthi olur

  • Xəstə nəfəsini dodaqlarını sıxlaşdıraraq verir ki, bu da verilən nəfəsin axınının sürətinin azalmasına yardım edir və ağ ciyərlərin daha effektiv boşalmasına şərait yaradır

  • Uzanmış vəziyyətdə tənəffüs əzələlərin hərəkətləri müşahidə olunur

  • Aşıq-baldır oynağının və baldırların aşağı hissəsinin ödemi sağ mədəcik çatışmazlığının yeganə əlaməti ola bilər.



Palpasiya və perkussiya

ACXOX zamanı palpasiya və perkussiya informativ olmadığından çox vaxt faydasız olur




  • Ürəyin zirvə vurğusunun təyin edilməsi ağ ciyərlərinin hiperinflyasiyası (ağ ciyərlərin havalılığının artması ) ilə əlaqədar çətinləşə bilər.

  • Hiperinflyasiya qaraciyərin aşağı enməsinə səbəb olur və, qaraciyər ölçülərinin böyüməməyinə baxmayaraq, onun palpasiyasını asanlaşdırır

  • Qutuvari perkutor səs və ağ ciyər sərhədlərin aşağıya doğru enməsi (emfizema əlamətləri)


Auskultasiya

  • Tənəffüs küylərinin zəifləməsi çox vaxt rast gəlinir, lakin bu əlamət diaqnozun qoyulması üçün kifayət deyil.

  • Sakit tənəffüs vaxtı quru xırıltıların olması hava axını sürətinin məhdudlaşmasını göstərir.

  • Bəzi xəstələrdə nəfəs alma vaxtı krepitə edici xırıltılar eşidilir, lakin bu əlamət diaqnostik xarakter daşımır.

  • Ürək tonları döş sümüyü üzərində daha yaxşı eşidilir.


Orta ağır və ağır ACXOX-un klinik xüsusiyyətləri



Simptomlar


Bronxиtik forma

Emfizematoz forma


Əsas simptomların nisbəti

Öskürək  təngnəfəslik


Təngnəfəslik  öskürək



Bronxların obstruksiyası


Mövcuddur

Mövcuddur

Ağ ciyərlərin hiperinflyasiyası


Az dərəcədə

Əhəmiyyətli dərəcədə

Dərinin və selikli qişaların rəngi

Diffuz göy

Çəhrayı – boz


Öskürək

Bəlğəmin hipersekresiyası


Bəlğəm az ifraz olunur





Rentgenoqramda dəyişikliklər

Diffuz pnevmoskleroz


Ağ ciyərlərin emfizeması



Ağ ciyər ürəyi


Orta və ahıl yaşlarda, dekompensasiya daha erkən başlanır

Ahıl yaşlarda, dekompensasiya daha geç başlanır

Polisitemiya, eritrositoz

Tez-tez rast gəlinir, qanın qatılığı yüksək olur


Səciyyəvi deyil

Kaxeksiya


Səciyyəvi deyil

Əksər hallarda rast gəlinir

Xəstənin çəkisi


Ağır çəkili xəstələr

Çəkinin azalması

Funksional dəyişikliklər


Proqressivləşən TÇ və DÜÇ

üstünlük təşkil edir

Qaz mübadiləsinin pozulması


O260, O2 45

O260, O2 45

Ölüm


Orta yaşlarda

Ahıl yaşlarda


ƏSAS MÜAYİNƏ
SPIROMETRIYA (hava axını sürətinin məhdudlaşmasının ölçülməsi)
ACXOX ehtimalı olan bütün xəstələrdə spirometriyanın aparılması zəruridir.

Spirometriya xəstəliyin diaqnostika, diferensial diaqnostika və xəstəliyin inkişafına nəzarət olunması üçün “qızıl standart” hesab olunur.


Spirometriya müayinəsi aşağıdakı göstəriciləri müəyyən edir:

Аь жийярлярин сцрятляндирилмиш щяйат тутуму



    • Аь жийярлярин сцрятляндирилмиш щяйат тутуму (FVC)

    • gücləndirilmiş nəfəs vermə zamanı 1-ci saniyədə nəfəs verilən havanın həcmi (FEV1)

    • Nəfəs vermənin zirvə sürəti hava axını sürətinin məhdudluğunu təyin etmək üçün bəzən istifadə olunur, lakin NVZS –nin istifadəsi ACXOX-lu xəstədə obstruksiyanı kifayət qədər qiymətləndirə bilmir.

Hər iki göstəricinin nisbəti hesablanmalıdır (FEV1/FVC). Spirometrik göstəricilər yaş, boy və irqdən asılı olaraq normativ göstəricilərlə müqayisə olunmalıdır.
FEV1/FVC < 0,70 və FEV1 < 80% postbronxodilatasiyon göstəricisi hava axını sürətinin tam geri dönməyən məhdudluğunu təsdiq edir.

Щямчинин, илкин мцражият заманы бцтцн хястяляр цчцн



  • диэяр патолоэийалары инкар етмяк цчцн дюш гяфяси органларынын рентэенографийасы апарылмалы (Д);

  • анемийа вя йа полиситемийаны инкар етмяк цчцн ганын цмуми анализи апарылмалы (Д);

  • бядян-чяки индекси щесабланмалы (Д) - Bədən çəkisi (kq)

Boy 2 (m)

Ялавя мцайиняляр мцхтялиф вязиййятлярдян асылы олараг апарылыр:



Мцайиня

Ящямиййяти

Pikfloumetiya

Ясасян хясятялийя нязарят етмяк цчцн истифадя олунур

Алфа-1 антитрипсин

Хястялик еркян башларса (35-40 йашда), ирси мейиллик оларса вя йа анамнездя сигаретчякмя олмадыгда апарылмасы тювсийя олунур.

Дюш гяфясинин компцтер томографийасы

Дифференсиал диагнозун апарылмасына йардым едир. Бullektomiya və ya ağ ciyərin həcminin azaldılması üzrə cərrahi əməliyyatda faydalı ola bilər.

ЕКЭ вя ЕхоКЭ

Аь жийяр цряйи яламятлярини тяйин етмяк цчцн истифадя олунур

Пулсоксиметрийа

Сианоз, FEV1< 50%л.к. olduğu zaman və ya tənəffüs və ürəyin sağ hissələrinin çatışmazlığı olan hallarda aparılır

Бəlğəmin əkilməsi

Кяскинляшмя вахты вя йа иринли бяльям олдугда AB həssaslığın öyrənilməsi üçün апарылыр

Siqaret çəkən şəxsin indeksinin hesablanması

Gün ərzində çəkilən siqaretlərin sayı Х Siqaret çəkmə “stajı”

20

10 qutu/il – əhəmiyyətli risk faktoru kimi qiymətləndirilir

25 qutu/il - qatı siqaret çəkən kimi qiymətləndirilir


Обструксийанын эери дюнян олмасыны тяйин етмяк цчцн сынаьын апарылмасы мцтляг щесаб олунмур, чцнки АЖХОХ-ун яксяр щалларында эери дюнмяйян обструксийа мцшащидя олунур.


DİFERENSİAL DİAQNOZ
ACXOX əsasən bronxial astma ilə aparılır (A)
Bəzi klinik hallarda diferensial diaqnozu digər xəstəliklərlə aparıla bilər: durğunluq ürək çatışmazlığı, ağ ciyərlərin ödemi, bronxoektaziya xəstəliyi, vərəm, obliterasiya edici bronxiolit, diffuz panbronxiolit


ACXOX-un diferensial diaqnostikası



Diaqnoz


Ehtimal olunan əlamətlər*

ACXOX

Orta yaşlarda başlanır

Əlamətlər tədricən artır

Anamnezdə uzun müddət siqaret çəkmə faktorunun olması

Fiziki aktivli zamanı yaranan təngnəфəslik

Bronxial obstruksiya əsasən geri dönməyən xarakter daşıyır


Bronxial Astma

Cavan yaşlarda başlayır (əsasən uşaqlıq dövründə)

Simptomlar gцndən günə dəyişilir

Simptomlar gecə və səhər tezdən baş verir.

Əsas xəstəliklə yanaşı allergiya, rinit və/və ya ekzenmanın olması

Ailədə astmanın olması

Bronxial obstruksiya əsasən geri dönən xarakter daşıyır




Durğunluq ürək çatışmazlığı, ağ ciyərlərin ödemi



Auskultasiya zamanı ağ ciyərlərin aşağı hissələrində aydın yaş xırıltıların eşidilməsi

Döş qəfəsinin rentgenoqrafiyası genişlənməni nümaiş etdirir

Funksional ağ ciyər testləri bronxların obstruksiyası deyil, həcm restriksiyasını nümayiş etdirir


Bronxoektaziya xəstəliyi

Çox miqdarda irinli bəlğəmin ifraz olunması

Adətən bakterial infeksiya ilə müşayiət olunur

Auskultasiya zamanı kobud xırıltıların eşidilməsi

Döş qəfəsinin rentgenoqrafiyası bronxların genişlənməsi, bronxial divarın qalınlaşmasını nümayiş etdirir.




Vərəm

Hər yaşda başlana bilər

Döş qəfəsinin rentgenoqrafiyası ağ ciyərin infiltratını göstərir

Mikrobioloji testlə təsdiq olunur

Ərazidə vərəmin geniş yayılması




Obliterasiya edici bronxiolit

Cavan yaşlarda, siqaret çəkməyənlərdə başlayır

Anamnezində revmatoidli artrit xəstəliyi və zərəli qazların təsirinə məruz qalma faktoru vardır.

Nəfəs vermə zamanı KT sıxlığı aşağı olan sahələri göstərir.


Diffuz panbronxiolit


Pasyentlərin əksəriyyəti siqaret çəkməyən kişilərdir

Demək olar ki, hamısında xroniki sinusit vardır

Döş qəfəsinin rentgenoqrafiyası və ya KT-də az ölçülü sentrilobullyar düyünlü kolgələr və hiperinflyasiyanı nümayiş etdirir.


* Bu əlamətlər adətən müvafiq xəstəliklərə xasdır, lakin hər klinik hadisə zamanı müşahidə olunmur. Məsələn, heç zaman siqaret çəkməyən insanda ACXOX xəstəliyi baş verə bilər, ( xüsusilə inkişaf edən ölkələrdə digər risk faktorları daha əhəmiyyətli rol oynaya bilər); BA xəstəliyi böyüklərdə, hətta ahıllarda yarana bilər.


.

MÜALİCƏ

Müalicənin məqsədləri:


  • Xəstəliyin inkişaf etməsinin qarşısının alınması;

  • Simptomların yüngülləşməsi;

  • Fiziki gərginliyə qarşı tolerantlığın artması ;

  • Həyat keyfiyyətinin artması;

  • Fəsadların qarşısının alınması və müalicəsi ;

  • Ölüm hallarının azaldılması;




  1. Xəstəliyin gedişinin qiymətləndirilməsi və nəzarət olunmasi müalicənin məqsədlərinə nail olub olunmamasını göstərir.


2. Risk faktorlarin təsirinin azaldilmasi

Siqaret çəkmənin dayandırılması ACXOX-un müalicəsində ilk və mütləq addımdır.


  • Siqaret çəkmənin dayandırılması ACXOX-un profilaktikası və xəstəliyin inkişafının qarşısının alınması üçün kliniki və iqtisadi cəhətdən ən effektiv yol hesab olunur (A)




  • Tütün asılılığı haqqında olan qısa şəkildə məlumatın verilməsi təsirlidir və siqaret çəkən hər bir şəxsə tibb müəssisəsinə hər gəlişində bu haqda təbliğat aparılmalıdır (A).




  • Tütün asılılığının effektiv farmakoterapiya metodları mövcuddur (A), və məsləhət vermə zamanı, əgər ehtiyac olarsa və əks-göstəriş yoxdursa, onlardan ən azı biri təyin olunmalıdır (A).




  • Peşə faktorlarının təsiri nəticəsində əmələ gəlmiş bir çox respirator xəstəliklərin inkişaf etməsini, inhalyasiya olunan hissəciklərin və ya qazların törətdiyi zərərin qarşısının alınmasına yönəldilmiş tədbirlər vasitəsilə, azaltmaq və ya nəzarət altında saxlamaq olar (B).



  • Havanın çirklənmə (evlərdə və ətraf mühitdə) riskinin azaldılması üçün həm cəmiyyət, həm də ayrı-ayrı fərdlər tərəfindən qoruyucu tədbirlərin aparılması vacibdir.


3. STABİL ACXOX-UN MÜALİCƏSİ
Xəstəliyin gedişininin ağırlığından asılı olaraq pilləli müalicə istiфadə olunur.

Hal-hazırda mövcud olan dərman preparatlarından heç biri ACXOX zamanı ağ ciyər funksiyasının uzunmüddətli azalmasına təsir etmir (A).




FARMAKOLOJİ MÜALİCƏ
Farmakoloji müalicə simptomların profilaktikası və nəzarət altında saxlanması, ağ ciyərlərin funksiyasını yaxşılaşdırılması, kəskinləşmələrin tezliyinin və ağırlığının azalması, ümumi vəziyyətin yaxşılaşması və fiziki aktivliyə tolerantlığın artması məqsədilə aparılır.
Bronxolitiklər

ACXOX-un simptomatik müalicəsində mərkəzi rol oynayırlar (А).




  • FEV1 göstəricisinin əhəmiyyətli dərəcədə dəyişilməməsinə baxmayaraq, bronxolitiklərin bütün növləri xəstələrin fiziki imkanlarını artırır. (A). Bronxolitiklərdən müntəzəm qaydada xəstəliyin əlamətlərinin qarşыsının alınması və azalması üçün, və həmçinin, ehtiyac olduqda, ağırlaşmış simptomların müalicəsi məqsədilə istifadə oluna bilər.

  • Tablet formasında preparatların təyini zamanı, inhalyasiya preparatları ilə müqayisədə, təsir daha gec başlanır və yanaşı təsirləri daha çox olur. (A)

  • İnhalyasiya preparatları nisbətən daha tez təsir edir, lakin bu təsir BA xəstəliyi zamanı göstərilən təsirdən bir qədər gec olur. Qısa müddətli β2-aqonistlərin bronxolitik təsiri adətən 4-6 saat müddətində davam edir (A). Salmeterol və formoterol kimi uzun müddətli β2-aqonistlər, gecə saatları ərzində və ya müntəzəm qəbulu zamanı effektivliyini itirmədən, ACXOX-lu xəstələrə 12 saat və daha çox müddətində təsir edirlər. Qısa müddətli M-xolinolitiklər qısa müddətli β2-aqonistlərlə müqayisədə daha uzun müddətli bronxolitik təsirə malikdirlər (A) Uzun müddətli təsiri olan antixolinergik preparat tiotropiyin terapevtik təsirinin müddəti 24 saatdan artıqdır (A).

  • Uzun müddətli β2-aqonistlərlə müntəzəm müalicə qısa müddətli β2-aqonistlərlə müalicədən daha təsirli və rahatdır

  • Müxtəlif təsir mexanizmi və müddəti olan bronxolitiklərin kombinasiyası bronxodilatasiyanın dərəcəsini artıra bilər və bu halda yanaşı təsirlər daha az və ya eyni ola bilər. Qısa müddətli β2-aqonistlərin antixolinergik preparat olan ipratropiylə birgə işlənməsi, onların ayrı-ayrılıqda işlənməsi ilə müqayisədə, FEV1-in daha çox və uzunmüddətli artmasına səbəb olur və 90 gün müalicə müddətində taxifilaksiyaya səbəb olmur (A).

  • Teofillin ACXOX zamanı effektivdir, lakin onun potensial toksikiliyini nəzərə alaraq, inhalyasion bronxolitiklərin istifadəsi daha üstündür.

  • Beləliklə, əsas bronxolitik müalicə β2-aqonistlər, antixolinergik preparatlar, teofillin və ya onların kombinasiyasıdır. (A)



Qlükokortikosteroidlər

  • Inhalyasion və tablet formalı QKS-lərin təsiri BA ilə müqayisədə ACXOX zamanı daha azdır və stabil ACXOX-un müalicəsində spesifik göstərişlərlə məhdudlaşır.

  • Xeyir/Risk nisbətinin əlverişsiz olduğundan, sistemli QKS-lərlə müntəzəm müalicənin aparılmasından qaçmaq lazımdır (xüsusən uzun müddətli təsirə malik olan preparatlarla) (A).

  • Bronxolitik terapiyaya inhalyasion QKS-larla planlı müalicənin əlavə olunması klinik simptomları əhəmiyyətli olan ACXOX-lu xəstələrdə (FEV1-in normativdən < 50% ) və təkrarlanan kəskinləşmələrdə istifadə oluna bilər (A).

  • İQKS-lərlə müalicə kəskinləşmələrin sayını azaldır və həyatın keyfiyyətini yaxşılaşdırır (A)

  • İQKS-ləri yalnız müntəzəm bronxolitik terapiya fonunda təyin olunmalıdır. İQKS-lərlə və ya kombinə olunmuş inhalyasion preparatlarla müalicənin efektivliyi yalnız 6-12 həftə istifadədən sonra qiymətləndirilir (İQKS-lərin uzun müddətli təsirə malik olan preparatlarla kombinasiyası təsbit olunmalıdır (A)). ACXOX-un müalicəsində İQKS-lərin uzun müddətli təsirə malik olan β2-aqonistlərlə kombinasiyası onların ayrı-ayrılıqda istifadəsindən daha effektivdir (A).


Мüxtəlif mərhələlərdə ACXOX-un müalicəsi


I (yüngül)


II (orta ağır)

III (ağır)

IV (çox ağır)

FEV1/FVC0.70

FEV1  80%л.к.

FEV1/FVC0.70

50%л.к. FEV1< 80%л.к. (normativ göstəricidən)

FEV1/FVC0.70

30%л.к.FEV1<50% л.к. (normativ göstəricidən)

FEV1/FVC0.70

FEV1 < 30%л.к. (normativ göstəricidən)və ya FEV1 < 50% л.к. (normativ göstəricidən)

xroniki tənəffüs çatışmazlığı ilə




Risk faktorlarla təmasdan qaçmaq; qrip əleyhinə vaksinasiyanın aparılması

Qısa müddətli bronxolitikləri əlavə etmək (ehtiyac olduqda)






Bir və ya bir neçə uzun müddətli bronxolitikləri requlyar olaraq əlavə etmək (ehtiyac olduqda); reabilitasiya tədbirlərini əlavə etmək






Kəskinləşmələr təkrarlanarsa inhalyasion qlükokortikosteroidləri əlavə etmək






Xroniki tənəffüs çatışmazlığı varsa uzun müddətli oksigen terapiyasını əlavə edin.

Cərrahiyyə əməliyyatını nəzərdən keçirmək



DİGƏR FARMAKOLOJİ MÜALİCƏ


  • Vaksinlər – qrip əleyhinə vaksinlər ACXOX-un ağır kəskinləşmələrin və ölüm hallarının sayını 50% azalda bilər (A). Vaksinasiya hər il aparılır

  • α1-antitripsinəvəzedici terapiya (проластин)- bu müalicə həddindən artıq bahalıdır, əksər ölkələr üçün əlçatmazdır və bu patologiya ilə əlaqəli olmayan ACXOX-lu xəstələrin müalicəsi üçün tövsiyə olunmur (C).

  • Antibiotiklər – ACXOX-un infeksiya mənşəli kəskinləşmələrinin və digər bakterial infeksiyaların müalicəsi üçün tövsiyə olunur (A).

  • Mukolitik (mukokinetik, mukorequlyator) vasitələr (ambroksol, erdostein, karbosistein, yodlaşdırılmış qliserol) – mövcud olan məlumatlara görə bu preparatların geniş istifadəsi tövsiyə olunmamalıdır (D). Qatı bəlğəm ifraz edən bəzi xəstələrə mukolitiklərin yaxşı təsir göstərməsinə baxmayaraq (A), onların ümumi terapevtik təsiri az əhəmiyyətlidir.

  • Antioksidantlar (əsasən N-asetilsistein)- əsasən xəstələrдə kəskinləşmələrin tezliyini azaldır və tez-tez kəskinləşmələri olan xəstələrin müalicəsində istifadə oluna bilər (B).

  • Immunorequlyatorlar (immunostimulyatorlar, immunomodulyatorlar) – ACXOX-lu immunostimulyatorların istifadəsi ilə bağlı tədqiqatlar bu preparatların kəskinləşmələrin ağırlığını (tezliyini deyil) azaldırlar (B). Tədqiqatlar göstərir ki, belə terapiya növünün təkrar təyin olunması tövsiyə oluna bilməz (B).

  • Öskürək əleyhinə preparatlar – ACXOX-un STABİL FAZASINDA ÖSKÜRƏK ƏLEYHİNƏ PREPARATLARIN MÜNTƏZƏM ŞƏKİLDƏ İSTİFADƏ OLUNMASI ƏKS-GÖSTƏRİŞDİR (D).

  • Vazodilyatatorlar – mövcud məlumatlara əsasən stabil fazada olan ACXOX-lu xəstələrdə bu preparatların istifadəsi əks-göstərişdir.

  • Respirator stimulyatorlar- mövcud məlumatlara əsasən stabil fazada olan ACXOX-lu xəstələrdə almitrin preparatının müntəzəm istifadəsi tövsiyə olunmur (B). Bu həmçinin, qeyri-spesifik, nisbətən təhlükəsiz respirator stimulyator olan diksaprama aiddir. Preparat damar daxili təyin olunur (D).

  • Digər preparatlar – ACXOX zamanı nedokromil, leykotrien antaqonistlərinin, alternativ metodların istifadəsi haqqında (məs. otlarla müalicə, akupunktura, homeopatiya ) adekvat tədqiqatlar aparılmadığından, ACXOX-un müalicəsində tövsiyə oluna bilməz


QEYRİ-FARMAKOLOJİ MÜALİCƏ

  • Oksigentrapiya – sübut olunubdur ki, uzun müddətli oksigen terapiyası (15 saatdan çox) xroniki tənəffüs çatışmazlığı olan xəstələrdə sağ qalma ehtimalını artırır. Uzunmüddətli oksigen terapiyası hədsiz ağır ACXOX-lu xəstələrdə aşağıdakı hallarda təyin olunur:

РаО2 ≤7,3 кPа (55 mm.civə. süt.) və ya SaО2 ≤88% hiperkapniya ilə birgə və ya onsuz ).
7,3 кPа (55 mm.civə. süt) ≤ РаО2 ≤ 8 кPа (60 mm.civə. süt) və ya SaО2  89% ağ ciyər hipertenziyası, durğunluq ürək çatışmazlığı nəticəsi olan periferik ödemlər və ya polisitemiya əlamətləri zamanı (hematokrit >55%)(D).



  • Reabilitasiya

Fiziki məşğələlər – ACXOX-lu bütün xəstələrdə fiziki məşqlər proqramları effektiv olur; bu həm fiziki gərginliyə toleratlığın artmasına, həm də təngnəfəslik və zəifliyin azalmasına aiddir (A). Yaxşılaşma proqram bitdikdən sonra da öz təsirini itirmir, lakin məşğələlər ev şəraitində davam etdikdə, xəstənin statusu reabilitasiyadan əvvəl olduğundan daha yüksək olur (B)
Qidalanma statusunu qiymətləndirilməsi və korreksiyası – çəkinin azalması və əzələ kütləsinin azalması ACXOX-lu xəstələr arasında tez-tez rast gəlinən problemdir. Bədən çəkisi indeksinin azalması xəstələrdə ölümlə nəticələnən hal üçün risk faktor hesab olunur. (A)

.


  • Cərrahi müalicə -bu müalicəyə bullektomiya, ağ ciyərin həcminin azaldılması və transplantasiyası aiddir (C).



4. KƏSKİNLƏŞMƏNİN MÜALİCƏSİ
Kəskinləşmənin əsas səbəbləri respirator traktın infeksiyaları (тraxeobronxial infeksiya, Pnevmoniya ) və atmosferin çirklənməsidir, lakin əksər hallarda ağır kəskinləşmələrin səbəbini müəyyən etmək olmur.( Ağ ciyər arteriyasının tromboemboliyası, пnevmotoraks, Qabirqaların sınığı/döş qəfəsinin travması, -blokatorlardan qeyri-düzgün istifadə, Ürək çatışmazlığı və ya aritmiyalar) ).
Ağırlıq dərəcəsinin qiymətləndirilməsi
Təngnəfəsliyin güclənməsi - kəskinləşmənin əsas simptomudur. Bu əlamət məsafədən xırıltıların eşidilməsi və güclənməsi, döş qəfəsində sıxılma hissi, fiziki gərginliyə tolerantlığın azalması, öskürəyin intensivliyinin və bəlğəmin miqdarının artması, onun rənginin və qatılılığının dəyişilməsi ilə müşayiət olunur. Belə halda xarici tənəffüs funksiyasının və qandakı qazların göstəriciləri pisləşir: (FEV1 və digər göstəricilər aşağı düşür), hipoksemiya və hətta hiperkapniya əmələ gələ bilər.
Kəskinləşməni iki növə bölmək olar:

1-ci növ iltihab sindromu ilə səciyyələnir: (hərarətin qalxması, bəlğəmin miqdarının və qatılılığın artması, irinli olması)

2-ci növ: təngnəfəsliyin artması, ACXOX-un ağ ciyərdən kənar əlamətlərinin əmələ gəlməsi (zəiflik, yorğunluq, baş ağrısı, yuxu pozulmaları, depressiya).
KƏSKİNLƏŞMƏLƏRİN AMBULATOR ŞƏRAİTDƏ MÜALİCƏSİ
Bronxolitik terapiya

Ambulator şəraitdə ACXOX-un müalicəsi bronxolitik terapiya dozanın artırılması və / və ya tezliyinin artırılmasını özünə daxil edir (tələbata görə gısa müddətdə təsirli bronxolitiklər əlavə olunur) (A).

Əgər müalicədə indiyə qədər antixolinergik preparatlardan istifadə olunmamışdırsa, onları xəstənin vəziyyəti yaxşılaşana qədər müalicə planına əlavə etmək tövsiyə olunur.

Müvafiq nebulayzerin olduğu təqdirdə, ağır hallarda (хястя лазыми дяряжядя няфяс ала билмядийиндян дярманларын бронх аьажына чатдырылмасы позулур) bir neçə gün ərzində ehtiyac yarandığı zaman nebulayzer terapiyası təyin oluna bilər. Lakin kəskin tutmanın qarısı alınandan sonra nebulayzerdən istifadə tövsiyə olunmur.


Qlükokortikosteroidlər

ACXOX-un kəskinləşməsində sistemli qlükokortikosteroidlər (SQKS) müvəffəqiyyətlə istifadə olunur (yüngül kəskinləşmələr əlavə olmaqla). Onlar remissiyanın başlanma vaxtını tezləşdirir və ağ ciyər funksiyasının daha tez bərpa olunmasına yardım edir (A). Qlükokortikosteroidlərdən istifadəni FEV1 göstəricisinin lazımi səviyyədən 50% aşağı olduğu halda nəzərdən keçirmək lazımdır. Prednizolonon (вя йа онун еквивалентляри) 40 mq sutkalıq dozaйа гядяр 10 günя кими təyin etmək tövsiyə olunur (D).


Antibiotiklər

Antibiotiklər бронхиал аьажын микроб мяншяли илтищабын активляшмяси заманы тяйин едилир. Беля ки, təngnəfəsliyi artmış xəstədə ifraz olunan bəlğəm həcminin və irinliyin artması və /və ya hərarətin artması щалларында АБ təyin olunmalıdırlar (В). Гейд етмяк лазымдыр ки, ЫВ нясил фторхинолонлардыр (левофлоксасин, моксифлоксасин вя с.) демяк олар ки, илтищаби просесин бцтцн ещтимал олунан тюрядижиляриня тясир едир, о жцмлядян β-лактамазощасил едян H. Influenzae штаммларына. Щямдя онларын С. ауреус, микоплазмалара, хламидийалара вя легионеллайа гаршы активлийи ЫЫ нясил фторхинолонлардан да йцксякдир.

Левофлоксасинин вя моксифлоксасинин (авелокс) йахшы антибактериал хцсусиййятляри мцнасиб фармакокинетик параметрлярля уйьунлашыр (бронхиал ширя вя аь жийяр тохумасында йцксяк консентрасийа, узун мцддятли йарымпарчаланма препаратлары сутка ярзиндя бир дяфя истифадясиня имкан йарадыр). Левофлоксасинин вя моксифлоксасинин (авелокс) перорал вя парентерал дярман формаларынын олмасы амбулатор вя стасионар хястялярдя эениш истифадяси цчцн ялверишлидир. Аьыр хястялярдя бу антибиотиклярин истифадяси демяк олар ки, бцтцн ещтимал олунан тюрядижи спектрин гаршысыны алыр.

Лакин, пreparatın seçimi mikroorqanizmlərin həssaslığından asılı olaraq aparılmaсы даща сямярялидир (ilk növbədə S. pneumoniae, H. influenzae вя M. сatarrhalis)


Antibiotiklərlə müalicəyə ehtiyacı olan pasiyentlərin qruplara bölünməsi və hər qrup üzrə potensial törədici


Qrup

Təyin

Törədici

A Qrupu

Yüngül kəskinləşmə: xoşagəlməz nəticəли risk faktorları yoxdur

H. İnfluenzae

S. pneumoniae

M.catаrrhallis

Viruslar


B Qrupu

Xoşagəlməz nəticəли risk faktorları olan mö’tədil kəskinləşmə

Qrup A və rezistent mikroorqanizmlər (-laktamaz ifraz edən, penisillinə rezistent olan S.pneumoniae), enterobakteriayalar (K.pneumoniae, E.coli, Proteus, Enterobacter və s.)

C Qrupu

P.aeruginoza infeksiyasının risk faktoru ilə ağır kəskinləşmə



Kəskinləşməsi olan xəstələrdə xoşagəlməz nəticənin əmələgəlməsinin risk faktorları:

- yanaşı gedən xəstəliklərin olması,

- kəskinləşmələrin tez-tez baş verməsi (3 dəfədən çox),

- son 3 ayda antibakterial preparatlardan istifadə

ACXOX-un kəskinləşməsi dövründə antibiotiklərlə müalicə a,b


Qrup

Peroral terapiya

(empirik)

Alternativ peroral terapiya

(empirik)


Vena daxili

(empirik)

Qrup А

Bir əsas simptomu olan xəstəyə AB təyin olunmur
Göstəriş olduqda:
β-laktamlar (ampisillin/amoksisillin)
Доксasiklin
Trimetoprim/

Sulfometoksazol



β-laktam/β-laktanaz inhibitorları (amoksisillin/klavulan turşusu)
Makrolidlər (azitromisin, klaritromisin, roksitromisin)
2-ci və 3-cü nəsil Seфalosporinlər
Ketolidlər (telitromisin)





Qrup B

β-laktam/β-laktanaz inhibitorları (amoksisillin/klavulan turşusu)


Ftorxinolonlar (hemifloksasin, Levofloksasin,

moksifloksasin)

β-laktam/β-laktanaz inhibitorları

(amoksisillin/klavulan turşusu, ampisillin, sulbaktam)
2-cir, 3-cü sıra Sefalosporinlər
Ftorxinlolonlar (levofloksasin, moksifloksasin)


Qrup C


Pseudomonas infeksiyası riski olan pasiyentlərə:
Ftorxinolonlar (siproflokasin, levofloksasin, моксифлоксасин - yüksək dozada




Ftorxinolonlar siproflokasin,

levofloksasin yüksək dozada

və ya


P. Aeruginosa-ya təsir edən β-laktam

Müalicənin ambulator və ya xəstəxana şəraitində aparılması məsələsi vacibdir.


KƏSKINLƏŞMƏ ZAMANI HOSPITALIZASIYAYA GÖSTƏRIŞ


  • Simptomların intensivliyinin artması (məs. sakitlik zamanı təngnəfəsliyin qəfildən əmələ gəlməsi)

  • ACXOX-un ağır formaları

  • Yeni klinik əlamətlərin əmələ gəlməsi (məs. sianoz, periferik ödemlər)

  • İlkin dərman preparatlarla kəskinləşmənin aradan qaldırılmaması

  • Ciddi yanaşı xəstəliklərin olması

  • Kəskinləşmələrin tez-tez baş verməsi

  • İlk dəfə aritmiyaların baş verməsi

  • Qeyri-müəyyən diaqnoz

  • Yaşlı xəstələr

  • Ambulator şəraitin məhdud olması


ACXOX-un ambulator şəraitdə kəskinləşməsinin müalicə alqoritmi



İstifadə olunmuş ədəbiyyat:


  1. Аь сийярлярин хроники обструктив хястялийи цзря клиник протокол. Азярбайжан Республикасы Сящиййя Назирлийи. Бакы, 2009




  1. Яковлев С. В., Мохов О. И. Моксифлоксацин – препарат нового поколения фторхинолонов для лечения инфекции дыхательных путей. ИНФЕКЦИИ и АНТИМИКРОБНАЯ ТЕРАПИЯ, 2004г., ТОМ 2, №4, стр. 104
    http://www.consilium-medicum.com/




  1. Global strategy for the diagnosis, management, and prevention of chronic obstructive pulmonary disease (GOLD) 2007




  1. Management of chronic obstructive pulmonary disease in adults in primary and secondary care. Clinical guideline. National Institute for Clinical Excellence. February 2004







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət