Ana səhifə

AzKİL 2 Əlavə Maliyyələşdirmə İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əlavə Maliyyələşdirmə Ekoloji İdarəetmə Planı Fevral, 2014 Bakı, Azərbaycan


Yüklə 0.5 Mb.
səhifə1/8
tarix06.05.2016
ölçüsü0.5 Mb.
  1   2   3   4   5   6   7   8
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

AzKİL 2 Əlavə Maliyyələşdirmə

İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi Əlavə Maliyyələşdirmə

Ekoloji İdarəetmə Planı


Fevral, 2014

Bakı, Azərbaycan

MÜNDƏRİCAT

Giriş


  1. BYİB Təhlükəsizlik Siyasəti

  2. Azərbaycan Ekoloji Qanunvericiliyi və proseduraları

  3. Layihənin təsviri

  4. AzKİL2 Əlavə Maliyyələşdirmə (ƏM) İcma Layihələrinin ətraf mühitə potensial təsiri

  5. Təşkilati mexanizmlər

  6. Ekoloji qiymətləndirmənin icra mərhələləri

  7. İctimai Məsləhətləşmələr

Əlavə 1. Seçim üzrə yoxlama cədvəli

Əlavə 2. Ekoloji Baxış üzrə yoxlama cədvəli

Əlavə 3. Məhdud Ekoloji Qiymətləndirmə (MET) üzrə Nümunə Forması (içməli su)

Əlavə 4. Ekoloji İdarəetmə Planı forması (Zəiflətmə Planı)

Əlavə 4A. Ekoloji İdarəetmə Planı forması (Monitorinq Planı)

Əlavə 5. İcma layihələrinin yoxlama cədvəli

Əlavə 5.1. Yoxlama cədvəli: Su təminatı

Əlavə 5.2. Yoxlama cədvəli: Kənd və şəhər yolları

Əlavə 5.3. Yoxlama cədvəli: Kiçik yol körpüləri və piyada körpülər.

Əlavə 5.4. Yoxlama cədvəli: Çirkab sular, drenaj və kanalizasiya

Əlavə 5.5. Yoxlama cədvəli: Kiçik həcmli irriqasiya

Əlavə 5.6. Yoxlama cədvəli: Təhsil müəssisələri/İcma mərkəzləri /Məktəblər/ Uşaq bağçaları

Əlavə 5.7. Yoxlama cədvəli: Sağlamlıq müəssisələri

Əlavə 5.8. Yoxlama cədvəli: Gəlir gətirən sahələr

Əlavə 5.9. Yoxlama cədvəli: Ağdam və Füzulu rayonlarının cəbhə xəttinə yaxın kəndlərinin təhlükəsizliyi

Əlavə 1: Könüllü Razılaşma Nümunəsi

Əlavə 6. İctimai Məsləhətləşmələrin Protokolları

GİRİŞ


Azərbaycan Kənd İnvestisiya Layihəsi 2 Əlavə Maliyyələşdirmə B ekoloji kateqoriyasına aid edilmişdir, çünki bu layihənin əsas ekoloji məsələləri ünvanlaması gözlənilmir, bunun əvəzində layihə icmalarında ekoloji vəziyyətin yaxşılaşmasına öz töhfəsini verəcəkdir. Spesifik fəaliyyətlərin layihənin icra müddətində müəyyənləşdiriləcəyini nəzərə alaraq, ekoloji təsirlərə baxılması, ekologiyaya təsirlər üçün seçim mexanizmi və onların zəiflədilməsı üzrə planların hazırlanması və ekolojı inkişafın monitorinqi lazımdır. Bu Ekoloji İdarəetmə Planı AzKİL-2 Əlavə Maliyyələşdirmə çərçivəsində maliyyələşdiriləcək icma layihələrinin ekoloji məsələlərinin həlli üçün çərçivə sənədidir.


Dünya Bankı Bankın maliyyələşdirilməsi üçün təklif edilən layihələrin ekoloji qiymətləndirməsini (EQ) tələb edir ki, bu layihələrin ekoloji cəhətdən etibarlı və dayanıqlı olması təmin edilsin və bununla da qərar çıxarmanı təkmilləşdirsin (OP 4.01. Yanvar 1999). Bank mümkün hallarda zəiflədici və əvəzləyici tədbirlərdən çox profilaktik tədbirlərə üstünlük verir.
AzKİL-2 Əlavə Maliyyələşdirmə üzrə EQ prosesinin əhatə dairəsi və dərinliyi təklif olunan icma layihələrinin spesifik xüsusiyyətlərinə əsasən müəyyənləşdirilir. AzKİL-2 Əlavə Maliyyələşdirmənin maliyyələşdirdiyi icma layihələrinin, bir qayda olaraq, tam-həcmli ekoloji təsirin qiymətləndirilməsi prosesinə təkan verməyəcəyi gözlənilir. Ekoloji Qiymətləndirmə potensial icma əsaslı layihələrin müəyyənləşdirilməsi, dizaynı, qiymətləndirilməsi, icrası və dəyərləndirilməsi prosesinin ayrılmaz tərkib hissəsidir.


A. BYİB Təhlükəsizlik siyasəti
Ekoloji Qiymətləndirmə prosesi zamanı nəzərə alınacaq əsas məsələlərə aşağıdakılar daxildir:


  • müvafiq ekoloji qiymətləndirmə üsulunu müəyyənləşdirmək üçün ümumi ilkin seçim;

  • Azərbaycanda mövcud olan ekoloji-normativ aktlarla və Dövlət milli park, yasaqlar və qoruqlara dair mövcud ekoloji qanunlara uyğunluq;

  • sosial qiymətləndirmə ilə əlaqələr;

  • gəlir gətirən sahələr, sosial-iqtisadi qiymətləndirmə;

  • alternativlərin təhlili;

  • ictimai iştirak və təsiri olacaq adamlarla və təşkilatlarla məsləhətləşmələr; və

  • informasiyanın açıqlanması.

B. Azərbaycanın Ekoloji Qanunvericiliyi və Prosedurları.
Layihə üzrə aparılan fəaliyyətlər Azərbaycanın cari qanunlarına və qanuni ekoloji prinsiplərinə uyğun gələcəkdir. Ümumiyyətlə, İcma Layihələri fiziki və insanı əhatə edən ətraf mühitin pisləşməsinə gətirib çıxarmayacaqdır.
Azərbaycanda ekologiyanın qorunması - Ekologiyanın Qorunması üzrə Qanunla (1999) tənzimlənir. Qanun ətraf mühitin qorunması üzrə başlıca prinsipləri, ətraf mühitin qorunması üzrə dövlətin, ictimai assosiasiyaların və vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir. O, ekoloji təsirin təhlilinin hazırlanması üçün tələb olunanları, ekoloji keyfiyyət standartlarını, ekologiyaya təsir edən fəaliyyətlərə icazə verilməsi üçün tələb olunanları, ekoloji çirklənmənin profilaktikası və azaldılması, ekoloji monitorinq və nəzarəti, qanun pozucuları üzərinə qoyulan sanksiyaları və ictimaiyyətin rolunu müəyyənləşdirir.
Sanitar-epidemioloji təminat, torpaq islahatı, enerji, səhiyyə, su, meşələr, kadastr və torpaqdan istifadə, sənaye və məişət tullantıları, fauna, balıqçılıq, ekoloji təhlükəsizlik, su təchizatı, və kanalizasiya, atmosferin qorunması və xüsusi qorunan ərazilər kimi spesifik məsələləri tənzimləyən digər qanunlar 1992-ci ildə qəbul edilmişdir. Buna əlavə olaraq, Nazirlər Kabinetinin çoxsaylı qərarları (bəzi 75+) verilmişdir ki, ekoloji qanunvericiliyin və Prezidentin müvafiq fərman və sərəncamlarının məğzinin şərh edilməsinə kömək edilsin.
Ətraf mühitin qorunması üzrə Qanunun 42-ci maddəsinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi - yeni investisiya layihəsinə başlamamışdan əvvəl layihəni hazırlayanlar tərəfindən işə götürülən müstəqil ekspertlərin hazırladığı ekoloji təsirin qiymətləndirilməsi müraciətinin və sənədləşmənin yoxlanılması üçün səlahiyyətli orqandır.
Ekoloji Təsirin Təhlili üçün hüquqi baza yaradan digər əsas qanunlar Ekoloji Təhlükəsizlik (1999) üzrə Qanun və Azərbaycanda (1996) Ekoloji Təsirin Qiymətləndirilməsi prosesi üzrə Əsasnamədir. ETQ üzrə müraciət Ekologiya Nazirliyinin baş ofisinə və ya yerli filial ofisə təqdim edilə bilər. ETQ müraciətinə baxılma prosesində Ekologiya Nazirliyi aşağıdakı meyarları qiymətləndirir:


  • təklif olunan layihə yeni texnologiyaları nəzərdə tuturmu;

  • təklif olunan proseslər və ya texnologiyaların mürəkkəbliyi və həcmi;

  • gözlənilən ekoloji nəticələr;

  • təklif olunan layihə yerli əhali üçün əhəmiyyətli dəyişikliklər yaradacaqmı; və

  • təklifə ictimai rəy.



  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət