Ana səhifə

AZƏrenerji” asc “AZƏrbaycan elmi-TƏDQİqat və layiHƏ-axtariş energetika institutu” mmc


Yüklə 0.71 Mb.
səhifə1/7
tarix06.05.2016
ölçüsü0.71 Mb.
  1   2   3   4   5   6   7







AZƏRBAYCAN RESPUBLİKASI
AZƏRENERJİ” ASC
AZƏRBAYCAN ELMİ-TƏDQİQAT VƏ

LAYİHƏ-AXTARIŞ

ENERGETİKA İNSTİTUTU” MMC
TƏDRİS MƏRKƏZİ

ELEKTRİK STANSİYALARININ DİZEL QURĞULARININ KONSTRUKSİYALARI, İSTİSMARI, TƏMİRİ, TEXNİKİ VƏZİYYƏTİNƏ NƏZARƏT ÜZRƏ KURSLARIN APARILMASIНА ДАИР METODİK GÖSTƏRİŞ

HİSSƏ 1

BAKI-2012


Elektrik stansiyalarının dizel qurğularının konstruksiyaları, istismarı, təmiri, texniki vəziyyətinə nəzarət üzrə kursların aparılmasıна даир metodik göstəriş (hissə 1)
Texniki redaktor: tex.e.d.,prof. E.M.Fərhadzadə
Щазырки методик вясаит електрик стансийаларынын дизел гурьуларынын конструксийалары, истисмары, тямири, техники вязиййятиня нязарят цзря практики истифадя цчцн тяклиф олунур.

.


Тярtib едян: tex.e.n. H.B.Quliyev
Kompüter tərtibatçıları: tex.e.n. A.Z.Muradəliyev

MÜNDƏRİCAT
1. Modul tipli elektrik stansiyaları haqqında ümumi

məlumat ....................................................................................... 4

2. Azərbaycan Respublikasında inşa edilən Wartsila

firmasında istehsal olunan avadanlıqların texniki

göstəriciləri, işçi parametrləri və ümumi konstruksiyaları .........10

3. Mühərrikdə istifadə olunan yanacaq, sürtgü yağları .............. 19

4. Mühərrikin soyutma sistemində istifadə olunan

mayelər, onların hazırlanması ................................................... 24

5. Mühərrikin işə buraxılması .................................................... 27

6. Normal istismar zamanı mühərrikə edilən qulluq ..................31

7. Uzun müddət dayandıqdan sonra (8 saatdan çox) işə

buraxma ..................................................................................... 35

8. Texniki xidmət qrafiki ........................................................... 38

9. Tənzimləmələr, araboşluqları (zazorlar) və aşınmanın

hədləri …………....................................................................... 59

10. Dartılma momenti və hidravliki qurğu və alətlərin

tətbiqi ......................................................................................... 68

11. Qəza rejimində işləyən zaman istismar nasazlıqları ............ 98

12. Yastıqla birlikdə silindirlər bloku, yağ vannası və

silindrin gilzaları .......................................................................114




  1. Modul tipli elektrik stansiyaları haqqında

ümumi məlumat.
Modul tipli elektrik stansiyalarında istifadə edilən mühərriklər qaz porşenli mühərriklər sinfinə daxil olub uzun illərdən bəri təkmilləşdirilərək sənaye miqyaslı enerji istehsalında geniş yer tutmaqdadır. Bu cür mühərriklər artıq 50 ilə yaxındır ki, dünyanın bir çox ölkələrində sənaye, kənd təsərrüfatı və s. sahələrin elektrik enerjisi ilə təmin edilməsində istifadə olunur. Hazırda bu cür aqreqatlar daha da təkmilləşdirilərək böyük energetikada özünə geniş yer tutmuşdur. Bu qurğuların üstün cəhəti ondan ibarətdir ki, bunlar stasionar şəraitdə yüksək faydalılıq göstəriciləri ilə istifadə olunur. Bu aqreqatlarda yanma zamanı əmələ gələn tüstü qazlarında zəhərli maddələrin miqdarı çox azdır. Bunların istismarı etibarlı və uzun müddətlidir. Modul tipli stansiyaların F.İ.Ə. 40-46% həddində olur. Əsaslı təmirə kimi uzun müddət istismar edilir, onların istismarı və təmiri çox rahatdır. İşə qoşma vaxtı müasir buxar turbinlərindən xeyli qısadır ki, bu da enerjisistemdə pik rejimlərdə tənzimləməni asanlaşdırır. Аqreqatların işləmə saatlar sayı faktiki işləmə saatlar sayına uyğundur. Müasir qaz turbinlərində isə ümumi işləmə saatlar sayına ekvivalent işləmə saatlar sayı da əlavə edilir. Bu da modul aqreqatlarını gün ərzində bir neçə dəfə açıb-qoşmağa imkan verir. Modul tipli stansiyalarında istifadə edilən mühərriklərin gücü 0,25 MVt-dan 20 MVt-a qədər olur. Mühərriklərdə adətən qaz, dizel, bioqaz və s. yanacaqlardan istifadə edilir. Modul tipli elektrik stansiyaların tikilib istifadəyə verilmə müddəti digər növ stansiyaların tikilmə müddətindən dəfələrlə qısadır. Azərbaycan Respublikasında generasiya güclərinin tez bir zamanda istifadəyə verilməsi bu gün üçün ən aktual məsələlərdən biri olduğundan, yuxarıda qeyd edilənlər nəzərə alınmış və ölkəmizin 5 regionunda hər birinin gücü təqribən 87-92 MVt olan modul tipli elektrik stansiyalarının tikintisinə başlanmışdır. Artıq Astara, Şəki və Xaçmaz rayonlarının hər birində 10 aqreqatdan ibarət gücü 87 MVt olan elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. Bu günə kimi bu stansiyalarda 2400 mln. kVt·s elektrik enerjisi istehsal olunmuşdur ki, bu da Respublikamızın cənub, qərb və Şimal rayonlarının enerji təchizatını xeyli yaxşılaşdırmışdır. Qeyd etmək lazımdır ki, ölkəmizdə tikilən modul tipli elektrik stansiyaları ən müasir avadanlıqlarla təchiz edilmiş və Finlandiyanın Wartsila firmasında hazırlanmışdır. Məhz bu səbəbdən də bu cür avadanlıqların quruluşu, istismarı, təmiri barədə biliklərin əldə edilməsi günün vacib məsələlərindəndir.

Təqdim olunan metodik vəsaitdə Finlandiyanın Wartsila firmasının istehsalı olan 20V34SG sinfinə daxil olan mühərriklərin texniki parametrləri göstərilməklə, onların istismarı, təmiri və s. məsələlər öz əksini tapmışdır.


Metodik vəsaitin məzmunu. Ümumi müddəalar

Metodik vəsaitdə “Wartsila” firmasının istehsalı olan modul tipli elektrik stansiyasının əsas avadanlıqlarından biri “Wartsila 20V34SQ” tipli mühərrikin quruluşundan, iş prinsipindən, istismar qaydalarından, təmirindən və sair xarakteristikalarından bəhs edilir. Mühərrikdə istifadə olunan yanacaqdan, soyutma sistemindən, soyuducu mayedən və onlara qoyulan tələblərdən, təmir zamanı istifadə olunan alətlərdən, onlardan istifadə qaydalarından söhbət açılır.

Metodik vəsait hazırlanarkən nəzərə alınmışdır ki, bu vəsaitdən istifadə edənlərin dizel mühərrikləri barədə müəyyən təsəvvürləri vardır. Metodik vəsaitdə mühərrikin ayrı-ayrı hissələrinin ümumi görünüşü, kəsiyi və s. göstərilmişdir. Bu vəsaitdən Modul tipli stansiyalarda işləyən işçilər, təmir və istismar personalı ilkin nəzəri və praktiki məlumatlar əldə edə bilərlər.

Metodik vəsait təlimat xarakterli olub istismar zamanı əmələ gələn nasazlıqların qarşısını almaq, təmir işlərini təşkil etmək məqsədilə istismar heyəti üçün nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, modul qurğularına qulluq etmək üçün metodik vəsaitdən əlavə yerli təlimatları diqqətlə öyrənməli və ona əməl etmək lazımdır. Bunun üçün aşаğıdakı tövsiyyələr diqqətinizə çatdırılır.

1. Hər hansı bir əməliyyat aparmamışdan əvvəl baxılan təlimatın müvafiq bölməsi diqqətlə oxunmalıdır.

2.Hər bir mühərrik üçün ayrıca uçot jurnalı tərtib edilməlidir.

3.Texniki xidmət zamanı hər hansı bir əməliyyat apararkən maksimum təmizliyə və tələb olunan qaydalara riayət edilməlidir.

4. Sökmə əməliyyatına başlamamışdan əvvəl sökülən sistemin tam boşaldığına (drenaj olunduğuna) və təzyiq altında olmadığına əmin olmaq lazımdır. Sökülmüş yerlərin yağlama, maye yanacaq, hava sistemlərinin deşikləri təcili olaraq tıxac, lenta və ya təmiz parça ilə tutulmalıdır.

5.Aşınmış və ya zədələnmiş silindrin və ya yastığın nömrəsini göstərən identifikasiya nişanı olan hər hansı bir detalı dəyişdirən zaman təzə qoyulan detalda da həmin yerdə nişanələrin, nömrələrin qoyulması vacibdir. Uçot jurnalında hər bir dəyişdirilən hissə, detal barədə dəyişdirilmənin səbəbi göstərilməklə müvafiq qeydlər aparılmalıdır.

6.Quraşdırmadan sonra bütün qayka və vintlərin kifayət qədər dartıldığını və onların fiksasiya olunduğu yoxlanılmalıdır.

7. Bütün qapaq və örtüklərin saz və yerində olduqlarına əmin olmaq lazımdır.

Yanğın təhlükəsizliyini təmin etmək üçün xəbərdaredici siqnallara vaxtında texniki qulluq edilməlidir. Mütəmadi olaraq yağ və yanacaq təchizatı borularına baxış keçirilməlidir.
Terminlər

Metodik göstərişdə işlədilən əsas terminlərin adları aşağıda sadalanır və şəkil 00-1 –də göstərilmişdir.



İdarəetmə tərəfi. Mühərrikin uzunu boyu idarəetmə qurğularının (mühərriki işə qoşan və saxlayan, tezlik tənzimləyicisi və s. qurğular) yerləşdiyi tərəfdir.

Arxa tərəf. Mühərrik boyu, idarəetmə tərəfinin əks qütbüdür.

İntiqallı başlıq. Mühərrikin nazim çarxı yerləşən başlığıdır.

Sərbəst başlıq. Mühərrikin intiqallı başlığının əks qütbüdür.

Silindrlərin nişanlanması. İSO 1204 və DİN 6265 standartlarının tələblərinə uyğun olaraq silindrlərin nişanlanması intiqallı başlıq tərəfindən başlayır. V- şəkilli mühərriklərdə intiqal yerləşən başlıq tərəfdən baxanda sol tərəfdə yerləşən silindrlər A1, A2 və s.-lə, sağ tərəfdəkilər isə B1, B2 və s. ilə işarə edilirlər, aşağıdakı şəkilə bax

Şəkil 00-1 WV00519326


Yastıqların nömrələnməsi

- Dayaq yastıqları. Örtüyün nazim çarxı yaxın olan yastığının nömrəsi, №0-ilə , birinci standart gövdə yastığı №1-lə , ikinci -№2 və s. ilə işarələnib.

- Dayaq-Tir dayaq yastıqlarının dayaq yarımhəlqələri örtüyün yastığında yerləşir və nazim çarxa yaxın olan xarici yarımhəlqə OO, daxili isə -“O” nömrəsi ilə işarələnir.

- Paylayıcı valın yastıqları da gövdə yastıqlarına analoji olaraq nömrələnmişdir, həm də nəzərə almaq lazımdır ki, dayaq- tir yastığının içlikləri də (vtulka) “OO” (xarici) və “O” ilə işarələnib.

- Paylayıcı valın dişli çarxlarının yastıqlarının içlikləri də “OO” ( xarici) və “O” ilə nömrələnib.

- Yastıqların yuxarı və aşağı içlikləri (vkladış) eyni olur və yuxarı içlik “UP” hərfləri ilə işarələnir.
Yastıqların nömrələnməsi

Şəkil 00-2 400019601


İdarəetmə tərəfi və yan tərəf. Mühərrikin idarəetmə tərəfində yerləşən detallar “M” hərfi ilə, arxa tərəfdəkilər isə “B” hərfi ilə işarələnir (V- şəkilli mühərriklərdə B sırası)

Sağ tərəfli fırlanmaya malik mühərriklər. Bu cür mühərriklərə intiqal başlığı tərəfdən baxıldıqda dirsəkli val saat əqrəbi istiqamətində fırlanır.

Sol tərəfli fırlanmaya malik mühərriklər. Bu mühərriklərdə intiqal başlığı tərəfdən baxıldıqda dirsəkli val saat əqrəbinin əksi istiqamətində fırlanır.

Aşağı “ölü nöqtəsi” (qısa olaraq BDS (AÖN) porşenin silindrdəki hərəkət istiqamətinin dəyişdiyi alt nöqtədir.

Yuxarı “ölü nöqtə” (qısa TDS (YÖN) porşenin silidrdəki hərəkət istiqamətini dəyişdirən yuxarı nöqtədir. YÖN hər bir silindr üçün nazim çarxın üzərinə çəkilmiş şkalada “ TDS” hərfləri ilə işarələnmişdir. Dörd taktlı mühərriklərdə porşen iki dəfə YÖN-ə çatır və tam işçi tsikl dirsəkli valın iki dəfə fırlanması ilə sona yetir.

a) Birinci halda bu əvvəlki işçi tsikli müşahidə edən buraxılış taktının sonunda və növbəti tsiklin sorma taktının başlanğıcında baş verir. Bu anda həm buraxıcı (çıxış), həm də sorucu ( giriş) klapanları müəyyən qədər açıq olur və üfürmə gedir. Əgər dirsəkli valı bu YÖN -nin yanında dala-qabağa fırlatsaq buraxıcı və sorucu klapanlar hərəkət edəcəkdir. Bu dirsəkli valın YÖN -nin üfürülməsi adlanan vəziyyətinə yaxın olduğunu göstərir.

b) İkinci halda bu sıxılma taktının sonunda valın işçi gedişindən əvvəl baş verir. İşləyən mühərrikdə YÖN-dən bir qədər əvvəl yanacağın püskürdülməsi baş verir, ona görə də YÖN-nin alışma taktının YÖN -i kimi adlandırmaq olar. Bunun xarakterik cəhəti ondan ibarətdir ki, bu halda dirsəkli valı döndərərkən bütün klapanlar hərəkətsiz və bağlı olur. Bölüşdürücü valı və püskürdücü nasosu müşahidə edərkən görərik ki, nasosun itələyicisinin (tolkatel) roliki yanacaq yumrucuğunun qaldırıcı tərəfindədir.
Nazim çarxın markirovkası.

Maxovik 1-ci silindrin yanma taktı üçün YÖN-dən başlayaraq 3600-yə bölünüb. Hər silindrin yanma taktının YÖN-in nazim çarxında qeyd edilmişdir: Mühərriklərdə silindrlərin markirovkalanmasının ümumi qəbul edilmiş qaydaları vardır: bir silindrdə YÖN-ün yanma taktı, digərində YÖN-in buraxıcı taktı olur. V- şəkilli mühərriklərdə A və B cərgələri üçün ayrı-ayrı şkalalar mövcuddur. Silindrlərin işləmə qaydalarına 01 fəsilində baxa bilərsiniz. Dirsəkli valın dönmə bucağında iki alışmanın arasını tapmaq üçün 7200-ni silindrlərin sayına bölmək lazımdır.


Nazim çarxın göstəricisinin hesablanması nümunəsi

Şəkil 00-3 4000029706


Misal: 12V32 mühərrikində nazim çarx şəkildə göstərilən vəziyyətdə olduqda yanacağın püskürülmə momenti A2 silindri üçün 100-də alınır.

2. Azərbaycan Respublikasında inşa edilən Wartsila firmasında istehsal olunan avadanlıqların texniki göstəriciləri, işçi parametrləri və ümumi konstruksiyaları
Əsas texniki göstəriciləri , işçi parametrləri və ümumi quruluşu
Wartsila 32-nin əsas texniki göstəriciləri
Silindrin diametri ........................................................320mm

Porşenin gediş yolu..................................................... 400mm

Silindrin işçi həcmi---------------------------------------- 32,17l



Alışdırma ardıcıllığı

Mühərrikin tipi

Saat əqrəbi istiqamətində fırlananlar

Saat əqrəbinin əksi istiqaməti fırlananlar

6L32

1-5-3-6-2-4

1-4-2-6-3-5

8L32

1-3-7-4-8-6-2-5

1-5-2-6-8-4-7-3

9L32

1-7-4-2-8-6-3-9-5

1-5-9-3-6-8-2-4-7

12V32

A1-B1-A5-B5-A3-B3-

A6-B6-A2-B2-A4-B4



A1-B4-A4-B2-A2-B6-

A6-B3-A3-B5-A5-B1



16V32

A1- A1-B1-A3-B3-A7-B7-A4-B4-

A8- A8-B8-A6-B6-A2-B2-A5-B5



A1-B5-A5-B2-A2-B6-A6-

B8-A8-B4-A4-B7-A7-B3-A3-B1



18V32

A1-B1-A7-B7-A4-B4-A2-B2-A8-

B8-A6-B6-A3-B3-A9-B9-A5-B5



A1-B5-A5-B9-A9-B3-A3-B6-A6-

B8-A8-B2-A2-B4-A4-B7-A7-B1


Adətən mühərrikin fırlanması saat əqrəbi istiqamətində olur




Mühərrikdə sürtgü yağlarının həcmi

Mühərrikin tipi

6L32

8L32

9L32

12X32

16V32

18V32

Yağ diblimin həcmi, filtrlə

1630

2050

2270

3050

3860

4270

Maks. və min. nişanların

arasında olan yağın həcmi, l/mm-lə



2,95

3,70

4,05

4,25

5,35

5,90




Dirsəkli val çeviricisi qurğusunda yağın həcmi, litrlə

LKV132

8,5-9,5




Dövrlər sayı tənzimləyicisində sürtgü yağlarının həcmi, litrlə




1,9




Mühərrikdə sоyuducu mayenin təxmini həcmi, litrlə

Yalnız mühərrik

410

510

560

740

840

890

Təklif olunan işçi parametrlər



Nominal fırlanma sürətində normal iş rejiminə aid edilir





Normal kəmiyyətlər

Qəza həddi ( stop)

Yük

100%

0-100%

Temperaturlar (0C)

Mühərrikin girişində sürtgü yağı

60-65

75 (80) (2)

Mühərrikin çıxışında sürtgü yağı

10-13 və yuxarı




Mühərrikdən sonra isti su

91-96(1)

105 (110) (2) (3)

Mühərrikin qabağında isti su

5-8 və aşağı

50

Turbobasıcıda isti suyun temperaturunun qalxması (xx)

8-12




Sıxılmış hava soyuducusundan əvvəl soyuq su

28-38

45

Hava qəbuledicidə sıxılmış hava

50-60

75

Silindrdən sonra atılan qazlar

Sınağın nəticələrinə bax

500 (520) (2)

Suyun əvvəlcədən qızdırılması ( isti suya aiddir)

50 (MDO)70 (HFO)

45

Silindrin gilzasının temperaturu

130-150

160 (180)(2)

Gövdə yastığının ( əsas) temperaturu

90-100

110(120)(2)

Manometrin göstəriciləri ( bar)

600 dövr/dəq-də ( 10 dövr/s) mühərrikin girişində sürtgü yağlarının təzyiqi

4,5

3,0 (2,0)

Həmin göstərici 720 və 750 dövr/dəq-də

5,0-5,5

3,0 (2,0)

İsti və soyuq suyun nasosun qabağında statik təzyiqi

0,7-1,5




Mühərrikin qabağında isti suyun təzyiqi

2,5 + stat. təzyiq (1)

1,5+stat. təzyiq (2)(2) (4)

cədvəlin davamı

Sıxılmış hava soyuducusunun qabağında soyuq havanın təzyiqi

2,5+stat. təzyiq(1)

1,5+stat.təzyiq

Mühərrikə kimi yanacağın təzyiqi

4,5-6 (MDO)6-8 ( HFO)

4

Sıxılmış hava ( idarəedici və işəburaxma havası)

maks.30

18

Hava tutumu ehtiyatı ( CAC. buraxıcı)

Sınağın nəticələrinə bax

3

Sair təzyiqlər ( bar)

CAC, təzyiqlər fərqi




75 mbar

Karterdəki təzyiq




3 mbar

Yanma təzyiqi

Sınağın nəticələrinə bax




Yağ nasosunun qoruyucu klapanlarının açılma təzyiqi

6-8




Yağ süzgəcində təzyiq düşgüsü




0,8 (sağ) 1,8 (ikinci həyəcan təbili)




  1. Qurğudan və dövrlər sayından asılı olaraq

  2. Əsas mühərrikdə yükün azalması

  3. Köməkçi mühərrik, dayan! ( stop!)

  4. GL qurğusunda əsas mühərrik, dayan

(xx) Turbosıxıcı su ilə soyudularkən
Normal şərait
İSO 3046/1 (1995) standartına əsasən normal şərait

Havanın təzyiqi..................................................100 kPA (1,0 bar)

Ətraf mühitin temperaturu..................................298 K (250C)

Havanın nisbi nəmliyi.........................................30%

Sıxılan hava soyuducusunda

soyuducu suyun temperaturu..............................298K (250C)


Əgər mühərrik yuxarıda göstərilən şəraitdən daha çətin şəraitdə istismar edilərsə bu barədə əlavə məlumatlar göndəriş sənədlərində göstərilməlidir. Əks təqdirdə mühərriki hazırlayan zavod çıxış gücünün düzgün qaydada azaldılması üçün təkliflər verməlidir. Gücün əlavə olaraq azalmasını təxmini olaraq aşağıdakı kimi hesablamaq olar:

Azaltma əmsalı = (a+b+c)%

a=0,5%, göndəriş sənədlərində göstərilən ətraf mühitin temperaturunun hər bir artım dərəcəsinə düşən %-dir.

b=1%, göndəriş sənədlərində göstərilən dəniz səviyyəsinin hər 100m hündürlük fərqinə düşən %-dir

c=0,48%, göndəriş sənədlərində göstərilən sıxılan hava soyuducusundakı soyuducu mayenin temperatur artımının hər bir 0С-nə düşən %-dir.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət