Ana səhifə

Azərbaycanın qan yaddaşı


Yüklə 26.58 Kb.
tarix06.05.2016
ölçüsü26.58 Kb.


Azərbaycanın qan yaddaşı”

Aparıcı: Iyirmi altı fevral… o mənfur gecə,
Nələr gətirmədi Azərbaycana.
Qərinələr keçə,əsrlər küçə,
Tarix bağışlamaz onu vicdana.

O gecə vicdanın susdu səsi də,


Insanlıq adına ləkə vuruldu.
Dünyanın ən böyük müsibəti də,
O gecə yaşandı.matəm quruldu.

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

26 fevral- “Xocalı soyqırımı” günüdür. Yəni, biz bu soyqırımın anım gününü

qeyd edirik.

Soyqırım--- bir millətin kökünü yer üzündən kəsmək cəhdidir.

Bu cəhdi erməni quldurları Xocalı əhalisinin üzərində etdi.

“ Soyqırım” şeiri—söyləyir________________________________



Aparıcı: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən  Xankəndi  (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü.

Qan yaddaşımız” adlı slayda baxılır.



Aparıcı: Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Iyirmi altı fevral… Xocalı günü,
Günlərin qarası.günlərin pisi.
Yayıldı ərşə də,insanın ünü,
Allah bağışlamaz zülmkar kəsi.

Şəhidlər qürurlu ölümləriylə,


Tarixə ən böyük dastan yazdılar.
Dünya seyr eləyib öz gözləriylə,
Inandı,yoxsa ki,inanmazdılar.

Bir qadın.

Ilahi bu nədir?bu dəhşət nədir?
Tarixdə görünməz müsibət nədir?
Qanlar axa-axa selə dönübdür,
Xocalı qanlı bir gölə dönübdür.
Bu gün cəhənnəmi yaşayıram mən,
Dözülməz əzabı daşıyıram mən.

Qoca kişi.

Bir körpəyə baxın qolları sınmış,
Insane dab u qədər zalım olarmış.
Yox daha dözmürəm,dözə bilmirəm,
Ayağım tutulub gəzə bilmirəm.

Ana.


Gözlərim kor ola görməyəydi kaş,
Bədəndən ayrılıb tənha qalıb baş.
Uzaqda bir qızın gözü oyulub,
Biri dərisindən tamam soyulub.
Ah nələr çəkirəm,yanır bu ürək,
Sizing qisasınız alınsın gərək.
Hanı bu dünyada ədalət hanı?
Nə günə qoyarmış insan,insanı.
(Uzaqdan bir balaca uşaq ağlaya-ağlaya ata-anasının meyidi üstə qışqırır).

Uşaq.


Anacan,atacan niyə dinmirsiz?
Məni yalqız qoyub hara gedirsiz?
Sizsiz bu dünyada qalacam yetim,
Bilmirəm nə edim,mən hara gedim.
(Üüü)

Cavan qız.

Əlini mənə ver ey qoca ana,
Qoy kömək eyləyim qaçaq bir yana.
Bəlkə xilas edə bildim mən səni,
Odur ki,mənə ver tez ol əlini.
(Uzaqdan bir əsgər qışqırır)

Əsgər.


Atın güllələri durmadan yenə,
Hamınız birlikdə düşmən üstünə.
Ölsək şəhid olub ucalarıq biz,
Yaşarsaq sonadək vuruşarıq biz.
(Bu zaman bir nüçə düşmən gülləsi əsgərə dəyərək onu yerə sərir və o son nəfəsdə bu sözləri deyir).
Unutmaz millətim,vətənim məni,
Yaşadan hər zaman yaşadar məni.
Hər kəs öləcəkdir,ölüm bir haqdır,
Vətənçün ölənlər yaşayacaqdır.

Ana.


Öldü… bir əsgər də qəhrəman oldu,
Bir ömrə,həyata nöqtə qoyuldu.
Allah rəhmət etsin ölənlər sizə,
Həm mərhəmət etsin millətimizə.
Şəhidin məkanı əbədi cənnət,
Bunu dərk etsəniz böyükdür hikmət.

Qoca kişi.

Öldün,ölümünlə ucaldın əsgər,
Xalqımız ər zaman qədrini bilər.
Şəhidsənsən uca bir zirvədəsən,
Bu xalqın,millətin ürəyindəsən.
(Elə bu anda qocanın yanına bir mərmi düşür və qocanın həyatına son qoyur).

Başqa bir qadın.

Ah düşmən,nə qədər acımasızsan,
Körpəyə,qocaya heç baxmayırsan.
Dağıdıb,taladın sən Xocalımı,
Səhraya döndərdin gülüstanımı.
Xocalım məhv oldu,dağıldı Allah,
Bu günü yaşamaq ağırdı Allah.
Cavan qız.

Xocalım qoy sənə baxım doyunca,


Bəlkə görüşmədik ömür boyunca.
Baxıram Xocalım viran görünür,
Hər kəsin gözləri giryan görünür.
Yurdum toz-torpaqdan düman içində,
Xocalım yamandan-yaman içində.
Erməni deyilən ürəyi yoxmuş,
Zülmkar dünyada nə qədər çoxmuş.
Istərdim yaşayım ağrı-acısız.
Neynərm yaşayım mən xocalısız.
Dağılsın bu dünya,dağılsın daha,

Çıxmaq itəmirəm onsuz sabaha.


(Bu an onu da güllə məhv edir)

Ana.


Ah nələr yaşadıq,nələri gördük,
Öldüksə fərəhli ölümlə öldük.

Bir nəfər.

Günahsız kəslərin məhv olmasına,
Bu gecə ağladı ulduzda.ayda.
Təbiət özü də qara geyindi,
Bir tək ermənilər güldü,sevindi.
Erməni bir quduz it imiş Allah,
İnsanlıq adını itirmiş Allah.

Əsgər.


Bu gün bir sınaqda yaşadı xalqım,
Ən böyük kədəri daşıdı xalqım.
Qoy bilsin,eşitsin ermənilər,
Qisas qiyamətə qalmaz deyiblər.

Xor.


Heç vaxt unutmarıq Xocalım səni,
Bir gün susdurarıq mənfur düşməni.

Aparıcı:

Nə qədər yazsam da Xocalıdan mən


Milyonda birini yaza bilmədim.
Qan qoxusu gələn sətirlərimdən,
Səhvləri düzəldib,poza bilmədim.

Aparıcı: Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

“Ağlama,Xocalım” şeiri—söyləyir_____________________________



Aparıcı: Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı""Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü""Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (ing."Khojaly Massacre"fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.

(Videoya baxılır)

Əsgər: “And” şeiri—söyləyir________________________________

“Ananın səsi” şeiri – söyləyir_______________________________

“ Cocukların günahı nə?” mahnısı səslənir.

BMT-yə daxil olan dövlətlər

“ Mən sülhə səs verirəm” şerini bənd-bənd söyləyirlər.

26 fevral bizim üçün iki qat matəm, hüzn günüdür. Çünki, məktəbimiz adını daşıdığı Elton Həbibov 26 fevral 1993-cü il tarixində Ağdərə rayonunun müdafiəsində aparılan döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bu gün biz həm də “ Qəhrəman Elton”un anım gününü qeyd edirik. Eltonun aramızda olmamağını hiss etməmək üçün təsəllimiz odur ki, bu gün məktəbimizin onun adını daşıyır, 1993-cü ildə Sanqaçaldakı “ N “ saylı hərbi hissədə onun büstü qoyulub və yaşadığı 20 Yanvar küçəsi 1 saylı beşmərtəbəli binanın girişinə onun xatirə lövhəsi vurulub. “ Məkanın cənnət olsun, vətənin igid oğlu!”

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,

Şəhidlər azadlığın uca heykəl daşıdır,

Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.

Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,



Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

Sadiq və Sürəyya şeir söyləyirlər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət