Ana səhifə

Azərbaycanda turizm bazarının mövcud vəziyyəti və inkişaf perspektivləri


Yüklə 13.79 Kb.
tarix09.05.2016
ölçüsü13.79 Kb.
Azərbaycanda turizm bazarının mövcud vəziyyəti və inkişaf perspektivləri

Dünyada ən çox gəlir gətirən sahələrdən biri olan turizmin inkişafı üçün Azərbaycan böyük potensiala malikdir. Çünki, dünyada mövcud olan 11 iqlim qurşağının 9 – Azərbaycanda yerləşir. Ölkənin zəngin flora və fauna aləmi, tarixi abidələri, şəfaverici bulaqları, əlverişli coğrafi mövqeyi vardır. Azərbaycanda 12 təbii və tarixi qoruq, 17 müvəqqəti qoruq və ovçuluq təsərrüfatı vardır. Xəzər dənizi boyunca 7 istirahət zonası yerləşir. Hələ müstəqilliyimizin ilk ilində 1991 – ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azintur” cəmiyyəti yaradıldı. 1992 – ci ilin sentyabr ayında “Azintur” ləğv edildi və ölkədə turizm idarə edən orqan Nazirlər Kabineti yanında Xarici Turizm Şurası yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 2002 – ci il 27 avqust tarixli 1029 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında 2002 – 2005 – ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul edildi. Proqramın məqsədi turizm haqqında qanunda habelə digər müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun olaraq turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkənin iqtisadi sosial inkişafını təmin edən vəzifələrdən biri kimi turizm resurslarından səmərəli istifadə olunmasının təmin etməkdən ibarətdir. Proqram vəzifələri içərisində ölkədəki turizm potensialından səmərəli istifadə etmək turizm sahəsində sahibkarlığı xüsusilə kiçik və orta sahibkarlığı inkişaf etdirmək, rəqabətə davamlı turizm bazarı yaratmaq, turizm infrastruktunu məhkəmlətmək, xarici investorları turizm sahəsinə cəlb etmək və s. məsələlər qoyulmuşdur. Aparılan islahatlar nəticəsində son illərdə respublikamızda turizm sahəsində inkişaf əldə olunmuşdur. Bundan başqa regionların sosial iqtisadi inkişafına xüsusi diqqət yetirilib. Dövlət proqramında 30 –a yaxın turizm obyeklerinin tikilməsi nəzərdə tutulmuşdur. Bu proqramlarla yanaşı, 2001 ci ildən etibarən Azərbaycan Ümumdünya Turizm Təşkilatının Üzvlüyünə qəbul edilmiş və bu beynəlxalq turizm şirkətləriylə əlaqələrin genişlənməsinə şərait yaratmışdır. Məlumdur ki, Azərnaycanın bazar münasibətlərinə keçidi beynəlxalq aləmdə turizm sahəsində əhəmiyyətli dəyişikliklərdən sonra baş vermişdir. Lakin buna baxmayaraq son illərdə həyata keçirilən dəyişiklik islahatlar nəticəsində Azərbaycanın beynəlxalq turizm bazarına inteqrasiyasının təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilmişdir. Hazırda Azərbaycanda 200 – dən artıq turizm şirkəti fəaliyyət göstərir. Aəzrbaycanda tiristlərin istirahəti əvvəlki illərə nisbətən xeyli yaxşıladırılmışdır. Bu sahədə fəaliyyət göstərən müvafiq qururmların (otel, istirahət mərkəzləri və s. ) sayı artmışdır. 2002 – ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda, ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 2008 – ci ildə 370 -ə çatmışdır. Bu obyektlərdə ümumi yerlərin sayı da müvafiq dövrdə 3 dəfə çoxalmışdır. Azərbaycanda turizmin inkişafında Bakı şəhəri müstəsna əhəmiyyətə malikdir. Hazırda Bakıda 50 turist agentliyi, çoxlu sayda mehmanxanalar vardır. Son vaxtlar ictimai iaşə müəssisələrinin sayı xeyli artmışdır. “Makdonalds” , “Pizza Hut”, “Patio Pizza” kimi xarici firmaların restoranları, Türkiyə, İtaliya, Çin və başqa ölkələrin mətbəxi yaradılmışdır. Turizm sahəsində çalışanların peşə sahəsinin artırırlması məqsədilə 2006 – ci ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmış və eyni zamanda Ümumdünya Turizm Təşkilatının və Türkiyə mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilir. Lakin bu sadalananlarla yanaşı bir sıra problemlər də mövcuddur. Təəssüfər olsun ki, respublikamızda turizm potensialından qənaətbəxş dərərcədə səmərəli istifadə olunmur. Məlumat üçün bildirək ki, hazırda ölkəmizə gələn turistlərin sayı dünyadakı turistlərin cəmi 0,003 % - ini təşkil edir. Bir çəx ölkələrlə müqayisədə respublikamız turistlərin sayına görə sonuncu yerlərdən birini tutur. Xarici ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı ölkəyə gələn turistlərin sayını üstələyir. Halbuki respublikadan kənara turist axının qarşısını yerli turizmi inkişaf etdirməklə almaq olar. Ölkəmizin əhalisinin daha çox turist olaraq getməyə üstünlük verdiyi ölkələrə Türkiyə, BƏƏ, MDB ölkələri daxildir. Respublikamızda xarici turistlərin əsas marağına səbəb olan aqrar turizmin inkişaf etdirilməsi zəruridir. Ölkə iqtisadiyyatının stuktur təminatının gücləndirilməsi və kommunal xidmətlərin keyfiyyətinin müasir tələblər səviyyəsinə qaldırılması turizmin inkişafında əhəmiyyətli yer tutur. Turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti və onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və digər müasir standartlara uyğunlaşdırılması, sanatoriya – kurort obyektlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm marşrutlarının artırılması, turizm növlərinin inkişaf etdirilməsi, ekoloji turizm və kənd yaşıl turizmi rekresiya turizmi sahəsində dövlət tənzimlənməsinin gücləndirilməsi, milli adət - ənənələrin və Azərbaycan xalqının tarixi – mədəni irsinin tanıtdırılması, ayrı – ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların əks etdirilməsi və yayılması milli sənətkarlıq və suvenir məhsullarının istehsalının və satışının genişləndirilməsi qarşıya qoyulan əsas məqsədlər sırasındadır.

Ümümilikdə, Azərbaycanda turizmin inkişafı üçün aşağıdakı tədbirlərin keçirilməsi vacibdir:



  • Fəaliyyət göstərən turizm obyektlerinin müasir tələblərə uyğun qurulması

  • Mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində yataq yerlərinin sayının 150 min artırılması

  • Beynəlxalq və daxili bazarda ölkənin rəqabət qabiliyyətini artıra bilən turizm infrastrukturunu təkmilləşdirmək və turizm sənayesini yaratmaq

  • Ölkə turizm rekresiya zonalarının hüquqi statusunu müəyyən etmək, turizm zonlararının və turizm marşrutlarının müəyyən olunmasını təmin etmək

  • Turizm xidməti üzrə mütərrəqqi üsulların və standartların hazırlanmasına və tətbiq edilməsinə nail olmaq

  • Turizm sahəsində çalışan insanaların peşə hazırlığı səviyyəsini daim artırmaq və turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və turizm ehtiyatlarının qorunmasını təmin etmək və bu ehtiyatlardan istifadənin səmərəliliyini artırmaq

Bu qeyd olunanlar yaxın gələcəkdə respublikamızın zəngin resurs potensialından səmərəli istifadə edərək turizm sahəsinin, ümumilikdə isə ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcəkdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət