Ana səhifə

AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Yüklə 67.59 Kb.
tarix06.05.2016
ölçüsü67.59 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Naxçıvan Dövlət Universiteti
SƏRBƏST İŞ
Fakültə:İqtisad

İxtisas: İqtisadiyyat “A”

Bölmə: Əyani

Kurs: III



Fənn: Əməyin iqtisadiyyatı

Müəllim: Elnur Rzayev

Tələbə: İman İmanov

NAXÇIVAN-2015

Mövzu 1. Əməyin Məzmunu və Xarakteri

Əmək –insanın məqsədəyönlü, şüurlu fəaliyyətidir .Əmək-insanın , cəmiyyətin inkişafı üçün əbədi təbii bir şərtidir. İnsanın əmək fəaliyyəti istehsal prosesi ilə, habelə təkrar istehsalın ayrı –ayrı fazaları – iatehsal .ş bölgü , mübadilə və istehlakla əlaqədardır. Əməyin məzmunu əməyin xarakteri ilə bağlıdır. Bu məzmuna həm əməyin sosial, tələbatı, həm iqtisadi funksiyası , həm sosial- bioloji cəhətləri , həm də ETT təsir göstərir. Əməyin xarakteri birinci növbədə işçilərlə mülkiyyət və bölgü münasibətləri arasındakı əlaqənin xarakterilə müəyyən olunur.O həm də işçilərin iqtisadi azadlığının mühüm göstəricisidir. “Əməyin iqtisadiyyatı” bir elmi fənn olmaqla əməklə əlaqədar olan ictimai –istehsal sahələri, qanunları və bu qanunlardan iatifadə olunma üsullarını öyrənir.Bu elmin çıxış nöqtəsi əmək potensialı , əmək və onun səmərəli təşkilidir. Əmək vasitəsi ilə insan özü ilə təbiət arasında münasibətləri tənzimləyir. Əmək prosesində təbiəti dəyişməklə insan özünü də dəyişir, yeni imkanlarını üzə çıxardır. Əmək insanı təbiətdən təcrid etsə də, təbiətlə xüsusi münasibətlərini daima saxlayır. Əmək iqtisadi kateqoriya kimi istehsalat faktorlarından biri sayılır. Marksizm nəzəriyyəsinə görə əmək insanın dünyaya bağlılığın ilk faktorudur. Həmçinin əmək prosesində xüsusi münasibətlər - istehsal münasibətləti yaranır. Əmək kollektiv fəaliyyət olduğundan onu təçkil etmək üçün əlaqə vasitələri lazım olur. Bu rolu isə insan dili oynayır. Cəmiyyətin inkişafı əsasən əmək alətləri və istehsal münasibətlərinin təkmilləşdirilməsindən asılıdır. Bu hal insan zəhmətini canlıların instinktik fəaliyyətindən fərqləndirir. Bu baxımdan filosoflar  Karl Marks və Fridriks Engels insanın və cəmiyyətin yaranmasında ilk növbədə "əmək faktoru" görürlər. İctimai –iqtisadi hadisələrin müəyyən və nisbətən müstəqil sahəsi olan əmək potensialı , ictimai əmək və onun konkret təşkili əməyin iqtisadiyyatının predmetidir. Əmək potensialı işçinin əmək fəaliyyətində iştirak etməsi inkişafı ilə əlaqədardır.Bu potensial insana həm təbii, genetiq qaydada verilir və həm də sonradan da əldə edilir. Beləki,insanlar öz istedadı ,təfəkkürü,psixoloji və fizioloji parametrləri , yeni fikirlər ,ideyalar vermək baxımında eyni olabilmirlər. Əmək potensiallarının elə kompanetləri vardı ki, onlar sonradan əldə olunur,formalaşır, məsələn,təhsili ,peşə -ixtisası yaradıcı potensialı, biliyi ,həyat təcrübəsi ,mənəvi dəyərləri ,işgüzarlığı , mütəşəkgilliyi və s.

Mövzu 2. Əməyin mahiyyəti və növləri
İnsan cəmiyyəti həyatının əsasını əmək təşkil edir. Əmək təbiətlə insan arasında baş verən bir prosesdir. İnsan bu prosesdə təbiət cisimlərini insanın və cəmiyyətin tələb tələbatlarına uyğunlaşdırır. Heyvanların fəaliyyətlərindən fərqli olaraq, insan əməyinə aşağıdakı səciyyəvi cəhətlər xasdır:

1.Əmək məqsədəuyğun fəaliyyətdir. Hər bir istehsalın müəyyən bir məqsədi vardır. Hətta lap savadsız icraçı da işə başlamazdan əvvəl fikrən öz fəaliyyətinin planını və ardıcıllığını tərtib edir.

2. İnsan əməyi ictimai xarakter daşıyır. Bu o deməkdir ki, hətta insan yaşamayan adada tək çalışan Robinzon belə nəinki cəmiyyətin digər üzvləri tərəfindən hazırlanmış bəzi alət və qurğulardan istifadə etmişdir, ən başlıcası o cəmiyyətin istehsal təcrübəsindən, texnologiyalardan, yığılmış biliklərdən istifadə etmişdir.

3. Əmək yaradıcı xarakter daşıyır. Çünki onun son məqsədi maddi nemətlər yaratmaqdır.

4. Əməyin mühüm xüsusiyyətlərindən biri də əmək alətləri yaratmasıdır.

Marjinal nəzəriyyə ənənəvi olaraq əməyi aşağıdakı kimi xarakterizə edir: Əmək məhsulların istehsalına yönəldilmiş fiziki intelektual fəaliyyətdir. Şəxsiyyətin qabiliyyətlərinin məcmusu insan kapitalını əmələ gətirir. Əmək nə qədər ixtisaslı olsa insan kapitalı və müvafiq olaraq bu kapitala görə gəlir də bir o qədər yüksək olar. Hazırki dövrdə insan kapitalına qoyulan investisyalar cəmiyyət üçün ən səmərəli və özünü tez doğruldan hesab olunur.

Əmək prosesində insan yalnız təbiətə təsir göstərmir, o özünün daxili təbiətini də dəyişdirir, özünün iş qüvvəsini, yəni əmək qabiliyyətini reallaşdırır. O həm fiziki, həm də əqli cəhətdən inkişaf edir, təkmilləşir və yeni biliklərə yiyələnir. Beləliklə, insanı əmək yaratmışdır və onu inkişaf etdirməkdə davam edir.

Əmək prosesinin sadə momentləri canlı əməyin özü, əmək cisimləri və vasitələri hesab olunur. Əmək prosesinin son nəticəsi maddi nemət yaratmaqdır. Əmək prosesində insan yalnız təbiətlə qarşılıqlı əlaqəyə girmir, o həmçinin başqa insanlarla ünsiyyətə daxil olur. İnsanlar arasında maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi, istehlakı və eləcə də istehsal vasitələri üzərində mülkiyyətlə əlaqədar öz istək və arzularından asılı olmayaraq yaranan münasibətlərə istehsal münasibətləri deyilir. İstehsal münasibətləri əmək prosesinin ictimai təşkili formasıdır. Eyni əmək prosesi müxtəlif ictimai tarixi formalarda baş verə bilər: taxılı qul da,təhkimli kəndli də, azad fermer də yetişdirə bilər. Bütün hallarda taxıl eyni olacaqdır. Burada yalnız əmək münasibətlərinin xarakteri və işçinin istehsal vasitələrinə münasibəti müxtəlif olur. Bəs bu münasibətlərin xarakteri nə ilə müəyyən olunur, marksizm təliminə görə hər bir quruluşda istehsal münasibətlərinin xarakteri orada hakim mülkiyyət forması ilə müəyyən olunur.

Mövzu 3. Əmək ehtiyyatları

Əmək ehtiyatları dedikdə əmək bazarında işçi qüvvələrinin ehtiyatı nəzərdə tutulur. Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyəti yaşında olan əhali təşkil edir. Əmək ehtiyyatları həm fəaliyyət göstərən və həm də potensial işçi qüvvəsini özündə inteqrasiya edir. "Əmək ehtiyatları" anlayışı "iş qüvvəsi" anlayışından daha geniş anlayışdır. Çünki " əmək ehtiyyatları "-na işləmək qabiliyyətinə malik olub, həm ictimai istehsalda işləyənlər, həm də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olanlar daxildir. Başqa sözlə, iş qüvvəsi dedikdə uyğun olaraq məşğul olanlar, işləyənlər , əmək ehtiyyatları dedikdə isə yalnız məşğul olanlar deyil, həm də olmayanlar da nəzərdə tutulur. Bundan başqa, "iş qüvvəsi" anlayışı "əmək ehtiyyatları" anlayışı ilə müqayisədə daha çox sosial məzmun kəsb edir. Əmək ehtiyyatlarının bir hissəsinə də əmək qabiliyyətli yaşdan böyük olmasına baxmayaraq, əmək fəaliyyətini davam etdirın əhali də aid edilir. Bunlarla yanaşı, əmək fəaliyyəti ilə məşğul olan 16 yaşınadək yeniyetmələr də əmək ehtiyyatlarının tərkib hissəsi hesab olunur. Əmək ehtiyatlarına demoqrafik vəziyyətin güclü təsiri mövcuddur.

Azərbaycanda əmək ehtiyatlarına aşağıdakılar daxildir:

1) Əmək qabiliyyəti yaşından xaric olan, lakin faktiki olaraq işləyən şəxslər də , yəni 62 yaşdan yuxarı olan kişilər, 57 yaşdan yuxarı olan qadınlar və 16 yaşdan az olan yeniyetmələr daxil edilirlər.

2) Əmək ehtiyatlarına işləməyən I və II qrup əmək və müharibə əlilləri və güzəştli təqaüd alan və işləməyənlər çıxıldıqdan sonra bütün əmək qabiliyyətli yaşında olan əhali, yəni 16-62 yaşında kişilər, 16-57 yaşında qadınlar daxil edilirlər.

Əmək ehtiyatlarının əsas hissəsini əmək qabiliyyətli yaşında olan əhali təşkil edir. Əhalinin minimum (16 yaş ) və maksimum (təqaüd yaşı) əmək qabiliyyəti həddi fizioloji və ictimai – iqtisadi amillərlə müəyyən edilir. Ona görə də əhalinin təqaüd yaş dövrü ümumi halda konkret iş sahələri üçün ayrılıqda müəyyənləşdirilir.

Bir iqdisadi kateqoriya kimi " əmək ehtiyatları " anlayışının mahiyyəti haqqında iqdisadçı alimlər arasında fərqli fikirlər mövcuddur. Bəzi iqdisadçılar "əmək ehtiyatları" anlayışını "iş qüvvəsi" anlayışı ilə eyniləşdirillər. Təbii ki, bu yanlış fikirdi. Bəzi sovet iqdisadi ədəbiyyatlarında inzibati amirlik sistemi ilə əlaqədar, bir sıra alimlər - P.P. Litvyakov, M.Y.Sonin, E.Q. Cistyakov, A.E.Kotlyar və digər bu kimi alimlər öz əsərlərində "əmək ehtiyatları" ilə "iş qüvvəsi" anlayışlarını eyniləşdirmişlər. Onların fikrincə "iş qüvvəsi" ifadəsi altında təkcə fərdi əmək qabiliyyəti deyil, əmək qabiliyyətinə malik olan bütün əhali başa düşülür. Və ya A.E.Kotlyar qeyd edirdi ki, əmək ehtiyatları iş qüvvəsi daşıyıcılarının məcmusundan ibarətdir bə bu iki anlayış eyni məzmuna malikdir. Əslində isə bu fikirlər tamamilə səhvdir. Lakin sonralar həmin alimlər "əmək ehtiyatları" anlayışının "iş qüvvəsi" anlayışından daha geniş olduğunu öz ədəbiyyatlarında vurğulamış və bu kateqoriyaların məzmunu barədə öz əvvəlki fikirlərini dəyişmişlər.

Mövzu 4. Əhalinin miqrasiyası
İstənilən iqtisadi proses öz inkişafında müxtəlif mərhələlərdən keçir ki, onlar da bir-birlərindən kəmiyyət və keyfiyyət parametrlərinə görə fərqlənirlər. İqtisadi səbəblər nəticəsində miqrant axınları bir qayda olaraq aşağı gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə doğru istiqamətlənir. Əhalinin miqrasiyası bir çox yüzillik bundan əvvəl yaranıb və o vaxtdan ciddi dəyişikliklərə məruz qalıb. Əhalinin ilk kütləvi hərəkəti qulların Afrikadan Amerika qitəsinə məqsədyönlü daşınması olub ki, bunun da nəticəsində XVII-XIX əsrlərdə Afrikanın əhalisi xeyli azalmışdı. Köçmə prosesi XVIII əsrin sonları XIX əsrin əvvəllərində, əhali kütlələrinin müxtəlif səbəblərdən Avropadan Amerikaya hərəkəti zamanı xüsusilə geniş masştab almışdı. Quldarlığın ləğvindən sonra ABŞ-a Avropadan ikinci iri emiqrasiya dalğası başladı. XIX əsrin birinci yarısında sənaye işçilərinin beynəlxalq miqrasiyası üstünlük təşkil edirdisə, həmin əsrin sonuna miqrasiyaya daha çox müflisləşmiş kəndlilər cəlb edilmişdi.

XIX əsrin ortalarında müasir miqrasiyanın tarixində ən əhəmiyyətli hadisələrdən biri qeydə alınmışdır. Belə ki, XIX əsrin 40-cı illərində “kartof aclığı” nəticəsində İrlandiyadan ABŞ-a emiqrasiya “püskürməsi” baş vermişdir. XIX əsrin 80-ci illərində İtaliyadan və Şərqi Avropa ölkələrindən ABŞ-a geniş həcmli miqrasiya Avropada yetişdirilən buğdanın qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar idi. XIX əsrin sonlarında ABŞ-da iqtisadi konyukturanın pisləşməsi nəticəsində bu ölkəyə miqrant axını kəskin surətdə azaldı. Lakin iqtisadi canlanmanın başlanması ilə axın yenidən geniş vüsət aldı. Bu dövrdə işçi qüvvəsinin geniş həcmli miqrasiyasının səbəbləri kimi bir sıra Avropa ölkələrində aqrar köçmələri, Avropada mövcud olan işsizliyi, ABŞ-da işləmək üçün əlverişli şəraitin olmasını göstərmək olar. Avropadan ABŞ-a növbəti miqrasiya dalğası ötən yüzilliyin 20-ci illərində qeydə alınmışdır. Bu dövrdə yuxarıda qeyd olunan səbəblər sırasına I dünya müharibəsinin nəticələri, müharibədən sonrakı çətinliklər də əlavə edilmişdi.

II dünya müharibəsindən sonra dünya əmək bazarına elmi-texniki və yüksək ixtisaslı işçilər çıxmağa başladılar. Bu zaman ABŞ-a işçi qüvvəsinin miqrasiyasının 3 yeni axını qeydə alınmışdır. Birinci axın kimi “beyin axını”nı, yəni yüksək ixtisaslı mütəxəssislərin və onların ailə üzvlərinin Şimali Amerikaya sabit axınını göstərmək olar. İkinci axın kimi Macarıstandan (1956-cı ildə xalq üsyanının boğulmasından sonra), Vyetnamdan (1974-1975-ci illərdə, müharibənin bitməsindən sonra) və Kubadan (1980-ci ildən sonra) qaçqın axınlarını qeyd etmək olar. Üçüncü axın kimi isə ABŞ-a Meksika, Karib hövzəsi ölkələri və Asiyadan əsasən aşağı ixtisaslı işçi qüvvəsi axını fərqləndirilir. 1990-cı illərdə bütün immiqrantların 84%-i ABŞ-a bu üç regiondan gəlib.
Mövzu 5. Əmək bazarının məzmunu və quruluşu

Əmək bazarı digər bazarlar sistemində aparıcıl möqeyə malikdir. əmək bazarı olmadan ne mikro (firmadaxili) və nə də makroiqtisadi, makromiqyaslı problemləri həll etmək olar. Nəinki birbaşa əmək bazarı ilə bağlı olan məsələlər, habelə inflyasiya, alıcılıq qabiliyyəti, gəlirlər, yığım və s. kimi makro və mikro problemlər istər-istəməz əmək bazarı baxımından araşdırılır və həll edilir. Əmək bazarında iş qüvvəsi bu bazarın obyektini təşkil edir. əmək bazarının subyektləri isə işə qəbul edənlər, işsizlər sərbəst işə düzələn işçilərdən ibarətdir. Əmək bazarında məhsul yox,əmək qabiliyyəti alınır, satılır. Bəlkə də satılmır,kontrakt qaydasında müəyyən müddətə istehsal amili kimi sahibkarın sərəncamına verilir. Bununla belə ,işçi qüvvəsindən istifadə hüququ muzdlu əməyin işə cəlb edilməsi səciyyəsi alır. əmək bazarının məkan,peşə və sosial baxımından aşağıdakı formaları vardır və orada özünəməxsus muzdlu əmək sövdələşməsi həyata keçirilir:



  1. Milli əmək bazarı

  2. beynəlxal əmək bazarı

  3. şəhər əmək bazarı

  4. kənd əmək bazarı

  5. lokal əmək bazarı

  6. yerli,bölgə əmək bazarı

  7. sosial qruplar üzrə əmək bazarı

  8. sahə mənsubiyyətli peşələr üzrə əmək bazarı

  9. fəhlə kadrları bazarı

  10. mütəxəssis kadrları bazarı

  11. qadın əmək bazarı

  12. gənclər əmək bazarı

  13. uşaq əmək bazarı

  14. mütəşəkkil və qeyri mütəşəkkil əmək bazarı

  15. pensiyaçıların faktiki əmək bazarı

Əmək bazarı sadəcə olaraq yer,məkan deyil. “Bazar” anlayışı əmtəə mübadiləsi sferasıdır, əmtəə mübadiləsi prosesidir. Əmək bazarı isə azad razılaşma əsasında işçi qüvvəsinin alqı-satqısı ilə bağlı sövdələşmə yeridi, məkanıdır. Burada başlıca mexanizm işçi qüvvəsinə tələb və işçi qüvvəsinin təklifi, habelə iş qüvvəsinin dəyəri olan əmək haqqıdır.

Əmək bazarını yalnız iş qüvvəsinin alqı-satqısı,qazanc əldə etmə motvinin əsası kimi qiymətləndirmək bir o qədər dəqiq olmaz. Əmək bazarında işçi həm də öz əmək qabiliyyətinin reallaşdırmaq imkanı əldə edir. Bundan başqa, əmək bazarında adi əmtəələr kimi deyil,müxtəlif dəyərlər formasının mübadiləsi baş verir.



Mövzu 6. Məşğulluğun mahiyyəti və əhəmiyyəti

İlk öncə məşğulluq haqqında yazmaq daha düzgün olar. Məğulluq istər keçmiş dövrlərdə, istərsə də müasir dövrdə dünya ölkələrinin qarşısında duran ən aktual,ən öndəduran problemi olmuşdur. Ələxsus da Azərbaycan kimi təzə bazar iqtisadiyyatı yolu seçmiş ölkələr üçün bu problem daha qabarıqdı. İnkişaf etmiş, sivilizasiyalı bazar sisteminin əhatə etdiyi və keçid iqtisadiyyatı şəraitində yaşayan ölkələr qanunauyğun bir hal olaraq çalışırlar ki, istehsal öz tam həcminə uyğun fəaliyyət göstərsin və tam məşğulluq təmin olunsun. Tam məşğulluq o deməkdir ki, əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxs işlə təmin edilməlidir. Bütün yararlı resurslardan istifadə olunmalıdır və əmək qabiliyyətinə malik olanlar məcburi surətdə işsiz qalmamalıdır. İstehsal vasitələrindən, o cümlədən yararlı torpaqlardan səmərəli istifadə olunmalıdır.

İstehsal prosesi o zaman öz gücü ilə fəaliyyət göstərə bilər ki, resurslar tam məşğul olsun və istehsal həcmindən tələb olunan səviyyədə istifadə olunsun. Əgər resurslar tam məşğul deyilsə iqtisadiyyat qarşısına qoyduğu maksimum nəticəyə nail ola bilməz. Deməli, bütün resurslardan və istehsal həcmindən tam istifadə edilməsi ölkədə tam məşğulluğun fəaliyyət göstərməsi deməkdir.

Məşğulluq haqqında müxtəlif nəzəriyyələr yaranmışdır. Belə nəzəriyyələrdən biri də məşğulluq barədə klassik nəzəriyyələrdir. Məşğulluq haqqında klassik nəzəriyyələrin nümayəndələri D.Rikardo, C.Mill, F.Edcuirt, A.Marşal və A.Piqudur. Klassiklərə görə bazar sisteminə mənsub olan öz-özünə nizamlama prosesi istehsalı tam məşğulluq səviyyəsinə qaldıra bilir. İstehlekçıların tələbinə bazarın strukturu uuyğun olanda bazar məhsullardan təmizlənir. Tam məşğulluq şəraitində sahibkarlar məhsul istehsal etməklə belə bir uyğunluğu təmin edə bilirlər.

Ölkədə məşğulluğun səviyyəsini müəyyən etmək üçün ən əvvəl əmək ehtiyatlarını müəyyənləşdirmək lazımdı. Azərbaycanda əmək ehtiyatlarına 16-63 yaşlı kişilər, 16-59 yaşlı qadınlar daxildir.

Azərbaycan Republikasının məşğulluq haqqında qanuna görə məşğul şəxslərə aiddir: muzdla işləyənlər, həmçinin əmək kontraktı ilə tam və ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa işi olanlar; sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar; haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər; Azərbaycan Respublikasının silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər; əmək qüvvəsinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasartırma, təhsil,istehsalatın dayanması və ya başqa səbəblərl ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar; Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları.



Mövzu 7. Sosial təminat və məşğulluq problemlərinin həlli yolları

Inкişаf еtmiş ölкələrdə işsizliyin səviyyəsi аrtmаğа mеyllidir. Məsələn, АBŞ-dа 60-сı illərdə işsizliyin səviyyəsi 5 %, 1995-сi ildə 5,6 %, Itаliyаdа 5 %, 1995-сi ildə 11,1 % оlmuşdur. Аzərbаyсаndа dа işsizlərin səviyyəsi yüкsəкdir.

İqtisadçıların fikrincə, məşğulluq qabiliyyətinə malik olan insanların 15 %i işsiz qalarsa, bu zaman cəmiyət üçün ağır problemlər yarana bilər. Məhz bu nöqteyi-nəzərdən hər bir ölkənin əmək bazarını tənzimləyən proqramı olur.

Azərbaycanda da işsizlik problemi getdikcə aktuallaşır, bu isə əlbəttə ki, bazar iqtisadiyyatına keçidlə əlaqədardır. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, respublikamızda qeyri-maddi istehsal sahələrində əhalinin məşğulluq səviyyəsinin artmasına və orada işləyənlərin keyfiyyət tərkibinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq, hazırda burada əhalinin məşğulluq səviyyəsinin o qədər də qənaətbəxş hesab etmək olmaz. Çünki bu dairədə məşğul olanların əksəriyyəti gənc nəslin böyüməsi və tərbiyə edilməsi, əhalinin təhsil və mədəni texniki səviyyəsinin yüksəldilməsi, onların sağlamlığının möhkəmləndirilməsi və ömür müddətinin uzadılması ilə məşğul olduqlarından orada çalışanların sayı və keyfiyyət tərkibi əhalinin ümumi sayı və onun yaş cins tərkibinin dəyişilməsinə uyğun olaraq artmalıdır. Laki buna baxmayaraq hələlik respublikamızda əhalinin ümumi sayı və onun yaş-cins tərkibi ilə qeyri-maddi istehsal dairəsində məşğul olanların sayı və keyfiyyəti arasında lazımi optimal nisbətlik yaranmamış və bu sahədə dövlət səviyyəsində mühüm tədbirlər görülməsini tələb edir. Müasir mərhələdə respublikada əhalinin məşğullu quruluşunun formalaşması xüsusiyyətlərindən biri də bazar münasibətləri sisteminə keçidlə əlaqədar olaraq yaranıb fəaliyyət göstərən yeni bazar iqtisadiyyatı strukturlarında işləyənlərin sayının get-gedə artması və bütünlükdə iqtisadiyyatla məşğul olanlar arsında onalrın xüsusi çəkisinin yüksəlməsindən ibarətdir. Bunu ondan gğrmək olar ki, 2009-ci ildə respublikamızda fəaliyyət göstərən 144 000 kiçik müəssisə, 796 müştərək və xarici müəssisə, 27 000 fərdi sahibkar və birjada 1 756 000 nəfər çalışmış və onlar bütünlüklə iqtisadiyyatda məşğul olanalrın cəmi 4,7 faizini təşkil etmişdir. Fəaliyyət göstərən həmin bazar iqtisadiyyatı strukturlarında məşğul olan 1 756 000 nəfər işçinin 1 057 000 nəfəri və ya 60,2 faizi kiçik müəssisələrin, 584 000nəfəri və ya 33,2 faizi xarici və müştərək müəssisələrin, 115 000 nəfəri və ya 6,5 faizi fərdi sahibkarlıqda və cəmi 68 nəfəri və ya 0,4 faizi birjaların payına düşmüşdür. Respublika əhalisinin məşğulluq quruluşunu xarakterizə edən mühüm göstəricilərdən biri də iqtisadiyyatda məşğul olanların iqtisadi fəaliyyət növləri üzrə bölgüsündən ibarətdir. İqtisadiyyatın həm maddi və həm də qeyri-maddi istehsal dairəsində kişilərə nisbətən qadınların, daha çox hissəsi təhsil, səhiyyə və sosial xidmətlərin göstərilməsi, digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi və daşınmaz əmlakla bağlı əməliyyatlar, idarə və istehlakçılara xidmət göstərilməsi sahəsində məşğul olmağa meyllidirlər.



Mövzu 8. İnsan resurslarının mahiyyəti
İnsan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin (ölkənin ) malik olduğu fiziki və intellektual imkanların məcmusunu təşkil edir. Onun tərkibində ən mühüm və aparıcı yeri fiziki və zehni cəhətdən inkişaf etmiş əmək qabiliyyətli yaşında olan əmək qabiliyyətli əhali tutur. Bu isə o deməkdir ki, konkret sosial-iqtisadi tarixi inkişaf mərhələsində, hansı ölkədə ictimai istehsal prosesinin əsasını və subyektini təşkil edən əhalinin fiziki və zeyni cəhətdən inkişaf etmiş hissəsi çoxdursa, həmin ölkə daha çox məhsuldar insan resurslarına malikdir. İnsanlar və onların istedadı ölkənin ən qiymətli resursudur. Buna görə də hər bir ölkədə və regionda həmin resursların idarə edilməsi və onlardan səmərəli istifadə olunması strateji vəzifəyə çevrilmişdir. İnsan resurslarının xüsusiyyəti ondan ibarətdir ki, əvvəla, insanlar nə qədər çox peşə fəaliyyətinə qoşulurlarsa, onlar bir o qədər çox həyat və peşə təcrübəsi qazanır, bir o qədər az vaxt ərzində peşə vəzifələrini daha keyfiyyətlə yerinə yetirir, ölkə, müəssisə, təşkilat və s. üçün daha çox dəyərlər yaradırlar; ikincisi, insanlar sosial idarəetmənin ən mürəkkəb obyektidir; üçüncüsü, insanların peşəkar olmsı üçün fəaliyyət növlərinin peşəkarlaşması çoxlu kapital sərfini tələb edir; dördüncüsü, peşəkarların fəaliyyətinin səmərəliliyinin yüksəkliyi onların imkanlarının düzgün idarə edilməsi sisteminin yaradılması ilə əldə edilir.

İnsan resurslarının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar rəqabət obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanaşı, səmərəli yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. Vətənimizin və xarici ölkələrin müəssisələrinin təcrübəsinin ümimiləşdirilməsi insan resurslarının idarə edilməısinin qlobal məqsədinin formalaşdırılmasına, yəni ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.)

malik olduğu əmək resurslarının daha səmərəli formalaşmasına, inkişafına və reallaşmasına imkan verir. Bu isə o deməkdir ki, ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) hər bir əmək qabiliyyətli adamının iş qabiliyyəti yaxşılaşacaq, öz əmək potensialını inkişaf etdirmək və ondan optimal qaydada istifadə etmək imkanı artacaq, bu isə, öz növbəsində bütünlükdə ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) malik olduğu iş qüvvəsinin fiziki və intellektual imkandan daha səmərəli istifadə olunmasına müsbət təsir göstərəcəkdir.

İnsan resurslarının idarə edilməsi təşkilatçılıq mühitinin bütün aspektlərini əhatə edir və özünə inteqrasiya edilməsi baxımından yanaşılmasını tələb edir. Çünki klassik iqtisadi nəzəriyyənin bəzi nümayəndələrinin düşündüyü kimi, dünyada qlobal rəqabətin yüksəlməsinin milli rəqabət qabiliyyətinin ən mühüm amillərini torpaq, kapital və təbii resurslar deyil, yüksək ixtisaslı və motivləşdirilmiş insan resursları təşkil edir. Ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) iqtisadi və başqa imkanları həmin resursların keyfiyyətindən və xarakterindən asılıdır.



Mövzu 9. İnsan resurslarının idarə edilməsini məqsədi və məzmunu
İnsan resurslarının idarə edilməsində başlıca məqsəd onların potensialından, yaradıcı imkanlarından maksimum istifadə edilməsidir. Lakin sözün geniş mənasında insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələləri əhatə edir:

- müəssisə, firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi heyətinə (ümumi və kateqoriyalar üzrə) tələbatın müəyyən edilməsi;

- əmək bazarının qiymətləndirilməsi və məşğulluq amilinin təhlili;

- əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf irəliləyişi;

- fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması;

- əmək məhsuldarlığının idarə edilməsi;

- əmək gəlirlərinin, müəssisə daxili əmək və istehlak ölçüsünün tənzimlənməsi;

- müəssisə daxili fəal sosial siyasətin aparılması;

- yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması;

- qabaqcıl əmək üsullarının tətbiqi;

- heyətin peşə - ixtisas hazırlığı;

- münaqişələrin yumşaldılması, idarə edilməsi;

- normal sosial- psixoloji mühitin yaradılması.

Məhz qeyd edilənlərə görə inkişaf etmiş sənaye ölkələrində, xüsusilə də ABŞ –da və Yaponiyada menecerlərin hazırlanması zamanı onların tədris planlarında yuxarıda qeyd edilənlərə xüsusi diqqət yetirilir. Məsələn, bu ölkələrdə sosial qrupların psixologiyası, təşkiletmə nəzəriyyəsi, insan davranışı, şəxsiyyətin psixologiyası, heyətin motivləşdirilməsi, rəhbərlik üslubu, situasiyaların araşdırılması, peşə fəaliyyətinin motivləşdirilməsi və s. məsələlər ayrıca fənn kimi öyrənilir.

İnsan resurslarına verilən əhəmiyyət özünü Yapon menecerlərinin qarşılarına qoyduqları vəzifələr içərisində onun nə qədər əhəmiyyət kəsb etməsində də bir daha özünü göstərir. Bunu Yaponiyada aparılan sorğunun nəticələrindən də görmək olar. Sorğu ilə əhatə olunan menecerlər özlərinin əsas vəzifələri haqqında suala aşağıdakı cavabları vermişlər ( soruşulanlar % - lə):

- insan resurslarının inkişafı - 85,3

- satış bazarının inkişafı - 72,8

- yeni məhsul və xidmətlərin yaranması - 63,8



- maliyyə strukturunun möhkəmləndirilməsi - 59,0

- yeni məhsul istehsalına cəhd etmə - 45,0

- yeni texnologiya - 44,4

- elmi – tədqiqat işləri - 43,1

- əmək münasibətlərinin sabitləşməsi - 36,2

- digər yaxın şirkətləri himayə etmə - 32,3

- təşkilati strukturun sadələşdirilməsi - 29,7



Mövzu 10. Demoqrafik siyasət

Bir qayda olaraq demoqrafıyanı əhali haqqında elm adlandırırlar. Bu fikirdə böyük həqiqət vardır. Lakin əhali haqqında olan elmi yalnız demoqrafıya ilə məhdudlaşdırmaq olmaz. Əhali və onun problemləri geniş və əhatəlidir. Ona görə də həmin problemlərin öyrənilməsində yalnız demoqrafık biliklə məhdudlaşmaq olmaz. Görünür, bu səbəb üzündən də son illər demoqrafıya, demoqrafık fıkirlər sahəsində də yeni keyfiyyət dəyişilikləri baş vermişdir, demoqrafıyanın özü nəzəri demoqrafıya, təsviri, regional, riyazi, statistik, iqtisadi demoqrafıya istiqamətlərində ixtisaslaşmış, əhali ilə bağlı olan sosial-iqtisadi prosesləri, proqnozları əhatə etmişdir. Çünki əhali problemlərinin mürəkkəbliyi, çoxcəhətliliyi yalnız statistik və riyazi metodların tətbiqi ilə təkamil halda araşdırıla bilməz.

Bərabər şərait daxilində əhalinin təkrar istehsalına dövlətin sosial-iqtisadi siyasəti və konkret tarixi şərait də təsir göstərir. Burada ailənin idealları ilə dövlətin iqtisadi potensialı və yaxud əksinə, bir-birilə uzlaşmaya da bilər. Bununla əlaqədar olaraq ölkənin, dövlətin demoqrafık siyasəti fəal və passiv ola bilər. Lakin demoqrafik siyasətin hansı səciyyə daşımasından asılı olmayaraq müvafiq iqtisadi amillər, əhalinin təbii hərəkəti, sosial mobilliyi, miqrasiyası kimi ən önəmli problemlər həmişə diqqət mərkəzində durmalıdır. Bunsuz ölkənin, cəmiyyətin tərəqqisi, əhalinin keyfiyyətcə artımı qeyri mümkündür,.

Demoqrafık siyasət sosial-iqtisadi siyasətlə üzvü halda bağlı olsa da onu müstəqil siyasət formasına aid etmək olar. Beləki, miqrasiya (daxili və xarici miqrasiya) siyasəti, əhalinin təbii hərəkəti ilə bağlı siyasət əhalinin yerləşdirilməsi, əhali sakinliyi, əhalinin sağlamlığı, ölüm və doğuma təsir edən amillərin, evlənmə-boşanma, mənzil, ekoloji, təhsil, təlim-tərbiyə problemlərinə, az təminatlı, çox uşaqlı ailələrə, yaşlı əhaliyə yardım məsələlərinə yeni qaydada yanaşmağı tələb edir. Lakin iqtisadi məhdudiyyətlik (cəmiyyət və hər bir ailə baxımından) ənənəvi demoqrafık ideallara, dəyərlərə əməl etməyə, statistika ifadəsində desək əhalinin təkrar istehsalı netto-əmsalını vahiddən yuxarı qaldırmağa stimul yaratmır. Ona görə də demoqrafik siyasətin həyata keçirilməsində iqtisadi, mənəvi, inzibati-hüquqi aktların, mexanizmlərin bir-birini düzgün tamamlaması son dərəcə vacibdir.



Əmək ehtiyatlarının təkrar istehsalı xərcləri və xərcləri qaytarma. Ayrı-ayrı fərdlərin və məcmuu işçi qüvvəsinin təkrar istehsalı xərclərini hesablamaq, müəyyən etmək planlı və yaxud plansız iqtisadi modeldən, iş qüvvəsinin əmtəə və qeyri əmtəə olmasından asılı olmayaraq zəruridir. Hər bir dövlət, cəmiyyət, hətta ailə gələcək əmək ehtiyatlarının nə qədər xərc tələb etməsilə maraqlanmalıdır. Müasir dövrdə əmək ehtiyatlarının təkrar istehsal xərclərinin sosial-iqtisadi formaları dəyişildiyinə, habelə bu xərclərdə dövlət və ailə xərcləri nisbətləri dəyişildiyinə görə həmin xərclər həm dövlət xərcləri və həm də özxərcini ödəmə variantında aparılmalıdır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət