Ana səhifə

AZƏrbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm məRKƏZİ elmi TƏDQİqat «aqromexaniKA» İnstitutu


Yüklə 242.6 Kb.
tarix08.05.2016
ölçüsü242.6 Kb.
AZƏRBAYCAN RESPUBLİKASI

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AQRAR ELM MƏRKƏZİ
ELMİ TƏDQİQAT «AQROMEXANİKA» İNSTİTUTU

«RESPUBLIKANIN IQTISADI RAYONLARI ÜZRƏ YENI TƏSƏRRÜFATÇILIQ ŞƏRAITINDƏ TEXNIKI XIDMƏT VƏ TƏMIR MÜƏSSISƏLƏRINDƏ DIAQNOSTIKA, TƏMIR VƏ TEXNIKI XIDMƏT IŞLƏRININ VƏ MÜASIR AVADANLIQLARIN SEÇILMƏSI HAQQINDA»


TÖVSİYYƏ


GƏNCƏ – 2014

G İ R İ Ş
Kənd təsərrüfatı respublikanın ən vacib sahələrindən biridir. Burada ölkənin əhalisi üçün qida məhsulları, emal sahəsi üçün xammal istehsal olunur. Əhalinin istehlak mallarına olan tələbatının 75%-dən çoxu kənd təsərrüfatının üzərinə düşür. Belə ki, Respublikamızda əhalinin 48 faizi kəndlərdə yaşayır. Hazırda ölkə üzrə iqtisadi cəhətdən fəal əhalinin 1 milyon 553 min nəfəri, yaxud 38,3 faizi kənd təsərrüfatında çalışır. Azərbaycanda hər nəfərə 0,55 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi və 0,2 hektar əkin sahəsi düşür. Hal- hazırda kənd təsərrüfatı məhsullarının istehsalı üəün ölkənin 40% torpaq sahəsi istifadə olunur.

Azərbaycanın kənd təsərrüfatında islahatlar bazar iqtisadiyyatına keçid, dövlətin himayəsinin azalması şəraitində aparılmışdır. Texnikanın çatışmamazlığı onların həddən çox yüklənməsinə gətirib çıxarır. Texniki vasitələrin az olması və onların fiziki köhnəlməsi mexanikləşdirilmə işlərinin lazımi aqromüddətdə aparılmasına imkan vermir. Bunun nəticəsidir ki, məhsuldarlıq azalır və itkilər çoxalır, bu da istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərini yüksəldir.

Bunun qarşısını almaq üçün respublikada texniki xidmət- təmir sistemini bərpa etmək lazımdır. Ölkəmizdə hazırkı vəziyyət demək olar ki, analoqu olmayan problemlər yaradıb. Respublikada istifadə və istismar edilən texnika üçün biz hal-hazırda nə Avropa nə də Rusiyada olan modelləri əötürə bilmirik. Əünki Avropada bu problemi texnikanı istehsal edən şirkətlər həll edir. Rusiyada isə texnikanı istehsal edən zavodlar və texniki xidmət-təmir müəssisələri mövcuddur. Qeyd edilənləri nəzərə alaraq texniki xidmət-təmir sistemininin təşkilini problem kimi həll edilməlidir.

Respublikada mərkəzi təchizatın ləğv edilməsi, yenisinin təşkil edilməməsi, texnika və ehtiyyat hissələrinin qiymətlərinin yüksək olması, xidmət və təmir müəssisələrinin olmaması texnikadan səmərəli istifadəni aşağı salmışdır.

Mövcud fermer təsərrüfatlarının sahələri kiçik olduğundan, məhsulun maya dəyərini azaltmaq mümkün deyil. Bunun nəticəsində onlara öz xidmət və təmir sahələrini yaratmaq isə sərfəli deyil. Buna görə texnikadan istifadə normaları və «Aqroservis» müəssisələrinin yaradılması aktual problem olaraq mütəxəssislər qarşısında qoyulur.

Azərbaycanda bu günki şəraitdə xidmət sisteminin yaranması üəün xarisi ölkələrin təcrübəsi öyrənməli və yerli şərait üçün forma və modellər işlənməlidir.




  1. Respublikada texniki xidmət və təmir sisteminin müasir vəziyyəti.

Respublikamızda mövsud xidmət və təmir sistemi artıq sıradan əıxmışdır. Nə dövlət nəzarətindəki, nə də özəlləşdirilmiş xidmət sahələri öz funksiyasını yerinə yetirmirlər. Bazar münasibətlərində bu sahələr demək olar ki öz fəaliyyətini dayandırıblar.

Aparılmış tədqiqatların nəticələri göstərir ki, kənd təsərrüfatı müəssisələrində texniki xidmət, maşın və avadanlıqların istismar səviyyəsi çox aşağıdır. Yəni respublikada istehlakçılar və kənd təsərrüfatı avadanlıqları istehsalçıları arasında inkişaf etmiş iqtisadi əlaqələr yoxdur. İstehlakçılar və istehsalçılar arasında müqavilə əlaqələri və onların həyata keçirilməsi dəyəri pozulmuş, onlar arasında rəqabət, iqtisadi məsuliyyət və maliyyə nizam-intizam prinsipləri işləmir. Materialların, avadanlıqların istismar, təmir və saxlama xərcləri xeyli artmışdır.

Digər mühüm məsələ təsərrüfatlarda mövcud olan texnikadan səmərəli istifadə edilməsidir. Aqrar istehsalatı texniki vasitələrsiz, müasir texnologiyalarsız təsəvvür etmək mümkün deyil. Odur ki, kiçik təsərrüfatların birləşməsi zamanı hər bir təsərrüfatın hesabındakı texnika birləşmənin şərtlərinə müvafiq olaraq bir yerə cəmləşdirilməli və mərkəzləşdirilmiş maşın-traktor parkı yaradılmalıdır. Ancaq mərkəzləşdirilmiş maşın-traktor parkında toplanan texnika da bəzən ərazidə becərilən vermir. Çünki həmin texnikanı işlədənlərin heç də hamısı yüksək peşəkar olmaya bilər. Bu səbəbdən gündəmə daha yüksək peşəkarlıq tələb edən və xüsusi mürəkkəb texnika ilə yerinə yetirilən texnoloji proseslərin icrası üəün ixtisaslaşmış aqrotexniki servis müəssisələrinin yaradılması və aqrolizinq xidmətinin təşkili məsələsi gəlir. Bu zaman ölkəmizin kənd təsərrüfatı üçün xarakterik olan aqrotexniki servis müəssisələri, aqrolizinqin rayon strukturları və müxtəlif istiqamətli mexanikləşdirilmiş dəstələrin yaradılması bir model kimi qəbul edilə bilər. Eyni zamanda, texnikadan qarşılıqlı istifadənin Qərb modellərini, yaranan kooperativlərin bəzilərinin səciyyəvi xüsusiyyətlərini, müsbət tərəflərini tətbiq etmək olar.

 Texnikadan təsərrüfatlararası səmərəli istifadəni təşkil edərkən onun il ərzində balanslı yüklənməsinə, traktorlarla aqreqatlaşdırılan maşın və alətlərin sayının optimal nisbətdə olmasına, texnikanı idarə edən operatorların peşəkarlığının yüksəldilməsinə, texnikanın saz saxlanılması və servisinin təşkili üçün imkanlardan operativ istifadə edilməsinə, həm texnika sahiblərinin, həm də texnikadan ödənişlə istifadə edənlərin gəlir əldə etməsinə imkan yaranır. Kənd təsərrüfatında mövcud resurslardan səmərəli istifadə edilməsi eyni zamanda, kooperativ təsərrüfatlarda becərilən bitkilərin məhsuldarlığının yüksəldilməsinə, məhsul vahidinin maya dəyərinin azaldılmasına, istehsalın genişləndirilməsi və daxili investisiya qoyuluşu üçün sərbəst maliyyə ehtiyatının yaranmasına, xalis gəlirin və təsərrüfatın rentabelliyinin artmasına imkan verəcək.

Maşın traktor parkının keyfiyyət və kəmiyyət tərkibinin işlənməsi təkcə texniki siyasətin müəyyən edilməsinə yox, həmçinin də mövcud texnika parkının hazırlıq dərəcəsini, region üzrə texnikanın manevr etməsini və s. işlərə kömək edə bilər.

Fermerlərin ödəniş imkanları nəzərə alınaraq xidmət və təmir sistemi yenidən qurulmalıdır. Hazırda istismar edilən texnikanın etibarlıq göstəriciləri haqda informasiya demək olar ki, yoxdur. Əvvəllər texnikanın orta yaşı 5-8 il olmuş və bu traktorlar haqda kifayət qədər məlumat toplanmışdır. Traktorların texniki xidmətə və təmirə gəlmə intensivliyi onlara xidmətin orta müddəti, orta illik iş həcmi və s. Haqda lazım olan məlumatlar toplanmışdır. Bu məlumatlarla yanaşı planlı xidmət sistemində təmirin və xidmətin vaxtaşırlılığı məlum idi. Texniki vəziyyətindən asılı olmayaraq, texnika məcburi təmirə göndərilirdi. Təmir sistemi üçün metodikalarda bu planlı sistemə əsasən işlənmişdir. Hazırki şəraitdə isə mövcud olan metodikaların heç biri işləmir. Xaricdə işlədilən metodikalar isə bizim şəraitə uyğun gəlmir.

Yerli şəraitdə texniki xidməti və təmiri proqnozlaşdırmaq üçün, istismarda olan texnikanın orta illik iş həcmini, onların yaşını, xidmətə və təmirə gəlmə intensivliyini, xidmətin və təmirin orta vaxtının, iş həsminin fermerlər və texniki servislər arasında bölünməsini bilmək lazımdır. Bu informasiyaları toplamaq çətinləşib.

İxtisaslaşdırılmış təmir müəssisələrinin kənd təsərrüfatı rayonlarından uzaqda yerləşməsidə problemlər yaradır. Nəqliyyat xərcləri yüksək olduğu üçün fermerlərə belə xidmət sərfəli olmur.

Qeyd edilənləri nəzərə alaraq texniki xidmət və təmir sistemində tədqiqatlar aparıb bu sistemin yenidən qurulmasını işləmək respublika üçün ən mühüm problemlərdən biridir.

Aparılmış tədqiqatların nəticələri onu göstərir ki, respublikada mövcud xidmət və təmir sistemi demək olar ki yox vəziyyətdədir.

Xarici ölkələrin təcrübələrinin analizi göstərir ki, bütün inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı dövlət tərəfindən maddi yardımla təmin edilir.

Kənd təsərrüfatı texnikasının xidmət və təmirinin təşkili formaları cürbəcür olmaqla onlar ümumi prinsiplərə malikdir.

Birincisi odur ki, texnikanın texniki vəziyyətinə bütün istismar dövründə onu istehsal edən şirkətlər məsuliyyət daşıyır. ABŞ-da bu qanunvericiliklə təmin edilmişdir. Bu ölkədə kənd təsərrüfatı texnikasına istehsalçı şirkətlərin 90%-ı özləri texniki servis və təmirlə məşğul olmurlar, onların azad diler müəssisələri tərəfindən aparılmasını təşkil edirlər.

Şirkətlər fasiləsiz olaraq özləri istehsal etdikləri texnikanın bütün modellərini ehtiyyat hissələri ilə təmin edirlər. Istehsalçı şirkətlərin texniki servis sisteminə texniki sənədlərlə, ehtiyyat hissələri ilə təchizat, xidmət-təmir təşkili, mütəxəssislərin öyrədilməsi daxildir.

Xarici ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatı texnikası ilə təchizata aşağıdakı istiqamətlər daxil olmalıdır:

- texniki resurslar real tələbatlara və kənd təsərrüfatı istehsalçıların ödəmə qabiliyyətinə tabe olmalıdır;

- texnikanın istehlakçıya çatdırılmasının xərclərinin minimuma endirilməsi;

- yüksək keyfiyyətli xidmətin təşkili.

Xidmət sahələri necə formalaşmalıdır? Bu sahədə islahatlar hansı istiqamətlərdə aparılmalıdır? Hansı texnika və ehtiyyat hissələrinə daha çox tələbat var? Bu problemlər haqda məlumat toplamaq üçün marketinq tədqiqatı aparılmalıdır.

Hazırda respublika üzrə istismar edilən texnika haqqında, yəni onların sayı, etibarlılıq göstəriciləri, xidmətə və təmirə gəlmə intensivliyi, onlara xidmətin orta müddəti, orta illik iş həcmi və s. informasiya demək olar ki yoxdur. Mövcud olan statistik məlumatlar yalnız əsas və iriləşmiş qruplar üzrə aparılıbdır, bu da rayon və regionlar üzrə texnikanın strukturunu, yaş tərkibini, təzələnməyini və silinməsini tam təsəvvür etməyə imkan vermir.

Yuxarıdakıları qeyd olunanları nəzərə alaraq respublikada texnika üzrə kompüterləşmiş monitorinq sisteminin yaradılmasına və diler xidmətinə çox böyük ehtiyac olduğunu göstərir.
2. Maşınlar parkının monitorinq sistemi

Qeyd etdiyimiz kimi, konkret növ texnikaya tələbat, onların vəziyyətinə dair əməli və həqiqi məlumatlar bir çox kənd təsərrüfatı sahələri üçün vacibdir. Bu məlumatları toplamaq ağır bir işdir. Ona görə də respublikada kompüterləşmiş monitorinq sisteminin yaradılması çox aktual bir məsələdir.



Şəkil 1. Respublika üzrə maşın-traktor parkının monitorinq sisteminin modelinin strukturu


Kənd təsərrüfatı istehsalının və onun resurs təchizatının idarəetməsinin əsaslandırılmış həlli üçün bu monitorinq sistemi aşağıdakı suallara savab verməlidir:

- rayon və regionlar üzrə kənd təsərrüfatının texnika ilə faktiki təmin olunması və gələcəyə proqnozlaşdırılması;

- maşın-traktor parkının köhnəlmə dərəcəsinin təyin edilməsi, çıxdaş olunması və təzələnməsi tendensiyasının aşkar edilməsi.

Kompüterləşmiş sistemin çıxış informasiyasının tərkibi şəkil 2-də verilmişdir.

Şəkil 2. MTP-nin kompüterləşmiş monitorinq sisteminin əıxış informasiyasının tərkibi



Bunun nəticəsində texniki servis xidmətinin (TS) effektiv fəaliyyət göstərməsi üçün texniki servisin informasiya təminatının (IT) təkmilləşdirilməsi vacibdir.

Bu məqsədlə texniki servisin informasiya təminatına əhəmiyyətli təsir göstərən sistemaltı məsələlərin seçilməsidir. Texniki servis və informasiya təminatı sistemlərinin qarşılıqlı əlaqəsi şəkil 3-də göstərilibdir.

Belə ki, (b) sistemaltının effektiv işləməsi tam informasiya təminatından (IT) asılıdır və (a, b)-in məsələlərinin həllinin effektivliyinin yüksəlməsinə təsir edir.

Sistemaltının (q-k) effektiv işinin artmasına informasiya təminatının təsiri 50-60 %-a çatır. Sistemaltının (a-q, i-k) effektivliyindən istismar edilən texnikanın keyfiyyəti və etibarlılığı asılıdır. Bunun nəticəsində dayanmağa qədər işləmə müddətinin artmasına gətirir.


Şəkil 3. Informasiya təminatı (IT) və texniki servis (TS) məsələlərinin əlaqəsi



Texniki xidmət və təmirin effektivliyinin artması texnikanın texniki xidmət və təmirə dayanma vaxtını azaldır. Utilizasiya vaxtı detalların və düyümlərin keyfiyyətli seçilməsi saxlanmış (köhnə) texnika bazarını çoxaldır və onların işləmə müddətini uzadır.

Yeni şəraitə uyğun olaraq texniki xidmət və təmir sisteminin inkişafı üçün texniki servisin rayon üzrə idarəetmə strukturunu təklif edirik.

Şəkil 4. Rayon üzrə texniki servisin idarəetmə strukturu

Texniki xidmət sisteminin təkmilləşmə prosesində bizim tərəfdən planlı-qabaqlanma texniki xidmət və təmir sistemi seçmək labüddür. Texniki xidmət və təmir idarəetmə sisteminin ən perspektiv istiqaməti düyümlərin və birləşmələrin diaqnostikası qabaqcıl informasiya texnologiyaları əsasında olmalıdır.



Şəkil 5. Maşının texniki vəziyyətinin idarəetmə sxemi


Ümumi şəkildə konkret maşının texniki vəziyyətinin idarəetməsi aşağıdakılardan ibarətdir:

- əsas tərkib hissələrinin parametrlərinin ölçülməsi;

- müəyyən edilmiş qiymətlərin buraxıla bilən qiymətlərlə müqayisəsi;

- əsas tərkiblərin qalıq resursunun təyini;

- təmir-xidmət işlərinin növ və həcminin təyini;

-texniki xidmət və təmir işlərinin tam şəkildə yerinə yetirilməsidir.
3. Maşınlar parkına diler xidməti.

Təsərrüfatlar məcburdurlar ki, köhnəlmiş texnikaları öz xüsusi emalatxanalarında özlərinin köhnə işlənib əldən düşmüş avadanlıqlarının hesabına bir çox mürəkkəb təmir işlərini yerinə yetirsinlər. Bu zaman əksər hallarda işlənib əldən düşmüş hissələrin olunur. Nəticədə isə bu cür maşın təmirindən sonra onlar çox tezliklə sahə işlərinin qızğın vaxtlarında sıradan əıxır.

Elə buna görə də kənd təsərrüfatında effektiv diler xidmətinin təşkili təsərrüfata kömək olmaqla onların MTP- nin işlək vəziyyətdə saxlanmasına böyük köməklik edir.

Bununla belə diler fəaliyyətinin dəqiq sərhədlərini müəyyən etmək lazımdır, belə ki, bir çox müəlliflər hesab edir ki, buraya istismar müddətində bütün texniki təmir xidmətlərinin həcmi daxil edilməlidir. Xarici ölkələrin diler xidmətinin təcrübəsi göstərir ki, onlar satışdan qabaq və sonra da satılmış maşınların istismarının qarantiya müddəti keçənə qədər onların məhsuliyyətini çəkməlidir, həmçinində onları xidmətin sonuna qədər ehtiyat hissələri ilə təchiz etməlidirlər. Bunlar dilerin vəzifə dairəsini təyin edir.

Buna görədə qarantiya müddəti qurtardıqdan sonrada texnikaya xidmət etmək dilerin bir başa vəzifəsidir və bunlar xüsusi müqavilə əsasında və əlavə ödəniş aparmaqla yerinə yetirilir.

Diler müəssisələri, aqrar təchizat idarələri sistemi bazasında (bütün ölkənin ərazisində) təşkil olunmalı və yaxud da texnikanı istehsal edən zavodların marketinq xidməti orqanlarından müstəqil təşkilat kimi yaradıla bilər.



Diler şəbəkəsi - bunlar satış firmaları olub, müəssisənin məhsulunu sonda alıcılara satmaqla məşğul olurlar. İstehsalçılar məhsulun müvəffəqiyyətlə bazara çıxarılmasında və satışın

yüksək inkişafında maraqlıdılar



Dilerlərin üzərinə aşağıdakı funksiyaları həvalə edirlər:

1. məhsulun alqı-satqı işlərinin yerinə yetirilməsi, xidmət, qiymətli kağızlar, maliyyə sənədləri;

2. kredit-pul xidmətləri imkanları yaratmaq;

3. alqı-satqı üçün lazım olan sənədlərin hazırlanması, hüquqi və fiziki şəxslər arasında müvafiq müqavilələr bağlamaq;

4. satışın təşkilində proqressiv metodların tətbiqi;

5. satılan malların və göstərilən xidmətlərin reklamında iştirak etmək;



  1. hazırlanan sənədlərin və kommersiya sirrlərinin saxlanmasını təmin etmək.

Diler ona həvalə edilmiş funksiyaları yerinə yetirmək üçün aşağıdakı vəzifələri yerinə yetirməlidir:

1. topdan satış məhsullarının satış və yaxud alınması işlərini (cəld və yaxud təcili), aksiyaları, istiqraz vərəqələri, başqa maliyyə sənədləri və qiymətli kağızlar, xarici valyutada daxil edilməklə, kredit- pul və başqa xidmətləri yerinə yetirir;

2. mal və xidmətlərə tələbat müəyyən olunur və formalaşdırılır, məhsul istehlakçısı (xidmət) ilə işgüzar münasibət yaratmaq;

3. bazarın inkişaf konyukturasını və ənənələrini, malın qiyməti, tələbatı və verilmiş xidmətlərə tələbat öyrənilir;

4. mövcud mal bazarından və yaxud təcili bazardan təşkilatın və yaxud müştərinin adından malların alqı- satqısını yerinə yetirir;

5. alıcılara istehlak malları və xidmətlərin xarakteristikasına aid məsləhətlər verir, ayrı- ayrı tip məhsullar və yaxud xidmətləri ilə onlara analoji olan başqa xidmətlərin müqayisəsində üstünlükləri göstərir;

6. alqı- satqı, alınan və göndərilən mallar haqqında lazımı sənədlər hazırlanır, həmçinində hüquqi və fiziki şəxslər arasında müqavilə bağlanılır, onların saxlanması təmin edilir;

7. investisiya fəaliyyətində iştirak edən müştərilər və kompaniyaların etibarlılığı haqqında məlumatlar, mal və maliyyə bazarlarında və gözlənilən dəyişikliklər analiz olunur, müştərilərə onların vəziyyəti və inkişaf perspektivləri barədə məsləhətlər verilir;

8. malların satılması və göstərilən xidmətlərin müddətinin azaldılması, satış həcminin yüksəlməsi, müştərilərin sayının artması (o cümlədən də daimi müştərilərin sayının artmasına), sistematik olaraq mal və xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına, müştərilərə xidmət keyfiyyətinin genişləndirilməsinə, nəqliyyat xərclərinin azaldılmasına şərait yaradır;

9. satılan mallar və göstərilən xidmətlər haqqında daxil olan şikayətlər öyrənılır, onların aradan qaldırılması üçün tədbirlər qəbul olunur, həmçinində müştərilərə dəyən maddi ziyanlarının səbəbi öyrənilir;

10. fəaliyyətdə olan standartlar və normalara əməl olunması, onların saxlanmasının təşkili, malların nəqli və satışı, həmçinində satış əməliyyatlarının təkmilləşdirilməsi təmin olunur;

11. işdə texniki vasitələr və əlaqə kanallarından geniş istifadəsi təşkil olunur, satılan mallar və təqdim olunan xidmətin reklam olunmasında iştirak edirlər:



  1. kommersiya sirrlərinin saxlanmasını təmin edir;

  2. ona tabe olan agentlərin işinə rəhbərlik edir.



Dilerin bu hüquqlar vardır:

1. onun fəaliyyəti barədə təşkilatın rəhbərliyinin çıxardığı qərar layihəsi ilə tanış olmaq;

2. qüvvədə olan təlimata əsasən vəzifə borcu ilə əlaqədar olaraq iş şəraitini təkmilləşdirilməsi barədə rəhbərliyə təklif irəli sürmək;

3. öz funksiyasını yerinə yetirdiyi prosesdə iş zamanı ortaya çıxan bütün çatışmamazlıqlar barədə rəhbərliyi biləvasitə xəbərdar etməli və öz səlahıyyəti hüdudunda onların aradan qaldırılması barədə təkliflərini təklif edə bilər;

4. öz vəzifə borcunu yerinə yetirmək zəruriyyətində rəhbərlərdən və şöbələrin mütəxəssislərindən məlumatlar və sənədlər tələb etmək və almaq;

5. başqa struktur şöbələrdə işləyən mütəxəssisləri onun funksiyasına həvalə edilmiş sahədə işləməyə cəlb etdikdə (əgər bu həmin struktur şöbənin nizamnaməsində nəzərdə tutulmuşdursa) təşkilatın rəhbərinin icazəsi olmalıdır;

6. təşkilatın rəhbərliyindən özünün vəzifə və hüquqlarını yerinə yetirməyi tələb edə bilər.
Əksəriyyət dilerlərə xarakterik olan hallar:

*bazara istiqamətləndirilmişdir (istehlakəının tələbini nəzərə alaraq rəqibləri təqib edir);

*marketinq-istiqamətləndirici sayılır;

*bütün prosseslərin yerinə yetirilməsində birinci növbədə nəticə və effektliliyə istiqamətləndirilirlər;

*işçi heyyəti idarə etdikdə qarşıya ilk növbədə hər bir işçinin qarşısında spesifik vərdiş və biliklərin maksimal məhsuldarlıqda olması məsələsi qoyulur ( insanları idarə etmirlər, onları istiqamətləndirirlər);

*biznesin idarə olunmasında özünün bu işə yanaşma qabiliyyətini və bu yanaşmanı daima təkmilləşdirməlidir;

*bütün fəaliyyət növlərində onlar standartlara bərabərləşməyə dünya ölkələrinin dilerlərinin çatdıqlarına can atırlar;

*öz məqsədlərində onlar məqsədyönlü olaraq əlverişli yollar axtarırlar;

*daima xarici və daxili fəaliyyətdəki maksimal effektivliyi təmin etmək üçün lazım gələn əlverişli şəraitdən istifadə edirlər;

*bütün işcilərin daimi ixtisasının artırılmasını təmin edirlər;

*təsərrüfat fəaliyyəti həcmində maya dəyərinin təyini metodlarını qəbul edirlər;

*bütün iqtisadi dairələrdə məsrəflərin idarə olunmasını yerinə yetirirlər;

*daima sənədləşmənin bütün prosseslərini yerinə yetirirlər;

*tədarükçü və istehsalçı arasında uzunmüddətli partnyorluq münasibəti yaradırlar;

*daima yüksək kvalifikasiyalı məsləhətçilərdən istifadə edirlər.
4. Kənd təsərrüfatı istehsalatında təmir bazalarının və servis xidmətinin formalaşmasında xarici təcrübə.

Xaricdə təmir bazası və servis xidmətinin fəaliyyətinin müxtəlif istiqamətlərinə baxaraq, qeyd etmək lazımdır ki, onun təşkilatı strukturu birinci növbədə texnikanın cəlb olunması və istifadə olunma üsullarından çox asılıdır.

Texniki xidmət təşkil edilmədən texnikanın satışı qadağandır. Burada kənd təsərrüfatı texnikasının xidmət və təmirinin əsas iş həcmini dilerlər yerinə yetirirlər. Mütəxəssislərin qiymətləndirməsinə əsasən diler məntəqələrinin ümumi əmək sərfinin 40....50%-i maşınların texniki xidmət və təmirinin payına düşür. Bütün görülən işlərin 20%-ə qədəri müstəqil təmir emalatxanalarında və 30...40% isə fermalarda, əsasən iri fermalarda yerinə yetirilir. Diler tərəfindən yerinə yetirilən işlərin həcmı tədricən azalır, bunun nəticəsində isə fermalarda yerinə yetirilən işlərin həcmi artır.

Ailə fermerlərinin torpaq sahələri kiçik olan ölkələrdə (Avropanın bəzi ölkələrində 80% fermerlərinin torpaq sahələri 20 ha, bəzilərində isə 94% fermerlərinin torpaq sahələri 50 ha təşkil edir) maşın servislərinin öz xüsusiyyətləri vardır. Maşınlara texniki xidmət yağın, süzgəclərin və sair hissələrin dəyişdirilməsi, konservasiya və s. bir qayda olaraq fermerlər yerinə yetirirlər. Diaqnostika və mürəkkəb işlər ancaq ixtisaslı mütəxəssislər tərəfindən emalatxanalarda yerinə yetirilir.

Almaniyada təmir işləri aşağıdakı qeyd olunan emalatxanalarda yerinə yetirilir:


  • ailə fermerlərinin xüsusi emalatxanaları;

  • podaratçı emalatxanalar və maşın birlikləri,

  • həmçinində daimi personalı olan iri fermerlər;

  • bir neçə fermerin birləşmiş emalatxanaları;

  • müstəqil dəmirçi və çilingər emalatxanaları;

  • kənd təsərrüfatı maşınları üzrə satış müəssisələrinin ixtisaslaşdırılmış emalatxanaları;

  • rayonlararası ixtisaslaşdırılmış ayrı- ayrı aqreqatların təmiri emalatxanaları.

Bir çox ölkələrin kənd təsərrüfatında istehsalat- texniki xidmət şəbəkəsinin təşkilat strukturu üə əsas hissəyə ayrılır: istehsaləı, diler və istehlakçı (fermer).

Texniki servisin ümumi sxemi aşağıda verilmişdir.




Şəkil 6. Texniki servisin ümumi sxemi





  1. Respublıkanın iqtisadi rayonlari üzrə texniki xidmət və təmir müəssisələrinin və onlar üçün avadanlıqlarının seçilməsi.

Maşın traktor parkının keyfiyyət və kəmiyyət tərkibinin işlənməsi təkcə texniki siyasətinin müəyyən edilməsinə yox, həmçinin də mövcud texniki parkın hazırlıq dərəcəsini, reəion üzrə texnikanın manevr etməsini və s. işlərə kömək edir.

Fermerlərin ödəniş imkanları nəzərə alınaraq xidmət və təmir sistemi yenidən qurulmalıdır. Burada şəkil 7-də 50 ədəd traktor parkına qulluq etmək üçün MTE-nin (mərkəzi təmir emalatxanası) texnoloji planlaşdırılması sxemi verilmişdir. Şəkil 8, 9 və 10-da isə A, B və T tipli təmir xidmət bazalarının sxemləri verilmişdir.

Aşağıda verilmiş cədvəl 1-də MTE-nin tipik layihələrinin qısa xarakteristikası verilmişdir. Burada 50 və 70 əsəs traktora xidmət etmək üçün TP-816-1-47.83 və TP-816-1-45.83 tipik layihələrinin qısa xarakteristikası verilmişdir.



Şəkil 7. 50 əd traktor üçün nəzərdə tutulan MTE (mərkəzi təmir emalatxanası) texnoloji planlaşdırılması.


1-xaricdən yuma meydanəası; 2- kompressor şöbəsi; 3- boya hazırlanma meydanəası; 4-traktorların diaqnostika meydanəası; 5- rənələnmə məntəqəsi; 6-sökmə-yuma şöbəsi; 7-qüsurların aşkar olunması və kompletləşdirmə meydanəası; 8-aqreqatların təmiri meydanəası; 9-mühərriklərin cari təmiri meydanəası; 10-mühərriklərin sınağı meydanəası; 11-qaynaq şöbəsi; 12-dəmirəi-polimer meydanəası; 13-mis- tənəkə şöbəsi; 14-cilinğər mexaniki şöbə; 15 elektrik avadanlıqlarının təmiri meydanəası; 16-yanacaq apparaturalarının təmiri meydanəası; 17-hidravlik sistemin təmiri meydanəası; 18- vulkanizasiya meydanəası; 19- k/t maşınlarının təmiri meydanəası; 20-ferma avadanlıqlarının təmiri meydanəası; 21-üz vurma meydanəası; 23-nizamlama meydanəası; 24-traktorlara TX meydanəası; 25- avtomobillərə TX meydanəası; 26-məişət binası; 27-qazaəenerator; 28- nərdivan qəfəsəsi.


Cədvəl 2-də isə texniki xidmət, diaqnostika və təmir müəssisəsi üəün lazım olan avadanlıqların siyahısı verilmişdir.
Şəkil 8. A tipli təmir- xidmət bazasının sxemi.




I. Kənd təsərrüfatı maşınlarına texniki xidmət və təmir sektoru.

1-mərkəzi təmir emalatxanası; 2- təmir gözləyən traktorlar; 3-emalatxana; 4-texniki materiallar anbarı; 5-transformator yarımstansiyası; 6-yük qaldırma qabiliyyəti 3.2 t olan monorelslə təchiz olunmuş kənd təsərrüfatı maşınlarını nizamlamaq üçün talvar; 7-maşınları qısa müddətli saxlamaq üçün ehtiyat meydança; 8- təmirdən çıxmış maşınlar üçün dayanacaq meydançası; 9-təkərli traktorlardan ibarət aqreqatlar üçün dayanacaq məntəqəsi; 10-zəncirli traktorlardan ibarət aqreqatlar üçün dayanacaq məntəqəsi; 11-kənd təsərrüfatı maşınlarının nizamlanması üçün meydança; 12- xidməti məişət binası;



II. Avtomobillərin texniki xidmət və təmir sektoru.

13- maşınların yuyulma meydançası; 14-şəxsı nəqliyyatın dayanacaq meydançası; 15- yedəklər üçün dayanacaq meydançası;

16- avtomobil qarajı; 17- avtomobillərin dayanacaq məntəqəsi; 18- kalorifer məntəqəsi; 19- qoşqulu maşınlar üçün dayanacaq meydançası; 20- avtoqatarların dayanacaq məntəqəsi; 21-istilik generator məntəqəsi; 22- yanğın söndürmə rezervuarı;

III. Maşın heyyəti.

23- altı ədəd kombayn üçün saray; 24- kombayn saxlanması üçün meydança; 25-kənd təsərrüfatı maşınlarının saxlanması üçün meydança; 26-taxıl kombaynlarının saxlanma meydançası; 27-xüsusi kombaynları saxlanmaya hazırlamaq üçün meydança; 28-kənd təsərrüfatı maşınlarının uzunmüddətli saxlanması üçün meydança, sıxılmış hava vasitəsilə təmizlənmə və yağların dəyişdirilməsi; 29- kənd təsərrüfatı maşınları uzunmüddətli saxlanmaya hazırlamaq üçün meydança, yuma; 30- kənd təsərrüfatı maşınları uzunmüddətli saxlanmaya hazırlamaq üçün meydança, təmizləmə; 31- tualet; 32-ehtiyat meydançası; 33- yükləmə və boşaltma üçün estokada; 34-qoşquları saxlamaq üçün meydança; 35- təkərli traktorların saxlanması üçün meydança; 36-zəncirli traktorlar üçün meydança; 37-taxta şalban materiallarını saxlanmaq üçün meydança; 38- tullantıların saxlanması üçün meydança; 39-əıxdaş olunmuş maşınların sökülməsi və saxlanması üçün meydança; 40-3.2t yükötürmə qabiliyyətli tirli kranla təchiz olunmuş yükləmə-boşaltma işləri üçün meydança;



IV. Neft məhsulları anbarı.

41- neft anbarı.

2. Profilaktoriya üçün avtomobil qarajı - cari təmir və texniki xidmətləri yerinə yetirmək üəün.

3. Maşın və traktorları saxlamaq, texniki xidmət aparmaq üçün maşın heyəti.



Şəkil 9. B tipli təmir- xidmət bazasının sxemi.

(Şəkil altı yazılar 8- ci şəkildəki ilə eynidir).


Şəkil 10. V tipli təmir-xidmət bazasının sxemi.

(Şəkil altı yazılar 8-ci şəkildəki ilə eynidir).




MTE-nin tipik layihələrinin qısa xarakteristikası.


Göstəricilər

MTE-nin tipik layihəsi

TP

816-1-47.83



TP

816-1-45.83



Xidmət olunan maşınların miqdarı, əd:

Traktorlar

Bütün marka kombaynlar

Avtomobillər


Şərti təmirləin illik proqramı, vahid

Ümumi illik əmək sərfi, ad-s.

Ümumi sahəsi, m2

Tikililərin sahəsi, m2

Kapital qoyuluşu,min man.

O cümlədən:

Tikinti- montaj işlərinə

Əsas avadanlıqlar

İşcilərin ümumi sayı.

O cümlədən, istehsalat işciləri.

Bütövlükdə məhsulun tam maya

dəyəri,min man.

Ümumi su sərfiyyatı, m3/sutka.

Cərəyan ötürücülərinin təyin edilmiş

ümumi əücü, kVt

50

40



Ümumi həcmin

20%- i


254.4

76320


2016.01

1671


276.76
197.69

79.07


38

30
60.2

19.45

329.45



75

60

Ümumi həcmin



20%- i

381.6


114420

2231.03


1854.4

293.19
211.43

81.76

43

37


87.1

23.37


347.32




Avadanlıqların

adı


Markası, çertyoj

nömrəsi,


DÜİST (QOST)


Hazırlanan

zavod


Traktorlara xidmət etmək üçün təmir müəssisəsinə lazım olan avadanlıqların sayı

50

75

1

2

3

4

5

Tokar- vintkəsən dəzgah


16K20

(1K62)


AS “Lenstankomaş”,

Ş.Sankt-Peterburq

Tel/faks (812) 259-16-94, 259-12-94.


1

1

Vertikal- deşici dəzgah


2A135

--\--\--\--\--

1

1

Eninəyonucu

dəzgah

7307TD


Moskva “Krasnıe proletarii” zavodu,

Moskva şəh. Kalujeskiy küə, 15.


1

1


Qabıqsoyucy

dəzgah

3B634


Moskva cilalayıcı dəzəahlar zavodu, 127018 Moskva şəh. Suşevskiy 5

1

2


Yonucu-cilalayıcı dəzgah

3B631A

(3E631)


Əelyabinsk OƏMZ

1

3


Qaynaq transformatoru

TD-306

(TDM-317U2)



Sənaye tərəfindən həzırlanir

1

1


Qaynaq cərəyan dəyişdiricisi

PD-305

(PSO-300)



/---/----/----/

1

1


Səyyar generator

ASP-1,25

(ANV-1,25)



Lipovetskiy OZ

«Remdetalğ»


1

1




Eninəyonucu

dəzgah

7307TD


Moskva “Krasnıe proletarii” zavodu, Moskva şəh. Kalujeskiy küə, 15.

1

1


Qabıqsoyucy

dəzgah

3B634


Moskva cilalayıcı dəzəahlar zavodu, 127018 Moskva şəh. Suşevskiy 5

1

2


Yağlama və dolduma üçün avadanlıqlar

Hava kompressoru

155-2B5

(1101-B5)



Komsomolskiy PZ

1

1

Elektromexaniki yağvuran

03- 9903

(03-18002)



Kokand PZ

1

1


Yağlama və doldurma qurğusu

03- 9902A

(03- 16384)



Darniskiy OƏRZ

1

1

Yağlayıcı bak

03-1587

(03-16350)



PO «Ostroqojskvorem»

(Kokand RZ)


1

1


Yuma avadanlıqları

Aqreqatların, düyümləri və hissələrin təmizlənməsi üçün maşın

OM-13665-01

Üəkurqan TZ

1

1

Düyüm və hissələrin təmizlənməsi üçün maşın

OM-14266

(ORQ-4990B)



Turəen RMZ

(Luben RMZ)



2

2

Maşını onun aqre-qatları və başqa avadanlıqlarından təmizləmək üçün qurğu

OM- 22616


Kirovoqrad RMZ


1

1




Qızdırıcı nəqledici avadanlıqlar

Konsol- əevrilə bilən kran

KPK- 0,5

Xerson EMZ

1

2

Asma elektrik kranı

1A32-45-6

Maloyaraslavl TZ

1

2

Birtirli asma kran

QOST-7890-73

Sənaye tərəfindən hazırlanır

1

1

Elektrik talı

TƏ 100-511

QOST 22584-77, TZ-320, TƏZ-511,

TU 24-9450-76


---/---/---/--



1

1

Hidravliki qaraj domkratı

P-304

---/---/---/--

1

2

Nəzarət diaqnostika avadanlıqları

İşlədibaəma- tormoz sistemi

KU-5540M

KU- 5541M

KU- 5274M


AOOT “Metallist”

Moskva vil. Tel. (09666) 2-16-58, 2-19-43, 2-12-32



1

1

Dizel yanacağı aparatlarının sınağı üçün stend

KU-22205

(KU-15716)


Krasnoufimisk SEZ



1

1

Yanacaq nasosunun yoxlanması üəün cihaz

NIIATK-436


---/---/---/---



1

1

Forsunkaları nizamlamaq və sınaq etmək üçün cihaz

KI-15706

Yaroslav UZ


1

1



Yoxlama lövhəsi

QOST—10905-75

Sənaye tərəfindən hazırlanır

1

1

Hidrosistemin texniki vəziyyətini yoxlamaq üçün qurğu

KI- 2035


NITIƏRsxt,

Akkol ş.


1

1

Nəzarət ölçü cihazlarını yoxlamaq üçün cihaz

Ə- 204


“QARO Novqorod zavodu” SC, Novqorod şəh. Tel/faks(816) 2-10-11

1

1

Elektrik avadanlıqlarını yoxlamaq üçün cihaz

Ə-214

“QARO Novqorod zavodu” SC, Novqorod şəh. Tel/faks(816) 2-10-11

1

1

Traktorların komplekt diaqnostikası

KI-13896


NITIƏRsxt,

Akkol ş.


1

1

Qaz sərfiyyatı indikatoru

KI- 17999

---/---/---/---



1

1

Generatorlar və starterlərin lövbərini yoxlamaq üçün cihaz

Ə- 202


“QARO Novqorod zavodu” SC, Novqorod şəh. Tel/faks(816) 2-10-11

1

1

Təmir texnoloji avadanlıqlar

Təkərli traktorların gövdəsinin birləşdirilməsi və açılması üçün stend

OP- 16364

Kazlu- Rudskiy TMZ

1






Biçən aparatların bıçaqlarının itilənməsi üçün qurğu

OP- 3562

OP- 8839


Dzerjinski TZ

1

1

Təkər montajı dəsti və yaxud təkəri çənbərindən ayırmaq üçün qurğu

OP-13860

OP-13899


NITIƏRsxt,

Akkol ş.


1

1

Fermer üçün TX və təmir üçün komplekt

OP- 13886


---/----/---/---



1

1

Hidravliki çıxarıcı



OP-13889

OP-13889-01

OP- 13889-02

---/---/---/---



1

1

Karton süzgəc elementlərinin impulsla təmizlənməsi üçün qurğu

ORQ-13859


---/---/---/---



1

1

Porşenlərin induktiv qızdırılması üçün qurğu

OKC- 13833


---/---/---/---



1

1

Bortu gövdədən ayırmaq üçün qurğu

OP- 13899


---/---/---/---



1

1

Cərgəvi mühərriklərin sökülməsi və yığılması üçün stend

OPT-5557M


Çerniqov TMZ



1

1

Avtotraktor mühərriklərinin klapan-larının demontajı və montajı üçün qurğu

OP- 9913


Yaraslavskiy İZ



1

1

Təkər kamerlərinin elektrovulkanizasiyası üçün qurğu

OŞ-8970

Bereqovsk TEZ


1

1



Forsunkaların sökülməsi yığılması üçün stend

OP- 2227

Krasnoufimsk TEZ


1

1

Dizel yanacağı aparatlarının TX üçün açarlar və avadanlıqlar kompleksi

OP- 15727


---/---/---/---



1

1

Yüksək təzyiqli yanacaq borularının arxasının çıxarılması üçün qurğu

PQ-265-00


---/---/---/---



1

1

Alçaq təzyiqli yanacaq borularının arxasının çıxarılması üçün qurğu

PT- 265-10B


---/---/---/---



1

1

1,4,3,və5 tə sinfinə daxil olan traktorların şassisinin sökülməsi üçün unversal stend

OP- 16327


Çerniqov TMZ



1

1

Doldurma qurğusu

VSA- 5A

(OPE-25- 283)



Rasskazovskiy ZNBA

1

1

Təmir işləri üçün hidravliki qurğu

OP- 12561

Üelinnıy opıtnıy zavod

1

1

Rənələmə qurğuları


Boyapüskürdücü

KPU-1, KRP-3

KRP-4, KRP-6



Sənaye tərəfindən hazırlanır

2

3

Pnevmatik pardaqlama maşını

IP-2009

IƏ-2009


IP-2203A

---/---/---/---



2

3


Alətlər


Bir işci yeri üçün çilinğər verstakı

ORQ-5365

Kadrinonsk TTM

4

5

İki işci yeri üçün çilinğər verstakı

ORQ-5364, (ORQ-1468-01-070A)


Pyarnu TTM

(ÜOKTB QOSNITI)




2

2

Dəmirçi işləri üçün verstak

5105.000

Bereqovskiy filial

UOKTB QOSNITI



1

1

Elektrik qaynağı işləri üçün stol

OKC- 7523

Beleqorodsk TZ

1

1

Montaj stolu

ORQ-1468-01-080A

UOKTB QOSNITI

2

4

Qaynaq işləri üçün lövhə

5157.000(ORQ- 1468-07-050)

Bereqovskiy filial

UOKTB QOSNITI



1

2

Yoxlama lövhəsi üçün altlıq

ORQ-5144A

Bereqovskiy filial

UOKTB QOSNITI



1

1

Çilingər-elektrikin alətləri komplekti

PIM- 1424

Serqiyevsk TMZ

1

1

Texniki qulluq üçün alətlər dəsti

PIM- 4839A (PIM-4839)


Penza TMZ

1

1

«Bolşoy nabor» alətləri

PIM- 1514A

Sənaye tərəfindən hazırlanır

5

8


Alətlər


Bir işci yeri üçün çilinğər verstakı

ORQ-5365

Kadrinonsk TTM

4

5

İki işci yeri üçün çilinğər verstakı

ORQ-5364, (ORQ-1468-01-070A)


Pyarnu TTM

(ÜOKTB QOSNITI)




2

2

Dəmirçi işləri üçün verstak

5105.000

Bereqovskiy filial

UOKTB QOSNITI



1

1

Elektrik qaynağı işləri üçün stol

OKC- 7523

Beleqorodsk TZ

1

1

Montaj stolu

ORQ-1468-01-080A

UOKTB QOSNITI

2

4

Qaynaq işləri üçün lövhə

5157.000(ORQ- 1468-07-050)

Bereqovskiy filial

UOKTB QOSNITI



1

2

Yoxlama lövhəsi üçün altlıq

ORQ-5144A

Bereqovskiy filial

UOKTB QOSNITI



1

1

Çilngər- elektrikin alətləri komplekti

PIM- 1424

Serqiyevsk TMZ

1

1

Texniki qulluq üçün alətlər dəsti

PIM- 4839A (PIM-4839)


Penza TMZ

1

1

«Bolşoy nabor» alətləri

PIM- 1514A

Sənaye tərəfindən hazırlanır

5

8



«Bolşoy nabor» alətləri

PIM- 1515

Frunze ETZ

5

8

«Bolşoy nabor» alətləri

PIM- 1515

Yaroslavl AZ

10

15

Əl məngənəsi

QOST-7226-72 (7027- 0003)

«Reminstrument» Novosibirsk zavodu

2

3

Avadanlıq altlığı

P-902

«STORM» Sankt-Peterburq şəh. Tel: (812) 5527038, 552-84-40

1

1

Viskozimetr

B3- 4

---/---/---/---

1

1

Yanacaq aparatlarının təmiri üəün avadnlıqlar

Yuyucu vanna

2031




1

1

Alətlər dəsti




“Çilinğər- montaj aləti” Nijqorod vil. Vac r. Azefino rəndi, tel(83173)

3-71-65


1

1

Kənd təsərrüfatı maşınlarının təmiri sahəsi üəün avadanlıqlar

Materiallar və alətlər üəün şkaf

ORQ-1468

07- 040





1

1

K/t maşınlarının işçi orqanlarini itiləmək üçün qurğu

ORQ-1468

05-230A





1

1

Səyyar montaj stolu

2222-UŞM




1

1

Səyyar yuma vannası

OM-1316




1

1

NƏTİCƏ
Tövsiyyədə kənd təsərrüfatı istehsalında təmir bazalarının və servis xidmətinin formalaşdırılmasında xarici təcrübələrə baxılmışdır.

Tövsiyyədə əsasən Respublikanın iqtisadi rayonları üzrə texniki xidmət və təmir müəssisələrinin tipik layihələsi və orada istifadə olunan avadanlıqların seçilməsi məsələsinə geniş yer verilmişdir. Seçilmiş təmir və TX müəssisələrinin və avadanlıqların siyahısı sxem və cədvəllər şəklində verilmişdir. Bu siyahıya əsasən Rusiyada işlənib hazırlanmış tipik layihələrdən və orada istehsal olunmuş texniki xidmət, diaqnostika və təmir avadanlıqları daxil edilmişdir.



Tövsiyyədə göstərilənləri respublikamızda fermer təsərrüfatları və TX müəssisələrində geniş tətbiqi məsləhət olunur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət