Ana səhifə

Avropanın nəqliyyat sisteminin xüsusi cəhətləri


Yüklə 10.13 Kb.
tarix08.05.2016
ölçüsü10.13 Kb.
Avropanın nəqliyyat sisteminin xüsusi cəhətləri

Dünyanın nəqliyyat yolları və nəqliyyat vasitələri dünya nəqliyyat sistemini təşkil edir. O, əsasən XX əsrdə yaranmışdır. Bu sistemdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin və həmçinin regionların nəqliyyat sistemini xüsusil qeyd etmək lazımdır.

Şimali Amerikanın regional nəqliyyat sistemi daha yüksək səviyyədə inkişaf etmişdir. Dünya nəqliyyat yollarının uzunluğunun 30%-i bu regionun payına düşür. Bu rəqəm avtomobil və boru kəməri nəqliyyatında daha yükdəkdir. Şimali Amerika bütün növ nəqliyyat yük daşınmalarında birinci yerdədir.Avropa Şimali Amerikadan yüklərin daşınması məsafəsinə görə geri qalır, ancaq onu yolların sıxlığına görə qabaqlayır.

Dünya nəqliyyat xəttlərinin 10%-i MDB ölkələrinin payına düşür. Ancaq MDB yük daşınmalarının həcminə görə dünyada birinci yeri tutur. Hər il bütün nəqliyyat növləri ilə 100 milyard tondan çox yük və 1 trilyon sərnişin daşınır. Bu daşınmalarda 650 min avtomobil, 40 min dəniz gəmiləri, 10 min təyyarə reysi, 200 min dəmir yolu lokomoyivləri iştirak edir və bu rəqəmlər ilbə-il artır.

Son dövrlərdə dünyanın nəqliyyat sistemində güclü keyfiyyət dəyişiklikləri baş verir. Beləki, elektirikləşmiş dəmir yolları çoxalmışdır. Bərk asvalt örtükləri avtomobil yolları artır. Boru kəmərlərinin diametri artmışdır.

Avropa bir cox gostəricilərə - sıxlıq səbəkəsinə,hərəkətin coxluğuna gorə Simali Amerikadan irəlidədir. Daxili yuk dasınmada avtomobil nəqliyyatının xususi cəkisi - 67%-dirsə,dəmiryolu nəqliyyatı- 19%, su nəqliyyatı - 8% və boru kəməri nəqliyyatı - 6%-lə tanınır. Sərnisin dovriyyəsində: avtomobilnəqliyyatı - 71%, dəmiryolu nəqliyyatı -21% və hava nəqliyyatı -8%-dən artıq cəkiyə malik deyildir. Nəqliyyat səbəkə sıxlığına gorədunyada liderlik edir. Daha doğrusu, bu Almaniyada, Fransada,Boyuk Britaniyada, Beniluks olkələrində, Đsvecdə, Danimarkada hər 1000 kv.km-də 50-100 km arasında dəyisir. Belcikada bu sıxlıq

1000 kv.km-də - 134 km-dən az deyildir.Qərbi Avropa yüksək inkişaf etmiş nəqliyyat sisteminə malikdir. Xüsusilə avtomobil nəqliyyatı ilə beynəlxalq və tranzit daşınmanın mühüm əhəmiyyəti var. Dəniz nəqliyyatı çox qədim dövlərdən bəri Qərbi Avropa xalqlarının həyatında mühüm rol oynamış və indi də oynamaqdadır. Nəqliyyat növləri arasında daşınmanın bölgüsündə boru kəməri və hava nəqliyyatının payı getdikcə artır. Qərbi Avropadan nəqliyyat əlaqələri üçün keçilməz maneələr yaradan təbii sədlər demək olar ki, qalmamışdır. Bir çox dəmir və avtomobil yolları, boru kəmərləri Alp dağlarını kəsib keçir. Bərə körpüləri Şimal və Baltik dənizinin sahillərini birləşdirir. Qərbi Avropa dövlətləri ABŞ-a nisbətən beynəlxalq ticarətə daha geniş cəlb olunmuşdur. Xüsusilə dar ixtisaslaşdırırlmış istehsal ilə fərqlənən Qərbi Avropanın kiçik ölkələri xarici ticarətdən daha çox asılıdır.

Avropa ölkələri (ilk növbədə AB dövlətləri) ümumilikdə beynəlxalq əmtəə ticarətinin əsas iştirakçılarıdır. Dünya dəniz nəqliyyatı ilə yük daşımalarının həcminin təxminən ¼ hissəsi Qərbi və Mərkəzi Avropa ölkələrinin payına düşür. Avrropanın daxilində  daşımalarının həcmi də çox böyükdür.



Avropada gedən birləşmə prosesləri mülkiyyətin maksimum özəlləşdirilməsi ilə nəqliyyatda daha səmərəli və yeni iş sxemlərinin axtarışları ilə müşayiət olunur. Bu islahatların  dəyişən uğurla həyata keçirilməsinə baxmayaraq ümumilikdə onlar davam etdirilir və AB çərçivəsində nəqliyyat siyasətinin dinamikasını göstərir. Bu siyasətə təsir edən vacib amillərdən biri ekoloji maraqlara və təhlükəsizlik normalarına riayət edilməsinə qoyulan imperativ tələblərdir. Müvafiq qaydaların sərtləşdirilməsi ilk növbədə avtomobil və hava nəqliyyatına aiddir. Nəticədə daşımalar nisbətən bahalaşır və texniki vasitələrə onların təkmilləşdirilməsi istiqamətində yüksək tələblər qoyulur.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət