Ana səhifə

Atom─ molekul təLİMİ


Yüklə 11.77 Kb.
tarix04.05.2016
ölçüsü11.77 Kb.
ATOM─ MOLEKUL TƏLİMİ
Atom molekul təlimi müasir təbiətşünaslığın əsasını təşkil edir. Atom haqqında irəli sürülən ilk təsəvvürlərə bizim eramızdan 1000 il əvvəl Misir, Hindistan və başqa şərq filosoflarının fəlsəfi fikirlərində rast gəlinir. Eramızdan əvvəl VI, V əsrlərdə yaşamış yunan filosofları: Levkip, Demokrit və Epikür tərəfindən bu fikirlər qəbul edilmiş və inkişaf etdirilmişdir.

Yunan filosofları ilk dəfə olaraq dünyanın ilahi qüvvə tərəfindən yaradılması ideyasını qəbul etmiş və onun maddi vəhdət təşkil etməsi ideyasını irəli sürmüşlər.

Bunların içərisində Levkip və Demokritin atomstik təlimi xüsusi yer tutur. Təlimə görə materiya gözlə görünməyən və daima hərəkətdə olan kiçik hissəciklərdən ─ atom-

lardan təşkil olunmuşdur. (Yunanca “Atmos” bölünməz deməkdir). Atomlar müəyyən nisbətdə birləşərək maddi aləmi əmələ gətirir.

Lakin yunan filosoflarından Platon və xüsusilə Aristotel atomistik təlimi qəbul etmirdilər.

1647-ci ildə fransız filosofu Qassendi yunan filosoflarının atomstik təsəvvürlərini qəbul etmiş və bu təlimi inkişaf etdirərək daha iri hissəciklərin ─molekulların varlığı ideyasını irəli sürmüşdür. O, göstərirdi ki, atomlar bir-birilə birləşərək molekulları əməlkə gətirir və bütün maddələr belə molekullardan təşkil olunmuşdur.

Atom ─molekul təlimini daha da inkişaf etdirən, bu təliminbanisi olan və bu təlimi müntəzəm elmi sistemə salan M. V. Lomonosov olmuşdur.

M. V. Lomonosov 1741-ci ildə yazdığı “Riyazi kimyanın elementləri” əsərində maddələrin quruluşu haqqında korpuskulyar nəzəriyyə irəli sürmüşdür. Lomonosov öz mülahizələrinə əsaslanaraq maddələrin kiçik hissəciklərdən əmələ gəlməsi ideyasını qəbul etmişdir. Lomonosova görə hissəciklər iki növə ayrılır: “korpuskullar” (molekullar) və “elementlər” (atomlar).

Lomonosovun atom ─molekul təlimi aşağıdakı müddəalardan ibarətdir:

1) bütün maddələr molekullardan ibarətdir; molekullar daha kiçik hissəciklərdən ─ atomlardan təşkil olunmuşdur.

2) Atom və molekullar daim hərəkətdədir; onlar müəyyən kütlə və ölçüləri ilə bir-birindən fərqlənirlər.

3) Bəsit maddələrin molekulları eyni, mürəkkəb maddələrin molekulları müxtəlif atomlardan təşkil olunmuşdur.

Atom ─molekul haqqındakı təlim, atom və molekul məfhumlarının tərifi 1860-cı ildə Almaniyanın Karl sruye şəhərində kimyaçılarının beynəlxalq qrultayında qəbul edilmişdir.

Atom haqqında təlimin inkişafında ingilis alimi Con Daltonun xidmətləri olmuşdur. Daltonun xidmətləri aşağıdakılardır:

1) Atom çəkisi (kütləsi) anlayışını kimya elminə ilk dəfə o daxil etmişdir.

2) O vaxt məlum olan elementlərin atom çəkilərini təyin etmişdir.

3) Lomonosovdan 67 il sonra 1808-ci ildə yeni atom molekul təlimini irəli sürmüşdür.

4) Atom haqqında təsəvvürlərə əsaslanaraq həndəsi nisbətlər qanununu kəşf etmişdir.

5) İlk dəfə maddələrin tərkibini kimyəvi formullarla ifadə etməyi təklif etmişdir.

Daltonun ən böyük səhvi isə o idi ki, bəsit maddələrin molekul əmələ gətirməsini qəbul etmirdi.

Atom ─maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəciyi olub, müəyyən kütlə, ölçü və xassələrlə xarakterizə olunur.

Kimyəvi elementin bütün xassələrini özündə saxlayan ən kiçik hissəciyinə atom deyilir.

Atomun kimyəvi xassələri onun quruluşu ilə müəyyən edildiyindən atomun müasir tərifi belədir:

Atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət olan elektroneytral hissəcikdir.

Molekul atomun əksinə olaraq bölünəndir. Maddənin bütün kimyəvi xassələrini

özündə saxlayan ən kiçik hissəcikdir.



Lomonosovun atom —molekul təlimi aşağıdakı müddəalardan ibarətdir:

  1. Bütün maddələr molekullardan ibarətdir; molekullar daha kiçik hissəciklərdən — atomlardan təşkil olunmuşdur.

  2. Atom va molekullar daim hərəkətdədir; onlar müəyyən kütlə və ölçüləri ilə bir-birindən fərqlənirlər.

  3. Bəsit maddələrin molekulları eyni, mürəkkəb maddlərin molekulları müxtəlif atomlardan təşkil olunmuşdur.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət