Ana səhifə

15. İNŞaat materiallari plan


Yüklə 34 Kb.
tarix02.05.2016
ölçüsü34 Kb.


15. İNŞAAT MATERİALLARI
PLAN
1. Təbii və süni daş materialları.

2. Betonlar.

3. İnşaat məhlulları.

4. Qeyri- üzvi beton doldurucuları.

5. Mineral hörgü materialları əsasında materiallar.


Ə D Ə B İ Y Y A T
1. Материаловедение: конспект лекций / Алексив В.С. – М.: Эксмо, 2008.

– 160c. – (Экзамен в кармане).

2. Пролиниленные материалы /Алексив Н.С., Карпов В.Т. Новак Ю.А.

и др. – М.: Высен. Школа, 1991. – 288 c., ил.

İnşaat materiallarına müxtəlif təbii və süni material və məmulatlar aid olub tikililərin, avadanlıqların və sənaye, kənd təsərrüfatı, hidrotexniki, həmçinin yaşayış, idarə, mədəni-məişət binaları və s. təmirində tətbiq edilirlər

[Təbii] İnşaat materialları növünə və nomenkulaturasına görə müxtəlifdir. Onlar xammalın növündən, istehsal üsulu və təyinatından asılı olaraq ayrı-ayrı qruplara ayrılır. Xammalın növünə və istehsal üsuluna görə aşağıdakı materiallar fərqləndiri-lir: təbii daşlar, mineral hörgü materialları, hörgü maddələri əsasında olan materiallar (bişirilməyən) keramik, meşə, metallik, bitumlanmış, şüşə və plastik kütlələr. Müstə-sna olaraq, müxtəlif xammal və müxtəlif üsullarla hazırlanan istilik- izolyasiya və bəzək materialları təşkil edir.

Təbiətdə ilkin xammala görə inşaat materialları üvvi və qeyri-üzvi. Üzvi inşaat materialları: meşə, bitumlanmış, plastik kütlələr əsasında materiallar, həmçinin istilik izolyasiya və bəzək materialları (bitki və heyvani liflər və sintetik materiallar; qeyri- üzvi- təbii daş, mineral hörgü materialları (bişirilməmiş), keramik, metallik, şüşə materialları və s.

Təyinatın agörə inşaat materialları: divar üçün, hörgü, örtük, istilik- izolyasiya, bəzək odadavamlı (yüksək t-da tətbiq edilən), şüşələmə və sanitar- texniki tələblərə görə hazırlanmış olur. Bu materiallara aşağıdakı tələblər qoyulur: divar-hörgü materi-alları yüksək möhkəmliyə və şaxtaya dayanıqlığa malik olmalı; istilik izolyasiya materialları –az istilik keçirən olmalıdır; xidmət zamanı qızdırılmaya və soyudulmaya məruz qalan materiallar- termiki dayanıqlığı yüksək olmalıdır.

Təbii daş materialları qrupunu dağ filizlərindən alınan materiallar təşkil edir. Dağ filizləri həm təbii halda və həm də uyğun mexaniki emaldan (xırdalanma, mişarlama, cilalama, sıxma və s.) sonra istifadə olunur.

Dağ filizləri bir yaxud bir neçə mineraldan ibarət olur. Bir mineraldan ibarət sadə, iki və daha çox mineraldan ibarət filiz – mürəkkəb hesab edilir.

Dağ filizlərinin tərkibinə daxil olan vacib minerallar: kvars (SiO2), çöl şpatı, slyuda, kadinit (Al2O3 – 2SiO2 · 2H2O), kalşit (CalO3), maqnezit (MgCO3), dolomit (CaCO3 · MgCO3), gips (CaSO4 · 2H2O) və s.

Əsas və geniş istifadə edilən təbii daş materialları: qum (dağ və çay qumu), qrabel, təbaşir, kaolin, şeben olub kobud emal edilən daş materiallarına aid edilir. Bundan başqa inşaatda emal edilən daş materiallarından: mişarlanmış (tək – tək) daşlar (kubiklər) və divar üçün bloklar, bina və tikililərin daxili və xarici hissələrinin müxtəlif emal edilmiş səthlərə malik daş, plitə və profillərlə örtülməsində istifadə edilən materiallar.

Mövcud tikinti norma və qaydalarına görə (CHuП) daş materialları aşağıdakı əlamətlərinə görə təsnifata ayrılır: həcmi kütləsinə görə -ağır () və yüngül (); sıxılmada möhkəmlik hüduduna görə P = 0,4...100 MPa olduqda markaları: 4, 7, 10, 15, 25, 35, 50, 75, 100, 125, 150, 200, 300, 400, 500, 600, 800 və 1000. Ən geniş yayılmış və tətbiq edilən daş materialı inşaatda –dağ və çay qumudur.

Digər daş materialı təbaşir və kaolin hesab edilir.

Təbaşir kimyəvi tərkibinə görə təmiz kalsium karbonatdır –CaCO3 (dağ filizidir).

İnşaatda və boyaq – lak istehsalatında həmçinin geniş tətbiq ediləni dağ filizinin parçalanma məhsulu – kaolindir və onun tərkibində çöl şpatı olur. Kaolin – bu ağ gil olub, kimyəvi tərkibinə görə su alüminium silikatıdır (Al2O3 · 2SiO2 · 2H2O); tərki-binə kolera əlavə edərək rəngsaz – texniki keyfiyyətini artırırlar.

Yol tikintisində və beton və dəmir – beton məmulatlarında daimi olaraq böyük həcmdə (qrabel (çınqıl)) delomit yaxud qranit çınqılı istifadə edilir ki, onlar da dağ filizinin parçalanması məhsuludur və kiçik (xırda) yaxud nisbətən böyük daşlardan (su ilə cilalanmış) ölçüləri 5...75mm, orta sıxlığı 2q/sm3 –dən böyük olur. Çınqıllar şaxtaya dayanıqlığına görə Mpз15, 25, 50, 100, 150, 200 və 300 markalı olur.

İri doldurucu keyfiyyətində monolit betonyığma beton və dəmir –beton mə-mulatların, həmçinin yolların inşasında daimi olaraq böyük miqdarda şeben– 15...150 mm ölçülü düzgün olmayan formalı daş parçaları istifadə olunur. Şeben təbii və xırdalanmış olur. Xırdalanmış şeben xırdalayıcı maşınlarla zavodlarda yerinə yetirilir.

Şaxtaya dayanıqlığına görə şeben aşağıdakı markalarda olur: Mpз15, 25, 50, 100, 150, 200, 300.

Şebenlə analoji olaraq but daşları da bünövrələrin tikintikisində (qurulmasında), butbetonun doldurucusu kimi böyük ölçülü (axb) tikililərin beton və dəmir – beton işlərində, avtomobil yollarının təmiri və tikintisində tətbiq edilir. But daşlarının ölçüləri – 150...500 mm, Şaxtaya dayanıqlığı aşağıdakı markalarda olur: Mpз15, 25, 50, 100, 150, 200, 300.

İnşaatda həmçinin geniş və böyük həcmdə müxtəlif daş divar materialları – kərpic, daş, mişar daşı, kiçik blok və plitələr tətbiq edilir və bunlar da cərgəvi – daxili və xarici divarların yığılmasında (hörülməsində) və üzlük –divarların üzləməsində istifadə olunur.

Betonların müxtəlif növləri sənaye və mülki obyektlərin inşasında əsas tərkib hissə hesab olunur. Beton – süni daş material olub, beton qarışığının forma verilərək bərkiməsi nəticəsində alınır, hörgü (yapışdırcı) maddəsi, su, doldurucular və xüsusi əlavələrin müəyyən proporsiyalarda qarışığından ibarətdir. Doldurucuların növünə görə betonlar olur: sıx dolduruculu, xüsusi dolduruculu, üzvü dolduruculu. Həcmi kütləsindən asılı olaraq betonlar bölünür: çox ağır - ; ağır ; yüngülləşdirilmiş ; yüngül .

Müxtəlif beton və dəmir – beton konstruksiyaların hazırlanmasında ağır betonlar (konstruksiya) tətbiq edilir və sement yapışdırıcısı, iri sıx və kiçik dolduruculardan hazırlanır.

Aşağıdakı beton sinifləri və markaları müəyyən edilmişdir: sıxılmada möhkəm-lik sinifləri – B0,35; B0,75; B1; B1,5;...B20; orta sıxlığa görə markalar –D300, D400, D500...D1200.

Orta sıxlıqlı silikat beton markaları – D1000, D1100, D1200...D2400.

Beton zavodlarında +200oC temperaturun təsirinə məruz qalan şəraitdə işləyə biləcək istiliyə davamlı betonlar buraxılır.

Müxtəlif şəraitlərdə işləyən konstruksiya və məmulatların hazırlanmasında, aqresiv mühitlərin təsirinə dayanıqlı –kimyəvi dayanıqlı furan əsaslı, furan –epoksid, karbomid, sintetik akril qətranlı və maye natrium yaxud kalium şüşələri polimer əlavələrlə (polimer – silikat betonu) birgə betonlar hazırlanır.

Bina və qurğuların kərpic, kubin, divar blokları və panellərlə tikilməsində müxtəlif tikinti məhlullarından istifadə olunur. Kərpic – kubik hörgüsündə, divar blok və panellərin montajında sement məhlulları aşağıdakı tərkibində 1:1 nisbətindən 1:6 nisbətinədək, yəni 1 paya (1 həcm sement hissəyə) 1-dən 6 –ya qədər qum (əksər hallarda 1:1 və ya 1:2 tətbiq edilir) qatılır. 1:3 yaxud 1:4 nisbətli sement məhlulları bünövrələrin aşağı hissələrinin suvanmasında istifadə edilir. Sement məhlulundan əlavə digər məhlullar da tətbiq edilir: əhəng, gips və qarışıq. Bütün məhlullar quru vəziyyətdə orta sıxlığa görə bölünür- ağır, və daha böyük və yüngül ; hüduda görə aşağıdakı markalar müəyyən edilmişdir: 4, 10, 25, 50, 75, 100, 150, 200.

Məhlulun markası və tərkibinin nisbəti sementin markasından asılıdır. Məsələn, 50 markalı sement məhlulu M – 400 markalı sement tətbiq edildikdə tərkib 1:6 (1 bir hissə sementə -6 pay qum) olur. Sement -əhəng məhlulu (qarışıq) xarici divarların suvanmasında tətbiq edilir. Sement -əhəng məhlulunun tərkibi (sement: əhəng palçığı: qum) həcmi hissə: 1:1:1; 1:2:8; 1:2:11 və 1:3:15; bu proporsiyalar sementin markasından asılıdır. Əhəng – gips məhlulları əsasən ağac divar səthlərinin nəmlənməyən binalarda, həmçinin daş, fibrolit səthlərin suvanmasında tətbiq edilir.

Binaların fasadının və daxili otaqların interyerinin bəzənməsində, həmçinin zavod bəzək işlərində divar panellərində və böyük bloklarında dekorativ məhlul-lardan: terrazit, sementli –qumsal, əhəngli –qumsal istifadə edilir. Lazımi dizaynın əldə edilməsi üçün qeyd olunan məhlullarla dekorativ suvaq üçün rəngləyici əlavələr – piqmentlər (işığa dayanıqlı, qələvi və turşuya dayanıqlı – təbii və süni) daxil edilir.

Betonlar üçün qeyri – üzvi dolduruculardan qeyri –filiz inşaat materialları, şeben, posa və müxtəlif istehsalat tullantılarının qumları, həmçinin məsaməli təbii və süni materiallar tətbiq edilir. Şeben və qum sənaye tullantısı (dağ – mədən və emal) olub bərk materiallara aiddir. Məsaməli materiallara tuf və vulkan mənşəli pemza aiddir. Böyük (iri) dolduruculara şeben və çınqıl, xırda dolduruculara –qum aiddir.

Metallurgiya posaları sıxlığına (bərkliyinə) görə aşağıdakı markalarda olur: DP15, DP25, DP35, DP45.

Yüngül beton hazırlamaq üçün doldurucu keyfiyyətinə keramzit qum və çınqıl tətbiq edilir.

Uzun illər ərzində (XX – XXI əsr) inşaatda mineral hörgü materialları əsasında olan materiallar geniş tətbiq edilməkdədir. Ən geniş yayılmış gips və gips – beton məmulatlar hesab olunur.

Gips plitələr binaların quru və normal rejimli binalarda arakəsmələrdə istifadə edilir. Eyni zamanda inşaatda müxtəlif asbest –sement məmulatlar: müstəvi və profilli vərəqlər, divar və örtüklər üçün plitə və panallar, boru və fomalı hissələr hazırlanır.

Asbest –sement məmulatlar: şaxtaya dayanıqlığı, sukeçirməməyi ilə, yüksək istilik keçiriciliyi ilə, asan cilalanması və mexaniki emal olunması ilə, çürüməməsi ilə və yanmaya davamlılığı ilə səciyyələnir.

Uzun zamandır ki, inşaatd sment –qum, portland sement, qum və gil qarışığından hazırlanan çeverpisa – kəlləciklər tətbiq edilmiş və hal –hazırda da tətbiq edilir. Belə kəlləciklərin ölçüləri: 390 x 240 x 8...10 mm, pazın dərinliyi ...5 mm, asqı üçün çıxıntının hündürlüyü ...10 mm –dir.

Şəhərlərdə səkilərin, bağ – parkların və piyada cığırların, minik meydanlarının örtülməsində uzun zaman istifadəyə davamlı müxtəlif əlavələrlə doldurulmuş ağır beton plitələr tətbiq edilir. Bu plitələr kvadrat, düzbucaqlı, düzgün altıbucaqlı yaxud əyrixətli qapalı fiqur və s. formasında hazırlanır.

Mineral hörgü materialları əsasında müxtəlif arxitektura –inşaat məmulatları plitka şəklində üzləmədə dekorativ –mozaika, ornament səthləri hazırlanır ki, bunlardan da bina və qurğuların daxili və xarici üzlənməsi üçün nəzərdə tutulmuşdur. Həmçinin, daş bina və qurğuların divar və sokallarının üzlənməsi üçün beton fasad plitkaları hazırlanır.

Yuxarıda sadalanan məmulatlardan başqa inşaatda (kiçik mərtəbəli) yük saxlayan və əhatə edən konstruksiyalar yaşayış, ictimai, sənaye və kənd təsərrüfatı binalarında istifadə olunan beton divar daşları tətbiq edilir. Bu daşlar içi boş düzbucaqlı paralelepiped şəklində cərgəvi və üzlüklü olur. Üzlük daşları rənglənmiş və rəngsiz üz səthli hazırlanır. Beton daş divar zavodlar tərəfindən aşağıdakı tipdə “CKЦ” – hörgü sementli; “CKУ” - əhəngli; “CKШ” – posalı; “CKГ” – gipsli.

Əsaslı tikintidə yığma beton və dəmir beton məmulatların tətbiqi onların əsasını təşkil edir. Yaşayış – mülki tikintidə böyük çeşiddə yığma beton və dəmir – beton məmulatlardan istifadə olunur: monolit dəmir –beton fundamentlər; divar blokları; dəmir –beton ötüklər, pilləkən marş və meydançaları, divar və arakəsmələr paneli, pəncərəaltı plitələr, rigellər, balkonlar, sanitar qovşaqları bloku, parapet və digər məmulatlar. Dəmir – beton – əsas inşaat materialı olub betonla birlikdə (yüngül, ağır və s.) polad armaturun (xüsusi polad markaları - 35ГC – A – II, A – III, A – IV sinif) birgə məmulatıdır. Dəmir – beton məmulatlar monolit, tikinti yerində betonlaşdırılan və yığma (tikinti meydançasında ayrı – ayrı elementlərinin montaj edilməsi).

Sənaye tikintisində böyük nomekkulaturada yığma beton və dəmir –beton məmulatları: fundament blokları (ФБC – 4, ФБC – 5 və s.), yastıqlar, tirlər, rigellər, yığma beton və dəmir beton tiplər (sbau), fermalar, arkalar, kranaltı tirlər, pilləkən marş və meydançaları və s. Nəqliyyat tikintisində dəmirbeton şpallar (ağac əvəzinə), sərnişin və yük platformalarında, suburaxıcı dəmir – beton boru və latoklar, həmçinin yığma beton və dəmirbeton körpü qurğuları geniş istifadə olunur.

Kənd təsərrüfatı tikintisində: fundament blokları (ФБC -1, ФБC -2, ФБC – 3 və s.), fundament yastıqları, tökmə monolit dəmirbeton fundamentlər, fermalar, svay – kolonlar, tirlər, örtük panelləri, divar və arakəsmələr, istixana elementi, istixana, silos quyusu, dəmir – beton lotok (Л -3, Л -4, Л -5), yığma dəmirbeton quyuların elementi və s. istifadə olunur.

Meliorasiya sistemlərinin hazırlanmasında yığma beton və dəmir –beton məmulatlar, təzyiq boruları və s. (dəmir –beton üzüklər, suvarma kanallarının yataq-ları üçün plitələr) hazırlanır.

Şəhər kanalizasiya sistemində təqyiqsiz dəmir – beton borular tətbiq edilir.

Hava elektrik xətlərinin çəkilişində dəmir – beton dayaqlar müxtəlif formalarda – dairəvi, kvadrat, düzbucaqlı formalarında həm də dəmir yollarının elektrikləş-məsində də istifadə olunur.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©anasahife.org 2016
rəhbərliyinə müraciət